Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3073/2023 31.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (mülkiyyətdə olan torpaq sahəsinə maneələrin yaradılmasına son qoyulması və sair) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və X2 ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi , İddiaçı nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh və onun nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətdə olan torpaq sahəsinə maneələrin yaradılmasına son qoyulması və sair” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-50/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Köhnə Bağlar küçəsi 1-ci döngə, 42 saylı sahədə yerləşən 0,06 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin 78,4 m2 hissəsindən istifadə hüququna maneə yaradan hərəkətlərə cavabdeh tərəfindən son qoyulması, iddiaçıya məxsus torpaq sahəsində kustar üsulla pilləkən və torpaq sahəsindən istifadəni məhdudlaşdıran həmin pilləkənin üst hissəsində özbaşına quraşdırılmış qapının cavabdehin hesabına sökülməsi və dövlət rüsumunun cavabdehdən tutulması barədə iddiası Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-50/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Köhnə Bağlar küçəsi 1-ci döngə, 42 saylı sahədə yerləşən 0,06 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin 78,4 m2 hissəsindən istifadə hüququna cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Köhnə Bağlar küçəsi 1-ci döngə, 42 saylı sahədə yerləşən 0,06 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin 78,4 m2 hissəsində cavabdeh tərəfindən inşa edilən qanunsuz tikilinin (pilləkən və pilləkənin üst hissəsində quraşdırılmış qapı) sökülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, iddia ilə bağlı ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi, iş üzrə keçirilmiş xx.xx.2023-cü il tarixli 10/6239 №-li məhkəmə ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
2. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180; Torpaq Məcəlləsinin 111; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 115, 119-cu maddələrinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1-ci bəndinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Köhnə Bağlar küçəsi 1-ci döngə, 42 saylı sahədə yerləşən 0,06 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. Mübahisəli ünvana aid torpaq sahəsinin planında olan koordinat məlumatları ilə həmin ünvanın faktiki vəziyyəti müqayisə olunduğu zaman cavabdeh tərəfindən iddiaçının torpaq sahəsində inşa olunmuş tikilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”na uyğun inşa olunmadığı müəyyən edilmişdir. Sökülməsi iddia edilən tikilinin mövcudluğu iddiaçının mülkiyyətindən sərbəst surətdə istifadə, sahiblik və sərəncam hüquqlarını pozduğu üçün Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Köhnə Bağlar küçəsi 1-ci döngə, 42 saylı sahədə yerləşən 0,06 ha torpaq sahəsində inşa olunmuş (pilləkən və qapı) tikilinin sökülərək əvvəlki vəziyyətə bərpa edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.
3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Köhnə Bağlar küçəsi 1-ci döngə, 42 saylı sahədə yerləşən 0,06 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir; - Məhkəmə Ekspertizası Mərkəzinin 05 yanvar 2023-cü il tarixli 10/6239 saylı rəyindən məlum olur ki, 1ci sual üzrə: iddiaçının faktiki istifadəsində 521,6 kv.m torpaq sahəsinin olduğu müəyyən edilir; 2-ci sual üzrə: Badamdar qəsəbəsi, Köhnə Bağlar küçəsi 1-ci döngə, 42 saylı sahədə yerləşən 0,06 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin 78,4 kv.m hissəsində iddiaçıya məxsus torpaq sahəsində taxta materialdan pilləkənin və həmin pilləkənin üst hissəsində quraşdırılmış qapının mövcud olduğu müəyyən olundu; 3-cü sual üzrə: Cavabdehin faktiki istifadəsində olan tikiliyə dair hüquqmüəyyənedici və texniki sənədlər təqdim olunmadığına görə, qərardadın bu sualını cavablandırmaq mümkün olmadı; 4-cü sual üzrə: RX seriyalı ******* saylı çıxarışa əsasən iddiaçının mülkiyyətinə verilmiş 600 m2 torpaq sahəsinin 78,4 m2 hissəsinin cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşdiyini nəzərə alaraq, mübahisəli pilləkənin və qapının quraşdırılmasının iddiaçının mülkiyyətində olan həmin hissədən istifadəyə məhdudiyyət yaradıldığı müəyyən edilir. Mübahisəli torpaq sahəsinə baxış keçirilərkən də müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətinə verilmiş 600 m2 torpaq sahəsinin 78,4 m2 hissəsi cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir və həmin sahədə cavabdeh tərəfindən pilləkən və pilləkənin üst hissəsində qapı inşa edilmişdir (iş.səh. 11, 56). Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. Cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək, Səbail Rayon Məhkəməsinin 2(009)- 50/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180; Torpaq Məcəlləsinin 111; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88; 217.1, 217.3, 218.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, qətnamə məhkəmədə tədqiq olunan sübutlara əsaslanmır, iş üzrə alınmış ekspertiza rəyi işin hallarına uyğun deyil. Məhkəmə birinci hazırlıq iclasından sonra baxış iclası təyin etməyə səy göstərərək sübutların tədqiqindən yayınmağa səy göstərsə də buna nail ola bilmişlər. Lakin məhkəmə təqdim etdikləri sübutları müzakirə edib qiymət vermədən natamam ekspertiza rəyinə əsaslanaraq iddianı təmin etmişdir. İrəli sürdükləri birinci arqument ondan ibarət idi ki, hazırkı ekspertiza rəyi eyni tərəflər arasındakı mübahisə ilə əlaqədar verilmiş tikinti-texniki ekspertizasının xx.xx.2020-ci il tarixli 10/2736 saylı rəyi ilə ziddiyət təşkil edir. Ekspertizanın xx.xx.2020-ci il tarixli 10/2736 saylı rəyi ilə iddiaçının istinad divarından kənarda 78,4 m2 torpaq sahəsi müəyyən olunmayıb. İddiaçı 2020-ci ildə Cavabdeh qarşı iddia qaldırarkən həyatyanı sahəsindən kənarda 78,4 m2 torpaq sahəsi olmasını iddia etməyib. Həmin rəylə müəyyən olunub ki, İddiaçı inşa etdiyi istinad divarı özünə məxsus torpaq sahəsində yerləşir. Mübahisə üzrə qüvvədə olan məhkəmə qətnaməsini məhkəməyə təqdim etmişlər. Həmin qətnamə ilə Cavabdeh qarşı daşınmaz əmlakdan istifadə olunmasına maneələrin aradan qaldırılmasına dair iddia irəli sürülmüşdü. Həmin iddiada 78,4 m2 torpaq sahəsindən ayrıca bəhs olunmamışdır. Yəni 78,4 kv.m torpaq sahəsinin 600 kv.m torpaq sahəsinin tərkibində olması nəzərə alınmışdır. Qüvvədə olan qətnamənin nəzərə alınması xahiş olunsa da məhkəmə bu sübutu müzakirə etməmişdir. Qətnamədə ekspert E.Aslanlının verdiyi ifadə təhrif olunub. Belə ki, E.Aslanlı ifadəsində xx.xx.2020-ci il tarixli 10/2736 saylı ekspertiza rəyinin mövcud olmasının ona məlum olmadığını, yaranmış vəziyyətdə əlavə tikinti-texniki ekspertizası keçirilməsinə zərurət olduğunu bildirmişdir. Başqa bir məqam ondan ibarətdir ki, məhkəmə tikintitexniki ekspertizası təyin edilərkən ekspertlər qarşısında aydınlaşdırılması üçün suallar qoyularkən (bax 4-cü sual) ekspertlərin səlahiyyətinə aid olmayan sual qoyulub və həmin suala cavab olaraq rəydə göstərilib ki, mübahisəli pilləkən və qapının quraşdırılması iddiaçının mülkiyyətində olan həmin hissədən istifadəyə məhdudiyyət yaradır. İstifadəyə məhdudiyyət yaradıb-yaratmamağa qiymət verilməsi ekspertlərin deyil, məhkəmənin səlahiyyətinə aiddir. Ekspertlərin sübutlara qiymət vermək səlahiyyəti yoxdur. İşin mübahisəsiz halı ondan ibarətdir ki, 78,4 m2 torpaq sahəsinin yerləşdiyi ərazi istinad divarından kənarda yerləşir və həmin torpaq sahəsindən İddiaçı həyətinə və evinə giriş mövcud deyil. Başqa sözlə 78,4 m2 torpaq sahəsinin üzərində yerləşən dəmir qapı və taxta pilləkən 1994-cü ildən etibarən Cavabdeh istifadəsindədir və İddiaçı həmin pilləkən və qapıdan istifadə etməyib. Cavabdeh həyətinə giriş də buradandır. İddiaçı qapı və pilləkənin ona məxsus olmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim edə bilmir, etməsi də mümkün deyil. Xüsusilə nəzərə almaq lazımdır ki, iddiaçı onun istifadəsində olan torpaq sahəsindən deyil, cavabdehin istifadəsində olan torpaq sahəsindən istifadə olunmasına maneələrin aradan qaldırılmasını tələb edir ki, bu da yolverilməzdir (istinad olunan bu halı məhkəmə müzakirə edib qiymətləndirməyib). İş materiallarına əlavə edilmiş torpaq sahəsinin plan və ölçüsünün surətindən görünür ki, həmin plan və ölçü İddiaçı deyil başqa şəxsə məxsusdur. Lakin məhkəmə ekspertizası bu xüsusatı nəzərə almayıb (istinad olunan bu halı məhkəmə müzakirə edib qiymətləndirməyib). Məhkəməyə təqdim etdiyi torpaq sahəsinin yerləşmə cizgisindən görünür ki, Cavabdeh ayrılmış torpaq sahəsi ilə qonşuluqda yerləşən torpaq sahəsindən kənarda çıxıntı mövcud deyil (istinad olunan bu halı məhkəmə müzakirə edib qiymətləndirməyib). İddiaçı mülkiyyətindəki daşınmaz əmlaka mülkiyyət hüquqlarının həyata keçirilməsinə, həmin əmlaklara divar beton konstruksiyalı istinad divarı çəkilməsinə mane olmamaq vəzifəsinin Cavabdeh üzərinə qoyulmasına dair verilmiş iddia üzrə qüvvədə olan məhkəmə qətnaməsindən bəhs olunmayıb. Nəzərə almaq lazımdır ki, Səbail Rayon Məhkəməsində iddiaya baxılarkən hazırkı iş üzrə İddiaçı istinad divarının tikintisini başa çatdırmışdır. Səbail Rayon Məhkəməsi xx.xx.2021-ci ildə iddianı təmin etsə də həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən ləğv edilərək iddianın təmin olunmaması barədə qətnamə çıxarılmışdır. Məhkəmə aktları məhkəməyə təqdim olunub ona görə ki, istinad olunan məhkəmə aklarının hazırkı iddia ilə birbaşa əlaqəsi vardır. Həmin iş üzrə keçirilmiş tikinti-texniki ekspertizanın xx.xx.2020-ci il tarixli 10/2736 saylı rəyi ilə müəyyən olunub ki, İddiaçı inşa etdiyi istinad divarı onun özünə məxsus torpaq sahəsində yerləşir. Hazırda iddia olunan 78,4 m2 torpaq sahəsi inşa olunmuş istinad divarından kənarda yerləşir. Başqa sözlə İddiaçı 2020-ci ildə Cavabdeh qarşı iddia qaldırarkən 78,4 m2 torpaq sahəsindən istifadə olunmasına maneələr yaradılmasından bəhs etməmişdir. Digər tərəfdən 78,4 m2 torpaq sahəsi İddiaçı aid olmuş olsaydı həmin sahə istinad divarının əhatə etdiyi torpaq sahəsinə daxil edilərdi. Başqa sözlə istinad divarından kənarda saxlanılmazdı (istinad olunan bu halı məhkəmə müzakirə edib qiymətləndirməyib). Əlavə tikinti-texniki ekspertizası təyin edilməsi barədə vəsatət əsassız olaraq təmin edilməyib. Hansı ki ekspertiza rəyləri arasındakı ziddiyyət aradan qaldırılmalı idi. Mübahisəli ərazidə hər hansı bir tikili inşa olunmayıb. İddia ərizəsində də özbaşına tikilinin və qurğunun inşa olunmasından bəhs olunmayıb. İddia ərizəsində zəbt olunmuş torpaq sahəsindən və həmin torpaq sahəsinin geri qaytarılmasından bəhs olunmur. Cavabdeh olaraq təqdim etdikləri sübutların heç biri müzakirə olunmayıb. İddiaçı istinad etdiyi halları sübut etdiyi halda cavabdeh üçün həmin halların təkzib edilməsi vəzifəsi yaranır. İddiaçı istinad etdiyi halları sübut edə bilməsə də cavabdeh həmin halları təkzib etmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamışdır. Cavabdehdən texniki pasport təqdim etməsi tələb olunsa da texniki pasport təqdim olunmayıb. Texniki pasporta baxış keçiriməklə 78,4 m2 torpaq sahəsinin həyətyanı torpaq sahəsindən kənarda yerləşməsini müəyyən etmək mümkündür. Mübahisəli əraziyə yerli baxış keçirməklə sübutlara obyektiv qiymət vermək mümkündür. Bu səbəbdən yerli baxış keçirilməsi zəruridir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
5. Cavabdehin nümayəndəsi Vəkil xx.xx.2023-cü il tarixdə vəsatət təqdim edərək bildirmişdir ki, iş üzrə alınmış ekspertiza rəyi xx.xx.2020-ci il tarixli 10/2736 saylı rəy ilə ziddiyyət təşkil edir, ekspertiza aparılarkən iddiaçıya aid olan texniki pasport və cavabdehə aid olan torpaq sahəsinin yerləşmə cizgisi tədqiq olunmayıb. Obyektiv nəticəyə gəlmək üçün əlavə ekspertiza keçirilməsi zərurəti yaranıb. İddiaçıdan tələb olunmasına baxmayaraq, torpaq sahəsinin texniki pasportu məhkəməyə təqdim olunmamışdır. Cavabdeh olaraq bu sənədi məhkəməyə təqdim etmək imkanları yoxdur. Göstərilənləri nəzərə alaraq, torpaqşünaslıq ekspertizası təyin etməklə ekspertlərin qarşısında aydınlaşdırılması üçün aşağıdakı sualların qoyulmasını xahiş edir; xx.xx.2020-ci il tarixli 10/2736 saylı tikinti-texniki ekspertizasının rəyində İddiaçı inşa etdiyi istinad divarı ona məxsus 600 kv.m torpaq sahəsində yerləşirmi?; Məhkəmə Ekspertizası Mərkəzinin 10/6239 nömrəli xx.xx.2023-cü il tarixli rəyində göstərilən 78.4 kv.m torpaq sahəsi hansı dayaq nöqtələrindən kənarda yerləşir?; Məhkəmə Ekspertizası Mərkəzinin 10/6239 nömrəli xx.xx.2023-cü il tarixli rəyində tədqiq olunmuş torpaq sahəsinin plan və ölçüsündə hüquq sahibinin Məmmədova Elmira göstərilməsi rəy verilərkən nəzərə alınıbmı?
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh 1994-cü ildən mübahisəli torpaq sahəsini etibarnamə əsasında istifadə etdiyini, həmin torpaq sahəsinə çıxarış ala bilmədiyini bildirmiş, şikayətin təmin edilməsini xahiş etmişdir.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətinə və apellyasiya məhkəməsinə təqdim etdiyi vəsatətə uyğun izahat verərək, iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsini, daha sonra torpaq sahəsinin etibarnamə əsasında cavabdehə verilməsini təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil Nümayəndə cavabdehin nümayəndəsinin apellyasiya şikayətində və vəsatətdə qeyd etdiyi ekspertiza rəyləri arasında ziddiyyətlərin olması ilə bağlı mövqeyin yanlış olduğunu, ekspertizaların fərqli işlər üzrə təyin edildiyini bildirmiş, əlavə tikinti-texniki ekspertizasının təyin edilməsi ilə bağlı vəsatətin rədd edilməsini və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı və 141-ci maddələrinin tələblərinə əsasən: 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.
11. Məcəllənin 146.8-ci maddəsinin tələblərinə əsasən: Daşınmaz əmlaka dair müqavilələrin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına görə daşınmaz əmlaka dair müqaviləni təsdiqləyən notarius, qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər və müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi məhkəmə məsuliyyəti daşıyırlar. Daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka dair müqavilələrin qeydiyyatının aparılmaması və ya qeydiyyatın düzgün olmaması, qeydiyyatın natamam olması ilə bağlı iddialara görə dövlət reqressant qismində çıxış edir.
12. Məcəllənin 149.2-ci maddəsinin tələblərinə əsasən: Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
13. Məcəllənin 243-cü maddəsinin tələblərinə əsasən: 243.1. Başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. 243.2. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir. 243.3. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququna, habelə müvafiq binaları və qurğuları uçurmaq hüququna malikdir.
14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı adlanan) 7-ci maddəsinə əsasən: 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. 7.2. “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir.
15. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin əsaslı dəlillərinə, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəllənin 139-181, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 217.4, 372, 385-390-ci maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Qeyd edilməlidir ki, prosessual hüquqi cəhətdən hazırkı mülki icraat həddində (tələbdən kənar olaraq) iş üzrə əmlaka dair çıxarışın və onun əsasında daşınmaz əmlakın yerləşməsinin müzakirəsi yolverilməzdir və səlahiyyətlər baxımından mülki mühakimə predmeti ola bilməz. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı olan cavabdehin əmlak hüquqları ilə şərtləndiyindən apellyasiyanın dəlilləri əsassızdır. Apellyasiya icraatı zamanı əlavə tədqiqatlar aparılmasına isə zərurət yoxdur və iddiaçıya məxsus torpaq sahəsinin məhz mübahisə edilən torpaq sahəsi ilə eyni olduğu ekspert rəyi ilə təsdiq edilmişdir. Bu sübut iddianın əsasını təşkil edir və cavabdeh bunu inzibati icraat qaydasında qeydiyyatı həyata keçirdikdən (və ya inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət reyestrininin məzmunun həqiqiliyinə etiraz növündə və ya sair formada mübahisələndirdikdən) sonra mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada mübahisələndirə bilər. Belə ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada, xüsusi vasitələrdən istifadə edilmədən, yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilməlidir ki, cavabdehə məxsus əmlakın hüquqi statusu müəyyən edilsin və onun məhz mübahisə edilən əraziyə aidiyyəti məlum olmuş olsun. Hazırkı halda isə cavabdeh öz əmlak hüquqlarını qeydə aldırmadan özünə belə şübhəli gələn halların araşdırılmasını məhkəmənin üzərinə qoymağa cəhd etmişdir. Bununla belə diqqətə çatdırılmalıdır ki, cavabdehin istinad etdiyi digər mülki iş üzrə müəyyən edilən halların hazırkı işə təsir edəcək amilləri, habelə digər iş üzrə keçirilən ekspertiza rəyi ilə hazırkı iş üzrə aparılan ekspertizanın nəticəsi arasında ziddiyyətlər (aidiyyəti) müəyyən edilmir. Belə ki, iş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1820/2022 saylı işi üzrə (iddiaçılar İddiaçı və X6 Qader, Cavabdeh) xx.xx.2022-ci tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə iddiaçıların inşa etmək istədikləri istinad divarının tikintisinə səlahiyyətli dövlət orqanları tərəfindən icazə alınmaması əsası ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən kassasiya şikayətinin verilməsi iş materialları ilə müəyyən edilmir. Qeyd edilən iş üzrə keçirilən 30 dekabr 2020-ci il tarixli 10/2736 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 23 dekabr 2020-ci il tarixli **********58 saylı mütəxəssis rəyinə əsasən mübahisə predmeti olan dəmir beton konstruksiyalı hasarın bir hissəsinin **********57 Reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi, bir hissəsinin isə təqdim edilən koordinatlar daxilində yerləşən torpaq sahəsindən kənarda yerləşdiyi müəyyən olunmuşdur.
16. Beləliklə, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) onu ödəyənə aid edilməlidir.
17. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh nümayəndəsi Vəkil apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-50/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.