Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3079/2025 15.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər “torpaq sahəsinin və evin boşaldırılaraq təhvil verilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “torpaq sahəsinin və evin boşaldırılaraq təhvil verilməsi” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 398/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. xx.xx.2024-cü il tarixli AN-İ №1241565 saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin sürətindən görünür ki, ünvan 2, yeni qaydalarla: ünvan 1 Cavabdeh1 tərəfindən İddiaçı satılmışdır.
2. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 2, yeni qaydalarla: ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçmişdir.
3. Azərbaycan Respublikası DİN Yaşayış yeri haqqında ******* saylı arayışından görünür ki, ünvan 2, yeni qaydalarla: ünvan 1 ünvanında qeydiyyatda heç kim yoxdur.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh1, onun arvadı Cavabdeh2, oğlu Cavabdeh3, onun arvadı Vəfa, onların himayələrində olan azyaşlı uşaqları ilə birlikdə ünvan 2, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evindən çıxarılması və boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 05 fevral 2024-cü il tarixdə AN-İ № ******* saylı “alqı-satqı müqaviləsi”nə əsasən ünvan 2 ünvanında yerləşən, ümumu sahəsi 0.0565 ha olan torpaq sahəsini Cavabdeh1 50000 dəyəri ödənilməklə tərəfindən alınmışdır. Qeyd etmək istəyir ki, sözügedən torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin Bakı şəhəri 11 saylı notariat ofisində Cavabdeh1 əvəzi tam ödənilməklə yəni 50000 (əlli min manat) manata almışdır. Daha sonra alqı-satqı ilə aldığı ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0.0565 ha olan torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə (hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestridən) çıxarışın alınması ilə bağlı müraciət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il tarixli çıxarışından da görünür ki, ünvan 2 (Yeni qaydalarla: ünvan 1) mənim tam mülkiyyətindədir. Belə ki, alqısatqı müqaviləsi bağlandıqdan və dövlət reyestrindən çıxarışın alınmasından bir müddət sonra mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsində və onun üzərində yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayan Cavabdeh1 torpaq sahəsinin boşaldılmasını tələb etsə də onlar bundan əsassız olaraq imtina etmişdir. Hal-hazırda sözügedən torpaq sahəsində Cavabdeh1 və onun arvadı Cavabdeh2, oğlu Cavabdeh3 və onun arvadı Vəfa, onların himayələrində olan azyaşlı övladları X4, X5, X8 ilə birlikdə heç bir hüquqları olmadan yaşayırlar. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, Cavabdeh1 gəlinin soyadı barədə məlumat verməmişdir, belə ki, məlumdur ki, gəlinin adı Vəfa onun həyat yoldaşı Cavabdeh3 onların himayələrində olan azyaşlı övladları X4, X5, X6r. Cavabdeh1 gəlini Vəfanın soyadı barədə məlumatı heç bir şəkildə əldə etmək mümkün olmamışdır. Onun adı məlum olduğundan məhkəməyə sadəcə onun adını Vəfa olaraq qeyd edərək bildirməklə kifayətlənirlər. Həmin şəxslərin mülkiyyətində olan əmlakda heç bir hüquqlarının olmamasına baxmayaraq mülkiyyət hüquqları Cavabdeh1 və onun ailə üzvləri tərəfindən kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşa Xuna bağ sahəsi, 519 saylı bağ sahəsi, ünvan 1 ünvanında qeydiyyatda heç bir şəxs yoxdur. Hüquqlarının bərpa edilməsi məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətindədir.
6. Daha sonra iddiaçı iddia ərizəsini dəqiqləşdirərək, cavabdehlər Cavabdeh1, onun oğlu Cavabdeh3, onun arvadı Vəfa, onların himayələrində olan azyaşlı uşaqları ilə birlikdə ünvan 2, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evindən çıxarılması və boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-398/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3, X7 və yetkinlik yaşına çatmamış xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X8 ilə birgə ünvan 2, yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması və fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təvil verilməsi qət edilmişdir. (hakim X9).
8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehlər mübahisəli evdə istifadə hüquqlarını itirmişlər. Belə ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3, X1, X5 və X2 ünvan 3 ünvanında yerləşən mənzilinə olan istifadə hüquqları xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi bağlandığı tarixdən artıq itirilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehlərin mənzildə yaşamaları iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarının həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarı ilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyrihüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. Bununla da, məhkəmə iclasında müəyyən edildi ki, cavabdehlər xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 2, yeni qaydalarla: ünvan 1 ünvanda yaşamışlar, lakin iddiaçı mülkiyyətində olan evin boşaldılmasını cavabdehlərdən tələb etmişdir. Cavabdehlər hal-hazıradək evdən çıxmayaraq evi təhvil verməməsi mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozmuşdur. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan, cavabdehlərin həmin mənzilə istifadə hüququ olmadığından, mənzil hazırda cavabdehin qanunsuz sahibliyində olduğundan, iddiaçı mənzili özgənin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək hüququna malikdir. Mübahisəli mənzil hazırda cavabdehlərin qanunsuz sahibliyində olduğundan, iddia təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3, X7 ünvan 2, yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmalıdırlar və fərdi yaşayış evi boşaldılaraq iddiaçıya təvil verilməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2-ci, 152.1-ci, 152.5-ci, 157.2-ci, 157.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 5.1-ci, 14.2-ci, 76.1-ci, 106.1, 106.3-cü, 217.4-cü maddələrinə, Azərbaycan Respublikasının Konstitusiyanın 12-ci, 71-ci, 88-ci, 106.1-ci, 106.3-cü, 191.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər rayonMəhkəməsi tərəfindən mübahisənin bütün halları məcmu halda qiymətləndirilməmiş, tərəflər arasında bağlanmış formal alqı-satqı müqaviləsinin olması əsas götürülmüşdür. Hansı ki, həmin müqavilənin formal bağlandığı mübahisəli daşınmaz əmlakın rəsmiləşdirilmiş qiymətindən də aydın görünür. Cavabdeh tərəfindən iddia tələbi qəbul edilməmişdir. Əksinə iddiaçının həmin daşınmaz əmlakı aldatma yolu ilə ələ keçirməsi məhkəmədə bildirilmişdir. Lakin məhkəmə tərəfindən bu hala hüquqi qiymət verilməmişdir. Məhkəmə tərəfindən iş üçün əhəmiyyəti olan bütün hallar sübut edilməmişdir. Ən azından məhkəmə tərəfindən mübahisəli daşınmaz əmlakın qiymətləndirilməsi üçün məhkəmə ekspertizası təyin olunmalı idi.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
13. Məhkəmə iclasında Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etmişdir.
14. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. İzahatında bildirmişdir ki, o, nə borc alıb, nə də borc vermişdir. Torpaq sahəsi, üstündə də ev almışdır. Torpaq sahəsinin üstündəki evi də almağına cavabdehlər ilə razılaşmışdır. Hətta 30.000 manat da əlbəəl vermişdir. Təəssüf ki, bunu təsdiq edən sənədi,əlyazması yoxdur. 06 fevral 2024-cü ildə alqı-satqı aparılanda o və kürəkəni qarşı tərəfdən isə Cavabdeh2, Cavabdeh1 və oğulları Cavabdeh3 olmuşdur. Hətta hazırda oğulları həbsdədir. Hətta məhkəmədə tələb də qoymuşlar ki, pullarını qaytarsınlar, onlar da ev tələblərindən imtina etsinlər.
Tətbiq edilən hüquq
15. Azərbacan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin olunmaması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
21. Məhkəmə kollegiyası ilk növbədə vurğulayır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
23. Konstitusiya Məhkəməsinin bu Qərarda nümayiş etdirilmiş hüquqi mövqey bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Prenum Qərarında öz əksini tapmışdır.
24. Bununla belə, qanunvericiliyin tələbləri baxımından hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Bu baxımdan da işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin subyektiv hüquqa malik olub-olmamasını, subyektiv hüququn pozulubpozulmamasını, cavabdehin bu pozuntunu edib-etməməsini araşdırmalıdır. Yalnız subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
25. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb qeyd etməyi zəruri hesab edir ki, cavabdehlər xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 2, yeni qaydalarla: ünvan 1 ünvanda yaşamışlar, lakin iddiaçı mülkiyyətində olan evin boşaldılmasını cavabdehlərdən tələb etmişdir. Cavabdehlər hal-hazıradək evdən çıxmayaraq evi təhvil verməməsi mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozmuşdur.
26. Bununla belə, hüquqi nəticə etibarı ilə iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan, cavabdehlərin həmin mənzilə istifadə hüququ olmadığından, mənzil hazırda cavabdehin qanunsuz sahibliyində olduğundan, iddiaçı mənzili özgənin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək hüququna malikdir.
27. “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29cu maddəsinin İ və İİ hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329, 340.2 və 661-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2025-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Göstərilənlərlə yanaşı o da nəzərə alınmalıdır ki, tərəflər aralarındakı borc münasibətlərini yalan əqd olaraq alğı-satqı müqaviləsi vasitəsilə təminat altına almış olduqları təqdirdə, sonradan borclu tərəfindən alğı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı tələbin irəli sürülməsi, bəzi hallarda hüquqlardan istifadə edilməsi zamanı vicdanlılığın qorunması prinsipinə zidd olmaqla kreditorların mənafelərinin, mülki dövriyyənin sabitliyinin pozulmasına gətirib çıxara bilər. Belə ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və qeyriəmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrası böyük iqtisadi-sosial əhəmiyyətə malikdir. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi borc və ya kredit müqavilələri üzrə tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə yönəlməklə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına xidmət edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014cü il 24 dekabr tarixli Qərarı). Bu baxımdan, mülki hüququn əsas prinsiplərindən olan vicdanlılıq prinsipinin təmin edilməsi, hüquqdan sui-istifadənin qarşısının alınması məqsədi ilə bu kimi hallarda əqdin yalan əqd olaraq etibarsızlığı ilə bağlı iddiaların işin faktiki halları, tərəfin güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilibkeçirilmədiyi nəzərə alınmaqla rədd edilməsi istisna edilmir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında da qeyd olunmuşdur ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ və İİ hissələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin məzmununa və hüquqi təyinatına, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən müqavilə tərəflərinin istənilən üçüncü şəxsdə etibarlılığına dair yanlış təsəvvür yaratmaq niyyəti ilə bağladığı əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329 və 340.2-ci maddələrinin tələblərinə uyğun olaraq, yalan əqdə tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydaların tətbiq edilməsi, pərdələnən əqdin mülki qanunvericilikdə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verməsi halında mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1, 659.2 və 661-ci maddələrinin mənasına görə, daşınmaz əmlakın alğı-satqı müqaviləsinin mühüm şərti kimi tərəflərin satılmış əşyanın yenidən alınması ilə bağlı razılaşması yalnız notarial qaydada təsdiq olunduğu halda etibarlıdır.
28. Görüntüdə bağlanan əqdin yalan əqd hesab edildiyi halda məhkəmənin öz təşəbbüsü ilə pərdələnən əqddən irəli gələn qaydaları tətbiq etməsinin mümkünlüyü ilə bağlı göstərilməlidir ki, Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
29. Göründüyü kimi, qanunverici görüntü üçün bağlanan müqavilə tərəflərinin həqiqi iradə ifadəsi olan digər bir müqaviləni pərdələdiyi halda (yalan əqd halında), pərdələnən əqdə aid qaydaların tətbiqini mümkün hesab etmişdir. Həqiqi niyyət, əsl iradə ifadəsi isə müqavilənin bağlanmasına əsas olmuş şərait və motivin, müqaviləyə qədərki danışıqların, tərəflər arasındakı gerçək münasibətlərin araşdırılması əsasında təsbit edilə bilər.
30. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (Mülki Məcəllənin 324.5, 404.1 və 404.2-ci maddələri).
31. Cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya icraatı zamanı əldə edilmiş Mərkəzi Ekspertiza Bürosunun 25 avqust 2025-ci il tarixli hesabatına əsasən iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evinin hazırki dövrə olan ümumi bazar dəyəri 96100 manat qiymətləndirilmişdir.
32. Cavabdeh əslində bağlanan müqavilənin daşınmaz əmlakın satılması niyyəti ilə deyil, onlar arasında mövcud olmuş borcun verilməsi müqabilində bağlanması dəlilini irəli sürsə də, etirazlarını əsası kimi istinad etdikləri hallar əsaslı olmamışdır. Çünki tərəflər arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanarkən cavabdeh tərəf hansı müqaviləni bağladığını bilmiş və iradə ifadəsini aydın şəkildə realizə etmişdir. Həmin müqavilənin bağlanmasından 8 ay sonra iddiaçı tərəf evin boşaldılması tələbi ilə məhkəməyə müraciət etmiş, lakin həmin müddət ərzində cavabdeh tərəf bağlanan müqavilənin pərdələnən əqd olması əsası ilə mübahisələndirməmiş və etibarsızlığına dair hər hansı bir tələb və etirazı olmamışdır. O cümlədən, iddiaçı cavabdehləri tanımamış, tanımadıqları adama borc verilməsi özü də ağlabatan olmamamaqla təsdiqini tapmır. Əlavə olaraq kollegiya qeyd edir ki, əqdin pərdələnməsindən də söhbət gedə bilməz. Birincisi tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdin borc münasibətıləri ilə bağlı razılığa gəlməkləri təsdiqini tapmır (tapmış olsaydı belə hazırki münasibətlərlə bağlı borc müqaviləsi üzrə qaydalararın tətbiq edilməsi mümkün olmazdı). Belə ki, ümumiyyətlə bir-birini tanımır. İkincisi evin girov qoyulub pul verilməsindən söhbət getsə idi, bu formada əqdin rəsmiləşdirilməsi üçün hər hansı bir maneə olmamışdır. Hətta alqı-satqı müqaviləsində belə sonradan pulun qaytarılması halında evin geri qaytarılacağı barədə şərt mövcud deyil. Eyni zamanda iddiaçı tərəf daha əvvəldən də cavabdeh tərəfə evin alınması ilə bağlı ilkin 30000 manat da pul verdiyini, lakin hər hansı sənəd almadığını da bildirmişdir.
33. Bundan əlavə məhkəmə iclasında iddiaçı tərəf bildirmişdir ki, evin alınmasına dair verdikləri pulun geri qaytarılması müqabilində daşınmaz əmlakın alınmasından belə imtina edə bilərlər. Lakin iddiaçıdan borc alıdğını qeyd edən cavabdeh tərəf alınan pulun geri qaytarılması istiqamətində belə (hansıki borc münasibətləri olduğunu bildirir) hər hansı bir hərəkət etməmiş və alınmış pulun ödənilməsi zəmnində cəhdlər edilməmişdir. O cümlədən, kollegiya qeyd edir ki, mütəxəssis rəyin evin qiymətinin rəsmi müqavilə üzrə göstərilən dəyərdən artıq olması həmin müqavilənin qanunvericiliyin tələblərinə uyğun olmayan şəkildə bağlanmaqla etibarlı olamaması üçün əsas ola bilməz.
34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin mənzildə yaşamaları iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarının həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarı ilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. Nəticədə cavabdehlər halhazıradək evdən çıxmayaraq evi təhvil verməməsi mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozmuşdur.
35. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, hesab edir ki, birinci instansiya məhkəməsi öz qənaətində haqlı olmuş və əsaslı olaraq iddianı təmin etmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-398/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilsin. İş üzrə keçirilmiş qiymətləndirmə rəyinə görə iddiaçı tərəfindən ödənilmiş mütəxəssis xərci kimi 500 manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.