Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3120/2022 02.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh3 ASC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər Abşeron Rayon İcra və Probasiya Şöbəsi, "xxxx" MMC, Cavabdeh3 ASC-yə qarşı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi cəlb edilməklə hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Abşeron Rayon İcra və Probasiya Şöbəsinin sifarişi əsasında digər cavabdeh olan hərracın təşkilatçısı "xxxx" MMC tərəfindən iddiaçıya məxsus daşınmaz əmlakın Cavabdeh3 ASC-yə satılması barədə 27 oktyabr 2021-ci il tarixli 463/21 saylı protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2(010)-189/2018 saylı, 15 yanvar 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" MMCdən iddiaçı Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 19 may 2015-ci il tarixli 02 saylı Kredit müqaviləsinə və müqaviləyə xx.xx.2016-cı il tarixində edilmiş 01 saylı Əlavəyə əsasən 1.100.000 ABŞ dolları məbləğində kredit borcu, 121.159,65 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 1.221.159.65 ABŞ dolları məbləğində borc ödəniş anında ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manatla, 30 (otuz) manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin tutulması, tutulacaq məbləğin Abşeron rayonu Saray qəsəbəsində iddiaçının mülkiyyətində olan 1.8693 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 15047.0 kv.m olan əmlak kompleksi kimi müəssisəyə torpaq sahəsi ilə birlikdə yönəldilməsi, Abşeron rayonu Saray qəsəbəsində mülkiyyətində olan 1.8693 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 15047.0 kv.m olan əmlak kompleksi kimi müəssisə torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin 3.000.000 manat olmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaitinin təmin edilmiş iddia tələbi həcmində iddiaçı Cavabdeh3 ASC-yə ödənilməsi, Abşeron rayonu Saray qəsəbəsində mülkiyyətdə olan 1.8693 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 15047.0 kv.m olan əmlak kompleksi kimi müəssisəyə torpaq sahəsi ilə birlikdə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlər İddiaçı və X2 tərəfindən boşaldılıb iddiaçı Cavabdeh3 ASCyə təhvil verilməsi qət edilmişdir. Suraxanı rayon Məhkəməsinin 15 yanvar 2018-ci il tarixli qətnaməsi icra olunması üçün Cavabdeh1nə göndərilmişdir. Cavabdeh1 hərracın keçirilməsini "xxxx" MMC-yə sifariş vermişdir. "xxxx" MMC hərracın keçirilməsini özünün 17 sentyabr 2021-ci il tarixli 463/21 saylı məktubu ilə 07 oktyabr 2021-ci il tarixə, təkrar hərracı isə 08 oktyabr 2021-ci il tarixli 463-21 saylı məktubu ilə 25 oktyabr 2021-ci il tarixə keçirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə vermiş olduğu konstitusiya şikayəti Məhkəmənin icratına qəbul olunmuş və Konstitusiya Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 17/11 - Ə-17 saylı məktubu ilə şikayətinin Konstitusiya Məhkəməsinin icraatında olmasını təsdiq edən məktub vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli məktubunu əsas götürərək iddiaçı Cavabdeh1nə və "xxxx" MMC-yə icra sənədi üzrə icraatın dayandırılması və buna müvafiq olaraq hərracın keçirilməməsi ilə bağlı müraciət etsə də, sonuncu təşkilatlar bu müraciətlərinə məhəl qoymayaraq nəyin bahasına olursa olsun qanunsuz qəbul edilmiş məhkəmə qətnaməsini təcili olaraq icra etmək üçün saxta təkrar hərrac keçirmiş və daha sonra isə, yəni 27 oktyabr 2021-ci il tarixdə cavabdeh Abşeron rayon icra və probasiya şöbəsinin sifarişi əsasında digər cavabdeh olan hərracın təşkilatçısı "xxxx" MMC tərəfindən iddiaçıya məxsus daşıınmaz əmlakın dəyərindən qatqat aşağı qiymətə Cavabdeh3 ASC-yə satılması barədə 463/21 saylı protokol tərtib edilmişdir. Halbuki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunu 17.1.8-ci maddəsinin tələbinə əsasən iş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi qaydada dayandırılmalı idi. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1, 416.2-ci maddələrinə və eləcə də, “İpoteka haqqında” Qanunun 42.3, 46.1-ci maddələrinə əsasən qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini (həm də müəyyən müddət daxilində göndərilməsini müəyyən etməklə, onsuz da ipoteka qoymaqla məhrumiyyətə məruz qalmış borcluya (ipoteka qoyana) müəyyən müddət verməklə məhz onun özü tərəfindən ipoteka predmetinin alınmasına şərait yaradır, başqa sözlə ipoteka qoyana bir şans (üstünlük) verir. “İpoteka haqqında” Qanunun 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Lakin hərracın təşkilatçısı "xxxx" MMC təkrar hərracın keçirilməsi ilə bağlı müəyyən etdiyi 25 oktyabr 2021-ci il tarixdən cəmi 2 gün sonra, ipoteka qoyan kimi təkrar hərracın baş tutmaması barədə iddiaçını məlumatlandırmadan, eləcə də, elan dərc etmədən əmlakının qanunsuz olaraq Bankın balansına keçirilməsi barədə 27 oktyabr 2021-ci il tarixli 463/21 saylı protokol tərtib etmişdir. Hərracın təşkilatçısı tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl olunmaması (lazımi qaydada məlumatlandırmama) ipoteka qoyan kimi iddiaçıya qanunla verilmiş bu imkandan məhrum edərək, həmin normanı əhəmiyyətsiz etmişdir. Bundan başqa iddiaçıya məxsus yuxarıda qeyd olunan əmlak komplesinin hərracda 1 912 500,00 manata satılması ilə bağlı bildirmək istərdi ki, "xxxx" MMC-nin rəyi əsasında onun bazar qiyməti 4 000 000,00 AZN, likvid qiyməti 3 000 000,00 AZN qiymətləndirilsə də, həmin qiymətləndirmə 6 il 5 ay bundan əvvəl, yəni 13 may 2015-ci il tarixdə həyata keçirilmişdir. Həmin vaxtdan indiyə kimi manat 70 faizdək dəyərini itirmiş, yəni manatın ABŞ dollarla məzənnəsi 13 may 2015-ci il tarixdə 1.048 olduğu halda hazırki gündə isə 1.7000 olmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, hazırda təkcə tikinti-inşaat materiallarının qiyməti yox, eyni zamanda fəhlələrin, ustaların, və.-sair. xidmətlərin haqqı, o cümlədən şəxsi mülkiyyətdə olan torpağın dəyəri də dəfələrlə artmışdır. İddiaçıya məxsus olan əmlak kompleksinin real qiyməti müvafiq ekspertiza keçirilməklə müəyyən olunmalı olmasına baxmayarq Bakı Hərrac Mərkəzi MMC tələsik əmlak kompleksini dəyərdəyməzinə satmışdır. Yekun protokolda icra məmurunun və digər şəxslərin imzalarının olmaması onun mülkiyyətində olan əmlakın tez bir zamanda dəyər-dəyməzinə satılmasını, əmlakının əlindən çıxarılmasını bir daha subut edir. Qeyd olunan məsələ həmçinin yekun protokolun etibarsızlığı üçün digər əsaslardan biridir.Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-433/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-433/2022 saylı, 18 yanvar 2022-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətindən imtinaya dair ərizə təqdim edərək, X1 apellyasiya şikayətindən imtinasının qəbul edilərək apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 ASC-nin nümayəndəsi X4 apellyasiya şikayətindən imtinanın qəbul edilərək, apellyasiya icraatına xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər Abşeron Rayon İcra və Probasiya Şöbəsi, "xxxx" MMC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi nümayəndələrinin iştirakını təmin etməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1 və 369.2-ci maddələrinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsinin qətnaməsinin tanınmasına səbəb olur. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-433/2022 saylı qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətindən imtinası yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 369, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-433/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindən imtina qəbul edilsin və iddiaçıya münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3120/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3120/2022
02.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver