Məhkəmə qərarları › İş №2(103)-3020/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3020/2024

24.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3020/2024 24.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Sarıyevin sədrliyi ilə, X6 və X1 ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 2(007)-1411/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı “pul və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ona məxsus əşyaların qaytarılmaması ilə bağlı 12566 manat məbləğində pulun, mənəvi zərərin əvəzi olaraq 4000 manat pulun tutulmasına və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 140 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1411/2024 nömrəli, 12 mart 2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı “pul və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilmiş və iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1411/2024 nömrəli, 12 mart 2024-cü il tarixli qərardadından İddiaçıtərəfindən verilmiş şikayəti həmin məhkəmənin 01 aprel 2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinə, xx.xx.2020-ci il tarixli qərardadına, xx.xx.2022-ci il tarixli qətnaməsinə, xx.xx.2022-ci il tarixli qərardadına və xx.xx.2023-cü il tarixli qərardadına, xx.xx.2023cü il tarixli qərardadına və xx.xx.2023-cü il tarixli istinad etməklə düzgün olmayan mövqe nümayiş etdirmişdir. Qeyd olunmalıdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-ci il tarixli qətnaməsi ilə təmin edilmiş iddia tələbinin predmeti əşyaların alınıb verilməsi, Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təmin edilmiş iddia tələbi əmlaklardan istifadəyə maneələrin aradan qaldırılması, əşyaların yerinin dəyişdirilməsinin qadağan edilməsi və sıradan çıxarılmış əmlakların əvvəlki vəziyyətinə bərpa edilməsi tələbi irəli sürülmüşdür. Göründüyü kimi halhazırki iddia tələbinin predmeti pul tələbi və mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbdən ibarətdir və bu eyni tərəflər arasında eyni predmetlə bağlı iddia tələbi deyildir, tələb tamamilə başqadır.Nizami Rayon Məhkəməsinin 18 mart 2013-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 yaşadığıevdə qalmış 122 adda əşyanın qaytarılması qət edilmişdir. Qeyd edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi və Nizami rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qətnaməsi icra edilməmişdir və həmin əmlaklar alınaraq ona verilməmişdir, həmçinin əşyaların yeri də dəyişdirilmişdir. Cavabdeh1 qarşı“əmlak tələbinə dair” işə baxılarkən Nizami Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərardadı ilə 122 adda əşyanın üzərinə həbs qoyulması barədə qərardad çıxarılmışdır. Nizami rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru M.Zeynalov tərəfindən Nizami Rayon Məhkəməsinin 2 (007)-172/2013 saylı, 18 mart 2013-cü il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinə əsasən 06 mart 2014-cü il tarixdə icraata başlamaq haqqında qərar çıxarılmışdır. Nizami Rayon Məhkəməsinin 2(007)-189/2019 saylı, 23 may 2019-cu il tarixli qətnaməsinə izah verilməsinə dair Nizami rayon İcra Şöbəsinin icra məmuru A.Qasımov ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1, X2 və X3 qarşı əmlaklardan istifadəyə maneələrin aradan qaldırılması, əşyaların yerinin dəyişdirilməsinin qadağan edilməsi və sıradan çıxarılmış əmlakların əvvəlki vəziyyətinə bərpa edilməsinə dair qətnaməyə izah verilməsinin təmin edilməməsinə dair xx.xx.2021-ci il tarixdə qərardad çıxarılmışdır . 2(007)-189/2019 saylı , 23 may 2019-cu il tarixli məhkəmə qətnaməsinin icrası barədə 17 mart 2021-ci il tarixdə icra məmurları tərəfindən tərtib olunmuş aktda borclu tərəfindən qeyd edilmişdir ki,cehizəşyaları onlar mənzildən çıxarıblar. Həmin qətnamə üzrə xx.xx.2013-cü il tarixdə Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş icra vərəqəsi icra edilməsi üçün xx.xx.2014-cü il tarixdə Nizami rayon İcra Şöbəsinə göndərilmişdir və Nizami rayon İcra Şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə icraata başlamaq haqqında qərar çıxarılmışdır. Lakin həmin vaxt bu icra sənədi icra edilməmişdir, əmlaklar alınıb ona verilməmişdir və qeyd edilən əmlaklar (hətta təmin edilməyən hissədə olan əmlaklar) mübahisəli fərdi yaşayış evində qalmışdır. İddiaçının cavabdehlər X4 və Zeynalov Sabirə qarşı əşyalarının yerinin dəyişdirilməsinin qadağan edilməsinə dair iddia tələbi də təmin edilmişdir. İşə baxılarkən ekspertiza təyin edilmişdir və 27 mart 2019-cu il tarixli ekspert rəyində 42 adda əşyalar barədə tədqiqat aparılmışdır, sıradan çıxarılmış əşyaların bərpa edilməsi və s. hallar qiymətləndirilmişdir. Qeyd olunmalıdır ki, məhkəmənin həmin qətnaməsi də icra şöbəsi tərəfindən icra edilməmişdir. İddiaçıya məxsus əmlakalar sıradan çıxarıldığı üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli rəyi vardır. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə əşyaların yerinin dəyişdirilməsinin qadağan edilməsinə barədə qanuni qüvvəsini almış qətnamənin olmasına baxmayaraq əşyalar fərdi yaşayış evindən borclu tərəfindən çıxarılmışdır. 2019-cu il tarixdə əşyaların çıxarılması barədə xx.xx.2021-ci il tarixdə Nizami rayon İcra Şöbəsinin icra məmuru Abusət Qasımov tərəfindən əşyaların yerində olmamasına dair akt tərtib edilmişdir. Akta ata və anası imza etmişdir. Qanunsuz və əsassız olaraq X5 və X4 tərəfindən verilmiş “əmlakın məcburi qaydada mənzildən çıxarılması” barədə iddia ərizəsi imzalanmamasına baxmayaraq X9 tərəfindən icraata qəbul edilərək baxılmışdır və 30 adda əşyanın məcburiçıxarılması barədə ədalətsiz qətnamə qəbul edilmişdir. Qətnamə və qərardadlar üzrə işin icrada olması barədə xx.xx.2020-ci il tarixdə hakim H.Əhmədova tərəfindən 18 mart 2013-cü il tarixli icra sənədinin xx.xx.2014-cü il tarixdə Nizami rayon İcra Şöbəsinə icra olunması üçün göndərilməsi barədə cavab vermişdir. xx.xx.2013-cü il tarixli qətnamə uzun müddət səhlənkar icra məmurları tərəfindən icra olunmadığı üçün təkrar olaraq “cehiz və qızıl-zinət əşyalarınınqaytarılması” tələbinə dair iddia ərizəsinə xx.xx.2020-ci il tarixli qərardadla təkrar verildiyiəsas götürülməklə mülki iş üzrə icraata xitam verilmiş və iddiaçıya izah olunmuşdur ki, AR MPM-nin 262.4. maddəsinə əsasən xitam verildiyindən eyni tərəflər arasında eyni predmet barədə və eyni əsaslarla mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Mübahisə predmeti fərqlidir və eyni tərəflər arasında eyni predmet deyildir. Bütün sübutlar təqdim edilməsinə baxmayaraq obyektiv araşdırma aparılmamaış və nəticədə iddiaçının Konstitusion hüquqlarını kobud şəkildə pozaraq ədalətsiz, özşəxsimaraqları hesabına qətnamə çıxarmışdır. Məhkəmə tərəfindən ətraflı araşdırma aparılmadan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153. maddəsinə istinad edilməklə düzgün olmayan qərardad çıxarılmışdır. Belə ki, iddiaçının qarşı tərəfi Cavabdeh1dur, iddia ərizəsinin imzalamayan Bahar Zeynalovaya əşyalarının yerinin dəyişdirilməsinin qadağan edildiyi halda tərəf ola bilmir və 30 adda əşyalardan yox, 122 adda əşyalardan söhbət gedir. 2 (007)-1904/2020 saylı , xx.xx.2020-ci il tarixdə qətnamə çox ədalətsiz və öz şəxsi mənafeyi müdafiə etməklə çıxarılmışdır . Həmin qətnamədən apellyasiya şikayəti də müddətin keçməsi bəhanəsi ilə qəbuledilməmişdir (pandemiya dövründə). Konstitusiyanın 60-cımaddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququ pozulmuşdur. Qərardadda “göründüyü kimi iddiaçı eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yalnız formal olaraq tələbin adını dəyişməklə artıq dəfələrlə hüquqdan sui-istifadə edərək məhkəməyə müraciət etmişdir və qeyd olunan məsələ ilə bağlımüxtəlif vaxtlarda qərarlar qəbul olunmuşdur. Lakin buna baxmayaraq iddiaçı təkrar olaraq eyni tələblə məhkəməyə müraciət edərək, hazırki iddia ərizəsində eyni adda olan əşyaları düzgün hesablamamaqla sadəcə məbləği dəyişmiş və mənəvi zərər tələb etmişdir. İddia ərizəsinin mənəvi zərər tələbinə dair hissəsini isə iddiaçı məhkəmə tərəfindən iddia ərizəsinə eyni tərəflər arasında, eyni predmet barəsində mübahisə kimi qiymət verilməməsi üçün formal olaraq qoymuşdur” qeyd edilmişdir, bu tamamilə əsasız yanaşmadır. İşin faktiki hallarından da görünür ki, əmlaklar iddiaıçya verilməmişdir və belə olan halda hüquqdan sui-istifadə edilməsindən söhbət gedə bilməz. Bu mənada Konstitusiya Məhkəməsinin təcrübəsində Konstitusiyanın 60-cımaddəsinin İ hissəsində yer alan hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təminatına böyük önəm verilir. Belə ki, bu hüquq əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Məhkəmə müdafiəsi hüququ pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəməyə müraciət etmək hüququ bu mənada xüsusi önəm daşıyır. Belə ki, sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir. Belə bir qərardadın çıxarılması iddiaçının məhkəməyə müraciət etmək hüququnu heçə endirmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli,iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 2(007)-1411/2024 saylı qərardadıqanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İş materiallarının araşdırılması ilə müəyyən olunur ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 18 mart 2013-cü il tarixli, 2(007)- 172/2013 nömrəli qətnaməsinin surətindən görünür ki, “cehiz və qızılzinət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, iddiaçıya məxsus əmlaklar - yataq dəsti (çarpayı, şifoner, komod və stol)- 1 ədəd, uşaq yataq dəsti - 1 ədəd, divankreslo dəsti, kəfkirli saat 1 ədəd, qorka 1 ədəd, soyuducu - 1 ədəd, stol - 1 ədəd, stul 6ədəd, mebel qapı - 1 ədəd, xalça 2 ədəd, qırmızı rəngli bogema kravin rumka ilə 6 ədəd, xrustal bagema kravin rumka ilə - 6 ədəd, bogema meyvə qabı yaşıl - 2 ədəd, bogema konfet qabı göy rəngli 2 ədəd, xrustal güldan - 1 ədəd, madonna güldan – 1 ədəd, madonna uzun meyvə qabı 2 ədəd, madonna ağzı qapalı qənd qabı - 1 ədəd, xrustal iri rumka - 5 ədəd, xrustal orta rumka - 6 ədəd, xrustal rumka araq stəkanı - 6 ədəd, xrustal uzun mürəbbə qabı - 2 ədəd, xrustal hündür meyvə qabı - 1 ədəd, xrustal ağzı qapalı konfet qabı - 2 ədəd, dərin dayaz kasa qab dəsti- 60 ədəd, kravin rumkası 6 ədədli - 2 dəst, çay stəkanı xrustal - 6 ədəd, nəlbəki - 6 ədəd, oxlov 1 ədəd, dayaz, qab 3 buludlu - 10 ədəd, kasa balaca - 6 ədəd , kasa yekə -6 ədəd , çörək qabı 2 ədəd, madonna salfet qabı- 2 ədəd, çay dəstgahı 6 rumkalı - 1 dəst, padnos - 2 ədəd, 3 mərtəbəli madonna qab- 2 ədəd, dəmir çaynik, qəfədan- 1 dəst, tok çayniki - 1 ədəd, sokçəkən maşın - 1 ədəd, ütü- 1 ədəd, vedrə yekə - 1 ədəd, vanna yekə 2 ədəd, vedrə zibil üçün - 1 ədəd, su fincanı - 1 ədəd, divan kreslo üstü boz qara rəngli 1 dəst, slolüstü (kotanlı) - 2 ədəd, zərli qara- 1 ədəd, jurnal üstü süfrə (qara zərli)- 1 ədəd, stolüstü bənövşəyi gül 1 ədəd, kofe dəsti (göy)-6 ədəd, çay dəstgahı (madonna göy)- 6 fincanlı -1 dəst, balaca içi qırmızı sulu rumka - 3 ədəd, zərli iri tort qabı boz - 1 ədəd, narıncı rəngdə 6 dayaz boşqabı, səd buludlu 1 ədəd, qaşıq dəsti - bıçaq, çay, xörək, limon qaşığı, tort qaşığı- 12 ədəd, iri qaşıq dəsti- 6 ədəd, çörək kəsmək üçün yaşıl kauçuk dəst 1 bıçaqlı - 1 dəst, emal olunmuş göy qazan dəsti 5 ədəd, sarımsaq əzən, qayçılı bıçaq dəsti taxtada- 1 dəst, çilçıraq - İ ədəd, yastıq - 3 ədəd, iki yataqlı döşək - 1 ədəd, iki yataqlı yorğan 1 ədəd, uşaq üçün yastıq - 1 ədəd, uşaq üçün döşək - 2 ədəd, uşaq üçün yorğan 2 ədəd, uşaq üçün yataq örtüyü (çəhrayı)- 1 dəst, pərdə kətan - 2 ədəd, üstü tünd qırmızı rəngli 2 ədəd, adyal - 1 ədəd, tünd qırmızı rəngli yataq örtüyü - 2 yastıqlı - 1 dəst, kostyum şalvarla- 1 dəst, kostyum ətəklə- 1 dəst, şalvar cins - 2 ədəd, cins kapri 1 ədəd, yupka - 1 ədəd, köynəklər qış üçün6 ədəd, köynəklər yay üçün - 11 ədəd, toy geyimi don ağlı-qaralı - 1 ədəd, tək atlasdan kostyum 1 ədəd, jaket - 2 ədəd, çanta- 3 ədəd, ayaqqabı payız- 3 ədəd, boyun şərfləri- 3 ədəd, kəmərlər - 2-3 ədəd, saç- feni 1 ədəd, fen dəsti, qızın geyimləri: payız kurtkası 3 ədəd, palto 2 ədəd, papaq - 2 ədəd, çəkmə - 2 cüt, yay ayaqqabısı - 4 cüt. payız, ayaqqabısı 4-5 cüt, idman dəsti- 4 ədəd, jaket - 2 ədəd, köynəklər, alt paltarı, kalqotka və s. oyuncaq iri maşın, at, maral, yekə oyuncaqlar - Cavabdeh1 alınaraq İddiaçı verilməsi və 20 manat dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı xeyrinə ödənilməsi, qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2(007)-833/2020 nömrəli qərardadından görünür ki, qərardadla eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan İddiaçı Cavabdeh1 qarşı “cehiz və qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(007)- 1683/2022 nömrəli qətnaməsi ilə İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsi cəlb edilməklə Cavabdeh1 qarşı “əşya və əmlakların dəyərinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 2(007)- 3089/2022 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı “əşya və əmlakların yararsız hala salınması ilə bağlı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(007)- 591/2023 nömrəli qərardadı ilə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan İddiaçı Cavabdeh1 qarşı “qızıl-zinət əşyaları” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Daha sonra İddiaçı Cavabdeh1 qarşı “əşya və əmlakların əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və mülki iş 2(007)-1466/2023 nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı iddia ərizəsində Cavabdeh1 ona məxsus əşyaların yararsız hala salınması ilə bağlı olaraq 13870 manat məbləğində pulun tutulmasına və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 132 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 2(007)- 1466/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı “əşya və əmlakların əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilmiş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. İddiaçı Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 2(007)-1466/2023 nömrəli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(007)-1466/2023 nömrəli qərardadı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1466/2023 nömrəli, 14 aprel 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-3879/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1466/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə eyni tələblə (Cavabdeh1 ona məxsus əşyaların yararsız hala salınması ilə bağlı olaraq 13870 manat məbləğində pulun tutulmasına və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 132 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.) iddia ərizəsində heç bir dəyişiklik etmədən eyni ərizə ilə yenidən məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 2(007)- 2711/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı “əşya və əmlakların əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilmiş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. İddiaçı Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2711/2023 nömrəli, 29 avqust 2023-cü il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2711/2023 nömrəli, 14 sentyabr 2023-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2711/2023 nömrəli, 29 avqust 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin və şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6405/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, Nizami Rayon Məhkəməsinin 2(007)-2711/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı onun şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçı eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yalnız formal olaraq tələbin adını dəyişməklə artıq dəfələrlə hüquqdan sui-istifadə edərək məhkəməyə müraciət etmişdir və qeyd olunan məsələ ilə bağlı müxtəlif vaxtlarda qərarlar qəbul olunmuşdur. Həmin tələbə artıq yuxarı instansiya məhkəməsi tərəfindən qiymət verilmiş, birinci instansiya məhkəməsinin qərardadı qüvvədə saxlanılmışdır. Lakin buna baxmayaraq iddiaçı təkrar olaraq eyni tələblə məhkəməyə müraciət edərək, hazırki iddia ərizəsində eyni adda olan əşyaları düzgün hesablamamaqla sadəcə məbləği dəyişmiş və mənəvi zərər tələb etmişdir. İddia tələbindən göründüyü kimi qeyd olunan mənəvi zərər əsas tələbdən törəmə tələbdir. Həmçinin mənəvi zərərin tələb olunması iddiaçı tərəfindən ayrıca iddia tələbi kimi qaldırıla bilər. İddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etməkdə əsas məqsədi qeyd olunan əşyaların dəyərinin alınmasıdır. İddia ərizəsinin mənəvi zərər tələbinə dair hissəsini isə iddiaçı məhkəmə tərəfindən iddia ərizəsinə eyni tərəflər arasında, eyni predmet barəsində mübahisə kimi qiymət verilməməsi üçün formal olaraq qoymuşdur. Belə ki, iddiaçı tələb etdiyi mənəvi zərərlə bağlı iddia ərizəsinə heç bir sübut əlavə etməmişdir. Göründüyü kimi iddiaçı artıq dəfələrlə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbinə qüvvədə olan məhkəmə qətnamələri ilə hüquqi qiymət verildiyndən, yəni eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan məhkəmə tərəfindən qanuni və əsaslı olaraq iddia ərizəsinin qəbulundan imtina edilərək iddiaçıya geri qaytarımışdır. Həmçinin məhkəmə tərəfindən iddiaçıya izah edilmişdir ki, mənəvi zərərin tələb olunması iddiaçı tərəfindən ayrıca iddia tələbi kimi qaldırıla bilər. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsindən və şikayətin məzmunundan görünür ki, iddiaçının hazırki iddia tələbi üzrə müraciət etməsinə səbəb əyşaların hələ də ona qaytarılmaması ilə bağlı olmuşdur ki, həmin məsələnin həlli qətnamənin icrası ilə bağlı olduğudan iddiaçının qeyd olunan məsələ ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 2(007)- 1411/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar