Məhkəmə qərarları › İş №2(103)-3086/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3086/2022

30.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3086/2022 30.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli qərardadından X4 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı “evin kənar şəxslərdən və əşyalardan boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 mart 2016-cı il tarixli, 2(005)- 1098/2016 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti və apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verilmiş kassasiya şikayəti təmin olunmamışdır. 09.02.2022-ci il tarixdə üçüncü şəxs X1 Rayon Məhkəməsinin 03 mart 2016-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, eyni zamanda apellyasiya şikayəti vermək üçün prosessual müddətin ötürülməmiş hesab olunmasını xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli qərardadı ilə (hakim A.Novruzova, iş № 2(005)-1098/2016) ərizə təmin edilməmiş, apellyasiya şikayəti geri qaytarılmışdır. Üçüncü şəxs A.Mahmudov həmin qərardaddan şikayət verərək onun ləğv olunmasını xahiş etmiş və şikayətini birinci instansiya məhkəməsinin qətnaməsinin surətini almaması, işə baxılarkən işdə iştirak etməyə cəlb olunmaması və s. ilə əsaslandırmışdır. Nərimanov Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə 3-cü şəxs A.Mahmudov birinci instansiya məhkəməsinin qətnaməsinin surətinin ona təqdim edilmədiyini göstərsə də, iş materiallarına əsasən qətnamənin surəti X2 arvadı, yəni iş üzrə Cavabdeh ünvanına (ünvan 1n zərf “köçüb” qeydi ilə geri qaytarılmışdır. Qətnamə sonradan cavabdehin nümayəndəsi tərəfindən ərizə ilə müraciət olunmaqla 01.04.2016-cı ildə qəbul edilmişdir (i.v. 48). Bundan əlavə, A.Mahmudov hazırda verdiyi apellyasiya şikayətində də faktiki yaşadığı ünvan kimi ünvan 2yası iş materiallarına əsasən qeyd edir ki, bundan əvvəl A.Mahmudovun ailə üzvü Cavabdeh tərəfindən Nərimanov Rayon Məhkəməsinin 03.03.2016-cı il tarixli qətnaməsi apellyasiya qaydasında mübahisələndirilmiş və qətnamənin əsaslılığı yuxarı instansiya məhkəmələri tərəfindən yoxlanılmışdır. Bundan əlavə, işə Cavabdeh şikayəti üzrə apellyasiya qaydasında baxılarkən A.Mahmudov apellyasiya instansiyası məhkəməsinin 25 yanvar 2021-ci il tarixli qərardadı ilə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş, bundan sonra müvafiq qətnamə qəbul edilərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, Cavabdeh həmin qətnaməni kassasiya qaydasında mübahisələndirsə də, 3-cü şəxs qismində cəlb olunmuş Ağaisa Mahmudov qətnamədən kassasiya şikayəti verməmişdir. Halbuki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam həcmdə yoxlamışdır və Ağaisa Mahmudovun 3-cü şəxs kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermək hüququ olmuşdur. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci il maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, A.Mahmudovun apellyasiya şikayəti hər bir halda icraata qəbul edilə bilməzdi və birinci instansiya məhkəməsi apellyasiya şikayətini qaytarmaqda haqlı olmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: X2 şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 18 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar