Məhkəmə qərarları › İş №2(103)-304/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-304/2025

18.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-304/2025 18.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün vərəm sanatoriyası” X5rşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-304/2025 (Açar sözlər: tikilinin sökülməsi və yerinin dəyişdirilməsi öhdəliyinin qoyulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün vərəm sanatoriyası” X5rşı (3-cü şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X2 və X4 Agentliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi olmaqla) “tikilinin sökülməsi və yerinin dəyişdirilməsi öhdəliyinin qoyulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-49/2024 nömrəli 01 may 2024-cü il tarixli qətnaməsindən cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətlərinə 18 mart 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Daxili İşlər Nazirliyinin ******* nömrəli arayışından görünür ki, İddiaçı və digər 6 ailə üzvü 26 fevral 2023-cü il tarixdən Bakı şəhəri, Xəzər Rayonu, Buzovna qəsəbəsi, 26 saylı sahədə qeydiyyatdadırlar.

2. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X2 və X4 Agentliyinin xx.xx.2020-ci il tarixli 37/Q-00730 nömrəli məktubuna əsasən İddiaçı və digərlərinin şikayətinə əsasən 7 saylı “Vərəm Dispanseri”nə məxsus qazanxanadan gələn səs küylə bağlı xx.xx.2020-ci il tarixində yerində araşdırma aparılmışdır. Sözügedən qazanxanada 2 ədəd su qızdırıcı qazanın quraşdırıldığı, şikayətçinin evindən 8.5 metr məsafədə olmaqla inşa edildiyi, tüstü borusunun (hündürlüyü 15 metr, diametr 1 metr) şikayətçinin evindən 7 metr məsafədə beton özül üzərində inşa edildiyi müəyyən olundu. Qazanxanada olan səs-küy və titrəyiş xüsusi cihazla ölçülərək 45,3 dBA (norma 40 dBA) olduğu bildirildi. İstismar zamanı qazanlarda səs və titrəyişin aradan qaldırılması, tüstü borusunun aşma təhlükəsinin qarşısının qabaqlayıcı tədbirlər görülməklə alınması və sakinlərin təhlükəsizliyinin təmin edilməsi cavabdeh şəxslərdən tələb olunmuşdur.

3. “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-nin xx.xx.2022-ci il tarixli 04- 22/1/10004-2022 nömrəli məktubuna əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən Mərkəzə daxil olmuş vətəndaş İddiaçı ərizəsinə əsasən xx.xx.2022-ci il tarixində sonuncunun mənzilində səs-küyün səviyyəsinin laboratar tədqiqatı aparılmışdır. Aparılmış müayinə nəticəsində 1 mərtəbəli evin qonaq otağında daimi səsin 46 dBA və yataq otağında 47 dBA, 2 mərtəbəli evin 2-ci mərtəbəsində yataq otağında səsin səviyyəsi 50 dBA (norma 40 dBA) olması müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Buzovna qəsəbəsində cavabdehə aid 7 saylı Vərəm dispanserinin ərazisində inşa edilmiş qazanxananın, ona aid borunun cavabdehin hesabına sökülməsi və yerinin dəyişdirilməsi öhdəlik kimi cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi belə əsaslandırılmışdır ki, ünvan 1 ünvanda 8 nəfər ailə üzvləri ilə birlikdə yaşayır, həmin evə dair qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdehə aid 7 saylı “Vərəm” dispanserinin qazanxanası 2020-ci ilin aprel ayında inşa edilmişdir. Qazanxana tikilərkən onun yaxınlığında yaşayan sakinlərin, o cümlədən onun ailəsinin və digər ailələrin hüquq və mənafeləri nəzərə alınmamış, əksinə kobud surətdə pozulmuşdur və bu hal davam edir. Belə ki, həmin dispanserin 25 ha-dan artıq ərazisi olmasına baxmayaraq qazanxana onların evinin yaxınlığında tikilmişdir. Yaşadıqları evlə qazanxananın tüstü borusu arasındakı məsafə 5.5 metrdir. Tüstü borusu dəmirdən ibarət olub hündürlüyü 15 metr, gövdəsinin diametri 1 metrdir. Qazanxananın səsindən 12 nəfər ailə üzvü gecələr yata, gündüzlər isə istirahət edə bilmirlər. Qazanxananın 15 m hündürlüyə malik borusu isə əsl yüksək təhlükə mənbəyidir, yaşadıqları ərazi daimi külək olan seysmik yer olduğundan hər an baş verə biləcək qəza ilə üzbəüz qalmışlar. Dəfələrlə cavabdehə və aidiyyatı orqanlara müraciət etsə də, müraciətinə Səhiyyə Nazirliyi heç bir cavab verməmişdir.

6. “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-nin xx.xx.2023-cü il tarixli 04- 22/1/22-2023 nömrəli məktubundan məlum olur ki, İddiaçı mənzilində səs-küy və vibrasiya səviyyəsinin ölçülməsi aparılmışdır. Mənzilin qonaq otağında səsin səviyyəsi 51.7 dBA (norma 30 dBA), vibrasiyanın səviyyəsi Akorr=71 DB (norma=72 DB), uşaq yataq otağında səsin səviyyəsi 51,9 dBA ((norma 30 dBA), vibrasiyanın səviyyəsi Akorr=70 DB (norma=72 DB), ikinci mərtəbədə yataq otağında səsin səviyyəsi 53 dBA (norma 30 dBA), vibrasiyanın səviyyəsi Akorr=71 DB (norma=72 DB) müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “ Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın təsdiq edilməsi haqqında xx.xx.2008-ci il tarixli 796 nömrəli Fərmanının cədvəl 1-in 1-ci və cədvəl 2-nin 1-ci bəndlərinə uyğun olaraq “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün vərəm sanatoriyası”nın qazanxanasından İddiaçı mənzilinə gələn səs-küy yolverilən səviyyədən yüksək olmuş, vibrasiya səviyyəsi norma daxilindədir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən məlum olur ki, qazanxananın fəaliyyəti müddətində ölçmə işləri aparılmış və borudan ətraf mühitə yayılan səs-küy səviyyəsi (ölçmə vaxtı 56,6 dBA, norma 60,0 dBA) və vibrasiyanın (ölçmə vaxtı 66.6 dBA, norma 77 dBA) yolverilən hədd səviyyəsində olduğu müəyyən edilmişdir.

7. Məhkəmə Ekspertiza Mərkəzinin 19 mart 2024-cü il tarixli ekspert rəyinə əsasən, “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün vərəm sanatoriyası” X10 ərazisində inşa edilmiş qazanxana ilə yaşayış evinin arasında məsafə 10.0 m təşkil etdiyini nəzərə alaraq, həmin qazanxana binası “Yaşayış məntəqələrində istilik qazanxanaların quraşdırma qaydalarının (CH 12-57)” 5-ci maddəsinin, 2-ci bəndinin tələblərinə uyğun inşa olunmamışdır. Həmçinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X2 və X4 Agentliyinin xx.xx.2020-ci il tarixli 37/Q-00730 saylı məktubuna əsasən, “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün vərəm sanatoriyası” X10 ərazisində inşa edilmiş qazanxananın səs və titrəyişi 45,3 d.b.a. (norma 40 d.b.a ( dessi bel amplitut)) olmaqla, göstərilən normalara uyğun olmadığı müəyyən edilmişdir. Lakin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi PHŞ xx.xx.2023-cü il tarixdə tədqiqat obyektinə dair verilmiş mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Prezidentinin “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın təsdiq edilməsi haqqında xx.xx.2008-ci il tarixli 796 nömrəli Fərmanının, cədvəl 1-in 1-ci bəndinə uyğun olaraq, “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün vərəm sanatoriyası”-nın qazanxanasından həmin ərazidə yerləşən vətəndaş İddiaçı mənzilinə gələn səs-küyün səviyyəsi norma daxilindədir.

8. Ekspert rəyinə əsasən qərardadın ikinci sualı üzrə (Həmin qazanxana, o cümlədən qazanxanaya aid boru hazırki vəziyyətdə ətrafda yerləşən yaşayış evlərinə təhlükə yaradırmı) mütəxəssis rəyi təqdim olunmadığı üçün tədqiqat aparılmamışdır.

9. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-49/2024 nömrəli iş üzrə 01 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ramilə Xəzri) iddia təmin edilmiş, Buzovna qəsəbəsində Vərəm dispanserinin ərazisində inşa edilmiş qazanxananın sökülməsi və yerinin dəyişdirilməsi öhdəlik kimi cavabdeh “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün vərəm sanatoriyası” X10 üzərinə qoyulması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırki mübahisə qonşuluq münasibətləri zəminində qonşunun mülkiyyətinə qanunsuz təsir edilməsi nəticəsində yaranmışdır ki, qanunvericiliyə görə də bu hallar yolverilməzdir. Ekspert rəyi ilə, həmçinin digər qurumlar tərəfindən aparılmış araşdırmalar nəticəsində cavabdehin inşa etdiyi tikilinin iddiaçının mülkiyyətinə qanunsuz təsir (normadan artıq səs-küy) yaratması faktı öz təsdiqini tapır. Bu hal isə İddiaçı maraqlarına toxunmaqla onun konstitusion hüquqlarını pozur.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İİ hissəsi, Mülki Məcəllənin 152.1, 152.3, 157.8, 158.1.2, 170.2, 180.1, 180.4, Şəhərsalma və Tikinti Məcəlləsinin 57.2, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 80, 88, 106.1, 119.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən apellyasiya şikayəti verilmişdir.

13. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş edərək, göstərmişdir ki, həmin qazanxana və boru dispanserin həyətində qanuni sənədlər əsasında inşa edilmişdir və ətrafdakı evlərə heç bir təhlükə, həmçinin narahatçılıq yaratmır. Həmçinin iddiaçı tərəfindən edilən müraciətlərdən sonra qazanxanada müvafiq işlər görülərək səs-küy səviyyəsi və vibrasiya aşağı salınmışdır. Onu da qeyd etmək lazımdır ki, işin materiallarında olan sənədlərə nəzər saldıqda da aydın olur ki, səs-küy səviyyəsi normadan artıq olduqda da, rəqəmlərlə ifadə olunmuş bu artıq dəyərlər normadan çox yüksək olmamışdır. İşin materiallarında olan sənədlər isə ümumiyyətlə səs və vibrasiya səviyyəsinin norma daxilində olduğunu təsdiqləyir. Bunları nəzərə alaraq, qazanxananın sökülməsi üçün heç bir əsas olmamışdır. Hətta səs-küy səviyyəsi və vibrasiya yolverilən həddə olmasa belə, məhkəmə tərəfindən cavabdehin üzərinə səs-küy səviyyəsi və vibrasiyanın aşağı salınması ilə bağlı tədbirlərin görülməsinə dair öhdəlik qoyula bilərdi.

14. Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətində də qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin əsasları cavabdehin apellyasiya şikayəti ilə eynilik təşkil edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

16. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.

17. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxslər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

18. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 19.Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

20. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səsküyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.

21. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.

22. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

23. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi

24. Maddə 57.2.4. Tikinti obyekti aşağıdakı tələblərə uyğun layihələndirilməli və tikilməlidir: səs-küyün və vibrasiya təsirlərinin insan sağlamlığına təhlükə törətməyən həddi keçməməsini təmin etməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Birinci instansiya məhkəməsində işə baxılarkən qərardadın ikinci sualı üzrə (Həmin qazanxana, o cümlədən qazanxanaya aid boru hazırki vəziyyətdə ətrafda yerləşən yaşayış evlərinə təhlükə yaradırmı) mütəxəssis rəyi təqdim olunmadığı üçün tədqiqat aparılmamışdır.

34. Kollegiyanın 24 sentyabr 2024-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir. Qərardadın icrası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-nin mütəxəsisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

35. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi PHŞ xx.xx.2024-cü il tarixli məktubuna əsasən, xx.xx.2024-cü il tarixdə tədqiqat obyektinə ekspert və mütəxəssislərin iştirakı ilə baxış keçirilmiş Bakı şəhəri, ünvan 2 ünvanda İddiaçı mənzilində Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 7 saylı Vərəm Dispanserinin qazanxanasından o cümlədən, qazanxanaya aid borudan gələn vibrasiya və səs-küy səviyyəsinin laboratoriya tədqiqat üsullarının tətbiq etməklə ölçmələr aparılmış, müayinə nəticələri Azərbaycan Respublikası Prezidentinin "Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları"nın təsdiq edilməsi haqqında 08 iyul 2008-ci il tarixli 796 nömrəli Fərmanı ilə müəyyən edilmiş yol verilən hədd səviyyələri daxilində olmuşdur.

36. Məktuba əlavə edilmiş 11 dekabr 2024-cü il tarixli 325 nömrəli səs və titrəmə müayinə protokolundan müəyyən olunur ki, müayinə nəticəsində evin qonaq otağında səsin 39 dBA və yataq otağında 38 dBA, qonaq otağında 38 və yataq otağında səsin səviyyəsi 37 dBA (norma 40 dBA) olması müəyyən edilmişdir.

37. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X2 və X4 Agentliyinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən xx.xx.2024-cü il tarixdə Agentliyin əməkdaşı sanatoriya binalarının isidilməsi məqsədi ilə sanatoriya ərazisinin hasarından 7 metr məsafədə (sanatoriyaya aid daxili ərasizində) quraşdırılmış qazanxanaya baxış keçirilmişdir. Baxış zamanı qazanxananın layihə sənədlərinin “Qazanların quruluşu və təhlükəsiz istismar Qaydaları”nın tələblərinə uyqun olduğu, qazanxananın tüstü borusunun heç bir aşma, uçma və sair ehtimalın olmadığı müəyyən edilmişdir.

38. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 fevral 2025-ci il tarixli 10/8066 nömrəli ekspert rəyində qərardadın birinci sualına münasibətdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X2 və X4 Agentliyinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilənlər öz əksinin tapmışdır.

39. Qərardadın ikinci sualına münasibətdə aşağıdakılar qeyd edilmişdir: - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X3 Görülməsi və X4 Agentliyinin xx.xx.2020-ci il tarixli 37/Q-00730 saylı məktubunda “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün vərəm sanatoriyası” X10 ərazisində inşa edilmiş qazanxanın səs və titrəyişi 45,3 d.b.a. (norma 40 d.b.a. (dessi bel amplitut)) olmaqla, göstərilən normalara uyğun olmadığı göstərilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ xx.xx.2024-cü il tarixdə tədqiqat obyektinə dair verilmiş mütəxəssis rəyində isə Azərbaycan Respublikası Prezidentinin “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın təsdiq edilməsi haqqında xx.xx.2008-ci il tarixli 796 nömrəli Fərmanının, Cədvəl 1 -in 1-ci bəndinə uyğun olaraq, “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Sanatoriyasf’nın qazanxanasından həmin ərazidə yerləşən vətəndaş İddiaçı mənzilinə gələn səs-küyün səviyyəsi norma daxilində olduğu göstərilmişdir. - Qeyd olunur ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X2 və X4 Agentliyinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ tərəfindən verilmiş nəticələr fərqli olduğundan, sözügedən məsələ məhkəmə tərəfindən qiymətləndirilə bilər.

40. Kollegiya qeyd edir ki, qazanxananın fəaliyyəti nəticəsində qonşuluqda yaşayan iddiaçının evində səs-küy və titrəmə olması aşkardır. Belə ki, bu halı daha əvvəl aparılmış ölçmə işləri ilə də öz təsdiqini tapmışdır.

41. Nəzərə alınmalıdır ki, qış fəslində - havanın daha aşağı temperatur həddində qazanxananın daha artıq güclə işləyəcəyi mübahisəsizdir. 11 dekabr 2024-cü il tarixdə aparılmış müayinə nəticəsində evin qonaq otağında səsin 39 dBA və yataq otağında 38 dBA, qonaq otağında 38 dBA və yataq otağında 37 dBA səviyyəsində müəyyən edilməsinə münasibətdə kollegiya qeyd edir ki, bu göstəricilər norma daxlində olsa belə, onun ən yuxarı həddindədir və heç də həmişə bu səviyyədə qalacağı demək deyil. Ölçmə işləri aparılarkən qazanxananın tam gücü ilə işələyibişləməməsi müəyyən olunmur. Çünki, iddiaçı bildirdi ki, özü də uzun müddət qazanxana əməliyyatçısı işləmişdir və ölçmə işləri aparılarkən qazanxananın gücü tam alınmışdır ki, səs-küy və titrəyiş norma daxilində olsun.

42. Nəzərə alınmalıdır ki, gecə saatlarında və daha aşağı temperaturda qazanxananın iş həcminin artacağı şübhəsizdir. Belə olduqda isə səs-küyün və titrəyişlərin iddiaçının evində aşkar hiss olunması qaçılmazdır.

43. Qazanxanada olan səs-küy və titrəyiş xüsusi cihazla ölçülərək 45,3 dBA (norma 40 dBA) olması daha əvvəl Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X2 və X4 Agentliyinin xx.xx.2020-ci il tarixdə yerində araşdırma zamanı müəyyən edilmişdir.

44. Kollegiyanın qərardadı ilə təyin edilmiş ekspertiza zamanı ölçmə işləri 11 dekabr 2024-cü il tarixdə saat 12:40-dan 14:00-dək aparılmışdır. Lakin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X2 və X4 Agentliyinin xx.xx.2020ci il tarixdə, yəni havaların kifayət qədər isti olduğu dövrdə ölçmə işləri apararkən səs-küy və titrəyişin səviyyəsi normadan artıq olmuşdur.

45. Qanunvericilikdə göstərilmişdir ki, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

46. Qazanxanada müvafiq işlər görülərək səs-küyün səviyyəsinin və vibrasiyanın aşağı salınması barədə cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətinə münasibətdə kollegiya qeyd edir ki, səs-küyün səviyyəsinin və vibrasiyanın aşağı salınması ilə bağlı görülən işlərə dair hər hansı sübut (layihə-smeta sənədi, akt və s.) təqdim olunmamışdır, nə də bunu işin hallarından müəyyən etmək mümkün deyil.

47. İddia həm də ona görə təmin olunmalıdır ki, qazanxana binası “Yaşayış məntəqələrində istilik qazanxanaların quraşdırma qaydalarının (CH 12-57)” 5-ci maddəsinin 2-ci bəndinin tələblərinə uyğun inşa olunmamışdır. Belə ki, mərkəzləşdirilmiş sistemlərin müstəqil qazanxanaları istilik təchizatı ən yaxın yaşayış və ictimai binalardan 15 m sanitar mühafizə zonası ilə ayrılmalıdır. Araşdırma zamanı isə sözügedən qazanxanada 2 ədəd su qızdırıcı qazanın quraşdırıldığı, iddiaçının evindən 8,5 m məsafədə olmaqla xəstəxanaya aid ərazidə inşa olunduğu, tüstü borusunun hündürlüyü 15 m, diametri 1000 mm olmaqla iddiaçının evindən 7 m məsafədə beton özül üzərində inşa olunduğu müəyyən edilmişdir.

48. Göründüyü kimi, qazanxana binası tələb olunandan təxminən 2 dəfə az məsafədə inşa olunmuşdur. Onun tüstü borusunun hündürlüyü də normadan artıq olmaqla təhlükə mənbəyi hesab olunur. Bunu işə əlavə olunmuş fotoşəkillərdən də açıq-aşkar seyzmək mümkündür.

49. Şikayətin dəlili olan cavabdehin üzərinə səs-küy səviyyəsi və vibrasiyanın aşağı salınması ilə bağlı tədbirlərin görülməsinə dair öhdəlik qoyulmasına münasibətdə kollegiya qeyd edir ki, məhkəmə iddia tələbinə yalnız irəli sürülən iddia həddində baxır.

50. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

51. Cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətləri təmin edilmədiyindən aparılmış ekspertiza tədiqatının dəyəri olan 100 manat cavabdehdən tutulmalıdır.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-49/2024 nömrəli iş üzrə 01 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti cavabdeh “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün vərəm sanatoriyası” X6 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar