Məhkəmə qərarları › İş №2(103)-306/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-306/2023

24.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-306/2023 24.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Birinci iş üzrə iddiaçı Cavabdeh1 cavabdehlər X19, X10, X6, X9, X14, X20 və X4 qarşı “cavabdehlərin mənzilə olan istifadə hüquqlarına xitam verilməsi, onarın əşyaları ilə birlikdə mənzildən çıxarılmaları və mənzilin iddiaçıya təhvil verilməsi” tələbinə dair, İkinci iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı müqavilənin mövcud olmamasının müəyyən olunması, alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış bütün qeydiyyatların və həmin qeydiyyatlara dair verilmiş çıxarışların qanunsuz (əsassız) hesab olunaraq, ləğv olunmaları, mənzilin iddiaçının mülkiyyətinə qaytarılması tələbinə dairmülki iş üzrə Açar sözlər:(istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və.s) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X25 və X8 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, Birinci iş üzrə cavabdeh X3 vəkili, ikinci iş üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Birinici iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(002)- 56/2021 saylı qətnaməsindən cavabdeh X7 tərəfindən və ikinci iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2(005)-2606/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Cavabdeh1 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, 5a saylı evin, 18 saylı mənzilini İddiaçı alğı-satqı yolu ilə aldığını və mülkiyyətçi olmasına istinad edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində X19, X10, X6, X9, X14, X20 və X4 qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 2.İddiaçı mülkiyyətində olan mənzilin Cavabdeh1 satılmasından xəbərsiz olduduğunu bildirərək, müqavilənin mövcud olmamasının müəyyən olunması, alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış bütün qeydiyyatların və həmin qeydiyyatlara dair verilmiş çıxarışların qanunsuz (əsassız) hesab edilməsi iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir. a) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində icraat 3.Birinci iş üzrə iddiaçı Cavabdeh1 cavabdehlər X19, X10, X6, X9, X14, X20 və X4 qarşı “cavabdehlərin mənzilə olanistifadəhüquqlarına xitam verilməsi, onarın əşyaları ilə birlikdə mənzildən çıxarılmaları vəmənzilin iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 4.İddia təələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini xx.xx.2017-ci il tarixdə notariat qaydasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən İddiaçı almış, həmin vaxtdan mənzilin mülkiyyətçisidir. Lakin Notariat X2 çıxarış aldıqda ona məlum olmuşdur ki, mənzildə qeydiyyatda olan əvvəlki sakinlər ona məxsus olan mənzildə qeydiyyatda qalmışlar. O, mənzilində qeydiyyatda olan şəxslərin heç birini tanımır. Tanımadığı adamların mənzilində qeydiyyatda olmaları əlavə kommunal xərclərə səbəb olur, eyni zamanda, kənar şəxslərin ona məxsus olan mənzildə qeydiyyatda olması və yaşaması onun mülkiyyət hüquqlarını pozur. 5.Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(002)-56/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər X23, X15, X11, X12, X21, X24 və X3 ünvan 2 ünvanda yerləşən yaşayış sahəsindən çıxarılmaları, mənzilin boşaldırılaraq, Cavabdeh1 təhvil verilməsi qət edilmişdir. 6.İş materiallarında olan 13 aprel 2017-ci il tarixli, AN-İ № 031580 saylı daşınmaz əmlakın alğısatqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, ev 5a, 18 saylı mənzili İddiaçı tərəfindən Cavabdeh1 satılmışdır. 7.İş materiallarında olan “Elektron notariat” X2 çıxarışın surətindən görünür ki, X23, X15, X11, X12, X21, X24 və X7 ünvan 2 ünvanda yerləşən yaşayış sahəsində qeydiyyatdadırlar. 8.Məhkəmə qeyd etmişdir ki, ünvan 3 ünvanda yerləşən yaşayış sahəsi İddiaçı tərəfindən X5 hər hansı şərt müəyyən edilmədən satılmışdır. Bu baxımdan cavabdeh İddiaçı mülkiyyətində olan yaşayış sahəsini iddiaçıya satmaqla, həm onun həm də mübahisəli mənzildə qeydiyyatda olan digər şəxslərin sahiblik və istifadə hüquqlarına xitam verilmiş, müqavilə üzrə cavabdehlərin yaşayış sahəsindən istifadə qaydaları müəyyən edilməmişdir. Lakin buna baxmayaraq həm iddiaçı həm də mübahisəli mənzildə qeydiyyatda olan digər cavabdehlər həmin yaşayış sahəsindən qeydiyyatdan çıxmamış, yaşayış sahəsini könüllü olaraq tərk etməmişlər. Halbuki, mübahisəli yaşayış sahəsi iddiaçının mülkiyyətinə yüklü vəziyyətdə keçməmiş, daşınmaz əşya üzərində mülkiyyət hüququnun yüklü hala keçməsinə səbəb olan məhdud əşya hüququ ilə bağlı sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında müqavilə bağlanmamış və bu müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. 9.Həmçinin nəzərə alınmalıdır ki, mübahisəli yaşayış sahəsi 13 aprel 2017-ci il tarixli, AN-İ № 031580 saylı müqaviləyə əsasən Cavabdeh1 adına özgəninkiləşdirilmişdir. Bu səbəbdən də, iddiaçı tərəfin müqavilənin bağlanmış hesab edilməsi barədə dəlilləri əsaslı sayıla bilməz. 10.Məhkəmə qeyd etmişdir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur.Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir.Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. 11.Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, cavabdehlər X23, X15, X11, X12, X21, X24 və X7 ünvan 3 ünvanında yerləşən yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılmalı, mənzil iddiaçıya təhvil verilməlidir. 12.Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, Mülki Məcəllənin 152.1-ci maddələrinə istinad etmişdir. b) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində icraat 13.İkinci iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı müqavilənin mövcud olmamasının müəyyən olunması, alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış bütün qeydiyyatların və həmin qeydiyyatlara dair verilmiş çıxarışların qanunsuz (əsassız) hesab olunaraq, ləğv olunmaları, mənzilin iddiaçının mülkiyyətinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixdə 22 saylı notariat kontorunda 4Ə-69 reyestr nömrəsi altında ünvan 2-ə dair alqısatqı müqaviləsi bağlanmamasının, belə bir əqdin mövcud olmamasının müəyyən olunması, eləcə də, bu daşınmaz əmlak üzərində cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2017-ci il tarixli, ********** nömrəli qeydiyyatın qanunsuz (etibarsız) sayılaraq, bu qeydiyyatın və RX seriyalı ******* nömrəli çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 14.İddia ərizəsi onunla əsaslandırılır ki, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2(002)-56/2021 saylı işüzrə olan xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 X1 və qeyrilərinə qarşı “cavabdehlərin mənziləolan istifadə hüquqlarına xitam verilməsi, onların əşyaları ilə birlikdə mənzildən çıxarılmaları və mənzilin iddiaçıya təhvil verilməsi” barədə iddiası qismən təmin edilərək, cavabdehlərin ünvan 2 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılmaları, mənzilin boşaldılaraq, iddiaçıya təhvil verilməsi qət edilmişdir. Bu iş üzrə iddiaçı tərəf kimi cəlb olunmamışdır. Cavabdeh1 iddiaçıdan başqa evdə qeydiyyatda olan digər şəxslərə qarşı tələb irəli sürsə də, bu tələbi iddiaçıya qarşı verməmişdir. ünvan 2 iddiaçının mülkiyyətindədir və bu ünvan üzrə qeydiyyatdadır. Bu əmlak üzərində mülkiyyət hüququ xx.xx.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində tam payda qeydiyyata alınmışdır. Məhkəmə aktından sonra iddiaçıya məlum olmuşdur ki, Cavabdeh1 ilə iddiaçı arasında bu əmlaka dair xx.xx.2017-ci il tarixdə 22 saylı notariat kontorunda 4Ə-69 reyestr nömrəsi altında alqı-satqı müqaviləsi bağlanmış olduğu, iddiaçının mənzili cavabdehə 40.000 manata satdığı qeyd olunmuşdur. Lakin iddiaçı cavabdehi tanımır, onunla belə bir razılaşması olmayıb və onunla hər hansı alqı-satqı müqaviləsi bağlamamışdır. İddia ərizəsinə əlavə etdiyi 43 saylı notariat ofisinin notariusu E.Qurbanovun xx.xx.2021-ci il tarixli 879 saylı məktubundan təsdiq olunur ki, Bakı şəhəri 22 saylı notariat ofisində xx.xx.2017-ci il tarixində 4Ə-69 reyestrlə daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə və onların qeydə alındığı reyestr kitabına baxış keçirilərək, İddiaçı ilə Cavabdeh1 arasında alqı-satqı müqaviləsi aşkar edilməmişdir. Beləliklə, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixdə 22 saylı notariat kontorunda 4Ə-69 reyestr nömrəsi altında ünvan 2-ə dair hər hansı alqı-satqı müqaviləsi bağlanmamışdır, belə bir müqavilə mövcud deyildir. Buna dair tərtib olunmuş sənəd isə saxtadır. 15.İkinci iş üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixdə 22 saylı notariat kontorunda 4Ə-69 reyestr nömrəsi altında ünvan 2-ə dair alğı-satqı müqaviləsi bağlanmamasının, belə bir əqdin mövcud olmamasının müəyyən olunması, ünvan 2-ə dair olan xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, ünvan 2-ə dair həmin əqdlər üzrə cavabdehlər Cavabdeh1 və X16 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış bütün qeydiyyatların və həmin qeydiyyatlara dair verilmiş çıxarışların qanunsuz (əsassız) hesab olunaraq, ləğv olunmaları, ünvan 2-in iddiaçının mülkiyyətinə geri qaytarılması barədə qətnamə qəbul etməsini xahiş etmişdir. 16.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2(005)- 2606/2021 saylı qətnaməsi ilə (hakim-Əmirxanova Kəmalə) iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixdə 22 saylı notariat kontorunda 4Ə-69 reyestr nömrəsi altında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi,Nizami küçəsi, ev 5a, mənzil 18-ə dair alğı-satqı müqaviləsinin mövcud olmamasınınmüəyyən olunması, ünvan 2-ə dair olan xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli alğısatqı müqavilələrinin etibarsız hesab edilməsi, ünvan 2-ə dair həmin əqdlər üzrə cavabdehlər Cavabdeh1 və X16 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış bütün qeydiyyatlar və həmin qeydiyyatlara dair verilmiş çıxarışların ləğv edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur. 17.İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********17 saylı məktubdan müəyyən olunur ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, ev 5a, 18 saylı mənzil xx.xx.2010-cu il tarixdə İddiaçı adına ilkin qeydiyyatdan keçmişdir.22 saylı DNK-nın 4Ə/69 reyestr nömrəli xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. 34 saylı DNK-nın 4Ə/218 reyestr nömrəli xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən X16 adına qeydiyyatdan keçmişdir. 34 saylı DNK-nın 4Ə/248 reyestr nömrəli xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. 18.İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışdan müəyyən olunur ki, ünvan 2 tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2010-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. 19.İş materiallarında olan xx.xx.2017-ci il tarixli, AZ-İ 031580 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, satıcı İddiaçı öz mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 84.55 kv.m, yaşayış sahəsi 57.95 kv.m, yardımçı sahəsi 26.6 kv.m olan 5 otaqlı mənzili tam mülkiyyət üzrə alıcı Cavabdeh1 40 000 manat pula satıb. 20.İş materiallarında olan Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)-56/2021 saylı qətnamədən görünür ki, cavabdehlər X23, X15, X11, X12, X21, X24 və X3 ünvan 2 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılmaları, mənzilin boşaldılaraq Cavabdeh1 təhvil verilməsi qət edilmişdir. 21.İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan müəyyən olunur ki, ünvan 2 tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına xx.xx.2017-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. 22.İş materiallarında olan xx.xx.2017-ci il tarixli, AZ-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, satıcı Cavabdeh1 öz mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 84.55 kv.m mənzili tam mülkiyyət üzrə alıcı X20 40 000 manat pula satıb. 23.İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan müəyyən olunur ki, ünvan 2 tam mülkiyyət hüququ üzrə X16 adına xx.xx.2017-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. 24.İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan müəyyən olunur ki, ünvan 2 tam mülkiyyət hüququ üzrə X16 adına xx.xx.2017-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. 25.İş materiallarında olan xx.xx.2017-ci il tarixli, AZ-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən müəyyən olunur ki, satıcı X24 öz mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 84.55 kv.m mənzili tam mülkiyyət üzrə alıcı Cavabdeh1 40 000 manat pula satıb. 26.İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan müəyyən olunur ki, ünvan 2 tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına xx.xx.2017-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. 27.İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 43 saylı Notariat Ofisi tərəfindən 15 aprel 2021-ci il tarixli, 879 saylı müraciətə cavab məktubundan müəyyən olunur ki, Bakı şəhəri 22 saylı notariat ofisində xx.xx.2017-ci il tarixdə 4Ə-69 saylı reyestrlə daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə və onların qeydı alındığı reyestr kitabına baxış keçirərək İddiaçı ilə Cavabdeh1 arasında alğı-satqı müqaviləsi aşkar edilmədi. 28.İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 34 saylı Notariat Ofisi tərəfindən 21 iyun 2021-ci il tarixli, 52/2021 saylı müraciətə cavab məktubundan müəyyən olunur ki, satıcı X24 ilə alıcı Cavabdeh1 arasında 08 avqust 2017-ci il tarixdə, 4Ə-248 nömrə ilə qeydə alınmış alğı-satqı müqaviləsinə dair məlumatlar elektron notariat informasiya sistemində, həmçinin Bakı şəhəri 34 saylı Notariat Ofisinin jurnallarında aşkar edilməmişdir. 29.İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 34 saylı Notariat Ofisi tərəfindən 02 avqust 2021-ci il tarixli, 63/2021 saylı müraciətə cavab məktubundan müəyyən olunur ki, satıcı Cavabdeh1 ilə alıcı X24 arasında 06 iyul 2017-ci il tarixdə, 4Ə-218 nömrə ilə qeydə alınmış alğı-satqı müqaviləsinə dair məlumatlar elektron notariat informasiya sistemində, həmçinin Bakı şəhəri 34 saylı Notariat Ofisinin jurnallarında aşkar edilməmişdir. 30.İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********99 saylı məktubdan müəyyən olunur ki, ünvan 2 ünvanı ilə bağlı xx.xx.2017-ci il tarixli, AZ-İ 031580 nömrəli, xx.xx.2017-ci il tarixli, AZ-İ ******* nömrəli və xx.xx.2017-ci il tarixli, AZ-İ ******* nömrəli müqavilələrə dair dövlət reyestrində, habelə arxiv əsaslarında məlumat (sənəd) mövcuddur. 31.İş materiallarında olan Cavabdeh1 tərəfindən Nərimanov Rayon prokuroruna ünvanlanmış xx.xx.2018-ci il tarixli 384-1-18 saylı ərizənin mətnindən müəyyən olunur ki, Cavabdeh1 qeyd edir ki, ünvan 2 və ünvan 8 ünvanında yerləşən iki mənzili aldə etdikdən bir müddət sonra ona məlum olmuşdir ki, aldığı mənzillərin başqa mülkiyyətçiləri var və onu aldadıblar. 32.İş materiallarında olan 06 iyun 2018-ci il tarixli zərər çəkmiş şəxs qismində tanıma haqqında qərardan müəyyən edilir ki, Cavabdeh1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 33.Məhkəmə qeyd etmişdir ki, mülki işin araşdırılmış halları ilə iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, ev 5a, 18 saylı mənzilin xx.xx.2010-cu il tarixdə İddiaçı adına ilkin qeydiyyatdan keçməsi, 22 saylı DNK-nın 4Ə/69 reyestr nömrəli xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına qeydiyyatdan keçməsi, 34 saylı DNK-nın 4Ə/218 reyestr nömrəli xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən X16 adına qeydiyyatdan keçməsi, 34 saylı DNK-nın 4Ə/248 reyestr nömrəli xx.xx.20170-ci il tarixli alğısatqı müqaviləsinə əsasən Cavabdeh1 adına qeydiyyatdan keçməsi və hazırda mülkiyyətində olması, 22 saylı DNK-nın 4Ə/69 reyestr nömrəli xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinin notariat ofisində qeydə alınmadığını və müvafiq olaraq reyestr kitabında aşkar edilmədiyi müəyyən edilmişdir. 34.Məhkəmə həmçinin qeyd etmişdir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. 35.Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının mənzilinin cavabdehin və digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsinin əsası ən əvvəl xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsi olmuşdur ki, həmin müqavilə rəsmi reyestrlərdə qeydə alınması tələb edilən müqavilələrə aiddir, lakin məhkəmə araşdırılması zamanı belə qeydiyyat aşkar edilmədi. Dövlət reyestrində qeydiyyatdan keçməyən daşınmaz əmlakın alğı-satqısı barədə müqavilənin hüquqi qüvvəsi olmadığından, onun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların da hüquqi qüvvəsi ola bilməz, həmin qeydiyyatlar və onlara dair verilmiş çıxarışlar da qanuni hesab edilə bilməz. Qeyd edilənlərə əsaslanaraq, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixdə 22 saylı notariat kontorunda 4Ə-69 reyestr nömrəsi altında ünvan 2-ə dair alqı-satqı müqaviləsinin mövcud olmamasının müəyyən olunmalı, ünvan 2-ə dair olan xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli alqı-satqı müqavilələri etibarsız hesab edilməli, ünvan 2-ə dair həmin əqdlər üzrə cavabdehlər Cavabdeh1 və X16 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış bütün qeydiyyatlar və həmin qeydiyyatlara dair verilmiş çıxarışlar ləğv olunmalıdır. 36.Mübahisəli mənzilin iddiaçının mülkiyyətinə geri qaytarılması barədə iddia tələbini məhkəmə qeyri müəyyən hesab etmiş və onun təmin edilməsini mümkün hesab etməmişdir, çünki mülkiyyət hüququnun qeydə alınması daşınmaz əmlakın dövlət reyestrinə məxsus olan səlahiyyətdir. 37.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1, 337.2, 337.3, 337.4, 337.5, 339.1, 646.1, 648.1, 139.1, 152, 178, 82.4: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 38.İkinci iş üzrə iddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. Apellyasiya instansiya məhkəməsindəki icraat 39.Birinci iş üzrə cavabdeh X7 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(002)-56/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(002)-56/2021 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. 40.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh və onun ailə üzvləri olan digər cavabdehlər yaşadıqları mənzilin nə iddiaçıya nə də hər hansı şəxsə özgəninləşdirilməsi ilə bağlı razılıq ərizəsi yazmamışdır, o cümlədən bu özgəninkiləşdirmə zamanı mənzil hüququndan istifadə etməmişdir. 41.İkinci iş üzrə Cavabdeh1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2(005)-2606/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2(005)-2606/2021 saylı qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. 42.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hakim iddianı icraata götürdükdə AR MPM-in 149-150-cimaddələrinin tələbini pozaraq iddiaçının adı keçən mənzilə mülkiyyət hüququnu təsdiq edən çıxarışın əslinin və ya notarial qaydada təstiqlənmiş surəti olmadığını bilə-bilə icraata götürmüşdür. İddiaçı iddia edir ki, alğı-satqı olmayıb. Belə olan halda mənzilə aid çıxarışın əslini məhkəməyə təqdim edə bilərdi. Mülkiyyət hüququnu təstiq edən sənəd Çıxarış yoxdur. 43.Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 mart 2022-ci il tarixli, 2(103)-2429/2022 saylı qərardadı ilə hər iki mülki işlər bir icraatda birləşdirilmişdir. c)Məhkəmə icraatı iştirakçılarının izahatları 44.Məhkəmə kollegiyasının iclasında birinci iş üzrə cavabdeh X3 vəkili, ikinci iş üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə qarşı tərəfin apellyasiya şikayətini qəbul etmədi, öz apellyasiya şikayətinlərinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. 45.Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən digər tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 46.Maddə 6.2. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 47.Maddə 139.1.Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 48.Maddə 139.3.Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir 49.Maddə 139-1.1.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -139-1.1.3.Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 50.Maddə 146.1.Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 51.Maddə 146.2.Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 52.Maddə 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 53.Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 54.Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 55.Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 56.Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 57.Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 58.Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 59.Maddə 648.1.Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 60.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 61.Maddə 115.0.1.İşə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 62.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 63.Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 64.Maddə 384.0.2.Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 65.Maddələr 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsiməhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Apellyasiya baxışının hədləri 66.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 67.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarınınəzərə alaraq qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini ikinci iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2(005)-2606/2021 saylı qətnaməsinin iddianın qismən təmin edilən hissəsində Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə aid hissədə, birinci iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(002)-56/2021 saylı qətnaməsinin cavabdeh X3 apellyasiya şikayətinin dəlillərinə aid hissədə qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 68.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, ilk olaraq ikinci iş üzrə qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinə qiymət verilməlidir. 69.Kollegiya ilk öncə qeyd edir ki, ikinci iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi iddianı qismən təmin edərkən Mülki Məcəlləinin 339.1-ci maddəsinə istinad etməklə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. 70.Buna görə də kollegiya hesab edir ki, ikinci iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2(005)-2606/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməlidir. 71.İkinci iş üzrə İddiaçı məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2017ci il tarixdə 22 saylı notariat kontorunda 4Ə-69 reyestr nömrəsi altında ünvan 2-ə dair alğı-satqı müqaviləsi bağlanmamasının, belə bir əqdin mövcud olmamasının müəyyən olunması, ünvan 2-ə dair olan xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, ünvan 2-ə dair həmin əqdlər üzrə cavabdehlər Cavabdeh1 və X16 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış bütün qeydiyyatların və həmin qeydiyyatlara dair verilmiş çıxarışların qanunsuz (əsassız) hesab olunaraq, ləğv olunmalarını xahiş etmişdir. 72.Kollegiya qeyd edir ki, mübahisə xx.xx.2017-ci il tarixli, 22 saylı notariat kontorunda 4Ə-69 reyestr nömrəsi altında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi,Nizami küçəsi, ev 5a, mənzil 18-ə dair alğı-satqı müqaviləsi ilə bağlı yarandığından və müqavilənin etibarlılığı işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb etdiyindən, ilk öncə qeyd olunan hala hüquqi qiymət verilməsi zəruridir. 73.Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 43 saylı Notariat Ofisi tərəfindən 15 aprel 2021-ci il tarixli, 879 saylı müraciətə cavab məktubundan müəyyən olunur ki, Bakı şəhəri 22 saylı notariat ofisində xx.xx.2017-ci il tarixdə 4Ə-69 saylı reyestrlə daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə və onların qeydı alındığı reyestr kitabına baxış keçirərək İddiaçı ilə Cavabdeh1 arasında alğı-satqı müqaviləsi aşkar edilməmişdir. 74.Digər tərəfdən məhkəmə kollegiyasının 01 fevral 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilərək ekspert rəyi alınmışdır. 76.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/330 saylı ekspert rəyinə əsasən, ekspertizaya təqdim olunmuş, İddiaçı adından olan xx.xx.2017-ci il tarixli, AZ-İ 031580 nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin sonunda “Satan” hissəsindəki imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 77.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 78.Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 34 saylı Notariat Ofisi tərəfindən 21 iyun 2021-ci il tarixli, 52/2021 saylı müraciətə cavab məktubundan müəyyən olunur ki, satıcı X24 ilə alıcı Cavabdeh1 arasında 08 avqust 2017-ci il tarixdə, 4Ə-248 nömrə ilə qeydə alınmış alğı-satqı müqaviləsinə dair məlumatlar elektron notariat informasiya sistemində, həmçinin Bakı şəhəri 34 saylı Notariat Ofisinin jurnallarında aşkar edilməmişdir. 79.Bundan başqa Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 34 saylı Notariat Ofisi tərəfindən 02 avqust 2021-ci il tarixli, 63/2021 saylı müraciətə cavab məktubundan müəyyən olunur ki, satıcı Cavabdeh1 ilə alıcı X24 arasında 06 iyul 2017-ci il tarixdə, 4Ə-218 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinə dair məlumatlar elektron notariat informasiya sistemində, həmçinin Bakı şəhəri 34 saylı Notariat Ofisinin jurnallarında aşkar edilməmişdir. 80.Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericiliyə gorə əqd mülki hüquq munasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yonəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və muqavilə şəklində (ikitərəfli və ya coxtərəfli) ola bilər. 81.Muqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çoxtərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya gorə deyil, həm də ağlabatan muhakimə əsasında muəyyənləşdirilməlidir. (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri) 82.Kollegiya qeyd edir ki, mülki qanunvericiliyə əsasən əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən heç olmazsa birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Qanunda əqdlərin etibarlı olması üçün dörd qrup şərtin (tələbin) olması göstərilir. Bu şərtlər qanunda nəzərdə tutulmuşdur: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdlərin etibarsızlığına səbəb olur. 83.Əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəllənin 337-349cu maddələrində təsbit edilmişdir. 84.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa gorə bu Məcəllə ilə muəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mubahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mubahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 85.Hazırkı halda isə işin araşdırlmış hallarından da göründüyü kimi, mübahisələndirilən 22 saylı notariat kontorunda xx.xx.2017-ci il tarixli, 4Ə-69 reyestr nömrəsi altında ünvan 2-ə dair alğı-satqı müqaviləsində “Satan” hissəsindəki imza-İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 86.Həmçinin Bakı şəhəri 22 saylı notariat ofisində xx.xx.2017-ci il tarixində 4Ə-69 saylı reyestrlə daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair X13 ilə Cavabdeh1 arasında alğı-satqı müqaviləsi aşkar edilməmişdir. 87.Kollegiya qeyd edir ki, mübahisələndirilən əqd üzrə “tərəf olan” İddiaçı iradə ifadəsi mövcud olmamış, ümumiyyətlə isə Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixində 4Ə-69 saylı reyestrlə daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair notariat işinin qeydiyyatı aparılmamış, notariat işi mövcud deyildir. Buna görə də, kollegiya hesab edir ki, müqavilə əhəmiyyətsiz əqd olmaqla etibarsızdır. 88.Belə ki, Cavabdeh1 ilə İddiaçı arasında, Cavabdeh1 ilə X24 arasında, həmçinin X24 ilə Cavabdeh1 arasında bağlanmış daşınmaz əmlakın alğı-satqısına dair müqavilələrin mövcudluğu elektron notariat informasiya sistemində və müvafiq Notariat Ofislərinin jurnallarında aşkar edilməmiş, heç bir yerdə rəsmi qeydiyyata alınmamışdır. 89.Qeyd olunanları ümumiləşdirərək, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, ikinci iş üzrə mənzilin Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsinin əsası ən əvvəl xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsi olmuşdur ki, həmin müqavilə iddiaçı tərəfindən imzalanmamış, notariat qaydasında təsdiq edilməli olan və notariatla bağlı reyestrlərdə qeydə alınması tələb edilən müqavilələrə aid olmaqla, həmin tələblərə əməl edilməsi halları müəyyən olunmamışdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, həmin alğı-satqı barədə müqavilə əhəmiyyətsiz əqd olmaqla, etibarsız olduğundan, onun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların da hüquqi qüvvəsi ola bilməz, həmin qeydiyyatlar və onlara dair verilmiş çıxarışlar da qanuni hesab edilə bilməz. 90.Buna görə də kollegiya hesab edir ki, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixdə 22 saylı notariat kontorunda 4Ə-69 reyestr nömrəsi altında ünvan 2-ə dair alğı-satqı müqaviləsinin mövcud olmaması müəyyən olunmalı, ünvan 2-ə dair olan xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli alğı-satqı müqavilələri etibarsız hesab edilməli, ünvan 2-ə dair həmin əqdlər üzrə cavabdehlər Cavabdeh1 və X16 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış bütün qeydiyyatlar və həmin qeydiyyatlara dair verilmiş çıxarışlar ləğv olunmalıdır. 91.Birinci işlə bağlı kollegiya qeyd edir ki, tərəflər arasında mübahisənin mahiyyəti ondan ibarətdir ki, birinci iş üzrə iddiaçı Cavabdeh1 iddia edir ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini xx.xx.2017-ci il tarixdə notariat qaydasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən İddiaçı almış, həmin vaxtdan mənzilin mülkiyyətçisidir, buna görə də cavabdehlər X23, X15, X11 və qeyrilərinin mənzilə istifadə hüququna xitam verilməsini, onların həmin mənzildən çıxarılmasını və mənzilin iddiaçıya təhvil verilməsini xahiş etmişdir. 92.“M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. 93.Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011 - ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. 94.Hüquqi nəzəriyyə görə subyektiv mənada hüquq normativ-aktlarda müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin mənmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüqüqun ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə yalınz qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. 95.Qeyd olunanlara əsasən (ikinci iş üzrə məhkəmənin gəldiyi nəticə) məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırki halda iddiaçı subyektiv hüququn birinci elementinə (hüquqi ixtiyara) malik deyildir. Yəni Cavabdeh1 Bakı şəhəri, Lökbatan qəsəbəsi, Nizami küçəsi, 5A saylı evin, 18 saylı mənzili ilə bağlı cavabdehlərə qarşı iddia irəli sürməsi üçün subyektiv hüququ yaranmamışdır. 96.Buna görə də, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(002)- 56/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd olunmalıdır. 97.Məhkəmə kollegiyası qeyd edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 173 manat pul təmin edilmiş tələbə mütənasib olaraq birinci iş üzrə iddiaçı Cavabdeh1 tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. 98.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İkinci iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2(005)-2606/2021 saylı qətnaməsi mübahisələndirilən-iddianın qismən təmin edilən hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixdə 22 saylı notariat kontorunda 4Ə-69 reyestr nömrəsi altında ünvan 2-ə dair alqı-satqı müqaviləsinin mövcud olmaması müəyyən olunsun. ünvan 2-ə dair olan xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli alğı-satqı müqavilələri etibarsız hesab edilsin. ünvan 2-ə dair həmin əqdlər üzrə cavabdehlər Cavabdeh1 və X16 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış bütün qeydiyyatlar və həmin qeydiyyatlara dair verilmiş çıxarışlar ləğv edilsin. Birinci iş üzrə cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(002)-56/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 173 (yüz yetmiş üç) manat pul təmin edilmiş tələbə mütənasib olaraq birinci iş üzrə iddiaçı Cavabdeh1 tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar