Məhkəmə qərarları › İş №2(103)-3045/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3045/2024

11.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3045/2024 11.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X9 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil3 Məhəmməd qızının, Cavabdeh nümayəndəsi-vəkili Vəkil4 İsa oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1060/2024 saylı, 20 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2021-ci il tarixli, 7E-4220 reyestr nömrəli etibarnamədən görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 6480 saylı bağ ünvanda yerləşən 0,1174 ha torpaq sahəsinə dair iddiaçını bütün dövlət və qeyri-dövlət orqanlarında, təşkilatlarda, notariat kontorlarında, Asan xidmət mərkəzində, İcra Hakimiyyətində, AR ƏMDK DƏDRX Əİ-də təmsil edərək bütün sənədləşmə əməliyyatlarını aparmaq, lazımi sənədləri və arayışları toplamaq, təhvil vermək, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışı, forma 2 almaq, aldıqdan sonra sərəncam vermək, satmaq, bağışlamaq, dəyişmək, ipoteka/girov qoymaq, icarəyə vermək, pulunu almaq, buna dair müqavilələr imzalamaq, ərizə yazmaq, imza etmək və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etmək səlahiyyətləri Cavabdeh etibar etmişdir.

2. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 6480 saylı bağ ünvanda yerləşən 0,1174 ha torpaq sahəsi İddiaçı mülkiyyətində olmuşdur.

3. İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 6480 saylı bağ ünvanda yerləşən 0,1174 ha torpaq sahəsi 36.000 manat qarşılığında etibarnamə əsasında Cavabdeh tərəfindən X1.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqısı müqaviləsinə əsasən ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 6480 saylı bağ ünvanda yerləşən 0,1174 ha torpaq sahəsinin satışından əldə olunmuş 35.254,8 manat məbləğində pul vəsaitinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 195,76 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəfindən cavabdehə Bakı şəhəri 53 saylı notariat ofisində xx.xx.2021-ci il tarixli, 7E-4220 reyestr nömrəli etibarnamə verilmişdir. Bu etibarnamə ilə ona məxsus AR ƏMDK DƏDRX Əİ verdiyi xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəsi olan çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 6480 saylı bağ ünvanda yerləşən 0,1174 ha torpaq sahəsinə dair onu bütün dövlət və qeyri-dövlət orqanlarında, təşkilatlarda, notariat kontorlarında, Asan xidmət mərkəzində, İcra Hakimiyyətində, AR ƏMDK DƏDRX Əİ-də təmsil edərək bütün sənədləşmə əməliyyatlarını aparmaq, lazımi sənədləri və arayışları toplamaq, təhvil vermək, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışı, forma 2 almaq, aldıqdan sonra sərəncam vermək, satmaq, bağışlamaq, dəyişmək, ipoteka/girov qoymaq, icarəyə vermək, pulunu almaq, buna dair müqavilələr imzalamaq, ərizə yazmaq, imza etmək və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etmək səlahiyyətləri onun tərəfindən cavabdehə verilmişdir. Etibarnamə əsasında 5 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli AN-İ ******* nömrəli ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 6480 saylı bağ ünvanda yerləşən 0,1174 ha torpaq sahəsi 36000 manat qarşılığında cavabdeh tərəfindən X1. Lakin cavabdeh bundan sonra satışdan əldə etdiyi vəsaiti qohumluq münasibətlərindən istifadə edərək ona təqdim etməmiş, həmin vəsait əvəzində özünə avtomobil aldığını, pulu isə sonradan qazanıb qaytaracağını bildirmişdir. Cavabdeh tərəfindən vəsaitin əldə edilməsindən 2 ildən artıq zaman keçməsinə baxmayaraq borcundan bugünədək heç bir vəsait ödənməmişdir. Hətta göstərilən vəsaitə avtomobil alınıb-alınmadığını yoxlamaq məqsədilə Baş Dövlət Yol Polis İdarəsinə sorğu verilmiş, BDYPİ-nin xx.xx.2023-cü il tarixli cavab məktubu ilə cavabdehin adına nəqliyyat vasitəsinin qeydiyyata alınmadığı bildirilmişdir. Notariat işindən və alğı-satqı müqaviləsindən görünür ki, cavabdeh ona verilmiş etibarnamə əsasında ona məxsus torpaq sahəsini 36000 manat qarşılığında X6 adlı şəxsə satmışdır. Həmin məbləğdən 704,4 manat miqdarda sadələşdirilmiş vergi tutulmuşdur. Eləcə də, alğı-satqı əməliyyatı aparılması zamanı cavabdeh tərəfindən 10,4 manat dövlət rüsumu və 30,4 manat xidmət haqqı ödənilmişdir. Beləliklə də, ona məxsus torpaq sahəsinin satışından ümumilikdə 35254,8 manat vəsait əldə olunmuşdur. Vəsait əvvəl notariat ofisinin depozit hesabına qoyulmuş, daha sonra isə cavabdeh tərəfindən götürülmüşdür. Tərəfindən cavabdehə göstərilən vəsaitin qaytarılması üçün dəfələrlə müraciət və şifahi xəbərdarlıqlar olmasına baxmayaraq, cavabdeh ödənişi etməkdən yayınmışdır.

6. Cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək qeyd etmişdir ki, iddiaçı hüquqlarının pozulduğunu alqı-satqı olan tarixdən, yəni xx.xx.2021-ci ildən bilmişdir. Belə olan halda əgər doğrudan da, satışdan əldə edilmiş pula tələbi var idisə onda həmin vəsaiti iddiaçı ondan həmin andan tələb etməli idi. Lakin məlum olduğu kimi iddiaçı onun qayınatasıdır. Həmin bağ sahəsi də ona toy hədiyyəsi olaraq verilmişdir. İddiaçının qızı X2 ilə o, nikaha girən zaman iddiaçı həmin bağ sahəsini cavabdehə hədiyyə olaraq vermişdir. Artıq iddiaçının qızından boşanmaq barədə qərar verdiyi üçün iddiaçı məhz bu addıma əl atmışdır. Praktikada formalaşan işgüzar adətlərdən məlumdur ki, etibarnamə əsasında daşınmaz əmlak alqı-satqısı ilə bağlı münasibətlərdə hər hansı əmlakın alqı-satqısı olan kimi vəsait əmlakın sahibinə təqdim edilməlidir. Həmin vəsaiti istəmək üçün 3 ilə yaxın müddət gözləməyə ehtiyac yoxdur. 2008-ci ilin may ayında olmasa da, iyun və ya iyul aylarında artıq vəsaitin geri verilmədiyi iddiaçıya məlum idi. Yəni, nəzərdə tutulan vəsaiti geri almaq üçün 3 ilədək gözləmək məntiqsizdir və bu iddianın məhz onun tərəfindən iddiaçının qızından boşanmaq barədə qərarını bildirdikdən sonra qaldırılması əslində iddiaçının niyyətindən xəbər verir. Hətta hesab edilsə ki, belə bir hal var, o zaman da artıq iddia müddəti keçmişdir. Belə ki, bütün bunları nəzərə alan qanunverici iddiaların qaldırılması üçün iddia müddəti müəyyən edib və əsas məqsəd də, məhz uzun müddət keçdikdən sonra sübutların saxlanılmaması və ya digər hallarla bağlı mübahisələrə məhkəmələr tərəf baxılıb qərar verilməsi imkanlarının məhdudlaşmasının qarşısını almaqdır. Bu halda da, yaranmış münasibətlərin üzərindən 3 ilə yaxın müddət keçməsi, tərəflər arasındakı münasibətlərin pozulması (nikahın pozulması faktı ilə əlaqədar) artıq iş üzrə lazımi halların obyektiv araşdırılmasda məhdudiyyətlər yaradır ki, bu da sonra qeyri-obyektiv qərar qəbul edilməsi ilə nəticələnə bilər.

7. İddiaçı tərəf cavabdehin müddətin tətbiq edilməsi barədə ərizəsinə yazılı münasibəti məhkəməyə ünvanlayaraq bildirmişdir ki, mülki iş üzrə Cavabdeh tərəfindən məhkəməyə “iddia müddətinin tətbiq edilməsi barədə" ərizə təqdim edilmişdir. Ərizəni əsassız hesab edir və iş üzrə yekun qətnamə qəbul edilərkən nəzərə alınmasını mhkəmədən xahiş edir: İddia tələbinin hüquqi əsasını əsassız varlanma yox, qanunvericiliklə nəzərdə tutulmuş əqd əsasında cavabdehin öz vəzifələrini tam səkildə və lazımınca icra etməməsi, əldə etdiyi vəsaiti iddiaçıya gaytarmaması təşkil edir. Hazırkı iddia tələbindən də göründüyü kimi tərəfindən cavabdehə Bakı şəhəri 53 saylı notariat ofisində xx.xx.2021-ci il tarixli, 7E- 4220 reyestr nömrəli etibarnamə verilmişdir. Bu etibarnamə ilə ona məxsus olan AR ƏMDK DƏDRX Əİ verdiyi xx.xx.2021-cı il tarixli ********** qeydiyyat nömrəsi olan çıxarışa əsasən ünvan ünvanda yerləşən 0,1174 ha torpaq sahəsinə dair iddiaçını bütün dövlət və qeyri-dövlət orqanlarında, təşkilatlarda, Notariat kontorlarında, Asan xidmət mərkəzində, İcra Hakimiyyətində, AR ƏMDK DƏDRX Əİ-də təmsil edərək bütün sənədləşmə əməliyyatlarını aparmaq, lazımi sənədlər və arayışları toplamaq, təhvil vermək, Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışı, forma 2 arayışı almaq, aldıqdan sonra sərəncam vermək, satmaq, bağışlamaq, dəyişmək, ipoteka/girov qoymaq, icarəyə vermək, pulunu almaq, buna dair müqavilələr imzalamaq, ərizə yazmaq, imza etmək və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etmək səlahiyyətləri tərəfindən Cavabdeh verilmişdir. Göstərilən etibarnamə əsasən 5 saylı Bakı “ASAN xidmət" mərkəzində notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli, AN - İ № ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ona məxsus olan ünvan ünvanda yerləşən 0,1174 ha torpaq sahəsi 36.000 (otuz altı min) manat qarşılığında Cavabdeh tərəfindən X1. Lakin bundan sonra cavabdeh ona məxsus olan torpaq sahəsinin satılmasına görə əldə etdiyi vəsaiti qaytarmamışdır. Göründüyü kimi, iddia tələbinin hüquqi əsasını tərəfindən birtərəfli əqd (etibarnamə) əsasında cavabdehə ötürdüyü hüquqlar nəticəsində əmələ gəlmişdir. Cavabdeh etibarnamədə göstərilən hüquqlardan istifadə edərək alqı-satqı əməliyyatını həyata keçirtmiş, lakin yekunda əldə etdiyi vəsaiti etibar edən şəxsə təqdim etməli olsa da, bu vəzifəsini həyata keçirtməmişdir. Halbuki, Mülki Məcəllənin tələblərinə əsasən birtərəfli əqd əvəzsiz qaydada bağlanır və buna görə cavabdehin ona məxsus əmlakın satışından əldə olunmuş vəsaiti özündə saxlamaq hüququ yoxdur. Cavabdehin ərizəsinin hüquqi əsasını təşkil edən Mülki Məcəllənin əsassız varlanma anlayışının tələblərinin hazırkı mülki isə tətbiq etmək olmaz. İddia tələbindən və iş materiallarına əlavə olunmuş sübutlardan göründüyü kimi, tərəfindən cavabdehə notarial qaydada təsdiq edilmiş etibarnamə verilmişdir Bu etibarnamə də özlüyündə hüquqi əsas yaratmış və cavabdeh tərəfindən ona məxsus torpaq sahəsi notarial alqı-satqı yolu ilə üçüncü şəxsə satılmışdır. Cavabdehin ona qaytarmadığı pul vəsaiti ona verilmiş etibarnamə əsasında (qanuni əsas) apardığı alqı-satqı əməliyyatından əldə etdiyi pul vəsaitidir. Əgər ortada əqd varsa və mülki hüquq və vəzifələr həmin əqd əsasında tam şəkildə həyata keçirilməmişdirsə, bu zaman əsassız varlanma anlayışı öz təsirini itirir. Mülki Məcəllənin 373.2-ci maddəsində göstərilmiş müqavilə anlayış özündə birtərəfli əqdi də, hazırki iş üzrə isə desək etibarnaməni də ehtiva edir və bu işlət üzrə iddia müddəti üç il təşkil edir. Cavabdeh tərəfindən ona alqı-satqı əməliyyatından əldə edilmiş pul vəsaitinin qaytarılması vəzifəsi əməliyyat aparılan gün, xx.xx.2021-ci il tarixdə yaranmışdır. Beləliklə də, Mülki Məcəllənin tələblərinə əsasən iddiaçının xx.xx.2024-cü il tarixədək məhkəməyə müraciət etmək hüququ vardır. Hazırki mülki iş isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Göründüyü kimi, hazırki iş üzrə iddia müddətinin tətbiq edilməsi barədə ərizə bu səbəbdən əsassızdır. O, cavabdehə torpaq sahəsini toy hədiyyəsi kimi verməmişdir. Qızı ilə cavabdeh arasında nikah xx.xx.2019-cu il tarixdə bağlanmışdır və mübahisə predmetini təşkil edən torpaq sahəsinə dair etibarnamə isə tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixdə, yəni rəsmi nikahdan iki il sonra verilmişdir. Tarixlərə diqqət yetirdikdə birbaşa görünür ki, heç bir toy hədiyyəsindən söhbət belə gedə bilməz. Belə ki, toy hədiyyəsi ya toy qabağı, ya da toydan qısa müddət sonra verilən anlayışdır. Bundan əlavə əgər həqiqətən də cavabdehin iddia etdiyi kimi, torpaq sahəsi ona pay kimi verilmişdisə, bu zaman haqlı olaraq sual meydana çıxır ki, bəs nə üçün həmin torpaq sahəsi bağışlama müqaviləsi əsasında qayınata tərəfindən cavabdehə verilməmişdir Mülki Məcəllənin tələblərinə əsasən, hər hansı daşınmaz əmlakın yaxın qohumlar arasında bağışlama müqaviləsi mümkündür. Göründüyü kimi, o, sadəcə cavabdehə öz əmlakına dair etibarnamə əsasında bəzi hüquqları vermiş, cavabdeh həmin hüquqlardan istifadə edərək əmlakı satmış, lakin vəzifəsini yerinə yetirməyərək satışdan əldə olunmuş pul vəsaitini iddiaçıya geri qaytarmamışdır.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1060/2024 saylı, 20 fevral 2024cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.

9. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan Qərarında təsbit edilmiş hüquqi mövqeyi nəzərə alaraq hesab etmişdir ki, iddiaçının mülkiyyətində olmuş ünvan nin satışından əldə olunmuş vəsaitin avtomobil almaq məqsədi ilə cavabdehə hədiyyə olaraq verilməsi hər hansı yazılı əqdlə rəsmiləşməmiş, belə faktın mövcudluğu cavabdehin mülahizəsindən başqa heç bir sübutla təsdiqini tapmamışdır. Əksinə iddiaçının verdiyi xx.xx.2021-ci il tarixli, 7E-4220 reyestr nömrəli etibarnamə üzrə 5 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli AN-İ ******* nömrəli iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 6480 saylı bağ ünvanda yerləşən 0,1174 ha torpaq sahəsinin cavabdeh tərəfindən X3 36000 manatata satıldığı və əldə olunmuş vəsaitin öz mənafeyi üçün istifadə edildiyi iş üzrə tam sübuta yetirilir

10. Cavabdeh xx.xx.2021-ci il tarixli, 7E-4220 reyestr nömrəli etibarnamə əsasında iddiaçıya məxsus ünvan ni 36000 manatata satdığını inkar etmir, lakin həmin sahənin ona iddiaçı tərəfindən toy hədiyyəsi kimi verildiyini, habelə satışdan əldə olunan vəsaitə avtomobil aldığını bildirir. Sübutetmə yükü baxımından iddiaçıya məxsus ünvan nin satışından əldə olunmuş vəsaitin cavabdehə toy hədiyyəsi olaraq verildiyini, bir sözlə, etirazın hüquqi və fatiki əsaslarını sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşür. ünvan nin satışından əldə olunmuş vəsaitin avtomobil almaq məqsədi ilə cavabdehə hədiyyə olaraq verilməsi sübut olunmur.

11. Məhkəmə tərəfindən birtərəfli əqd olan xx.xx.2021-ci il tarixli, 7E-4220 reyestr nömrəli etibarnamədən irəli gələn tələblər nəzərə alındıqda isə iddia müddətinin üç il təşkil etdiyi müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya alqı-satqı əməliyyatından əldə edilmiş pul vəsaitinin qaytarılması vəzifəsi əməliyyat aparılan gün, yəni xx.xx.2021-ci il tarix əsas götürüldükdə iddiaçının xx.xx.2024-cü il tarixədək məhkəməyə müraciət etmək hüququnun mövcud olduğu aydın olur. Hazırki mülki iş isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Göründüyü kimi, cavabdehin hazırki iş üzrə iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsassızdır.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəllənin 16.1, 21, 359.1, 359.3, 362.1, 362.2, 385.1, 386.1, 442, 448.1, 777.1, 777.2 və 782.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1060/2024 saylı, 20 fevral 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, hər-hansı hüquqdan sui-istifadə etməmişdir. İddiaçının sifarişinə əsasən ona məxsus əmlakı satmış və dəyərini tam olaraq ona ödəmişdir. Məhkəmə isə qeyd edilən normanı tətbiq etməkdə yanlışlığa yol vermişdir. O, qeyd edilən bağ sahəsinin satışını iddiaçının tələbi ilə icra etmiş və alqı-satqıdan əldə etdiyi vəsait tamamilə iddiaçıya təqdim etmişdir. İddiaçı toy hədiyyəsi olaraq ona 28 000 manat vəsait vermişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən faktları araşdırmalı olduğu halda bunu etməmişdir və nəticədə qanunvericiliyin tələblərinə zidd qətnamə qəbul etmişdir. Tərəflər olaraq onların arasında olan münasibətlər onu deməyə əsas verir ki, həmin bağ sahəsinin satışından əldə olunan vəsaitin bir hissəsi hədiyyə olaraq onlara bağışlanmışdır. Məhkəmə isə bu halları araşdırmamış satışdan əldə olunan vəsaitin iddiaçıya təqdim edilməsi hallarına hüquqi qiymət verməmişdir. Belə olan halda məhkəmə qeyd edilən normanı tətbiq etməli idi. Lakin əfsuslar olsun ki, məhkəmə tətbiq edilməli normanı tətbiq etməmiş və qanunvericiliyin tələbinin pozulması ilə nəticələnən qərar qəbul etmişdir. Hədiyyənin bağışlanmasından 3 ildən artıq müddət keçmişdir və bu müddət ərzində iddiaçı tərəf həmin hədiyyənin bağışlanmasını bir dəfə də olsun mübahisələndirməmiş və həmin maddənin tələbinə əsasən mübahisələndirməklə bağlı müddəti də ötürmüşdür. İşdə olan sübutlar işin obyektiv araşdırılması üçün kifayət etmədiyi halda isə məhkəmə yeni sübutların təmin olunması üçün müvafiq tədbirlər görməlidir. Nəticədə yeni sübutlar əldə etdikdən sonra və bu sübutlar işin ədalətli həll olunması üçün kifayət etdiyi halda ədalətli qərar qəbul edilə bilər. Göründüyü kimi, məhkəmə sübutlara obyektiv baxmamış və nəticədə ədalətli və qanuni qətnamə qəbul etməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi-vəkili Vəkil4 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçı 7 may 2021-ci il tarixində ona məxsus torpaq sahəsinin satılması ilə bağlı etibarnamə vermişdir. Təmsil etdiyi şəxs iddiaçının qızı ilə ər-arvad münasibətlərində olmuş, rəsmi nikaha daxil olmuşlar. Nikahları pozulduqdan sonra bu məsələlər ortaya çıxmışdır. Nikah 2024-cü ilin 2 fevralda pozulmuşdur, bütün məsələlər nikah pozulduqdan sonrakı dövrə təsadüf edir. Bu dövrdə tərəflər arasında hazırkı daşınmaz əmlak, pul vəsaiti ilə bağlı hər-hansı tələb, irad bildirilməmişdir. Bununda əsası ondan ibarətdir ki, nikah dövründə qızın atası İddiaçı torpaq sahəsini qızı ilə kürəkəninə hədiyyə kimi bağışlamışdır. Həmin dövrdə daşınmaz əmlakın sənədləri rəsmi qaydada yerində olmadığına görə rəsmiləşdirməni notarial qaydada formalaşdırılması mümkün olmamışdır. Daşınmaz əmlakın üzərində rəsmi qeydə alınma 3 may 2021-ci il tarixinə təsadüf edir. 3 mayda şəxsin adına rəsmiləşir, 7 mayda etibarnamə verir və 8 mayda isə alğı-satqı həyata keçirilir. Bu illər ərzində nəyə görə səs çıxmayıb, əgər kürəkəni onu aldadıbsa nəyə görə hüquq-mühafizə orqanlarına müraciət etməyib. Əmlak 36 min manata satılmışdır. Tərəf hazırda 35 min manat pul tələb edir, hansıkı həmin məbləğ təmsil etdiyi şəxsə verilməyib, orada məbləğ daha az olub, 28 min manat hədiyyə olaraq verilmişdir. Burada toy hədiyyəsi olan bağışlamadan söhbət gedir və bağışlama olduğu halda burada müddət 1 ildir. Məhkəmə bağışlama münasibətlərini tapşırıq münasibətləri kimi ehtiva etməyə çalışmışdır. Əgər tərəfin mövqeyindən yanaşmağa çalışsa onda belə çıxır ki, onlar burada əsassız varlanmışlar. Əgər əsassız varlanmışdırsa onda MM-nin 1091-ci maddəsinin tələbləri tətbiq olunmalıdır, həmin tələblə bağlı iddia müddəti iki ildir. 3 ildən çox müddət keçmişdir. Pul vəsaiti ər-arvadın hər ikisinə bağışlanmışdır. Həmin pul vəsaitinə avtomobil alınmışdır. Həmin ərəfədə Adil DTX-ə işə düzəlirdi, onlardan həmin sənədlər təhvil alınıb, ona görə də atasının adına rəsmiləşdirilmişdir, atasının adına rəsmiləşmiş olsa da ümumi ailənin adına istifadəsi üçün nəzərdə tutulmuşdur. 28 min manata avtomobil alınmışdır. Toy ərəfəsində həmin hədiyyənin rəsmiləşdirilməsi mümkün olmamışdır. Torpaq sahəsinin ilkin rəsmiləşməsi, ilkin çıxarış alınması 2021-ci ilin may ayında həyata keçirilmişdir. Çıxarışdan sonra isə artıq onun satışından əldə olunmuş vəsait tərəflərə təqdim olunmuş, tərəflər isə nəqliyyat vasitəsini alaraq birgə istifadə etmişlər.

17. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Vəkil3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh avtomobil aldığını qeyd etmişdir. İş materiallarından isə görünür ki, onun adına heç bir avtomobil yoxdur. Avtomobil atasının adına alınmışdır. Birinci instansiya məhkəməsində cavabdeh qeyd etmişdir ki, avtomobili geri qaytarmağa hazırdır, həmin avtomobil isə 16 aprel 2024cü ildə artıq özgəninkiləşdirilmişdir. İddia müddəti ilə bağlı bildirmişdir ki, onlar istinad edir ki, 2024-cü ildə nikahları pozulmuşdur, lakin 2023-cü ilin dekabr ayında məhkəməyə müraciət olunan zaman cavabdeh öz ərizəsində qeyd etmişdir ki, onların artıq xeyli müddətdir ki, münasibətləri pozulmuşdur. Həmin ərəfədə artıq sorğular verilməyə başlanılmışdı. İş məhkəməyə verilənə qədər şəxs pulu verəcəyini bildirirdi, lakin daha sonra mövqelərini dəyişdilər, bağışlama olduğunu qeyd etdilər. O, elektron kabinetə hüquqlarını müdafiə etdiyi şəxsin səhhətində həmin vaxtı olan problemlərlə bağlı, hansı xəstəxanada stasionar müalicədə olub və hamısını təqdim etmişdir. Qarşı tərəf deyir ki, hədiyyədir, əgər hədiyyə idisə nəyə görə etibarnamə verilməli idi, belə olan halda bağışlama müqaviləsi bağlanardı. Bağışlama müqaviləsi kimi rəsmiləşdirilərdi.

Apellyasiya baxışının hədləri

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

21. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

22.Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.

23.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

24. 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinəvə ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

25. 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) olabilər.

26. 385.1 maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinəmüəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. 386.1 maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədənəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

28. 540.2-ci maddəsinə əsasən, tələblərin əvəzləşdirilməsi tələblərdən birinin icra müddətinin hələ çatmadığı, lakin bu tələbə hüququ olan tərəfin əvəzləşdirməyə tərəfdar olduğu halda da mümkündür. Tələblərin əvəzləşdirilməsi bu barədə digər tərəfə məlumat verməklə həyata keçirilir. Məlumat hər hansı şərtlə və ya müddətin müəyyənləşdirilməsi ilə bağlı olduqda etibarsızdır.

29. 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onunəsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

30. 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinəgötürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

31. 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər.Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

32. 782.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.

33. 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsasolmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

34. 1091.2-ci maddəsinə görə, əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cürvarlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermis sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

35. 1092.1-ci maddəsinə görə, Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə onaqaytarmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin

36. 14.2-ci maddəsinə əsasən, maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. 77.3-cü maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər

39. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin olunur, uzlaşmırsa (habelə cavabdehin etirazına və müdafiə vasitələrinə görə təmin oluna bilməzsə) rədd edilir.

42. Hazırkı işə mahiyyəti üzrə baxmış birinci instansiya məhkəməsi iddianın qanuni əsası kimi Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid maddələri nəzərdən keçirmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının mülkiyyətində olmuş ünvan nin verdiyi xx.xx.2021-ci il tarixli, 7E-4220 reyestr nömrəli etibarnaməyə əsasən cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə X3 36.000 manatata satıldığını və əldə olunmuş vəsaitin öz mənafeyi üçün istifadə edildiyini, yəni tapşırığın həyata keçirilməsi ilə əldə olunmuş pul məbləğinin iddiaçıya verilmədiyini müəyyən etmişdir.

43. Cavabdeh isə iddiaya etiraz ərizəsində, həmçinin apellyasiya şikayətində əvvəl bağ sahəsinin ona hədiyyə olaraq verildiyini göstərmiş, daha sonra isə iddiaçının sifarişinə əsasən sonuncuya məxsus əmlakı satdığını və satışından əldə olunmuş pulu tam olaraq ona verdiyini, məhkəmənin isə qeyd edilən normanı tətbiq etməkdə yanlışlığa yol verdiyini, çünki bu pulun 28.000 manat hissəsinin iddiaçının ona toy hədiyyəsi olaraq verdiyini, bu pula da ailəsinin ümumi istifadəsi üçün avtomobil aldığını qeyd etmişdir. O, həmçinin iddiaçının iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyini vurğulamışdır.

44. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd etməyi zəruri bilir ki, bu kateqoriyadan olan iddianın düzgün həlli üçün tərəflər arasında olan öhdəlik hüquq münasibətlərinin xarakteri və nəticəsi düzgün müəyyən edilməli, tərəflər arasında müqavilə (və ya ona bənzər) münasibətlərinin və ondan irəli gələn öhdəliklərinin mövcud olub-olmaması, həmçinin iddiaçı tərəfindən ödənildiyi bildirlən pul vəsaitinin bağışlama olub-olmaması hallarına hüquqi qiymət verilməlidir. Odur ki, iddianın qanuni əsasları yoxlanılarkən əvvəlcə müqavilədən irəli gələn, sonra müqavilə münasibətlərinə oxşar (məsələn, özgə işlərini tapşırıqsız aparma), daha sonra isə qanundan irəli gələn əsaslar (məsələn, əsassız varlanma və s.) yoxlanılmalıdır.

45. Belə ki, işin mübahisələndirilməyən hallarından göründüyü kimi iddiaçıya məxsus bağ sahəsi tərəfindən verilmiş etibarnamə və müvafiq göstəriş əsasında cavabdehin vasitəçiliyi ilə alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Fikir ayrılığını yaradan məsələ isə iddiaçıya məxsus əmlakın satışından əldə olunmuş pul vəsaiti ilə bağlıdır. İddiaçı cavabdeh tərəfindən tapşırığın icrası nəticəsində əldə olunanların ona verilmədiyini qeyd edir, cavabdeh isə etiraz edərək gah bağ sahəsinin, gah da qeyd olunan pul vəsaitinin bir hissəsinin ona toy hədiyyəsi olaraq verildiyini bildirir. Beləliklə hazırki mübahisənin predmetini tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinin məzmununun qeyri-müəyyən olması ilə əlaqədardır. Nəzərə alınmalıdır ki, hər iki tərəfin iddianın və iddiaya etirazın əsası kimi istinad etdiyi hallar onların arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibərlərinin yaranmasına dəlalət edə bilər.

46. Məhkəmə sübutetmə yükünü tərəflərin arasında düzgün bölüşdürməsi məqsədilə işin hallarını hər iki qanuni əsasla yoxlanılmasını zəruri hesab edir və eyni zamanda qeyd edir ki, iddiaçı onunla cavabdeh arasında tapşırıq müqaviləsinin bağlanması ilə yaranmış öhdəliyin cavabdeh tərəfindən lazımi qaydada icra edilmədiyini, cavabdeh isə iddiaçıya məxsus bağ sahəsinin satışından aldığı pul vəsaitinin sonuncuya qaytardığını, bununla da tərəf olduğu tapşırıq müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etdiyini, əmlakın satışından əldə edilmiş pul vəsaitinin bir qisminin isə daha sonra ona toy hədiyyəsi olaraq verildiyini, yəni tərəflər arasında bağışlama müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətlərinin yarandığını sübuta yetirməlidir. Belə ki, cavabdeh pulun ona verilməsində birbaşa iddiaçının iradə ifadəsinin mövcud olduğunu göstərmişdir.

47. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qaydanı əsas tutmalıdır: güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalı; sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; bu sübutlar bir birini təsdiq etməli və tamamlamalıdır; sübutlar birlikdə dəyəndirilməlidir.

48. Belə ki, iddiaçının tələbi Mülki Məcəllənin 777.1-ci və 782.1-ci maddələri çərçivəsində yoxlanılmalıdır. Həmin maddəyə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.

49. İddiaçıya məxsus bağ sahəsi tərəfindən verilmiş etibarnamə və müvafiq göstəriş əsasında cavabdehin vasitəçiliyi ilə alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilməsi işin mübahisələndirilməyən halıdır. Cavabdeh həmçinin əmlakın satışından əldə edilmiş pulu hədiyyəsi olduğu üçün, qaytarmadığını qeyd edir. Beləliklə iddiaçının iddia tələbinin faktiki əsası kimi istinad etdiyi hallar öz təsdiqini tapmaqdadır.

50. Əksinə cavabdehin təqdim etdiyi sübutlar əsasında iddiaçı tərəfindən ona hədiyyə olaraq müvafiq məbləğdə pulun verildiyi halı öz təsdiqini tapmır. İşin araşdırılan hallarından da görünür ki, cavabdehin qeyd etdiyi tarixlərdə “Mercedes Benz 180” markalı 10TR277 dövlət qeydiyyat nişanlı avtomobil atası X4 adına alınmış, hazırda isə sonuncu tərəfindən üçüncü şəxsin xeyrinə özgəninkiləşdirilmişdir. Beləliklə iddiaçının pulunu cavabdehə bağışlamasına dair açıq iradəbəyanı işə mahiyyəti üzrə baxan məhkəmə tərəfindən müəyyən olunmamışdır. Yuxarıda qeyd edilənlər də tərəflər arasında bağışlama müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmış olduğu istisna edilir.

51. Kollegiya pulun cavabdehin mülkiyyətinə hədiyyə olaraq verilməsinə dair sübut etmək yükünü cavabdehin daşıdığını, lakin onun bu halı sübuta yetirə bilmədiyini nəzərə alaraq hesab edir ki, birinci instnasiya məhkəməsi iddianın təmin edilməsi qənaətinə gəlməsi işdə olan sübutlara uyğun olmuşdur. 52.Məhkəmə kollegiyası həmçinin iddiaçının Mülki Məcəllənin 337.2-ci maddəsinə uyğun şəkildə üç illik müddəti ötürməməklə məhkəməyə müraciət etdiyi barədə gəldiyi qənaətlə də razılaşır. 53.Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 54.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 55.Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1060/2024 saylı, 20 fevral 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar