Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2989/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-991/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnun həyata keçirilməsinə maneələrin aradan qaldırılması, cavabdehin anbar binasından və əmlak kompleksindən çıxarılması və əmlak kompleksinə daxil olmasının cavabdehə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçınə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, 2062-73-cü məhəllə, X1 prospekti, 77L ünvanında yerləşən əmlak kompleksinin anbar binasından və əmlak kompleksindən çıxarılması və həmin əmlak kompleksinə daxil olmasının Cavabdeh qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı dəftərxana vasitəsilə iddianın təmin tədbirinə dair ərizə ilə müraciət edərək, Cavabdeh və başqa şəxslərə İddiaçınə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, 2062-73-cü məhəllə, X1 prospekti, 77L ünvanda yerləşən əmlak kompleksinin ərazisində söküntü, təmir-tikinti işlərinin aparılmasının, əmlak kompleksinin işlərinə müdaxilə etmələrinin və normal iş ahəngini pozmalarının qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(005)-991/2020 saylı qərardadı ilə mülki iş üzrə mühəndis-texniki (torpaqşünaslıq) ekspertizası təyin edilmiş və ekspertlərin rəyi məhkəməyə təqdim edilənədək mülki iş üzrə icraat dayandırılmışdır. İddianı təmin etmək tədbiri barədə qərardadın ləğv edilməsindən istifadə edən cavabdeh həmin ərazidə təmir tikinti işləri aparmağa başladı. Cavabdehə etdiyikləri müraciətlərə məhəl qoymadığından, dövlət qurumları isə təmir-tikinti işlərini dayandırmadığından təkrarən məhkəməyə iddianı təmin etmək tədbiri barədə qərardad qəbul edilməsi üçün ərizə ilə müraciət etdi. Bildirdi ki, cavabdeh məhkəmə mübahisəsi getdiyi halda ərazidə təmir-tikinti işləri aparır. Ona görə də iddia ərizəsinə baxılıb yekun qərar qəbul edilənə və qərar qüvvəyə minənə kimi cavabdehə və başqa şəxslərə mübahisə predmetinin olduğu yerdə təmir-tikinti işləri aparılması qadağan edilməlidir. Ərizəni xx xxxx 2020-ci il tarixdə verməyisinə baxmayaraq baxılmadığından, xx xxxxxx 2020-ci il tarixdə yeni ərizə ilə məhkəməyə müraciət etdi və ərizədə göstərdi ki, cavabdeh ərazidə qeyri-qanuni elektrik xətti, su, qaz xətti çəkdirməkdə davam edir və bu xüsusatlarla yarana biləcək təhlükəni önləmək məqsədi ilə məhkəmə qərarı verilənədək Cavabdeh fəaliyyətinin dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli 2(005)-991/2020 saylı qərardadı ilə ərizə qismən təmin edilmiş (yəni birinci ərizə təmin edilmişdir), işə mahiyyəti üzrə baxılıb həll edilənədək, Bakı şəhəri. Nərimanov rayonu, 2062-73-cü məhəllə, X1 prospekti, 77L ünvanında yerləşən əmlak kompleksinin anbar binasında tikinti işlərinin aparılmasının qadağan edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi, Qərardadın icrasının Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinə həvalə edilməsi, qərardadın dərhal icra olunması qət edilmişdir. Qərardad xx xxxxxx 2020- ci il tarixdə icra olunmuş və anbar binasında tikinti işlərinin aparılması borclu Cavabdeh qadağan edilmişdir. Lakin, Cavabdeh anbar binasında tikinti işləri aparılması qadağan edilməsinə baxmayaraq, o, əmlak kompleksinin mübahisə predmeti olmayan hissələrinə də müdaxilə edir, icarədarları yerlərindən qovacağı ilə hədələyir, onların əmlakına ziyan vurur, özbaşına binaların qıfıllarını sındırır, söküntü işləri aparır, əmlak kompleksinin işini pozur, ərazidə işçiləri şantaj edir, əmlak kompleksinin normal işləməsinə mane olur. Bu səbəbdən də o, yenidən məhkəməyə iddianı təmin etmək tədbiri barədə qərardad qəbul edilməsi üçün ərizə ilə müraciət edir. Bildirir ki, Cavabdeh yalnız anbar binasında tikinti işlərinin aparılmasının qadağan edilməsi kifayət deyildir, ona və başqa şəxslərə əmlak kompleksinin ərazisində söküntü, təmir-tikinti işlərinin aparılması, əmlak kompleksinin işlərinə müdaxilə etməsi və normal iş ahəngini pozması qadağan edilməlidir. Hesab edir ki, məhkəmə iddianı təmin etmək tədbiri kimi Cavabdeh və başqa şəxslərə “İddiaçı ” Şirkətinə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, 2062-73-cü məhəllə, X1 prospekti, 77L ünvanda yerləşən əmlak kompleksinin ərazisində söküntü, təmir-tikinti işlərinin aparılması, əmlak kompleksinin işlərinə müdaxilə etməsi və normal iş ahəngini pozmasının qadağan edilməsi barədə qərardad qəbul etməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-991/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb həll edilənədək, Cavabdeh və başqa şəxslərə Bakı şəhəri, Nərimanov rayonu, 2062-73-cü məhəllə, X1 prospekti, 77L ünvanında yerləşən əmlak kompleksinin ərazisində söküntü, təmir-tikinti işlərinin aparılması, əmlak kompleksinin işlərinə müdaxilə edilməsi və normal iş ahənginin pozulmasının qadağan edilməsi, qərardadın icrasının Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinə həvalə edilməsi, qərardadın dərhal icra olunması qərara alınmışdır. Qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 şikayət verərək qərardadının qismən ləğv olunmasını və ərizənin təmin edilməməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-991/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı tərəf məhkəmə kollegiyasının iclasına gəlməmişdir və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-991/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə görə, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 158.1.1-ci maddəsinə görə, iddianı təmin etmək üçün cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən məhkəmə iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. Qanunun göstərilən müddəaları baxımından iddianı təmin tədbiri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanır. Bu, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası isə həmin subyektiv hüququn real bərpası deməkdir. Bu mənada, məhkəmə qeyd edir ki, iddianı təmin tədbirləri öz təbiətləri etibarilə qaçılmaz olaraq proses iştirakçılarından birinin hüquqlarına toxuna, onların həyata keçirilməsində müəyyən məhdudiyyətlər yarada bilər. İddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: Bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməli; bu tədbirlər müvəqqəti xarakter daşımalı və tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Belə ki, hazırda mübahisənin predmeti nəzərə alındıqda, tərəflər arasında mübahisənin gedişi zamanı Bakı şəhəri, Nərimanov rayonu, 2062-73-cü məhəllə, X1 prospekti, 77L ünvanında yerləşən əmlak kompleksinin ərazisində söküntü, təmir-tikinti işlərinin aparılması, əmlak kompleksinin işlərinə müdaxilə etməsi və normal iş ahəngini pozması gələcəkdə tərəflər arasında yeni məhkəmə mübahisələrinin yaranmasına gətirib çıxara bilər. Bu da öz növbəsində, iddianın uğurluluq ehtimalı mövcud olarsa, gələcəkdə çıxarılacaq yekun məhkəmə aktının icrasına maneçilik yarada bilər. Bu baxımdan məhkəmə haqlı olaraq hesab etmişdir ki, anbar binası ilə bağlı məhkəmə mübahisəsi gedişatında əlavə tikinti işlərinin aparılmasına qadağa qoyulması mütənasiblik prinsipinə uyğundur. Şikayətlərin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətlərdə qeyd edilən hallar yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-991/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-991/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2989/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2989/2021
17.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver