Məhkəmə qərarları › İş №2(103)-2995/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2995/2022

02.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2995/2022 02.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kərimli İlham Əziz oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Suraxanı Rayon Məhkəməsinin 2(010)-53/2021 saylı, 15.04.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi cavabdeh Sarıyeva (Atakişiyeva) Fəridə Ənvər qızına qarşı “diplomun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən orta məktəbdə rəsm, rəsmxətt və əmək müəlliməsi ixtisasını bitirməsi barədə Atakişiyeva (Sarıyeva) Fəridə Ənvər qızının adına 1988-ci il tarixdə verilmiş PB seriyalı, 017385 nömrəli diplom dövlət nümunəli təhsil sənədi olmadığından etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin 2(010)-53/2021 saylı, 15.04.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Cavabdeh tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Bundan sonra cavabdeh 20.05.2022-ci il tarixdə Məhkəməyə hazırkı apellyasiya şikayətindən imtina barədə teleqram göndərərək, iş üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə cavabdehin apellyasiya şikayətindən imtina barədə ərizəsinə etiraz etmədiyini bildirdi. Hazırkı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və 20.05.2022-ci il tarixdə Məhkəməyə hazırkı apellyasiya şikayətindən imtina barədə teleqram göndərərək, iş üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətindən imtinaya dair ərizəsini mülki işin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, cavabdehin Suraxanı Rayon Məhkəməsinin 2(010)-53/2021 saylı, 15.04.2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilməli və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinə əsasən şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində yazılı formada ondan imtina edə bilər. Qeyd olunan Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla şikayətdən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxsin şikayətdən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Yuxarıda qeyd olunanlara əsasən Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin Suraxanı Rayon Məhkəməsinin 2(010)-53/2021 saylı, 15.04.2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilməli və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 263-264, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Suraxanı Rayon Məhkəməsinin 2(010)-53/2021 saylı, 15.04.2021-ci il tarixli qətnaməsindən cavabdeh Sarıyeva (Atakişiyeva) Fəridə Ənvər qızının apellyasiya şikayətindən imtinası qəbul edilsin və ona münasibətdə apelyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: İlham Kərimli Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar