Məhkəmə qərarları › İş №2(103)-3057/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3057/2021

19.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3057/2021 19.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elmira Nağıyeva və Xəyalə Cəmilovadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı-cavabdeh İddiaçı, onun vəkili Qoşqar Abbasovun, Cavabdeh2, cavabdeh-iddiaçı Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi barədə” iddiasına və iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 və İddiaçı qarşı “avtomobilin qaytarılması və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə “Mercedes Benz C 240” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlıdır (bundan sonra – avtomobil). Avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsusdur. İddiaçı avtomobili əldə etmək üçün Cavabdeh2 11.300 manat pul ödəyib. Cavabdeh1 isə xx.xx.2020-ci ildə avtomobilə dair İddiaçı adına 1 il müddətinə etibarnamə verib. Sonradan tərəflərin arasında mübahisə yaranıb, tərəflər pul və avtomobili bir-birindən geri tələb ediblər. Tələb və onun həlli: Hazırkı iş əvvəl ayrı-ayrı 2 işdən ibarət olub, daha sonra birləşdirilib. 1-ci iş üzrə İddiaçı iddia ərizəsində 2 tələb irəli sürülüb: 1) avtomobilə görə ödənilmiş 11.300 manat pulun 7.000 manatı Cavabdeh1, 4.300 manatı isə Cavabdeh2 alınaraq İddiaçı verilsin; 2) maddi zərərin əvəzi kimi 3.000 manat, mənəvi zərərin əvəzi kimi 2.000 manat Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı verilsin. 2-ci iş üzrə Cavabdeh1 iddia ərizəsində 2 tələb irəli sürülüb: 1) avtomobil Cavabdeh2 və İddiaçı alınaraq Cavabdeh1 qaytarılsın; 2) mənəvi zərərin əvəzi kimi 3.000 manat Cavabdeh2 və İddiaçı alınaraq Cavabdeh1 verilsin. Qətnamə ilə qət olunub: 1) İddiaçı iddiası qismən təmin olunsun, Cavabdeh1 7.000 manat, Cavabdeh2 4.300 manat alınaraq İddiaçı verilsin, həmin iddianın qalan hissəsi təmin olunmasın; 2) Cavabdeh1 iddiası qismən təmin olunsun, avtomobil Cavabdeh2 və İddiaçı alınaraq Cavabdeh1 qaytarılsın, həmin iddianın qalan hissəsi təmin olunmasın. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə Cavabdeh1 7.000 manat pulun alınaraq İddiaçı verilməsi hissəsində ləğv olunsun və həmin tələb rədd olunsun. Məhkəmə iclasında iştirak edən, cavabdeh-iddiaçı Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil bildirdi ki, avtomobilə görə Cavabdeh1 hər hansı pul məbləği verilməyib, ona görə də Cavabdeh1 apellyasiya şikayəti təmin olunmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı-cavabdeh İddiaçı, onun vəkili Qoşqar Abbasov və Cavabdeh2 bildirdilər ki, apellyasiya şikayəti əsassızdır, ona görə də qətnamənin mübahisələndirilən hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Qətnamənin yoxlanılması: Qətnamənin bir hissəsi - Cavabdeh1 7.000 manat pulun alınaraq İddiaçı verilməsi hissəsi mübahisələndirildiyinə görə yalnız həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmışdır. Yoxlanılan hissədə qətnamə ləğv edilməli və həmin tələb rədd olunmalıdır. Belə ki, İddiaçı avtomobil əldə etmək üçün xx.xx.2020-ci il tarixdə Cavabdeh2 11.300 manat pul verib. Bu, işin mübahisəsiz halıdır: İddiaçı 11.300 manat pulu Cavabdeh2 verdiyini bildirir, Cavabdeh2 isə həmin pul aldığını etiraf edir. Cavabdeh2 bildirir ki, İddiaçı ona verdiyi 11.300 manat pulun 7.000 manatını Cavabdeh1 (avtomobilin mülkiyyətçisinə) çatdırılması üçün Əbil Zeynalova verib. Cavabdeh1 nümayəndəsi vasitəsilə məhkəməyə bildirib ki, Əbil Zeynalov 7.000 manat pulu ona verməyib. Bu halın aydınlaşdırılması üçün Əbil Zeynalov apellyasiya icraatı zamanı şahid qismində dindirilib. X2 ifadəsindən görünür ki, 7.000 manat pul onun özündədir, o, pulu Cavabdeh1 verməyib. Belə ki, həmin ifadəyə görə Cavabdeh2 7.000 manat pulu Əbil Zeynalova əvvəlcə o məqsədlə verib ki, Cavabdeh1 çatdırsın. Əbil Zeynalov pulu Cavabdeh1 çatdırmaq üçün onun yanına gedib, lakin Cavabdeh1 7.000 manat pulu Əbil Zeynalovdan götürməyib, deyib ki, pulu bötöv (qalan hissəsi ilə birlikdə) gətirsin. Buna görə də 7.000 manat pul Əbil Zeynalovda qalıb. Daha sonra Cavabdeh2 Əbil Zeynalova deyib ki, həmin 7.000 manat pul ona (Əbil Zeynalova) çatacaq. Belə ki, Soltan X1rşısında pul öhdəliyi olub. Həmin pul öhdəliyi belə yaranıb: daha əvvəl X3 Səfərova 6.500 manat pul verib ki, onun üçün xarici ölkədən avtomobil gətirsin. Lakin Cavabdeh2 avtomobil gətirməyib, bu işi görmək üçün təyin olunmuş müddət isə keçib. Ona görə də Cavabdeh2 Əbil Zeynalova bildirib ki, 7.000 manat pulun 6.500 manatı ondan aldığı pulun əvəzi kimi Əbil Zeynalovda qalacaq, qalan 500 manat isə avtomobil gətirmək barədə vədini vaxtında icra etmədiyinə görə zərərin əvəzi kimi Əbil Zeynalova çatacaq. Beləliklə, 7.000 manat pul Əbil Zeynalovdadır. Həmin pulun Əbil Zeynlovda olmasının nə dərəcədə qanuni olub-olmaması hazırkı işdə həll edilməli olan məsələ deyil. Hazırkı iş üçün əhəmiyyəti olan hal odur ki, 7.000 manat pul Cavabdeh1 verilib, ya verilməyib. Çünki 7.000 manat pul Cavabdeh1 tələb olunur. Müəyyən olunur ki, həmin pul Cavabdeh1 verilməyib. İş üzrə birinci instansiya məhkəməsində icraat zamanı 7.000 manat pulun Cavabdeh1 verildiyini təsdiq edən sübut olmayıb. Əksinə, iş materiallarına olan, müstəntiq tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarda Əbil Zeynalovun izahatı əks olunub (iş v. 54). Həmin izahatdan görünür ki, X3 Əhmədov ilə aralarında olan münasibətlə bağlı belə məzmunda izahat verib: “... öz pulunu istəyəndə ... ona verdiyi 7 min manatın onun pulunun qarşılığı olduğunu, Cavabdeh1 isə 12 min manatını ayrılıqda verəcəyini və ya maşını qaytaracağını bildirmişdir”. Mülki hüquqda əşyalar müəyyən olunma əlamətinə görə 2 yerə bölünür :1) növ əlamətinə görə müəyyən olunan əşyalar; 2) fərdi əlamətə görə müəyyən olunan əşyalar. Hazırkı işdə mübahisə predmeti puldur, pul isə növ əlamətinə görə müəyyən olunan əşyadır. İddiaçı 7.000 manat pulu (növ əlamətinə görə müəyyən olunan əşyanı) 11.300 manatın daxilində Cavabdeh2 verib. O, nə Cavabdeh1, nə də Əbil Zeynalova pul verməyib. Pul Cavabdeh2 verildikdən sonra Cavabdeh2 özündə olan pulu (növ əlamətinə görə müəyyən olunan əşyanı) kimə və hansı məqsədlə veribsə, bu, Cavabdeh2 ilə həmin şəxslərin arasında həll edilməli olan məsələdir. İddiaçı pulunu (növ əlamətinə görə müəyyən olunan əşyanı) kimə veribsə həmin şəxsən geri tələb edə bilər. O, pulu Cavabdeh2 verib. Əgər mübahisənin predmeti fərdi əlamətə görə müəyyən olunan əşya olsayıdı, belə halda əşya hazırda kimin sahibliyndədirsə ondan tələb oluna bilərdi. Mülki Məcəllənin 1092-ci maddəsi əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsini müəyyən edib. Cavabdeh1 7.000 manat pula münasibətdə əsassız varlanmış şəxs sayılmır. Ona görə də həmin pul Cavabdeh1 tutula bilməz. O cümlədən Cavabdeh1 məhkəmə xərcləri tutula bilməz, çünki ona qarşı yönəlmiş tələb əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi Cavabdeh1 7.000 manat pul tutulması hissəsində ləğv edilsin və İddiaçı Cavabdeh1 qarşı “7.000 manat pulun qaytarılması barədə” tələbi rədd olunsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar