Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2954/2024 22.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə,hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2nə və Kooperativin sədri Cavabdeh1 və Yasamal Rayon İcra Şöbəsinə qarşı “dayanacaqdan istifadə qaydalarının müəyyən edilməsi və həmin qaydalar üzrə tələblərin yerinə yetirilməsi vəzifəsinin hüquqi şəxsin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2040/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2 Mənzil Tikintisi Kooperativinə və Kooperativin sədri Cavabdeh1 qarşı “dayanacaqdan istifadə qaydalarının müəyyən edilməsi və həmin qaydalar üzrə tələblərin yerinə yetirilməsi vəzifəsinin hüquqi şəxsin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 2(004)-98/2022 nömrəli qətnaməsinin “qət etdi” hissəsində (səh. 11, bənd 3) təsbit olunan məzmunda qərara, Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(004)- 642/2023 nömrəli qərardadında “İddiaçı məxsus avtomobilin binanın sahəsində yerləşən açıq tipli dayanacaqda saxlanması və açıq tipli dayanacaqdan istifadə hüququna Cavabdeh2 MTK tərəfindən yaradılan maneələr aradan qaldırılsın, iddiaçının avtomobilinin həmin dayanacaqda saxlanılması və dayanacaqdan istifadə hüququ təmin edilsin və tanınsın” məzmunlu izahda təsbit olunan “dayanacaqdan istifadə” qaydalarının müəyyən edilməsi, borclu hüquqi şəxs Cavabdeh2 MTK və onun sədri Cavabdeh1 üzərinə, tələbkar İddiaçı məxsus avtomobilin ünvan üzrə binanın sahəsində yerləşən açıq tipli dayanacaqda saxlanması üçün ayrılan yerin (sahənin) dəqiq məkanı, binanın hansı mərtəbəsində yerləşməsi, ölçüləri, plan-cizgisi və digər mühüm əhəmiyyətli məlumatlar göstərilməklə, notarial qaydada təsdiq edilmiş rəsmi sənədin və avtomobilin dayanacağa maneəsiz daxil olması və çıxması üçün xüsusi pult-kartının tələbkara verilməsi vəzifəsinin qoyulması, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin üzərinə, ünvan üzrə binanın sahəsində yerləşən açıq tipli dayanacaqda iddiaçının avtomobilinin saxlanması və dayanacaqdan istifadə hüququ əsasında müəyyən edilən istifadə qaydalarına müvafiq icranın yerinə yetirilməsində icra məhdudiyyətlərinin yaradılmasına və ləngidilməsinə yönəldilən əsassız maneələrin aradan qaldırılması vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2040/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər "Qranit” Mənzil Tikintisi Kooperativinə və Kooperativin sədri Cavabdeh1 qarşı "dayanacaqdan "istifadə qaydaları”nın müəyyən edilməsi və həmin qaydalar üzrə tələblərin yerinə yetirilməsi vəzifəsinin hüquqi şəxsin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinin qəbulundan, iddianın yolverməzliyinə görə imtina edilmiş və "PashaPay” MMC-nin milliön elektron ödəmə sistemi vasitəsilə xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş sənədinə əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 100 manat pulun Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılması qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 114.1.2, 151.1, 153.2.2, 231.1-ci maddələrinə istinadən edilməklə qeyd edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-98/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər "Qranit” Mənzil Tikintisi Kooperativinə və Kooperativin sədri Cavabdeh1 qarşı "müqavilə öhdəliklərinin icra olumaması, dayanacağa sahiblik və istifadə hüququna maneələrin aradan qaldırılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh "Qranit” MTKnın üzərinə İddiaçı ilə ünvan 2 ünvanda "Qranit” MTK-nın inşa etdiyi binanın 2-ci girişində 139 saylı mənzilə dair bağlanmış "Xidmət müqaviləsi”ndə təsbit olunan "kooperativ, yaşayış binasının mərkəzləşdirilmiş qazanxanadan isti su ilə təmin edilməsi” (bənd 1.1.), "sərnişin və yükdaşıyan liftlərin fasiləsiz və normal işləməsini təmin edilməsi” (bənd 1.2.), "mənzillərin girişində elektrik sayqacının quraşdırılması” (bənd 1.4.), "blokların təmir və təmizlik işlərinin aparılmasını təmin edilməsi” (bənd 1.7.) üzrə öhdəliklərin icra edilməsi vəzifəsi qoyulmuşdur. İddiaçı məxsus avtomobilin binanın sahəsində yerləşən dayanacaqda saxlanması və dayanacaqdan istifadə hüququna cavabdeh "Qranit” MTK tərəfindən yaradılan maneələrin aradan qaldırılması, iddiaçının avtomobilinin həmin dayanacaqda saxlanılması və dayanacaqdan istifadə hüququnun təmin edilməsi və tanınması, cavabdeh "Qranit” MTK-dan dəymiş maddi zərərin əvəzi kimi 20117 manat və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 250 manat cavabdeh "Qranit” MTK-dan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Erol Kazımov tədqimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-98/2022 nömrəli icra vərəqəsinin "binanın sahəsində yerləşən dayanacaqda saxlanması və dayanacaqdan istifadə hüququna” aid hissədə izah verilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(004)-642/2023 nömrəli qərardadı ilə icra məmurunun tədqimatı təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-98/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsində olan "binanın sahəsində yerləşən dayanacaqda saxlanması və dayanacaqdan istifadə hüququ” sözləri "binanın sahəsində yerləşən açıq tipli dayanacaqda saxlanması və açıq tipli dayanacaqdan istifadə hüququ” sözləri kimi başa düşülməsi qərara alınmışdır. Hazırda İddiaçı iddia tələbində Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-98/2022 nömrəli qətnaməsində və həmin qətnaməyə izah verilməsinə dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(004)- 642/2023 nömrəli qərardadında həll edilmiş məsələyə yenidən baxılmasını tələb edir, dayanacaqdan "istifadə qaydaları”nın müəyyən edilməsi və həmin qaydalar üzrə tələblərin yerinə yetirilməsi vəzifəsinin hüquqi şəxsin üzərinə qoyulmasına dair eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğuna görə, iddiaçı hazırkı iddianı qaldıra bilməz. İddiaçı şikayət vermiş, Yasamal rayon Məhkəməsinin № e-2(004)-2040/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini, apellyasiya şikayətində göstərilən hüquqi əsaslarla, iddia tələblərinin tam təmin edilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Konstitusiyasının 129; “İcra Məmurları haqqında” Azərbaycan Respublikası Qanunun 7, 9; “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 70.4; Mülki Prosessual Məcəllənin 15.2, 77.1, 88, 106.1, 217.1, 217.3, 227.1, 227.2, 385.1.1, 385.1.2, 385.1.4, 386, 390; “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixil 4 saylı Qərarı 2.2, 2.4, 6.3; Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu” 9.3.8, 9.3.12-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddia ərizəsinin qəbulundan bu məzmunla imtina, Yasamal rayon Məhkəməsinin iddiaçıya qarşı qərəzli mövqeyi və cavabdehlər Cavabdeh2 MTK və onun sədri Cavabdeh1 ətrafında xüsusi toxunulmazlıq yaradılması və müəmmalı liberal münasibətin olması ilə bağlıdır. Bu əsasla, qərardadın kollegial sifarişli olması, istisna deyil. Apellyasiya şikayətində göstərilən əsaslarla, hesab edirlər ki, Yasamal rayon Məhkəməsinin (hakim Vahid Hacıyev) iş № e-2(004)-2040/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad ədalətsiz və qərəzlidir. Yasamal rayon İcra şöbəsinin icra məmuru X3, “Yasamal rayon Məhkəməsinin №2(004)- 98/2022 saylı, 31,03.2022-ci il tarixli qətnaməsinin icra sənədinə izah verilməsinə dair” Yasamal rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə, icra sənədi üzrə icraata başlamaq barədə qərar qəbul etdikdən 18 ay sonra, qərəzliklə icra sənədində müəmmalı “anlaşılmazlıq” uyduraraq ərizə təqdim etmişdir. Halbuki, izahı tələb olunan xx.xx.2022-ci il tarixli №2(004)-98/2022 saylı həmin icra sənədində təsbit olunan “İddiaçı məxsus avtomobilin binanın sahəsində yerləşən dayanacaqda saxlanması və dayanacaqdan istifadə hüququna Cavabdeh2 MTK tərəfindən yaradılan maneələr aradan qaldırılsın, iddiaçının avtomobilinin həmin dayanacaqda saxlanılması və dayanacaqdan istifadə hüququ təmin edilsin və tanınsın” məzmunda tələb, azərbaycan dilində qərəzsiz düşüncə tərzi ilə səlis anlaşılan tərzdə yazılmasıdır. İcra məmuru Erol Kazımlının tələbin izahı barədə əsassız təqdimatı əsasında, Yasamal rayon Məhkəməsinin (hakim Ayaz Məmmədov), 02.11,2023-cü il tarixli, № 8(004)- 642/2023 saylı qərardadında, təsbit olunan “Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 98/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsində olan “binanın sahəsində yerləşən dayanacaqda saxlanması və dayanacaqdan istifadə hüququ” sözləri “binanın sahəsində yerləşən açıq tipli dayanacaqda saxlanması və açıq tipli dayanacaqdan istifadə hüququ” sözləri kimi başa düşülsün” məzmunda izah, qərəzli təhrif olunmuş, qarışıq və natamam məzmundadır. Hazırda, Yasamal rayon İcra şöbəsinin icra məmuru Erol Kazımlı, yeni bəhanə ilə bəyan edir ki, Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, №8(004)-642/2023 saylı qərardadında, təsbit olunan “dayanacağ”ın binanın sahəsinin hansı hissəsində yerləşməsi və “dayanacaqdan istifadə” qaydaları müəyyənləşdirilməmişdir. Halbuki, ünvan üzrə binanın lahiyəsində və Bakı şəhəri İcra Hakimiyyətinin binanın istismarına dair xx.xx.2016-cı il tarixli, №00083 saylı “İcazə” sənədində binanın sahəsində (zirzəmidə), ümumi sahəsi 5962,8 kv.m. olan, cəmi 1 dayanacaq mövcuddur və həmin dayanacaq, AR Dövlət Tikinti Normalarının (AzDTN) 2.7-1. bəndində təsbit olunan təsnifatda əsasən, açıq tipli dayanacaqdır.İcra məmurunun, “dayanacaqdan istifadə” Qaydaları müəyyənləşdirilməməsi” məzmunda digər absurd bəhanəsinin pərdəarxası, cavabdehin inadkarlığını dəstəkləmək. Belə ki, icra sənədi üzrə icraata başlamaq haqqında qərarın qəbul edilən vaxtdan 13 üç ay sonra icra məmurunun “dayanacaq”la bağlı məhkəməyə izah üzrə təqdimatında, bu məsələyə barədə qeydin olmaması və 19 aydan sonra bu məsələnin yeni bəhanə kimi ortaya atılmasının qərəzli məqsədlə olması inkaredilməzdir. Bu iddia onunla təsdiq edilir ki, icranın düzgün həlli üçün, icra məmuru 19 ay ərzində, mübahisə predmeti olan ünvan üzrə binanın və binanın sahəsində yerləşən dayanacağın lahiyəsini cavabdehdən tələb etməkdən məqsədli yayınır. İş materialında Cavabdeh2 MTK-nın sədri Cavabdeh1 imzası ilə xx.xx.2019-cu il tarixli rəsmi sənədə əsasən, məzmunu təsdiq edir ki, binanın balansında qapalı tipli dayanacaq, “qaraj”, mövcud deyil və binanın sahəsində yerləşən dayanacaqda olan 205 yerin hamısı satılmışdır (?!). Cavabdeh2 MTK sədri Cavabdeh1 korrupsiya tərkibli ciddi qanun pozuntusuna yol verərək, kənar şəxslərə Kərimov Fuada - 66 yer, Zeynalovlar ailəsinə - 47 yer, Hacıyeva Elnarəyə 27 yer və s.) satmışdır. Qərardadda (səh.3, abzas 2) - Məhkəmənin (hakimin), “Hazırda İddiaçı iddia tələbində Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-98/2022 nömrəli qətnaməsində və həmin qətnamə izah verilməsinə dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(004)-642/2023 nömrəli qərardadında həll edilmiş məsələyə yenidən baxılmasını tələb edir” məzmunda qənaəti, həqiqətə uyğun deyil və iddiaçının tələbinin öz hüquqi düşüncə tərzinə uyğun təhrif edilməsindən doğan yanlış nəticədir. Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(004)-642/2023 nömrəli qərardadında bu məsələ üzrə tələb olmamışdır və bu məsələyə baxılmamışdır. Həmçinin, Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-98/2022 nömrəli qətnaməsində və həmin qətnamə izah verilməsinə dair Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(004)-642/2023 nömrəli qərardadında, izahın natamam və təhrif olunmuş məzmunu ilə bağlı, iddiaçının yüksək instansiya məhkəmələrinə şikayəti əsasında, qərardad hüquqi qüvvəyə minməmişdir və hazırda iş materialları Yasamal rayon Məhkəməsinə qaytarılmışdır. Hazırkı işə baxan hakim bu barədə xəbərdardır. Qərardadda (səh.3, abzas 3) - Bu hissədə məhkəmənin (hakimin) hüquqi məntiqlə uzlaşmayan “Hesab edirəm ki, dayanacaqdan “istifadə qaydaları” nın müəyyən edilməsi və həmin qaydalar üzrə tələblərin yerinə yetirilməsi vəzifəsinin hüquqi şəxsin üzərinə qoyulmasına dair eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğuna görə, iddiaçı hazırkı iddianı qaldıra bilməz” məzmunda qənaəti də əsassız və yanlışdır. Məhkəmə (hakim) izah etməmişdir ki, hansı tarixli və hansı nömrəli qətnaməyə istinadla, hüquqi əsası olmayan belə bir qənaətə gəlmişdir. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə, bu məzmunda qətnamə, yaxud, qərardad mövcud deyil. Belə ki, Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2100xx-xx/2022 nömrəli qətnaməsində, “İddiaçı məxsus avtomobilin binanın sahəsində yerləşən dayanacaqda saxlanması və dayanacaqdan istifadə hüququna Cavabdeh2 MTK tərəfindən yaradılan maneələr aradan qaldırılsın, iddiaçının avtomobilinin həmin dayanacaqda saxlanılması və dayanacaqdan istifadə hüququ təmin edilsin və tanınsın” məzmunda iddia tələbi ilə bağlı məhkəmə qətnamə qəbul etmişdir. Həmin iş üzrə iddia ərizəsində “dayanacaqdan istifadə qaydalarının müəyyən edilməsi və hüquqi şəxsin üzərinə həmin qaydalar üzrə icranın yerinə yetirilməsi vəzifəsinin qoyulmasına dair” məzmunda tələb qoyulmamışdır. Əgər məhkəmə (hakim), Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-98/2022 nömrəli qətnaməsinə izah verilməsinə dair Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(004)- 642/2023 nömrəli qərardadını nəzərdə tutursa, bu halda, həmin qərardadda “dayanacağ” sözünə natamam məzmunda izah verilmişdir. Bu səbəbdən, həmin qərardad hüquqi qavvəvə minməmişdir. Qərardadda (səh.3, abzas 4, 5, 6) - Qərardadın əsaslandırıçı hissəsində məhkəmə (hakim) iş qəbul etdiyi qərarını hüquqi əsaslandıra bilmədiyindən, AR Mülki Prosessual Məcəlləsinin iddianın mahiyyəti və məzmunu üzrə analoji uyğunluğu olmayan 151.1., 153.2.2. və 231.1. maddələrinə əsassız istinad etmişdir. Bu hal, qərardadın hüquqi əsassız olmasını təsdiq edir. Göründüyü kimi, Yasamal rayon Məhkəməsi (hakim V.Hacıyev) işə dair qəbul etdiyi xx.xx.2024-cü il tarixli, №e-2(004)-2040/2024 saylı qərardadda, heç bir hüquqi əsaslı səbəb göstərmədən iddia ərizəsinin qəbulundan imtina etmişdir, hətta qərann əsaslandırıcı hissəsində yalnız özünə məlum olan səbəbdən, iddianın məzmun və mahiyyətini təhrif edərək, dispozitivlik prinsipi ilə uzlaşmayan prosessual pozuntuya yol vermişdir. Bu əsasla, qərardadın yüksək səviyyədə kollegial sifarişli olması, istisna deyil. Şərh olunan əsaslarla, hesab edirlər ki, Yasamal rayon Məhkəməsinin (hakim Vahid Hacıyev) iş № e-2(004)- 2040/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı, mahiyyəcə təhrif olunmuş və natamam məzmunda tərtib edilmişdir, eyni zamanda hüquqi əsassız və ədalətsizdir. Bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinə şikayət edilməsinə zərurət yaranmışdır. Məhkəmənin (hakimin) işə dair natamam və ədalətsiz qənaətə gəlməsində “qanundan kənar kollegial təsir” amili istisna deyil. “Birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamənin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır”. - Qərardadın məzmunundan qənaətə gəlinir ki, birinci instansiya məhkəməsinin iddia ərizəsinin qəbulundan imtina barədə gəldiyi nəticə, iddia ərizəsində göstərilən mühüm əhəmiyyətli halların araşdırılmaması və aydınlaşdırılmaması ilə bağlıdır. Məhkəmənin işə dair natamam və ədalətsiz nəticəyə gəlməsinə səbəb olan və iddia ərizəsində şərh edilən bu hallar, qərardadın apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Məhkəmənin (hakimin), “eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olması” barədə qənaəti, əsassız və absurd uydurmadır. Yasamal rayon Məhkəməsinin №2(004)-98/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi, Yasamal rayon İcra şöbəsinə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur və 13 ay ərzində icra məmuru İsmayıl İsmayılovun icraatında olmuşdur. Bu bu müddətdə, icra sənədi üzrə heç bir anlaşılmazlıq olmamışdır. Borclu Cavabdeh2 MTK sədri Cavabdeh1 inadkarlığı səbəbindən, icra yerinə yetirilməmişdir. 13 aydan sonra. İddiaçı nümayəndəsi (əri) Abdulla Abdullayev, xx.xx.2023-cü il tarixdə Prezident Aparatının şöbə müdürü Fuad Ələsgərovun qəbulunda Yasamal rayon İcra şöbəsinin rəisi Pərviz Zəkəriyyəyevin və İcra məmuru İsmayıl İsmayılovun qanunsuz hərəkətləri barədə şikayətdən sonra iş icra məmuru Erol Kazımlının icraatına verilmişdir, icra məmuru, hətta, izahi verilən tələbin icrasını müxtəlif absurd bəhanələrlə süründürməçiliyə salmaqda davam edir. İcra məmuru Erol Kazımlının bu kimi hərəkətləri, insan psixologiyasına neqativ təsir göstərir, davamlı mənəvi gərginlik və sarsıntı yaradır. Bü halların müstəqil nəticəsi olaraq, vətəndaş məmnunluğuna və məhkəmə-hüquq sisteminin nüfuzuna ciddi xələl gətirilir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası şikayətdə şərh olunan məsələləri hərtərəfli araşdıracaq, icra məmuru X2 xidməti vəzifəsinə düzgün olmayan mövqedən yanaşmasına və icra sənədlərinin yerinə yetirilməsinə qeyri-şəffaf münasibətinə müvafiq hüquqi qiymət verəcəkdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2040/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Kollegiya iddianı, iş materiallarını və şikayəti təhlil edərək diqqətə çatdırır ki, iddiaçı iddia tələbinin fərqli əsasla verilməsinə işarə etməyə cəhd etsə də, şikayətinin (iddiasının) məzmununu və əsasını Yasamal rayon Məhkəməsinin №2(004)-98/2022 saylı işi üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli qətnaməsinin icrasının təmin edilməməsi təşkil etmişdir. Məhz bu qətnamənin icrasından irəli gələrək icra icraatı üzrə mübahisələr və şikayətlər hələ də baxılmaqdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa; 153.2.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa. 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəməyə müraciət etmək hüququ ilk növbədə iddianın qaldırılması ilə həyata keçirilir. Hüquq subyektlərinin həll edilməsi üçün məhkəməyə müraciət etdikləri mübahisələrin dairəsi kifayət qədər genişdir. İddialar bir-birindən maraqlı şəxslərin – proses tərəflərinin adları ilə, iddiaçının müdafiəsini xahiş etdiyi subyektiv maddi hüquqlarla, məhkəmə müdafiəsi üçün müraciət etməyin əsası olmuş hallarla fərqlənirlər. Qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-in 53, 153-cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Təsbit olunmuş mülki hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçı məhkəmədən: birincisi, cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi xahiş edə bilər. Bu cür iddianın predmetini iddiaçının cavabdeh tərəfindən müvafiq öhdəliyin könüllü olaraq yerinə yetirilməməsi ilə əlaqədar müəyyən hərəkətləri tələb etmək hüququ təşkil edir. Məsələn, cavabdehdən pul vəsaitinin tutulması barədə iddianın predmetini iddiaçının bu pul məbləğinin alınmasına dair maddi subyektiv hüququ (tələb etmək hüququ) təşkil edir; ikincisi, iddiaçı məhkəmədən hüquq münasibətlərinin, subyektiv hüquqların və ya öhdəliklərin mövcudluğunu və ya onların olmamasını etiraf etməyi tələb edə bilər. Bu halda iddianın predmetini hər hansı əşyaya, əqli fəaliyyət nəticələrinə dair müstəsna hüquqlara aid olan mülkiyyət hüququ, əqdin etibarsızlığı və s. təşkil edir; üçüncüsü, iddiaçının tələbi əsasında məhkəmə hüquq münasibətlərini dəyişdirə və ya onlara xitam verə bilər (MPM-in 53-cü maddəsi). Bu zaman iddianın predmetini tərəflər arasında mövcud münasibətlərin dəyişdirilməsinə və ya onlara xitam verilməsinə dair iddiaçının birtərəfli iradə ifadəsi təşkil edir. İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti - iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. İddia tələbinin artırılması və ya azaldılması məsələsi qaldırıldığı zaman bütövlükdə iddianın predmeti deyil, yalnız maddi obyektin həcmi dəyişdirilir. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı). Bu baxımdan, iddianın predmeti iddia ərizəsinə əsasən tələb edilənlərlə məhdudlaşmayaraq, irəli sürülmüş tələblə ehtiva olunan və ona mahiyyəti üzrə baxılıb əsaslandırılmış qiymətin verilməsi üçün zəruri olan hüquq münasibətlərini də əhatə edir. Belə ki, iddianın predmeti, barəsində qərar qəbul olunması xahiş edilən subyektiv hüquq olduğu üçün iddianın obyektinə aid olan konkret hərəkətlərin yerinə yetirilməsi, əşyaların alınıb-verilməsi kimi tələblərlə eyniləşdirilməməlidir. Ayrı-ayrı iddia tələblərinin fərqli formada ifadə olunması və ya zahiri baxımdan fərqlənməsi iddianın predmetinin fərqli olması qənaətinə gəlmək üçün əsas ola bilməz. Odur ki, oxşar iddia tələblərinin eyni predmetli olub- olmamasının müəyyənləşdirilməsi üçün həmin tələblərə iddiaçının subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləri baxımından kompleks şəkildə qiymət verilməlidir (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Qərardad № 02/2022, 14 iyun 2022-ci il ). Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Qanunvericinin məhkəmə qərarlarının (qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daxil olmaqla) müvafiq məhkəmə instansiyalarında mübahisələndirilməsinə yuxarıda qeyd olunan tərzdə yanaşması qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin və hüquqi müəyyənlik prinsipinin təmin olunmasına yönəlmişdir (C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 6 iyun 2014-cü il tarixli Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarı). İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər (G.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 aprel 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 29 noyabr 2016-cı il tarixli Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarı). Qeyd edilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80; “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 149-153, 385-398-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, formal və aidiyyəti olmayan mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Kollegiya hesab edir ki, iddiaçı tərəfindən artıq irəli sürülmüş və məhkəmələr tərəfindən qiymət verilmiş iddia tələbi üzrə qəbul edilmiş məhkəmə aktının icrasının təmin edilməsi mülki (iddia) icraatı qaydasında yenidən irəli sürülə bilməz. İddia predmetinin (məhkəmə qərarının icra edilməməsi əsası ilə) formal dəyişikliklər görüntüsü ilə yeni tələb kimi təqdim edilməsi onun məhkəmədə baxılmasını istisna edir və bu əsas üzrə qanunvericiliyin fərqli təfsir edilməsi (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 395- 403-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2040/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-2954/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2954/2024
22.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver