Məhkəmə qərarları › İş №2(103)-2979/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2979/2022

13.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2979/2022 13.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı10, İddiaçı9, İddiaçı18, X2, İddiaçı21, İddiaçı3, İddiaçı20, İddiaçı5, İddiaçı15, İddiaçı12, İddiaçı13, İddiaçı8, İddiaçı17, İddiaçı19, İddiaçı11, İddiaçı6, İddiaçı14, İddiaçı4, X1, İddiaçı1 və İddiaçı7 Cavabdeh MMC-yə qarşı “əmrin etibarsız hesab edilməsi, şagirdlərin təhsillərinin davam etdirilməsinin təmin olunması və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli 2(001)-518/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı10, İddiaçı9, İddiaçı18, X2, İddiaçı21, İddiaçı3, İddiaçı20, İddiaçı5, İddiaçı15, İddiaçı12, İddiaçı13, İddiaçı8, İddiaçı17, İddiaçı19, İddiaçı11, İddiaçı6, İddiaçı14, İddiaçı4, X1, İddiaçı1 və İddiaçı7 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məktəbin Pedoqoji Şurasının 25 iyun tarixli onlayn iclasının qərarı, həmin tarixli 6 saylı əmri və məktəbin valideynlərə ünvanladığı 01 iyul 2020-ci il tarixli bildirişlərin məktəb ilə 2019/2020-ci il tədris ili üçün “Ödənişli təhsil xidmətinin göstərilməsi haqqında” bağlanmış müqaviləyə zidd və qanunsuz hesab edilərək etibarsız sayılması, iddiaçıların övladlarının – şagirdlərin müqavilə şərtlərinə əsasən təhsilinin Dünya Məktəbində davam etdirilməsinin cavabdeh tərəfindən təmin olunması, cavabdeh məktəbdə onlayn qaydada keçirilən dərslərə görə xərclərin nədən ibarət olduğunun valideynlərə təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, cavabdehin onlayn qaydada keçirilən dərslərə görə xərclər və o cümlədən, məktəbə dövlət tərəfindən edilmiş yardımlar nəzərə alınaraq, qalan məbləğlərin tam şəkildə güzəşt edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, məktəbin pandemiya ilə əlaqədar karantin dövründə növbəti dərs ilinin birinci yarımili üçün müəyyən edilmiş məbləğin tam ödənilməsi ilə əlaqədar tələbinin etibarsız hesab edilməsi və həmin ödənişin müqavilə şərtləri üzrə həyata keçirilmə vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, övladlarının təhsil aldıqları Cavabdeh (bundan sonra məktəb) tərəfindən 01 iyul 2020-ci il tarixdə bəzi valideynlərə onlayn qaydada aşağıdakı məzmunda bildiriş göndərilmişdir: “Hörmətli valideyn, nəzərinizə çatdırırıq ki, Dünya məktəbinin Pedaqoji Şurasının 25 iyun tarixli onlayn iclasının qərarını və təsisçilərin tövsiyyələrini rəhbər tutaraq 25 iyun tarixli əmrə əsasən, Sizinlə Dünya Məktəbi arasında 2019/2020-ci il tədris ili üçün “Ödənişli təhsil xidmətinin göstərilməsi haqqında” bağlanmış müqavilənin qüvvədə olma müddəti bitdiyinə görə növbəti 2020/2021-ci il tədris ili üçün uzadılmaması barədə sərəncam verilmişdir.” Bildirişi almış valideynlər məktəbin həm elektron ünvanına, həm də poçt ünvanına yazılı müraciət ünvanlayaraq bildirişdə göstərilən Pedaqoji Şuranın 25 iyun tarixli onlayn qərarının və həmin tarixli əmrin surətlərinin valideynlərə təqdim edilməsini, habelə valideynlərlə bağlanmış müqavilənin uzadılmamasının səbəbləri və əsasları barədə rəsmi məlumat verilməsini tələb etsələr də, onlara heç bir cavab verilməmişdir. Valideynlərə göndərilmiş bildiriş müqavilə şərtlərinə zidd olmaqla tamamilə qanunsuzdur. Belə ki, valideynlərlə məktəb arasında 2019/2020-ci il tədris ili üçün “Ödənişli təhsil xidmətinin göstərilməsi haqqında” bağlanılmış müqavilənin tarixi və nömrəsi, bitmə tarixi və növbəti 2020/2021-ci il tədris ili üçün həmin müqavilənin uzadılmamasının nə müqavilə, nə də qanuni əsasları bildirişdə göstərilməmişdir. Tərəflər müqaviləyə rəsmi olaraq hər-hansı dəyişiklik təklif etməmişlər, belə vəziyyətdə müqavilənin müddətinin bitməsindən söhbət gedə bilməz. Bundan başqa, valideynlərlə məktəb arasında 2019/2020-ci il tədris ili üçün bağlanmış müqavilədə, ümumiyyətlə həmin müqavilənin uzadılmamasının əsasları nəzərdə tutulmamışdır. Məktəbin göstərilən mövqeyi ilə bağlı iddiaçılar məktəbin həm elektron ünvanına, həm də poçt ünvanına yazılı müraciət edərək cavabdehin hərəkətlərinin qanunsuz olduğunu bildirmiş, onlayn qaydada keçirilən dərslərə görə xərclər və o cümlədən, məktəbə dövlət tərəfindən edilmiş yardımlar nəzərə alınaraq qalan məbləğlərin tam şəkildə güzəşt edilməsi xahiş olunmuşdur. Lakin, cavabdeh tərəfindən yazılı müraciətə heç bir cavab verilməmişdir. Cavabdehin ödənişlərlə bağlı göstərilən cavabı müqavilə şərtlərinə tamamilə ziddir. Belə ki, müqavilənin şərtlərindən görünür ki, tərəflər bir-birinə münasibətdə qarşılıqlı öhdəliklər götürmüş və bu öhdəliklərin yerinə yetirilməməsinə görə cavabdehlik daşıyırlar. Məktəb 2020-ci ilin mart ayından etibarən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirmir. Göstərilən vəzifələri məktəb mart ayından bəri yetinə yetirməmiş, təhsil yalnız onlayn qaydada aparılmışdır. Məktəb tərəfindən vəzifələrin icra edilməməsi karantinlə əlaqədar olsa da, karantin qaydaları yalnız məktəbə deyil, həm də valideynlərə də aiddir. Öhdəliklərini tam şəkildə icra etməyən məktəb valideynlərdən təhsil haqqını tam şəkildə ödəmələrini tələb etmişdir. Bu azmış kimi, məktəb valideynlərdən növbəti dərs ilinin birinci yarımili üçün müəyyən edilmiş məbləği tam ödəyərək şagirdlərin qeydiyyatdan keçməsinin təmin edilməsini də tələb edir və əks halda qeydiyyatdan keçməyən şagirdlərin məktəbin ümumi şagird siyahısına daxil edilməyəcəklərini bəyan edir. Cavabdeh bu tələbləri irəli sürərkən nəzərə almamışdır ki, növbəti dərs ilinin birinci yarımili üçün müəyyən edilmiş məbləğin tam ödənilməsini tələb etmək valideynlərlə bağlanmış müqavilədə nəzərədə tutulmamış və müqavilə şərtlərinə ziddir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli 2(001)- 518/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Xəzər Universiteti Dünya Məktəbinin Pedaqoji Şurasının 25 iyun tarixli onlayn icrasının qərarı, 25 iyun tarixli 6 saylı əmri və Dünya Məktəbinin valideynlərə ünvanladığı 01 iyul 2020-ci il tarixli bildirişlərin etibarsız sayılması, İddiaçı10, İddiaçı9, İddiaçı18, X2, İddiaçı21, İddiaçı3, İddiaçı20, İddiaçı5, İddiaçı15, İddiaçı12, İddiaçı13, İddiaçı8, İddiaçı17, İddiaçı19, İddiaçı11, İddiaçı6, İddiaçı14, İddiaçı4, X1, İddiaçı1 və İddiaçı7 övladlarının – şagirdlərin “ödənişli təhsil xidmətinin göstərilməsi haqqında” bağlanmış müqavilə şərtlərinə əsasən təhsillərinin Xəzər Universiteti Dünya Məktəbində davam etdirilməsinin Cavabdeh MMC tərəfindən təmin olunması, Xəzər Universiteti Dünya Məktəbində onlayn qaydada keçirilən dərslərə görə xərclərin nədən ibarət olduğu barədə Cavabdeh MMC tərəfindən İddiaçı10, İddiaçı9, İddiaçı18, X2, İddiaçı21, İddiaçı3, İddiaçı20, İddiaçı5, İddiaçı15, İddiaçı12, İddiaçı13, İddiaçı8, İddiaçı17, İddiaçı19, İddiaçı11, İddiaçı6, İddiaçı14, İddiaçı4, X1, İddiaçı1 və İddiaçı7 məlumat verilməsi, Xəzər Universiteti Dünya Məktəbində onlayn qaydada keçirilən dərslərə görə xərclər və o cümlədən məktəbə pandemiya ilə bağlı dövlət tərəfindən edilmiş yardımlar nəzərə alınaraq, qalan məbləğlərin tam şəkildə güzəşt edilməsi vəzifəsinin Cavabdeh MMC-yə həvalə edilməsi, Xəzər Universiteti Dünya Məktəbinin pandemiya ilə əlaqədar karantin dövründə növbəti dərs ilinin birinci yarımili üçün müəyyən edilmiş məbləğin tam ödənilməsi ilə əlaqədar tələbinin etibarsız hesab edilməsi, həmin ödənişlərin müqavilə şərtləri üzrə həyata keçirilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış məhkəmə iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, Məktəbin iddiaçılar tərəfindən qanunsuz və etibarsız adlandırdıqları qərar və hərəkətlər qanunsuz və etibarsız deyil. Məktəb qanunların tələblərinə və Məktəbin şagirdlərinin valideynləri ilə bağlanmış “Ödənişli təhsil xidmətinin göstərilməsi haqqında” müqavilələrin şərtlərinə əsaslanmışdır. Məhkəmə nəzərə almamışdır ki, şagirdlərdən Nəsirli Nurlan, Abdullayeva Aydan, Bayramova Sevda, Bayramova Dəniz, Babayeva Mələkxanım, Abdulla Amira, Abdulla Validə, Hüseynov Turan, Cəfərli Amin, Cəfərli Zəhra, Zeynalov Zakir, Həsənova Fərəh, Kərimova Sunay, Əzimzadə Məryəm, Əyyubov Maqsud, Mirzayeva Aylin, Sərəcov Hüseyn, Şərbətov Kənan, Həsənli Cavidan, Həsənli Tamerlan, Rain Əli və Saracev Cahangirin valideynləri məktəblə aralarındakı müqaviləni uzatmaq istəməmiş və övladlarına məxsus aidiyyatı sənədləri məktəbdən götürərək başqa məktəbə vermiş və adları çəkilən şagirdlər hazırda ayrı-ayrı məktəblərdə icbari təhsillərini davam etdirirlər. Bakı Apelyasiya Məhkəməsinin 30 iyul 2021-ci il tarixli 2(103)-5764/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli 2(001)-518/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 fevral 2022-ci il tarixli 2(102)- 1023/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5764/2021 nömrəli iş üzrə 30 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə geri qaytarılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, iddiaçılardan 16-sının uşağı artıq həmin məktəbdən çıxmış, övladlarına məxsus aidiyyatı sənədləri məktəbdən götürərək başqa məktəbə vermişdir. Həmin iddiaçılardan ikinci yarım il üçün olan ödəniş belə tələb edilməmişdir. Qalanları isə məktəblə razılığa gələrək uşaqları hazırda da təhsil alırlar, hazırda onlarla məktəb arasında hər hansı problem qalmamışdır. İşə baxılmasının vaxtı və yeri barədə iddiaçılara (nümayəndə) lazimı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlmədiklərinə görə işə onların (nümayəndə) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apelyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apelyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri aşağıdakılardan ibarət olmuşdur: “Apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış və ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərə uyğun əsaslandırılmamışdır. İddia tələbləri müqavilə şərtləri baxımından qiymətləndirilməli olduğu halda işə baxan məhkəmələr mübahisənin həlli zamanı müqavilə şərtlərini nəzərə almamış, yalnız formal mülahizələrdən çıxış edərək və tətbiq olunmalı olmayan maddi hüquq normalarını tətbiq etməklə iddianın təmin olunması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası nəticəyə gələrkən aiddiyyəti müəyyən olmayan normativ hüquqi aktlara, habelə maddi hüquq normalarına istinad etmişdir. Lakin nəzərə alınmamışdır ki, həmin normalar özlüyündə müqaviləni uzatmamaq barədə hər hansı bildirişin təqdim edilməsini qadağan etmir.” Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan Xəzər Universiteti Dünya Məktəbi tərəfindən valideynlərə ünvanlandırılmış 01 iyul 2020-ci il tarixli bildirişdə göstərilmişdir ki, “Hörmətli valideyn, nəzərinizə çatdırırıq ki, Dünya məktəbinin Pedaqoji Şurasının 25 iyun tarixli onlayn iclasının qərarını və təsisçilərin tövsiyyəsini rəhbər tutaraq, 25 iyun tarixli 6 saylı əmrə əsasən, Sizinlə Dünya məktəbi arasında 2019/2020-ci tədris ili üçün “Ödənişli təhsil xidmətinin göstərilməsi haqqında” bağlanmış müqavilənin qüvvədə olma müddəti bitdiyinə görə növbəti 2020/2021-ci tədris ili üçün uzadılmaması barədə sərəncam verilmişdir.” Məktəbin 20.05.2020-ci il tarixli 4 saylı əmrinə əsasən, Cavabdehndə təhsil alan şagirdlərin valideynləri ilə bağlanmış “Ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında” müqavilələr üzrə 2020-ci ilin 17 mart-15 iyun müddəti üzrə nəzərdə tutulmuş ödənişlər üzrə 300 manat güzəşt edilmişdir. Xəzər Universiteti Dünya Məktəbi tərəfindən valideynlərə ünvanlandırılmış elektron qaydada məktubda 2019/2020-ci dərs ili üçün ödənilməli olan məbləğin 15 iyun tarixinə kimi tam ödənilməsi tələb olunmuş, şagirdlərin qidalanmalarını təmin etmək öhdəliyi məktəb tərəfindən yerinə yetirilmədiyindən ödənişlərə 300 manat güzəşt tətbiq edilmiş, borcun qalan hissəsi 15 iyun tarixədək ödənilmədiyi halda şagirdlərin sinifdən-sinfə keçirilmələrinin əmrləşdirilməyəcəyi göstərilmişdir. İş üzrə iddiaçılar Xəzər Universiteti Dünya Məktəbində təhsil alanların valideynləridir. Həmin valideynlərdən biri – İddiaçı3la cavabdeh arasında bağlanmış və məhkəməyə nümunə sübut kimi təqdim edilmiş “ödənişli təhsil xidmətləri göstərilməsi haqqında” 01 may 2019-cu il tarixli, 483 saylı müqavilənin 1.1 bəndindən görünür ki, məktəb ödənişli əsaslarla müvafiq təhsil proqramlarına və bu müqavilənin şərtlərinə uyğun olaraq şagirdə tam orta təhsil verməyi, valideyn isə müəyyənləşdirdiyi bu müqavilənin 1-2ci bəndində qeyd olunan qiymətlər üzrə təhsil haqqını və zəruri olduğu halda təhsil haqqı artımlarını məktəbə ödəməyi və digər xərclərin ödənilməsini təmin etməyi öhdələrinə götürürlər. Müqavilənin 2.11-ci bəndinə əsasən valideyn (himayəçi) tərəfindən təhsil haqqı vaxtında ödənilmədikdə, şagirdi dərslərə, imtahanlara buraxmamaq və ya məktəbdən xaric olmaq istərkən sənədlərini verməmək hüququnu məktəb özündə saxlayır. Müqavilənin 4.5-ci bəndinə əsasən şagird məktəbdə təhsilini davam etdirərsə növbət tədris ili üçün may ayının 1-dək depozit ödəməlidir. Depozit vaxtında ödənilməzsə, şagirdin adı cari şagird siyahısından çıxarılacaqdır. Valideyn «yeni» şagird kimi ödəniş etməli olacaqdır. Müqavilənin 7.2.1-ci bəndinə əsasən təhsil haqqı və digər xərclər ödənilmədikdə məktəb birtərəfli qaydada məhkəməyə müraciət etmədən bu Müqaviləyə xitam verə bilər. Digər iddiaçılarla bağlanmış müqavilələr məhkəməyə təqdim olunmamışdır. İşə baxan məhkəmə isə həmin şəxslərlə bağlanmış müqavilələri tələb edərək onların şərtlərinin nədən ibarət olması və tərəflərin qarşılıqlı öhdəliklərinin həddini müəyyən etməli olduğu halda müvafiq müqavilələrin təqdim edilməsini tərəflərə təklif etməmiş, istinad olunan müqavilə əsasında bütün iddiaçılarla cavabdehlərin eyni şərtlər daxilində müqavilə bağlamalarını qeyd etmişdir. Müqavilələr əvvəlki apellyasiya icraatında da təqdim olunmamış, hazırki icraat zamanı isə iddiaçılardan heç biri məhkəməyə gəlməmişdir. İddia tələbləri müqavilə şərtləri baxımından qiymətləndirilməli olduğu halda işə baxan məhkəmə mübahisənin həlli zamanı müqavilə şərtlərini nəzərə almamış, yalnız formal mülahizələrdən çıxış edərək və tətbiq olunmalı olmayan maddi hüquq normalarını tətbiq etməklə iddianın təmin olunması nəticəsinə gəlmişdir. Bildirişlə “Ödənişli təhsil xidmətləri göstərilməsi haqqında” müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etməyən valideynlərə xəbərdarlıqda qeyd edilir ki, onlarla bağlanmış müqavilələr müddəti bitdikdən sonra uzadılmayacaq və ya yeni müqavilə bağlanmayacaqdır. Bildirişlərin göndərilməsinin məqsədi ödənişlərin həyata keçirilməsi, belə ödənişin edilməsini həyata keçirməyənlər üçünsə öz uşaqlarının təhsillərini davam etdirməsi üçün növbəti 2 ay ərzində yeni məktəbin müəyyənləşdirilməsinə imkan yaradılması ilə bağlı olmuşdur. Kollegiya hesab edir ki, məktəb tərəfindən göstərilən məzmunda bildirişin göndərilməsi məhz müqavilə şərtlərinə uyğun olmuşdur. Məhkəmə nəticəyə gələrkən mübahisəyə aiddiyyəti olmayan normativ hüquqi aktlara, habelə maddi hüquq normalarına istinad etmişdir. Lakin nəzərə alınmamışdır ki, həmin normalar özlüyündə müqaviləni uzatmamaq barədə hər hansı bildirişin təqdim edilməsini qadağan etmir. Məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 sentyabr 2020-ci il tarixli 361 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”nın iddia tələbinə aid olmayan 3.1 və 13.1-ci bəndlərini rəhbər tutmaqla hesab etmişdir ki, onlayn qaydada keçirilən dərslərə görə cavabdeh tərəfindən çəkilən xərclərin nədən ibarət olmasını, yəni valideynlər tərəfindən cavabdehə edilən ödənişlərin onlayn tədris zamanı hansı istiqamətlərə xərclənməsini bilmələri valideynlərin hüquqlarıdır və bu məlumatlar cavabdeh tərəfindən iddiaçılara təqdim edilməlidir. İddiaçıların övladlarının bağlanmış müqavilə şərtlərinə əsasən təhsillərini məktəbdə davam etdirməsinin cavabdeh tərəfindən təmin edilməsinin qət edilməsi zamanı isə məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1 və 390.3-cü maddələrinin, “Ümumi təhsil haqqında” Qanunun 20.5-ci maddəsinin, habelə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 5.6 və 10.8-ci bəndlərinin tələblərini nəzərə almamışdır. Mülki Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məcəllənin 390.3-cü maddəsinə görə müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. “Ümumi təhsil haqqında” Qanunun 20.5-ci maddəsinə görə bələdiyyə və özəl ümumi təhsil müəssisəsində ali idarəetmə orqanı həmin təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən olunur. “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 5.6-cı bəndinə görə ümumtəhsil məktəbinin idarə olunması ilə bağlı məsələlərə təhsili idarəetmə orqanları istisna olmaqla, dövlət və yerli özünüidarə orqanlarının və digər təşkilatların müdaxiləsinə yol verilmir. “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 10.8-ci bəndinə görə özəl ümumtəhsil məktəbi ilə valideynlər və ya digər qanuni nümayəndələr arasında münasibətlər müqavilə ilə tənzimlənir. Apellyasiya şikayətinin digər dəlili isə ondan ibarətdir ki, Xəzər Universiteti Dünya Məktəbində onlayn qaydada keçirilən dərslərə görə xərclərin nədən ibarət olduğu barədə cavabdeh tərəfindən iddiaçılara məlumat verilməsi, habelə cavabdehin də onlayn qaydada keçirilən dərslərə görə xərclər, o cümlədən məktəbə pandemiya ilə bağlı dövlət tərəfindən edilmiş yardımlar nəzərə alınaraq qalan məbləğin tam şəkildə güzəşt edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, cavabdehin pandemiya ilə əlaqədar karantin dövründə növbəti dərs ilinin birinci yarımili üçün müəyyən edilmiş məbləğin tam ödənilməsi ilə əlaqədar tələbinin etibarsız hesab edilməsinin qət edilməsi cavabdehin kommersiya maraqlarının, mülkiyyət hüquqlarının pozulmasıdır. İddiaçılarla bağlanmış “Ödənişli təhsil xidmətləri göstərilməsi haqqında” müqavilədə cavabdehin sözügedən vəzifələri aşağıdakılardan ibarətdir: 2.1. Şagirdlərin təlim-tərbiyə prosesini yüksək səviyyədə təşkil etmək, 2.2. İbtidai sinif şagirdlərini gün ərzində səhər yeməyi, günorta isti naharla və günün ikinci yarısı qəlyanaltı ilə təmin etmək, 2.3. V-Xİ sinif şagirdlərini səhər çay saatı, günorta isə isti naharla təmin etmək, 2.4. Valideynləri müntəzəm olaraq şagirdlərin nizam-intizam və tədris fəaliyyəti barədə məlumatlandırmaq, 2.5. Şagirdlərə psixoloq dəstəyini (lazım gələrsə) təşkil etmək, 2.6. Şagirdlərin sağlamlığı ilə əlaqədar profilaktik tədbirləri həyata keçirmək. Belə olan halda məhkəmə hansı əsasla cavabdehin üzərinə belə vəzifə qoya bilər? Bundan başqa, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 10.5-ci bəndinə görə özəl ümumtəhsil məktəbi aşağıdakı mənbələrdən maliyyələşdirilir: 10.5.1. təhsil xidmətlərinə görə əldə edilən vəsaitlər; 10.5.2. təsisçilərin (himayəçilərin) vəsaitləri; 10.5.3. qanunvericiliyə uyğun olaraq aldıqları qrant və kreditlərin məbləğləri; 10.5.4. hüquqi və fiziki şəxslərin ianələri, yardımları, vəsiyyət etdikləri əmlak və bağışladıqları hədiyyələr; 10.5.5. təhsil, istehsal, məsləhət xidmətlərindən və qanunvericiliklə müəyyən edilmiş digər xidmətlərdən əldə edilən vəsaitlər; 10.5.6. qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına əldə olunan vəsaitlər. “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 10.6-cı bəndinə görə özəl ümumtəhsil məktəbi öz maliyyə vəsaitlərini sərbəst idarə edir. “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 10.7-ci bəndinə görə özəl ümumtəhsil məktəbi təhsil haqqının məbləğini hər bir təhsil səviyyəsi üzrə təhsil proqramlarına (kurikulumlarına) uyğun olaraq sərbəst müəyyən edir. “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə görə aşağıdakılar istisna edilməklə, hüquqi və fiziki şəxslərin bu qanunun tələblərinə uyğun olan məlumatları kommersiya sirri hesab edilir: 4.1.1. dövlət sirrini təşkil edən məlumatlar; 4.1.2. təsis sənədlərində əksini tapan məlumatlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla), 4.1.3. sahibkarlıq fəaliyyətinin bəzi növləri ilə məşğul olmaq hüququ verən lisenziyalar haqqında məlumatlar, 4.1.4. qanunvericilikdə nəzərdə tutulan hallarda auditor rəyi daxil olmaqla maliyyə hesabatlarında olan məlumatlar, 4.1.5. Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən vergi ödəyicisi barədə vergi sirri hesab olunmayan məlumatlar. Belə olan halda aşkar deyildir ki, məhkəmə həmin məlumatların müqavilənin hansı şərtlərinə uyğun olaraq vermək öhdəliyinin olması müəyyən edərək təmin olunmasını yolverilən hesab etmişdir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Həmin Qanunun 6-cı maddəsinə görə sahibkar öz fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının qanunvericiliyinə əməl etməklə aşağıdakı hüquqlara malikdir: - təsərrüfat-maliyyə fəaliyyətini müstəqil həyata keçirmək, məhsul göndərənləri və istehsal olunan məhsulun (işlərin, xidmətlərin) istehlakçılarını seçmək, dövlət ehtiyacları üçün müqavilə əsasında iş görmək və məhsul göndərmək; - öz məhsulları (işləri, xidmətləri) üçün qiymətlər (tariflər) müəyyənləşdirmək; - sahibkarlıq fəaliyyətindən əldə edilən mənfəətdən (gəlirdən) vergilər və digər icbari ödənişlərdən sonra onun qalan hissəsindən sərbəst istifadə etmək. Həmin Qanunun 7-ci maddəsində sahibkarın vəzifələri nəzərdə tutulmuşdur ki, orada da belə məzmunda (göstərilən xidmətə görə xərclərin nədən ibarət olması barədə məlumatın xidmət göstərilən şəxslərə verilməsinin mümkünlüyü barədə) hesabat verməsi vəzifəsi müəyyən Eyni zamanda cavabdeh tərəfin bildirdiyinə görə hazırda iddiaçılardan 16-sı uşaqlarının sənədlərini götürərək başqa məktəbə keçirmişlər və hazırda ayrı-ayrı məktəblərdə təhsil alırlar. Həmin valideynlərdən ikinci yarım ilin ödənişi tələb edilməmişdir. Digər iddiaçılar – İddiaçı3, İddiaçı13, İddiaçı17, İddiaçı14 və İddiaçı7 uşaqları isə təhsillərini məktəbdə davam etdirməklə tərəflər arasında hər hansı mübahisəli hal qalmamışdır. Beləliklə Kollegiya hesab edir ki, cavabdehin hərəkətləri müqavilə şərtlərinə uyğun olmuşdur. İddiaçılarla bağlanmış müqavilədə cavabdehin vəzifələri göstərilmişdir, iddia tələbində cavabdehin üzərinə vəzifə kimi qoyulması tələb edilən hallar müqavilə şərtlərinə uyğun deyildir. Kollegiya hesab edir ki, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 401, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli 2(001)- 518/2021 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı10, İddiaçı9, İddiaçı18, X2, İddiaçı21, İddiaçı3, İddiaçı20, İddiaçı5, İddiaçı15, İddiaçı12, İddiaçı13, İddiaçı8, İddiaçı17, İddiaçı19, İddiaçı11, İddiaçı6, İddiaçı14, İddiaçı4, X1, İddiaçı1 və İddiaçı7 Cavabdeh MMC-yə qarşı “əmrin etibarsız hesab edilməsi, şagirdlərin təhsillərinin davam etdirilməsinin təmin olunması və s. tələbinə dair” iddia rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar