Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-312/2023 19.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-26/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh «İlk İnşaat» Tikinti İdarəsinə qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, 22 saylı evin, 11, 21 və 23 saylı mənzilləri iddiaçının xüsusi mülkiyyətindədir, 1995ci ildən ailəsi ilə həmin mənzildə yaşayırlar. Bir neçə il bundan əvvəl «Sovetski» adlandırılan ərazidə söküntü işləri başlandı və cavabdeh «İlk İn şaat» Tikinti İdarəsi söküntü işləri aparmağa başladı. Eyni zamanda evlərindən bir az aralı nə isə bir qurğu qurdular, həmin qurğu torpağa güclü zərbələr endirməklə nə isə endirdi, mənzilin böyük zalında tavan dağılmağa başladı. İddiaçı Bakı şəhəri Yasamal rayonu 61 saylı MKİS-ə şikayətlə müraciət etmişdir. xx.xx.2018-ci il tarixdə oradan 31 saylı cavab almışdır. Həmin cavabda bildirilmişdir ki, həmin ərazidə tikinti işlərini cavabdeh «İlk İnşaat» Tikinti İdarəsi aparır. Yazılı müraciətinə cavab verməmişdir. Cavabdehin iddiaçıya cavab verməməsini Azərbaycan Konstitusiyasında nəzərdə tutulmuş hüquqlarının pozulması kimi qiymətləndirir. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş maddi ziyanın müəyyən edilməsi üçün məhkəmə-tikinti ekspertizasının təyin edilməsini, vurulmuş maddi ziyanın müəyyən edilməsini və müəyyən edilmiş məbləğin cavabdehdən alınaraq, iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini qanunauyğun hesab edir. Bundan əlavə, iddiaçının və ailə üzvlərinin həyatı və sağlamlığı daimi təhlükə altındadır, bilmirlər tavanın hansı hissəsi nə vaxt başlarına uçacaq. Buna görə də cavabdehdən mənəvi ziyana görə 100.000 manat məbləğin alınaraq, iddiçıya verilməsini məntiqi hesab edir. Göstərilənlərə əsasən cavabdeh «İlk İnşaat» Tikinti İdarəsindən iddiaçıya vurulmuş, ekspertizanın müəyyən etdiyi maddi ziyana görə məbləğin və mənəvi ziyana görə 100.000 manatın alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh şirkətdən vurulmuş maddi ziyana görə 18.000 manat, mənəvi ziyana görə isə 100.000 manat məbləğin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin adının «İlk İnşaat» Tikinti İdarəsindən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili həmçinin göstərmişdir ki, 3 il ərzində həmin evdə dağılmış şəraitdə yaşamağa məcbur olmuşlar. Sonradan normal yaşayışları bərpa etmək üçün özləri təmir işləri aparmışlar və hal-hazırda orada yaşayırlar. Odur ki, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək və bununla bağlı yazılı etiraz təqdim edərək göstərmişdir ki, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı heç bir vaxt göstərilən ərazidə söküntü işləri aparmayıb. Qeyd edilən ərazidə söküntü işləri başa çatdıqdan sonra, yəni xx.xx.2017-ci il tarixdə «Təzəpir məscidi kompleksinin ətrafındakı ərazinin abadlaşdırılması, məscidi ziyarət edənlər üçün parklama imkanlarının yaradılması işləri» çərçivəsində müqavilə əsasında abadlıq işləri başlanmışdır. Abadlıq aparılan ərazi iddiaçının yaşadığı ünvandan təqribən 300 metr aralıda yerləşir, orada yaşayış binaları və əlavə aradan enli (təqribən 25-30 metr) avtomobil yolu keçir. Abadlıq aparılan ərazidə heç bir qurğu qurulmamışdır və zatən buna ehtiyac da yoxdur. Şirkət olaraq onlar vətəndaşların müraciətlərinə sayğı ilə yanaşırlar. Lakin iddiaçıdan onlara müraciət daxil olmamışdır. Cavabdehin nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, sözügedən ərazidə cavabdeh şirkət tikinti və söküntü işləri deyil, abadlıq işləri aparmışdır. Bu işlərin aparılması da cavabdehlə "xxxx" MMC arasında bağlanmış podrat müqaviləsi əsasında həyata keçirilmişdir. Həmin ərazidə tunel isə birbaşa sözügedən şirkət tərəfindən çəkilmişdir. Onlar abadlaşdırılma işləri aparmağa başlayanda artıq tikinti-söküntü işləri aparılmışdı və başqa şirkət tərəfindən həyata keçirilmişdir.Ekspert rəyindən də görünür ki, orada evə dəymiş zədənin məhz onların həmin ərazidəki fəaliyyətləri nəticəsində yaranıb-yaranmamasının müəyyən edilə bilməməsi qeyd olunmuşdur. Odur ki, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-26/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilməsi, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında filialından İddiaçı xeyrinə vurulmuş maddi ziyana görə 18.000 (on səkkiz min) manat pul tutulması, iddia tələbi qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri cəmi 200 (iki yüz) manat Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında filialından tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməsi qət olunmuşdur. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, Bak şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-26/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd olunması xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə İddiaçı “X6 Sanayi ve Ticaret Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı“vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsini onunla əsaslandırmışdır ki, güya bir neçə il bundan əvvəl yaşadığı və “Sovetski” kimi adlanan ərazidə “X6 Sanayi ve Ticaret Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən söküntü işləri başlamış, evlərindən aralı qurğu qurulmuş və nəticədə yerə zərbə endirilərək yaşadığı mənzilin böyük zalında tavan dağılmağa başlamışdır. Bu barədə Yasamal rayonu 61 saylı MKİS-nə müraciət etmiş, xx.xx.2018-ci il tarixdə cavab almış, cavabda ərazidə tikinti işlərini “İlk İnşaat” tikinti idarəsi apardığı ğöstərilmişdir. “İlk İnşaat” tikinti idarəsinə yazılı müraciət etsə də cavab almamışdır. Nəticədə məhkəməyə müraciət edərək ona vurulmuş maddi ziyanın müəyyən edilməsi üçün məhkəmə ekspertizasının aparılmasını tələb etmişdir. Eyni zamada tavanın digər hissəsinin uçacağını gözləyən iddiaçı qorxduğundan mənəvi ziyana görə 100 000 manat alınaraq ona verilməsini məntiqi hesab edir.İddiaçının tələbi əsasında məhkəmənin xx.xx.2019-cu il tarixli Qərardadı ilə ekspertizanın təyin olunması qərara alınmışdır.Ekspertizanın rəyi ilə razılaşmayan iddiaçı yenidən ekspertiza təyin olunmasını tələb etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli Qərardadı ilə yenidən mühəndis-texniki ekspertiza təyin olunması qərara alınmışdır. Hər iki halda ekspertizanın rəyi iddiaçı üçün müsbət olmamış, “X6 Sanayi ve Ticaret Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının ona hər hansı halda zərər vermə faktı təsdiq edilməmişdir. Lakin məhkəmə iddianın qısmən təmin edilməsi barədə Qətnamə çıxarmışdır.Hesab edirlər ki, məhkəmənin Qətnaməsi qanunsuz (maddi və prosessual hüquq normalarına ziddir) və əsassızdır (iş materialları ilə təkzib edilir).İş materiallarına əsasən müəyyən edilir ki, apellyatorla İddiaçı arasında heç bir əlaqə yoxdur və apellyatorun ərazidə icra etdiyi işin iddiaçının əmlakına zərər verəcək nəticəsi ola bilməz.Çünki işin icra məkanı ilə iddiaçının yaşadığı ərazinin heç bir əlaqəsi yoxdur.İş materialları və ekspertizanın rəylərinə əsasən müəyyən edilir ki, yuxarıda qeyd edilən mənzillə işin icra edildiyi sahə arasında çoxsaylı yaşayış evləri var və həmin evlərə zərər dəyəsi gücündə iş görülməmişdir. Qeyd edilən xüsusat da işin mübahisəsiz halıdır.İddiaçı apellyatora Qətnamədə qeyd edilən qaydada heç vaxt müraciət etməyib və bu halı sübut edəcək heç bir dəlil yoxdur.Şirkət olaraq vətəndaşların müraciətlərinə sayğı ilə yanaşırlar. İddiaçı iddia edir ki, yaşadığı mənzilə ərazidə söküntü aparılan zaman zərər dəyməşdir.İş materiallarından göründüyü kimi “X6 Sanayi ve Ticaret Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ərazidə söküntü və tikinti işləri aparmamış, yalnız abadlıq işləri aparmışdır. Abadlıq və yaşıllaşdırma işləri aparılarkən torpağa hər hansı zərbələrin endirilməsi halları baş verməmiş və zatən buna ehtiyac da olmamışdır. Apellyator tərəfindən ərazidə abadlıq və yaşlııaşdırma işləri icra edilərkən iddiaçının yaşadığı ərazidən təqribən 800-900 metr aralıda (N.Nərimanovun heykəlinin yaxınlığında) beton qarışdıran aparat quraşdırılmış, parkda salınacaq piyada yollarının kənarlarına beton tökmək üçün həmin aparatdan istifadə edilmişdir ki, bu aparat işləyərkən heç bir titrəyiş və silkələnmələrin olma etimalı yoxdur. Ərazidə, onlara məlum olmayan, qurumlar tərəfindən söküntü aparıldıqdan sonra abadlıq işlərinə başlanmış, beton tökmək üçün quraşdırılan aparat üzərində “İLK İNŞAAT” sözləri yazıldığından, bundan istifadə edən iddiaçı söküntü işlərinin “X6 Sanayi ve Ticaret Anonim” ŞirkətininAzərbaycan Respublikasındakı Filialı tərəfindən aparılması iddiası ilə çıxış etmişdir ki, bu da absurddur. Bu da işin mübahisəsiz halı kimi qiymətləndirilməlidir.Təqdim olunan hər iki ekspertiza rəylərindən görünür ki, iddiaçının yaşadığı ev 1895-ci ildə inşa edilmiş, evin artıq 130 ilə yaxın yaşı vardır. Həmin çoxmənzilli evdə yaşayanların heç birinə zərər dəyməmiş, yalnız İddiaçı evinə ziyan dəymişdir. Bu məntiq və düşüncəyə uyğun gəlməyən haldır və qətiyyətlə rədd edilməli idi. Bu da işin mübahisəsiz halıdır.Ekspert rəyində güman edilir ki, iddiaçının mənzilində yaranmış çatlar hər hansı torpaq boşluğunun əmələ gəlməsi nəticəsində baş verə bilər. “X6 Sanayi ve Ticaret Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ərazidə torpaq işləri görməmiş və abadlıq işlərinin aparıldığı ərazi ilə iddiaçının yaşadığımənzil arasından çoxsaylı evlər və təqribən eni 25-30 metr olan yol keçir. Ekspert mənzilə dəymiş zərərin kim tərəfindən törədildiyini və ya təbbi olduğunu müəyyənləşdirə bilmir.Güman edir ki, torpaq qatının boşalması mənzildəki zədələrin əmələ gəlməsinə səbəb ola bilər.Konkret olaraq bunun “İlk İnşaat” Tikinti idarəsinin həmin ərazidə fəaliyyəti nəticəsində yaranıb-yaranmamasını müəyyən etmək tikinti ekspertinin səlahiyyətinə aid olmadığı bildirilir. Bütün bunlar işin mübahissəsiz həlli üçün yetərli faktlardır və məhkəmə bunları nəzərə alaraq iddianırədd etməli idi.Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən “Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir.Hüquqlardan sui-istifadəyə yol verilmir”. Lakin iddiaçı hüqularından sui-istifadəyə yol versə də məhkəmə bunu nəzərə almamışdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən “maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi” və eləcə də 385.1.2-ci maddəsində göstərildiyi kimi “məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması” apellyatoru birinci instansiya məhkəməsinin Qətnaməsindən şikayət verilməsinə məcbur etmişdir. Birinci instansiya məhkəməsinin Qətnaməsində iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi (AR MPM-nin 389-cu maddəsi) nəticəsində Qətnamə iş üzrə mövcud olan faktlar və qanunla göstərilən sübutlarla təsdiq edilməmiş, qeyri-mötəbər, ziddiyətli, işə aid olmayan sübutlarla təsdiq edilmişdir ki, bu da apellyatoru apellyasiya şikayəti verməyə sövq edir.Birinci instansiya məhkəməsinin Qətnaməsində göstərilən dəllillər işin hallarına qəti uyğunluğu olmadığı üçün məhkəmə müəyyən edilmiş faktlar üzrə səhv nəticəyə gəlmiş, AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarına, AR-nın tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokoluna, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” və “Sporronq və Lonnpot İsveçə qarşı” iş üzrə Qərarlarına istinad edilmişdir ki, bu da baxılan işin hallarına uyğun deyildir.Qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar, qeyri-mötəbər olmaqla, işin faktlar üzrə təsdiqinə əsas vermir (AR MPM-nin 76.1- ci maddə), təqdim olunan ekspertiza rəyləri iddianı təsdiq etmir (AR MPM 76.2-ci maddə), iddiaçının faktı sübut etmə vəzifəsi təmin edilməmiş, cavabdeh isə ərazidə söküntü aparmadığını, yalnız abadlıq işləri gördüyünü sübut edən sənədləri məhkəməyə təqdim etmişdir (AR MPM 77-ci maddə). Məhkəmə iddianı əsassız olaraq qismən təmin etməklə yanaşı ekspertiza xərcini də cavabdehin üzərinə qoymuşdur. Apellyasiya şikayətinin dəlilləri baxımından Bakı Apellyasiya məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə-tikinti-texniki ekspertizası təyin edilmişdir və rəy alınana kimi işin icraatı dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 fevral 2023-ci il tarixli 10/7526 saylı rəyi məhkəməyə daxil olduqdan sonra işin icraatı təzələnmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq, hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətli təmin olunmalı, Bak şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-26/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi qismən-iddianın təmin olunmuş hissəsində ləğv olunmal, həmin hissədə iddia rədd olunmalıdır.. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunması və ekspertiza xərcinin tutulması hissəsində yoxlanılması təşkil edir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Belə ki, iş materiallarında olan Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.1995-ci il tarixli Qeydiyyat Vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Ş.Əzizbəyov küçəsindəki 22 nömrəli yaşayış evi 11,23 və 21 nömrəli mənzilləri İddiaçı xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan texniki pasportun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ş.Əzizbəyov küçəsində yerləşən 22 nömrəli evin 8 otaqlardan ibarət olan 11,21 və 23 nömrəli mənzillər İddiaçı məxsusdur. İş materiallarında olan Yasamal RİH MKTB-nin 61 saylı İstismar Sahəsi tərəfindən İddiaçı qıqına ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, İddiaçı mənzili özəlləşdirilmiş mənzildir. Yoxlama zamanı mənzilinin giriş hissəsində, pilləkən qəfəsində divarda çatların olduğu məlum oldu. Bundan əlavə, mənzilin bir otağının tavanının 2,0 kv.m. sahəsi uçulub dağılması və vanna otağının davanının bir hissəsinin sökülməsi, faktı aşkar olundu. Bildirirlər ki, mənzilin daxilində tələb olunan hər hansı bir təmir işlərinin aparılması, mənzil sahibinin öz vəsaiti hesabına aparılmalıdır. Mənzilə dəymiş maddi ziyanın hesablanması üçün 61 №-li MKİS-də ekspert-mühəndis mütəxəssisi yoxdur. 61 №-li MKİS-in ərazisində aparılan tikinti işlərini «İLK İnşaat» Tikinti İdarəsi aparır. Həmin idarə ilə 61 №-li MKİS arasında heç bir müqavilə tərtib olunmadığına görə həmin idarə haqqında məlumatları yoxdur. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 16613 saylı xx.xx.2020-ci il tarixli rəyindən görünür ki: - 1-ci sual üzrə: Bakı şəhəri, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, 22 saylı evin11,21 və 23 saylı mənzilin pilləkən qəfəsinin divarlarında ayrı-ayrı hissələrdə müxtəlif istiqamətli çatlar yaranmış, şpaklyovka və emulsiya qatı qopub tökülmüşdür. Mənzilin yaşayış və yardımçı otaqlarında xarici və daxili divarlarda, eləcə də arakəsmələrdə şaquli və üfüqi istiqamətlərdə, bəzi yerlərdə ikitərəfli çatlar əmələ gəldiyi, şpaklyovka və emulsiya qatının qopub töküldüyü, zalda tavanın beton və suvaq qatının bir neçə yerlərdə qopub döşəmənin üzərinə töküldüyü, ayrı-ayrı hissələrin, həmçinin divarların çatladığı, sanitar qovşağında dartılma asma tavan partlayaraq cırıldığı, tavanın şpaklyovka və emulsiya qatının qopub töküldüyü müəyyən olunmuşdur. - 2-ci sual üzrə: Rəyin təhqiqat hissələrində göstərilənlərir nəzərə alaraq, Bakı şəhəri, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, 22 saylı evin 11,21 və 23 saylı mənzilinin yaxınlığında (bitişik ərazidə) söküntü işlərinin aparıldığı müəyyən olunmuşdur ki, bu da həmin işlərin aparılması zamanı yaranan silkələnmələr və divaraltı torpaq qatının boşaldaraq sürüşməsi nəticəsində iddiaçıya məxsus mənzildəki zədələrin əmələ gəlməsinə səbəb ola bilər. Qeyd olunur ki, tədqiq olunan mənzildəki zədələrin, konkret olaraq «İLK İnşaat» Tikinti İdarəsinin həmin ərazidə fəaliyyəti nəticəsində yaranıbyaranmamasını müəyyən etmək tikinti ekspertinin səlahiyyətinə aid deyildir. - 3-cü sual üzrə: tədqiq olunan mənzilə dəymiş ziyanın müəyyən edilməsi ilə əlaqədar qeyd olunur ki, baxış zamanı həmin mənzilin bərpa olunmasıüçün müəyyən hissələrin sökülərək yenidən inşa edilməsinin, ayrı-ayrı konstruktiv elementlər üzrə, eləcə də tikintialtı torpaq qatının müvafiq möhkəmləndirmə işləri aparmaqla bərkidilməsinin zəruri olduğu müəyyən edilmişdir ki, həmin işlərin dəyəri, mübahisəli mənzil və mənzilin yerləşdiyi torpaq sahəsi üzrə tikinti konstruktorunun müvafiq hesablamaları əsasında gücləndirmə işləri aparıldıqdan və yerinə yetirilməli işlərə dair smeta sənədləri tərtib edildikdən sonra müəyyən oluna bilər. İş üzrə təyin edilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizasının 10/7053 saylı xx.xx.2022-ci il tarixli rəyindən görünür ki: - 1-ci sual üzrə: Bakı şəhəri, Şamil Əzizbəyov küçəsi, 22 saylı evin 11,21 və 23 saylı mənzilin pilləkən qəfəsinin divarlarında ayrı-ayrı hissələrdə müxtəlif istiqamətli çatlar yaranmış, şpaklyovka və emulsiya qatı qopub tökülmüşdür. Mənzilin yaşayış və yardımçı otaqlarında xarici və daxili divarlarda, eləcə də arakəsmələrdə şaquli və üfüqi istiqamətlərdə şpaklyovka və emulsiya qatının qopub töküldüyü, zalda tavanın beton və suvaq qatının bir neçə yerlərdə qopub döşəmənin üzərinə töküldüyü, ayrı-ayrı hissələrin, həmçinin divarların çatladığı,sanitar qovşağında dartılma asma tavan partlayaraq çırıldığı, tavanın şpaklyovka və emulsiya qatının qopub töküldüyü müəyyən olunmuşdur. Rəyin təhqiqat hissəsində göstərilənləri nəzərə alaraq Bakı şəhəri, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, 22 saylı evin 11,21 və 23 saylı mənzilinin yaxınlığında (bitişik ərazidə) söküntü işlərinin aparıldığı müəyyən olunmuşdur ki, bu da həmin işlərin aparılması zamanı yaranan silkələnmələr və divaraltı torpaq qatının boşalaraq sürüşməsi nəticəsində iddiaçıya məxsus mənzildəki zədələrin əmələ gəlməsinə səbəb olat bilər. Lakin tədqiq olunan mənzildəki zədələrin, konkret olaraq «İLK İnşaat» Tikinti İdarəsiinin həmin ərazidə fəaliyyəti nəticəsində yaranıb-yaranmamasını müəyyən etmək tikinti ekspertin səlahiyyətinə aid deyildir. - 2-ci sual üzrə: Bakı şəhəri, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, 22 saylı evin 11,21 və 23 saylı mənzilinin sahəsi 60,0 kv.m. təşkil etdiyini yaşayış otağında mövcud olan qüsurları nəzərə alaraq həmin tikiliyə dəymiş ziyanın aradan qaldırılması üçün çəkiləcək xərcin ümumi dəyəri 18000,0 (60,0 kv.m. x 300 manat) məbləğində müəyyən olunur. 13. İş materiallarında olan «Sifarişçi» qismində "xxxx" ASC ilə «Podratçı» qismində Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında filialı arasında bağlanmış xx.xx.2017-ci il tarixli «Bakı şəhərinin Yasamal rayonunda Füzuli meydanının ətraf ərazilərində yaşıllaşdırma və abadlıq işlərinin aparılması, həmçinin bu işlərlə əlaqədar kommunikasiya xətlərinin köçürülməsi» və «Təzəpir məscidi kompleksinin ətrafındakı ərazisinin abadlaşdırılması, məscidi ziyarət edənlər üçün parklama imkanlarının yaradılması işləri» layihəsinin İİ mərhələsi üzrə müqavilənin surətindən görünür ki, «Layihə» - bu müqavilə üzrə nəzərdə tutulmuş Obyektin planlaşdırılması və inşa etmək üçün layihə deməkdir (bənd 1.26). Podratçı Layihənin planlaşdırılması, təchizat və inşaat işlərini həyata keçirir (bənd 2.). Podratçı işin icra olunması üçün müvəqqəti mühəndis kommunikasiyalarının (şəbəkələrinin) saxlanılması (istismarı) və layihə icra olunduqdan sonra isə müvəqqəti mühəndis kommunikasiyalarının (şəbəkələrinin) Ərazidən daşınmasına məsuldur (bənd 4.5.1). İnşaat: Podratçı inşaat işlərini təhlükəsiz və səmərəli şəkildə icra etməlidir (bənd 4.6). Cavabdeh “X6 Sanayi ve Ticaret Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, iş materialları və ekspertizanın rəylərinə əsasən müəyyən edilir ki, yuxarıda qeyd edilən mənzillə işin icra edildiyi sahə arasında çoxsaylı yaşayış evləri var və həmin evlərə zərər dəyəsi gücündə iş görülməmişdir.İş materiallarından göründüyü kimi “X6 Sanayi ve Ticaret Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ərazidə söküntü və tikinti işləri aparmamış, yalnız abadlıq işləri aparmışdır. Abadlıq və yaşıllaşdırma işləri aparılarkən torpağa hər hansı zərbələrin endirilməsi halları baş verməmiş və zatən buna ehtiyac da olmamışdır. Apellyator tərəfindən ərazidə abadlıq və yaşlııaşdırma işləri icra edilərkən iddiaçının yaşadığı ərazidən təqribən 800-900 metr aralıda (N.Nərimanovun heykəlinin yaxınlığında) beton qarışdıran aparat quraşdırılmış, parkda salınacaq piyada yollarının kənarlarına beton tökmək üçün həmin aparatdan istifadə edilmişdir ki, bu aparat işləyərkən heç bir titrəyiş və silkələnmələrin olma etimalı yoxdur.Təqdim olunan hər iki ekspertiza rəylərindən görünür ki, iddiaçının yaşadığı ev 1895-ci ildə inşa edilmiş, evin artıq 130 ilə yaxın yaşı vardır. Həmin çoxmənzilli evdə yaşayanların heç birinə zərər dəyməmiş, yalnız İddiaçı evinə ziyan dəymişdir. Bu məntiq və düşüncəyə uyğun gəlməyən haldır və qətiyyətlə rədd edilməli idi. Bu da işin mübahisəsiz halıdır.Ekspert rəyində güman edilir ki, iddiaçının mənzilində yaranmış çatlar hər hansı torpaq boşluğunun əmələ gəlməsi nəticəsində baş verə bilər. “X6 Sanayi ve Ticaret Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ərazidə torpaq işləri görməmiş və abadlıq işlərinin aparıldığı ərazi ilə iddiaçının yaşadığı mənzil arasından çoxsaylı evlər və təqribən eni 25-30 metr olan yol keçir. Məhkəmə Kollegiyası qeyd edir ki, iş materiallarında olan 07 iyun 2019-cu il tarixli 08 nömrəli “Yerinə yetirilən işlərin qəbul akı”na əsasən cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu Şamil Əzizbəyov küçəsi 22 saylı evin yerləşdiyi ərazi üzrə qəbul aktında göstərilmiş işlər yerinə yetirilmişdir. Eyni zamanda xx.xx.2019-cu il tarixli 08 nömrəli “Yerinə yetirilən işlərin qəbul akı”nda göstərilmiş işlər yaşılaşdırma işlərinə aid olmuşdur. Odur ki, məhkəmə Kollegiyası cavabdehin yuxarıda qeyd edilən yaşıllaşdırma işlərini icra etməsi zamanı iddiaçının mənzilinə ziyan dəyməsi mümkünlüyünü müəyyən etmək üçün apellyasiya şikayətinin dəlilləri baxımından Bakı Apellyasiya məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə-tikinti-texniki ekspertizası təyin edilmişdir və rəy alınana kimi işin icraatı dayandırılmışdır. Belə ki, birinci instansiya məhkəməsi cavabdehin hərəkətləri nəticəsində iddiaçının mənzilinə zərər dəyməsi və zərərin məbləğinin müəyyən edilməsi üçün məhkəmə-texniki ekspertiza və təkrar ekspertiza təyin etsə də cavabdehin hansı işi icra etməsi sübutlar əsasında araşdırılmamışdır. Müəyyən olunmuşdur ki, cavabdehin istinad etdiyi və təqdim etdiyi iş materiallarında olan 07 iyun 2019-cu il tarixli 08 nömrəli “Yerinə yetirilən işlərin qəbul akı”na əsasən Bakı şəhəri, Yasamal rayonu Şamil Əzizbəyov küçəsi 22 saylı evin yerləşdiyi ərazi üzrə qəbul aktında göstərilmiş işlər yerinə yetirilmişdir.Eyni zamanda xx.xx.2019-cu il tarixli 08 nömrəli “Yerinə yetirilən işlərin qəbul akı”nda göstərilmiş işlər yaşılaşdırma işlərinə aid olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 fevral 2023-ci il tarixli 10/7526 saylı rəyi məhkəməyə daxil olduqdan sonra işin icraatı təzələnmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 fevral 2023-ci il tarixli 10/7526 saylı rəyindən görünür ki, iş materiallarında olan 07 iyun 2019-cu il tarixli 08 nömrəli “Yerinə yetirilən işlərin qəbul akı”na əsasən Bakı şəhəri, Yasamal rayonu Şamil Əzizbəyov küçəsi 22 saylı evin yerləşdiyi ərazi üzrə qəbul aktında göstərilmiş işlər yerinə yetirilmişdir.Eyni zamanda xx.xx.2019-cu il tarixli 08 nömrəli “Yerinə yetirilən işlərin qəbul akı”nda göstərilmiş işlər yaşılaşdırma işlərə aid olduğundan, Bakı şəhəri, Yasamal rayonu Şamil Əzizbəyov küçəsi 22 saylı evin 11, 21, 23 saylı mənzillərə zərər dəyməsi (divar və tavanının yararsız hala düşməsi və.sair) həmin qəbul aktında göstərilmiş işlərin görülməsi nəticəsində (təsirindən) yarana bilməz. Həmçinin, Bakı şəhəri, Yasamal rayonu Şami Əzizbəyov küçəsi 22 saylı evin 11, 21, 23 saylı mənzillərin divar və tavanının yararsız hala düşməsinin müəyyən olunmasına dair Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Dövlət Nəzarət Agentliyinin mütəxəssis rəyi mərkəzə təqdim olunmadığından, beləliklə həmin mənzillərin divar və tavanının yararsız hala düşməsi hansı səbəbdən baş verməsini müəyyən etmək mümkün olmadığından qərardadın üçüncü sualı üzrə tədqiqat aparılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmə Kollegiyası ekspert rəylərini digər sübutlarla yanaşı qiymətləndirərək qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehin hərəkətləri nəticəsində iddiaçının mənzilinə zərər dəyməsi və zərərin məbləğinin müəyyən edilməsi üçün məhkəmə-texniki ekspertiza və təkrar ekspertiza təyin etsə də cavabdehin hansı işi icra etməsi sübutlar əsasında araşdırılmadığından Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 fevral 2023-ci il tarixli 10/7526 saylı rəyini mötəbər sübut kimi qəbul etməməyə əsaslar görmür. Məhkəmə Kollegiyası qeyd edir ki, cavabdehin mübahisəli ərazidə icra etdiyi işlər xx.xx.2019-cu il tarixli 08 nömrəli “Yerinə yetirilən işlərin qəbul akı”nda göstərilmiş işlər olduğu və bu işlərin yaşılaşdırma işlərinə aid olduğu müəyyən edildiyindən, cavabdehin digər hər hansı-söküntü və tikinti işləri aparmasına dair iş materiallarında sübutlar mövcud olmadığından, həmçinin Bakı şəhəri, Yasamal rayonu Şamil Əzizbəyov küçəsi 22 saylı evin 11, 21, 23 saylı mənzillərinə zərər dəyməsi (divar və tavanının yararsız hala düşməsi və.sair) həmin qəbul aktında göstərilmiş göstərilən işlərin görülməsi nəticəsində (təsirindən) yarana bilməsi istisna olunduğundan iddaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, 22 saylı evin 11,21 və 23 saylı mənzillərinə cavabdehin tərəfindən zərər vurulması sübuta yetirilmir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM-in 14.2, 77.1, 88-ci maddələri). Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə Kollegiyası qeyd edir ki, iddaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, 22 saylı evin 11,21 və 23 saylı mənzillərinə cavabdehin tərəfindən zərər vurulması iş materialları ilə təsdiqini tapmamışdır. Məhkəmə yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək, cavabdehdən iddiaçının xeyrinə vurulmuş maddi ziyana görə 18.000 (on səkkiz min) manat pul tutulması hissədə qətnamə ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, cavabdeh qətnaməni ekspertiza xərcinin tutulması hissəsində də mübahisələndirmişdir. Eyni zamanda Bak şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-26/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi qismən-iddianın təmin olunmuş hissəsində ləğv olunaraq həmin hissədə iddia rədd olunduğundan MPM-in 119-cu maddəsinə əsasən, iş üzrə birinci instansiya məhkəməsində aparılmış ekspertiza tədqiqatlarının dəyəri cəmi 200 (iki yüz) manat, apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz), ümumilikdə 300 (üç yüz) manat, iddiaçıdan tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə əsasən: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə+ müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 384.0.2. Apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayətli təmin olunsun. Bak şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-26/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən-iddianın təmin olunmuş və ekspertiza xərcinin tutulması hissəsində ləğv olunsun. Həmin hissədə iddia rədd olunsun. İş üzrə birinci instansiya məhkəməsində aparılmış ekspertiza tədqiqatlarının dəyəri cəmi 200 (iki yüz) manat, apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz), ümumilikdə 300 (üç yüz) manat, iddiaçıdan tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-312/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-312/2023
19.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver