Məhkəmə qərarları › İş №2(103)-3024/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3024/2023

20.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3024/2023 20.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Talışınski Fuad Şəmsəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X2 qarşı “borcun qaytarılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 fevral 2023-cü il tarixli qərardaddan iddiaçının verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının cavabdehə qarşı irəli sürdüyü “borcun qaytarılması tələbi barədə” iddiasına dair mülki işə baxmış Nəsimi Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019cu il tarixli qərardadla cavabdehin mülkiyyətində olan bir neçə daşınar və daşınmaz əmlakının üzərinə, habelə cavabdehin yeganə təsisçisi olduğu bir neçə müəssisənin, o cümlədən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan və İsmayıllı şəhəri, M.Müşfiq küçəsi, 7 “A” ünvanında yerləşən sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı olan 0,2278 ha torpaq sahəsinin üzərinə müvəqqəti təminat tədbiri olaraq həbs qoyulmasını qərara almışdır. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsi, cavabdehdən 315.000 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsini, iddianın qalan hissəsinin təmin edilməməsi qət etmişdir. "xxxx" MMC-nin təsisçisi (qanunu nümayəndəsi) olan iş üzrə cavabdeh (borclu) xx.xx.2023-cü il tarixdə ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadın qismən, yəni yuxarıda qeyd edilən torpaq sahəsinin üzərinə həbs qoyulması hissəsində ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının irəli sürdüyü iddia tələbi fiziki şəxs olan Cavabdeh qarşı yönəlmiş, iddia tələbi "xxxx" MMC-yə qarşı yönəlməmiş, MMC iş üzrə tərəf olmamışdır. Buna baxmayaraq Rayon Məhkəməsi iş üzrə tərəf olmayan MMC-yə məxsus torpaq sahəsinin üzərinə həbs qoymuşdur. Bundan başqa nəzərə alınmalıdır ki, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamənin icrası ilə bağlı həmin torpaq sahəsi borcun ödənilməsi məqsədi ilə açıq hərraca çıxarılmış, lakin hərrac baş tutmadığı üçün satılmamış və borcun əvəzi olaraq tələbkar olan iddiaçıya təklif olunmuş, sonuncu isə torpaq sahəsinin qəbul edilməsindən imtina etmişdir. Ərizəyə baxmış Rayon Məhkəməsi qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizənin təmin edilməsini, xx.xx.2019-cu il tarixli qərardadının qismən ləğv edilməsini və qeyd edilən torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsini qərara almışdır. Rayon Məhkəməsi bu nəticəyə gələrkən ərizənin dəlilləri ilə razılşamışdır. Tələbkar olan iddiaçı həmin qərardaddan narazı qalaraq Rayon Məhkəməsinə şikayət vermiş və xx.xx.2023-cü il tarixli qərardadın ləğv edilərək, MMC tərəfindən verilmiş “müvəqqəti təminat tədbirinin ləğvi barədə” ərizənin rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, üzərinə həbs qoyulmuş torpaq sahəsi həqiqətən də "xxxx" MMC-yə, həmin MMC isə öz növbəsində 100% payla borclu olan cavabdehə məxsusdur. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla şikayəti təmin etməmiş və baxılması üçün, mülki işlə birlikdə, Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və "xxxx" MMC-nin “müvəqqəti təminat tədbirinin ləğvi barədə” ərizəsi rədd edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, "xxxx" MMC-nin yeganə təsisçisi hazırki iş üzrə borclu olan Cavabdehdir. Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərardadla üzərinə müvəqqəti təminat tədbiri olaraq həbs qoyulmuş və İsmayıllı şəhəri, M.Müşfiq küçəsi, 7 “A” ünvanında yerləşən sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı olan 0,2278 ha torpaq sahəsi həmin MMC-yə məxsusdur. İddiaçının irəli sürdüyü iddia tələbi fiziki şəxs olan Cavabdeh qarşı yönəlmiş, iddia tələbi "xxxx" MMC-yə qarşı yönəlməmiş, MMC iş üzrə tərəf olmamışdır. Rayon Məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş və qanuni qüvvəsini aldığı üçün icraya yönəldilmiş xx.xx.2019-cu il tarixli qətnaməyə əsasən 315.000 manat məbləğində pul məhz Cavabdeh tutularaq iddiaçıya ödənilməilidr. Bundan başqa iş materiallarından görünür ki, Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamənin icrası ilə bağlı həmin torpaq sahəsi borcun ödənilməsi məqsədi ilə açıq hərraca çıxarılmış, lakin hərrac baş tutmadığı üçün satılmamış və bu səbəbdən borcun əvəzi olaraq tələbkar olan iddiaçıya təklif olunmuş, sonuncu isə torpaq sahəsinin qəbul edilməsindən imtina etmişdir. Qətnamənin icrası ilə bağlı icra hərəkətlərini həyata keçirən Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinə iddiaçı (tələbkar) tərəfindən ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, o, qətnamənin cavabdeh tərəfindən hissə-hissə icra olunmasına etiraz etmir və borcludan hər ay 3.000 manat məbləğində pulun onun xeyrinə tutulmasının təmin edilməsini xahiş edir. Göstərilənlərə əsasən müəyyən olunur ki, yuxarıda qeyd edilən qətnamə icra olunmamış qalmışdır. Məhkəmə ilk növbədə bildirir ki, "xxxx" MMC-nin “müvəqqəti təminat tədbirinin ləğvi barədə” ərizəsində göstərilir ki, mübahisəli torpaq sahəsi MMC-yə məxsusdur, MMC hazırki iş üzrə tərəf olmamışdır, buna baxmayaraq xx.xx.2019-cu il tarixli qərardadla torpaq sahəsinin üzərinə müvəqqəti təminat tədbiri kimi həbs qoyulmuşdur. Bununla bağlı Məhkəmə qeyd edir ki, MMC-nin təsisçisi (qanuni təmsilçisi) olan iş üzrə cavabdeh (borclu) Cavabdeh Rayon Məhkəməsinin həmin qərardadından məlumatı olmuş, lakin o, MMC-nin adından qərardaddan şikayət verməmişdir. Qərardad qanuni qüvvəyə minmişdir. Qətnamənin qəbul edilməsindən əvvəlki və sonrakı dövrlərdə Cavabdeh və MMCnin təsisçisi olaraq nümayiş etdirdiyi mövqedən bəlli olur ki, o, xx.xx.2019-cu il tarixli qərardadla razılaşmış və hətta satılması üçün torpaq sahəsinin hərraca çıxarılmasına etiraz etməmişdir. Bunları nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 15.2-ci maddəsinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə qeyd edir ki, maraqlı şəxsin ərizənin təmin edilməsi tələbkarın mənafeyinə ciddi xələl gətirməklə, məhkəmə aktlarının vaxtında icra edilməməsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin də bir çox qərarlarında dəfələrlə vurğuladığı kimi ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi prinsipini də pozur. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuş “məhkəmə araşdırması hüququ” təkcə məhkəməyə müraciəti və yekun məhkəmə aktının qəbulunu deyil, həm də (və mütləq qaydada) məcburi qüvvəyə malik yekun məhkəmə aktının icrasını nəzərdə tutur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2002-ci il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər, lakin bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüquqların mahiyyətinə xələl gətirməməlidir (§ 35). Məhkəmənin mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində tərəflərə verilən prosessual təminatlar (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) məhkəmə qərarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. İştirakçı dövlətlərin daxili qanunvericiliyi tərəflərdən birinin ziyanına məhkəmə qərarının icra olunmadan qalmasına imkan versəydi, onda 6-cı maddədə nəzərdə tutulmuş (təminat verilən) məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasına Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi kimi baxılmalıdır (“Hornsbi Yunanıstana qarşı” iş üzrə qəbul edilmiş xx.xx.1997-ci il tarixli qərar, § 40). Həmin mövqeyini təkrarlayaraq, Avropa Məhkəməsi Azərbaycana qarşı bir sıra qərarlarında da yekun məhkəmə qərarlarının icra edilməmiş qalmasının Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinin pozuntusu olduğunu müəyyən etmişdir (“Tarverdiyev Azərbaycana qarşı” işi üzrə qəbul edilmiş xx.xx.2007-ci il tarixli qərar, “Əfəndiyeva Azərbaycana qarşı” iş üzrə qəbul edilmiş xx.xx.2007-ci il tarixli qərar, “Hacıyeva və başqaları Azərbaycana qarşı” iş üzrə qəbul edilmiş xx.xx.2010-cu il tarixli qərar və s.). Bu baxımdan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qərardadla "xxxx" MMC-nin “müvəqqəti təminat tədbirinin ləğvi barədə” ərizəsini təmin etməklə səhv nəticəyə gəlmişdir. Bundan başqa Məhkəmə hazırki məsələnin müzakirəsi ilə bağlı bildirir ki, MPM-nin 162-ci maddəsinin tələblərinə görə, müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər (maddə 162.1.). İddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər (maddə 162.3.). İddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır (maddə 162.4.). Qeyd edilən prosessual hüquq normasının tələblərindən müzakirə edilən “müvəqqəti təminat tədbirinin ləğvi barədə” ərizənin həlli məsələsinə yanaşdıqda müəyyən edilir ki, görülmüş müvəqqəti təmin tədbirinin ləğv edilməsi üçün hüquqi əsas yoxdur. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qərardadla "xxxx" MMC-nin ərizəsini təmin etməklə səhv nəticəyə gəlmişdir. Beləliklə də göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, "xxxx" MMC-nin “müvəqqəti təminat tədbirinin ləğvi barədə” ərizəsi əsassızdır; Rayon Məhkəməsinin həmin ərizənin təmin edilməsi barədə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad səhvdir; iddiaçının (tələbkarın) həmin qərardaddan verdiyi şikayət formal mülahizə xarakteri daşımır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-nin 397, 398, 400 və 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı verdiyi şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 fevral 2023-cü il tarixli qərardad ləğv edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “müvəqqəti təminat tədbirinin ləğv edilməsi” barədə ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar