Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3078/2025 07.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «fərdi yaşayış evindən çıxarılma, özbaşına tikili, sahiblik hüququ») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-342/2025 saylı, 26 fevral 2025-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin halları ilə müəyyən edilib ki: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3165/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə X11 arasında Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsində xx.xx.2009-cu il tarixdə 1709 №li akt qeydi ilə bağlanmış nikahın pozulması, boşanmadan sonra xx.xx.2010-cu il təvəllüdlü X13 və xx.xx.2013-cü il təvəllüdlü X4 ana X5 yanında saxlanılması qət edilmişdir.
2. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2296/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X8 qarşı cavabdeh X11 ilə birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağları ev 3, 37 saylı evin tikintisi üçün xərclənən pul vəsaitinin 1/2 hissəsinin cavabdehə ödənilməklə onun Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağları ev 2, 37 saylı mənzildən çıxarılması barədə iddiası rədd edilmişdir. Buna baxmayaraq, qanuni qüvvəsini almış bu qətnamə ilə müəyyən edilmişdir ki, mübahisəli özbaşına tikilinin tikintisi ilə bağlı xərcləri hər iki tərəf çəkmişdir.
3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-1621/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Aslanova (Vəliyeva) Elnurə Aslan qızına qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Bu işdə məhkəmənin gəldiyi nəticə üzrə qənaəti ondan ibarət olmuşdur ki, cavabdeh həmin fərdi yaşayış evində yaşamır, eyni zamanda onun tərəfindən həmin evdə iddiaçının yaşamasına dair hər hansı bir maneə mövcud deyil. Əksinə həmin evdə X10 yaşayır və iddiaçının köçüb həmin mənzildə yaşamasına etiraz edir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-984/2023 saylı qətnaməsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-1621/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-282/2024 nömrəli, 15 fevral 2024- cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X6 qarşı fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddia tələbi rədd edilmiş və məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaya ilkin olaraq Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağları ev 2, 37 saylı fərdi yaşayış evinin əmlak xarakterini (mülkiyyət və ya özbaşına tikili) və həmin əmlakın ümumiyyətlə İddiaçı məxsus olubolmaması araşdırılmalıdır. Belə ki, mübahisə predmeti olan əmlak mülkiyyət olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Yəni mübahisə predmeti olan ev özbaşına tikili olmaqla həmin evə və torpaq sahəsinə dair iş üzrə tərəflərin hər hansı bir hüququnun (sahiblik, istifadə və sərəncam vermək) yaranması müəyyən edilməmiş, mübahisə predmeti olan evə və həmin evin yerləşdiyi torpaq sahəsinə dair hər hansı təsdiqedici sənədlər təqdim edilməmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-2914/2024 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-282/2024 nömrəli, 15 fevral 2024- cü il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh X6 qarşı(Cavabdeh mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehin əmlakdan çıxarılması, əmlakın boşaldılaraq iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi başqa əsasla, yəni əsl olmayan cavabdehə qarşı verildiyindən rədd edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən çıxarılma və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa- Xuna bağ massivində 3,6 sot torpaq sahəsində yerləşən ümumi sahəsi tikinti altı sahəsi ilə birlikdə 143,0 kv.m, kürsülü, 4(otaqlı), 1(bir) mərtəbəli, 2/37 saylı fərdi yaşayış evindən cavabdeh X14 və onunla birgə yaşayan ailə üzvləri ilə birlikdə çıxarılması və evin açarlarının ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edib.
7. İddiada göstərilib ki, 2016-cı ildə Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivində 3,6 sot torpaq sahəsi almışdır. Həmin sahədə özbaşına tikili olaraq 1(bir) mərtəbəli, 9 daş kürsüdən, ümumi sahəsi tikinti altı sahə ilə birlikdə 143,0 kv.m olan 4(dörd) otaqlı, hamam-sanitar qovşağı,mətbəx və dəhlizdən ibarət 2/37 saylı fərdi yaşayiş evini öz vəsaiti hesabına tikmişdir. Evin tikintisinə və təmirinə 60.000 (altmış min) manat məbləğində pul xərcləmişdir. 2009-cu ildə X12 ilə nikaha daxil olmuşdur. Ailə münasibətləri korlandığından nikahlarının pozulması tələbinə dair məhkəməyə müraciət etdikdən sonra Xəzər Rayon Məhkəməsinin xx.xx.2021 tarixli, 2/008/-3165/2021 saylı qətnaməsilə nikah münasibətləri pozulmuşdur. Həmin adıçəkilən evdə 2021-ci ilin mart ayına kimi X12 ilə birgə yaşamışdır. 2021-ci ilin mart ayinda Elnurənin ona etdiyi xəyanətdən sonra yaşadığı evi tərk edərək valideynlərinin yanında yaşamışdır. X12 azyaşlı övladları ilə birlikdə həmin evi tərk edərək öz valideyinlərinin yanına köçmüşdür. Məhkəmə qaydasında nikahları pozulandan sonra Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivində özbaşına tikilmiş evdə heç kim yaşamamışdır. Hazırkı cavabdehin həmin evə heç bir aidiyyəti yoxdur. Keçmiş həyat yoldaşının atası X10 yaranmış ailə münasibətlərinin pozulmasından sonra məqsədli şəkildə həmin evi qeyri-qanuni zəbt edərək ora daxil olmuş və ondan istifadə etmədiyi halda orda yaşadığını göstərməyə çalışmış və fərdi yaşayış evindən Aslan Aslanovun çıxarılması barədə tələbi üzrə məhkəmə gedişatı zamanı (yerli baxışdan sonra) xx.xx.2023-cü il tarixli etibarnamə əsasında (xx.xx.2113-cü ilədək) Cavabdeh 45 000 manata satmışdır. Evin qaz, işiq, "təmiz şəhər" müqavilələri onunla bağlanmışdır. xx.xx.2022-ci il tarixli Qala Bələdiyyəsinin **********3795 saylı tədiyyə bildirişinə əsasən 12031xxxxxxx kodu ilə verilmiş şəhadətnaməyə əsasən 2022-ci il üçün əmlak vergisi və torpaq vergisi (31.64 manat və 2.16 manat) ödənilməsi xəbərdarlığı olunmuşdur. Tərəfindən müvafiq ödənişlər edilmişdir. Digər tərəfdən "xxxx" ASC-nin onun adına göndərilən bildirişdə kod və onun adı qeyd edilmişdir. ”Azərişıq ASC-nin abunə haqqında məlumatlardan görünür ki, xx.xx.2016-cı ildən abonent olaraq onun adı qeyd edilmişdir. Hazırda da onun adına qeydiyyatdadır. ”Expert” LTD müəssisəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, E/31 saylı “Qiymətləndirmə Akt”ında (mütəxəssis rəyində) isə adıçəkilən evin tikintisinə və təmirinə çəkilən xərclər bazar qiymətlərinə uyğun olaraq 60.000 (altımış min) manat məbləğində qiymətləndirilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixli “Qiymətləndirmə Rəyi”ndən görünür ki, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağ massivində yerləşən ümumi sahəsi 360 m2, tikinti sahəsi 143 m2 olan tikilinin dəyəri 68.500 (altımış səkkiz min beş yüz) manat məbləğində qiymətləndirilmişdir. Həmçinin, adı çəklilən fərdi yaşayış evinin lisenziyalı təşkilat tərəfindən hazırlanmış və təsdiq edilmiş “Memarlıq planlaşdırma layihəsi” 2016-cı il tarixdə ona verilmişdir. İddia ərizəsinə əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2914/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsində İddiaçı cavabdeh X6 qarşı “cavabdehin özbaşına tikilidən çıxarılması barədə” tələbi üzrə məhkəmənin mövqeyi belə olmuşdur ki, mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər onun taleyini həll etmək - ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və s. hüquqlar tikintiyə xərc çəkmiş şəxsə, əşya sahibinə məxsusdur.Yaranan mübahisə iddiaçının mənzil hüquqlarının həyata keçirilməsi üzrə yaranmışdır. Bu baxımdan işin halları Konstitusiyanın mənzil hüququnu təsbit edən 43-cü maddəsinin və əlaqəli normalar əsasında yoxlanmalıdır.Öncə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Həmin qətnamənin 47-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsi, göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni, insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən istifadə, həm də oradan maneəsiz və dinc istifadəni ehtiva edir. Buna görə də iddiaçının mübahisəli yaşayış sahəsindən istifadə üzrə maneələrin aradan qaldırılması barədə iddia tələbi, onun Konstitusiyada təsbit olunmuş hüququnu səmərəli səviyyədə təmin etməlidir. Həmin qətnamənin 51-ci bəndində qeyd edilmişdir ki, sözügedən fərdi yaşayış evi özbaşına tikili olsa belə, hər bir halda həmin fərdi yaşayış evinə dair “gözlənti” hüququnun məhz kimə məxsus olmasından asılı olaraq iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etmək üzrə subyektiv hüquqa malik olub-olmaması halı müəyyən edilməlidir. Həmin qətnamənin 54-cü bəndində qeyd edilmişdir ki, iş materiallarından göründüyü kimi işdə iddiaçının mübahisəli tikiliyə dair müvafiq iddia tələbi ilə müraciət etməsini istisna edən, onun subyektiv hüquqa malik olmadığını müəyyən edən və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2296/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş halı təkzib edən hər hansı sübut mövcud deyil. Yəni mübahisəli fərdi yaşayış evinin iddiaçının qazandığı vəsaiti hesabına tikildiyi, həmin evə dair, ev özbaşına tikili olsa belə, “gözlənti” hüququnun həm də ona məxsus olduğu halı işdə olan sənədlərə əsasən təkzib edilmir. Həmin qətnamənin 55-ci bəndində qeyd edilmişdir ki, belə olan halda iddiaçının mübahisəli tikiliyə sahiblik etmək hüququ yaranmışdır və o, bu hüququnu üçüncü şəxslərin müdaxilələrindən məhkəmə qaydasında müdafiə etmək üzrə subyektiv hüquqa malikdir. İddia ərizəsindən də göründüyü kimi tələbin mahiyyəti iddiaçının özbaşına tikili hesab edilən fərdi yaşayış evindən məhrum olmaqla, həmin fərdi yaşayış evinin onun sahibliyinə verilməsindən ibarətdir. Cavabdehə xəbərdarlıq edib ki, mübahisəli fərdi yaşayış evini buna hüququ olmayan şəxsdən əldə etmisiz və evi boşaltmalısız. Ona məxsus fərdi yaşayış evinin cavabdeh tərəfindən boşaldılması təklifinə cavabdehin Aslanov Aslana ödədiyi pulu geri alacağı təqdirdə evi boşaldacagının bildirimişdir. Sonuncu dəfə 06 oktyabr 2024-cü il tarixdə cavabdehlə mübahisəli evin qarşısında görüşərək ona 5 gün müddətində qanunsuz tutduğu yaşayış evinin boşaldılması barədə xəbərdarlıq məktubu təqdim edilmişdir. Ona məxsus yaşayış evi qanunsuz olaraq Cavabdeh və onu ailə üzvləri tərəfindən istifadə olunur, o, isə göstərilən yaşayış evindən istifadə etməkdən ondan asılı olmayan səbələrə görə məhrum olmuşdur. Cavabdeh isə heç bir hüquqi əsas olmadan ona məxsus fərdi yaşayış evindən istifadə edir, onun hesabına varlanır, əmlak əldə edir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, yuxarıda göstərilən mübahisəli Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa -Xuna bağ massivində 3,6 sot torpaq sahəsində yerləşən özbaşına tikili olaraq onun tərəfindən tikilmiş, ümumi sahəsi tikinti altı sahəsi ilə birlikdə 143,0 kv.m, kürsülü, 4(otaqlı), 1(bir) mərtəbəli,2/37 saylı fərdi yaşayış evinə sahiblik etmək hüququ yaranmışdır və bu hüququn cavabdehin qanunsuz müdaxiləsindən məhkəmə qaydasında müdafiə etmək üzrə subyektiv hüquqa malikdir. Tələbinin mahiyyəti öz vəsaiti hesabına inşa etdiyi özbaşına tikili hesab edilən fərdi yaşayış evindən məhrum olduğundan həmin fərdi yaşayış evinin onun istifadə və sahibliyinə qaytarılmalı və cavabdeh ailə üzvləri ilə birlikdə həmin evdən çıxarılmalıdır.
8. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-342/2025 saylı, 26 fevral 2025ci il tarixli qətnaməsi ilə (hakim Emin Rüstəmov) iddia tələbi təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərib ki, iddiaçı hazırki iddianı qaldırmağa subyektiv hüquqa malik deyil. Çünki, o, qeyd olunan torpaq sahəsində tikilmiş mübahisəli fərdi yaşayış evinin üzərində qanunla nəzərdə tutulmuş yarı-yarıya pay hüququna sahibdir. Tikili özbaşına tikili olduğuna görə ona çəkilmiş xərcin yarısı iddiaçıya aiddir.
Apellyasiya şikayətlərinin və onlara qarşı etirazların dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətlərinin dəlilləri
10. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv, iddia tələbinin isə təmin olunmasını xahiş edərək göstərib ki, onun tərəfindən X6 qarşı Xəzər Rayon Məhkəməsinə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa -Xuna bağ massivində 3,6 sot torpaq sahəsində yerləşən özbaşına tikili olaraq onun tərəfindən tikilmiş, ümumi sahəsi tikinti altı sahəsi ilə birlikdə 143,0 kv.m, kürsülü,4 (dörd) otaqlı, hamam-sanitar qovşağı, mətbəx və dəhlizdən ibarət,1 (bir) mərtəbəli, 2/37 saylı fərdi yaşayış evindən cavabdeh X3 çıxarılması barədə iddia tələbi ilə müraciət olunmuşdur. Qeyd edilən ünvanda məhkəmə gedişatı zamanı keçmiş həyat yoldaşı X7 atası-qayınatası cavabdeh X10 tərəfindən məqsədli şəkildə ona məxsus fərdi yaşayış evinə hazırki cavabeh Cavabdeh yerləşdirilmişdir. Məhkəmə gedişatı zamanı məsuliyyətdən və cavabdehlikdən yayınmaq məqsədilə X10 hazırki iş üzrə cavabdehə etibarnamə vermiş və bu yolla evi ona 45000 manata satmışdır. Cavabdehin dedikərinə görə onu fərdi yaşayış eviX23 yerləşdirmiş və bunun müqabilində ondan pul almışdır və yaranacaq mübahisələri onun tərəfindən həll ediləcəyini, evdən çıxarılacağı halda pulunu Aslanov Aslandan tələb edəcəyini qeyd etmişdir. X2, nə də ki hazırki cavabdeh X9 onun vəsaiti hesabına tikilən fərdi yaşayış evinə heç bir subyektiv hüququ olmadığı halda sonuncunun müdaxilə etməsi nəticəsində sahiblik hüquqları pozulmuşdur. Keçmiş qayınatası X3 və cavabdeh X9 birgə özbaşına hərəkətləri nəticəsində fərdi yaşayış evindən istifadə edə bilmir, həmin hüquqdan məhrum edilib. Hal-hazırda da X10 Cavabdeh məhkəmədə iştirakı etməməsini bildirərək və onun tərəfindən müdafiə olunması üçün bütün hərəkətlərin edilməsini özü həyata keçirir. Beləliklə, iddia tələbimin əsasını dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən vəsaiti hesabına tikilmiş və ailəsi ilə bərabər uzun müddət yaşadığı, nikah pozulduqdan sonra qapısı bağlı saxladığı fərdi yaşayış evinə keçmiş həyat yoldaşının atası X10 tərəfindən kənar şəxslərin yerləşdirilməsi (Cavabdeh), həmin evdən qanunsuz istifadə etməsi, sahibliyinin pozulması və həmin şəxsin fərdi yaşayış evindən çıxarılması ilə bağlıdır. Mülki qanunvericilikdə özbaşına tikiliyə dair məsələləri birbaşa tənzimləyən maddi hüquq norması mövcud deyildir. Özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Lakin mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa -Xuna bağ massivində 3,6 sot torpaq sahəsində yerləşən özbaşına tikili olaraq onun tərəfindən tikilmiş, ümumi sahəsi tikinti altı sahəsi ilə birlikdə 143,0 kv.m, kürsülü, 4 otaqlı, 1(bir) mərtəbəli, 2/37 saylı fərdi yaşayış evinə sahiblik etmək hüququ yaranmışdır və bu hüququn cavabdehin qanunsuz müdaxiləsindən məhkəmə qaydasında müdafiə etmək üzrə subyektiv hüquqa malikdir. Tələbinin mahiyyəti öz vəsaiti hesabına inşa etdiyi özbaşına tikili hesab edilən fərdi yaşayış evindən məhrum olduğundan həmin fərdi yaşayış evinin onun istifadə və sahibliyinə qaytarılmalı və cavabdeh X9 ailə üzvləri ilə birlikdə həmin evdən çıxarılmalıdır.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
11. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdi.
12. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Maddə 13.4. Mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Maddə 160. Əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri:
15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır.
16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
18. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
20. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsinin iddianı tam rədd etməklə gəldiyi nəticə düzgün olmamışdır.
21. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
22. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
23. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün nəticəyə gəlmədiyini müəyyən etdi. Çünki hüququn tətbiq edilməsində səhv buraxaraq həm tətbiq etdiyi maddi hüquq normalarını səhv təfsir etmiş, həmçinin qətnamədə göstərdiyi dəlilləri işin hallarına uyğun olmamış, yəni müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu hallar da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas sayılır. Bununla əlaqədar, iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar hüquqi dəyərləndirmə aparılmasını məhkəmə tərkibi zəruri hesab edir.
24. Əvvəla, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş fərdi yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikilidən cavabdehin və ailə üzvlərinin çıxarılması ilə bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisənin analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməsi mümkündür. Lakin bu halda da iddia tələbi analoji münasibətləri tənzimləyən hüquq normalarının şərtlərinə uyğun olmalıdır. Əks halda bu hüquqdan sui-istifadəyə gətirib çıxara bilər. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, habelə cavabdeh(lər)in etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa, iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilir. Hazırki işdə də faktiki hallar analoji maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşır, eləcə də cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından mübahisəli tikilini iddiaçı keçmiş arvadı ilə birgə nikah dövründə və birgə gəlirlər hesabına inşa etdiyindən bu cür iddia haqlı sayılır.
25. Belə ki, mübahisəli ev kimi istifadə olunan özbaşına tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə(özbaşına tikiliyə) cavabdehin hansısa aidiyyəti ilə bağlıdır. Cavabdeh məhkəmə iclaslarına gəlmir, iddiaya münasibət bildirmir, iddiaçının verdiyi məlumata əsasən sözügedən tikilini keçmiş qaynatasından əvəzi ödənilməklə aldığını bəyan edir.
26. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İddiaçının hazırkı iddia üzrə subyektiv hüququ mövcuddur. Ən azından o, qanunla qorunan maraqlarını qorumaq və təmin etmək məqsədi ilə bu cür iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olub. İddiaçının mübahisə predmeti olan tikilinin üzərində hansısa hüququ dövlət reyestrində qeydə alınmaması da heç nəyi dəyişmir. Çünki mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur(MM.m.157.8). Btirinci instansiya məhkəməsi də iddiaçının qeyd olunan torpaq sahəsində tikilmiş mübahisəli fərdi yaşayış evinin üzərində qanunla nəzərdə tutulmuş yarıyarıya pay hüququna sahib olduğunu, tikili özbaşına tikili olduğuna görə ona çəkilmiş xərcin yarısının iddiaçıya aid olduğunu təsdiq edir. Buna baxmayaraq, hazırki iddianı qaldırmağa subyektiv hüquqa malik olmadığını göstərir. Məhkəmənin bu ziddiyyətli qənaətə gəlməsi başadüşülən olmamışdır. Çünki bir tərəfdən tikilinin üzərində keçmiş arvadı ilə yarı-yarıya pay hüququna sahib olduğunu, tikliyə çəkilmiş xərcin yarısının ona aid olduğunu təsdiq edir, digər tərəfdən isə hazırkı iş üzrə cavabdehə qarşı bu cür iddianı qaldırmağa subyektiv hüququ olmadığını göstərir. Bir halda ki, qeyd olunan faktlara görə iddiaçının tikiliyə sahiblik və istifadə etmək ixtiyarı mövcuddur, demək ki, keçmiş arvadından başqa onun istənilən şəxsə qarşı bu cür iddia irəli sürməyə haqqı vardır. Çünki mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır (MM.m. 158.1.2.) Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər(MM.m.158.2.) Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir(MM.m. 158.4). Ona görə də qeyd olunan tikilinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində hansısa hüquqla qeydə alınmaması hazırda tikiliyə qanunsuz sahiblik və ondan istifadə edən cavabdehə hansısa üstünlük yaxud imtiyaz vermir. Başqa sözlə, cavabdehin iddiaçının keçmiş qaynatası ilə qeyd olunan tikili ilə bağlı hər hansı bir razılaşması həqiqi olsa belə onun həmin tikiliyə heç bir hüququ ola bilməz. İşin halları ilə də açıq-aşkar təsdiq olunur ki, iddiaçının keçmiş qaynatası ilə cavabdeh hüquqdan məhz pis niyyətlə, yəni iddiaçıya zərər vurmaq məqsədi ilə sui-istifadə edir ki, bu da yolverilməzdir.
27. Bundan əlavə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-2914/2024 saylı qətnaməsi ilə müəyyən edilənlər hazırkı iş üzrə tərəflər üçün preyudisial əhəmiyyətə(baxmayaraq ki, həmin iş üzrə Cavabdehin tərəfində iştirak edən üçüncü şəxs olmuşdur) malik olmasa da qətnamənin 55-ci bəndində qeyd edilib ki,... belə olan halda iddiaçının mübahisəli tikiliyə sahiblik etmək hüququ yaranmışdır və o, bu hüququnu üçüncü şəxslərin müdaxilələrindən məhkəmə qaydasında müdafiə etmək üzrə subyektiv hüquqa malikdir. İddia ərizəsindən də göründüyü kimi tələbin mahiyyəti iddiaçının özbaşına tikili hesab edilən fərdi yaşayış evindən məhrum olmaqla, həmin fərdi yaşayış evinin onun sahibliyinə verilməsindən ibarətdir. Göründüyü kimi, həmin işdə də iddiaçının mübahisəli tikiliyə “gözlənti” hüququnun olduğu təsdiqlənmişdir. Birinci instansiya məhkəməsi bütün bu halları görə-görə iddianı tam rədd etməkdə haqlı olmamışdır.
28. Göstərilənlərə baxmayaraq, iddia tələbinin cavabdehlərin ailə üzvlərinə qarşı olan hissəsi qeyri müəyyən olduğundan iddia həmin hissədə təmin edilə bilməz. Çünki cavabdehin ailə üzvlərinin kimliyi, digər rekvizitləri, həmin tikilidə həqiqətən yaşayıbyaşamamaları və digər məsələlər müəyyən edilməmişdir. Apellyasiya baxışı zamanı da bunların müəyyən edilməsi mümkün olmamışdır. Bununla yanaşı, iddia tələbinin evin açarlarının ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsi də mücərrəd, üstəlik təmin edilməsinə ehtiyac və zərurət olmayan bir tələbdir. Əvvəla ona görə ki, bu cür tələbə ehtiyac olmasa da qətnamənin qanuni qüvvəsini alacağı təqdirdə icra mərhələsində bu məsələ öz həllini tapa bilir. İkincisi, evin yaxud onun ayrı-ayrı otaqlarının bir neçə açarları ola bilər və istər-istəməz cavabdeh evdən çıxarıldıqdan sonra iddiaçı onların dəyişməsində maraqlı olacaq. Çünki açarların həmin evə aidiyyəti olmayan kənar şəxslərdə ola bilməsi ehtimalı da yüksək olur. Ona görə də iddianın bu hissələri təmin edilməməlidir.
29. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda hüquqdan pis niyyətlə sui-istifadə etmənin qadağan olunması institutunun yaranmasına da zərurət və əsas olmazdı.
30. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)- 342/2025 saylı, 26 fevral 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivində 3,6 sot torpaq sahəsində yerləşən ümumi sahəsi tikinti altı sahəsi ilə birlikdə 143,0 kv.m, kürsülü, 4 (dörd) otaqlı, 1 (bir) mərtəbəli, 2/37 saylı fərdi yaşayış evindən(qeydə alınmayan tikilidən) çıxarılmalı; iddia qalan hissədə təmin edilməməli; eləcə də iddia qismən təmin edildiyindən iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ümumilikdə ödənilmiş 150 manat dövlət rüsumuna görə xərc Cavabdeh alınaraq İddiaçı ödənilməlidir.
31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
qətetdi:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-342/2025 saylı, 26 fevral 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivində 3,6 sot(360 kv.m) torpaq sahəsində yerləşən ümumi sahəsi tikinti altı sahəsi ilə birlikdə 143,0 kv.m, kürsülü, 4 (dörd) otaqlı, 1 (bir) mərtəbəli, 2/37 saylı fərdi yaşayış evindən(qeydə alınmayan tikilidən) çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 150 manat dövlət rüsumuna görə xərcin əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.