Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3010/2024 22.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İB-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: dəymiş zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı İB-nin Cavabdeh qarşı (X3 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(003)-234/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı İB ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə məxsus evdə olan qaz avadanlıqları “dəmir peç” və “radiator”dur.
2. Cavabdehin adına olan abonentin saldosuna (abonent kodu **********00220) əsasən iddia ərizəsində göstərilmiş aktlar əsasında 2020-ci ilin iyul ayından 2023-cü ilin iyul ayınadək cavabdehə cəmi 14.521,68 manat məbləğində borc hesablanmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən vurulmuş 14.919,44 manat məbləğində zərərin, hüquqi yardım üçün ödənilmiş 400 manat pulun və 135,96 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 15.455,96 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2017-ci il 03-3730 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00220 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə Zenner G-4 Smart **********854 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X4”nın tələblərinə əməl etmək) və “X4”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X4nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 216 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 266.40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 266.40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194.40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194.40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194.40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194.40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194.40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 504 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 648 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 648 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 648 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 648 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 669.60 manat, xx.xx.2022- ci il tarixli ******* saylı akt əsasında 669.60 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362.88 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1088.64 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362.88 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362.88 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 734.40 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 734.40 manat, xx.xx.2023-ci il tarixli ******* saylı akt əsasında 734.40 manat, xx.xx.2023-ci il tarixli ******* saylı akt əsasında 734.40 manat, xx.xx.2023-ci il tarixli ******* saylı akt əsasında 734.40 manat, xx.xx.2023-ci il tarixli ******* saylı akt əsasında 734.40 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 725.76 manat olmaqla, ümumilikdə 14351.04 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Göstərilənlərə əlavə olaraq bildirilmişdir ki, cavabdehin yuxarıda göstərilən borc məbləğindən əlavə olaraq “Azəriqaz İB”-yə 5.684 manat məbləğində qalıq borcu olmuşdur. Cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda ümumi olaraq 14.919,44 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İByə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
5. Daha sonra iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, iddia ərizəsində texniki cəhətdən olaraq 14.919,44 manat qeyd edilmiş, ancaq cavabdehin hazırki borcuna müvafiq olaraq iddia tələbi 20.635 manat təşkil etməkdədir. İddia ərizəsinin tələb hissəsinin 20.635 manat kimi qəbul edilməsi xahiş edilmişdir.
6. Məhkəmə tərəfindən ünvan 2 ünvanına yerində müayinə təyin olunmuş, lakin iş üzrə cavabdeh iştirak etmədiyindən ünvana baxış keçirilməsi mümkün olmamışdır. Yerində müayinə zamanı müəyyən olunmuşdur ki, ünvanın darvazasının önündə olan qaz xəttinə sayğacdan kənar xətt vasitəsilə qoşulmuşdur və ünvanda hazırda həmin xətt vasitəsilə qazdan istifadə olunur. Yerində müayinə zamanı dindirilmiş İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti Qazın balansı və satış şöbəsində nəzarətçisi X5 bildirmişdir ki, hazırda 3 aydır ki, İddiaçı Türkan qəsəbəsi üzrə ərazi şöbəsində işləyir. 3 aydır ki, hazırki ünvana nəzarət edir və ünvanda təbii qazdan qeyri-qanuni xətt vasitəsilə istifadə edilməsini aşkar edir, aşkar edilmiş xətt kəsilir, lakin yenidən qoşularaq həmin xətt vasitəsilə qazdan istifadə olunur. Lakin aktlar tərtib olunan zaman ünvana baxış keçirilməmiş, ünvanda olan qazdan istifadə edilməsi üçün avadanlıqlar müəyyən olunmamışdır.
7. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X3 üçüncü şəxs qismində işə cəlb edilmişdir.
8. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(003)- 234/2024 nömrəli qətnaməsi ilə (hakim İ.N.Cəfərzadə) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh dəymiş zərərin əvəzi olaraq 725,76 manat, debitor borca görə 252,3 manat, cəmi 978,06 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manatın tutularaq İddiaçınə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun qalan 105,96 manat hissəsinin İddiaçı özünə aid edilməsi qət edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, cavabdehdən qeyri-qanuni xəttlər vasitəsilə qazdan istifadə edilməsinə görə tərtib edilmiş aktlar əsasında dəymiş zərər tələb olunmasına baxmayaraq, həmin aktların aktların etibarlı hesab edilməsinə, o cümlədən həmin aktların tərtib edilməsinə əsas olmuş bütün halların mövcud olmasına dəlalət edən sübutlar məhkəməyə təqdim edilməmiş, eyni zamanda həmin aktlar «X4»nın tələblərinə uyğun qaydada tərtib edilməmişdir. Belə ki, aktlar tərtib olunan zaman ünvanda yaşayan şəxslərin iştirakı təmin edilməmiş, ünvana baxış keçirilməmiş, aktların nüsxələri abonentə və ya ailə üzvlərinə təqdim edilməmişdir. Odur ki, məhkəmə tərtib edilmiş aktları iş üzrə sübut kimi qəbul edilməsini mümkün hesab etmir.
10. Lakin məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, qazın alqısatqısı barədə müqavilə iş üzrə cavabdeh ilə iddiaçı arasında bağlanmış və cavabdeh həmin müqavilə əsasında üzərinə müvafiq öhdəliklər götürmüşdür. Buna baxmayaraq cavabdeh üzərinə götürdükləri öhdəliklərə əməl etməmişdir. Belə ki, iş üzrə müəyyən olunur ki, ünvanda qeyri qanuni xətt vasitəsilə təbii qazdan istifadə olunur.
11. Məhkəmə, təbii qazdan istifadə edilmə müddətini müzakirə edərək hesab etmişdir ki, tərtib edilmiş aktları iş üzrə sübut kimi qəbul edilməsi mümkün olmasa da, iş üzrə müəyyən edilmiş halları nəzərə alaraq abonent saldosu üzrə son 3 ay müddət əsas götürülməli və həmin müddətdə sayğacdan kənar xətt vasitəsilə istehlak edilmiş qazın dəyəri cavabdehdən tutulmalıdır. Həmin aylar, yəni 2023-cü ilin yanvar, fevral və mart ayları üçün «X4»nın 6.5-1 və 6.5-3-cü bəndlərinə və abonent saldosunda göstərilən avadanlıqlara əsasən 90 gün müddətində qazdan istifadə edilən avadanlıqlar PQ-4 üçün qaz sərfi 1.2 m3 /saat olmaqla orta günlük iş rejimi 12 saat, QSSQ (qeyri standard su qızdırıcısı) üçün qaz sərfi 3 m3 /saat olmaqla orta günlük iş rejimi 12 saat, dəmir soba üçün qaz sərfi 1.4 m3 /saat olmaqla orta günlük iş rejimi 12 saat qəbul edilməklə istifadə edilmiş qazın dəyəri 604,8 manat (1.2 x 12 x 90 =1296 m3 + 3 x 12 x 90 = 3240 m3 + 1.4 x 12 x 90 = 1512 m3 , cəmi 6048 m3 x 0,12 manat = 725,76 manat).
12. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, cavabdehdən sayğacdan kənar xətt vasitəsilə qazdan istifadə edilməsinə görə dəymiş zərərin əvəzi olaraq 725,76 manat məbləğində pul tutulmalıdır.
13. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, işin araşdırılmış hallarından müəyyən olunur ki, cavabdehin istifadə edilmiş qaza görə dəyəri ödənilməmiş 252,3 manat debitor borcu vardır. Odur ki, məhkəmə hesab edir ki həmin məbləğdə borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 21, 21.2, 1096.1, 1097.1-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 20, 21.1-ci maddələrinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X4»nın 5.2, 5.5, 6.5, 6.5-1, 6.5-3, 6.5-4, 6.6, 6.7-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 77, 119.1-ci maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsi xahiş edilmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar cavabdeh tərəfindən birliyə vurulmuş zərərləri sübut edir. Qeyd edilənlərlə yanaşı bildirmək istəyirəm ki, aktların əsaslığı həqiqiliyini məhkəmə yerli baxış zamanı müşahidə etsə də qətnaməsində tam olaraq etinasız yanaşmışdır. Belə ki hər vaxt olduğu kimi cavabdeh yerli baxış zamanı sayğacsız qeydiyyata alınmyan şəkildə istifadə etmiş və istifadə etməsini imkansızlığı ilə əlaqələndirmişdir. Məhkəmə isə cavabdeh tərəfindən qətnamədə təbii qazın talanmasını dəstəkləmişdir. Aktlar təbii qazdan qanunsuz istifadə etdiyinədair əsaslardır. Məhkəmə, aktlarınabonent tərəfindən imzalanmamasını əsas gətirmişdir, lakin bildirmək istəyir ki, İddiaçı əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmış, məhkəmə isə bu halları iddia müddətini keçməsini əlaəqləndirsə də hazırki, təbii qazın talamasına heç bir hüquqi münasibət bildirməmiş və bu da iddia müddəti keçməmiş akların təmin edilməməsinə əsas vermir. Bundan əlavə, əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Cavabdeh nəinki istifadə etdiyi təbii qazın həcmini ödəməmiş, bundan əlavə sayğacsız təbii qazdan istifadə edərək iddiaçıya külli miqdarda ziyan vurmuşdur. Cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Cavabdehin qeyd etdiyi halları təsdiq və ya sübut etmək məqsədilə məhkəmə qanunverciliyin tələblərinə uyğun olaraq öz təşəbbüsü ilə ekspertiza təyin edə bilərdi. Həmçinin, məhkəmə qətnamədə öz mülahizəsi ilə abonent tərəfindən təbii qazın talanmasını hesablamışdır. Halbuki, qətnamənin əsaslı olması üçün məhkəməmühasibatlıq ekspertizasını təyin edə bilərdi. Hakim iddianı nəyə görə qismən təmin etdiyini əsaslandırmadığına görə, işə yenidən baxılması və iddianın tam təmin edilməsini xahiş edirlər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X4” Maddə 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Maddə 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Maddə 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir (xx.xx.2023-cü il tarixinədək olan redaksiya).
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Hazırkı işdə iddia qismən təmin olunduğundan və iddiaçı apellyasiya şikayətinin məzmununa əsasən qətnaməni bütövlükdə mübahisələndirdiyindən qətnamənin əsaslılığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməlidir.
25. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş, iddiaçı tərəfindən cavabdehin barəsində tərtib edilmiş aktlar üzrə zərərin hesablamasını apararkən həmin vaxt qüvvədə olmayan “X4”nın 6.5-1, 6.5-3, 6.5-4-cü maddələrinə istinad etmiş, nəticədə işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir.
26. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdehin barəsində tərtib edilmiş 29 akta əsaslanaraq 14.351,04 manat məbləğində borc, habelə həmin məbləğdən əlavə olaraq 5.684 manat qalıq borcu cavabdehdən tələb edir.
27. Lakin iş materiallarından görünür ki, iddiaçı birinci instansiya məhkəməsinə elektron kabiet vasitəsilə yalnız cavabdehin barəsində tərtib edilmiş 7 akt (xx.xx.2022 tarixli, ******* nömrəli; xx.xx.2022-ci il tarixli, ******* nömrəli; xx.xx.2022-ci il tarixli, ******* nömrəli; xx.xx.2023-ci il tarixli, ******* nömrəli; xx.xx.2023-ci il tarixli, ******* nömrəli; xx.xx.2023-cü il tarixli, ******* nömrəli və xx.xx.2023-cü il tarixli, ******* nömrəli) təqdim etmiş, iddia ərizəsində göstərilən digər aktları, habelə 5.684 manat məbləğində qalıq borcun hansı əsaslarla yarandığını və hansı sənədlər əsasında tələb edildiyi barədə sübutlar təqdim etməmiş, habelə kollegiyanın iclaslarında iddiaçının nümayəndəsi iştirak etməmiş və buna aydınlıq gətirməmişdir.
28. Bununla belə, birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən iddiaçının xeyrinə istifadə edilmiş qaza görə dəyəri ödənilməmiş 252,3 manat debitor borcunun tutulması da qət edilmiş, cavabdeh tərəf qətnaməni mübahisələndirməmişdir.
29. Bundan başqa, təqdim edilmiş qeyd olunan aktlarda PQ4, QSSQ, Dəmir soba, İran sobası və gündəlik iş rejimi 24 saat nəzərə alınsa da, işdə olan tərəflər arasında bağlanmış müqavilədə cavabdehin istifadəsində olan qaz avadanlıqları olaraq “dəmir peç” və “radiator” göstərilmişdir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, dəmir soba və yaşayış evlərində adətən istifadə olunan PQ4 (4 gözlü qaz plitəsi) tipli qaz avadanlığının (“radiator”un konkret olaraq hansı qaz avadanlığı olduğu qeyd edilmədiyindən) iddiaçı tərəfindən təqdim edilmiş aktlar üzrə dövr nəzərə alınaraq sərfiyyatın hesablanması məqsədilə iş üzrə ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/4288 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, PQ-4 (duxovkalı) tipli qaz avadanlığının yaz-yay mövsümü üzrə bir ay (30 gün) istifadəsi zamanı istifadə olunan təbii qazın miqdarı (30 gün x 4 saat x 1.2 m3/saat) 144 m3, payız-qış mövsümü üzrə bir gün istifadəsi zamanı istifadə olunan təbii qazın miqdarı (30 gün x 6 saat x 1.2 m3/saat) 216 m3 təşkil edir. Dəmir sobanın payız-qış mövsümü üzrə bir ay (30 gün) istifadəsi zamanı istifadə olunan təbii qazın miqdarı (30 gün x 18 saat x 1.4 m3/saat) 756 m3 təşkil edir. Dəmir sobanın yaz-yay mövsümü üzrə istifadəsi gəzərə tutulmadığı üçün həmin mövsüm üzrə hesabat aparılmır.
31. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş 7 akt üzrə 5 akt payız-qış ayları, 2 akt isə yaz aylarını əhatə etdiyindən hesabat aşağıda göstərilən qaydada aparılmalıdır.
32. Belə ki, 5 ay üçün dəmir sobanın sərfiyyatı 3.825 m3 (5 ay x 765 m3), 7 ay PQ4-nın sərfiyyatı isə 1.368 m3 (5 ay x 216 + 2 ay x 144 m3 ), ümumilikdə iki avadanlığın sərfiyyatı 5.193 m3 təşkil edir.
33. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının xx.xx.2021-ci il tarixli 13 nömrəli qərarına əsasən ölkədə əhali istehlakçı qrupu üzrə təbii qazın pərakəndə satış tarifi illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün bir kubmetrə görə 12 qəpik, illik istehlak həcminin 1200 - 2500 m3 olan hissəsi üçün bir kubmetrə görə 20 qəpik, illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün bir kubmetrə görə 25 qəpik müəyyən edilmişdir.
34. Belə olan halda 5.193 m3 sərfiyyatın 1.200 m3 0,12 manatdan nəzərə alınsa 144 manat, növbəti 1.300 m3 0,2 manatdan nəzərə alınsa 260 manat, qalan 2.693 m3 (5.193 – 2.500) 0,25 manatdan nəzərə alınsa 673,25 manat, ümumilikdə iddiaçı tərəfindən təqdim edilmiş aktlar üzrə qaz sərfiyyatının məbləği 1.077,25 manat təşkil edir.
35. Bundan başqa, iddia ərizəsindən görünür ki, iddiaçının tələblərindən biri də hüquqi xidmətə görə ödənilmiş 400 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsidir.
36. Birinci instansiya məhkəməsi həmin hissədə iddianı rədd edərkən belə qənaətə gəlmişdir ki, bununla bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.
37. Lakin işdən görünür ki, iddiaçı iddia ərizəsi ilə birlikdə elektron kabinet vasitəsilə məhkəməyə xx.xx.2023-cü il tarixli, ******* nömrəli vəkil orderini təqdim etmişdir.
38. Belə olan halda məhkəmə kollegiyası mülki-prosessual qanunvericiliyin yuxarıda istinad olunan müddəalarını nəzərə alaraq hesab edir ki, vəkilin yardımına görə 200 manat ağlabatan məbləğ hesab edilməklə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(003)-234/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməli, cavabdehdən aktlar üzrə 1.077,25 manat, 252,3 manat məbləğində debitor borc, cəmi 1.329,55 manat və vəkil yardımına görə 200 manat məbləğində vəsait tutularaq iddiaçıya ödənilməlidir.
40. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(003)-234/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə 1.329,55 manat məbləğində borc, vəkil yardımına görə 200 manat və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun 30 manatı tutularaq İddiaçınə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 10 manatı Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində vəsaitin 50 manatı İddiaçı İB-dən, 50 manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: