Məhkəmə qərarları › İş №2(103)-2973/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2973/2021

18.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2973/2021 18.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsilə Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi-Vəkil2, İlk iddia üzrə cavabdeh Vood Volley Hicran Məhəmməd qızının iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Vood Volley Hicran Məhəmməd qızına qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair ilk, Cavabdeh1 İddiaçı qarşı “tikilinin sökülməsi” barədə qarşılıqlı iddia tələbləinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Vood Volley Hicran Məhəmməd qızına qarşı “ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Öz növbəsində Seyidov X1 Hafiz Əhəd oğluna qarşı “tikilinin sökülməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda Cavabdeh1 “iddianın təmin edilməsi tədbiri barədə” ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 76 saylı sahənin bir hissəsində yerləşən 0,05 ha torpaq sahəsinin üzərində tikinti işlərinin aparılmasının cavadehə və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Səbail rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadına əsasən ərizə təmin edilməmişdir. İlkin iddia üzrə cavabdeh məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli qərardadından şikayət vermişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək, təmin olunmasını xahiş edən qarşılıqlı iddia üzrə iddiaçının səlahiyyətli nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı səbəblərdən qarşılıqlı iddia üzrə iddiaçının şikayəti təmin olunmalı, Səbail rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, Cavabdeh1 iddianın təmin tədbiri barədə təkrar ərizəsi təmin edilməli, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 76 saylı sahənin bir hissəsində yerləşən 0,05 ha torpaq sahəsinin üzərində tikinti işlərinin aparılmasının cavadehə və digər şəxslərə qadağan edilməlidir. Birinci instansiya məhkəməsi iddianın təmin tədbiri barədə ərizəni təmin etməməsini, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən iddianın təmin edilməsi tədbirini əsaslandıracaq kifayət qədər məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməməsi ilə əsaslandırmışdır. Aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qərardadı işin hallarına uyğun olmadığından, qanuni sayıla bilməz. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyin tikinti işlərinin dayandırılması barədə 0204 saylı qərarın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində tikinti obyektinin podratçısı, xüsusi razılığın(lisenziyanın) rekvizitləri, onun ünvanı, fərdi yaşayış evinin tikintisinə icazə, tikintiyə icazə barədə xüsusi nişan yoxdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə almadan, tikinti işlərinin aparılmasının cavadehə və digər şəxslərə qadağan edilməsi barədə iddianın təmin etmə tədbiri barədə ərizəni təmin etməməklə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. 158.2-ci maddəsinə görə məhkəmə zəruri hallarda iddianı təmin etmək məqsədi ilə bu Məcəllənin müvafiq maddələrində nəzərdə tutulan digər tədbirləri görə bilər. Məhkəmə iddianın təmin edilməsinin bir neçə növünü tətbiq edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.3, 400-cü maddələrini rəhbər tutaraq, kollegiya. q ə r a r a a l d ı: İş üzrə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadından il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 76 saylı sahənin bir hissəsində yerləşən 0,05 ha torpaq sahəsinin üzərində tikinti işlərinin aparılmasının cavadehə və digər şəxslərə qadağa qoyulsun. Qərardadan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar