Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3073/2024 21.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Hərracın nəticələrinin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2(004)-448/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(010)-5836/2015 saylı qətnaməsi ilə əsas borclu X2 və zamin İddiaçı 37518,88 ABŞ dolları tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Qətnamə icra olunmaq üçün Abşeron rayon icra Şöbəsinə göndərilmişdir. Borclu İddiaçı məxsus “Bentley Continental” markalı, 2007-ci il buraxılışlı,** HL *** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmuş və həmin avtomobil hesabına borcun ödənilməsi qərara alınmışdır. Mübahisə predmeti üzrə xx.xx.2023-cü il, xx.xx.2023-cü il xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərdə 4 (dörd) dəfə hərrac keçirilmiş, lakin, iştirakçının olmaması əsası ilə hərraclar baş tutmamışdır. Hərrac predmeti olan “Bentley Continental” markalı, 2007-ci il buraxılışlı, ** HL *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə keçirilən sonuncu hərracda 28300 manat dəyərində Cavabdeh2 tərəfindən əldə edilmişdir. 2.İddiaçı, hərrac təşkilatı tərəfindən keçirilmiş hərracın qanunsuz olduğunu iddia edərək hazırkı tələblə məhkəməyə müarciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC cəlb olunmaqla) qarşı “hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(010)-5836/2015 saylı qətnaməsi ilə əsas borclu X2 və zamin İddiaçı 37518,88 dollar tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Qətnamə icra olunmaq üçün Abşeron rayon icra Şöbəsinə göndərilmişdir. Borclu İddiaçı məxsus “Bentley Continental” markalı, 2007-ci il buraxılışlı,** HL *** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmuş və həmin avtomobil hesabına borcun ödənilməsi qərara alınmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli qərarı ilə dəvət edilmiş "xxxx" MMC həmin avtomobilə 40000 manat məbləğində qiymət qoymuşdur. İcra şöbəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə avtomobil hərracda satılmaq üçün Cavabdeh1 MMC-yə sifariş edilmişdir. İlk hərrac xx.xx.2023-cü il tarixə təyin edilmiş və avtomobil 40000 manata hərraca çıxarılmışdır. Həmin hərrac baş tutmadığından daha sonra dəfələrlə hərraclar keçirilmiş, hər dəfə də avtomobilin ilkin satış qiyməti aşağı salınmışdır. Nəhayət xx.xx.2023-cü il tarixdə keçirilmiş hərracda avtomobil 28300 (iyirmi səkkiz min üç yüz) manata Cavabdeh2 satılmışdır. Bu qiymət tamamilə qanunsuzdur. Avtomobil bütün hərraclarda eyni qiymətə 40000 manata hərraca çıxarılmalı idi. Nəticədə iddiaçı, “Bentley Continental” markalı, ** HL *** dövlət qeydiyyat nişanlı avtomobilin 28300 (iyirmi səkkiz min üç yüz) manata satılması barədə Cavabdeh1 MMC tərəfindən keçirilmiş xx.xx.2023-cü il tarixli hərracın nəticələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 5.Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 16 fevral 2024-cü il tarixli, 2(004)-448/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Fariz Əlizadə) iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan:
6. xx.xx.2023-cü il tarixli, xx/xx-1366363O nömrəli məktuba əsasən müəyyən olunur ki, Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən hərracın keçirilməsi barədə sifariş Cavabdeh1 MMC-yə göndərilmişdir. 7.BirjaNews portalında yerləşdirilmiş xx.xx.2023-cü il tarixli bildirişə əsasən müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan “Bentley Continental” markalı, 2007-ci il buraxılışlı,** HL *** dövlət qeydiyyat nişanlı avtomobilə dair ilkin hərracın xx.xx.2023-cü il tarixdə keçirilməsinə dair məlumat paylaşılmışdır. 8.xx.xx.2023-cü il tarixli 1649/23 nömrəli məktuba əsasən müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan “Bentley Continental” markalı, 2007-ci il buraxılışlı,** HL *** dövlət qeydiyyat nişanlı avtomobilə dair ilkin hərracın xx.xx.2023-cü il tarixdə keçirilməsinə dair bildiriş İddiaçı göndərilmişdir. Əmlakın ilkin satış qiyməti 40000 manat həddində qiymətləndirilmişdir.
9. xx.xx.2023-cü il tarixli protokola əsasən müəyyən olunur ki, təyin edilmiş hərrac iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. 10.BirjaNews portalında yerləşdirilmiş xx.xx.2023-cü il tarixli bildirişə əsasən müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan “Bentley Continental” markalı, 2007-ci il buraxılışlı,** HL *** dövlət qeydiyyat nişanlı avtomobilə dair təkrar hərracın xx.xx.2023-cü il tarixdə keçirilməsinə dair məlumat paylaşılmışdır. Əmlakın təkrar hərracda satış qiyməti 36000 manat həddində müəyyən edilmişdir.
11. xx.xx.2023-cü il tarixli 1816/23 nömrəli məktuba əsasən müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan “Bentley Continental” markalı, 2007-ci il buraxılışlı,** HL *** dövlət qeydiyyat nişanlı avtomobilə dair təkrar hərracın xx.xx.2023-cü il tarixdə keçirilməsinə dair bildiriş İddiaçı göndərilmişdir. Əmlakın satış qiyməti 36000 manat həddində qiymətləndirilmişdir. 12.xx.xx.2023-cü il tarixli protokola əsasən müəyyən olunur ki, təyin edilmiş təkrar hərrac iştirakçı olmaması səbəbindən baş tutmamışdır. 13.BirjaNews portalında yerləşdirilmiş bildirişə əsasən müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan “Bentley Continental” markalı, 2007-ci il buraxılışlı,** HL *** dövlət qeydiyyat nişanlı avtomobilə dair təkrar hərracın (İİ) xx.xx.2023-cü il tarixdə keçirilməsinə dair məlumat paylaşılmışdır. Əmlakın təkrar hərracda satış qiyməti 36000 manat həddində müəyyən edilmişdir. 14.xx.xx.2023-cü il tarixli protokola əsasən müəyyən olunur ki, təyin edilmiş təkrar hərrac iştirakçı olmaması səbəbindən baş tutmamışdır. 15.BirjaNews portalında yerləşdirilmiş xx.xx.2023-cü il tarixli bildirişə əsasən müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan “Bentley Continental” markalı, 2007-ci il buraxılışlı, ** HL *** dövlət qeydiyyat nişanlı avtomobilə dair təkrar hərracın xx.xx.2023-cü il tarixdə keçirilməsinə dair məlumat paylaşılmışdır. Əmlakın təkrar hərracda satış qiymət, yəni 28000 manat həddində müəyyən edilmişdir. 16.xx.xx.2023-cü il tarixli 238/23 nömrəli protokola əsasən müəyyən edilir ki, “Bentley Continental” markalı, 2007-ci il buraxılışlı, ** HL *** dövlət qeydiyyat nişanlı avtomobil 28300 manat dəyərində Cavabdeh2 tərəfindən əldə edilmişdir. 17.Məhkəmə iddianı əsassız hesab edərək qeyd etmişdir ki, mübahisə predmeti üzrə xx.xx.2023-cü il, xx.xx.2023-cü il xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərdə 4 (dörd) dəfə hərrac keçirilmiş, lakin, iştirakçının olmaması əsası ilə hərraclar baş tutmamışdır. Hərrac predmeti olan “Bentley Continental” markalı, 2007-ci il buraxılışlı,** HL *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə keçirilən sonuncu hərracda 28300 manat dəyərində Cavabdeh2 tərəfindən əldə edilmişdir. Nəticədə, xx.xx.2023-cü il tarixdə hərracın yekunları barədə 238/23 nömrəli protokol imzalanmışdır. 18.Təyin edilmiş hərrac proseslərinə dair bildirişlər İddiaçı və digər maraqlı şəxslərə poçtla göndərilmiş, proseslər barədə məlumatlar ixtisaslaşdırılmış kütləvi informasiya vasitəsi olan BirjaNews portalında açıq məlumatlar yerləşdirilmişdir. 19.Məhkəmə qeyd etmişdir ki, iş materiallarına əsasən müəyyən olunur ki, İddiaçı hərracın gedişatı barədə lazımi qaydada məlumatlandırılmışdır. Texniki baxımdan müvafiq bildirişlər İddiaçı tərəfindən əldə olunmasa belə, göstərilən xüsusatlar hərracın yekunları barədə protokolun etibarsızlığına dəlalət etmir. Nəzərə almaq lazımdır ki, hərrac təşkilatı və icra orqanının vəzifəsi müvafiq bildirişlərin maraqlı şəxslərə göndərilməsinin təmin edilməsi və subyektlərin lazımi qaydada məlumatlandırılmasıdır. Sözügedən bildirişlər maraqlı şəxslərə göndərildiyi təqdirdə həmin bildirişləri əldə olunub-olunmamasına görə məsuliyyətin hərrac təşkilatı və ya icra orqanının üzərinə qoyulması əsaslı və qanuni hesab edilmir. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəmə-icra proseslərindən məlumatlı olmuş, özü tərəfindən öhdəliyin icra edilməməsi əsası ilə hərracın keçiriləcəyi zərurətini nəzərə almaqla proseslər barədə maraqlanmaq, məlumat almaq hüququ mövcud olmuşdur. 20.Məhkəmə cavabdeh hərrac təşkilatının hərrac prosedurası ilə fəaliyyətinin 5 ildən az olması ilə bağlı (3 il) iddiaçının dəlilinə münasibətdə qeyd etmişdir ki, göstərilən xüsusat mübahisənin formal tərəfidir. Azərbaycan Respublikasının 30 ildir ki, müstəqillik əldə etməsi, 1991-ci ildən etibarən sosialist sistemdən ayrılaraq kapitalist sistemə keçid etməsi xüsusatı nəzərə alınmalıdır. Nəzərə alınmalıdır ki, ölkənin kapitalist tarixi, ənənələri, biznes mühiti, sahibkarların, hüquqi şəxslərin fəaliyyətinin təşkil-təmin edilməsi xüsusatları yenidir, gəncdir. Bu səbəbdən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş minimum 5 il şərtinin istisnasız tətbiq edilməsi məqsədə müvafiq hesab edilmir. Bu normanın zaman keçdikcə imperativ qaydada tətbiq edilməsi istisnasızdır. Sözügedən məsələ formal xarakterlidir, təkbaşına mahiyyəti üzrə hərracın keçirilməsi prosesinin qanunsuzluğuna səbəb olmağa yetərli deyildir. 21.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1, 414.2, 414.3, 415.2, 416.1-ci; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1, 42.3, 43.3, 43.4, 43.5, 43.8-ci; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci; Mülki Prosessual Məcəlləsinin 77.1, 82.3, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
22.Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 23.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, ilk hərrac xx.xx.2023-cü il tarixə təyin edilmiş və avtomobil 40000 manata hərraca çıxarılmışdır. Həmin hərrac baş tutmadığından daha sonra dəfələrlə hərraclar keçirilmiş, hər dəfə də avtomobilin ilkin satış qiyməti aşağı salınmışdır. Nəhayət xx.xx.2023-cü il tarixdə keçirilmiş hərracda avtomobil 28300 (iyirmi səkkiz min üç yüz) manata Cavabdeh2 oğluna satılmişdır. Bu qiymət tamamilə qanunsuzdur. Avtomobil bütün hərraclarda eyni qiymətə 40000 manata hərraca çıxarılmalı idi. Ali məhkəmənin mülki və kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” xx.xx.2021 tarixli qərardadına əsasən icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməlidir. İcra icraatı çərçivəsində borclunun ipoteka predmetinə və girov predmeti olan qiymətli kağızlarına aid olmayan əmlaklarına tutmanın yönəldilməsi zamanı əmlakın hərraca çıxarılan ilkin (cığnalşab) satış qiyməti onun bazar dəyəri ilə müəyyən olunur. İstinad olunan qərardan görünür ki, ipoteka predmeti olmayan hazırkı avtomobilin satışı “İcra haqqında” Qanunla tənzimlənir. Nə qərardadda, nə də “İcra haqqında” Qanunda növbəti hərraclarda qiymətin aşağı salınması nəzərdə tutulmamışdır. Belə olan təqdirdə icra qurumu ilə hərrac təşkilatı arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Hərracın təşkili haqqında” müqavilə əsasında ilkin satış qiymətinin hər dəfə aşağı salınması əsaslı sayıla bilməz. Həmin müqavilə hərracın keçirilməsinin texniki tərəflərini tənzimləyə bilər. Əmlakın satış qiyməti isə qanunla tənzimlənməlidir. “İcra haqqında” Qanunun 62.2-ci maddəsinə əsasən hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Məhkəmə öz qətnaməsində Bentley Continental markalı avtomobillərin bazar qiymətinə dair sübutlara, eləcə də hərrac təşkilatının “Qiymətlnədirmə fəaliyyəti haqqında” Qanunun tələblərinə cavab verməməsi barədə dəlillərə düzgün qiymət verməmişdir. Halbuki AR Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmə qərarı mütləq əsaslandırılmalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 24.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
a)Məhkəmə icraatı iştirakçılarının izahatları
25.Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. 26.Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş Cavabdeh1 MMC-nin nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməmiş, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 27.Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" ASC-inin nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməmiş, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 28.Növbəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq tərəflər, 3-cü şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 29.Maddə 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. 30.Maddə 414.4. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. 31.Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 32.Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. 33.Maddə 416.Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. 34.Maddə 337.1.Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 35.Maddə 337.5.Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: 36.Maddə 53.1. Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. 37.Maddə 53.2. Vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 38.Maddə 53.3. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. 39.Maddə 61.1.Vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. 40.Maddə 61.2. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. 41.Maddə 62.1. İcra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. 42.Maddə 62.2.Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 43.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 44.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 45.Maddələr 385.1.1, 385.1.2, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.
Apellyasiya baxışının hədləri
46.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 47.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
48.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. 49.Məhkəmə kollegiyası öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia ərizəsində tələbini ifadə edərkən “hərracın nəticələrinin ləğv edilməsi” ifadəsindən istifadə etsə də, iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərindən aydın şəkildə müəyyən olunur ki, iddia tələbi hərracın nəticələrinin etibarsız hesab edilməsi ilə bağlıdır. Həmçinin iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 Səday oğlu ərizə ilə müraciət edərək, iddianın faktiki əsasları hərracın, onun nəticələrinin etibarsızlığını təsdiq etdiyindən məhkəmədən onun nəticələrinin etibarsızlığına hüquqi qiymət verilməsini xahiş etmişdir. 50.Belə ki, işin müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(010)-5836/2015 saylı qətnaməsi ilə əsas borclu X2 və zamin İddiaçı 37518,88 dollar tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Qətnamə icra olunmaq üçün Abşeron rayon icra Şöbəsinə göndərilmişdir. Borclu İddiaçı məxsus “Bentley Continental” markalı, 2007-ci il buraxılışlı,** HL *** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmuş və həmin avtomobil hesabına borcun ödənilməsi qərara alınmışdır. Abşeron rayon icra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə dəvət edilmiş "xxxx" MMC həmin avtomobilə 40000 manat məbləğində qiymət qoymuşdur. 51.Mübahisə predmeti üzrə xx.xx.2023-cü il, xx.xx.2023-cü il xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərdə 4 (dörd) dəfə hərrac keçirilmiş, lakin, iştirakçının olmaması əsası ilə hərraclar baş tutmamışdır. Hərrac predmeti olan “Bentley Continental” markalı, 2007-ci il buraxılışlı, ** HL *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə keçirilən sonuncu hərracda 28300 manat dəyərində Cavabdeh2 tərəfindən əldə edilmişdir. Nəticədə, xx.xx.2023cü il tarixdə hərracın yekunları barədə 238/23 nömrəli protokol imzalanmışdır. 52.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun gəlmir. Buna görə də kollegiya hesab edir ki, qətnamə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməlidir. 53.Belə ki, barəsində hərrac keçirilmiş “Bentley Continental” markalı, 2007-ci il buraxılışlı, ** HL *** dövlət qeydiyyat nişanlı avtomobil hər hansı ipoteka müqaviləsinin predmeti olmamış, Abşeron rayon icra Şöbəsinin icra məmurunun təqdimatına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-257/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Suraxanı Rayon Məhkəməsinin 2(10)-5836/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinin icrası məqsədilə borclu İddiaçı məxsus həmin avtomobilin üzərinə həbs qoyulmuş, daha sonra avtomobil hərraca çıxarılmışdır. 54.Kollegiya qeyd edir ki, “İpoteka haqqında” Qanunun 42, 43-cü maddələrində ipoteka predmeti olan əmlakın likvid qiymətlə satışa çıxarılması, ümumilikdə 2 hərracın keçirilməsi imkanı, birinci və təkrar hərrac baş tutmadığı halda ilkin satış qiymətinin ardıcıl olaraq 15 və 25 faiz azaldılması və ən nəhayət təkrar hərracın baş tutmadığı halda ipoteka saxlayanın əmlakı 30 gün müddətində əldə etməsi imkanı nəzərdə tutulsa da, “İcra haqqında” Qanunda hərracın başqa qaydada keçirilməsi müəyyən olunmuşdur. 55.“İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 24 noyabr 2021-ci il tarixli qərardadında izah olunmuşdur ki, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Qanunun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməlidir. 56.“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin məzmunundan da görünür ki, üzərinə həbs qoyulmuş əmlak ilk növbədə tələbkara təklif olunmalı və tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. 57.İcra qurumunun və hərrac təşkilatının təqdim etdiyi sənədlərdən müəyyən olunur ki, icra məmuru tərəfindən əmlak qiymətləndirildikdən sonra xx.xx.2023-cü il tarixdə tələbkara təklif olunmuş, sonuncu xx.xx.2023-cü ildə imtina etdikdən sonra icra məmuru əmlakın hərracda satışını Cavabdeh1 MMC xx.xx.2023-cü tarixdə sifariş vermiş, bir neçə dəfə hərrac keçirilmiş və nəhayət xx.xx.2023-cü il tarixdə keçirilmiş hərracda avtomobil 28300 (iyirmi səkkiz min üç yüz) manata Cavabdeh2 satılmışdır. 58.Məhkəmə kollegiyası qeyd edir ki, hərrac təşkilatçısı tərəfindən bir deyil, bir neçə hərrac keçirilmiş və hər növbəti hərracda əmlakın satış qiyməti aşağı salınmışdır. Məhkəmə kollegiyası bunu “İcra haqqında” Qanunun tələblərinə zidd sayır. Əmlakın satış qiymətinin aşağı salınması isə yalnız “İpoteka haqqında” Qanunda nəzərdə tutulmuşdur, “İcra haqqında” Qanunda belə bir norma yoxdur. 59.Kollegiya Cavabdeh1 MMC-nin əmlakın satış qiymətinin aşağı salınmasının Abşeron rayon İcra Şöbəsi ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə istinad etməsini, həmin müqavilə qanuna zidd olduğundan əsaslı hesab etmir. 60.Beləliklə kollegiya hesab edir ki, icra icraatı çərçivəsində keçirilmiş hərrac qanunvericiliyin tələblərinə əməl edilməməklə keçirildiyindən, İddiaçı iddiası təmin edilməli, “Bentley Continental” markalı, 2007-ci il buraxılışlı,** HL *** dövlət qeydiyyat nişanlı avtomobilin 28300 manata satılması barədə Cavabdeh1 MMC tərəfindən keçirilmiş xx.xx.2023-cü il tarixli, 238/23 saylı hərracın nəticəsi haqqında protokol etibarsız hesab edilməlidir. 61.Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbinə əsasən Cavabdeh2 tərəfindən həmin avtomobilə görə ödənilmiş 28300 (iyirmi səkkiz min, üç yüz) manat pul "xxxx" ASC-dən alınaraq Cavabdeh2 qaytarılmalıdır. 62.Qeyd olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 fevral 2024cü il tarixli, 2(004)-448/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməli, “Bentley Continental” markalı, 2007-ci il buraxılışlı,** HL *** dövlət qeydiyyat nişanlı avtomobilin 28300 manata satılması barədə Cavabdeh1 MMC tərəfindən keçirilmiş xx.xx.2023-cü il tarixli, 238/23 saylı hərracın nəticəsi haqqında protokol etibarsız hesab edilməli, Cavabdeh2 tərəfindən ödənilmiş 28300 (iyirmi səkkiz min, üç yüz) manat pul "xxxx" ASC-dən alınaraq Cavabdeh2 qaytarılmalıdır. 63.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2(004)-448/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. “Bentley Continental” markalı, 2007-ci il buraxılışlı,** HL *** dövlət qeydiyyat nişanlı avtomobilin 28300 (iyirmi səkkiz min üç yüz) manata satılması barədə Cavabdeh1 MMC tərəfindən keçirilmiş xx.xx.2023-cü il tarixli, 238/23 saylı hərracın nəticəsi haqqında protokol etibarsız hesab edilsin. Cavabdeh2 tərəfindən ödənilmiş 28300 (iyirmi səkkiz min, üç yüz) manat pul "xxxx" ASC-dən alınaraq Cavabdeh2 qaytarılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov