Məhkəmə qərarları › İş №2(103)-31/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-31/2025

22.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-31/2025 22.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, İddiaçı1 nümayəndəsi-vəkili Vəkil2 Vəzir oğlunun, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə qarşı “özbaşına tikililərin cavabdehin hesabına sökülməsi, qanunsuz hətəkətlərin dayandırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-393/2022 saylı, 16 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: xx.xx.2021-ci il, 650 №-li; xx.xx.2021-ci il, 302 №-li; xx.xx.2021-ci il, 652 №-li; xx.xx.2021-ci il, 651 №-li arayışlardan və Azərbaycan Respublikası Şəxsiyyət Vəsiqəsinin surətlərindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı3 Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, ev 33, mənzil 3; İddiaçı6, X3 və İddiaçı5 ünvan 1 ünvanında yaşayırlar. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 28 fevral 2022-ci il tarixli, 67 №-li Sərəncamından görünür ki, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 239/8 saylı evin 2 saylı mənzili DƏDRX-nin Seriya-MH, ******* nömrəli, xx.xx.2007-ci il tarixli çıxarışına əsasən ümumi sahəsi 30.0 kv.metr-dən ibarət olmaqla tam mülkiyyət hüququ ilə vətəndaş Cavabdeh1 məxsusdur. Ünvanda aparılan yenidən ölçmə zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 məxsus sözügedən mənzilin faktiki ümumi sahəsi 60.0 kv.metr təşkil edir. Bu sərəncam əsasında Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 239/8 saylı evin 2 saylı mənzilinin ümumi sahəsi 60.0 kv.metr hesab olunmaqla yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilmişdir. Hazırda iddiaçılar Cavabdeh1 istifadəsində olan qeyri-yaşayış sahəsinin 24.5 kv.metr hissəsinin özbaşına tikili hesab edilməsini və həmin tikilinin sökülməsini xahiş edirlər. Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, sakinləri olduqları Bakı şəhəri, Dilarə Əliyeva küçəsində yerləşən 239 saylı binanın cavabdehlərə məxsus birinci mərtəbəsində və blokda qanunsuz fəaliyyət göstərən obyektlərin fəaliyyətinə qadağa qoyulması və birgə yaşayış qaydalarına riayət edilməsi vəzifəsinin cavabdehlərə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadıqları Bakı şəhəri, Dilarə Əliyeva küçəsində yerləşən 239 saylı binanın birinci mərtəbəsi cavabdehlərə məxsusdur. Lakin, cavabdehlər özlərinə məxsus birinci mərtəbədə yerləşən yaşayış mənzillərini qanunsuz olaraq qeyri-yaşayış sahəsi kimi istifadə etməklə orada müxtəlif obyektlər yaradaraq (dönərxana, dükan, aviabilet satışı ilə məşğul olan şirkət, dərzi, bərbər və pinəçi dükanları) icarəyə vermişlər. Blokun içində isə dönərxana üçün otaq tikilmiş və oranı həm də pivəxanaya çevirmişlər. Qeyd olunan obyektlərə gün ərzində çoxlu sayda insanlar girib çıxır, obyektlərin qapıları isə bloka açılır. Blokda anti-sanitariya hökm sürür. Dönər yemək üçün insanlar blokda yerləşən otağa girir, orada spirtli içki qəbul edir və nalayiq söyüşlər söyürlər. Dönərxanadan gələn qoxunun və alış-veriş edən insanların səs küyündən ümumi yaşayış sahəsindən istifadə etmək mümkün deyildir. Dəfərlərlə müxtəlif qurumlara müraciət etməklərinə baxmayaraq cavabdehlərin qanunazidd hərəkətləri barədə heç bir tədbir görülmür. Cavabdehlərə narazılıqlarını bildirdikdə isə, onlar heç kimi saymadıqlarını, heç kimdən çəkinmədiklərini söyləyirlər. Cavabdehlər həmçinin, yaşadıqları binanın zirzəmisini qazmaqla dayaqları götürmüş və zirzəmini də ticarət obyektinə çevirmişlər. Yaşadıqları bina təhlükə mənbəyinə çevrilməklə yaşayışlarını qorxu hissi ilə doldurmuşdur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Daha sonra iddiaçılar iddia ərizəsinə dəqiqləşdirmələr təqdim edərək, Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 239 saylı evin giriş dəhlizində və pilləkən qəfəsində Cavabdeh1 istifadəsində olan 24,5 kv.metr qeyri-yaşayış sahəsində qanunsuz inşa edilmiş tikililərin özbaşına tikili hesab edilməsi, həmin tikililərin Cavabdeh1 hesabına sökülməsinin təmin edilməsi, Cavabdeh2 istifadəsindəki mənzil sahəsinin pəncərəsini sökülməklə əvəzində açılmış giriş qapısının qarşısında taxta pilləkənin sökülərək həmin qapının Cavabdeh2 hesabına qapadılmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Cavabdeh1 iddia tələbinə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı5, İddiaçı4, İddiaçı6 ünvan 3 ünvanında qeydiyyatda olan hal-hazırda faktiki olaraq həmin ünvanda yaşamayanlar tərəfindən ona qarşı verdikləri iş üzrə qaldırılmış iddia tələbi ədalətsiz, qanunsuz, şər və böhtandır. Bunun üçün də, iddia tələbinin qanunsuz və ədalətsiz olduğu üçün ləğv edilməsini və baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-393/2022 saylı, 16 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 239 saylı evin giriş dəhlizində və pilləkən qəfəsində Cavabdeh1 istifadəsində olan 24,5 kv.m qeyri-yaşayış sahəsində qanunsuz inşa edilmiş tikililərin özbaşına tikili hesab edilməsi, həmin tikililərin Cavabdeh1 hesabına sökülməsi, Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 239 saylı evin cavabdehlər Cavabdeh3 mülkiyyətində və Cavabdeh2 istifadəsində olan mənzilin pəncərəsinin qarşısında quraşdırılmış taxta pilləkənin Cavabdeh2 hesabına sökülməsi və iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılara ödənilməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində ekspertiza xərcinin cavabdehlərdən müştərək qaydadada tutularaq dövlət nəfinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 239 ünvanında yerləşən 51.4 kv.metr olan qeyriyaşayış sahəsi Cavabdeh3 mülkiyyətindədir. O, icarə müqaviləsinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 239 ünvanında yerləşən 51.4 kv.metr olan qeyriyaşayış sahəsini oğlu Cavabdeh2 icarəyə vermişdir. Cavabdeh2 faktiki istifadəsində olan qeyri-yaşayış sahəsi hüquqmüəyyənedici sənədlərdə qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınmışdır. Lakin, digər Cavabdeh1 məxsus həmin ünvanda yerləşən ümumi sahəsi 30,7 kv.m sahədən əlavə 24,5 kv.m sahənin mövcud olduğu müəyyən edilmişdir. Həmin əlavə sahənin Cavabdeh1 tərəfindən qeyri-yaşayış sahəsi kimi istifadə edildiyi, həmin mənzilin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, Cavabdeh1 faktiki istifadəsində olan sahədə ona məxsus mənzilin planında qeyd olunmuş ümumi sahədən əlavə 24.5 kv.metr sahənin mövcudluğu müəyyən edilmiş və həmin sahənin 12.3 kv.metr hissəsi yaşayış binasının pilləkən qəfəsinin alt hissəsində, 12.2 kv. metr hissəsi isə cavabdehə məxsus mənzilin planında göstərilmiş giriş qapısının (dəhlizin) önündə yerləşdirilmişdir. Həmin sahələri Cavabdeh1 qeyri-yaşayış sahəsi kimi istifadə edir, yaşayış binasının girişində (blokun içində) dönərxana və pivəxana işlədir, blokda antisanitariya hökm sürür, dönər yemək üçün insanlar blokda yerləşən otağa girir, orada spirtli içki qəbul edir və nalayiq söyüşlər söyürlər. Dönərxanadan gələn qoxu və alış-veriş edən insanların səs küyündən ümumi yaşayış sahəsindən istifadə etmək mümkünsüzdür. Bu da həmin blokun yuxarı mərtəbələrində yaşayan şəxslərin mülkiyyət hüquqlarının və qanunla qorunan mənafelərinin pozulması deməkdir, həmçinin onların həyatı və sağlamlığı üçün təhlükə yaradır. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, Cavabdeh1 tərəfindən məhkəməyə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının “vətəndaş Cavabdeh1 məxsus mənzilin ölçülərinin dəqiqləşdirilməsi və yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi barədə” 67 saylı, xx.xx.2022-ci il tarixli Sərəncam təqdim edilmişdir. Həmin Sərəncamda qeyd edilmişdir ki, Cavabdeh1 mülkiyyətində olan yaşayış sahəsinin ümumi ölçüsü 30.0 kv.metr təşkil edir. Yenidən ölçmə zamanı mənzilin faktiki ümumi sahəsi 60.0 kv.metr hesablanmış və olunmaqla yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilmişdir. Məhkəmə hesab etmişdir ki, həmin sənəd iş üzrə sübut kimi qəbul edilə bilməz. Belə ki, Sərəncam məhkəmə gedişi zamanı verilmiş və hər bir halda əlavə tikintilərin altında olan 24.5 kv.metrdən ibarət sahədə Cavabdeh1 tərəfindən aparılmış tikintiquraşdırma işləri qanunsuzdur, tikinti norma və qaydalara, binanın layihəsinə uyğun deyil, aparılmış tikinti-quraşdırma işləri nəticəsində binanın ümumi girişi bağlanmış və həmin binada yaşayan sakinlərə mənzillərinə keçmək üçün maneçilik yaranmışdır. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə Cavabdeh2 və Cavabdeh3 qarşı Cavabdeh2 istifadəsindəki mənzil sahəsinin pəncərəsini sökülməklə əvəzində açılmış giriş qapısının qarşısında taxta pilləkənin sökülərək həmin qapının Cavabdeh2 hesabına qapadılmasının müəyyən edilməsi tələbi ilə bağlı qeyd etmişdir ki, həmin hissədə Cavabdeh2 iddia tələbini qəbul edir və giriş qapısının qarşısında taxta pilləkənin sökülməsin etiraz etmir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, mülkiyyətçilər konstitusiya ilə qorunan hüquqlarından maneəsiz istifadə etmək hüquqlarına malik olduqlarından, cavabdehlərin iddiaçıların mülkiyyət hüquqlarını həyata keçirməsinə mane olan hərəkətləri əsassız hesab edilməli, iddia tələbi qismən təmin edilməklə, Cavabdeh1 istifadəsində olan 24,5 kv.m qeyri-yaşayış sahəsində qanunsuz inşa edilmiş tikililər özbaşına tikili hesab edilməklə Cavabdeh1 hesabına sökülməlidir. Digər cavabdehlərlə bağlı olan hissədə isə iddia tələbi yalnız Cavabdeh3 mülkiyyətində və Cavabdeh2 istifadəsində olan mənzilin pəncərəsinin qarşısında quraşdırılmış taxta pilləkən maneçilik törətdiyindən, Cavabdeh2 hesabına sökülməsi hissəsində təmin edilməlidir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamış, kobud maddi və prosessual pozuntularla qəbul edilmişdir. Məhkəmə iş üzrə təyin olunmuş məhkəmə texniki-tikinti ekspertizasının rəyini əsas götürülməklə 24.5 kv.m sahənin əlavə qanunsuz tikili olduğu qənaətinə gəlmişdir. Lakin məhkəmə iş materiallarında olan hüquqmüəyyənedici sənədləri nəzərə almamışdır. Bundan başqa məhkəmə sərəncam verilməsinə əsas olmuş rayon icra hakimiyyətinin nəzdində fəaliyyət göstərən idarələrarası komissiyanın yerində baxış keçirməklə verdiyi rəyi nəzərə almamışdır. Məhkəmə cavabdeh şəxs olan Əsgərovun şəxsi vəsaiti hesabına tikilmiş və reyestrdə qeydə alınmış tikilinin binanın memarlıq görünüşü baxımından dəyişdirilməsi məqsədilə 10.0 kv.m və 7.0 kv.m sahənin sökülməsinə dair təqdim edilmiş sənədlərə, eyni zamanda şəhərin ümumi görünüşü baxımından qarşı tərəf fasad hissəsində 2.0 metrədək ölçüdə sahənin dövlət səviyyəsində tam bina üzrə artırılması halları nəzərə alınmamış, yerli baxış keçirilmədən bu qənaətə gəlmişdir. Həmin artırılma eyni zamanda iddiaçılara da şamil edilmiş və onların istifadəsinə verilmişdir. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6907/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə əlavə tikinti-texniki ekspertizası təyin edilmiş və iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 yanvar 2023-cü il tarixli, 10/7529 saylı məktubu ilə ekspert rəyi daxil olmuş və iş üzrə icraat təzələnmişdir. Bununla yanaşı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-446/2023 saylı, 21 fevral 2023-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X10 və İddiaçı6 cavabdehlər Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə və 01 saylı Bakı Ərazi İdarəsinə qarşı “sərəncamın və çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə yekun məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək hazırki mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Mülki işin dayandırılmasına əsas olmuş iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(102)-1675/2025 saylı qərarı qəbul edilmiş, öz qanuni qüvvəsini almış və iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən digər Cavabdeh2 apellyasiya şikayətinin təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən İddiaçı1 nümayəndəsi-vəkili Vəkil2 Vəzir oğlu apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəflər Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, qətnamə məhz Cavabdeh1 münasibətdə mübahisələndirilmişdir. Həmçinin qətnamə iddianın təmin edilən hissəsində digər cavabdehlər eləcə də iddianın təmin edilməyən hissəsində iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, qətnamə - Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 239 saylı evin giriş dəhlizində və pilləkən qəfəsində Cavabdeh1 istifadəsində olan 24,5 kv.m qeyri-yaşayış sahəsində qanunsuz inşa edilmiş tikililər özbaşına tikili hesab edilməsi, həmin tikililər Cavabdeh1 hesabına sökülməsi hissəsində yoxlanılmalıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 29-cu maddəsinin 3-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına, mülkiyyət hüququnun qanunla qorunmasına, bu hüququn mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmasına və s. dair müddəalar təsbit olunmuşdur. Mülki Məcəllə: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 172.2-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Mənzil Məcəlləsi: 14.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır. 14.2-ci maddəsinə əsasən, yaşayış sahəsində qanuni əsaslarla yaşayan fiziki şəxslərə həmin yaşayış sahəsindən peşə fəaliyyətini və ya fərdi sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə istifadəsinə yol verilir o şərtlə ki, bu digər şəxslərin hüquqlarını və qanuni mənafelərini, habelə yaşayış sahəsi üçün müəyyən edilmiş tələbləri pozmasın. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi

Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə-Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 239 saylı evin giriş dəhlizində və pilləkən qəfəsində Cavabdeh1 istifadəsində olan 24,5 kv.m qeyri yaşayış sahəsində qanunsuz inşa edilmiş tikililər özbaşına tikili hesab edilməsi, həmin tikililər Cavabdeh1 hesabına sökülməsi hissəsində ləğv edilməklə həmin hissədə iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən MH seriyalı, ******* №-li xx.xx.2007-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində istifadədə olan 0.1172 ha torpaq sahəsində yerləşən 239/8 nömrəli, 3 mərtəbəli binanın 1-ci mərtəbəsində, 30.0 kv.m ümumi, 18.0 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 2 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrindən 374 nömrəli reyestr kitabının 34879 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan X7 X2 Dövlət Reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən Cavabdeh1 adına qeydiyyata alınan ictimai iaşə obyekti (“Ləzzət Dönər” sürətli ictimai iaşə müəssisəsi) restoranlar tərəfindən xidmətlərin göstərilməsi və yeməklərin çatdırılması üzrə xidmətlər göstərir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 28 fevral 2022-ci il tarixli, 67 №-li sərəncamından görünür ki, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 239/8 saylı evin 2 saylı mənzili DƏDRX-nin Seriya-MH, ******* nömrəli, xx.xx.2007-ci il tarixli çıxarışına əsasən ümumi sahəsi 30.0 kv.metr-dən ibarət olmaqla tam mülkiyyət hüququ ilə vətəndaş Cavabdeh1 məxsusdur. Ünvanda aparılan yenidən ölçmə zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 məxsus sözügedən mənzilin faktiki ümumi sahəsi 60.0 kv.metr təşkil edir. Bu sərəncam əsasında Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 239/8 saylı evin 2 saylı mənzilinin ümumi sahəsi 60.0 kv.metr hesab olunmaqla yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və iş üzrə ekspert rəyi təqdim edilənədək icraat dayandırılmışdır. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən xx.xx.2022-ci il tarixli, 10/6160 №li ekspert rəyindən görünür ki, Bakı şəhəri, Dilarə Əliyeva küçəsində yerləşən 239 saylı binanın birinci mərtəbəsində, cavabdeh X4 istifadəsində olan qeyri-yaşayış sahəsinin həmin qeyri-yaşayış sahəsinə dair tərtib olunmuş xx.xx.2018-ci il tarixli. 04/2524 invertar nömrəli Texniki Pasportun texniki parametrlərinə uyğun olduğu və texniki pasportda qeyd olunmayan hər-hansı əlavə artırma tikilisinin mövcud olmadığı müəyyən edilmişdir. Bakı şəhəri, Dilarə Əliyeva küçəsində yerləşən 239 saylı binanın birinci mərtəbəsində Cavabdeh1 faktiki istifadəsində olan sahədə Cavabdeh1 məxsus mənzilin planında qeyd olunmuş ümumi sahəsi 30,7 kv.m sahədən əlavə 24,5 kv.m sahənin mövcud olduğu və həmin sahənin 12,3 kv.m hissəsi mənzilin pilləkən qəfəsinın alt hissəsində, 12,2 kv.m hissəsinin cavabdehə məxsus mənzilin planında göstərilmiş giriş qapısının (dəhlizin) önündə yerləşdiyi müəyyən edilmişdir. Cavabdeh1 istifadəsində olan sahənin qeyriyaşayış sahəsi kimi istifadə edildiyi, həmin mənzilin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə uyğun olmadığı müəyyən edilmiş, Cavabdeh2 faktiki istifadəsində olan qeyri-yaşayış sahəsinin hüquqmüəyyənedici sənədlərdə qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınmasını nəzərə alaraq, həmin sahəsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq istifadə edildiyi müəyyən edilmiş, Bakı şəhəri, Dilarə Əliyeva küçəsində yerləşən 239 saylı binanın birinci mərtəbəsində, Cavabdeh2 istifadəsində olan qeyri-yaşayış sahəsində həmin qeyri-yaşayış sahəsinə dair tərtib olunmuş xx.xx.2018-ci il tarixli, 04/2524 invertar nömrəli Texniki Paportda qeyd olunanlardan əlavə artırma tikililərin mövcud olmadığı müəyyən edilmiş, Bakı şəhəri, Dilarə Əliyeva küçəsində yerləşən 239 saylı binanın birinci mərtəbəsində, Cavabdeh1 faktiki istifadəsində olan sahədə Cavabdeh1 məxsus mənzilin planına qeyd olunmuş ümumi sahəsi 30,7 kv.m sahədən əlavə 24,5 kv.m sahənin mövcud olduğu müəyyən edilmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi baxışı zamanı iş üzrə verilmiş ekspert rəyi mübahisənin həllində kifayət qədər həlledici olmamışdır. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul edilməsindən sonra Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 28 fevral 2022-ci il tarixli, 67 №-li Sərəncamına uyğun olaraq Cavabdeh1 adına Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi ev 239/8, yeni qaydalarla AZ1010 ünvan 5 ünvanında 60,10 kv.m daşımaz əmlak mülkiyyət hüququ üzrə onun adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış və Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən müvafiq Çıxarış və həmin əmlaka dair Texniki Pasport verilmişdir. Buna qədər isə iş materiallarında Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının “vətəndaş Cavabdeh1 məxsus mənzilin ölçülərinin dəqiqləşdirilməsi və yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi barədə” 67 saylı, xx.xx.2022-ci il tarixli Sərəncam var idi və həmin Sərəncamda qeyd edilmişdir ki, Cavabdeh1 mülkiyyətində olan yaşayış sahəsinin ümumi ölçüsü 30.0 kv.metr təşkil edir. Yenidən ölçmə zamanı mənzilin faktiki ümumi sahəsi 60.0 kv.metr hesablanmış və olunmaqla yaşayış sahəsindən qeyriyaşayış sahəsinə keçirilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, həmin sənəd iş üzrə sübut kimi qəbul edilə bilməməsinə qiymət verərək sərəncamın məhkəmə gedişi zamanı verilməsinə və hər bir halda əlavə tikintilərin altında olan 24.5 kv.metrdən ibarət sahədə Cavabdeh1 tərəfindən aparılmış tikinti-quraşdırma işlərinin qanunsuz, tikinti norma və qaydalara, binanın layihəsinə uyğun olmamasına, aparılmış tikinti-quraşdırma işləri nəticəsində binanın ümumi girişi bağlanmasına və həmin binada yaşayan sakinlərə mənzillərinə keçmək üçün maneçilik yaranmasına istinad etmişdir. İş materiallarından görünür ki, hazırki iddiaçılar sözügedən sərəncamı inzibati məhkəmədə mübahisələndirilmişlər və həmin sərəncam ləğv edilməmişdir. Belə ki, Bakı İnzibati Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2-1(112)-845/2024 nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən X10 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 fevral 2025-ci il tarixli, 2-1(103)-478/2025 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2-1(112)-845/2024 nömrəli qərarı ləğv edilmiş, iddia X8 münasibətdə mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(102)-1675/2025 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 fevral 2025-ci il tarixli, 2-1(103)- 478/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmçinin iş materiallarından görünür ki, ekspertiza rəyi Cavabdeh1 münasibətdə Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində istifadədə olan 0.1172 ha torpaq sahəsində yerləşən 239/8 nömrəli, 3 mərtəbəli binanın 1-ci mərtəbəsində, 30.0 kv.m ümumi, 18.0 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 2 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə onun adına daşınmaz əmlakın dövlət reyestrindən 374 nömrəli reyestr kitabının 34879 nömrəli vərəqində qeydiyyata alınmasına dair Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən MH seriyalı, ******* №-li çıxarışı nəzərə alınmaqla verilmişdir (i.v.67). Göründüyü kimi mövcud vəziyyətdə cavabdehin apellyasiya şikayətinin dəlillərin əsaslı-olub olmaması qiymət vermək üçün əlavə məhkəmə tikinti texniki ekspertizası təyin edilməsi zəruri olmuşdur. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 yanvar 2023-cü il tarixli, 10/7529 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Dilarə Əliyeva küçəsində yerləşən 239 saylı binanın birinci mərtəbədə yerləşən, iddiaçıların iddia etdiyi tikililər Cavabdeh1 adına tərtib olunmuş xx.xx.2022-ci il tarixli, 04/3236 invertar nömrəli Texniki Pasportda öz əksini tapmışdır. Cavabdeh1 istifadəsində olan bütün tikililərin xx.xx.2022ci il tarixli, 04/3236 invertar nömrəli Texniki Pasportda (i.v.247) öz əksini tapmasını nəzərə aldıqda, faktiki vəziyyətdə Texniki Pasportda qeyd olunmayan hər-hansı əlavə tikililər, artırmalar və əlavə quraşdırmalar mövcud olmadığı müəyyən edilir. Beləliklə apellyasiya baxışı zamanı işin faktiki halları ilə müəyyən edilmişdir ki, Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti başçısının 28 fevral 2022-ci il tarixli 67 saylı sərəncamı ilə Cavabdeh1 məxsus Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 239/8 saylı evin 2 saylı mənzilinin ümumi sahəsi 60.0 kv.m hesab olunmaqla yaşayış sahəsindən qeyriyaşayış sahəsinə keçirilməsinə icazə verilmişdir. Həmin sərəncam İddiaçı1 və qeyriləri tərəfindən mübahisələndirilsə də, nəticə etibarı ilə iddia X8 münasibətdə mümkün sayılmamış, qalan iddiaçılara münasibətdə isə iddia rədd edilmişdir. Həmçinin ekspert rəyi ilə iddiaçının mübahisələndirdiyi sahədə hər-hansı əlavə tikililər, artırmalar və əlavə quraşdırmalar mövcud olmadığı müəyyən edilmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçıların Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 239 saylı evin giriş dəhlizində və pilləkən qəfəsində Cavabdeh1 istifadəsində olan 24,5 kv.m qeyri-yaşayış sahəsində qanunsuz inşa edilmiş tikililər özbaşına tikili hesab edilməsi, həmin tikililər Cavabdeh1 hesabına sökülməsini tələb etməkdə haqlı olmamışdır. Məhkəmə Kollegiyası apellyasiya baxışı zamanı təqdim edilmiş ekspert rəyinə münasibətdə isə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə Kollegiyası qeyd edir ki, ekspert rəyi Azərbaycan Respublikasının MPM-nin 76-cı maddəsinin tələbləri baxımından sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər o vaxt yüksək olur ki, ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Apellyasiya baxışı zamanı təqdim edilmiş rəydə müəyyən edilən halları təkzib edilməsi, eləcə də bu hallara zidd olan sübutlar müəyyən edilməmiş, eyni zamanda həmin rəyi şübhə altına alan hal müəyyən edilmədiyindən Məhkəmə Kollegiyası hesab edir ki, Bakı şəhəri Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 yanvar 2023cü il tarixli, 10/7529 saylı ekspert rəyi sübut kimi qəbul edilməlidir. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, Cavabdeh1 məxsus Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 239/8 saylı evin 2 saylı mənzilinin ümumi sahəsi 60.0 kv.m hesab olunmaqla yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi qüvvədə olan sərəncama əsasən icazə verildiyindən, eləcə də ekspert rəyi ilə iddiaçıların mübahisələndirdiyi sahədə hər-hansı əlavə tikililər, artırmalar və əlavə quraşdırmalar mövcud olmadığı müəyyən edilmədiyindən, iddia tələbi Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 239 saylı evin giriş dəhlizində və pilləkən qəfəsində Cavabdeh1 istifadəsində olan 24,5 kv.m qeyri-yaşayış sahəsində qanunsuz inşa edilmiş tikililər özbaşına tikili hesab edilməsi, həmin tikililər Cavabdeh1 hesabına sökülməsi hissəsində əsassız olmuşdur və birinci instansiya məhkəməsinə Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti başçısının 28 fevral 2022-ci il tarixli 67 saylı sərəncamı təqdim edilsə də məhkəmə tərəfindən həmin sərəncama işin faktiki halları baxımından düzgün qiymət verilməmişdir. Göründüyü kimi iddiaçıların irəli sürdüyü faktiki hallar onların iddia tələbinin - Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 239 saylı evin giriş dəhlizində və pilləkən qəfəsində Cavabdeh1 istifadəsində olan 24,5 kv.m qeyri-yaşayış sahəsində qanunsuz inşa edilmiş tikililər özbaşına tikili hesab edilməsi, həmin tikililər Cavabdeh1 hesabına sökülməsi hissəsində qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünki iş üzrə sübutetmə yükü iddiaçıların üzərinə düşdüyü halda onlar iddia tələblərində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçılar tələblərinin əsaslarını qeyd edilən hissədə məhkəmə araşdırması zamanı sübut edə bilmədiklərindən iddiaları göstərilən hallara görə qanuni və əsaslı sayıla bilməz. Bu baxımdan Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin göstərilən əsaslandırılması ilə razılaşmır və hesab edir ki, qətnamə maddi hüquq normalarının düzgün tətbiq edilməsi əsası ilə ləğv edilməlidir. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə - Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 239 saylı evin giriş dəhlizində və pilləkən qəfəsində Cavabdeh1 istifadəsində olan 24,5 kv.m qeyri-yaşayış sahəsində qanunsuz inşa edilmiş tikililər özbaşına tikili hesab edilməsi, həmin tikililər Cavabdeh1 hesabına sökülməsi hissəsində ləğv edilməklə həmin hissədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılara ödənilməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində ekspertiza xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq dövlət nəfinə ödənilməsi qət edilsə də, apellyasiya instansiyası məhkəməsinin hazırki qətnaməsi ilə iddia Cavabdeh1 aid hissəsində rədd olunduğu üçün o, qeyd edilən məbləğlərin ödənişindən azad edilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə onun özünə aid edilməlidir. Həmçinin apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının cəmi dəyəri olan 50 (əlli) manat ekspertiza xərci iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası,

Qət etdi:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-393/2022 saylı, 16 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə-Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 239 saylı evin giriş dəhlizində və pilləkən qəfəsində Cavabdeh1 istifadəsində olan 24,5 kv.m qeyri-yaşayış sahəsində qanunsuz inşa edilmiş tikililər özbaşına tikili hesab edilməsi, həmin tikililər Cavabdeh1 hesabına sökülməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilməsin. Cavabdeh1 iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun və iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində ekspertiza xərcininin müştərək qaydada tutularaq iddiaçılara ödənilməsi hissəsindən azad edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 özünə aid edilsin. Apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının cəmi dəyəri olan 50 (əlli) manat ekspertiza xərci iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar