Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3094/2023 14.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “öhdəliyin məcburi icra edilməsinə və ödənilmiş kompensasiya məbləğinin geri qaytarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayəti qeyri-mümkün hesab edildi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-193\2021 saylı qərardadından icra sənədi üzrə borclu İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yoxlayaraq, aşağıdakıları müəyyən etdi, İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X3 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-193/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadına izah verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-193\2021 saylı qərardadına əsasən, ərizə qismən təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-193/2021 saylı qərardadına aşağıdakı məzmunda izah verilmişdir: İddiaçı MMC tərəfindən Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-193/2021 saylı qərardadı ilə təsdiq olunan barışıq sazişinə əsasən, təhvil verilən qeyri-yaşayış sahələrində quraşdırılması tələb olunan su, işıq, qaz sayğaclarının sayı, faktiki olaraq təhvil verilmiş sahənin, görülmüş işlərin sazişə uyğun icra edilib-edilməməsi icra sənədini icra edən icra məmuru tərəfindən həmin sahələr üzrə xüsusi biliyə malik mütəxəssislər dəvət edilməklə müəyyən edilməlidir.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-193\2021 saylı qərardadından icra sənədi üzrə borclu İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil3 şikayət vermişdir.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-193/2021 saylı qərardadı ilə cavabdeh İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-7970\2022 saylı qərardadına əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-193/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayət qeyrimümkün hesab edilərək mülki iş şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-193\2021 saylı qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-193/2021 saylı qərardadından borclu İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil3 verdiyi şikayət geri qaytarılmışdır.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-193\2021 saylı qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-193/2021 saylı qərardadından borclu İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil3 verdiyi şikayət geri qaytarılmışdır.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-193\2021 saylı qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-193/2021 saylı qərardadından X7 MMC-nin nümayəndəsi və vəkili Vəkil3 verdiyi şikayəti təmin edilməmiş, şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-1467\2023 saylı qərardadına əsasən, şikayət təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-193/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmışdır.
10. X7 MMC-nin nümayəndəsi və vəkili Vəkil3 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-193\2021 saylı qərardadından şikayət verilməsi üçün müddətin buraxılmamış hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)- 193\2021 saylı qərardadına əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-193\2021 saylı qərardadından icra sənədi üzrə borclu İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil3 şikayət verilməsi üçün müddətin buraxılmamış hesab edilməsinə dair ərizəsi təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-193\2021 saylı qərardadından icra sənədi üzrə X7 MMC-nin nümayəndəsi və vəkili Vəkil3 xx.xx.2022-ci il tarixdə verdiyi şikayəti geri qaytarılmışdır.
12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 193\2021 saylı qərardadından icra sənədi üzrə borclu İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil3 şikayət vermişdir.
13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 193/2023 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-193/2021 saylı qərardadından icra sənədi üzrə borclu İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil3 verdiyi şikayət təmin edilməyərək şikayət, 2(001)-193/2021 saylı mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq normaları:
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin
14. 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
15. 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır.
16. 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
17. 10-1.5-ci və 10-1.7-ci maddələrinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. 18 363.1.5-ci maddəsinin tələblərinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
19. 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materiallarını müqayisəli şəkildə nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, şikayətin verilməsi zamanı Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməmiş, yəni şikayətin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilsə də, elektron imza ilə imzalanmadığı müəyyən edilmişdir.
21. Halbuki “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir, elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.
22. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi zamanı Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilmədiyindən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)- 193/2021 saylı qərardadından icra sənədi üzrə borclu İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti borclu İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil3 qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 24.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-193/2021 saylı qərardadından icra sənədi üzrə X7 MMC-nin nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti borclu İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil3 geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Məmməd Məmmədov Günay Axundova