Məhkəmə qərarları › İş №2(103)-3031/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3031/2021

10.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3031/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, X2 tərəfindən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)- 6992/2020 saylı qərardadından X2 tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinə qarşı “icraata başlamaq haqqında qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh oğlu tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərardadın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-6992/2020 saylı qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinə qarşı “icraata başlamaq haqqında qərarın ləğv edilməsi” barədə iddia ərizəsi geri qaytarılması qərara alınmışdır. İddiaçı Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)- 6992/2020 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(001)-6992/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş, iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılır ki, qərardad qanunsuz və əsassız olaraq qəbul edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-6992/2020 saylı qərardadı ləğv edilməli, iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası “İcra Haqqında” Qanunun 8.3-cü maddəsinə əsasən, icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 8.4-cü maddəsinə əsasən əmlak tələbləri üzrə icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru borclunun əmlakını siyahıya alır və bu barədə icraata başlamaq haqqında qərarda müvafiq qeyd aparır. Həmin Qanunun 8.5-ci maddəsinə əsasən tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. Göründüyü kimi, hazırki iş üzrə iddiaçı icra məmurunun icraata başlamaq haqqında qərarından, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət verməli olduğu halda, həmin qərarın ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda, iddiaçının hazırki iddia tələbinə iddia icraatı qaydasında məhkəmədə baxıla bilməz. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddia ərizəsinin qəbulundan imtina etməli olduğu halda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə istinad edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin qaytarılması qərarına gəlmişdir. Belə olduğu təqdirdə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan əsasla iddia ərizəsini geri qaytararkən birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmamışdır. Ona görə də, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, icraata başlamaq haqqında qərarın ləğv edilməsi ilə bağlı iddianın qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 398.0.3, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)- 6992/2020 saylı qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinə qarşı “icraata başlamaq haqqında qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. X1 izah edilsin ki, icra məmurunun “icraata başlamaq haqqında qərar”ından şikayət etmək hüququ vardır. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilƏ bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar