Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3102/2021 19.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elmira Nağıyeva və Xəyalə Cəmilovadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Fuad Ələkbərovun iştirakı ilə, iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin 25.08.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, sığorta ödənişinin əvəzi kimi 200 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, sığorta ödənişinin əvəzi kimi 200 manat, habelə iddia əizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20,4 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Apellyasiya şikayəti əsassızdır. Belə ki, iddiaçı (sığoratçı) “Kia Rio” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobili avtoqəzadan və digər risklərdən sığortalayıb. Avtomobil sığorta müddətində - 02.07.2019-cu ildə cavabdehin təqsiri üzündən mexaniki zədə alıb: cavabdehin idarə etdiyi avtomobil sığorta predmeti olan avtomobillə toqquşub. Hadisənin cavabdehin təqsiri üzündən baş verdiyi təsdiq olunub. Sığortaçı zərərin məbləğinin 200 manat olduğunu müəyyən edib və həmin məbləği sığortalıya verib. Bundan sonra iddiaçı subroqasiya hüququndan istifadə edib, yəni zərərin əvəzi kimi 200 manat pulun ona ödənilməsini cavabdehdən tələb edib. Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyinə görə zərərin əvəzini ödəməyə borcludur. Beləliklə, məhkəmə Mülki Məcəllənin 936.2 və 1097.1-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin 25.08.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3102/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3102/2021
19.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver