Məhkəmə qərarları › İş №2(103)-3087/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3087/2021

22.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3087/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızının (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı "Cavabdeh2" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdehlər "Cavabdeh2" Açıq Səhmdar Cəmiyyəti və "X1 Mərkəzi "Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “hərracın nəticələri barədə protokolun ləğvi tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2520/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli, qərardadından cavabdeh "Cavabdeh2" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "Cavabdeh2" Açıq Səhmdar Cəmiyyəti və "X1 Mərkəzi "Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X1 Mərkəzi”nin xx.xx.2020-ci il tarixli, 504 saylı protokolu, xx xxxxx 2020-ci il tarixli müqaviləsinin ləğv olunması, mənzilin Cavabdeh2 ASC-nin adına sənədləşdirilməsinə dair çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsinə iddianı təmin etmə tədbirinə dair ərizə də əlavə edərək, İddiaçı Nəsimi rayonu, Cavadxan küçəsi, ev 56, 47 saylı mənzildən çıxarılması barədə icra orqanının hərəkətlərinə hazırkı mülki işə baxılıb yekun məhkəmə aktı çıxarılanadək qadağa qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2520/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizənin təmin olunması qərara alınmışdır. Həmin qərardaddan "Cavabdeh2" Açıq Səhmdar Cəmiyyətinin verdiyi şikayət məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh bankın nümayəndəsi şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış iddiaçı və digər cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiklərindən, işə onların iştirakları olmadan baxılmasına qərar verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilərək birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməklə iddianı təmin tədbirinin tətbiqinə dair ərizə təmin olunmamalıdır. Belə ki, işin müəyyən olunmuş hallarına əsasən, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)-43/2018 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh2SC-nin cavabdehlər İddiaçı, X5ma, X2 və X3 qarşı iddiası qismən təmin edilmiş, bankla cavabdeh İddiaçı arasında imzalanmış kredit müqaviləsinin və ona əlavənin ləğv edilməsi, cavabdeh İddiaçının xeyrinə 26031.01 ABŞ dolları əsas, 4043.92 ABŞ dolları faiz, 50.00 ABŞ dolları cərimə olmaqla, cəmi 30124.93 ABŞ dolları borcun, həmçinin 30.00 manat dövlət rüsumunun tutulması, tələbin ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən 56 saylı evin, 28.5 kv.metr ümumi, 16.7 kv.metr yaşayış, 11.8 kv.metr yardımçı sahədən ibarət 1 otaqlı 47 saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiyməti 49000 manat müəyyən edilərək açıq hərracda satılması, həmin daşınmaz əmlakın satışından əldə olunmuş vəsait hesabına qeyd edilən kredit borcunun ödənilməsi, ipoteka predmetinə tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlərin həmin mənzildən ən gec bir ay ərzində çıxarılaraq mənzilin boşaldılması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsi MK-nın xx.xx.2018-ci il tarixli 2(103)- 8051/2018 saylı qətnaməsi ilə cavabdeh X6 və X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)-43/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx.xx.2019-cu il tarixli 2(102)- 627/2019 saylı qərarı ilə cavabdeh X6 və X7 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-8051/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)-43/2018 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra qismən icra olunmuş və hazırda ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi hal-hazırda Cavabdeh2SC-nin mülkiyyətindədir. Məhkəmənin şikayət mövzusu olan qərardadından görünür ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmiş, yalnız qanun normalarını sadalamaqla kifayətlənmişdir; halbuki, MPM-in 264.0.5-ci maddəsinə əsasən ayrıca akt şəklində qəbul edilən qərardadda məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi göstərilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələr belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalıdırlar. Bununla hər kəs onun barəsindən çıxarılmış qərarının nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Kollegiya qeyd edir ki, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, iddianı təmin etmə tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Məhz buna görədir ki, qanunverici hətta iş üzrə cavabdehlərə qarşı verilsə belə, hər bir halda iddianı təmin tədbirinə dair ərizələrin təmin ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Əksinə, yuxarıda göstərilənləri nəzərə almaqla qanunverici, iddianı təmin tədbirlərinin görülməsinə dair ərizələrin təmin edilməsini MPM-in 157.1-ci maddəsində “bilər” ifadəsini işlətməklə məhkəmənin səlahiyyətinə verir. Beləliklə, iddianı təmin etmə tədbirlərinin tətbiqinə dair ərizələrin zərurilik meyarı baxımından qiymətləndirilməsi ona imkan verir ki, belə tədbirlərin görülməsi ilə əlaqədar hər hansı əsaslandırma aparılmadan və ilkin sübut təqdim edilmədən verilən ərizələrin təmin edilməsi məqsədəmüvafiq deyildir. Bu baxımdan nəzərə almaq lazımdır ki, iddiaçı, ipoteka predmeti olmuş, sonradan məhkəmə qətnaməsi ilə hərracdan satılmasına qərar verilmiş əmlaklarına dair keçirilmiş hərracların qanunsuz olduğunu irəli sürmüşdür və iddiasının təmin ediləcəyi təqdirdə həmin əmlaklar qüvvədə olan məhkəmə aktının icrası məqsədilə hər bir halda – hazırda və gələcəkdə kimin sahibliyində, yaxud mülkiyyətində olmasından asılı olmayaraq - yenidən hərraca çıxarılacaqdır; bu isə o deməkdir ki, həmin əmlakla bağlı hərracın keçirilməsinin qadağan olunmasına zərurət yoxdur. Kollegiya onu da qeyd edir ki, iddiaçının görülməsini istədiyi iddianın təmin edilməsi tədbiri, mahiyyəti etibarilə qanuni qüvvədə olan məhkəmə aktına əsasən verilmiş icra sənədinin icrasını yubatmaq xarakteri daşıyır; halbuki, MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2520/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv olunsun. İddiaçı “İddiaçı Nəsimi rayonu, Cavadxan küçəsi, ev 56, 47 saylı mənzildən çıxarılması barədə icra orqanının hərəkətlərinə hazırkı mülki işə baxılıb yekun məhkəmə aktı çıxarılanadək qadağa qoyulması” məzmunlu ərizəsi təmin edilməsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar