Məhkəmə qərarları › İş №2(103)-3111/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3111/2023

23.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3111/2023 23.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-946/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i:

1. İddiaçı Məmməd oğlu cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə 5.000 manat, mənəvi ziyana görə 25.000 manat pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Nəsimi Rayon Məhkəməsinin 2(006)-946/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Səməd Cəfərov) iddia qismən təmin edilmiş, İddiaçı Məmməd oğluna vurulmuş mənəvi zərərə görə 3.000 (üç min) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

3. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.

4. Nəsimi Rayon Məhkəməsindən 2(004)-946/2012 nömrəli, xx.xx.2023-cü il tarixli sorğu daxil omuş, həmin sorğuda Nəsimi Rayon Məhkəməsinin 2(006)-946/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən şikayət verildiyi üçün həmin mülki işin rayon məkəməsinə qaytarılması xahiş olunmuşdur.

5. Apelyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddiaçı məhəkəməyə ünvanladığı teleqramda şikayətə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.

6. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən hazırkı məsələyə onların iştirakı olmadan olmadan baxılması mümkündür.

7. Nəsimi Rayon Məhkəməsindən 2(004)-946/2012 nömrəli, xx.xx.2023-cü il tarixli sorğu daxil omuş, həmin sorğuda Nəsimi Rayon Məhkəməsinin 2(006)-946/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən şikayət verildiyi üçün həmin mülki işin rayon məkəməsinə qaytarılması xahiş olunmuşdur.

8. Məhkəmə kollegiyası sorğunu mülki iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-946/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər.

10. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

qərara aldı:

Bakı Apellyasiya Məhkəməsinin 2(006)-946/2023 nömrəli, xx.xx.2023-cü il tarixli apellyasiyanın mümkünlüyü qərardadı ləğv edilsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-946/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi ilə əlaqədar mülki iş apellyasiya baxışından çıxarılsın və Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar