Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-302/2021 04.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı Əzzulla oğlunun və onun vəkili və nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Nərimanov рayon Məhkəməsinin 2(005)-363/2016 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2016-cı il tarixli qətnaməsindən İddiaçı Əzzulla oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında бахаraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə (hakim A.Əliyev, iş № 2(005)-363/16) İddiaçı Əzzulla oğlunun cavabdehlər Cavabdeh2-yə, Cavabdeh1-yə və xxxx təşkilat "LUDVİG PFEİFFER X4 AND CO.KG"-nin Azərbaycan Respublikasındakı filialına qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən İddiaçı Əzzulla oğlu apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Cəmilova-sədrlik edən və məruzəçi, A.Hüseynov və İ.Xəlilov, iş № 2 (103)-338/17) İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi qismən, cavabdehlər “Cavabdeh2.” MMC-dən və Cavabdeh1-dən 69.075 manat məbləğində maddi zərərin tutulmasının rədd edilməsi hissəsində ləğv edilmiş, iddia tələbi həmin hisssədə təmin edilərək cavabdehlər “Cavabdeh2.” MMC-dən və Cavabdeh1-dən müştərək qaydada maddi zərərə görə 69.075 manat məbləğində pulun tutulub İddiaçı Əzzulla oğluna, eləcə də iş üzrə ekspertiza tədqiqatının dəyəri 100 manat pulun müştərək qaydada cavabdehlər “Cavabdeh2.” MMCdən və Cavabdeh1-dən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən narazı qalan Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin iddianın təmin olunan hissəsində ləğv olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qərarı ilə (hakimlər Ə.Şadiyev-sədrlik edən və məruzəçi, İ.Xələfov və Q.Allahverdiyev, iş № 2(102)-3221/18) cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə xx xxxxxx 2017-ci il tarixli qətnaməsi kassasiya qaydasında mübahisələndirilən hissədə ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir. İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər S.Hacıyev-sədrlik edən və məruzəçi, R.Eyvazov və F.Talışinski, iş № 2 (103)-8123/18) İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi iddianın Cavabdeh1-yə aid hissədə maddi ziyanın tutulmasının rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. İş üzrə digər Cavabdeh2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər A.İsgəndərov-sədrlik edən və məruzəçi, Ə.Əhmədov və Ə.Nurməmmədov, iş № 2(102)-160/20) Cavabdeh2-nin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə xx xxxx 2018-ci il tarixli, 2 (103)-8123/18) saylı qətnaməsi hissədə ləğv edilmiş və iş apellyasiya qaydasında yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, iddiaçının tələbi üç cavabdehə - Cavabdeh2-yə, Cavabdeh1-nə və xxxx təşkilat "X7X9 AND CO.KG"-nin Azərbaycan Respublikasındakı filialına qarşı yönəlməklə, ona vurulmuş 70000 (yetmiş min) manat maddi zərər və 20 000 (iyirmi min) manat mənəvi zərərin, cəmi 90 000 (doxsan min) manatın hər üç cavabdehdən müştərək qaydada tutularaq ona ödənilməsi barədədir.Birinci instansiya məhkəməsi iddia tələbini əsassız sayaraq rədd etmiş, lakin apellyasiya instansiyası məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə həmin qətnamə qismən - cavabdehlər “Cavabdeh2.” MMC-dən və Cavabdeh1-dən 69.075 manat məbləğində maddi zərərin tutulmasının rədd edilməsi hissəsində ləğv edilmiş, iddia tələbi həmin hisssədə təmin edilərək cavabdehlər “Cavabdeh2.” MMC-dən və Cavabdeh1-dən müştərək qaydada maddi zərərə görə 69.075 manat məbləğində pulun tutulub İddiaçı Əzzulla oğluna ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız iddianın təmin olunan hissəsində, yəni cavabdehlər “Cavabdeh2.” MMC-dən və Cavabdeh1-dən müştərək qaydada maddi zərərə görə 69.075 manat məbləğində pulun tutulub İddiaçı Əzzulla oğluna ödənilməsi hissəsində mübahisələndirilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən birinci instansiya məhkəməsinin qətnaməsini yalnız maddi ziyanla bağlı Cavabdeh1-yə aid hissədə yoxlamış və qətnaməni həmin cavabdehə aid hissədə maddi ziyanın tutulmasının rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya baxışının həddini bu şəkildə müəyyən edərkən apellyasiya məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin kassasiya qaydasında yalnız Cavabdeh1 tərəfindən mübahisələndirildiyinə və kassasiya instansiyası məhkəməsinin xx xxx 2018-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yalnız Cavabdeh1-yə aid hissədə ləğv olunduğuna istinad etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi bu nəticə ilə aşağıdakılara görə razılaşmır. İşdən göründüyü kimi, cavabdehlər “Cavabdeh2.” MMC və Cavabdeh1 iddia tələbi üzrə birgə cavabdehlərdir və apellyasiya məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə onların iddiaçı qarşısında müştərək məsuliyyəti müəyyən olunmuşdur. Apellyasiya məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsindən birgə cavabdehlərdən yalnız biri - Cavabdeh1 kassasiya şikayəti versə də, o, kassasiya şikayətində qətnaməni həm özünə, həm də digər cavabdehə - “Cavabdeh2.” MMC-yə aid hissədə (iddianın təmin olunan hissəsində) mübahisələndirmişdir.Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız Cavabdeh1-yə aid hissədə deyil, hər iki cavabdehə aid hissədə yoxlanılmış və qətnamə mübahisələndirilən hissədə ləğv olunmaqla yeni apellyasiya baxışına qaytarılmışdır.” Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinin tələbinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsindən İddiaçı Əzzulla oğlu apellyasiya şikayətini iddia ərizəsinin məzmumuna uyğun onunla əsaslandırmışdır ki, sifarişçi təşkilat olan Azərbaycan Respublikası Meliorasiya və X8 Səhmdar Cəmiyyəti Beynəlxalq Tendеrdə qalib gəlmiş, Podradçı təşkilat Lilienthalstrasse 33, 34123 Kassel, Almaniya, ünvanında yerləşən Ludwig X4 Co.KG şirkəti ilə xx xxxxxx 2011-ci il tarixdə müqavilə sazişi bağlayaraq Yardımlı rayonunda su təchizatı, çirkab su sistemləri və X6 qurğusunun tikintisi ilə bağlı No SNWSSP-YARD B - 07 2011-ci il tarixli müqavilə sazişi üzrə müəyyən qurğuların lahiyyələndirilməsi, istehsalı, sınaqdan keçirilməsi, gətirilməsi, quraşdırılması, tamamlanması və istifadəyə verilməsinin həyata keçirlməsi xxxx təşkilat olan Lilienthalstrasse 33, 34123 Kassel, Almaniya ünvanında yerləşən Ludwig X4 Co.KG tikinti şirkətinə sifariş etmiş, xxxx təşkilatda həmin sifarişlərin yerinə yetirlməsi ilə bağlı müqavilədə nəzərdə tutulmuş işin görülmə dəyərini təşkil edən və müqavilədə nəzərdə tutulmuş 16409463,19 ABŞ dolları (on altı milyon dörd yüz doqquz min dörd yüz altımış üç ABŞ dolları və 19 sent) olmaqla sifarişçi təşкilatın müqavilədə göstərilmiş bütün sifarişlərini yerinə yetirməyi üzərinə götürmüşdür. xxxx təşkilat olan Lilienthalstrasse 33, 34123 Kassel, Almaniya, ünvanında yerləşən Ludwig X4 Co.KG müqavilə sazişinin icrası ilə bağlı işə başlayarkən iş üzrə cavabdeh kimi cəlb edilmiş Cavabdeh2 tikinti təşkilatı ilə müqavilə bağlayaraq onu da subxxxx kimi işə cəlb etmişdir. İşin görülmə prosesində Cavabdeh2 tikinti təşkilatının təcrübəsizliyi, işinin bilməməzliyi, habelə həmin işlərin görülməsi ilə bağlı tələb olunan lazımi texniki vasitələrinin olmaması nəticəsində işin görülməsi zamanı texniki qaydalara əməl edilməyərək kortəbii surətdə iş aparmışdır. İş prosesi zamanı davamlı güclü yağıntılar olmuş və tikinti təşkilatı bunun üçün qabaгlayıcı tədbirlərin görülməməsi səbəbindən selsuları həyatyanı torpaq sahəsinin ətraf hissəsində qazılmış su kanallarına dolmuş və bunun nəticəsində geniş torpaq sürüşməsi baş vermişdir. Torpaq sürüşməsi nəticəsində 2 mərtəbəli yaşayış evi köməkçi tikilələrlə birlikdə ciddi sürətdə bir neçə yerdən zədələnərək qəzalı vəziyyətə düşmüş, yaşamaq və istifadə etmək üçün tam yararsız və təhlükəli olmuşdur. Yaşayış evinin əsaslı təmir edilib yenidən bərpa edilməsi mümkünsüz olduğundan həmin ev və köməkçi tikililər sökülərək yenidən inşa edilməlidir. Həmçinin sürüşmə ilə bağlı torpaq bərkitmə işləri aparılaraq həyətyanı sahəsi bütövlükdə dayanıqlı vəziyyətə gətirilməlidir. Bütün bunlara görə ona minimum məbləğlə 70 .000 manat zərər dəymişdir. Bu zərərdən əlavə yaşayış evinin uçmaq təhlükəsində olduğundan ailəsi иlə birlikdə uzun müddətdən bəri sarsıntılara məruz qalaraq həyəcan və qorxu içərisində yaşayırlar. Ailəsi иlə birlikdə çəkdikləri mənəvi pisxoloji sarsıntılara görə 20.000 manat cavabdehlərdən alınaraq ona verilməsini tələb edir. Beləliklə də, vurulmuş maddi zərərя görə 70.000 manat, mənəvi zərərя görə isə 20.000 manat cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsini tələb edir. Həmin bu sürüşmə təkcə yaşayış evini və həyətyanı torpaq sahəsində olan tikilələri deyil, bütöv bir həyətyanı sahəni əhatə edərək bundan sonra yaşamaq üçün istifadəni tamamilə mümkünsüz etmişdir. Baş vermiş qəza ilə əlaqədar cavabdehlərə, tikintiyə nəzarət orqanlarına- Fövqaladə Hallar Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə çoxsaylı müraciətlər edərək ona vurulmuş zərərin cavabdehlər tərəfindən bərpa edilməsini xahiş etmişdir.Lakin müraciətləri nəticə vermədiyindən son anda məhkəməyə müraciət etmək zərurətində qalmışdır. Apellyasiya baxışı zamanı iddiaçı, onun vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddianın tam təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdehlər Cavabdeh2, Cavabdeh1 və xxxx təşkilat "LUDVİG PFEİFFER X4 AND CO.KG"-nin Azərbaycan Respublikasındakı filialı məhkəmə iclası barədə lazımı qaydada xəbərdar edilsələr də, səlahiyyətli şəxslərin məhkəmədə iştiraklarını təmin etməmişlər.Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı Əzzulla oğlu tərəfindən yazılmış və Cavabdeh2-nin direktoru Xaləddin Hüseynova ünvanlanmış xx.xx.2015-ci il tarixli ərizədən görünür ki, MMC tərəfindən Yardımlı şəhərində, o cümlədən onların yaşadıqları N.Nərimanov küçəsində qazıntı işləri apararkən təhlükəsizlik qaydalarına əməl etmədiklərinə görə həyətində olan yardımçı tikililərinə və yaşayış evinə 70000 manat maddi zərər dəymişdir. ünvan 2 və 3 ünvanı ərazisinin mühəndis-geoloji şəraiti haqqında arayışın surətindən görünür ki, İddiaçı Əzzulla oğluna məxsus fərdi yaşayış evi sürüşmə nəticəsində bu evin yardımçı tikililərində deformasiyalar əmələ gəlmişdir. Prosesin dinamikası nəzərə alınmaqla fərdi yaşayış evi üçün təhlükə yarana bilər. Yardımlı RPŞ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, seriya AZE № 04513999 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1954-cü ildə Yardımlı rayonu, Bilnə kəndində anadan olmuş Əliyev X1 rayonu, Yardımlı qəsəbəsi, N.Nərimanov küçəsi, mənzil 2 ünvanında qeydiyyatdadır. Тorpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 094A nömrəli 80401006 kodlu şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Yardımlı rayon Aqrar İslahat Komissiyasının xx xxxxx 1999-cu il tarixli, 3/5 saylı qərarı ilə İddiaçı Əzzulla oğlunun mülkiyyətinə verilib. Yardımlı şəhər inzibati ərazi dairəsi üzrə nümаyəndəliyi tərəfindən xx.xx.2015-ci il tarixə verilmiş arayışdan görünür ki, İddiaçı Əzzulla oğlu həqiqətən Yardımlı rayonunun Yardımlı şəhərində 6 otaqlı 276.3 kv.m. sahəsi olan 2 mərtəbəli evdə yaşayır. xx xxxxx 1981-ci il tarixli aktdan görünür ki, Yardımlı rayon XDS İcraiyyə Komitəsinin xx xxxxxx 1981-ci il tarixdə 33/6 nömrəli qərarına əsasən İddiaçı Əzzulla oğluna qəsəbədə fərdi yaşayış evi tikmək üçün qəsəbənin Lonqayır adlı həyətyanı torpaq fondundan 0,07 hektar ölçülüb ona verilmişdir. Azərbaycan Meliorasiya və Сu Təsərrüfatı ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2015-ci il tarixli 307 nömrəli sorğuya cavab məktubundan görünür ki, İddiaçı Əzzulla oğluna məxsus fərdi yaşayış evi yamacın qaşından kənarda, dayanıqlı süxуrların üzərində yerləşmişdir. Ona görə də qərara alınmışdır ki, Yardımlı şəhərində aparılmış su və kanalizasiya xətlərinin tikintisinin İddiaçı və digər vətəndaşlara məxsus fərdi evlərdə mövcud olan çatlara heç bir aidiyyəti yoxdur və bu çat xarakterik suvaq çatlarıdır. Сifarişçi Cavabdeh1 ilə xxxx "Ludvig Pfeiffer X4 And Co.Kg" şirkəti arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilə sazişinə əsasən sifarişçi xxxxdan Yardımlı rayonunda su təchizatı, çirkab su sistemləri və X6 qurğusunun tikintisi ilə bağlı No SNWSSP-YARD B-07 2011 üzrə müəyyən qurğuların lahiyyələndirilməsi, istehsalı, sınaqdan keçirilməsi, gətirilməsi, quraşdırılması, tamamlanması və istafadəyə verilməsini həyata keçirməyi istəyir və xxxx da buradan meydana çıxan şərtlər və qaydalara müvafiq olaraq bu kimi fəaliyyətlə razılaşır. Sifarişçi xxxxnın müqavilə üzrə öhdəliklərini icra edəcəyi təqdirdə ona Müqavilə qiymətini ödəməyə razılaşır. Müqavilə qiyməti 16409463,19 ABŞ dolları məbləğində və yaxud Müqavilənin şərtləri və qaydalarına müvafiq olaraq müəyyən oluna biləcək digər məbləğ olacaqdır. NO.SNWSSP-YARD&B-07/2011-001 nömrəli Subpodrat Razılaşmasınа əsasən «xxxx» x xxxxxx 2011-ci il tarixində Cavabdeh1 ilə Yardımlı Rayonunda Su Təchizatı, Kanalizasiya Sistemləri və X6 Qurğusunun Tikintisi üzrə No SNWSSP-YARD B - 07 2011 nömrəli müqavilə üzrə Subpotradçı Cavabdeh2 bütün fiziki işləri həyata keçirməyi və digər xidmətləri təmin etməyi öz üzərinə götürmüşdür. xx.xx.2014-cü il tarixli baxış aktının surətindən görünür ki, İddiaçı Əzzulla oğluna məxsus fərdi yaşayış evinə vizual baxış keçirilmiş və fərdi yaşayış evinin dayanıqlığına təsir edəcək deformasiya müşahidə olunmamış, evin texniki vəziyyəti qənaətbəxş kimi qiymətləndirilmişdir. xx xxxxxx 2014-cü il tarixli ünvan 4 ünvanında yaşayan İddiaçı Əzzulla oğluna məxsus fərdi yaşaйыш evinин texniki vəziyyəti haqqında rəyin surətindən görünür ki, İddiaçı Əzzulla oğluna məxsus fərdi yaşayış evində mövcud olan bir neçə xarakterik sуvaq çatların təbii fəlakətlə əlaqəsi yoxdur. Bina texniki cəhətdən işlək vəziyyətdədir. ünvan 4 ünvanı ərazisinin mühəndis-geoloji şəraiti və bu ərazidə yerləşən İddiaçı Əzzulla oğluna məxsus fərdi yaşadığı evin texniki vəziyyətinin müəyyənləşdirilməsi haqqında xx xxxxxx 2014-cü il tarixli aktdan görünür ki, İddiaçı məxsus fərdi yaşayış evi yamacın qaşından kənarda, dayanıqlı süxуrların üzərində yerləşmişdir. Ona görə də qərara alınmışdır ki, Yardımlı şəhərində aparılmış su və kanalizasiya xətlərinin tikintisinin İddiaçı və digər vətəndaşlara məxsus fərdi evlərdə mövcud olan çatlara heç bir aidiyyəti yoxdur və bu çat tikinti xarakterlidir. Hal-hazırda şikayətçinin evində yaşayış üçün heç bir təhlükə yoxdur. Qeyd edilən akta əlavənin surətindən görünür ki, İddiaçı evindən yuxarıdakı ərazilərdən toplanan yağış suları, eləcə də İddiaçı və qonşusu Elçin Yaqubov tərəfindən buraxılan kanalizasiya suları həmin yamaca axıdılır. Bu da yamacın təbii dayanıqlığının pozulmasına səbəb olan faktorlardan biridir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı NQ ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Yardımlı şəhəri, N.Nərimanov küçəsi, 2 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı Əzzulla oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 16 nömrəli vərəqində xx.xx.2015-ci ildə qeydiyyata alınmışdır. Bakı şəhəri Nərimanov рayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(005)- 5711/2015 nömrəli qərardadı ilə məhkəmə mühəndis-texniki (torpaqşünaslıq) ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2016-cı il tarixli 25835 nömrəli ekspert rəyi ilə aşağыdakı nəticəyə gəlinmişdir: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyət Xidmətinin arayışından və Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx xxxxx 2015-ci il tarixli məktubu ilə məhkəmənin xx.xx.2016-cı il tarixli məktubu ilə təqdim olunmuş Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssis rəyi arasında ziddiyйət olduğundan ünvan 5 ünvanında yerləşən İddiaçı Əzzulla oğluna məxsus torpaq sahəsinin, fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsində yerləşən digər tikililərin qəzalı vəziyyətə düşməsinin, cavabdehlər (xxxx və subxxxx) tərəfindən Yardımlı şəhərində aparılmış su və kanalizasiya xətlərinin tikintisi ilə hər hansı bir səbəbli əlaqəsi olmasının, həmin torpaq sahəsinə, fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsində yerləşən digər tikililərə maddi zərər dəyməsinin və fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsində yerləşən digər tikililərə maddi zərər dəyib-dəyməməsinə dair tədqiqat aparılmamışdır. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, mülki iş üzrə cavabdeh Azərbaycan Respublikası Meliorasiya və Su Təsəрrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə digər cavabdeh xxxx "Ludvig Pfeiffer X4 And Co.Kg" Azərbaycan Respublikasındakı filialı arasında xx xxxxxx 2011-ci il tarixdə müqavilə sazişi bağlanmış və müqavilə üzrə xxxx təşkilat Yardımlı rayonunda su təchizatı, çirkab su sistemləri və X6 qurğusunun tikintisi ilə bağlı No SNWSSP-YARD B - 07 2011 üzrə müəyyən qurğuların layihələndirilməsi, istehsalı, sınaqdan keçirilməsi, gətirilməsi, quraşdırılması, tamamlanması və istafadəyə verilməsinin həyata keçirilməsini öhdəsinə götürmüşdür. Daha sonra xxxx təşkilat olan "Ludvig Pfeiffer X4 And Co.Kg" Azərbaycan Respublikasındakı filialı yuxarıda qeyd edilən müqavilə sazişinin icrası ilə bağlı işə başlayarkən iş üzrə Cavabdeh2 ilə subpodrat müqaviləsi bağlamışdır. Həmin müqavilə üzrə isə Cavabdeh2 x xxxxxx 2011-ci il tarixində Cavabdeh1 ilə xxxx arasında bağlanmış Yardımlı rayonunda su təhcizatı, kanalizasiya sistemləri və X6 qurğusunun tikintisi üzrə No SNWSSP-YARD B - 07 2011 nömrəli müqavilə üzrə Subpotradçı kimi fiziki işləri həyata keçirməyi və digər xidmətləri təmin etməyi öz üzərinə götürmüşdür. Hazırki iş üzrə İddiaçı Əzzulla oğlu yuxarıda adı çəkilən müqavilələr üzrə görülən işlər zamanı cavabdehlərin lazımi texniki vasitələrinin olmaması, işlərin görülməsi ilə bağlı tələb olunan лazımi texniki qaydalara əməl edilməməsi nəticəsində onun xüsusi mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə maddi zərərin vurulmasını bildirmiş və həmin zərərin cavabdehlərdən tutulmasını xahiş etmişdir. Birinci instansиya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar tam aydınlaşdırılmamış və məhkəmənin qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspeрtiza Mərkəzinin xx.xx.2017-ci il tarixli 12050 nömrəli ekspert rəyindən məlum olur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən verilmiş arayışa əsasən, İddiaçı Əzzulla oğluna məxsus ünvan 7 ünvanında yerləşən torpaq sahəsinin, fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsində yerləşən digər tikililərin qəzalı vəziyyətə düşməsi 2014-cü ilin mart ayında kənd ərazisində aparılan qazıntı (su və kanalizasiya xəttləri) işləri zamanı sahənin təbii dayanıqlığı pozulmuş və qazılan xətt boyunca maili yamacda sürüşmə hadisəsinə səbəb olmuşdur. Eyni zamanda Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “xxxx” MMCnin direktoruna və vətəndaşa ünvanladığı məktuba əsasən, Yardımlı rayonu ərazisində, o cümlədən vətəndaş İddiaçı yaşadığı küçədə su və kanalizasiya xətlərinin çəkilişi zamanı torpaq sürüşməsinin baş verməsi nəticəsində onun yardımçı tikilisində çökmələr, həyətyanı sahəsində sürüşmələr, yaşadığı evdə isə təhlükəli və qəzalı hallar yarandığı müəyyən olunmuşdur. İddiaçı Əzzulla oğluna məxsus ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin qəzalı vəziyyətə düşməsi nəticəsində dəymiş ziyanın təqribi dəyəri 69075 manat məbləğində müəyyən olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspeрtiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/1218 nömrəli ekspert rəyinə əsasən İddiaçı Əzzulla oğluna məxsus ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin qəzalı vəziyyətə düşməsinin və zərər dəyməsinin, Yardımlı rayonu ərazisində su və kanalizasiya xəttlərinin çəkilməsi ilə bağlı aparılan qazıntı işləri zamanı baş vermiş torpaq sürüşməsi ilə əlaqəli olduğu müəyyən olunur.Tədqiq olunan ərazidə su və kanalizasiya xəttlərinin çəkilməsi ilə bağlı aparılan qazıntı işləri zamanı torpaq sürüşməsi baş verdiyini nəzərə alaraq, həmin işlərin aparılması zamanı təhlükəsizlik qaydalarına əməl olunmadığı müəyyən olunur. Beləliklə, ekspert rəyindən də göründüyü kimi, iddiaçıya məxsus fərdi yaşayış evinə dəyən zərərlə kənd ərazisində müvafiq qazıntı (su və kanalizasiya xəttləri) işlərinin aparılması arasında səbəbli əlaqə öz təsdiqini tapmışdır. Lakin, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qərarı ilə (hakimlər Ə.Şadiyev-sədrlik edən və məruzəçi, İ.Xələfov və Q.Allahverdiyev, iş № 2(102)-3221/18) cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə xx xxxxxx 2017-ci il tarixli qətnaməsi kassasiya qaydasında mübahisələndirilən hissədə ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilməsi qərara alınarkən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, “Apellyasiya məhkəməsi tərəfindən işə baxılan zaman iş materiallarında sürüşmə hadisəsinin baş verməsinə səbəb olması ehtimal edilən tikinti-qazıntı işlərinin cavabdeh Azərbaycan Respublikası Meliorasiya və Su Təsəрrüfatı Açıq Səhmdar Cəmiyyətinin işçiləri və ya yüksək təhlükə mənbəyi hesab oluna bilən texnikası vasitəsilə görülməsini təsdiq edən sübutların olmamasına dair işin hallarına düzgün hüquqi qiymət verməmiş, iddia tələbinin qismən təmin olunub dəymiş zərərin müştərək qaydada Azərbaycan Respublikası Meliorasiya və Su Təsəрrüfatı Açıq Səhmdar Cəmiyyətindən də tutulmalı olması barədə düzgün olmayan nəticəyə gəlinmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (maddə 1108.1). Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur (maddə 1115). İş materiallarından görünür ki, Cavabdeh1 ilə xxxx "Ludvig Pfeiffer X4 And Co.Kg" şirkəti arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilə sazişinə əsasən sifarişçi xxxxdan Yardımlı rayonunda su təchizatı, çirkab su sistemləri və X6 qurğusunun tikintisi ilə bağlı No SNWSSP-YARD B-07 2011 üzrə müəyyən qurğuların layihələndirilməsi, istehsalı, sınaqdan keçirilməsi, gətirilməsi, quraşdırılması, tamamlanması və istafadəyə verilməsini həyata keçirməyi istəmiş və xxxx da buradan meydana çıxan şərtlər və qaydalara müvafiq olaraq bu kimi fəaliyyətlə razılaşmışdır.Bundan sonra «xxxx» x xxxxxx 2011-ci il tarixində Cavabdeh1 ilə Yardımlı Rayonunda Su Təchizatı, Kanalizasiya Sistemləri və X6 Qurğusunun Tikintisi üzrə No SNWSSP-YARD B - 07 2011 nömrəli müqavilə üzrə Subpotradçı- Cavabdeh2 ilə NO.SNWSSP-YARD&B-07/2011-001 nömrəli Subpodrat Razılaşması imzalamışdır ki, həmin razılaşmaya əsasən də Subxxxx Cavabdeh2 texniki şərtlərdə, çertyojlarda və hər hansı digər sənədlərdə qeyd olunan bütün fiziki işləri həyata keçirməyi və digər xidmətləri təmin etməyi öz üzərinə götürmüşdür. Beləliklə, "Ludvig Pfeiffer X4 And Co.Kg" Almaniya şirkətinin podrat müqaviləsi üzrə götürdüyü bütün öhdəliklər subpodrat müqaviləsinə əsasən субподрат Cavabdeh2-yə keçdiyi üçün onun yuxarıda göstərilən layihənin həyata keçirilməsi ilə bağlı hər hansı məsuliyyəti qalmamışdır. Odur ki, məhkəmə Kollegiyası hesab edir ki, "Ludvig Pfeiffer X4 And Co.Kg" Almaniya şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı iddia tələbi əsassızdır və təmin oluna bilməz. Həmçinin, Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qərarında qeyd edildiyi kimi, iş materiallarında sürüşmə hadisəsinin baş verməsinə səbəb olması ehtimal edilən tikinti-qazıntı işlərinin cavabdeh Azərbaycan Respublikası Meliorasiya və Su Təsəрrüfatı Açıq Səhmdar Cəmiyyətinin işçiləri və ya yüksək təhlükə mənbəyi hesab oluna bilən texnikası vasitəsilə görülməsini təsdiq edən sübutlar olmadığından cavabdeh Azərbaycan Respublikası Meliorasiya və Su Təsəрrüfatı Açıq Səhmdar Cəmiyyətinə qarşı da iddia tələbi əsassızdır və təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 106.1ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılması və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən podrat müqaviləsinə görə xxxx müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə xxxxya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür (maddə 752). xxxx sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun (maddə 762.1). Məhkəmə Kollegiyası göstərilənlərlə əlaqədar qeyd edir ki, iddiaçının maddi zərərlə bağlı iddiası qismən, ekspert rəyi ilə təsdiq olunan hissədə əsaslı olduğundan, iddiaçının xeyrinə Cavabdeh2-dən 69.075,0 manat məbləğində pulun tutulması hissəsində təmin olunmalı, maddi zərər qalan hissədə rədd edilməlidir.. Həmçinin, iddianın mənəvi zərərin tələb edilməsi hissəsinə münasibətdə Kollegiya qeyd edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə Kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspeрtiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/1218 nömrəli ekspert rəyinə əsasən İddiaçı Əzzulla oğluna məxsus ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin qəzalı vəziyyətə düşməsinin və zərər dəyməsinin Yardımlı rayonu ərazisində su və kanalizasiya xəttlərinin çəkilməsi ilə bağlı aparılan qazıntı işləri zamanı baş vermiş torpaq sürüşməsi ilə əlaqəli olduğu müəyyən olunduğundan, həmçinin, rəyə əsasən tədqiq olunan ərazidə su və kanalizasiya xəttlərinin çəkilməsi ilə bağlı aparılan qazıntı işləri zamanı torpaq sürüşməsi baş verdiyini nəzərə alaraq, həmin işlərin aparılması zamanı təhlükəsizlik qaydalarına əməl olunmadığı müəyyən olunduğundan iddiaçıya mənəvi zərər dəyməsi istisna olunmur. Kollegiya qəzalı vəziyyətə düşmüş daşınmaz əmlakın həm də iddiaçının yaşayış sahəsi olduğunu, işin digər hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi mənəvi zərərin ödənilməsi hissədə də qismən təmin olunmalıdır.Kollegiya belə mənəvi zərəri 3.000,0 manat məbləğində müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, İddiaçı Əzzulla oğlunun apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Nərimanov рayon Məhkəməsinin 2(005)- 363/2016 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ləğv olunmalı, iddia qismən təmin olunmalı, Cavabdeh2-dən 69.075,0 manat məbləğində maddi, 3.000,0 manat məbləğində mənəvi zərərin əvəzi olaraq pul tutularaq İddiaçı Əzzulla oğluna ödənilməli, iddia digər cavabdehlərə münasibətdə və qalan hissədə rədd olunmalıdır. Həmçinin, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən apellyasiya baxışı zamanı ekspertiza keçirilməsinə çəkilmiş xərc cəmi 200 (iki yüz) manat Cavabdeh2-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nərimanov рayon Məhkəməsinin 2(005)-363/2016 saylı, xx xxxxxx 2016cı il tarixli qətnaməsi ləğv olunsun. İddia qismən təmin olunsun. Cavabdeh2-dən 69.075,0 manat maddi, 3.000,0 manat mənəvi zərərin əvəzi pul tutularaq İddiaçı Əzzulla oğluna ödənilsin. İddia digər cavabdehlərə münasibətdə və qalan hissədə rədd olunsun. Apellyasiya baxışı zamanı ekspertiza keçirilməsinə çəkilmiş xərc cəmi 200 (iki yüz) manat Cavabdeh2-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-302/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-302/2021
04.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver