Məhkəmə qərarları › İş №2(103)-2948/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2948/2024

22.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2948/2024 22.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli 2(009)- 804/2023 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-804/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 40510 manat pulun tutularaq İddiaçı ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh2 vəkili Nümayəndə2 tərəfindən apellyasiya şikayəti verilmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1708/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş apellyasiya baxışından çıxarılmış və apellyasiya şikayəti onun mümkünlüyünün yoxlanılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli 2(009)-804/2023 nömrəli qərardadı ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh2 vəkili şikayət verərək göstərmişdir ki, etibarnamə tərəfindən məhkəmə prosesi zamanı order ilə birlikdə məhkəməyə təqdim edilmiş, həmçinin elektron qaydada yüklənmişdir. Şikayət məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasi iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1708/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadında göstərilmişdir ki, iddiaçının vəkili Nümayəndə2 Cavabdeh2 adından apellyasiya şikayəti vermək səlahiyyəti olmasını nəzərdə tutan etibarnamə iş materiallarına əlavə edilməmişdir. Elektron kabinetdə də belə bir etibarnamə müəyyən edilməmişdir və bu səbəbdən apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən müəyyən edilir ki, vəkil Nümayəndə2 18 mart 2024-cü il tarixdə etibarnaməni elektron kabinet vasitəsi ilə təqdim etmişdir. Həmin etibarnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə verilmiş etibarnamədir. Məhkəmə isə bu halı nəzərə almadan 19 mart 2023-cü il tarixli qərardadı ilə verilmiş apellyasiya şikayəti etibarnamənin olmaması əsası ilə geri qaytarmışdır. Beləliklə müəyyən edilir ki, apellyasiya şikayəti verildiyi zaman Cavabdeh2 tərəfindən vəkil Nümayəndə2 verilmiş etibarnamə mövcud olmuşdur, yəni sonuncunun apellyasiya şikayəti vermək səlahiyyəti olmuşdur, sadəcə etibarnamə iş materiallarında olmadığından Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün işi geri qaytarmışdır və həmin aralıqda artıq vəkil etibarnaməni elektron kabinet vasitəsi ilə təqdim etmiş, məhkəmə isə bu halı nəzərə almamışdır. Kollegiya qeyd edir ki, məhkəmənin qənaəti düzgün olmamışdır, odur ki, şikayət qismən təmin edilməli, mübahisələndirilən qərardad ləğv edilməli və verilmiş apellyasiya şikayətinin mümkünlüyü yenidən yoxlanılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli 2(009)-804/2023 nömrəli qərardadı ləğv edilsin və Cavabdeh2 tərəfindən qətnamədən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yenidən yoxlanılması üçün iş Səbail Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar