Məhkəmə qərarları › İş №2(103)-3019/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3019/2024

22.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3019/2024 22.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Abasova (Məmmədova) Pərvin Süleyman qızı və Cavabdeh2 qarşı “payın bölünməsi, bu mümkün olmadıqda paya münasibətdə kompensasiyanın ödənilməsi və hərracda satılması” tələbinə dair, iddiaçı Cavabdeh2 cavabdehlər Abasova (Məmmədova) Pərvin Süleyman qızı, İddiaçı1 və İddiaçı2 qarşı “payın naturada bölünməsi” tələbinə dair, həmçinin iddiaçı Məmmədova (Abbasova) Pərvin Süleyman qızının cavabdehlər Cavabdeh2, İddiaçı1 və İddiaçı2 qarşı “payların naturada ayrılması, maneələrin aradan qaldırılması, mümkün olmadıqda payların dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: apellyasiya şikayəti geri qaytarılmışdır) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), X5 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Abasova (Məmmədova) Pərvin Süleyman qızı və Cavabdeh2 qarşı “payın bölünməsi, bu mümkün olmadıqda paya münasibətdə kompensasiyanın ödənilməsi və hərracda satılması” tələbinə dair, iddiaçı Cavabdeh2 cavabdehlər Abasova (Məmmədova) Pərvin Süleyman qızı, İddiaçı1 və İddiaçı2 qarşı “payın naturada bölünməsi” tələbinə dair, həmçinin iddiaçı Məmmədova (Abbasova) Pərvin Süleyman qızının cavabdehlər Cavabdeh2, İddiaçı1 və İddiaçı2 qarşı “payların naturada ayrılması, maneələrin aradan qaldırılması, mümkün olmadıqda payların dəyərinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-10/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Abasova (Məmmədova)Pərvin Süleyman qızına və Cavabdeh2 qarşı “payın bölünməsi, bu mümkün olmadıqda paya münasibətdə kompensasiyanın ödənilməsi və hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 19 saylı notariat ofisi tərəfindən 2V-306 saylı, xx.xx.2021-ci il tarixli vərəsəlik şəhadətnaməsi əsasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.5 ha olan torpaq sahəsinə, 2V-307 saylı, xx.xx.2021-ci il tarixli vərəsəlik şəhadətnaməsi əsasında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən 0.1075 ha torpaq sahəsinə, 2V-309 saylı, xx.xx.2021-ci il tarixli vərəsəlik şəhadətnaməsi əsasında Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-828 ünvanında yerləşən ümumi sahəsi 154.3 kv/m olan bağ evinin və mülkiyyətdə olan 0.11 ha torpaq sahəsinin mərhum X6 məxsus olan ½ hissəsinin iddiaçılara düşən paya münasibətdə olan hissəsinə, 2V-308 saylı, xx.xx.2021-ci il tarixli vərəsəlik şəhadətnaməsi əsasında ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 511.1 kv/m olan qeyri yaşayış binasından və mülkiyyətində olan 0.2521 ha torpaq sahəsinə onların payına müvafiq naturada bölünməsi, onların payına düşən sahənin cavabdehlərə düşən sahədən tam təcrid olunması, onların həmin sahələrə köçürülməsi, cavabdehlər tərəfindən edilən həmin sahələrdən istifadəsinə olan maneənin aradan qaldırılması, bu mümkün olmadıqda həmin sahələrdə onların payına müvafiq pulun, habelə xx.xx.2019-cu il tarixli, AD 631427 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi MMBJLKL10LH008102, mühərrikin nömrəsi 4N15GD2830 və 2019-cu il buraxılışı, olan “Mitshubishi L200” minik markalı, **- FF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin, 2V 85- saylı xx.xx.2021-ci il tarixli vərəsəlik şəhadətnaməsi əsasında AD5411773 saylı dövlət qeydiyyat şəhadətnaməsinə əsasən, ban nömrəsi JNRAZ2NY0K9111425 mühərrik nömrəsi və buraxılış ili 2019-ci il olan “İnfiniti QX80” minik markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobillərin açıq hərracdan satılması, əldə olunan pulun iddiaçılara düşən hissəsinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-10/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiasınin qismən təmin edilməsi, iddiaçı Məmmədova (Abasova) Pərvin Süleyman qızının iddiasının qismən təmin edilməsi, ünvan 1 ünvanında yerləşən 0.50 hektar torpaq sahəsi, ünvan 6 ünvanında yerləşən 0.2521 hektar torpaq sahəsi və üzərində tikilmiş 511.10 m2 ümumi sahəli qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.1075 ha torpaq sahəsi, AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AD541773 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi JNRAZ2NY0K9111425, mühərrikin nömrəsi - və buraxılış ili 2019-cu il olan İNFİNİTİ QX80 MİNİK markalı 99HH499 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi və AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AD631427 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi MMBJLKL10LH008102, mühərrikin nömrəsi 4N15GD2830 buraxılış ili 2019-cu il olan MİTSUBİSHİ L200 MİNİK markalı 99FF499 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin açıq hərracda satılması və əldə edilmiş pul vəsaitinin mülkiyyətçilərin paylarına mütənasib olaraq bölünməsi, iddiaçı Cavabdeh2 iddiasının rədd edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı2, iddiaçı Məmmədova (Abasova) Pərvin Süleyman qızının iddialarının qalan hissələrdə rədd edilməsi, Cavabdeh2 digər iddiaçıların ödədiyi dövlət rüsumunun 100 (bir yüz) manat hissəsi tutularaq 50 (əlli) manat hissəsinin İddiaçı1 və İddiaçı2, 50 (əlli) manat hissəsinin isə Məmmədova (Abasova) Pərvin Süleyman qızına ödənilməsi, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan (100+100) 200 (iki yüz) manatın 100 (bir yüz) manat hissəsinin Cavabdeh2, 100 (bir yüz) manat hissəsi iddiaçılar İddiaçı1, İddiaçı2 və Məmmədova (Abasova) Pərvin Süleyman qızından müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X3, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülməsi qət edilmişdir.

3. Qətnamədən narazı qalan iddiaçılar İddiaçı2 və İddiaçı1 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-10/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

Tətbiq edilən hüquq normaları:

4. Mülki Prosessual Məcəllənin 74.2-ci maddəsində qeyd edilir ki, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.

5. Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.

6. Həmin Məcələnin 366.2-ci maddəsində qeyd edilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

7. Mülki Prosessual Məcəllənin 363.1.1-ci madəsində qeyd edilir ki, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

8. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti onu imzalamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığı üçün işə apellyasiya qaydasında baxılması qeyrimümkündür.

9. Belə ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-10/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti elektron qaydada onun nümayəndəsi X4 tərəfindən imzalanmışdır.

10. X1 iddiaçının nümayəndəsi olmasına dair əlavə edilmiş etibarnamədə X2 İddiaçı1 adından apellyasiya şikayətini imzalamaq səlahiyyətinin olması göstərilməmişdir.

11. Mülki prosessual qanunvericiliyə əsasən ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. §4

12. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Odur ki, verilmiş apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılmalıdır.

13. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-10/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar