Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-310/2024 19.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), X6 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, İddiaçı vəkili Vəkil1 iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e2(005)-1164/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayəti üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Abşeron Rayon Məhkəməsinin 2(012)-126/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin müəyyən edilmiş hallarından görünür ki, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, mübahisəli torpaq sahəsinin üzərində iki tikili vardır, orada X1,onun oğlu olan cavabdeh ailəsi ilə birgə orada yaşamışlar və hal-hazırda da cavabdeh ailə üzvləri ilə birgə həmin tikilidə yaşayırlar, mübahisəli torpaq sahəsindən istifadə edirlər. Mübahisəli torpaq sahəsinin üzərində olan tikilinin iddiaçı tərəfindən tikdirilməsi dəlilini cavabdeh qəbul etməmiş,cavabdehin və onun tərəfindən dindirilən şahidlər isə həmin tikilinin cavabdehin atası tərəfindən tikdirildiyini bildirmişlər. Təqdim olunan kommunal ödənişlər Sakit Haqverdiyevin adınadır. Bu hallara hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, mübahisəli torpaq sahəsinin üzərindəki tikililər Sakit Haqverdiyev tərəfindən tikilmişdir.
2. Sumqayıt Apelyasiya Məhkəməsinin 2( 105)-3318/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,0693 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 940 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə keçirilmiş ekspertizanın xx.xx.2020-ci il tarixli, 10/3918 saylı rəyi ilə müəyyən edilmişdir ki, cavabdeh İddiaçı tərəfindən aparılan tikililər (iki yaşayış evi və 1 köməkçi tikili) iddiaçı Cavabdeh adına xx.xx.2017-ci il tarixdə **********52 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0693 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları daxilində yerləşir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin 2( 105)-3318/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. İddiaçının atası Sakit Haqverdiyev 2018-ci il tarixdə vəfat etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0.0693 ha torpaq sahəsinin, Abşeron rayonu. Masazır kəndi ərazisində yerləşən 0.069.3 ha torpaq sahəsində inşa edilən 1 mərtəbəli və 2 mərtəbəli fərdi yaşayış evlərinin bazar qiyməti 205.000 (iki yüz beş min manat) iş üzrə Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı atası mərhum X8 rayonu, Masazır kəndi ərazisində yerləşən 0.0693 ha mübahisəli torpaq sahəsini Cavabdeh 2001-ci ildə almış və o etibarnamə əsasında torpağı satmışdır. Cavid Haxverdivevin atası Haxverdiyev Sakit sağlığında iki ədəd fərdi vaşayış evinin eskiz layihəsini 2011-ci ildə hazırlatmış və bundan sonra X9 adına 3-cü və sonuncu etibarnaməni 10 illik vermişdir, 2017-ci il tarixdə İddiaçı atası Haxverdiyev Sakit sənədləşdirmələrini məcburiyyıətdən Xaliqin adına aparmış, lakin ümumi xərci atası Haxverdiyev Sakit çəkmişdir. Sənədlərin düzəliş edilməsi və ailə üzvlərindən birinin adına satılmasını nəzərdə tutmuşdur. Əvvəlcə həyətdə 1 mərtəbəli, 1 ev tikilmiş və ailəlikcə orada yaşamışlar. Sonradan eyni torpaqda digər qardaşı üçün ev daha 2 mərtəbəli ev tikilmişdir. Bildirir ki, iddiaçı 19 il həmin evdə və torpaqda yaşamış və bu vaxtacan heç kəs onları narahat etməmişdir. Lakin Cavabdeh 20 fevral 2018-ci il tarixdə atası Haxverdiyev Sakitin ölümündən sonra, “torpaq sahəsinin zəbt edilməsinin qanunsuz hesab edilməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair" iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı, onun ailə üzvlərinin və digər şəxslərin guya iddiaçıya məxsus olan Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0.0693 ha torpaq sahəsini zəbt etməsinin qanunsuz hesab edilməsi və cavabdehin ailə üzvləri ilə birlikdə sözügedən torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisəli torpaq sahəsinin üzərində olan tikilinin Cavabdeh tərəfindən tikdirilməsini İddiaçı qəbul etməmiş, İddiaçı və dindirilən şahidlər isə həmin tikilinin İddiaçı atası tərəfindən tikdirildiyini bildirmişlər. Təqdim olunan kommunal ödənişlar Sakit Haqverdiyevin adınadır. Bu hallara hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, mübahisəli torpaq sahəsinin üzərindəki tikillər Sakit Haqverdiyev tərəfindən tikilmişdir. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-1164/2022 saylı, xx.xx.2022- ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh fərdi yaşayış evinin tikintisi üçün çəkilmiş xərcin əvəzi olaraq 192000 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi, qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 300 manat məbləğində pulun Cavabdeh tutularaq, VÖEN 150260231, Hesab № AZN: AZ30GUNA********************, Bank: Gunay Bank ASC, VÖEN:**********, Müxbir hesab: AZ25NABZ********************, KOD:505594, SWİFT:GUNAAZ22 "xxxx" MMC-nin hesabına keçirilməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisə predmeti olan torpaq sahəsinin cavabdehə aid olması, iddiaçı tərəfindən isə öz vəsaiti hesabına həmin torpaq sahəsində fərdi yaşayış evinin tikilməsi işin mübahisəsiz halı qismində çıxış edir. Həmçinin, iş materiallarında olan müvafiq məhkəmə qətnaməsi əsasında İddiaçı mübahisə predmeti olan torpaq sahəsində çıxarılması qət edilmişdir. İndiki halda iddiaçı həmin torpaq sahəsində öz vəsaiti hesabına fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərcin cavabdeh (həmin torpaq sahəsinin sahibi qismində çıxış edən) tərəfindən ona geri qaytarılmasını tələb edərək, iddia tələbinin əsası kimi qeyd edilən hallara istinad etmişdir. Cavabdeh tərəfindən isə iddia tələbi üzrə məhkəməyə heç bir sübut vasitəsi təqdim edilməmişdir. Məhkəmə hesab etmişdir ki, hazırki mülki iş üzrə mübahisə predmeti olan torpaq sahəsi cavabdehə aid olduğundan və iddiaçı tərəfindən qanuni əsas olmadan həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisi aparıldığından və indiki halda müvafiq məhkəmə qətnaməsi əsasında iddiaçı həmin torpaq sahəsində çıxarıldığından, iddiaçının həmin torpaq sahəsində (qanuni əsas olmadan əldə etdiyi əmlak üzrə) apardığı yaxşılaşdırmaların, gördüyü işlərin, çəkdiyi xərclərin ( həmin əmlakdan ayrılması mümkün olmadığından) ona qaytarıllmasını tələb etmək hüququ yaranmışdır (MM-nin 1094 və 157.7-ci maddəsinin dispozitiv şərtlərinə əsasən). Ona görə də məhkəmə hesab edir ki, iddiaçı belə bir iddia tələbini irəli sürməkdə haqlı olmuşdur. Həmçinin, məhkəmə iddiaçı tərəfindən cavabdehə məxsus torpaq sahəsində gördüyü işlər (fərdi yaşayış evinin tikintisi üçün), çəkdiyi xərclərin dəyərinin 205000 manat olduğunu qeyd etsə də, məhkəmə araşdırması çərçivəsində qeyd edilən halın müəyyən edilməsi məqsədilə müvafiq məhkəmə ekspertizası təyin edilmiş, həmin ekpsert rəyi əsasında mübahisə predmeti olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin bazar dəyərinin 192000 manat olduğu müəyyən edilmişdir. Bu halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisə predmeti olan torpaq sahəsində fərdi yaşayş evinin tikintisi üçün çəkilmiş xərcin dəyəri məhz qeyd edilən ekspert rəyi əsas götürülməklə, müəyyən edilməli, iddia tələbi qeyd edilən hissədə təmin edilməli, qalan hissədə isə təmin edilməməlidir.
9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 14.2, 21.1, 21.2, 1091.1, 1091.2, 157.6, 157.7, 1092.1, 1092.2, 1093.1, 1094-ci maddələri, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarı, Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarı və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 101.3, 119.1, 216-220, 238-242-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-1164/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin tam ləğv edilməsi, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün qiymətləndirilməmiş, işdə mövcud olan sübutlara əsaslanmadan qərar qəbul edilmişdir. Şübhəsiz ki, məhkəmə qərar qəbul edərkən Cavabdeh mübahisələndirilən obyektlər üzərindəki mülkiyyət hüququnun mövcudluğunu və bunun hüquqi nəticəsinə əhəmiyyət verməmişdir. Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0.0693 ha mübahisəli torpaq sahəsi vaxtilə Cavabdeh məxsus olmuşdur. 2001ci ildə o, İddiaçı atası mərhum Sakit Haxerdivevə etibarnamə verərək onun adından həmin torpaq sahəsində müəyyən işlər görməyi etibar etmişdir. Daha sonra cavabdeh tərəfindən həmin torpaq sahəsində fərdi yaşayış evləri inşa edilmiş, bu torpaq sahəsində tikinti aparılan zaman, həmin tikintidə cavabdeh X2 mərhum atası Sakit Haqverdiyev usta kimi çalışmışdır. Sonradan bu əmlakların cavabdehin adına rəsmiləşdirilməsi həyata keçirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,0693 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdehadına xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 940 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmışdır. Sözügedən torpaq sahəsində aparılan tikililər Cavabdeh adına xx.xx.2017-ci il tarixdə **********52 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X1 xx.xx.2018-ci il tarixdə vəfat etdikdən sonra oğlu, hazırki iş üzrə iddiaçı ailəsi ilə birgə həmin fərdi yaşayış evində məskunlaşaraq cavabdehi mülkiyyət hüququndan məhrum etmişlər. Hazırki daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata dair çıxarışlarda mülkiyyət hüququnun cavabdehə məxsus olduğu göstərilir. Yəni bu o deməkdir ki, torpaq sahəsi və onun üzərində inşa edilmiş tikililər hazırda onun xüsusi mülkiyyətindədir. Göründüyü kimi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin torpaq sahəsi üzərindəki tikililərin iddiaçı tərəfindən inşa edilməsinə dair gəldiyi nəticə cavabdehin mülkiyyət hüququnu təsdiq edən çıxarışla nəinki ziddiyyət təşkil edir, hətta bu sənədin heç bir hüquqi əhəmiyyət kəsb etmədiyini bildirir. Deməli, etibarnamənin mövcudluğu alqı-satqı münasibətlərinin sadəcə şəxsi fərziyyələrə əsaslandığını açıq-aşkar nümayiş etdirir. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməmişdir. Rəsmi qaydada Cavabdeh heç bir məhkəmə bildirişi göndərilməmiş, 07 iyul 2022-ci il tarixində məhkəmə iclasında iştirakı təmin edilmədən əleyhlərinə qərar qəbul edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin istinad etdiyi məhkəmə qərarı heç bir məcburi qüvvəyə malik deyildir və preyudisial əhəmiyyət daşımır. Ona görə ki, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Hazırki qətnamənin çıxarıldığı vaxt – xx.xx.2022-ci tarixdə işə Azərbaycan Respublikasının Ali Məhkəməsində baxılmaqda idi. Həmin iş üzrə yekun qərar isə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci iltarixli, 2(005)-1164/2022 saylı qətnaməsinin qəbulundan uzun müddət sonra qəbul edilmişdir. Qanuni qüvvəyə minməmiş qətnaməyə və təsdiqlənməmiş faktlara əsaslanması sözügedən qətnamənin mötəbərliyinə ciddi şübhə yaradır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
13. Əvvəlki məhkəmə iclasında çıxış edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, o torpaqlar onun olub və hasarın içərisində olub, o vaxtı iddiaçının rəhmətlik atası ilə möhkəm dost olublar. Onun maddi imkanı yaxşı idi ,iddiaçının atası ondan xahiş edib ki, o torpağı ona versin, ev tikib yaşasın, sonra əgər satarsa, o tikiliyə nə edib götürər, torpaq da onundur. Cavabdeh də deyib ki,qoy yaşasın həm onun üçün mühafizə kimi qalar, həm də yaşayar.Sonra onun başına böyük işlər gəldi. Onun malı-mülkü əldən getdi. O bir müddət çölə çıxa bilməyib. Bir müddətdən sonra iddiaçının atası ilə görüşdü, dedi ki, pis vəziyyətdədir, torpağı sənədləşdirsinlər. Dedi ki, pulu yoxdur. 300 manat tapıb iddiaçının atasına verdi, torpağı sənədləşdirdi. Əgər torpaq onun adına idisə, niyə sağ olan vaxtı torpağın çıxarışını öz adına elətdirmədi. Əvvəlki vaxtları olsa idi bağışlayardı. O vaxtı torpağa başqa-başqa adamlar gəlib yerləşdirdiklərinə görə o etibarnamə verdi ki, kimsə torpağa gələndə torpaq müvəqqəti onun olduğunu desin. O vaxtı razılaşmışdılar ki, topaq satılanda, pul yarı bölünər.
14. Əvvəlki məhkəmə iclasında çıxış edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, ekspert ümumi olaraq 2 tikilini və ya tikililəri qiymətləndirib. Onlara ora getməyə icazə verilmədiyinə görə gedə bilməyiblər və bilmirlər ki, neçə tikili var. Ekspert tikilini bazar qiyməti ilə hesablayıb, halbuki ora bazar dəyəri ilə hesablanmalı deyildi. Onlar evi satmırlar ki, bazar dəyəri ilə hesablansın. Burada tikiliyə çəkilən xərcdən söhbət gedir. İddiaçı tərəf orada yaşayıb,oradan istifadə edib. Onlar evin sökülməsində maraqlı deyillər. İddiaçı təxminən 20 il yaşayıb və həmin ərazidə obyekt tikib. Ekspert rəyində torpaqla bir yerdə 192.000 manat dəyər hesablayıb. Onlar ona görə birinci instansiya məhkəməsinə sübutları təqdim etməyiblər ki, onların məhkəmədən xəbəri olmayıb. Onları birinci instansiya məhkəməsinə dəvət etməyiblər, nə bildiriş, nə məktub nə də ki sms xəbərdalıq gəlib. Ekspertizanı da öz aralarında keçiriblər. Evin qiymətini səhv hesablayıblar. Bazar dəyəri alqı-satqı zamanı müəyyən olunmalıdır. Burada məsələ bazar dəyəri deyil,burada məsələ tərəfin iddiası və cavabdehin çəkdiyi xərclərdir. Burada əsassız varlanmadan söhbət gedir. Evin qiyməti torpağa görə artır.
15. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, əvvəldən tikililər onların olmuşdur. Boş torpaq olmuşdur.
16. Məhkəmə iclasında iştirak edən iddiaçı X2 vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, qarşı tərəf bildirir ki, onlar orada qanunsuz olaraq yaşayıblar, istifadə eləyiblər, cavabdehin xəbəri olmadan ekspertiza keçirilib. Əslində bu torpağı satın almayıblar, qarşı tərəf torpağı etibarnamə ilə alıb. İddiaçının rəhmətlik atası torpağı etibarnamə ilə verib. Cavabdeh pul tələbi ilə bağlı iddia qaldıra bilərdi. Abşeron Rayon Məhkəməsinin qətnaməsinin və Ali Məhkəmənin qərarına əsasən qanuni şəkildə torpaq onlara verilib, sadəcə olaraq etibarnamə əsasında verilib. Onlar sadəcə olaraq çəkdiyi xərcləri geri istəyirlər. Torpağı onlar qanunsuz şəkildə də olsa alıblar. Ekspertiza ilə bağlı bildirmək istəyir ki, tərəfin məhkəmənin gedişindən xəbəri olmuşdur. Dəfələrlə təxirə salınmışdır. Məhkəmə qiymət verir ki, onlar qanuni şəkildə torpaqdan istifadə ediblər. Mülki Məcəllənin 335.2-ci maddəsi 2005-ci ildə qanunvericilikdən çıxarılmışdır. Onlar orada qanuni yolla məskunlaşıblar və istifadə ediblər. Qanunsuz sahib olmayıblar, zəbt etməyiblər. Ekspert 2 mərtəbəli ev üçün tikinti və təmir işlərinin dəyərini 81400 manat, əlavə tikili üçün 4544 manat hesablamışdır. İddiaçı vicdanlı alıcıdır, cavabdeh pulu versə iddiaçı oradan çıxar. Ali Məhkəmənin qərarı ilə tikilinin iddiaçının atası tərəfindən tikilməsi təsdiqini tapmışdır. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.
17. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
Apellyasiya baxışının hədləri
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.
24. Qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilir ki, cavabdehin mülkiyyətində olan torpaq sahəsinin üzərindəki tikililər iddiaçının mərhum atası Sakit Haqverdiyev tərəfindən tikilmişdir. O cümlədən müəyyən edilir ki, İddiaçı atasının adına verilmiş etibarnamələrə əsasən torpaq sahəsindən istifadə etmişdir.
25. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən İddiaçı mübahisə predmeti olan torpaq sahəsindən çıxarılmalıdır.
26. Hazırda iddiaçı cavabdehdən torpağın, 1 mərtəbəli və 2 mərtəbəli fərdi yaşayış evinin və digər tikilinin bazar dəyəri olan 205000 manat məbləğində pul tələb edir.
27. Kollegiya qeyd edir ki, hazırki iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsi təşkil edir.
28. Həmin maddəyə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
29. Birinci instansiya məhkəməsi ümumi sahəsi 76,23 kv.metr və 162,77 kv.metr olan fərdi yaşayış evinin və ümumi sahəsi 0,0693 ha torpaq sahəsinin 25 may 2022-ci il tarixinə olan bazar dəyərinin, cəmi 192 000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını qət etmişdir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, qanunvericiliyin tələbindən göründüyü kimi, vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
31. Birinci instansiya məhkəməsi isə torpaq sahəsi ilə birlikdə əmlakın bazar dəyəri məbləğində pul vəsaitinin cavabdehdən tutulmalı olması qənaətinə gəlməklə səhvə yol vermişdir.
32. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının nəticəsi olaraq verilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 iyun 2024-cü il tarixli, 3-16-16/2-10/8960-9/9173 nömrəli ekspert rəyində qeyd edilir ki, 1-ci sual üzrə tədqiq olunan 1 mərtəbəli fərdi yaşayış evinin ümumi sahəsinin 76,23 kv.metr, 2 mərtəbəli fərdi yaşayış evinin ümumi sahəsinin 162,77 kv.metr təşkil etdiyini, eləcə də, ayrı-ayrı internet saytlarındak məlumatlara əsasən yeni fərdi yaşayış evlərinin tikinti və təmir işlərinin dəyərinin 1 kv.metr üçün orta hesabla 450 manat başa gəldiyini nəzərə aldıqda, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,0693 ha torpaq sahəsində inşa edilən 1 mərtəbəli fərdi yaşayış evi üzrə yerinə yetirilmiş tikinti və təmir işlərinin ümumi dəyəri təqribən 38100 manat, 2 mərtəbəli fərdi yaşayış evi üzrə yerinə yetirilmiş tikinti və təmir işlərinin ümumi dəyəri təqribən 81400 manat məbləğində müəyyən edilir. Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,0693 ha torpaq sahəsində yaxşılaşdırma işlərinin aparıldığı, belə ki, torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli fərdi yaşayış evinin qarşısında 116,5 kv.m hissənin tamet daşları ilə üzləndiyi, 2 mərtəbəli fərdi yaşayış evinin qarşısında 114,2 kv.m hissənin isə beton məhlulu ilə üzləndiyi, aparılmış yaxşılaşdırma işlərinin ümumi dəyəri təqribən 4544 manat məbləğində müəyyən edilmişdir.
33. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. İddiaçı və cavabdeh tərəfindən bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
34. Məhkəmə kollegiyası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 iyun 2024cü il tarixli, 3-16-16/2-10/8960-9/9173 nömrəli ekspert rəyini mətəbər sübut qismində qiymətləndirərək hesab edir ki, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0.069.3 ha torpaq sahəsində inşa edilən 1 mərtəbəli və 2 mərtəbəli fərdi yaşayış evlərinin tikintisi və yaxşılaşdırma üçün çəkilmiş xərclərin dəyəri 124044 (38100 + 81400 + 4544) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
35. Məhkəmə kollegiyası o cümlədən qeyd edir ki, birinci instansiya məhkəməsi prosessual hüquq normalarının da pozuntusuna yol vermişdir.
36. Belə ki, iş materiallarından görünür ki, məhkəmə iclası barədə bildiriş cavabdehin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Məktub bu ünvanda yaşamır qeydi ilə geri qaytarılmışdır. Buna baxmayaraq cavabdehə həmin ünvana təkrar olaraq məktub göndərilmişdir. Cavabdehə sms bildiriş isə göndərilməmişdir.
37. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin 2( 105)-3318/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
38. Birinci instansiya məhkəməsi isə xx.xx.2022-ci il tarixdə işə baxaraq qanuni qüvvəsini almamış məhkəmə aktlarına əsasən işin mübahisəsiz hallarını müəyyən etmişdir.
39. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində qeyd edilir ki, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsı məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
40. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e2(005)-1164/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh fərdi yaşayış evinin tikintisi üçün çəkilmiş xərcin əvəzi olaraq 124044 (yüz iyirmi dörd min qırx dörd manat) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 414 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qalıq hissəsi isə iddiaçının özünə aid edilməlidir.
41. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsmunun 35 manatı iddiaçıdan cavabdehin xeyrinə tutulmalı, qalıq hissə cavabdehin özünə aid edilməlidir.
42. Məhkəmə kollegiyası qeyd edir ki, birinci və apellyasiya instansiya məhkəməsində əldə edilmiş rəylərə görə məhkəmə xərcinin cəmi 400 manat təşkil edir. İddia tələbi qismən təmin edildiyindən onun 100 manatı iddiaçıya, 300 manatı cavabdehə aid edilməlidir.
43. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e2(005)-1164/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 124044 (yüz iyirmi dörd min qırx dörd manat) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 414 manatı cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qalıq hissə iddiaçının özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 35 manatı iddiaçıdan cavabdehin xeyrinə tutulsun. Qalıq hissə cavabdehin özünə aid edilsin. İşə birinci instansiya məhkəməsində baxılması zamanı qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul Cavabdeh tutularaq, VÖEN 150260231, Hesab № AZN: AZ30GUNA********************, Bank: Gunay Bank ASC, VÖEN:**********, Müxbir hesab: AZ25NABZ********************, KOD:505594, SWİFT:GUNAAZ22 "xxxx" MMC-nin hesabına keçirilsin. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı ekspertiza xərci 100 (yüz) manat məbləğində pul İddiaçı tutularaq Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev