Məhkəmə qərarları › İş №2(103)-309/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-309/2022

26.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-309/2022 26.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə İddiaçı Bank VTB (Azərbaycan) ASC-nin nümayəndəsi X8, Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli, 2(006)-22/2019 saylı qətnaməsindən iddiaçı Bank VTB (Azərbaycan) ASC, cavabdehlər Cavabdeh1, Cavabdeh2, “X12” LTD MMC, X6, X14 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank VTB (Azərbaycan) ASC cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 120378-1-10136/1 saylı, 20.12.2013-cü il tarixli “Kommersiya krediti müqaviləsi” üzrə 01.11.2016-cı il tarixə Banka borclu olduğu 205 956,95 ABŞ dolları məbləğində əsas borcun, 19 863,40 ABŞ dolları məbləğində faizin və 6 831.00 ABŞ dolları məbləğində cərimənin, cəmi 232 651,35 ABŞ dolları pul məbləğinin (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməklə), həmçinin məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 90 manat məbləğində dövlət rüsumlarının cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7, X2, “X12 LTD” MMC-dən müştərək qaydada alınaraq Bank VTB (Azərbaycan) ASC-yə ödənilməsi, tələbin ipoteka predmetləri olan xüsusi mülkiyyət hüququ ilə X5 məxsus olan Bakı şəhəri, Binəqədi rayon, İbrahimpaşa Dadaşov (12-Aşırım) küçəsində yerləşən 91 nömrəli evin, 81.02 kv.m ümumi, 63.32 kv.m yaşayış sahədən ibarət 4 otaqlı, 29 nömrəli mənzilə və həmin mənzilin ilkin satış qiymətinin 110 000.00 manat məbləğində müəyyən edilməklə, xüsusi mülkiyyət hüququ ilə Hüseynov Əİi Nadir oğluna məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyində yerləşən 11 nömrəli evin, 72.7 kv.m ümumi, 35.9 kv.m yaşayış, 36.8 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 15 nömrəli mənzilə və həmin mənzilin ilkin satış qiymətinin 40.000.00 manat məbləğində müəyyən edilməklə, xüsusi mülkiyyət hüququ ilə X11 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində 857 “T” nömrəli bağ evinə və həmin mənzilin ilkin satış qiyməti 93 500 manat müəyyən edilməklə yönəldilməsi, əmlakların açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğlərinin Bank VTB (Azərbaycan) ASC-yə ödənilməsi, ipoteka predmeti olan göstərilən əmlakın məcburi qaydada boşaldılması, 120378-1-10136 saylı, 19.12.2013-cü il tarixli “Baş kredit razılaşması”nın və 120378- 1-10136/1 saylı, 20.12.2013-cü il tarixli “Kommersiya krediti müqaviləsi”nin ləğv olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə Bank VTB (Azərbaycan) ASC arasında bağlanmış 120378-1-10136 saylı, 19.12.2013-cü il tarixli “Baş kredit razılaşması”na əsasən həmin razılaşma ilə müəyyən olunmuş şərtlər əsasında tam və ya hissələrlə verilən kreditlər üçün bank kredit alana 19.12.2013-cü il tarixdən 19.12.2023-cü il tarixinədək ******* (beş milyon) ABŞ dolları məbləğində kredit xətti açmışdır. Qeyd edilən Razılaşmaya əsas kreditlərin bu Razılaşma əsasında tərəflər arasında “Kredit müqaviləsi” və “Bank qarantiyasının verilməsinə dair Razılaşma”, o cümlədən Bərpa olun(may)an kredit xətti müqavilələri formasında bağlanmış müqavilələr və razılaşmalar əsasında verilməsi nəzərdə tutulmuşdur. Buna görə də, Cavabdeh1 ilə Bank VTB (Azərbaycan) ASC arasında bağlanmış 120378-1-10136/1 saylı, 20.12.2013-cü il tarixli “Kommersiya krediti müqaviləsi”nə əsasən Cavabdeh1 yenidən maliyyələşdirilmə və tikinti məqsədləri üçün (kreditin təyinatı: biznesin inkişafı) 60 (altmış) ay (12 (on iki) ay güzəşt) müddətinə, illik 14 (on dörd) faizlə 1-ci tranş üzrə 240000.00 (iki yüz qırx min) ABŞ dolları, 2-ci tranş 660000.00 (altı yüz altmış min) ABŞ dolları olmaqla, ümumilikdə 900000.00 ABŞ dolları məbləğində kredit verilmişdir. Bank tərəfindən verilmiş (və Baş Kredit Razılaşmasına əsasən veriləcək) kreditin təminatı kimi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan 0.01495 ha torpaq sahəsində yerləşən Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov (12-Aşırım) küçəsində yerləşən 91 nömrəli evin, 81.02 kv.m ümumi, 63.32 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı, 29 nömrəli mənzil ipoteka qoyulmuş və bu barədə 120379-NBDVİJ-2162 saylı, 19.12.2013cü il tarixli “Daşınmaz əmlakın sonrakı ipoteka müqaviləsi” bağlanmışdır (ipoteka predmetinin dəyəri 110000.00 manat məbləğində müəyyənləşdirilməklə). Eyni zamanda, Bank tərəfindən verilmiş (və Baş Kredit Razılaşmasına əsasən veriləcək) kreditin təminatı kimi xüsusi mülkiyyət hüququ ilə X5 məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyində yerləşən 11 nömrəli evin, 72.7 kv.m ümumi, 35.9 kv.m yaşayış, 36.8 kv.m yardımçı sahədən ibarət 2 otaqlı, 15 nömrəli mənzili ipoteka qoyulmuş və bu barədə 120378- NEDVİJ-2161 saylı, 20.12.2013-cü il tarixli “Daşınmaz əmlakın sonrakı ipoteka müqaviləsi” bağlanmışdır (ipoteka predmetinin dəyəri 47.000 manat məbləğində müəyyənləşdirilməklə). Bundan əlavə, Bank tərəfindən verilmiş (və Baş Kredit Razılaşmasına əsasən veriləcək) kreditin təminatı kimi xüsusi mülkiyyət hüququ ilə X11 məxsus olan 0.01495 ha torpaq sahəsində yerləşən Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində 857 “T” nömrəli bağ evi ipoteka qoyulmuş və bu barədə 120385-NEDVİJ-2165 saylı, 26.12.2013-cü il tarixli “Daşınmaz əmlakın sonrakı ipoteka müqaviləsi” bağlanmışdır (ipoteka predmetinin dəyəri 165000.00 (bir yüz altmış beş min) manat məbləğində müəyyənləşdirilməklə). Eyni zamanda, göstərilən Razılaşmadan irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh2, X14, X9 ilə 120383-7-6525 saylı, 120385- 7- 6526 saylı, 120379-7-6527 saylı 20.12.2013-cü il tarixli “Zaminlik müqavilə”si bağlanmışdır. Eyni zamanda, göstərilən Razılaşmadan irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi “X12 LTD” MMC ilə 120451-G_RAN-116 saylı, 20.12.2013-cü il tarixli “Zaminlik müqaviləsi” bağlanmışdır. Cavabdeh1 müqavilə üzrə kredit vəsaitindən istifadə etsə də, həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə borc yaranmışdır. Bununla əlaqədar olaraq, tərəflərindən cavabdehlərə pretenziya məktubları və bildiriş göndərilmiş, lakin öhdəlik bu günədək icra edilməmişdir. Belə ki, 01.11.2016-cı il tarixə Cavabdeh1 müqavilə üzrə Banka 232 651,35 ABŞ dolları məbləğində borcu vardır. Bundan əlavə, cavabdehlə aparılmış şifahi danışıqlar və ona verilmiş xəbərdarlıqlar da heç bir nəticə verməmişdir. Cavabdeh1 müqavilə üzrə iddiaçı Bank VTB (Azərbaycan) ASC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh1 isə müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitini vəhəmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Cavabdeh1 müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçı Bank VTB (Azərbaycan) ASC-yə qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olduğundan, lakin bu vəzifəsini yerinə yetirmədiyindən, qeyd edilən müqavilə üzrə kredit borcu ödənilməlidir. Bundan başqa, zaminlərin də mülki məsuliyyəti vardır. Belə ki, zaminlər kredit müqaviləsi üzrə zaminlər olduqlarından, kredit məbləğinin və həmin məbləğə hesablanmış faiz borcunun və digər pul tələblərinin ödənilməməsi üçün məsuliyyət daşıyırlar. Cavabdeh kredit müqavilələri üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də zaminlər Cavabdeh1 tərəfindən müqavilə üzrə götürülmüş kreditlər üçün zamin olduğundan tələbkar qarşısında pul öhdəliyini üzərinə götürmüşlər və onunla birlikdə iş üzrə tələbkar qarşısında birgə məsuliyyət daşıyırlar. Həmçinin, cavabdehlərdən tutularaq iddiaçıya ödəniləcək borcun dollarla olan məbləği qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmalıdır. Respublikadakı hazırki iqtisadi vəziyyətlə əlaqədar əmlak bazarında baş vermiş dəyişikliklər ipoteka predmetlərinin hazırki real dəyərinə təsir etmişdir. Odur ki, X1 və Monitorinqi Şöbəsi tərəfindən ipoteka predmetləri yenidən qiymətləndirilmiş - 28.11.2016-cı il tarixli rəy verilərək Bakı şəhəri, Binəqədi rayon, İbrahimpaşa Dadaşov (12- Aşırım) küçəsində yerləşən 91 nömrəli evin, 81.02 kv.m ümumi, 63.32 kv.m yaşayış sahədən ibarət 4 otaqlı, 29 nömrəli mənzil - 100 000.00 manat məbləğində, Cavabdeh1 məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyində yerləşən 11 nömrəli evin, 72.7 kv.m ümumi, 35.9 kv.m yaşayış, 36.8 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 15 nömrəli mənzil 40.000.00 manat məbləğində, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyində yerləşən 11 nömrəli evin, 72.7 kv.m ümumi, 35.9 kv.m yaşayış, 36.8 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 15 nömrəli mənzil 93 500.00 məbləğində dəyərləndirilmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh1 arasında bağlanmış 20 dekabr 2013-cü il tarixli, 120378-1-10136/1 saylı kredit müqaviləsi üzrə 01.11.2016-cı il tarixə Banka borclu olduğu 205 956,95 ABŞ dolları məbləğində əsas borcun, 81.925,08 ABŞ dolları məbləğində faiz borcunun və 6831.00 ABŞ dolları məbləğində cərimənin, cəmi 294.713,03 ABŞ dolları pul məbləğinin (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməklə), həmçinin məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 90 manat məbləğində dövlət rüsumlarının cavabdehlər Cavabdeh1,Cavabdeh2, X7, X2, “X12 LTD” MMC-dən müştərək qaydada alınaraq Bank VTB (Azərbaycan) ASC-yə ödənilməsi, tələbin ipoteka predmetləri olan xüsusi mülkiyyət hüququ ilə X4 məxsus olan Bakı şəhəri, Binəqədi rayon, İbrahimpaşa Dadaşov (12-Aşırım) küçəsində yerləşən 91 nömrəli evin, 81.02 kv.m ümumi, 63.32 kv.m yaşayış sahədən ibarət 4 otaqlı, 29 nömrəli mənzilə və həmin mənzilin ilkin satış qiymətinin 110 000.00 manat məbləğində müəyyən edilməklə, xüsusi mülkiyyət hüququ ilə Hüseynov Əİi Nadir oğluna məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyində yerləşən 11 nömrəli evin, 72.7 kv.m ümumi, 35.9 kv.m yaşayış, 36.8 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 15 nömrəli mənzilə və həmin mənzilin ilkin satış qiymətinin 40.000.00 manat məbləğində müəyyən edilməklə, xüsusi mülkiyyət hüququ ilə X11 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində 857 “T” nömrəli bağ evinə və həmin mənzilin ilkin satış qiyməti 93 500 manat müəyyən edilməklə yönəldilməsi, yaşayış sahələrinə tutma yönəldikdən və onlar satıldıqdan sonra ipoteka qoyanlar Hüseynov Əİi Nadir oğlu, X6, X14 və onlarla birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda onların yaşayış sahəsindən məcburi qaydada çıxarılmaları və yaşayış sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli, 2(006)-22/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1,Cavabdeh2, X7, X2 və “X12 LTD” MMC-dən müştərək qaydada 20.12.2013-cü il tarixli, 120378-1-10136/1 saylı kredit müqaviləsi üzrə 01.11.2016-cı il tarixə 150.045,94 (bir yüz əlli min qırx beş ABŞ dolları, doxsan dörd sent) ABŞ dolları əsas borc, 37.053,01 (otuz yeddi min əlli üç ABŞ dolları, bir sent) ABŞ dolları faiz borcu, 2000 (iki min) ABŞ dolları cərimə borcu, cəmi 189.098,95 (bir yüz səksən doqquz min doxsan səkkiz ABŞ dolları, doxsan beş sent) ABŞ dolları məbləğində pul, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, bildirişlərin qeydə alınması üçün ödənilmiş 90 (doxsan) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 189.098,95 (bir yüz səksən doqquz min doxsan səkkiz ABŞ dolları, doxsan beş sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı Bank VTB (Azərbaycan) ASC-yə ödənilməsi, tutmanın ipoteka qoyulmuş X4 məxsus olan Bakı şəhəri, Binəqədi rayon, İbrahimpaşa Dadaşov (12-Aşırım) küçəsində yerləşən 91 nömrəli evin, 81.02 kv.m ümumi, 63.32 kv.m yaşayış sahədən ibarət 4 otaqlı, 29 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 138.000 (bir yüz otuz səkkiz min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, tutmanın ipoteka qoyulmuş Hüseynov Əİi Nadir oğluna məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyində yerləşən 11 nömrəli evin, 72,7 kv.m ümumi, 35,9 kv.m yaşayış, 36,8 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 15 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 83.500 (səksən üç min beş yüz) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, tutmanın ipoteka qoyulmuş X11 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində 857 “T” nömrəli bağ evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 431.800 (dörd yüz otuz bir min səkkiz yüz) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlər Cavabdeh1,Cavabdeh2, X10, X3 və “X12 LTD” MMC-nin iddiaçı Bank VTB (Azərbaycan) ASC-yə olan kredit borclarının ödənilməsi, əldə olunacaq vəsait borcun məbləğindən artıq olduğu halda isə artıq qalan pul vəsaitinin müvafiq olaraq cavabdehlər Cavabdeh1, X14 və X4 qaytarılması, ipoteka predmetlərinə tutma yönəldikdən və onlar satıldıqdan sonra ipoteka qoyanlar Cavabdeh1, X14, X6 və onlarla birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda onların yaşayış sahələrindən məcburi çıxarılmaları və yaşayış sahələrinin boşaldılmalarıqət olunmuşdur. İddiaçı Bank VTB (Azərbaycan) ASC qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli, 2(006)-22/2019 saylı əsas borcun miqdarının müəyyən edilməsi və ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissələrində dəyişdirilməsini, iddia tələbinin həmin hissələrdə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, “X12” LTD MMC, X6, X14 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv olunması, iddianın təmin olunmuş hissəsində dəyişdirilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayon, İbrahimpaşa Dadaşov (12- Aşırım) küçəsində yerləşən 91 nömrəli evin, 29 saylı mənzilinin, Abşeron rayonu, Gənclər şəhərciyi 11 saylı binanın 15 saylı mənzilinin girovluqdan azad edilməsi, Binəqədi rayonu, Goradil kəndində yerləşən 857T saylı bağ evinin 450000 manata hərracdan satılması, əldə olunan məbləğin borcun ödənilməsinə yönəldilməsi, ekpertiza xərclərinin tərəflərdən müştərək qaydada tutulması və təmin olunmamış hissədə qətnamənin dəyişdirilməjən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 sentyabr 2020-ci il tarixli, 2(103)- 3215/2020 nömrəli qətnaməsi ilə iddiaçı Bank VTB (Azərbaycan) ASC və cavabdehlər Cavabdeh1, Cavabdeh2, “X12” LTD MMC, X6, X14 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-22/2019 saylı işi üzrə 13.11.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Bank VTB (Azərbaycan) ASC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2(103)-3215/2020 nömrəli qətnaməsinin əsas borcun miqdarının müəyyən edilməsi, predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissələrində ləğv edilməsi və həmin hissələrdə işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 03 may 2021-ci il tarixli, 2(102)-1915/2021 saylı qərarı ilə iddiaçı Bank VTB (Azərbaycan) ASC-nin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 sentyabr 2020-ci il tarixli, 2(103)-3215/2020 saylı qətnaməsi ipoteka predmetinin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsi, işin həmin hissədə yeni apelyasiya baxışına qaytarılması, qətnamənin mübahisələndirilən digər hissədə (əsas borcun müəyyən edilməsi hissəsində) dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı Bank VTB (Azərbaycan) ASC-nin nümayəndəsi X15 öz apellyasiya şikayətlərini mübahisələndirilən hissədə müdafiə etdi, qarşı tərəfin apellyasiya şikayətini mübahisələndirilən hissədə qəbul etməyərək, öz apellyasiya şikayətlərində göstərilənlərə uyğun məzmunda izahat verərək, ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 öz apellyasiya şikayətlərini mübahisələndirilən hissədə müdafiə etdi, qarşı tərəfin apellyasiya şikayətini mübahisələndirilən hissədə qəbul etməyərək, öz apellyasiya şikayətlərində göstərilənlərə uyğun məzmunda izahat verərək, ipoteka predmetinin ilkin satış qiymətlərinin müəyyən edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2, “X12” LTD MMC, X6, X11 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki birinci instansiya məhkəməsinin qətnaməsi qalan hissələrdə qüvvədədir. İş materiallarındakı Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh1 və X6 arasında bağlanmış 19.12.2013-cü il tarixli, 120379-NEDVİJ-2162 saylı ipoteka müqaviləsindən görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi X4 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov (12-Aşırım) küçəsində yerləşən 91 nömrəli evin, 81.02 kv.m ümumi, 63.32 kv.m yaşayış sahədən ibarət 4 otaqlı, 29 nömrəli mənzili Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri 110.000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarındakı Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh1 arasında bağlanmış 20.12.2013-cü il tarixli, 120378-NEDVİJ-2161 saylı ipoteka müqaviləsindən görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyində yerləşən 11 nömrəli evin, 72.7 kv.m ümumi, 35.9 kv.m yaşayış, 36.8 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 15 nömrəli mənzili Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri 47.000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarındakı Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh1 və X14 arasında bağlanmış 26.12.2013-cü il tarixli, 120385-NEDVİJ-2165 saylı ipoteka müqaviləsindən görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi X11 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində 857 “T” nömrəli bağ evi Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri 165.000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 27.12.2013-cü il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, X11 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində 857 “T” nömrəli bağ evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 82 nömrəli reyestr kitabının 8444 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 21.12.2013-cü il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, X4 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 91, mənzil 29 İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 538 nömrəli reyestr kitabının 49582 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 21.12.2013-cü il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, ev 11, mənzil 15 İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 31 nömrəli reyestr kitabının 94 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 21.11.2018-ci il tarixli ekspert rəylərindən görünür ki, 21.11.2018-ci il tarixinə Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində 857 “T” nömrəli bağ evinin bazar dəyəri 450.000 manat, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyində olan 11 saylı evin, 15 saylı mənzilin bazar dəyəri 95.000 manat, Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən 91 saylı mənzilin bazar dəyəri 135.000 manat təşkil etmişdir. Qiymətləndiricinin xidmət haqları 936 manat təşkil etmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 09 oktyabr 2019-cu il tarixli, 57 saylı qiymətləndirmə hesabatından görünür ki, 09.10.2019-cu il tarixə Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov (12-Aşırım) küçəsində yerləşən 91 nömrəli evin, 81.02 kv.m ümumi, 63.32 kv.m yaşayış sahədən ibarət 4 otaqlı, 29 nömrəli mənzilin bazar dəyəri 138.000 manat, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyində yerləşən 11 nömrəli evin, 72,7 kv.m ümumi, 35,9 kv.m yaşayış, 36,8 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 15 nömrəli mənzilin bazar dəyəri 83500 manat, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində 857 “T” nömrəli bağ evinin bazar dəyəri 431.800 manat təşkil etmişdir. Qiymətləndiricinin xidmət haqqı 900 manat təşkil etmişdir. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 20 iyul 2020-ci il tarixli, 01 saylı Qərardadında da bununla bağlı hüququn tətbiqinə dair məhkəmə təcrübəsinin verildiyinin təmin edilmək məqsədi ilə qərara alınmışdır ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsi ipoteka predmeti olan əmlakların hərracda ilkin satış qiymətini qiymətləndirmə rəyinə əsasən orta bazar dəyəri ilə müəyyən etmişdir. Buna görə də, ipoteka predmetinin ilkin satış qiyməti likvid qiymət ilə müəyyən olunmalıdır. Azərbaycan Resspublikası Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası mübahisələndirilən hissədə apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (MM-in 317.1-ci maddəsi). “İpoteka haqqında”Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində ipoteka predmetinin ilkin satış qiyməti mübahisələndirildiyindən, məhkəmə kollegiyasının 11.08.2021-ci il tarixli qərardadı ilə məhkəmə qiymətləndirmə ekspertizası təyin edilmişdir. "xxxx" MMC-nin 06.12.2021-ci il tarixli, PR/M-42/2021 saylı rəylərinə əsasən, Bakı şəhəri, Binəqədi rayon, İbrahimpaşa Dadaşov (12-Aşırım) küçəsində yerləşən 91 nömrəli evin, 81.02 kv.m ümumi, 63.32 kv.m yaşayış sahədən ibarət 4 otaqlı, 29 nömrəli mənzilinin bazara uyğun likvid dəyəri 144000 manat, bazar dəyəri 155000 manat, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyində yerləşən 11 nömrəli evin, 72.7 kv.m ümumi, 35.9 kv.m yaşayış, 36.8 kv.m yardımçı sahədən ibarət 2 otaqlı, 15 nömrəli mənzilinin bazara uyğun likvid dəyəri 60000 manat, bazar dəyəri 65000 manat, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində 857 “T” nömrəli bağ evinin bazara uyğun likvid dəyəri 200000 manat, bazar dəyəri 236000 manat müəyyən edilmişdir. Kollegiya hesab edir ki, "xxxx" MMC-nin rəyi kifayət qədər əsaslandırılmış, əmlakların mövcud likvid dəyəri (internet, qəzet məlumatları nəzərə alınmaqla, əmlaklara baxış keçirilməklə, müqayisəli təhlil aparılmaqla) müəyyən olunmuşdur. Buna görə də, kollegiya tərəfləri dinləyib hesab edir ki, "xxxx" MMC-nin 06.12.2021-ci il tarixli, PR/M-42/2021 saylı rəyi əsas götürülməklə mübahisələndirilən ipoteka predmetlərinin ilkin satış qiymətlərinin likvid dəyəri müəyyən olunmaqla (Bakı şəhəri, Binəqədi rayon, İbrahimpaşa Dadaşov (12-Aşırım) küçəsində yerləşən 91 nömrəli evin, 81.02 kv.m ümumi, 63.32 kv.m yaşayış sahədən ibarət 4 otaqlı, 29 nömrəli mənzili istisna olmaqla) qətnamə həmin hissələrdə dəyişdirilməlidir. Kollegiya Bakı şəhəri, Binəqədi rayon, İbrahimpaşa Dadaşov (12-Aşırım) küçəsində yerləşən 91 nömrəli evin, 81.02 kv.m ümumi, 63.32 kv.m yaşayış sahədən ibarət 4 otaqlı, 29 nömrəli mənzili ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi həmin əmlakın ilkin satış qiyməti olaraq bazar dəyəri -138000 manat müəyyən etmişdir. Hazırda alınmış rəydə isə əmlakın bazara uyğun likvid dəyəri-144000 manat müəyyən olunmuşdur. Həmin qiyməti cavabdeh tərəf mübahisələndirməmiş, iddiaçı tərəf isə qiymətin çoxluğunu mübahisələndirmişdir. Göründüyü kimi, həmin əmlakın ilkin satış qiymətinin birinci instansiya məhkəməsi tərəfindən az müəyyən edilməsi müəyyən olunduğu üçün, iddiaçı tərəfin apellyasiya şikayətinin dəlili öz təsdiqini tapmadığından, həmin əmlakın ilkin satış qiyməti dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Bank VTB (Azərbaycan) ASC tərəfindən verilmiş apellyasiya şikayəti mübahisələndirilən hissədə qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, “X12” LTD MMC, X6, X14 tərəfindən verilmiş apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli, 2(006)-22/2019 saylı qətnaməsi mübahisələndirilən-ipoteka predmetlərinin ilkin satış qiyməti ilə bağlı hissədə dəyişdirilsin. Hüseynov Əİi Nadir oğluna məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyində yerləşən 11 nömrəli evin, 72.7 kv.m ümumi, 35.9 kv.m yaşayış, 36.8 kv.m yardımçı sahədən ibarət 2 otaqlı, 15 nömrəli mənzilinin ilkin satış qiyməti 60000 (altmış min) manat müəyyən edilsin. X11 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində 857 “T” nömrəli bağ evinin ilkin satış qiyməti 200000 (iki yüz min) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə- Bakı şəhəri, Binəqədi rayon, İbrahimpaşa Dadaşov (12-Aşırım) küçəsində yerləşən 91 nömrəli evin, 81.02 kv.m ümumi, 63.32 kv.m yaşayış sahədən ibarət 4 otaqlı, 29 nömrəli mənzilinin ilkin satış qiyməti ilə bağlı hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar