Məhkəmə qərarları › İş №2(103)-299/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-299/2020

24.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-299/2020 24.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı Əhməd-zaddə Aqil Camal oğlunun hüquqi varisi X16 nümayəndəsi və vəkili X28, İddiaçı, eyni zamanda maraqlarına toxunan şəxs X5 nümayəndəsi X13, İddiaçı, eyni zamanda maraqlarına toxunan şəxs X5 nümayəndəsi və vəkili İddiaçı2 iştirakları ilə X2 cavabdehlər “xxxx” MTK-ya, Cavabdeh3-ya və Cavabdeh2 qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-330/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş, həmçinin, İddiaçı1 “xxxx” MTK-ya qarşı “qeyriyaşayış sahələrinin boşaldılması, mülkiyyət hüququna yaradılan maneələrin aradan qaldırılması, təhvil verilməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-548/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli qətnaməsindən maraqlarına toxunan X5 nümayəndəsi Sevda Süleymanova tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən bir icraatda birləşdirilmiş mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1 Cavabdeh1nə qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması, mülkiyyət hüququna yaradılan maneələrin aradan qaldırılması, təhvil verilməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 69 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasının 1-ci blok, zirzəmi mərtəbəsində ümumi sahəsi 200 kv.metr olan qeyriyaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılması, mülkiyyət hüququna cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, həmin qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi, cavabdehdən maddi zərərə görə 9000 manat məbləğində pulun, mənəvi zərərə görə 5000 manat məbləğində pulun, 1500 manat hüquqi xidmət haqqının və 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 15530 manat məbləğində pulun özünün xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, onunla cavabdeh “xxxx”MTK-nm sədri X42 arasında cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 69 ünvanda inşa etdiyi 10 mərtəbəli yaşayış binasının 1-ci blok zirzəmi mərtəbəsində qiyməti bir kv.metr üçün 1000 manat, cəmi 200000 manat olmaqla ümumi sahəsi 200 kv.metr olan qeyriyaşayış sahəsinin onun mülkiyyətinə verilməsi barədə xx xxxxxx 2011-ci il tarixdə müqavilə bağlanmışdır. Müqavilə imzalanan zaman o, 200000 manat pulu “xxxx”MTK-ya ödəmişdir və bu barədə MTK tərəfindən ona müvafiq verilmişdir.Lakin cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl olunmayaraq onun mübahisəli qeyri-yaşayış sahəsinə daxil olmasına maneələr törədilmiş və mülkiyyətçi hüquqları pozulmuşdur.Buna görə də 18 ay müddətinə aylıq icarə haqqı 500 manat olmaqla başqa ünvanda yer icarəyə götürmüşdür.Bununla da, ona 9000 manat maddi ziyan dəymişdir.Bundan başqa onunla “X49 Mərkəzi” MMC arasında bağlanmış hüquqi xidmət müqaviləsinə əsasən göstərilən hüquqi xidmət haqqı 15000 manat müəyyən edilmişdir. Bütün bunlarla yanaşı cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində ona həm də mənəvi ziyan vurulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-548/2014 saylı, xx xxxxxx 2014cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 69 ünvanında xxxx”MTK tərəfindən inşa edilmiş 10 mərtəbəli yaşayış binasının 1-ci blok irzəmi mərtəbəsində ümumi sahəsi 200 kv.metr olan qeyri-yaşayış sahəsi üzərində İddiaçı1 pay hüququnun tanınması, Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 69 ünvanında xxxx”MTK tərəfindən inşa edilmiş 10 mərtəbəli yaşayış binasının 1-ci blok zirzəmi mərtəbəsində ümumi sahəsi 200 kv.metr olan qeyri-yaşayış sahəsi üzərində Əhməd-X12 hüququnun həyata eçirilməsinə maneələrin yaradılmasının cavabdeh “xxxx”MTK-ya qadağan edilməsi, həmin qeyri yaşayış sahəsinin İddiaçı1 istifadəsinə verilməsi, ödəmilmiş 30 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verən maraqlarına toxunan X5 nümayəndəsi Sevda Süleymanova onun ləğv edilməsini və iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, hazırkı mübahisəli qeyri-yaşayış sahəsi Cavabdeh3 tərəfindən X1 və Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 328 saylı sərəncamı ilə Süleymanovun adına rəsmiləşdirilmişdir. Lakin sonradan onların xəbəri olmadan olmadan iddiaçı X29 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə qarşı « qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, texniki pasportun və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə bir vəzifə kimi həvalə edilməsi» tələbi ilə aidiyyatı üzrə 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Həmçinin həmin ərəfədə X40 məhkəməyə ərizə verərək iş üzrə 3-cü şəxs qismində cəlb edilməsini xahiş etmiş və məhkəmənin xx xxxxx 2014-cii il tarixli qərardadı ilə cəlb edilmiş, 3-cü şəxs X40 iddiaçı X17 iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Lakin məhkəmə gedişatında iddiaçı X29 ilə 3-cü şəxs X40 arasında barışıq sazişi bağlanmış, barışıq sazişinə əsasən 3-cü şəxs X40 mübahisəli qeyri-yaşayış sahəsinə olan hüquqlarından iddiaçı X17 xeyrinə imtina etmişdir. Bu barışıq sazişindən sonra məhkəmə xx.xx.2014-cü il tarixli, «2inz(81)-2444/2013» saylı qərarı ilə iddia tələbini təmin etmişdir. Məhkəmənin bu qərarından xəbər tutandan sonra üçüncü şəxs kimi X10 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya məhkəməsi İnz- İqtisadi Kollegiyasının xx xxxx 2016-cı il tarixli «2-1(103)-1323/2016» saylı qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnz-İqtisadi məhkəməsinin xx.xx.2014-cü il tarixli, «2inz(81)-2444/2013» saylı qərarı ləğv edilmiş, iddia tələbi mümkün sayılmamışdır. Bakı Apellyasiya məhkəməsi İnz-İqtisadi Kollegiyasının bu qərarından iddiaçı X29 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnz-İqtisadi Kollegiyasına kassasiya şikayəti vermiş və Kollegiya şikayətə xx xxxxxx 2016-cı il tarixdə baxaraq şikayətin təmin olunmaması, iş üzrə Bakı Apellyasiya məhkəməsi İnz-İqtisadi Kollegiyasının xx xxxx 2016cı il tarixli «2-1(103)-1323/2016» saylı qərarının dəyişdirilmədən qüvvəsində saxlanılmasına dair «2- 1(102)-1510/2016» saylı qərar çıxarmışdır. 1 saylı Bakı İnz- İqtisadi məhkəməsinin xx.xx.2014-cü il tarixli, «2inz(81 )-2444/2013» saylı qərarı veriləndən sonra bu qərar qüvvəyə minmiş və icraya yönəldilmişdir, nəticədə qərar icra olunaraq iddiaçı X17 adına Azərbaycan Respublikası Əmlak Məsələləri yanında DƏDRXnin Bakı Ərazi İdarəsi tərəfindən ünvan 2 iinvamndakı 10 mərtəbəli yaşayış binasının birinci blok zirzəmi mərtəbəsində yerləşən ümumi sahəsi 160 kv.m olan qeyri-yaşayış sahəsinə texniki pasport və çıxarış verilmişdir. Lakin sonradan tərəflərindən 1 saylı Bakı İnz-İqtisadi məhkəməsinə ərizə ilə müraciət olunaraq icraya dönüş edilməsi və X17 adına Azərbaycan Respublikası Əmlak Məsələləri yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən ünvan 2 ünvamndakı 10 mərtəbəli yaşayış binasının birinci blok zirzəmi mərtəbəsində yerləşən ümumi sahəsi 160 kv.m olan qeyri-yaşayış sahəsinə verilmiş texniki pasportun və çıxarışın ləğv edilməsi barədə qərardad çıxarılması xahiş olunmuşdur. Məhkəmənin xx.xx.2017-ci il tarixli, «2inz(81)- 2444/2013» saylı qərardadı ilə ərizə təmin olunmuş və icraya dönüş edilməklə X17 adına Azərbaycan Respublikası Əmlak Məsələləri yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən ünvan 2 ünvamndakı 10 mərtəbəli yaşayış binasının birinci blok zirzəmi mərtəbəsində yerləşən ümumi sahəsi 160 kv.m olan qeyri-yaşayış sahəsinə verilmiş texniki pasport və çıxarış ləğv olunmuşdur. Qərardad Azərbaycan Respublikası Əmlak Məsələləri yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən icra edilmişdir. Bu barədə tərəflərə müvafiq məktub da göndərilmişdir. Yuxarıda göstərdiyi işin faktiki hallarından da göründüyü kimi mübahisəli qeyri-yaşayış sahəsi 2007-ci ildən onun mülkiyyətinə verilmiş, bundan sonra qanunsuz olaraq “xxxx” MTK tərəfindən 2011-ci ildə X30 adına, sonra isə 2013-cü ildə X17 adına müqavilə verilmişdir. 1 saylı Bakı İnz-İqtisadi məhkəməsində aparılmış məhkəmə proseslərində Əhmədzadə mübahisəli obyektə olan hüquqlarından Cabbarovun xeyrinə imtina etmiş və məhkəmə Cabbarovun iddiasını təmin etmişdir. Bundan sonra Cabbarovun adına mübahisəli obyektə texniki pasport və çıxarış verilmiş, sonradan onun şikayətləri əsasında iddianın təmin olunması barədə məhkəmənin qərarı ləğv edilmiş, iddia mümkünsüz hesab edilmiş və geriyə dönüş edilməklə Cabbarovun adına verilmiş texniki pasport və çıxarış ləğv edilmişdir. Hal-hazırda mübahislə qeyri yaşayış sahəsi Quvvətəli Süleymanovun istifadəsindədir. Bundan başqa X4 cavabdehlər “xxxx” MTK-ya və X35 qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər “xxxx” MTK ilə X30 arasında ünvan 2 ünvanındakı 10 mərtəbəli yaşayış binasının birinci blok zirzəmi mərtəbəsində yerləşən ümumi sahəsi 160 kv.m olan qeyriyaşayış sahəsinin alqısatqısına dair bağlanmış xx xxxxxx 2011-ci il tarixli 49 saylı müqavilənin ləğv edilməsi, həmçinin “xxxx” MTK-nın barəsində xüsusi qərardad çıxarılması və araşdırılması üçün aidiyyatı prokurorluğa göndərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X4 daha sonra məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək Cavabdeh3 Mənzil Tikinti Kooperativini cavabdeh qismində cəlb etmiş və cavbdehlər X40 ilə “xxxx” MTK və Cavabdeh3 arasında ünvan 3 ünvanında inşa edilmiş 10 mərtəbəli yaşayış binasının 1-ci blok, zirzəmi mərtəbəsində olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair bağlanmış xx.xx.2011-ci il tarixli, 49 saylı müqavilələrin etibarsiz hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X4 həmçinin iddia tələbinin həcminin artırılması barədə ərizəsində “xxxx” MTK-nın və Cavabdeh3-nın əməllərində cinayət tərkibi olduğuna görə hər iki MTK-nın barəsində xüsusi qərardad çıxarılmasını və araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 LTD ilə X11 arasında ünvan 2 ünvanındakı 10 mərtəbəli yaşayış binasının birinci blok zirzəmi mərtəbəsində yerləşən ümumi sahəsi 160 kv.m olan qeyri-yaşayış sahəsinə dair bağlanmış müqavilə və maliyyə arayışı olub. Lakin sonrada Bakı şəhəri İcra Hakimiyyəti məlumat verib ki, Cavabdeh3 LTD məhdud məsuliyyəti cəmiyyət olduğu üçün binanın sakinlərinə order və sərəncam verilməsi mümkün deyil, çünki məhdud məsuliyyətli müəsissədir. Daha sonra Cavabdeh3 olandan sonra Süleymanov Q. arasında müqvailə bağlanılıb və müqavilə, maliyyə arayışı əsasında Bakı şəhəri İcra Hakimiyyəti sərəncam verib və eyni ilə binanın bütün sakinlərinə order verilib. “xxxx” MTK Cavabdeh3-nın hüquqi varisi deyil, “xxxx” MTK həmin bina ilə heç bir aidiyyatının olmamasına baxmayaraq vətəndaşlara mənzil satıb. Daha sonra inzibati məhkmədə onlara məlum olub ki, 2011-ci ildə həmin qeyriyaşayış sahəsi “xxxx” MTK tərəfindən X9. 2013-cü ildə isə “xxxx” MTK tərəfindən Cabbarov Yasinə satılıb. Cabbarov Yasin inzibati məhkəməyə çıxarış verilməsi üçün müraciət edib, bundan xəbər tutan X40 müstəqil tələb irəli sürən üçüncü şəxs qismində mülki işə cəlb olunub. İnzibati- İqtisad Məhkəməsinin müvafiq qərarı ilə Cabbarov Yasinin iddia tələbi təmin olunaraq onun adına çıxarış verilib. Bundan sonra Cabbarov Yasin ilə X40 arasında barışıq sazişi bağlanıb və Cabbarov Yasinin adına yeni çıxarış verildikdən sonra qeyri-yaşayış sahəsi Natiq İmamquliyev adlı şəxsə satılıb. Bütün bu proseslərdən xəbər tutduqdan sonra onlar qərardan şikayət vermiş, Bakı Apelyyasiya Məhkəməsi tərəfindən şikayət təmin olunaraq İnzibati-İqtisad Məhkəməsinin qərarı ləğv edilmiş, qarşı tərəfdən kassasiya şikayəti verilməsinə baxmayaraq Azərbaycan Respublikası Ali Məhkməsi tərəfindən Bakı Apelyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Onların müraciətləri əsasında bütün çıxarışlar ləğv olunaraq, DƏDRX-ə göndərilmişdir və hazırda həmin əmlaka dair çıxarış yoxdur, sadəcə X8 məxsus sərəncam, müqavilə və maliyyə arayışı var. Onlar sonradan xəbər tutmuşdurlar ki, 2014- cü ildə X40 “xxxx” MTK-ya qarşı qeyriyaşayış sahəsinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Yasamal Raton Məhkəməsinə müraciət etmiş və həmin iddia tələbi təmin edilmişdir. “xxxx” MTK tərəfindən hər hansı şikayət verilmədiyindən qətnamə öz qanuni qüvvəsini almışdır. Tərəflər arasında barışıq əldə edildiyindən həmin qətnamə icra edilmədən saxlanılmış və hazırda da iddiaçı və onun arvadı həmin qeyri-yaşayış sahəsində yaşayırlar. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının vəkili əlavə olaraq sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, bina Cavabdeh3-nın balansında olub və hal-hazırda onun da balansındadır. “xxxx” MTK heç bir əsası olmadan müqavilələr bağlayıb. Sonradan proses iştirakçılarının qarşılıqlı razılığına əsasən, Cavabdeh2 rəhmətə getmiş X30 hüquqi varisi olduğundan, məhkəmə onu əsl cavabdeh qismində İddiaçı1 yerinə əvəz etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-330/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehlər X40 ilə “xxxx” MTK və Cavabdeh3 arasında ünvan 3 ünvanında inşa edilmiş 10 mərtəbəli yaşayış binasının 1-ci blok, zirzəmi mərtəbəsində olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair bağlanmış xx.xx.2011-ci il tarixli, 49 saylı müqavilələrin etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı1 hüquqi və prosessual varisi Cavabdeh2 apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi, həmçinin birinci instansiya məhkəməsinin hakimi barədə xüsusi qərardad qəbul edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, Q.Süleymanov məhkəməyə özünün hüquqlarını təsdiq edən sənədlərin əslini, yaxud onların təsdiq edilmiş surətlərini təqdim etmək əvəzinə, həqiqiliyi etirazda göstərilən əsaslara görə şübhə doğuran müqavilələrin, maliyyə arayışlarının və s. sənədlərin surətlərini təqdim edərək onları məhkəməyə əsl sənəd kimi qəbul etdirməyə çalışmışdır. «xxxx» MTK-nın ümumi yığıncağının xx.xx.2011-ci il tarixli, 48 saylı iclas protokolundan göründüyü kimi payçı Süleymanov Qüvvətəli kooperativin üzvlüyündən çıxmasına dair ərizə vermiş və həmin ərizəsi əsasında o, payçılıqdan və kooperativə üzvlükdən çıxarılmış, İddiaçı1 isə «xxxx» MTK-ya üzv qəbul edilərək MTK-ya məxsus Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 69 ünvanda «xxxx» MTK tərəfindən inşa edilmiş 10 mərtəbəli yaşayış binasının l-ci blok, zirzəmi mərtəbəsində ümumi sahəsi 200 kv metr olan qeyri-yaşayış sahəsini almışdır və bunun əsasında da İddiaçı1 ilə xx.xx.2011-ci il tarixli, 49 saylı alqı-satqı müqaviləsi bağlanmış, alıcı müqavilədə nəzərdə tutulmuş 200.000 (iki yüz) min manatı ödədiyindən ona müqavilə, maliyyə arayışı və ümumi yığıncağın qərarının təsdiq edilmiş surəti verilmişdir. Bu halda isə artıq Bakı şəhər İH Başçısının Aparatı yanında Mənzil Məsələləri üzrə İctimai Komissiyanın xx.xx.2007-ci il tarixli 7-B saylı və xx.xx.2007-ci il tarixli, 7-B saylı protokollarının təsdiqi barədə verilmiş 328 saylı sərəncamının Qüvvətəli Süleymanov barəsində olan hissəsi öz qüvvəsini itirmişdir. «xxxx» MTK-nın payçılarının ümumi yığıncağının xx.xx.2011-ci il tarixli 48 saylı iclas protokoluna əsasən həmin MTK ilə İddiaçı1 arasında ünvan 4 ünvanında inşa edilmiş 10 mərtəbəli yaşayış binasının 1-ci blok zirzəmi mərtəbəsində, ümumi sahəsi 200 kv.m olan qeyriyaşayış sahəsinin 1 kv metri 1000 (bir min) manat hesabı ilə, cəmisi 200.000 (iki yüz min) manata İddiaçı1 satılmasına dair bağlanmış xx xxxxxx 2011-ci il tarixli 49 saylı müqavilədə nəzərdə tutulmuş paya İddiaçı1 pay hüququ Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(004)-548/2014 saylı qətnaməsi ilə tanınmışdır, həmin qətnamə hazırda da qüvvədədir və o, ləğv edilmədən qeyd edilən müqavilənin və həmin müqavilədə nəzərdə tutulmuş paya görə 200.000 (iki yüz min) manatın ödənilməsinə dair verilmiş maliyyə arayışının və «xxxx» MTK-nın payçılarının Ümumi Yığıncağının xx.xx.2011-ci il tarixli, 48 saylı iclas protokolunun ləğv edilməsi barədə yenidən verilmiş iddianın icraata qəbul edilməsi yolverilməzdir. X25 Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 11,02.2014-cü il tarixli, 2(004)-548/2054 saylı qətnaməsindən 3-cü şəxs kimi 2019-cu ilin iyun ayında apelyasiya şikayəti vermiş və həmin şikayət də hazırda Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatındadır. İddiaçı xx xxxxxx 2011-ci il tarixli 49 saylı müqavilənin ləğv edilməsinə dair ərizəsini yuxarıda göstərilən ünvandakı qeyriyaşayış sahəsinin özü ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2007-ci il tarixli nömrəsiz müqavilə əsasında qeyd edilən ünvandakı 210 (iki yüz on) kv.m qeyri-yaşayış sahəsinin ona satılması və Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 328 saylı Sərəncamı ilə adına rəsmiləşdirilməsi ilə əsaslandırmışdır. Bundan başqa, o ərizəsində «xxxx» MTK-nın onun aldığı ümumi sahəsi 160 kv m olan və ünvan 4 ünvanda inşa edilmiş 10 mərtəbəli yaşayış binasının 1-ci blok zirzəmi mərtəbəsində yerləşən, həmin qeyri-yaşayış sahəsini “xxxx” MTK-nın xx.xx.2011-ci il tarixli, 49 saylı alqı-satqı müqaviləsi ilə İddiaçı1 oğluna sataraq ona müvafiq maliyyə arayışı verməsi, sonradan 2013-cü ildə də ”xxxx” MTK-nın həmin mübahisəli yeri X20 da 18 saylı alqı-satqı müqaviləsi ilə satıb ona da müvafiq maliyyə arayışı verməsi və Y.Cabbarovun həmin yerə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarına əsasən mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair çıxarış alması, bundan xəbər tutan İddiaçı1 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin Qərarından şikayət verməsi və məhkəmənin gedişində A.Əhmədzadənin Y.Cabbarovla aralarında bağladığı xx xxxxxx 2014-cü il tarixli «Barışıq Sazişi»nə əsasən əmlaka olan hüquqlarından Yasin Cabbarovun xeyrinə imtina etdiyinə görə həmin qeyri-yaşayış sahəsinə hüquqlarını itirməsi, bundan sonra da Y.Cabbarovun adına verilmiş mülkiyyət hüququnu təsdiq edən sənədlərin məhz özünün şikayəti əsasında ləğv edilməsi, 1 saylı Bakı İİM-nin 2-(81)-2444/2013 saylı qərardadı ilə geriyə dönüş edilərək Y.Cabbarova verilmiş çıxarışın və texniki pasportun ləğv edilməsi, bütün bunlara görə də İddiaçı1 qeyd edilən qeyri-yaşayış sahəsinə olan hüquqlarını itirməsi, yalnız özünün qanuni sənədləri olması ilə əsaslandırmışdır. İddiaçı Bakı Apelyasiya Məhkəməsinə mübahisəli sahəyə hüququnu təsdiq edən xx.xx.2006-cı il tarixli nömrəsiz müqavilənin surətini (müqavilənin əsli, yaxud ona bərabər tutulan notarial qaydada təsdiq edilmiş surəti yoxdur) təqdim edərək həmin müqavilə üzrə Cavabdeh3-dan Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 69 ünvanda «xxxx» MTK tərəfindən inşa edilmiş 10 mərtəbəli yaşayış binasının l-ci blok, zirzəmi mərtəbəsində ümumi sahəsi 237.5 kv metr olan qeyri-yaşayış sahəsini 1 (bir) kv.m 1500 (min beş yüz) manat hesabı ilə cəmisi 356.250 (üç yüz əlli altı min iki yüz əlli) manata aldığını iddia edirdi. Lakin bu zaman o, həmin müqavilədə nəzərdə tutulmuş 356.250 manatın ödənilməsinə və borcu olmamasına dair maliyyə arayışı, Cavabdeh3-nın Ümumi Yığıncağının qərarını təqdim edə bilməmişdir. xx.xx.2006-cı il tarixli müqavilənin sonunda Qüvvətəli Süleymanovun anket məlumatlarını əks etdirən hissədə onun şəxsiyyətini təsdiq edən xx.xx.2009-cu ildə verilmiş AZE seriyayalı 07215196 saylı şəxsiyyət vəsiqəsinin məlumatları göstərilmişdir. Bundan başqa, xx.xx.2006-cı il tarixli müqavilənin 2-ci hissəsində 2.1-ci bənddəki 3-cü abzasla 4-cü abzasının arasındakı yazılar, 2.2-ci bəndin sonundakı yazılar, «Fors major» hissəsindəki 4.3-cü bənd, 6-cı hissəsindəki 6.4-cü bənd iddiaçı tərəfindən üstü örtülmə metodu ilə silinərək çıxarılmışdır. İşin Apelyasiya Məhkəməsində baxışı zamanı müəyyən edilmişdir ki, xx.xx.2006-cı il tarixdə Cavabdeh3 adlı MTK olmamışdır və Cavabdeh3 adlı MTK xx.xx.2006-cı il tarixli Müqavilədən 4 ay 17 gün sonra, yəni xx.xx.2006-cı il tarixdə AR Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Sumqayıt Bölgə Şöbəsi tərəfindən VÖEN ********** nömrəsi ilə 0205-A11- 974 saylı şəhadətnamə verilməklə Abşeron rayonu Məmmədli kəndində rəsmi qeydiyyata və qeydə alınmışdır. İddiaçının əmlaka sahibliyini təsdiq edən sübut kimi əvvəlcə Bakı Apelyasiya Məhkəməsinin MK-nə təqdim etdiyi xx.xx.2006-cı il tarixli müqavilə ilə hazırda Yasamal Rayon Məhkəməsinə təqdim etdiyi xx.xx.2007-ci il tarixli müqavilə həm mətndəki bütün sözlərin eyniliyi, həm eyni ölçülü şriftlə yazılması, xx.xx.2006-cı il tarixli müqavilədə silinmiş və yeri boş qalmış bəzi sətirlərdəki yazıların xx.xx.2007-ci il tarixli müqavilədə yenidən yerinə qoyulması yolu ilə bəzi boşluqların doldurulması, nəhayət sonda imza yerində 2007-ci ilin şəxsiyyət vəsiqəsinin məlumatları əvəzinə yenə də xx.xx.2009-cu ildə verilmiş AZE seriyalı 07215196 saylı şəxsiyyət vəsiqəsinin məlumatlarının əlavə edilməsi həmin müqavilənin də saxta olmasını tam təsdiq edir. İddiaçı xx.xx.2007-ci il tarixli müqaviləni Cavabdeh3nın xx.xx.2007-ci il tarixli Ümumi Yığıncağının 2 saylı qərarına əsasən həmin Bakı şəhər İH Başçısının Aparatı yanında Mənzil Məsələləri üzrə İctimai Komissiyanın yığıncağının xx.xx.2007-ci il tarixli 7 № li protokolunda həmin sahənin ona verilməsini təsdiq edən Bakı şəhər İH Başçısının xx.xx.2007-ci il tarixli, 328 saylı sərəncamı verildikdən sonra bağladığını iddia edir. Lakin, iddiaçı əvvəla Bakı şəhər İH Başçısının xx.xx.2007-ci il tarixdə imzaladığı 328 saylı sərəncamın surətini elə həmin günü necə əldə etməsini, sonra isə Bakı şəhər İH Başçısının Aparatı yanında mənzil məsələləri üzrə İctimai Komissiyanın yığıncağının xx.xx.2007-ci il tarixli 7 № li Protokolunda Cavabdeh3-nın Ümumi Yığıncağının 2 saylı İclas Protokolunda 160 (yüz altmış) kv.m qeyri-yaşayış sahəsinin iddiaçıya verilməsi göstərildiyi halda necə 210 kv.m sahə almasını izah edə bilməmişdir. Müqaviləni bağlamış şəxslər MTK-nın payçılarının Ümumi Yığıncağının qərarına qarşı çıxaraq müqavilədə qərarda göstərilən sahədən artıq sahənin satılmasını göstərərsə və əgər həqiqətən belə bir müqavilə bağlanıbsa onun həmin qərarın icrası ilə bağlanmış müqavilə də qanunsuz olur. İddiaçının xx.xx.2007-ci il tarixli müqavilə üzrə Cavabdeh3-ya 210.000 (iki yüz on min) manat pul ödəməsinə dair Yasamal Rayon Məhkəməsinə təqdim etdiyi xx.xx.2007-ci il tarixli arayış da saxtadır. Belə ki, iddiaçının Bakı Apelyasiya Məhkəməsinə təqdim etdiyi eyni mətnli arayışda tarix və nömrə, pulu nə vaxt ödəməsini göstərən tarix yoxdur. Əgər hər iki arayışa nəzər salınsa onların eyni şriftlə və eyni ölçü ilə yazılması, məntlərinin də üst-üstə düşməsi açıq aşkar görünür. Bu arayışlar arasındakı yeganə fərq onların birində 237.5 kv m qeyri-yaşayış sahəsinə görə, digərində isə 210 kv.m qeyri-yaşayış sahəsinə görə ödəniş edildiyi göstərilir və iddiaçı da hər iki arayışın nə əslini, yaxud onun təsdiq olunmuş surətini təqdim edə bilmir. Bundan başqa, iddiaçı Bakı Apelyasiya Məhkəməsinin MK-nda baxılan iş üzrə mübahisələndirilən həmin qeyri-yaşayış sahəsi üzrə 200 kv sahəyə görə Cavabdeh3-ya pul ödəməsinə dair xx.xx.2012-ci il tarixli maliyyə arayışı təqdim etmişdir. Hətta həmin arayışın altında iddiaçının arvadı tərəfindən şərh də yazılmışdır. Müqavilələrin və arayışların saxtalığı isə sadalanan 4-5 sənədin sonunda Cavabdeh3-nın sədrinin imzası kimi təqdim edilən imzaların heç birinin digəri ilə eyni olmaması tam sübuta yetirilir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2014-cü ildə Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş və azadlıqdan məhrum edilməyə görə cəzaçəkmə müəssisəsində bir neçə il cəza çəkmiş iddiaçı bundan sonra Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli iclasında məhkəməyə özü ilə Cavabdeh3 arasında yuxarıda qeyd edilən ünvanda yerləşən 210 kv.m qeyri-yaşayış sahəsini almasına dair bağladığı xx.xx.2007-ci il tarixli müqavilənin surətini (bu müqavilənin də əsli, yaxud da ona bərabər tutulan notarial qaydada təsdiq edilmiş surəti yoxdur) təqdim etsə də MTK-nın payçılarının Ümumi Yığıncağının iclas protokolunu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı məhkəməyə müraciət edərkən özünə sərf etməyən və guya məhkəmənin də xəbər tutmayacağı fikri ilə hazırda da qanuni qüvvədə olan 2 məhkəmə aktını Yasamal Rayon Məhkəməsinə təqdim etməməklə mübahisələndirdiyi qeyri-yaşayış sahəsinə hər şansı bir hüququ olmasını təsdiq etməyən hüquqi sənədləri gizlətməyə çalışmışdır. Belə ki, X3 Rayon Məhkəməsində cavabdeh X20 qarşı Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 593- cü məhələdə inşa edilmiş 69 saylı yaşayış binasının l blok zirzəmi mərtəbəsində ümumi sahəsi 160 (yüz altmış) kv metr olan qeyri-yaşayış sahəsinə mülkiyyət və sahiblik hüquqlarının pozulmasının aradan qaldırılması və mülkiyyətdən istifadəyə mane olan hərəkətlərin qadağan edilməsinə dair qaldırdığı iddiasına baxmış həmin məhkəmə 2(004)- 499/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddianı təmin etməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasında Q.Süleymanovun apelyasiya şikayətinə baxılarkən iddiaçı apelyasiya şikayətindən imtina etdiyini bildirərək apelyasiya şikayətindən imtinanın qəbul edilməsi və işin apelyasiya icraatına xitam verilməsi barədə ərizə verdiyindən Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası apelyasiya şikayətindən imtinasının qəbul edilməsi və ona münasibətdə apelyasiya icraatına xitam verilməsi barədə xx.xx.2014-cü il tarixli, 2(103)- 3418/2014 saylı qərardad çıxarmışdır. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(103)-3418/2014 saylı qərardadından kassasiya şikayəti verilməmişdir və həmin qərardad hazırda qanuni qüvvədədir. Bakı şəhəri, 19 saylı Notariat Ofisinin Bakı şəhər Yasamal Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 683 saylı Arayışında İddiaçı1 xx.xx.2016-cı il tarixdə vəfat etdiyi, xx.xx.2016-cı il tarixdə onun vərəsələri, arvadı Cavabdeh2, qızları- Əhməd-zadə Fərəh Aqil qızı və Əhməd-zadə Ülkər Aqil qızı vərəsəliklərinin tanınması üçün Bakı şəhəri, 19 saylı Notariat Ofisinə müraciət etdikləri və xx.xx.2017-ci il tarixdə göstərilən vərəsələrə 2V-68 nömrəli X39 Şəhadətnamə verilməsi göstərilmişdir Vərəsələr Əhməd-zadə Fərəh Aqil qızı və Əhməd-zadə Ülkər Aqil qızı Cavabdeh2 onları dövlət orqanlarında və məhkəmələrdə təmsil etmək barədə etidarnamə vermişlər. İddiaçı1 vərəsəsi və prossesual varisi Əhməd-zadə X34 Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək X29, X37 və X31 qarşı «daşınmaz əmlaka dair bağlanmış əqdlərin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi»nə dair iddia qaldırmışdır. Yasamal Rayon Məhkəməsi tərəfindən işə baxıb iddia tələbinin rədd edilməsi haqqında xx.xx.2019-cu il t arixli, 2(004)-443/2018 saylı qətnaməsi qəbul edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il t arixli, 2(004)-443/2018 saylı qətnaməsindən iddiaçı Cavabdeh2 tərəfindən verilmiş Apellyasiya şikayətinə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Yasamal rayon məhkəməsinin xx.xx.2014cü il tarixli, 2(004)-548/2054 saylı qətnaməsinə əsasən İddiaçı1 iddiasının qismən təmin edilərək «Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 69 ünvanda «xxxx» MTK tərəfindən inşa edilmiş 10 mərtəbəli yaşayış binasının l-ci blok, zirzəmi mərtəbəsində ümumi sahəsi 200 kv metr olan qeyri-yaşayış sahəsi üzərində İddiaçı1 pay hüququnu tanımasını, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 1323/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadını, 1 saylı Bakı İnzibai-İqtisadi Məhkəməsi xx.xx.2017-ci il tarixli, 2inz(81)-2444/2013 saylı qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2 (81)-2444/2013 saylı, xx.xx.2017-ci il tarixli qərarının icrasına geriyə dönüş edilərək X20 verilmiş ünvan 2 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasının 1 blok zirzəmi mərtəbəsində yerləşən ümumi sahəsi 160 kv m olan qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun DƏDRX-ndə qeydə alınması barədə Dövlət Reyestrindən Çıxarış və texniki pasportun ləğv edilməsini İddiaçı1 qeyriyaşayış sahəsinə dair hüquqlarının bərpa olunması kimi qiymətləndirərək AR MPM-nin 82.3-cü maddəsinə əsasən «heç bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilməsi yolverilməzdir» müddəasını rəhbər tutub «İddiaçı Cavabdeh2 Ağa- Bala qızı tərəfindən verilmiş apellyasiya şikayətinin mülkiyyət hüququnun tanınması hissədə təmin edilməsinə zərurət görmədiyini, apelyasiya şikayətinin qismən təmin edilərək «Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-443/2018 saylı qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək Cavabdeh2 iddiasının qismən təmin edilərək « ünvan 7 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasının 1- ci blok zirzəmi mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı cavabdehlər X36 ilə X37 arasında xx.xx.2014- cü il tarixdə Bakı şəhəri 53 saylı Notariat Kontorunda bağlanmış və 4 Ə-1422 sayla reyestrdə təsdiq edilmiş alğı-satqı müqaviləsi və X37 ilə X38 arasında xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 53 saylı Notariat Kontorunda bağlanmış və 4 Ə-522 saylı reyestrdə təsdiq edilmiş alğı-satqı müqaviləsi etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsinə görə X37 tərəfindən ödənilmiş 45421 (qırx beş min dörd yüz iyirmi bir) manat X14 onun xeyrinə, X38 tərəfindən ödənilmiş 90 000 (doxsan min) manat isə X21 Çingiz Hacızadənin xeyrinə tutulmasını qət etmişdir. Bakı Apelyasiya Məhkəməsinin həmin qətnaməsindən də Kassasiya şikayəti verilməmişdir və hazırda həmin qətnamə qüvvədədir. Bakı Apelyasiya Məhkəməsinin həmin Qətnaməsindən də göründüyü kimi X6 mübahisəli sahəyə heç bir hüququ yoxdur. Buna baxmayaraq birinci instansiya məhkəməsi yuxarıda göstərilənləri nəzərə almamış, qərəzli və qeyri onyektiv qətnamə qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə 2(103)- 5487/2020 və 2(103)-299/2020 sayıları altında qeydə alınmış mülki işlər birlikdə baxılması üçün bir icraatda 2(103)-299/2020 №-si altında birləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Əhməd-zaddə Aqil Camal oğlunun hüquqi varisi X16 nümayəndəsi və vəkili Ziyad Abbaszadə özləri tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, birinci instanisya məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, xx.xx.2014-cü il tarixli qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında əlavə olaraq bildirmişdir ki, Qüvvətəli Süleymanov hazırki iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Belə ki, mübahisəli qeyri-yaşayış sahəsinə dair çoxsaylı məhkəmə mübahisələri olmuş və Q.Süleymanovun həmin mübahisələrdən xəbəri olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı, eyni zamanda maraqlarına toxunan şəxs X5 nümayəndəsi Sevda Süleymanova özləri tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, birinci instanisya məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinin ləğv edilməsi, xx.xx.2020-ci il tarixli qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında bildirmişdir ki, sözügedən mübahisəli qeyri-yaşayış sahəsini X11 2002-ci ildə Cavabdeh3-dan alınmışdır, 2002-ci ildən başlayarq ünvan 2 ünvanındakı 10 mərtəbəli yaşayış binasının birinci blok zirzəmi mərtəbəsində yerləşən ümumi sahəsi 160 kv.m olan qeyriyaşayış sahəsi icarəyə verilmişdir. Həmin qeyri-yaşayış sahəsi 2009-cu-2010-cu illərdə başqa şəxsə icarəyə verilmış, daha sonra icarə verilməsi üçün müəyyən edilmiş müddət artırılaraq 2013-cü ilədək uzadılmış, və qeyri-yaşayış sahəsinin icarəyə verilməsi icarə müqaviləsinin şərtləri əsasında həyata keçirilmişdir ki, bunu təqsdiq edəcək həmin müqavilələr də iş materiallarına əlavə edilib. 2013-cu ilin yanvar ayında həmin qeyri-yaşayış sahəsinə getdiyini və qeyri-yaşayış sahəsinin qapısının sındırıldığının şahidi olmuşdur. Həmçinin bildirmişdir ki, onlar qeyri-yaşayış sahəsinin basga şəxsə satılmasından işin icra mərhələsində icra məmurlarından məlumat almışlar. Məhkəmə iclasında iştirak edən İddiaçı, eyni zamanda maraqlarına toxunan şəxs X5 nümayəndəsi və vəkili İddiaçı2 da özləri tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, birinci instanisya məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinin ləğv edilməsi, xx.xx.2020-ci il tarixli qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında bildirmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinə dair mübahisələr Q.Süleymanovla deyil, digər şəxslərlə olmuş və buna görə də onun sözügedən mübahisələrdən xəbəri olmamışdır. Əmlak qanuni əsaslara onun mülkiyyətində olmuş və icarəyə belə verilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh3-nın nümayəndəsi X32 izahatında bildirmişdir ki, Cavabdeh3 rəsmi qeydiyyatdan 2006-ci ilin dekabr ayının 27-də keçib. Bu işlə əlaqədar 2-3 il bundan əvvəl zəng etmişdilər. Onlar izah etmişlər ki, MTK ümumiyyətlə Yasamal rayonu ərazisində bina tikməmiş, onlar fəaliyyətə başlayandan Abşeron raynu ərazisində bina tikmişlər. MTK-nın bu işlə bağlı əlaqələndirilməsinin heç bir əsası yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh “xxxx” MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır. Həmin qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, “qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsində göstərilən məlumatları əks etdirməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh olunmalı, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir. İddia tələbi qismən təmin edildikdə, qətnamədə əvvəl iddianın təmin olunan hissəsi, sonra isə təmin olunmayan hissəsi əsaslandırılmalı, qətnamənin nəticə hissəsində iddianın kimin haqqında hansı hissəsində təmin və yaxud rədd olunması konkretləşdirilməlidir”. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi 2(004)- 548/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli qətnaməsini prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib etməmiş, iddiaçı “qeyri-yaşayış sahələrinin boşaldılması, mülkiyyət hüququna yaradılan maneələrin aradan qaldırılması, təhvil verilməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” məzmununda iddia irəli sürdüyü halda, mübahisəli əmlaka onun pay hüququnu tanımaqla iddia tələbindən kənara çıxmış, maddi hüquq normalarını düzgün təfsir etməyərək gəldiyi nəticənin işin hallarına uyğun olmamasına yol açmışdır. Kollegiyanın qənaətinə görə qeyd olunan hallar, birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətlərinin dəlillərindən asılı olmadan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-548/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası izahatları bu kontekstdə dinləyib, apellyasiya şikayətləriinin dəlillərini müzakirə edərək və iş materiallarını araşdıraraq hesab edir ki, X5 nümayəndəsi Sevda Süleymanova apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-548/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməli, Cavabdeh2 apellyasiya şikayəti isə təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-330/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İddiaçı1 ilə “xxxx”MTK arasında bağlanılmış 20 dekabr 201 1ci il tarixli müqavilədən görünür ki, həmin müqaviləyə əsasən tərəflər “xxxx”MTK-nm Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 69 ünvanda inşa etdiyi 10 mərtəbəli yaşayış binasının 1-ci blok zirzəmi mərtəbəsində qiyməti bir kv.metr üçün 1000 manat, cəmi 200000 manat olmaqla ümumi sahəsi 200 kv.metr olan qeyri-yaşayış sahəsinin İddiaçı1 mülkiyyətinə verilməsi barədə razılığa gəlmişlər İş materiallarında olan xx xxxxxx 2011-ci il tarixli 49 nömrəli maliyyə arayışının surətindən göründüyü kimi, Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 69 ünvanda inşa edilən 10 mərtəbəli yaşayış evi “xxxx”MTK-ya məxsusdur.Həmin binanın 1-ci blokunda ümumi sahəsi 200 kv.metr olan zirzəmi mərtəbəsinin pay dəyəri müqaviləyə əsasən İddiaçı1 tərəfindən tam ödənilmişdir və onun “xxxx”MTK-ya borcu yoxdur. Birinci instansiya məhkəməsi tərəfində müəyyən edilmişdir ki, Cavabdeh3 xx.xx.2006-cı il tarixdə təsis edilmiş nizamnamə kapitalı 1.000 manat, təşkilati-hüquqi forması kooperativ olan hüquqi şəxsdir. “xxxx” MTK xx xxxx 2008-ci il tarixli təsisçilərin ümumi yığıncağına əsasən təsis edilmiş, nizamnamə kapitalı hər biri 10 manat olmaqla, 5 paydan ibarət, 50 manat müəyyən edilən təşkilati-hüquqi forması kooperativ olan, hüquqi şəxsdir. İş materiallarında olan xx xxxx 2007-ci il tarixli müqaləyə əsasən məhkəmə tərəfindən müəyyən edilir ki, ünvan 4, 593-cü məhəllədə inşa edilən, 10 mərtəbəli yaşayış evi, 1-ci blokunda yerləşən ümumi sahəsi 210 kv.m olan qeyri-yaşayış sahəsinin X7 verilməsinə dair Cavabdeh3 və X10 arasında müqavilə imzalanmışdır. Həmin müqavilə üzrə qeyriyaşayış sahəsinin hər kvadrat metri 1000 manat, ümumi məbləğ 210.000 manat müəyyən edilmiş və müqavilə üzrə müəyyənləşdirilmiş məbləğ xx xxxx 2007-ci il tarixli arayışa əsasən X10 tərəfindən birdəfəlik olaraq ödənilmiş, arayışda Q.Süleymanovun borcunun olmadığı göstərilmişdir. xx xxxxxx 2011-ci il tarixli müqavilədən görünür ki, “xxxx” MTK ilə İddiaçı1 arasında Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsində inşa edilən yaşayış binasının İ blok, zirzəmi mərtəbəsində yerləşən, ümumi sahəsi 200 kv.m olan, qeyri-yaşayış sahəsinin X30 mülkiyyətinə verilməsinə dair müqavilə imzalanmışdır. Həmin müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu Z.Xəlilov küçəsində inşa edilən yaşayış binasının İ blok, zirzəmi mərtəbəsində yerləşən, ümumi sahəsi 200 kv.m olan, qeyri-yaşayış sahəsinin hər kvadrat metri 1000 manat müəyyən edilməklə 200.000 manat pulun verilməsi nəzərdə tutulmuşdur. xx xxxxxx 2011-ci il tarixi 49 saylı Cavabdeh3 ilə İddiaçı1 arasında bağlanmış müqavilədən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsində inşa edilən yaşayış binasının İ blok, zirzəmi mərtəbəsində yerləşən, ümumi sahəsi 200 kv.m olan, qeyri-yaşayış sahəsinin X30 mülkiyyətinə verilməsinə dair müqavilə imzalanmışdır. Həmin müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu Z.Xəlilov küçəsində inşa edilən yaşayış binasının İ blok, zirzəmi mərtəbəsində yerləşən, ümumi sahəsi 200 kv.m olan, qeyriyaşayış sahəsinin hər kvadrat metri 1000 manat müəyyən edilməklə 200.000 manat pulun verilməsi nəzərdə tutulmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(004)- 499/2014-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X6 cavabdeh X20 qarşı mülkiyyət və sahiblik hüquqlarının pozulmasının aradan qaldırılması və mülkiyyətindən istifadəyə mane olan hərəktlərin qadağan edilməsinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3419/2014 saylı xx xxxx 2014-cü il tarixli qərardadından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-499/2014 saylı işi üzrə xx xxxxxx 2014-cü tarixli qətnaməsindən iddiaçı X6 nümayəndəsi Süleymanova Sevda Fətəli qızının verdiyi apelyasiya şikayətindən imtinası qəbul edilərək ona münasibətdə apelyasiya icraatına xitam verilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1323/2016 saylı xx xxxx 2016-cı il tarixli qərardadından görünür ki, üçüncü şəxs X6 apelyasiya şikayəti təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 2444/2013 nömrəli iş üzrə xx xxxxxx 2014 cü il tarixli qərardadı ləğv edilmiş və iddiaçı X17 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı cavabdehin imtinasının əsassız sayılması və ünvan 8 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasının birinci blok zirzəmi mərtəbəsində yerləşən ümumi sahəsi 160 kv.m olan qeyri-yaşayış sahəsinin dövlət reyestrində qeydiyyata alınması, buna dair onun adına texniki pasportun və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinə dair iddiası mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli 2-1(102)-1515/2016 qərarından görünür ki, Cabbarov Yasın Məhərrəm oğlunun Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 1323/2016 saylı xx xxxx 2016-cı il tarixli qərardadından verdiyi kassasiya şikayəti təmin edilməmişdir. Bakı 1 saylı İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2inz(81)-2444/2013 cü il tarixli qərardadı ilə Q.Süleymanovun ərizəsi təmin edilərək Bakı 1 saylı İnzibati-İqtisad Məhkəməsinin 2013-cü il tarixli 2inz(81)-2444/2013 saylı qərarının icrasına geriyə dönüş edilərək həmin qərar əsasında X20 verilmiş ünvan 2 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasının birinci blok zirzəmi mərtəbəsində yerləşən ümumi sahəsi 160 kv.m olan qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması barədə Dövlət Reyestrindən çıxarış və texniki pasport ləvğ olunmuşdur. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-548/2014 xx.xx.2019-cu il tarixli qərardadından görünür ki, X10 Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(004)-548/2014 saylı qətnaməsi ilə maraqlarına toxunulan şəxs hesab edilərək apelyasiya şikayəti verilməsi üçün X10 tərəfindən buraxılmış prosessual müddət bərpa edilərək mülki iş baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Bakı şəhər 19 saylı Notariat Kontoru tərəfindən Yasamal Rayon Məhkəməsinə təqdim edilmiş arayışdan görünür ki, İddiaçı1 xx.xx.2016-cı il tarixində vəfat etmişdir. xx.xx.2016-cı il tarixdə onun vərəsələri həyat yoldaşı-Cavabdeh2, qızları-Əhməd-zadə Fərəh Aqil qızı və Əhməd-zadə Ülkər Aqil qızı vərəsəliklərinin tanınması üçün Bakı şəhəri 19 saylı Notariat Kontoruna ərizə ilə müraciət etmişlər və vərəsəliyin dairəsi müəyyən olunaraq qanuni vərəsə kimi tanınmışlar. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya Hüquqi şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, “xxxx” MTK-nın Cavabdeh3-nın hüquqi varisi olması barədə heç bir məlumat yoxdur. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslər dövlət Qeydiyyat İdarəsinin arayışından görünür ki, “xxxx” MTK-nın Cavabdeh3-nın hüquqi varisliyi barədə məlumat aşkar edilməmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı yanında Mənzil-X18 tərəfindən xx.xx.2019-cu il tarixli arayışında qeyd edilir ki, Cavabdeh3 tərəfindən təqdim edilmiş sənədlər əsasında ünvan 4 ünvanın payçılarına order və sərəncam verilmişdir. Həmçinin qeyd edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 328 saylı sərəncamı ilə təsdiq edilmiş Mənzil Məsələləri üzrə İctimai Komissiyasının yığıcağının 7B saylı, xx.xx.2007-ci il tarixli protokoluna əsasən X7 ünvan 9 ünvanındakı yaşayış binasının zirzəmisində 160.0 kv.metr qeyri-yaşayış sahəsi verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 328 saylı, xx xxxx 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş protokolundan görünür ki, BŞİH-nin Mənzil X18 Cavabdeh3-nın ünvan 3 ünvanında yaşayış binasının zirzəmisində 160 kv.m qeyri-yaşayış sahəsinin X7 verilməsi barədə MTK-nın ümumi iclasının xx.xx.2007-ci il tarixli qərarı baxılmaq üçün komissiyaya çıxarılmış və bunun əsasında xx.xx.2007-ci il tarixli sərəncamla BŞİH Başçısı Aparatı yanında mənzil məsələləri üzrə ictimai komissiyanın yığıncağının xx.xx.2007-ci il tarixli 7 nömrəli, 7 b nömrəli protokolları təsdiq edilmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında da göstərilmişdir ki, “qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır”. Bu kontekstdə kollegiya nəzərə alır ki, hər iki iş üzrə tələblər mübahisəsi gedən əmlaka dair bağlanmış müqavilələrin etibarlılığı ilə əlaqədardır və yuxarıda qeyd olunan prinsipə görə həmin müqavilələrin mülki qanunvericiliyin tələblərinə uyğun bağlanıbbağlanmadığını müəyyənləşdirmək bilavasitə məhkəmənin vəzifəsidir. Ümumiyyətlə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, ilk olaraq birinci instansiya məhkəməsinin X2 cavabdehlər “xxxx” MTK-ya, Cavabdeh3-ya və Cavabdeh2 qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbi üzrə gəldiyi nəticəyə qiymət verilməlidir; çünkü həmin nəticənin əsaslı, yaxud əsassız hesab olunması, İddiaçı1 “xxxx” MTK-ya qarşı “qeyriyaşayış sahələrinin boşaldılması, mülkiyyət hüququna yaradılan maneələrin aradan qaldırılması, təhvil verilməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələblərinin əsaslı və ya əsassız hesab edilməsini şərtləndirir. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir və əhəmiyyətsizdir. Həmin Məcəllənin 340.2-ci maddəsinə görə isə, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir və əhəmiyyətsizdir. Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir; Qüvvətəli Süleymanovun etibarsız hesab edilməsini tələb etdiyii müqavilələrin lazımi subyektlərin arasında bağlanmış olduğu hazırda mübahisə mövzsudur; belə ki, iş materiallarına əlavə edilmiş xx xxxx 2007-ci il tarixli Cavabdeh3 ilə X10 arasında ünvan 4, 593-cü məhəllədə inşa edilən 10 mərtəbəli yaşayış evi, 1-ci blokunda yerləşən ümumi sahəsi 210 kv.m olan qeyri-yaşayış sahəsinin X7 verilməsinə dair müqavilənin əslindən görünür ki, sözügedən qeyri-yaşayış sahəsi X10 tərəfindən hər kvadrat metrinə 1000 manat, cəmi isə 210.000 manat ödənilməklə alınmışdır. Bundan təxminən 4 il sonra xx xxxxxx 2011-ci il tarixdə “xxxx” MTK ilə İddiaçı1 arasında Bakı şəhəri, Yasamal rayonu Z.Xəlilov küçəsində inşa edilən yaşayış binasının İ blok zirzəmi mərtəbəsində yerləşən ümumi sahəsi 200 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı1 verilməsinə dair müqavilə imzalanmışdır. Kollegiya hər iki apellyasiya şikayətlərinin dəlillərinə eyni anda münasibət bildirərək qeyd edir ki, “xxxx” MTK-nın qeyd edilən qeyri-yaşayış sahəsini satmaqa səlahiyyətli olması iş materialları ilə müəyyən edilməmişdir. Bir qeyri-yaşayış sahəsinə dair 2 kooperativ müqavilə bağlamışdır və MTK həmin pay hüququnu satmağa səlahiyyətli olmasına dair nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə sübut təqdim edə bilməmişdir. Həmçinin, mübahisəli qeyri-yaşayış sahəsinin Qüvvətəli Süleymanovun adına rəsmiləşdirilməsinə dair sənədlərin qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ləğv, yaxud etibarsız hesab edilmiş olduğu müəyyən olunmamışdır. Həmçinin apellyasiya baxışı zamanı məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən cavab olaraq göndərilmiş xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, kommersiya hüquqi şəxslərin dövlət reyestrində “Cavabdeh3 LTD” X19 (VÖEN: 1700Q4629) barədə məlumat aşkar edilməmişdir. Bu adla oxşar olan “Cavabdeh3-1 LTD” X19 (VÖEN: **********) və “xxxx” Mənzil-tikinti Kooperativinin (VÖEN: **********) hüquqi varisliyi barədə məlumat aşkar edilməmişdir. Əlavə olaraq bildiririk ki, “xxxx” Mənzil-tikinti Kooperativi xx.xx.2008-ci ildə ********** nömrəsi ilə qeydiyyata alınmış və ləğvinə dair kommersiya hüquqi şəxslərin döviət reyestrində məlumat aşkar edilməmişdir. Göründüyü kimi “xxxx” MTK sözügedən müqaviləni bağlamaqda səlahiyyətli şəxs olmamışdır. Bundan əlavə Qüvvətəli Süleymanov iddiasını sübut edən hal kimi müqaviləsini, Bakı şəhər İcra Hakimiyyəti yanındakı İctimai Komissiyanın protokolunu və buna əsasən İcra Hakimiyyətinin başçısının verdiyi sərəncamı təqdim etmiş, eyni zamanda Bakı Şəhər İcra Hakimiyyəti yanında Kooperativlər İdarəsi məhkəmənin sorğusuna cavab verərək qeyd etmişdir ki, həmin binada sənədləşmə Cavabdeh3-nın müqavilələri və maliyyə arayışları əsasında həyata keçirilmişdir. Lakin Əhməd-zaddə Aqil Camal oğlunun ilkin olaraq iddia tələbi ilə məhkəməyə müraciət edərkən, həmçinin onun hüquqi varisi X33 apellyasiya şikayəti verərkən “xxxx” MTK ilə bağlanılmış müqaviləyə istinad etmiş, həmçinin, eyni nömrəli, eyni tarixli Cavabdeh3 ilə də bağlanılmış müqavilənin surətini məhkəməyə təqdim etmiş və izahatında cavabdeh qeyd etmişdir ki, bu müqavilənin əsli ondadır və əslini məhkəməyə deyil, müvafiq hüququ mühafizə orqanlarına təqdim edəcəkdir. Bununla belə yuxarıda qeyd olunduğu kimi həmin MTK-nın bu qeyri-yaşayış sahəsinə dair hansı səlahiyyətinin olmasına dair heç bir sübut təqdim etməmişdir. X26 apellyasiya şikayətində irəli sürdüyü “«xxxx» MTK-nın ümumi yığıncağının xx.xx.2011-ci il tarixli, 48 saylı iclas protokolundan göründüyü kimi payçı Süleymanov Qüvvətəli kooperativin üzvlüyündən çıxmasına dair ərizə vermiş və həmin ərizəsi əsasında o, payçılıqdan və kooperativə üzvlükdən çıxarılmış, İddiaçı1 isə «xxxx» MTK-ya üzv qəbul edilərək MTK-ya məxsus Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 69 ünvanda «xxxx» MTK tərəfindən inşa edilmiş 10 mərtəbəli yaşayış binasının l-ci blok, zirzəmi mərtəbəsində ümumi sahəsi 200 kv metr olan qeyri-yaşayış sahəsini almışdır və bunun əsasında da İddiaçı1 ilə xx.xx.2011-ci il tarixli, 49 saylı alqı-satqı müqaviləsi bağlanmış, alıcı müqavilədə nəzərdə tutulmuş 200.000 (iki yüz) min manatı ödədiyindən ona müqavilə, maliyyə arayışı və ümumi yığıncağın qərarının təsdiq edilmiş surəti verilmişdir.” dəlilini əsassız hesab edir. Belə ki, iş materiallarında sözügedən xx.xx.2011-ci il tarixli protokol olsa da, Qüvvətəli Süleymanovun İddiaçı1 xeyinə MTK-da olan üzvlüyündən imtina etməsi barədə ərizəsi iş materiallarına əlavə edilməmişdir. Həmçinin apellyasiya baxışı zamanı sübutların təmin edilməsi məqsədilə məhkəmənin xx xxxx 2019-cu il tarixli qərardadı ilə, X6 “xxxx” MTK-ya məxsus Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 69 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasının 1-ci blokundakı zirzəmisindəki payından imtina edərək kooperativin üzvlüyündən çıxması barədə ərizənin əslinin və “xxxx” MTK-nın xx xxxxxx 2011-ci il tarixli iclasının 48 saylı protokolundan çıxarışın müvafiq qaydada təsdiq edilmiş surətinin “xxxx” MTK-dan götürülməsi tələb edilsə də, həmin ərizə məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi həmin sübutların əldə edilməsi üçün bütün imkanlarında istifadə etmiş, lakin sübutların əldə edilməsi mümkün olmamışdır. Buna görə də kollegiya hesab edir ki, «xxxx» MTK-nın ümumi yığıncağının xx.xx.2011-ci il tarixli, 48 saylı iclas protokolundan çıxarışda qeyd edilənlər inandırıcı deyil və həmin çıxarış mötəbər sübut kimi qəbul edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə müəyyən edir ki, Qüvvətəli Süleymanovun tələbi əsaslıdır. Belə ki, ilk olaraq “xxxx” MTK-nın həmin qeyri-yaşayış sahəsinə dair sərəncam vermək hüququ müəyyən edilmir. İkincisi cavabdehin eyni tarixli Cavabdeh3 ilə bağladığı müqavilə iddiaçının müqaviləsindən 4 il sonra bağlanılmışdır. Cavabdeh tərəf etirazının dəlili kimi iddiaçının müqaviləsinin saxtalığına istinad etmiş və müqavilənin saxta olduğunu bildirmiş, lakin müqavilənin saxtalığını məhkəmədə sübut edə bilməmiş, bununla bağlı etirazda göstərilən dəlilləri isə kollegiya ağlabatan hesab etməmişdir. İddiaçı Əhməd-zaddə Aqil Camal oğlunun hüquqi varisi X16 nümayəndəsi və vəkili Ziyad Abbaszadənin iddia müddətinin ötürülməsinə dair dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarında olan məhkəmə qərarların hamısı kolelgiya tərəfindən nəzərdən keçirilmiş və Qüvvətəli Süleymanovun mübahisəli əmlakın başqa şəxsə satılması barədə məlumatlı ola biləcəyi bir hal aşkar edilməmişdir. Gəldiyi nəticənin məntiqi davamı olaraq kollegiya qeyd edir ki, yuxarıda göstərilənlərə əsasən İddiaçı1 “xxxx” MTK-ya qarşı “qeyri-yaşayış sahələrinin boşaldılması, mülkiyyət hüququna yaradılan maneələrin aradan qaldırılması, təhvil verilməsi” barədə iddia tələbləri əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 165-ci maddəsinə əsasən isə, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Yuxarıda qeyd olunduğu kimi, mübahisəli əmlakın Qüvvətəli Süeymanova məxsus olduğu müəyyən edilmiş və bu hal İddiaçı1 iddia tələbinin təmin edilməsini mümkünsüz edir. Kolelgiya İddiaçı1 “xxxx” MTK-ya qarşı irəli sürülmüş iddia tələbini “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” hissəsində də əsassız hesab edir. Kollegiya iddia tələbinin qeyd olunan hissələri üzrə əsaslandırma aparılmasına zərurət görmür və bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı dəlillər nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Kollegiya apellyasiya şikayətlərinin dəlillərindən asılı olmayaraq bir məsələyə də qiymət verilməsini zəruri heasb edir. Belə ki, əvvəlki məhkəmə iclasında Cavabdeh3-nın nümayəndəsi X32 izahatında Cavabdeh3 rəsmi qeydiyyatdan 2006-ci ilin dekabr ayının 27-də keçdiyini, bu işlə əlaqədar 2-3 il bundan əvvəl zəng edildiyini, MTK ümumiyyətlə Yasamal rayonu ərazisində bina tikmədiyini, onların fəaliyyətə başlayandan Abşeron raynu ərazisində bina tikdiyini və buna görə də MTK-nın bu işlə bağlı əlaqələndirilməsinin heç bir əsasının olmadığını bildirmişdir. Kollegiyanın qənaətinə görə, hər iki tərəflə bağlanılan müqavilənin tərəfi Cavabdeh3 olduğundan, məhkəmənin sorğularına əsasən ölkə ərazisində yalnız bir Cavabdeh3 adlı koorperativin fəaliyyət göstərməsi müəyyən edilmiş olduğundan MTK-nın nümayəndəsinin yuxarıda qeyd edilən dəlilləri əsassızdır. Xüsusilə nəzərə alınmalıdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı yanında Mənzil-X18 tərəfindən xx.xx.2019-cu il tarixli arayışında qeyd edilir ki, Cavabdeh3 tərəfindən təqdim edilmiş sənədlər əsasında ünvan 4 ünvanın payçılarına order və sərəncam verilmişdir. Həmçinin qeyd edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 328 saylı sərəncamı ilə təsdiq edilmiş Mənzil Məsələləri üzrə İctimai Komissiyasının yığıcağının 7B saylı, xx.xx.2007-ci il tarixli protokoluna əsasən X7 ünvan 9 ünvanındakı yaşayış binasının zirzəmisində 160.0 kv.metr qeyri-yaşayış sahəsi verilmişdir. Kollegiya Cavabdeh3-ya onu da izah edir ki, əgər onlar iddia etdiyi kimi mübahisəli qeyri-yaşayış sahəsinin və ona dair bağlanmış müqavilələrin onlara aidiyyəti yoxdursa, hazırki qətnamə ilə onların üzərinə heç bir öhdəlik qoyulmur. Göstərilənlərə əsasən kolelgiya hesab edir ki, X5 nümayəndəsi Sevda Süleymanova apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 548/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbləri təmin edilməməli, Cavabdeh2 apellyasiya şikayəti isə təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-330/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz; 384.0.2-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği tərəflərin özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı Əhməd-zaddə Aqil Camal oğlunun hüquqi varisi X16 apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-330/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Həmin məhkəmənin xx.xx.2014-cü il tarixli qətnaməsindən iddiaçı, eyni zamanda maraqlarına toxunan şəxs X5 nümayəndəsi X13 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-548/2014 saylı, xx xxxxxx 2014cü il tarixli il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı1 “xxxx” MTK-ya qarşı “qeyri-yaşayış sahələrinin boşaldılması, mülkiyyət hüququna yaradılan maneələrin aradan qaldırılması, təhvil verilməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri onları ödəmiş şəxslərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar