Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3007/2021 12.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, 2(003)-3866/2020 №-li iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardaddan iş üzrə birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 birgə verdikləri şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Birgə iddiaçılar Cavabdehnə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünün onlara aid olan hissəsinin icra etməli olan cavabdeh İcra Şöbəsinin hökmü icra etməməsinin qanunsuz hesab edilməsi, hökmün onlara aid hissədə icra edilməsi öhdəliyinin cavabdeh İcra Şöbəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri geri qaytarmışdır. İddiaçılar həmin qərardaddan Rayon Məhkəməsinə birgə şikayət verərək qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilərək baxılmasını xahiş etmişlər. Şikayətə baxmış Rayon Məhkəməsi xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş, barəsində verilmiş qərardadı qüvvəsində saxlayaraq, baxılması üçün şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli, iddia ərizəsinin icraata qəbulundan imtina olunmalıdır. Belə ki, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmış Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 152.2-152.4cü maddələrinə istinad etmişdir. Qeyd edilən həmin maddələrə görə, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır (maddə 152.). İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir (maddə 152.3.). İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (maddə 152.4.). Məhkəmə bildirir ki, Rayon Məhkəməsi iddia ərizəsini geri qaytararkən prosessual hüquq normasını səhv seçmişdir. İddiaçıların Cavabdehnə qarşı irəli sürdükləri bu iddia, MPM-nin 153.2.1-ci maddəsinə uyğun olaraq iddia ərizəsinin qəbulundan imtina əsası ilə qaytarılmalı idi. Çünki qanuni qüvvəyə minməmiş məhkəmə hökmünün icra edilməməsi ilə bağlı İcra Şöbəsinə qarşı iddia vermişlər. Halbuki, iddiaçıların nail olmaq istədikləri məsələ iddia icraatı qaydasında deyil, məhkəmə qərarlarının icrası qayadasında baxılmalıdır. Odur ki, göstərilənləri nəzərə alan və MPM-nin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və iddiaçıların iddiasının qəbul edilməsindən imtina olunmalıdır. Bundan başqa, iddiaçılara izah olunmalıdır ki, onların iddia ərizəsində qeyd olunan məsələlər ilə bağlı yuxarıda qeyd edilən hökmün icrasını həyata keçirən icra qurumunun hərəkətindən (hərəkətsizliyindən) şikayət ilə müvafiq birinci instansiya məhkəməsinə müraciət etmək hüquqları var. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 153 və 391-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardad ləğv edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdehnə qarşı irəli sürdükləri “cavabdeh İcra Şöbəsinin qanuni qüvvəyə minmiş hökmü icra etməməsini qanunsuz hesab edilməsi və sair tələbləri barədə” iddia ərizəsinin qəbulundan imtina edilsin. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçılara qaytarılsın. İddiaçılara izah olunsun ki, onların iddia ərizəsində qeyd olunan məsələlər ilə bağlı yuxarıda qeyd edilən hökmün icrasını həyata keçirən icra qurumunun hərəkətindən (hərəkətsizliyindən) şikayət ilə Xəzər Rayon Məhkəməsinə məhkəməsinə müraciət etmək hüququna malikdirlər. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-3007/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3007/2021
12.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver