Məhkəmə qərarları › İş №2(103)-3108/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3108/2022

16.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3108/2022 16.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Elnur Məmmədsaat oğlu Həsənovun sədrliyi və məruzəsi, Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh1 və Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinə qarşı “maddi və mənəvi zərərə görə təzminatın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinə qarşı “maddi və mənəvi zərərə görə təzminatın ödənilməsi” tələbi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (məhkəmə) 07 yanvar 2022-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, həmin qətnamədən iddiaçının 05 mart 2022-ci il tarixdə verdiyi apellyasiya şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, qətnamə İddiaçı 01.02.2022-ci il tarixdə təqdim olunmuş, onun 24.02.2022-ci il tarixdə verdiyi apellyasiya şikayəti məhkəmənin 02.03.2022-ci il tarixli qərardadı ilə elektron kabinet vasitəsilə verilmədiyi əsas göstərilməklə geri qaytarılmış, bundan sonra iddiaçı qeyd olunan çatışmazlığı aradan qaldıraraq 05.03.2022-ci il tarixdə növbəti dəfə şikayət vermişdir (şikayəti elektron kabinetə yerləşdirmişdir). Göründüyü kimi İddiaçı ikinci dəfə apellyasiya şikayəti verdiyi zaman müddəti ötürmüş olmuş, məhkəmə isə bu halı nəzərə almadan, onun qətnamədən şikayət vermə müddətini ötürüb-ötürmədiyi, əgər müddət otürülmüşdürsə bunun üzrlü səbəblərdən baş verib-vermədiyi məsələsinə qiymət vermədən, müddət ötürülməmişdirsə buna münasibət bildirmədən şikayəti apellyasiya instansiyasına göndərmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-363/2022 saylı iş üzrə 07 yanvar 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş, apellyasiya şikayətinin vaxtında verilib-verilmədiyi məsələsinə qiymət verilməsi, əgər vaxtında verilməmişdirsə geri qaytarılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar