Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3081/2022 18.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsilə, Fuad Fikrət oğlu Babayevdən və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 iyun 2007-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirib, müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 iyun 2007-ci il tarixli 2(009)-872/2007 saylı qətnaməsindən Cavabdeh1 tərəfdən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 iyun 2007-ci il tarixli qətnaməsi ilə (iş № 2- 872/2007, hakim A.K.Namazov) X1 Cavabdeh1, Cavabdeh3, X2 və Cavabdeh4 qarşı iddiası təmin edilmiş, X1 Bakı şəhəri, Z.Tağıyev küçəsi, ev 14, mənzil 34 yaşayış hüququnun tanınması, həmin mənzilə pasport qeydiyyatına alınması və köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 oktyabr 2020-ci il tarixli qərardadı ilə (iş № 2(103)-8144/2020 V.N.Sadıqov, Q.A.Əsgərov, A.N.İmanov) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 iyun 2007-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsi və mülki iş kimi təqdim olunmuş sənədlərin birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 oktyabr 2020-ci il tarixli qərardadından Cavabdeh1 tərəfdən kassasiya şiakyəti verilmişdir. Azəbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 fevral 2021-ci il tarixli 2(102)-1222/2020 saylı Qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 oktyabr 2020-ci il tarixli qərardadı dəyidirilmədən saxlanılmışdır. Bundan sonra Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfdən verilmiş itirilmiş məhkəmə icraatının bərpasına dair ərizəsi təmin olunmuşdur. Daha sonra Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 iyun 2007-ci il tarixli 2(009)- 872/2007 saylı qətnaməsindən Cavabdeh1 tərəfdən 11 sentyabr 2020-ci il tarixdə verilmiş apellyasiya şikayəti baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Kollegiya hesab edir ki, Cavabdeh1 tərəfdən yenidən apellyasiya şikayəti verilmədiyindən və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 iyun 2007-ci il tarixli 2(009)-872/2007 saylı qətnaməsindən Cavabdeh1 tərəfdən 11 sentyabr 2020-ci il tarixdə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 oktyabr 2020-ci il tarixli qərardadı və Azəbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 fevral 2021-ci il tarixli 2(102)-1222/2020 saylı Qərarı ilə münasibət bildirildiyindən Cavabdeh1 tərəfdən 11 sentyabr 2020-ci il tarixdə verilmiş apellyasiya şikayətinə yenidən (təkrar) apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab olunmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366, 400 və 402-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 iyun 2007-ci il tarixli 2(009)-872/2007 saylı qətnaməsindən Cavabdeh1 tərəfdən 11 sentyabr 2020-ci il tarixdə verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. İş materialları Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-3081/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3081/2022
18.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver