Məhkəmə qərarları › İş №2(103)-2934/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2934/2021

03.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2934/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili İsmayılov Eldəniz Nəsrəddin oğlunun, Üçüncü şəxs Əliyeva Zenfira Nəriman qızının və onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-569/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı X3 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı, Maraqlı şəxs1 cəlb edilməklə mənzilə dair verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsiilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, X2 ilə anası Vəkilova Dildar Rafiq qızı xx xxxxxx 1982-ci il tarixdə rəsmi formada nikaha daxil olmuşlar. Onların nikahı həmin tarixdə qeydiyyata alınaraq 292801 seriyalı nikahın bağlanması haqqında şəhadətnamə verilmişdir. Valideynlərinin nikahından xx xxxxxx 1984-cü il tarixdə o, yəni X3 və xx xxxxxx 1986-cı il tarixdə qardaşı Maraqlı şəxs1 doğulmuşdur. O, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsində doğulmuş və böyümüşdür. Hal-hazırda da həmin ünvanda qeydiyyatdadır. Anası Vəkilova Dildar Rafiq qızı xx xxxxxx 2006-cı il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydə alınmış və AZ-İ N 220659 seriyalı ölüm haqqında şəhadətnamə verilmişdir. X2 xx.xx.2018-ci il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydə alınmış və AZ-İ N 941089 seriyalı ölüm haqqında şəhadətnamə verilmişdir. Atası vəfat etdikdən sonra onlar vərəsəlik işi açılması üçün 3 saylı ASAN XİDMƏT mərkəzində yerləşən dövlət notariat kontoruna ərizə ilə müraciət etmişlər. Lakin 3 saylı ASAN XİDMƏT mərkəzində yerləşən dövlət notariat kontorunda miras əmlakın bölgüsü ilə bağlı razılıq olmadığı üçün Yasamal Rayon Məhkəməsinə vərəsələrin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş və X2nun adında hər-hansı daşınmaz əmlakın olub-olmaması, həmçinin ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin X2nun adına rəsmiləşdirilməsi üçün əsas olmuş sənədlərin təqdim edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən verilmiş xx.xx.2018-ci il tarixli, **********64 saylı cavabdan görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi xx.xx.2008-ci il tarixdə X2nun adına ilkin qeydiyyatdan keçmiş və hal-hazırda mülkiyyətindədir. Bundan başqa rəsmiləşdirilməyə əsas olmuş sənədlərin surətlərini yalnız məhkəmə sorğusu əsasında verilməsinin mümkün olduğunu bildirmişlər. Məlumat üçün bildirir ki, o ünvan 2 ünvanında doğulmuşdur, doğulduğu gündən həmin ünvanda yaşamış və hal hazırda da həmin ünvanda qeydiyyatdadır. Lakin qeyd edilən mənzilin atasının adına ilkin qeydiyyata alınmasına heç vaxt razılıq verməmişdir. Bu səbəbdən də həmin mənzilin hansı əsasla atasının adına rəsmiləşdirilməsindən məlumatı yoxdur. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, mərhum X2nun adına xx.xx.2008-ci il tarixdə ilkin qeydiyyata alınmış ünvan 1 ünvanına dair verilmiş MH seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərdən də görünür ki, o, xx xxxxxx 1984-cü il tarixdə doğulmuşdur, doğulduğu gündən ünvan 3 ünvanında yaşamış, hal-hazırda həmin mənzildə qeydiyyatdadır, mənzil ilkin qeydiyyata alındığı tarixdə, xx.xx.2008-ci il tarixdə o, yetkinlik yaşına çatmış, lakin buna baxmayaraq həmin mənzilin atasının adına ilkin qeydiyyata alındığı zaman onun razılığı olmamışdır. Razılığının olmadığını təsdiq etmək üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmiş, lakin müraciətinə cavab verilməmiş, yalnız məhkəmə sorğusu əsasında həmin sənədlərin surətlərinin təqdim olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərini pozaraq ünvan 1 ünvanını xx.xx.2008-ci il tarixdə ilkin qeydiyyata alan zaman onun yetkinlik yaşına çatmağını, həmçinin onun razılığının olmamasını nəzərə almamış və qeyd edilən mənzilə dair MH seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış vermişdir. Qeyd edilənləri nəzərə alaraq, X2nun adına xx.xx.2008-ci il tarixdə ilkin qeydiyyata alınmış ünvan 1 ünvanına dair verilmiş MH seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-569/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Qətnamədən iddiaçı Cavidan Hacızadə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-431/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı X1 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddianın təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, məhəllə 592, 43 saylı evin 123 saylı mənzilin özəlləşdirilməsi etibarsız hesab edilməsi və özəlləşdirmənin nəticəsi olaraq X4 adına verilmiş Daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış ləğv edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan üçüncü şəxs Əliyeva Zenfira Nəriman qızı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 2(102)-4620/2020 saylı qərarı ilə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Əliyeva Zenfira Nəriman qızı tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-431/2020 nömrəli qətnaməsi ləğv edilmiş və işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili İsmayılov Eldəniz Nəsrəddin oğlu kasasiya instansiya məhkəməsinin qərarı nəzərə alınmaqla qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Əliyeva Zenfira Nəriman qızı və onun vəkili və nümayəndəsi Vəkil kasasiya instansiya məhkəməsinin qərarı nəzərə alınmaqla qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını hər hansı üzürlü səbəb olmadan təmin etmədiyindən məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-569/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi iş üzrə icraata xitam verilməklə ləğv edilməlidir. Belə ki, kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında qeyd olunmuşdur ki, apelyasiya instansiyası məhkəməsi iddianın məhkəmə aidiyyətini araşdırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İddia ərizəsindən göründüyü kimi, özəlləşdirmə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən aparılmış və özəlləşdirmənin aparılmasında iddia olunan qanun pozuntusu həmin orqanın fəaliyyəti ilə əlaqədardır. Əlavə olaraq qeyd olunmalıdır ki, iddiada yeganə cavabdeh qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi göstərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxxx 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, ... mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxx 2012-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, publik hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxx 2015ci il tarixli Qərarında göstərilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir, xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2014-cü il tarixli qərarında isə göstərilmişdir ki, Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi darələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Sözügedən qərarlardakı hüquqi mövqelərə görə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların mübahisələndirilməsinə dair işlərə o halda mülki məhkəmə icraatı qaydasında baxıla bilər ki, reyestrdə aparılmış qeydiyyat və bununla bağlı verilmiş çıxarış hər hansı mülki hüquqi əqdin (məsələn, alqı-satqı müqaviləsi, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmış olsun. Hazırkı iddia tələbi mənzilin tam mülkiyyət hüququ üzrə X4 mülkiyyətinə keçməsi ilə əlaqədar sonuncunun adına verilmiş çıxarışın ləğv edilməsindən ibarətdir. Birinci instansiya məhkəməsi iddiaya baxarkən mənzilin “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun tələblərinin pozulmaqla özəlləşdirildiyinə, yəni iddiaçının razılığının olmamasına əsaslanmışdır. Bununla belə, həmin pozuntunun hansı hüquq münasibətlərə əsaslanması və nəticə olaraq iddianın məhkəmə aidiyyəti araşdırılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd edilənləri nəzərə almamış mübahisənin ümumi, yaxud inzibati məhkəməyə aid olmasını müzakirə etməmişdir. Kollegiya qeyd edir ki, qanunverici mübahisənin ümumi məhkəməyə və ya inzibati məhkəməyə aid olmasını müəyyən edərkən işdə iştirak edən şəxslərin subyektiv tərkibinin, mübahisənin predmetinin və ya hüquq münasibətlərinin xarakterinin nəzərə alınmasını tələb edir. Fiziki şəxs olan iddiaçının tələbindən müəyyən olunur ki, o, çıxarışın ləğv edilməsini tələb edir. Bu isə o deməkdir ki, iddia tələbi cavabdeh kimi mübahisəli mənzilə dair çıxarışı verən orqan kimi DƏDRX-yə yönəldiyindən və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti inzibati orqan olduğundan mübahisəyə ümumi məhkəmədə deyil, inzibati məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən bu halda iş üzrə icraata xitam verilməlidir. Həmin maddəyə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-569/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi iş üzrə icraata xitam verilməklə ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2, 384.0.4, 385.1.1, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı X1 şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-569/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi iş üzrə icraata xitam verilməklə ləğv edilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar