Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3038/2023 24.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2(004)-361/2023 saylı qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə və üçüncü şəxslər "xxxx" ASC və Abşeron rayonu İcra və Probasiya Şöbəsinə qarşı protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin Açıq Hərracın yekunları barədə 171/2022 nömrəli, xx.xx.2022-ci il tarixli protokolunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2(004)-361/2023 saylı qətnaməsiilə iddia tələbi təmin edilməmiş, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilmişdir. İddiaçı tərəfindən qətnamədən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsini və Cavabdeh MMC-nin 171/2022 nömrəli, xx.xx.2022-ci il tarixli protokolunun etibarsız hesab edilməsi barədə iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə üçüncü şəxs "xxxx" ASC arasında xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlandığını və buna görə də hazırkı iş üzrə apellyasiya şikayətindən imtina etdiklərini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətindən imtina barədə ərizəni müzakirə edərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalı, iddiaçı tərəfin apellyasiya şikakyəti üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Göründüyü kimi, iddiaçı tərəfin apellyasiya şikayətindən imtinası qanuna zidd deyil, hər hansı bir şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2(004)-361/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-3038/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3038/2023
24.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver