Məhkəmə qərarları › İş №2(103)-3009/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3009/2022

18.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3009/2022 18.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4683/2021 saylı, 14 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilən apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X1 Xidmətinin ona vurduğu maddi ziyana görə 5000 manat, mənəvi ziyana görə 15000 manat və ödənilmiş 31 manat dövlət rüsumu olmaqla, ümumilikdə 20031 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4683/2021 saylı, 14 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(105)-4683/2021 saylı, 10.02.2022-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilən apellyasiya şikayəti elektron qaydada verilmədiyindən qeyri-mümkün hesab edilmiş və şikayət geri qaytarılmışdır. Bundan sonra, iddiaçı elektron qaydada apellyasiya şikayəti vermiş, rayon məhkəməsi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün mülki iş materiallarını apellyasiya instansiyasına göndərmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, iddiaçı tərəfindən verilən apellyasiya şikayəti qeyrimümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 366.2-ci maddəsində isə qeyd edilir ki, apellyasiya şikayətinin qaytarılmasına əsas olan hallardan biri də apellyasiya şikayətinin müəyyən edilmiş müddət keçdikdən sonra verilməsidir. Hazırkı iş üzrə, iddiaçı tərəfindən Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4683/2021 saylı, 14 dekabr 2021-ci il tarixli qətnaməsi 10.01.2022-ci il tarixdə xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. İddiaçı tərəfindən qətnamədən 02.02.2022ci il tarixdə apellyasiya şikayəti verilmişdir. Həmin apellyasiya şikayəti Nərimanov rayon məhkəməsinin 2(105)-4683/2021 saylı, 10.02.2022-ci il tarixli qərardadı ilə elektron qaydada verilmədiyindən qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. Elektron Məhkəmə Sistemindən görünür ki, bundan sonra iddiaçı 25.02.2022-ci il tarixdə elektron qaydada apellyasiya şikayəti vermiş, rayon məhkəməsi apellyasiya şikayətinin verilməsi ilə bağlı müddətin ötürülməsini yoxlamadan mülki işlə birlikdə baxılması üçün birbaşa Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. MPM-in 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, şikayət müddət ötürülməklə verildiyindən geri qaytarılması üçün mülki işlə birlikdə Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Eyni zamanda, iddiaçıya apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpası barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş son dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən, Məhkəmə MPM-nin 361, 366, 400, 402, 405, 406-ci maddələrinin tələbini rəhbər tutaraq məhkəmə kollegiyası qərara a l d ı: Nərimanov Rayon Məhkəməsinin 2(005)-4683/2021 saylı, 14 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilən apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardad rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar