Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2928/2023 25.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Səfər-zadə Uİduzə Əli qızının cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı mülki iş üzrə (Açar sözlər: mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X2 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov İkram Sabir oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, iddiaçı Səfər-zadə Uİduzə Əli qızı və onun nümayəndəsi-vəkili Vəkil və nümayəndəsi-vəkili X1 iştirakları ilə, iddiaçı Səfər-zadə Uİduzə Əli qızının cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-977/2023 saylı, 01 mart 2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı Ağr Cinayətlər Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli və 1(101)-898/21 saylı hökmünə əsasən Səfər-zadə Uİduzə Əli qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4, 32.4, 312.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib, 178.2.1, 178.2.3, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, ona həmin maddələrlə cəza təyin edilməmiş, 32.4, 312.2ci maddələri ilə ona 9.000 manat cərimə cəzası təyin edilmişdir. Bakı Ağr Cinayətlər Məhkəməsinin bu hökmü Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- 131/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə ləğv edilmiş və Səfər-zadə Uİduzə Əli qızına qeyd edilən maddələr üzrə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Hökm qanuni qüvvəsini almışdır. Qeyd edilən məhkəmə aktlarından Səfərzadə Uİduzə Əli qızı barəsində 22 ay müddətində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinin tətbiq edildiyi müəyyən olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Səfər-zadə Uİduzə Əli qızı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi olaraq 50.000 ( əlli min) Azərbaycan manatının tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, o, törətdiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4, 32.4,312.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona ittiham elan edilmişdir. Daha sonra barəsində elə həmin gündən başqa yerə getməmək haqqında iltizam alınmışdır. Bakı Ağr Cinayətlər Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli və 1(101)-898/21 saylı hökmü ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1, 178.2.3, 178.2.4, 32.4,312.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, ona həmin maddələrlə cəza təyin edilməmişdir. Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 9.000 manat cərimə cəzası təyin edilmişdir. Daha sona onun tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli və 1(103)- 131/2022 saylı yeni hökmü ilə (sədrlik edən İlqar Murquzov) onun barəsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4, 32.4,312.2, 320.1 , 320.2-ci maddələri ilə elan olunmuş ittihamlar üzrə onun təqsirliliyi subuta yetirilmədiyindən, təqsirsiz hesab olunmuş və məhkəmənin ittiham hökmü hissəvi ləğv edilmiş və ona bəraət verilmişdir. Daha sonra Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi tərəfındən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli 1(103)- 131/2022 saylı yeni hökmündən kassasiya protesti verilmiş və Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2022-ci il tarixli və 1(102)-1315/2022 saylı hökmü sədrlik edən Nazim Həsənov) dəyişdirilmədən saxlanılmışdır. İstintaq dövründə onun dələduzluq, korrupsiya və sənətlərin saxtakarlığı ilə bağlı ittiham edilib qanunsuz olaraq 651 (altı yüz əlli bir) gün yəni 22 ay müddətinə başqa yerə getməmək haqqında iltizam tədbiri seçilməklə ağır və aşağılayıcı cinayət əməlinin törədilməsi nəticəsinə gəlindi. Dövlət ittihamçısının etdiyi səhv nəticəsində qanunsuz olaraq tutulmağı özünə və ailəsinə çox böyük maddi və mənəvi zərər dəymişdir. Dövlət orqanlarının etdiyi səhv nəticəsində şəxsə vurulmuş mənəvi zərər aşağıdakılardan ibarətdir: qanunsuz olaraq 651 ( altı yüz əlli bir) gün yəni 22 ay müddətinə başqa yerə getməmək haqqında iltizam tədbiri qətimkan tədbirində olmaqla daimi mənəvi iztirab çəkmişdir. İstər istintaq dövründə, istərsə də məhkəmə dövründə ailəsi mənəvi məhrumiyyətlərlə üzləşmiş, dələduz və korrupsiyoner damğası ilə yaşamaq məcburiyyətində qalmışlar. Onun barəsində aparılan qanunsuz istintaq və ittiham hökmü şəxsiyyətinə və mənliyinə elə zərbə vurmuşdur ki, indiyə kimi dostlar və qohumlar ondan qaçmağa çalışır həyatın hər sferasında bu damğanı hiss edir. Onun barəsində aparılan qanunsuz istintaq və ittiham hökmü nəticəsində özünə uyğun iş tapa bilmir. Hər dəfə özü və ailəsi məhkəməyə gedib gələndən sonra özünə gələ bilmirdi. Onun barəsində aparılan qanunsuz istintaq və ittiham hökmü çıxarılandan sonra fəaliyyətini həyata keçirdiyi Bakı Dövlət Universiteti Hüquq fakültəsindən Elmi Şuranın rəyi ilə işdən azadd olunmuşdur. Barəsində aparılan qanunsuz istintaq və ittiham hökmü müddətində şəxsin səhhətində problemlər yaranmışdır.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-977/2023 saylı 01 mart 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən iddiaçı Səfər-zadə Uİduzə Əli qızının xeyrinə mənəvi ziyana görə 6.600 manat (altı min altı yüz) manat pulun tutularaq verilməsi qət edilmişdir.
5. Məhkəmə mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab edərək, iddianın bu hissəsini qismən, yəni mənəvi zərərlə bağlı hissəsində 6.600 manat (altı min altı yüz) həcmində təmin olunmasını ədalətli hesab etmişdir. Belə ki, iddiaçının barəsində 22 ay müddətində təqsirləndirilən şəxs qismində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri verilməsi onda inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən tam məbləğdə ödənilməsi ağlabatan deyildir.
6. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Konstitutsiyasının 68-ci maddəsinə, Mülki Məcəllənin 1101.1-ci maddəsnə, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə, beynəlxalq hüquq aktlarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən həm iddiaçı, həm də cavabdeh apellyasiya şikayəti vermişdir.
8. İddiaçı qətnamənin ləğv edilərək iddianın tam təmin edilməsini xahiş etmiş, apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan birinci instansiya məhkəməsi iddia tələblərini rədd edərkən qətnaməsini yalnız onunla əsaslandırmışdır ki, “...məhkəmə mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissəsini qismən, yəni 6600 manat həcmində təmin olunmasını ədalətli hesab edir. Belə ki, iddiaçının azadlıqdan məhrum olunması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən məbləğdə ödənilməsi kifayət qədər ağlabatan deyildir.” Eyni zamanda məhkəmə qətnaməsində göstərmişdir ki, “Məhkəmə qeyd edir ki, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən iddiaçının xeyrinə 6600 manat məbləğində mənəvi zərərin əvəzi ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.” Hesab edir ki, məhkəmənin bu mövqeyi tam qanunsuz və əsassız olmaqla, mövcud qanunvericiliyin tələbləri ilə daban-dabana ziddiyyət təşkil edir. İşə baxan birinci instansiya məhkəməsi iddia tələblərini rədd edərkən qətnaməsini yalnız onunla əsaslandırmışdır ki, iddiaçının başqa yerə getməmək haqqında iltizam tədbiri seçilməsi ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər versə də, bunun qarşılığının iddia edilən məbləğdə ödənilməsi kifayət qədər ağlabatan deyildir. İddiaçının korrupsiya cinayət ilə ittiham edilib qanunsuz olaraq 651 gün yəni 22 ay müddətinə başqa yerə getməmək haqqında iltizam tədbiri seçilməsi və əlavə olaraq apellyasiya və kassasiya instansiyasında dövlət ittihamçısı tərəfindən verilmiş protestləri də nəzərə alınmaqla şəxsin təqsirləndirilən statusunda qalması ilə birlikdə təxminən 651 gün təqsirləndirilən statusunda qalmasına baxmayaraq məhkəmə 6600 manat məbləğində mənəvi zərərin əvəzi ödənilməsi qət edilmişdir. Yəni məhkəmə yuxarıda qeyd olunduğu kimi iddiaçının başqa yerə getməmək haqqında iltizam tədbiri seçilməsi ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirməsini qətnamədə göstərsə də şərti olaraq hesablansa təxminən başqa yerə getməmək haqqında iltizam tədbiri seçilməsi hər aya təxminən 10 manat olaraq dəyələndirilmişdir. Qeyd etməlidir ki, məhkəmə tərəfindən müəyyən edilmiş faktlar üzrə səhv nəticəyə gəlinmişdir. Məhkəmənin gəldiyi bu qənaətin hər bir kəlməsi, kəsb etdiyi məna məhkəmənin öz qətnaməsində istinad etdiyi və etmədiyi bütün qanunvericilik aktlarına və həmin qanunların tənzimlədiyi münasibətlərlə daban-dabana zidd olmaqla böyük təəssüf və təəccüb hissi doğurur.
9. Cavabdeh qətnamənin ləğv edilməsini və iddianın tam rədd edilməsini xahiş etmiş, apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən, müvafiq qərarlar qəbul edən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Nazirlik iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. İşə baxan məhkəmə də bu məsələnin üzərindən öz mülahizələri ilə keçmişdir və konkret qanunverciliyə söykənməmişdir. İstər iddiaçı ilə bağlı bəraət hökmündə (qərarında), istərsə də mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməmişdir. Analoji məhkəmə təcrübəsindən göründüyü kimi (məsələn: yerli icra hakimiyyəti orqanlarının hərəkət və hərəkətsizliyi ilə bağlı iddia tələbləri üzrə məhkəmə işlərində və s.) ziyanı vuran qurum delikt törədən şəxs kimi müəyyən edilməklə, ziyanın əvəzinin ödənilməsi öhdəliyi həmin qurumun üzərində qalır. Bəraət almış şəxslərlə bağlı vurulmuş ziyanın hansı qurum və ya hansı şəxs tərəfindən ödənilməli olması məsələsi hazırda məhkəmələr tərəfindən araşdırılmır və köhnə (vaxtı keçmiş) məhkəmə praktikasının təsiri altında bu məsələ hər dəfə Maliyyə Nazirliyinə yönəlir. Halbuki, ədalət mühakiməsi müstəqil surətdə və azad şəkildə qərar qəbul etməyə bocludur. Tam şəkildə aydındır ki, iddiaçıya ziyan vuran tərəf hüquq-mühafizə orqanı (orqanın məsul əməkdaşı, əməkdaşları) və bu orqanın ittihamı əsasında şəxsin təqsirləndirilməsi barədə hökm (qərar) qəbul etmiş məhkəmədir (hakimdir). Lakin məhkəmə praktikasında bu məsələ hər dəfə Nazirlik tərəfindən qaldırılsa da məhkəmələr tərəfindən nədənsə buna əhəmiyyət verilmir və belə olanda iddiaçıya ziyan vurmuş həqiqi şəxslər məsuliyyətdən kənarda qalır. Qəbul edilmiş məhkəmə qərarlarında həqiqi ziyanı vurmuş şəxslərin kimliyi barədə izah belə verilmir. Bu məsələdə ziyan vuran şəxsin “dövlət” və ya “Azərbaycan Respublikası” məhfumu ilə eyniləşdirilməsi isə kökündən səhv yanaşmadır. Həqiqi ziyan vurmuş qurumun və şəxslərin məsuliyyətdən kənarda qalması yolverilməz hesab olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı ( qurumu ) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. Burada iddia tələbi hüquq pozuntusu törətmiş orqan və onun vəzifəli şəxsinə qarşı yönəlməli və iddiaya həmin tərəflərə münasibətdə baxılmalıdır. Məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxsi müəyyən edilməmişdir. Göründüyü kimi məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Səfər-zadə Uİduzə Əli qızının nümayəndəsi-vəkili Vəkil bildirmişdir ki, iş materiallarında hər bir məsələ detallı şəkildə qeyd olunubdur. İddiaçı Səfər-zadə Uİduzə Əli qızının ölkə çıxışına məhdudiyyət qoyulmuşdur, iddiaçı kifayət qədər məhrumiyyətlərə məruz qalmışdır. İddiaçının qızı xaricdə yaşayır və bu müddət ərzində qızının yanına gedə bilməyibdir. İddiaçı özü Bakı Dövlət Universitetində müəllim kimi fəaliyyət göstərirdi, pedoqoji fəaliyyətlə məşğul idi. İddiaçını elmi şuranın rəyi ilə işdən çıxarıblar və yenidən işə bərpa etmirlər. Hazırda iddiaçı, bəraət almasına baxmayaraq heç bir yerdə iş tapa bilmir. İnsan həyatında ən vacib şey azadlıqdır, nəyə görə insan azadlıqdan məhrum edilməlidir. İddiaçı 30 ildir pedoqoji fəaliyyətlə məşğuldur. “Həbs” qətimkan tədbiri ilə “ev dustaqlığı” qətimkan tədbiri elə də fərqləndirilmir. İddiaçı barəsində 2015-ci ildə başlamış cinayət işi 2021-ci ildə yekunlaşmışdır. İddiaçı 30 ildən artıq müddətdə Bakı Dövlət Universitetində müəllim kimi fəaliyyət göstərib. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddiaçının cəmiyyətdəki şəxsi nüfuzunu dəyərləndirməmişdir. İddiaçı hazırda heç bir yerdə müəllim kimi fəaliyyət göstərə bilməz. İddiaçı ölkə hüdudlarından kənara çıxa bilmir, onun çıxışına məhdudiyyət qoyulmuşdur. Həmçinin suallara cavab olaraq bildirmişdir ki, Ali məhkəmənin cinayət işi üzrə qərarı mövcuddur. Bəraət hökmü Ali Məhkəmədə qüvvədə qalmışdır. İddiaçı hər dəfə məhkəməyə gedib-gəldikdə mənəvi iztirablara məruz qalmışdır. İddiaçı sırf bu cinayət işi ilə əlaqədar işindən uzaqlaşdırılmışdır.
12. Səfər-zadə Uİduzə Əli qızının nümayəndəsi-vəkili X3 bildirmişdir ki, işin mənəvi yükünü ağırlaşdıran məsələlərdən biri şəxsin mühakimə olunduğu məhkəmə çox önəmlidir. Baxmayaraq birinci instansiya məhkəməsidir, Bakı Ağır Cinayətlər Məhkəməsinin adı belə şəxsi cəmiyyətdən təcrid edir. İddiaçının məhkəmədə işi olduğu zaman onun dostları, yoldaşları onunla ünsiyyətə girməkdə çətinlik çəkir, tərdəddüt edirdilər. Digər tərəfdən iddiaçının qızı xaricdə yaşayır, onun xeyir işinə belə gedə bilməyibdir. Mənəvi təzminatla bağlı məsələlər qiymətləndiriləkən şəxsin yaşı, cinsi, cəmiyyətdəki sosial statusu, onun hansı məhrumiyyətlərə məruz qalması, ailə başçısı olub-olmaması, psixoloji durumu, mühakimə olunduğu məhkəmənin adı çox önəmlidir. Şəxsin mühakimə olunduğu maddə belə çox önəmlidir, maddənin özü belə şəxsin psixoloji durumunu ağırlaşdıran hallardır. Həmçinin suallara cavab olaraq bildirmişdir ki, iddiaçının qızı 8-9 ildir xaricdə yaşayır. Hazırda qətimkan tədbiri də daxil olmaqla məsələyə kompleks şəkildə yanaşılmalıdır. 22 ayı göstərməkdə məqsədiləri həmin müddət ərzində məhrumiyyətlərə məruz qalmaqlarıdır. Cinayət işinə istintaq dövründə xitam verilsə idi qətimkan tədbirini əsas götürərdilər. Hazırda kompleks şəkildə məhrumiyyətlərdən söhbət gedir. İddiaçıya bəraət verilməsinin əsaslardan biri şəxsə eyni əmələ görə iki dəfə cinayət təqibinə məruz qalması idi. İddiaçı barəsində 2015-ci ildən cinayət işi aparılır. İddiaçının telefonu qanunsuz olaraq dinlənilib. Başqa yerə getməmək qətimkan tədbiri zamanı Bakıdan kənara çıxamamaq nəzərdə tutulmuşdur. Telefon nömrəsini dəyişməyə icazə yox idi, telefonu daimi açıq vəziyyətdə saxlamalı idi. İddiaçı aldanmış, öz ərizəsi ilə işdən çıxmasına məcbur olmuşdur.
13. İddiaçı Səfər-zadə Uİduzə Əli qızı maraqlarını təmsil edən vəkilləri ilə eyni məzmunlu izahat verməklə apellyasiya şikayətini müdafiə etmiş, qarşı tərəfin verdiyi qpellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir.
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil edilməmiş və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
16. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
18. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın tam təmin olunması, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd olunması xahiş olunur. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Konstitutsiyasının 28-ci maddəsinə görə, hər kəsin azadlıq hüququ; 68-ci maddəsinin 2-ci bəndinə əsasən isə, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
20.21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunlamüdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 22.1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsinşəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 23.1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 24.Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir.
“Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun
25.1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. 26.5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 27.6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 28.7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. 29.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
30.14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 31.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 32.88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 33.217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 34.220.4-ci maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Belə ki, iddiaçının izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, o, əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması, barəsində 22 ay müddətində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinin tətbiq edilməsi nəticəsində mənəvi sarsıntı və iztirablar keçirmişdir. Bundan başqa əsassız olaraq cinayət işinin məhkəməyə verilməsi və təqsirsizliyinin uzun sürən məhkəmə çəkişmələrinin predmeti olması nəticəsində o, fəal ictimai həyat tərzindən məhrum edilmiş, onun azad hərəkət etmək, Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq və digər bir sıra hüquqları məhdudlaşdırılmış, sağlamlığına, şərəf və ləyaqətinə zərər dəymiş, barəsində mənfi fikir formalaşmışdır.
37. Kollegiya qeyd edir ki, zərərin məbləği hesablanarkən zərərçəkən şəxsin fərdi xüsusiyyətləri, hazırki halda iddiaçının qadın olması, Bakı Dövlət Universitetinin hüquq fakültəsində müəllim işləməsi, cəmiyyətdə nüfuzu və sair diqqətəlayiq hallar də nəzərə alınmalıdır.
38. Qeyd edilənləri nəzərə alaraq kollegiya birinci instansiya məhkəməsinin iddiaçıya dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar gəldiyi qənaətlə razılaşır, mənəvi zərərin iddia tələbində göstərilən məbləğini isə çox olmaqla real qiymətləndirmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, 6.600 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab edir. Belə ki, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etmiş olduğu mənəvi ziyan məbləği ağlabatan deyildir.
39. Məhkəmə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin verdiyi apellyasiya şikayətindəki dəlillər ilə əlaqədar isə qeyd etməyi zəruri sayır ki, yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyanın ödənilməsi təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
40. Belə ki, Аzərbаycаn Respublikаsı Prezidentinin 09 fevrаl 2009-cu il tаrixli, 48 nömrəli Fərmаnı ilə təsdiq edilmiş "Аzərbаycаn Respublikаsının Mаliyyə Nаzirliyi hаqqındа Əsаsnаmə"nin 1-ci bəndinə əsаsən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
41. Hazırkı iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində pul vəsaiti Dövlət büdcəsi hesabına Dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və Dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən ödənilməlidir. Yəni, hazırki halda Maliyyə Nazirliyi iddiaçıya bilavasitə zərərvuran şəxs olaraq deyil, Dövlətin adından Dövlət vəsaitini idarə edən orqan qismində məsuliyyət daşıyır. Bu səbəbdən Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunması və iddianın ona münasibətdə təmin olunması ilə hüquq normaların pozulmasına səbəb olmamışdır.
42. Оnа görə də mənəvi zərərin əvəzi оlаn 6.600 mаnаt məbləğində pul məhz Аzərbаycаn Respublikаsı Mаliyyə Nаzirliyi vаsitəsilə dövlət büdcəsindən alınıb iddiaçıya ödənilməlidir.
43. Beləliklə, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq və işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayələri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-977/2023 saylı 01 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: İkram Şirinov Elşən Kazımov