Məhkəmə qərarları › İş №2(103)-305/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-305/2024

06.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-305/2024 06.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, X8 qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh2 MMC-nin nümayəndəsi-vəkili Vəkil4, Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Nizami rayon İcra Şöbəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi, qeyri-yaşayış obyektlərinə istifadə və sahiblik etməyə yaradılan maneələrin qadağan edilməsi və sair” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, e-2(007)-431/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Nizami rayon İcra Şöbəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında ünvan 1 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində ümumi sahəsi 78,5 m2 olan Q/Y 1-B-2 saylı qeyri-yaşayış sahəsinə dair bağlanmış, MA-548 saylı xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edlilməsi, DƏDRX tərəfindən Cavabdeh1 adına verilmiş, ünvan 1 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində ümumi sahəsi 78,5 m2 olan Q/Y 1- B-2 saylı qeyri-yaşayış sahəsinə aid ********** saylı xx.xx.2020-ci il tarixli çıxarışın ləğv edilməsi, ünvan 2 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində ümumi sahəsi 78,5 m2 olan Q/Y 1-B-2 saylı qeyri-yaşayış sahəsinin boşaldılması və həmin sahənin cavadehlər Cavabdeh2 MMC və Cavabdeh1 alınaraq İddiaçı verilməsi, Cavabdeh2 MMC ilə Cavabdeh3 arasında Bakı şəhəri, Nizami rayon, Ş.Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsində yerləşən binanın 1-C-1 blokunda yerləşən qeyri-yaşayış sahəsinə dair 2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin qeyri-yaşayış sahəsinə xx.xx.2021-ci ildə DƏDRX tərəfindən verilmiş ********** saylı çıxarışın ləğv edilməsi, Bakı şəhər, Nizami rayon, Şirin Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsində yerləşən binanın 1-C-1 blokunda yerləşən qeyri-yaşayış sahəsinin 290 kv/m hissədə boşaldılaraq və həmin sahənin cavadehlər Cavabdeh2 MMC və Cavabdeh3 alınaraq İddiaçı verilməsi, Cavabdeh2 MMC ilə Cavabdeh9 arasında Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsində Cavabdeh2 MMC tərəfindən yeni inşa edilmiş binanın 1-ci mərtəbəsində Q/Y A-2 saylı qeyri- yaşayış sahəsinə dair xx.xx.2021- ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsində Cavabdeh2 MMC tərəfindən yeni inşa edilmiş binanın 1-ci mərtəbəsində ümumi sahəsi 91,1 m2 olan Q/Y A-2 saylı qeyri-yaşayış sahəsinin boşaldılaraq cavabdehlər, Cavabdeh2 MMC və Cavabdeh9 alınaraq İddiaçı təhvil verilməsi, Cavabdeh2 MMC ilə Cavabdeh8 arasında Bakı şəhəri Nizami rayonu Şirin Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsində Cavabdeh2 MMC tərəfindən yeni inşa edilmiş binanın 1-ci mərtəbəsində Q/Y A-3 saylı yaşayış sahəsinə dair xx.xx.2021-ci il tarixdə imzalanmış, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri Nizami rayonu Şirin Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsində Cavabdeh2 MMC tərəfindən yeni inşa edilmiş binanın 1-ci mərtəbəsində ümumi sahəsi 64 m2 olan Q/Y A-3 saylı yaşayış sahəsinin boşaldılması və həmin qeyri-yaşayış sahəsinin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh8 alınaraq İddiaçı təhvil verilməsi, Bakı şəhəri Nizami rayonu Şirin Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsində Cavabdeh2 MMC tərəfindən yeni inşa edilmiş binanın 1-ci mərtəbəsində ümumi sahəsi 64 m2 olan Q/Y A-3 saylı, ümumi sahəsi 91,1 m2 olan Q/Y A- 2 və ümumi sahəsi 78,5 m2 olan Q/Y 1-B-2 saylı qeyri-yaşayış, Bakı şəhər, Nizami rayon, M.Abbasov 6 ünvanında yerləşən binanın 1-C blokunda 1-ci mərtəbəsində yerləşən, 290 kv.m ümumi sahəsi olan qeyri-yaşayış obyektlərinə istifadə və sahiblik etməyə yaradılan maneələrin Cavabdeh2 MMC və digərlərinə qadağan edilməsi, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsində Cavabdeh2 MMC tərəfindən yeni inşa edilmiş binanın 1-ci mərtəbəsində ümumi sahəsi 64 m2 olan Q/Y A-3 saylı, ümumi sahəsi 91,1 m2 olan Q/Y A2 və ümumi sahəsi 78,5 m2 olan Q/Y 1-B-2 saylı, Bakı şəhər, Nizami rayon, M.Abbasov 6 ünvanında yerləşən binanın 1-C blokunda 1-ci mərtəbəsində yerləşən, 290 kv.m ümumi sahəsi olan qeyri-yaşayış obyektlərinə mülkiyyət hüququnu təsdiq edən sənədin çıxarışın İddiaçı adına verilməsi üçün müvafiq sənədlərin (binanın istismara qəbul aktı; ümumi iclasının gündəliyindən çıxarış, eskiz layihə və maliyyə arayışının) verilməsinin Cavabdeh2 MMC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 MMC ilə aralarında olan 05 avqust 2016-cı il tarixli öhdəliklərin və hüquqların alqı-satqı müqaviləsi mövcuddur. Həmin müqavilənin 1.2 bəndinə əsasən, “Sakin” DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı verilmiş **********07- 05101- 083001 reyst nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən xüsusi mülkiyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 63.3 kv.m olan qeyri-yaşayış sahəsini Akt əsasında (müqaviləyə 1 saylı əlavə) MMC-yə verir. Müqavilənin 1.3-cü bəndinə əsasən “MMC” həmin qeyri-yaşayış sahəsinin əvəzində müqavilə bağlandığı gündən 24 ay ərzində 64.kv.m ümumi sahəsi olan Q/Y A-3 saylı, tam təmirli qeyri-yaşayış sahəsini “Sakinə” İddiaçı təhvil verir. Müqavilənin 2.3 bəndinə əsasən cavabdeh, qeyri-yaşayış sahəsi təhvil verilənədək, “Sakinə” istifadə etdiyi qeyri yaşayış sahəsinin kirayə haqqı aylıq 500 AZN (beş yüz manat) olmaqla, təminatlı formada “X12 Azərbaycan” QSC-də “MMC” tərəfindən təmin olunmuş debet kart (Master Card) vasitəsi ilə (hər ayın 5-dək) ödəməyi öhdəlik götürür. Müqavilənin 2.13 bəndinə əsasən tərəflər öhdəlik götürür ki, “Tərəflərdən biri bu müqavilədə konkret müəyyən öhdəliklərə əməl etməməsi nəticəsində digər tərəfə dəyən ziyana görə məsuliyyət daşıyır. Cavabdeh2 MMC ilə aralarında olan 05 avqust 2016-cı il tarixli öhdəliklərin və hüquqların alqı-satqı müqaviləsi mövcuddur. Həmin müqavilənin 1.2 bəndinə əsasən, “Sakin” DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı verilmiş **********56- 05101-083001 reyst nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən xüsusi mülkiyətində olan, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 85.4 kv/m olan qeyri-yaşayış sahəsini Akt əsasında (müqaviləyə 1 saylı əlavə) MMC-yə verir. Müqavilənin 1.3-cü bəndinə əsasən “MMC” həmin qeyri-yaşayış sahəsinin əvəzində müqavilə bağlandığı gündən 24 ay ərzində 78.5 kv.m ümumi sahəsi olan Q/Y 1-B-2 saylı, tam təmirli qeyri-yaşayış sahəsini “Sakinə” İddiaçı təhvil verir. Müqavilənin 2.3 bəndinə əsasən cavabdeh, qeyri-yaşayış sahəsi təhvil verilənədək, “Sakinə” istifadə etdiyi qeyri-yaşayış sahəsinin kirayə haqqı aylıq 500 AZN (beş yüz manat) olmaqla, təminatlı formada “X12 Azərbaycan” QSC-də “MMC” tərəfindən təmin olunmuş debet kart (Master Card) vasitəsi ilə (hər ayın 5-dək) ödəməyi öhdəlik götürür. Müqavilənin 2.13 bəndinə əsasən tərəflər öhdəlik götürür ki, “Tərəflərdən biri bu müqavilədə konkret müəyyən öhdəliklərə əməl etməməsi nəticəsində digər tərəfə dəyən ziyana görə məsuliyyət daşıyır. Cavabdeh2 MMC ilə aralarında olan 05 avqust 2016-cı il tarixli öhdəliklərin və hüquqların alqı-satqı müqaviləsi mövcuddur. Həmin müqavilənin 1.2 bəndinə əsasən, “Sakin” DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı verilmiş **********61- 05101-083001 reyst nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən xüsusi mülkiyətində olan, ünvan 6 ünvanında yerləşən ümumisahəsi 76.9 kv.m olan qeyriyaşayış sahəsini Akt əsasında (müqaviləyə 1 saylı əlavə) MMC-yə verir. Müqavilənin 1.3cü bəndinə əsasən “MMC” həmin qeyri-yaşayış sahəsinin əvəzində müqavilə bağlandığı gündən 24 ay ərzində 91.1 kv.m ümumi sahəsi olan Q/Y A-2 saylı, tam təmirli qeyriyaşayış sahəsini “Sakinə” İddiaçı təhvil verir. Müqavilənin 2.3 bəndinə əsasən cavabdeh, Qeyri-yaşayış sahəsi təhvil verilənədək, “Sakinə” istifadə etdiyi qeyri yaşayış sahəsinin kirayə haqqı aylıq 500 AZN (beş yüz manat) olmaqla, təminatlı formada “X12 Azərbaycan” QSC-də “MMC” tərəfindən təmin olunmuş debet kart (Master Card) vasitəsi ilə (hər ayın 5dək) ödəməyi öhdəlik götürür. Müqavilənin 2.13 bəndinə əsasən tərəflər öhdəlik götürür ki, “Tərəflərdən biri bu müqavilədə konkret müəyyən öhdəliklərə əməl etməməsi nəticəsində digər tərəfə dəyən ziyana görə məsuliyyət daşıyır. Tərəflər arasında olan müqaviləyə əsasən tərəfindən üzərinə düşən öhdəlik tam şəkildə yerinə yetirilsədə lakin cavabdeh tərəfindən müqavilə şərtləri kobud şəkildə pozulmuşdur. Tərəflər arasında çoxsaylı məhkəmə çəkişmələri olmuş, nəticədə Bakı Apellyasiya Məhkəməsinin Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-359/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh2 MMC ilə İddiaçı arasında Bakı şəhəri 15 saylı notariat kontorunda bağlanmış xx.xx.2016-cı il tarixli, 3M-410, 3M-411, 3M-412 reyestr nömrəli öhdəliklərin və hüquqların alğı-satqı müqavilələri üzrə Bakı şəhəri Nizami rayonu Şirin Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsində Cavabdeh2 MMC tərəfindən yeni inşa edilmiş binanın 1-ci mərtəbəsində ümumi sahəsi 64 m2 olan Q/Y A-3 saylı, ümumi sahəsi 91,1 m2 olan Q/Y A-2 saylı və ümumi sahəsi 78,5 m2 olan Q/Y 1-B-2 saylı qeyri-yaşayış sahələrinin tam təmirli şəkildə İddiaçı təhvil verilməsinin Cavabdeh2 MMC-yə həvalə olunması, İddiaçı ilə Cavabdeh2 MMC arasında Bakı şəhəri 15 saylı notariat kontorunda bağanmış 3M410, 3M-411, 3M-412 reyestr nömrəli xx.xx.2016-cı il tarixli öhdəliklərin və hüquqların alğı-satqımüqavilələri üzrə hər ay 500 manat olmaqla 8 aylıq kirayə haqqı, yəni hər müqavilə üzrə 4000 manat olmaqla, 3 müqavilə üzrə cəmi 12000 manatın Cavabdeh2 MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmisdir. Məhkəmə qətnaməsinin icrası zamanı aydın olmuşdur ki, müqavilə öhdəliyinə əsasən ona təhvil verilməli olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2020-ci il tarixdə Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Buna səbəb Cavabdeh2 MMC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışı və Cavabdeh1 ilə MMC arasında bağlanmış MA-548 saylı xx.xx.2022-ci il tarixli müqavilə olmuşdur. Bundan başqa Bakı şəhəri Nizami rayonu Şirin Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsində Cavabdeh2 MMC tərəfindən yeni inşa edilmiş binanın 1-ci mərtəbəsində ümumi sahəsi 64 kv.m olan Q/Y A-3 saylı, ümumi sahəsi 91,1 kv.m olan Q/Y A-2 saylı əmlaklar mövcuddur ki, həmin qeyri-yaşayış sahələrinində ona İddiaçı təhvil verilməsinə dair qanuni qüvvəsini almış məhkəmə aktı mövcuddur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, e-2(007)- 431/2023 saylı qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında 2016-cı ildə öhdəliklərin alqı-satqı müqaviləsi imzalanmış və həmin müqavilədən irəli gələn öhdəliklər səbəbi ilə tərəflər arasında məhkəmə çəkişmələri olmuşdur. Nəticədə qanuni qüvvəsini almış məhkəmə aktı İddiaçı xeyrinə qəbul edilmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında qeyd edir ki, həmin vaxt əmlakların üzərində hər hansı məhdudiyyət olmadığından məhz həmin əmlakları digər şəxsə satmaqda haqlı olmuşdur. Birinci inistansiya məhkəməsi isə bu hala qiymət verərkən cavabdehin gətirdiyi bu arqumentlə razılaşır və nəzərə almır ki, cavabdeh həmin əmlakları satarkən məhz əmlaklar barəsində mübahisə olduğunu bilirdi. Bundan başqa cavabdeh həmqanuni qüvvəsini almış məhkəmə qətnaməsi həm də aralarında olan daha öncə bağlanmış (2016cı ildə) müqavilə öhdəliyinin olduğunu bildiyi halda məhz həmin əmlakları məhkəmə mübahisəsi dövründəsatmış, həmin əmlaklar barədə əvvələlər keçirilmiş məhkəmə iclaslarında satılmasına dair heç bir sübut təqdim edə bilməmişdir. Bundan başqa birinci instansiya məhkəməsi tərəfindən məhkəmə araşdırması zamanı tərəflərin həqiqi iradə ifadələri araşdırılmamış, tərəflər arasında yaranmış problem və mübahisənin nəticəsinə bir başa təsir edəcək bütün faktiki hallar araşdırılmamış sadəcə olaraq cavabdehin formal və qanunazidd etirazı əsas tutularaq iddia tələbi rədd edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası MM-nin 354-cü maddəsinin tətbiqi barədə əsaslandırmasında birinci instansiya məhkəməsi düzgün olmayan qənaətə gəlmişdir. Qanuni qüvvəsini almış, AzərbaycanRespublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarında müəyyən edilmişdir ki, “kassator, kassasiya şikayətində binanın birinci mərtəbəsində yerləşən qeyriyaşayış sahələrinin cavabdehin mülkiyyətində deyil, digər şəxslərə satıldığını qeyd etsədə, nə birinci, nə də apellyasiya icraatı mərhələsində məhkəməyə heç bir sübut təqdim etməyib. Kassasiya icraatı mərhələsində isə cavabdeh tərəf bu hala, yəni sözügedən qeyri-yaşayış sahələrinin kimlərə satılması və həmin sahələrə dair müqavilələrin bağlanıbbağlanmamasına, belə bir müqavilənin faktiki olaraq mövcud olmasına dair məsələyə aydınlıq gətirə bilmədi”. Qanuni qüvvəsini almış məhkəmə aktı ilə müəyyən edilmiş hallar sonradan mübahisələndirilmir və təkrar sübuta yetirilmir. Yəni Cavabdeh2 MMC qeyd edilən mübahisəli qeyri-yaşayış sahələrini 2019-2021-ci ildə satmış olsa idi həmin vaxt müqavilələri məhkəmə iclaslarında təqdim edə bilərdi ki, bu da həmin vaxt başqa qətnamənin qəbul edilməsinə səbəb ola bilər və ya iddiaçı həmin vaxt həmin müqavilələrə dair hər hansı hüquqi tədbir görə bilərdi. Hesab edilir ki, cavabdeh tərəfindən həmin vaxt həmin əmlaklar satılmadığından müqavilələr təqdim edilməmiş və yenədə hesab edilir ki, həmin müqavilələr sonradan tərtib edilməklə məhz məhkəmə qətnaməsinin icrasının qeyrimümkün edilməsinə əsaslanmış eyni zamanda etibarsız əqdlər olmuşdur. Göründüyü kimi birinci instansiya məhkəməsinin əqdin etibarsızlığı ilə bağlı tətbiq etdiyi müddət iddiaçı tərəfindən ötürülməmişdir. Eyni zamanda Cavabdeh2 MMC tərəfindən İddiaçı verilməli olan qeyri-yaşayış sahələrinə dair digər qaydada əqdlər bağlanarkən, cavabdeh “Cavabdeh2 MMC -nin binanın 1-C-1 blokunda yerləşən qeyri-yaşayış sahəsi, 1-B-2, 1-A- 3 və 1-A-2 saylı sahələri üzrə artıq məhkəmənin İddiaçı lehinə qəbul etmiş olduğu qətnaməsinin mövcudluğu barədə məlumatı var idi. Cavabdehin həmin qətnamənin qanuni qüvvəsini almadan qeyri-yaşayış sahələrinin satılmasına dair gətirdiyi arqumentlər tamamıilə əsassız olmuşdur. Ən azından cavabdeh digər vətəndaşlara münasibətdə dəfələrlə alqı-satqı proseslərində iştirak etmiş və alqı-satqı proseslərində mübahisə predmeti olan əmlaklarla bağlı məlumatlı olmuş yəni bu tip işlərdə daha təcrübəli olmuşdur. Hesab edilir ki,cavabdehin bu hal ilə bağlı gətirdiyi arqument ağlabatan hesab edilə bilməzdi və işin həlli üçün əhəmiyyətli hal idi. Birinci inistansiya məhkəməsi bu hala düzgün hüquqi qiymət verməmiş və məhz bu səbəbdən də tətbiq etdiyi hüquq normaları yanlış tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4563/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi-vəkili elektron kabinet vasitəsilə məhkəməyə ərizə və barışıq sazişi tədqim edərək barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə ekspert rəyi məhkəməyə daxil olaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-305/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili barışıq sazişinin əslini və iddiadan imtina edilməsi barədə ərizələri məhkəmə kollegiyasına təqdim edərək barışıq sazişinin təsdiq edilməsini, iddiadan imtinanın qəbul edilib iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 MMC-nin və Cavabdeh1 nümayəndələri-vəkilləri ayrı-ayrılıqda izahat verərək barışıq sazişinin təsdiq olunmasını, iddiadan imtinaya dair ərizələrin qəbul edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış sazişini, iddiadan imtinaya dair ərizələri nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, barışıq saziş təsdiq edilməli, iddiadan imtinalar qəbul edilərək iş üzrə icraata xitam verilməlidir. Belə ki, təqdim edilmiş barışıq sazişinin şərtlərindən görünür ki, İddiaçı aşağıda qeyd olunan öhdəlikləri öz üzərinə götürür: Saziş imzalandığı tarixdən 10 (on) iş günü müddətində VESTA CONUSTURUCTİON şirkətinə, həmin şirkətin təsisçisi X2 və eləcə də həmin şirkətin keçmiş qanuni təmsilçisi X3 pul və istənilən digər vəsaitlərin alınmasına yönəlmiş bütün iddialarından, eləcə də, istənilən hüquq-mühafizə orqanlarına təqdim edilmiş ərzə və şikayətlərindən imtina etməli, həmçinin qanuni qüvvəsini almış məhkəmə aktları üzrə icraata (o cümlədən məcburi icra orqanlarına) xitam verilməsi üçün müvafiq ərizələr təqdim etməlidir; Tərəflərin arasında (İddiaçı, VESTA CONSTRUCTİON, X5 və X6 daxil olmaqla) hazırkı Sazişin imzalandığı tarixədək olmuş və ya hazırda mövcud istənilən mübahisə və ya həmin mübahisələrlə bağlı yaranan və ya onlardan irəli gələn hər-hansı məsələ ilə bağlı mübahisə, iddia və ya istənilən digər formada tələb irəli sürməmək; Tərəflərin arasında (İddiaçı, VESTA CONSTRUCTİON, X5 və X6 daxil olmaqla) olmuş hər-hansı mübahisə üzrə yekun məhkəmə aktının icrasına xitam vermək məqsədi ilə tələb olunan istənilən ərizə və digər sənədləri tərtib və imza etmək, məhkəmə və istənilən digər orqanlara, müəssisə və təşkilatlara təqdim etmək; Bu Sazişin şərtlərinin məxfiliyinə ciddi riayət etmək, yəni bu Sazişin şərtləri haqqında məlumatı məxfi saxlamaq, Sazişin şərtləri haqqında məlumatı şifahi, yazılı və hər-hansı digər formada hər hansı üçüncü şəxsə yaymamaq; internetdə, kütləvi informasiya vasitələrində və hər-hansı digər mənbələrdə bununla bağlı heç bir bəyanat dərc etməmək və yaymamaq, habelə VESTA CONUSTURUCTİON şirkəti, və/və ya şirkətin təsisçisi X2 və qanuni təmsilçi X4 onunla əlaqəli olan digər şəxslər barəsində onların şəxsiyyətinə, imicinə və/və ya işgüzar nüfuzuna heç bir şəkildə, heç bir formada, mənfi təsir göstərə bilən bəyanatlar və açıqlamalar verməmək. VESTA CONUSTURUCTİON şirkəti aşağıda qeyd olunan öhdəlikləri öz üzərinə götürür: Bu Saziş üzrə İddiaçı öz üzərinə götürdüyü öhdəlikləri icra etdikdən sonra, A) hazırkı barışıq sazişi qüvvəyə mindikdən dərhal sonra ünvan 7 ünvanda inşa edilmiş binanın A blokunun 1-ci mərtəbəsində yerləşən ümumi 207 kv.metr-dən ibarət olan qeyri-yaşayış sahəsini və həmin qeyri-yaşayış sahəsinin altında yerləşən (yarı-zirzəmidə) ümumi 200 kv.metr-dən ibarət olan qeyri- yaşayış sahəsini İddiaçı təqdim etmək; və(B) VESTA CONSTRUCTİON şirkəti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi ünvanında inşa edilən tikinti kompleksin inşası başa çatdığı vaxtda, hər bir halda müqavilə imzalandığı vaxtdan 2 (iki) il gec olmayaraq, bir və ya bir neçə sahədən ibarət olan, lakin ümumilikdə 100 kv.metr sahəsindən ibarət olan qarajı və ya qarajları İddiaçı təqdim etmək. Hazırkı Saziş imzalandığıdan sonra qarşılıqlı razılıq əsasında VESTA CONUSTURUCTİON şirkəti tərəfindən 05 avqust 2016-cı il tarixli “Öhdəliklərin və hüquqların alqı-satqı müqavilələri” üzrə icarə haqqı ilə əlaqədar 6.500 (altı min beş yüz) manat ödənilməsini nəzərə almaqla, qalıq ümumi 105.500 (yüz beş min beş yüz) manat məbləğində borc 1 (bir) il, yəni 12 (on iki) ay müddətində tam olaraq ödəniləcək. Tərəflər bu Saziş üzrə bütün öhdəliklərinin vaxtında və lazımınca icrası ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş tam həcmdə məsuliyyət daşıyırlar. Tərəflərdən birinin bu Saziş üzrə öhdəliklərini icra etməməsi, habelə lazımınca icra etməməsi bu Saziş üzrə digər Tərəfə öhdəliklərin icrası tələbi ilə məhkəməyə müraciət etmək və öz öhdəliklərini icra etməkdən imtina etmək hüququnu yaradır. Hər bir Tərəf digər Tərəfə bütün zəruri sənədləri və məlumatları təqdim etməyi, habelə digər Tərəfin öhdəliklərini icra etmək üçün şərait yaratmaq məqsədi ilə bu Saziş üzrə digər hərəkətlərini yerinə yetirməyi öhdəsinə götürür. Tərəflər bu Sazişin şərtlərini tam başa düşdüklərini və qəbul etdiklərini, bu Sazişin bağlanması zamanı Tərəflərin hər birinin sağlam düşüncəyə və möhkəm yaddaşa malik olduğunu, tam hüquq qabiliyyətinə və fəaliyyət qabiliyyətə malik olduqlarını və onların fəaliyyət qabiliyyətinin heç bir şəkildə məhdudlaşdırılmadığını təsdiq edirlər. Tərəflər heç bir təzyiqə və ya başqa təsirə məruz qalmadıqlarını, bu Sazişi bağlamağa məcbur edilmədiklərini, Tərəflərin hər birinin bu Sazişin mənasını tam şəkildə dərk etdiyini və onu tamamilə könüllü olaraq bağladığını təsdiq edirlər. Bu Saziş yalnız məhkəmə qərardadı ilə təsdiq edildikdən sonra (ondan qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə şikayətin verilmədiyi təqdirdə) qanuni qüvvəyə minir. Buna görə Tərəflər hazırkı Sazişi onların arasında Bakı Apellyasiya Məhkəməsində davam edən 2(103)-4563/2023 №-li iş üzrə məhkəməyə təqdim edəcəklər. Hər iki Tərəf Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2, 191, 261.05 və 262.4-cü maddələrinin məzmunu ilə tanış olduqlarını təsdiq edir, onlara bu maddələrdə nəzərdə tutulmuş tələblər, mahiyyət və nəticələr izah edilib, yəni onlara aydındır ki, məhkəmə işləri üzrə icraata barışıq sazişi əsasında xitam verildikdə, eyni Tərəflərin eyni predmetlə və eyni əsaslarla məhkəməyə müraciət etmək hüququ olmayacaq. Bu Saziş qüvvəyə mindikdən sonra Tərəflər arasında istənilən mübahisələrlə bağlı əvvəllər imzalanmış və şifahi əldə edilmiş bütün digər razılaşmalar qüvvəsini itirmiş hesab ediləcək. Hazırkı Saziş Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilmişdir. Sazişin bir nüsxəsi Bakı Apellyasiya Məhkəməsinə verilir, ikinci nüsxəsi iddiaçıda, üçüncü şəxsdə və cavabdehdə, saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.4 və 261.0.5-ci maddələrinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa; tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. Həmçinin, qeyd edilən Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması və iddiadan imtina edilməsi qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi təsdiq edilməli, iddiadan imtinalar qəbul Azərbaycan Respublikası MPM-nin 261.0.4 və 261.0.5-ci maddələrinə əsasən, mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 119, 191, 261-264, 370, 400, 402 və 405ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, e-2(007)- 431/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: 1.1.1.Saziş imzalandığı tarixdən 10 (on) iş günü müddətində VESTA CONUSTURUCTİON şirkətinə, həmin şirkətin təsisçisi X2 və eləcə də həmin şirkətin keçmiş qanuni təmsilçisi X3 pul və istənilən digər vəsaitlərin alınmasına yönəlmiş bütün iddialarından, eləcə də, istənilən hüquq-mühafizə orqanlarına təqdim edilmiş ərzə və şikayətlərindən imtina etməli, həmçinin qanuni qüvvəsini almış məhkəmə aktları üzrə icraata (o cümlədən məcburi icra orqanlarına) xitam verilməsi üçün müvafiq ərizələr təqdim etməlidir; 1.1.2.Tərəflərin arasında (İddiaçı, VESTA CONSTRUCTİON, X5 və X6 daxil olmaqla) hazırkı Sazişin imzalandığı tarixədək olmuş və ya hazırda mövcud istənilən mübahisə və ya həmin mübahisələrlə bağlı yaranan və ya onlardan irəli gələn hər-hansı məsələ ilə bağlı mübahisə, iddia və ya istənilən digər formada tələb irəli sürməmək; 1.1.3.Tərəflərin arasında (İddiaçı, VESTA CONSTRUCTİON, X5 və X6 daxil olmaqla) olmuş hər-hansı mübahisə üzrə yekun məhkəmə aktının icrasına xitam vermək məqsədi ilə tələb olunan istənilən ərizə və digər sənədləri tərtib və imza etmək, məhkəmə və istənilən digər orqanlara, müəssisə və təşkilatlara təqdim etmək; 1.1.4.Bu Sazişin şərtlərinin məxfiliyinə ciddi riayət etmək, yəni bu Sazişin şərtləri haqqında məlumatı məxfi saxlamaq, Sazişin şərtləri haqqında məlumatı şifahi, yazılı və hər-hansı digər formada hər hansı üçüncü şəxsə yaymamaq; internetdə, kütləvi informasiya vasitələrində və hər-hansı digər mənbələrdə bununla bağlı heç bir bəyanat dərc etməmək və yaymamaq, habelə VESTA CONUSTURUCTİON şirkəti, və/və ya şirkətin təsisçisi X2 və qanuni təmsilçi X4 onunla əlaqəli olan digər şəxslər barəsində onların şəxsiyyətinə, imicinə və/və ya işgüzar nüfuzuna heç bir şəkildə, heç bir formada, mənfi təsir göstərə bilən bəyanatlar və açıqlamalar verməmək. 1.2. VESTA CONUSTURUCTİON şirkəti aşağıda qeyd olunan öhdəlikləri öz üzərinə götürür: 1.2.1. bu Saziş üzrə İddiaçı öz üzərinə götürdüyü öhdəlikləri icra etdikdən sonra, A) hazırkı barışıq sazişi qüvvəyə mindikdən dərhal sonra ünvan 7 ünvanda inşa edilmiş binanın A blokunun 1-ci mərtəbəsində yerləşən ümumi 207 kv.metr-dən ibarət olan qeyri-yaşayış sahəsini və həmin qeyri-yaşayış sahəsinin altında yerləşən (yarı-zirzəmidə) ümumi 200 kv.metr-dən ibarət olan qeyri- yaşayış sahəsini İddiaçı təqdim etmək; və (B) VESTA CONSTRUCTİON şirkəti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi ünvanında inşa edilən tikinti kompleksin inşası başa çatdığı vaxtda, hər bir halda müqavilə imzalandığı vaxtdan 2 (iki) il gec olmayaraq, bir və ya bir neçə sahədən ibarət olan, lakin ümumilikdə 100 kv.metr sahəsindən ibarət olan qarajı və ya qarajları İddiaçı təqdim etmək. 1.2.2. Hazırkı Saziş imzalandığıdan sonra qarşılıqlı razılıq əsasında VESTA CONUSTURUCTİON şirkəti tərəfindən 05 avqust 2016-cı il tarixli “Öhdəliklərin və hüquqların alqı-satqı müqavilələri” üzrə icarə haqqı ilə əlaqədar 6.500 (altı min beş yüz) manat ödənilməsini nəzərə almaqla, qalıq ümumi 105.500 (yüz beş min beş yüz) manat məbləğində borc 1 (bir) il, yəni 12 (on iki) ay müddətində tam olaraq ödəniləcək.

2. Tərəflər bu Saziş üzrə bütün öhdəliklərinin vaxtında və lazımınca icrası ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş tam həcmdə məsuliyyət daşıyırlar. Tərəflərdən birinin bu Saziş üzrə öhdəliklərini icra etməməsi, habelə lazımınca icra etməməsi bu Saziş üzrə digər Tərəfə öhdəliklərin icrası tələbi ilə məhkəməyə müraciət etmək və öz öhdəliklərini icra etməkdən imtina etmək hüququnu yaradır.

3. Hər bir Tərəf digər Tərəfə bütün zəruri sənədləri və məlumatları təqdim etməyi, habelə digər Tərəfin öhdəliklərini icra etmək üçün şərait yaratmaq məqsədi ilə bu Saziş üzrə digər hərəkətlərini yerinə yetirməyi öhdəsinə götürür.

4. Tərəflər bu Sazişin şərtlərini tam başa düşdüklərini və qəbul etdiklərini, bu Sazişin bağlanması zamanı Tərəflərin hər birinin sağlam düşüncəyə və möhkəm yaddaşa malik olduğunu, tam hüquq qabiliyyətinə və fəaliyyət qabiliyyətə malik olduqlarını və onların fəaliyyət qabiliyyətinin heç bir şəkildə məhdudlaşdırılmadığını təsdiq edirlər.

5. Tərəflər heç bir təzyiqə və ya başqa təsirə məruz qalmadıqlarını, bu Sazişi bağlamağa məcbur edilmədiklərini, Tərəflərin hər birinin bu Sazişin mənasını tam şəkildə dərk etdiyini və onu tamamilə könüllü olaraq bağladığını təsdiq edirlər.

6. Bu Saziş yalnız məhkəmə qərardadı ilə təsdiq edildikdən sonra (ondan qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə şikayətin verilmədiyi təqdirdə) qanuni qüvvəyə minir. Buna görə Tərəflər hazırkı Sazişi onların arasında Bakı Apellyasiya Məhkəməsində davam edən 2(103)-4563/2023 №-li iş üzrə məhkəməyə təqdim edəcəklər.

7. Hər iki Tərəf Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2, 191, 261.05 və 262.4-cü maddələrinin məzmunu ilə tanış olduqlarını təsdiq edir, onlara bu maddələrdə nəzərdə tutulmuş tələblər, mahiyyət və nəticələr izah edilib, yəni onlara aydındır ki, məhkəmə işləri üzrə icraata barışıq sazişi əsasında xitam verildikdə, eyni Tərəflərin eyni predmetlə və eyni əsaslarla məhkəməyə müraciət etmək hüququ olmayacaq.

8. Bu Saziş qüvvəyə mindikdən sonra Tərəflər arasında istənilən mübahisələrlə bağlı əvvəllər imzalanmış və şifahi əldə edilmiş bütün digər razılaşmalar qüvvəsini itirmiş hesab ediləcək. Hazırkı Saziş Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilmişdir. Sazişin bir nüsxəsi Bakı Apellyasiya Məhkəməsinə verilir, ikinci nüsxəsi iddiaçıda, üçüncü şəxsdə və cavabdehdə, saxlanılır. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Nizami rayon İcra Şöbəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi, qeyri-yaşayış obyektlərinə istifadə və sahiblik etməyə yaradılan maneələrin qadağan edilməsi və sair” iddia tələbindən imtina ərizələri qəbul edilsin və mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə məsrəfləri tərəflərin özlərinə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pulun 50 manatı iddiaçıdan, 50 manatı cavabdeh "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar