Məhkəmə qərarları › İş №2(103)-3009/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3009/2021

15.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3009/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3987/2020 saylı mülki işi üzrə xx.xx.2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmənin qərardadı ilə (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 35.1, 152.1.3-cü maddələrinə istinadən) iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Qərardadda qeyd edilmişdir ki, şəxsiyyət vəsiqəsi məlumatlarına dair çıxarışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı şikayət vermiş və orada qeyd edilmişdir ki, Cavabdeh xx.xx.2018-ci il tarxindən hesablanmaqla 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilib və həmin hökmün icrası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı X2 rayonu ərazisində yerləşdiyindən, yurisdiksiyaya görə onun cavabdehə qarşı iddia ərizəsinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılması üçün tam əsaslıdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3987/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 35, 36, 46-50, 149-152, 386, 388, 397.2, 398-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir Həmçinin diqqətə çatdırılmalıdır ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 saylı Cəzaçəkmə Müəssisəsində cavabdehin saxlanılmasının sübuta yetirilməsi belə, qanunvericilklə müəyyən edilən iddianın onun rəsmi qeydiyyata alındığı məhkəməyə verilməsini istisna etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 3987/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar