Məhkəmə qərarları › İş №2(103)-3003/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3003/2025

05.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3003/2025 05.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Səlimova Səadət və X1 ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli qərardadından iddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)-857/2025 nömrəli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı şikayət verərək Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli qərardadının ləğv edilməsi və iddiaya mahiyyəti üzrə baxılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə 27 yanvar 2025-ci il tarixdə məhkəmə iclasının tarixinin dəyişdirilməsi barədə ona SMS-bildirişlə məlumat vermişdir. Belə ki, həmin SMS-bildirişdə məhkəmə iclasının 28 yanvar 2025-ci il tarixə, saat 11:50-yə təyin olunduğu qeyd olunmuşdur. İşlərilə əlaqədar adətən ölkənin müxtəlif rayonlarına səfər etmək məcburiyyətində olur. Məhkəmə iclası 29 yanvar 2025-ci il tarixə təyin olunan zaman o, növbəti iclasın tarixini nəzərə alıb işlərini ona uyğun tənzimləmişdi. 27 yanvar 2025-ci il tarixdə də o, işlərilə əlaqədar yaşadığı Bakı şəhərindən kənarda olduğundan 28 yanvar 2025-ci il tarixli məhkəmə iclasında iştirak etmək üçün zaman baxımından geri qayıtmağı mümkün olmamışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsini baxılmamış saxlayarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.6-cı (Maddə 259.0.6. İşə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanır) maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli, 3 saylı qərarının 2-ci bəndinə əsasən MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanılmasının mümkünlüyü nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verildiyi, tərəflərin isə məhkəmə iclasına gəlmədiyi və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiyi barədə nəticəyə gəlmişdir. Apellyator məhkəmə xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edə bilməmə səbəbini həmin gün üzrlü səbəbdən Bakı şəhərində olmaması ilə əlaqələndirmişdir. İşdən aydın olur ki, iddiaçı tərəf iş üzrə keçirilmiş xx.xx.2024-cü il tarixli hazırlıq iclasında da iştirak etməmişdir. Kollegiya müəyyən etmişdir ki, iddiaçının nümayəndəsinin xx.xx.2024cü il tarixdə elektron informasiya sistemində yaradılmış elektron kabineti mövcuddur. İş materiallarından bəlli olur ki, iddiaçının nümayəndəsi elektron məhkəmə informasiya sistemi vasitəsilə iclasın onların iştirakı olmadan baxılmaması ilə bağlı ərizə ünvanlaya bildiyi halda bunu etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cımaddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Baxılan iş üzrə iddia ərizəsinin MPM-nin 259.0.6-cı maddəsi ilə baxılmamış saxlanılması üçün əsaslar mövcud olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizənin baxılmamış saxlanılması ilə bağlı qanuni və əsaslı nəticəyə gəlmiş, prosessual hüquq normasını düzgün tətbiq etmişdir. Şikayətin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıqaşkar əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar