Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3123/2020 03.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və Valeh Məmməd oğlu Ağayevdən ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçının nümayəndəsi X4 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh QSC “xxxx” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “cavabdehin üzərinə müvafiq öhdəliklərin qoyulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-664/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən cavabdeh QSC “xxxx” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh QSC “xxxx” KB-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “cavabdehin üzərinə müvafiq öhdəliklərin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-664/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh QSC “xxxx” KB-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı məxsus olan Bakı şəhəri, Əzizbəyov rayonu, Binə qəsəbəsi, Ə.Bayramov küçəsində yerləşən 42 saylı zərgərlik mağazasının reyestrdən çıxarışının əslinin İddiaçı qaytarılması və həmin əmlakın girovdan azad edilməsi barədə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə rəsmi məktubun verilməsi öhdəliyinin cavabdeh QSC “xxxx” KB-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması qət edilmişdir. Cavabdeh QSC “xxxx” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apelyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(006)-664/2018 saylı qətnaməsini ləğv edib, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X2 Fondu ilə “xxxx” firması arasında bağlanmış EİB/WİMP İİ/NCB 30 saylı xx.xx.2014-cü il tarixli və EİB/WİMP İİ/NCB 13 saylı xx.xx.2014-cü il tarixlitarixli müqavilələrə görə QSC “xxxx” KB tərəfindən “xxxx” firmasına müxtəlif məbləğlərdə sifarişçiyə təqdim olunmaq üçün avans və öhdəliklərin yerinə yetirilməsi üçün bank qarantiyası verilmişdir. Həmin qarantiyaların verilməsinə görə İddiaçı məxsus olan Bakı şəhəri, Əzizbəyov rayonu, Binə qəsəbəsi, Ə.Bayramov küçəsində yerləşən 42 saylı zərgərlik mağazası xx.xx.2015-ci il tarixli LG-ASNAF-CDB-03 / LG-ASNAF- CDB-04 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında yüklü edilmişdir. Mübahisələndirilən ipoteka predmeti “xxxx” firmasının ləğv prosesində olan QSC “xxxx” KB qarşısında yaranmış öhdəliklərin icrasının təminatıdır və “xxxx” firmasının ləğv prosesində olan QSC “xxxx” KB qarşısında bu günə qədər icra olunmayan öhdəlikləri mövcuddur. Nəsimi rayon Məhkəməsi mübahisələndirilən qətnaməni qəbul edərkən, iş materiallarını tam və obyektiv araşdırmamış, təqdim olunan sübutlara düzgün qiymət verməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5004/2018-ci il tarixli, xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(006)- 664/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxxx 2018ci il tarixli, 2(102)-6217/2018 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1056/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, auditor (məhkəmə) xərci olan 1300 (bir min üç yüz) manat məbləğində pul vəsaitinin cavabdeh QSC “xxxx” KB-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq “xxxx” MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-8155/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə cavabdeh QSC “xxxx” KB-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Yeni apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, аpеlyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apelyasiya şikayəti təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. İş materiallarından görünür ki, “xxxx” firması (Prinsipal) ilə QSC “xxxx” KB (Qarant) arasında xx.xx.2014-cü il tarixli LG-ASNAF-CDB-04 saylı və xx.xx.2014-cü il tarixli LG- ASNAF-CDB-05 saylı iki bank qarantiyası müqaviləsi bağlanmışdır. xx.xx.2014-cü il tarixli LG-ASNAF-CDB-04 saylı Bank qarantiyası müqaviləsinə əsasən 178902 laridən çox olmayan qarantiya məbləği müəyyən edilmiş, qarantiya müddəti isə xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək müəyyən edilmişdir. xx.xx.2014-cü il tarixli LG-ASNAF-CDB-05 saylı Bank qarantiyası müqaviləsinə əsasən 653.000 laridən çox olmayan qarantiya məbləği müəyyən edilmiş, qarantiya müddəti isə xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək müəyyən edilmişdir. Qarant QSC “xxxx” KB və prinsipal “xxxx” firması arasında bağlanmış xx.xx.2015-ci il tarixli LG-ASNAF-CDB-03/LG-ASNAF-CDB-04 saylı İpoteka müqaviləsinə əsasən “Qarant”la “Prinsipal” arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli, № LG-ASNAF- CDB-03 və LG-ASNAF-CDB-04 saylı qarantiya müqavilələrinə əsasən “Qarant” “Prinsipal”a xx xxxxxxx 2014-cü il tarixli, № LGASNAF-CDB-03 qarantiya müqaviləsinə 1 saylı əlavə üzrə xx.xx.2015-ci il tarixinə qədər qarantiyadan istifadəyə görə illik 2,0 (iki) faiz ödəməsi şərtilə 588.500 Lari və xx xxxxxxx 2014-cü il tarixli, LG-ASNAF-CDB-04 qarantiya müqaviləsinə 1 saylı əlavə üzrə xx.xx.2016-cı il tarixinə qədər qarantiyadan istifadəyə görə 2,0 faiz ödəməsi şərtilə 220.780 Lari məbləğində qarantiyalar vermişdir. Qarantiya müqaviləsi üzrə “Prinsipal”ın öhdəliyinin icrasını təmin etmək məqsədilə ipoteka qoyan İddiaçı Bakı şəhəri, Əzizbəyov rayonu, Binə qəsəbəsi Ə.Bayramov küçəsində istifadədə olan 0,01843 ha torpaq sahəsində yerləşən 306 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası olan “42 saylı zərgərlik mağazası”nı “Qarant” qarşısında ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmə xx.xx.2019-cu il tarixli 2(102)-8155/2019 saylı qərarında qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi ilkin olaraq ipotekaya qoyulmuş əmlakla bağlı ipotekaya xitam verilməsi məsələsini müzakirə etməli və “İpoteka haqqında” Qanununun 48-ci maddəsində nəzərdə tutulmuş əsaslarla ipotekaya xitam verildikdən sonra cavabdeh QSC “xxxx” KB-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə İddiaçı məxsus olan Bakı şəhəri, Əzizbəyov rayonu, Binə qəsəbəsi, Ə.Bayramov küçəsində yerləşən 42 saylı zərgərlik mağazasının reyestrdən çıxarışının əslinin İddiaçı qaytarılması və həmin əmlakın girovdan azad edilməsi barədə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə rəsmi məktubun verilməsi öhdəliyinin qoyulması məsələsini həll etməli idi. Apelyasiya instansiyası məhkəməsi ipotekaya xitam verilmədən cavabdeh QSC “xxxx” KBnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu üzərinə ipotekaya qoyulmuş əmlakın girovdan azad edilməsi barədə məktubun verilməsi barədə öhdəliyin qoyulması “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin tələblərinə müvafiq olmamış, apelyasiya instansiyası məhkəməsi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsini mübahisəli hüquq münasibətinə tətbiq etməməklə səhvə yol vermişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 478-ci maddəsinə müvafiq olaraq qarantiyaya əsasən qarant (bank, digər kredit idarəsi və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir. Mülki Məcəllə, həmçinin nəzərdə tutur ki, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir (maddə 527.1.). Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir (maddə 528). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1-ci maddəsinə görə, ipotekaya aşağıdakı hallarda xitam verilir: (1) ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; (2) əsas öhdəliyə xitam verildikdə; (3) tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; (4) ipoteka predmeti məhv olduqda; (5) bu Qanunla nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 48.2-ci maddəsinə əsasən “İpoteka haqqında” Qanunun 48.1.1- 48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır. Deməli, hazırkı iş üzrə iddiaçı “xxxx” firmasının bank qarşısında hər hansı öhdəliyinin qalmadığını sübut etməli, bundan sonra ipoteka predmetinin yüklülükdən azad edilməsi ilə bağlı məsələyə münasibət bildirilməlidir. İddiaçı ona istinad edir ki, QSC “xxxx” KB-nın Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən “xxxx” firmasına ünvanlanmış xx.xx.2017-ci il tarixli, 14/21439 saylı məktubda “xxxx” firmasının xx.xx.2017-ci il tarixli məktubuna cavab olaraq, QSC “xxxx” KB ilə “xxxx” firması arasında xx.xx.2014-cü il tarixində bağlanmış 873.000 Gürcü larisi məbləğində qarantiya açıldığı, müştərinin bank qarşısında bu qarantiya üzrə heç bir borcu olmadığı bildirilmişdir. “xxxx” firmasının QSC “xxxx” KB-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanlandırdığı xx.xx.2017-ci il tarixli məktubda firma İddiaçı məxsus daşınmaz əmlakın həm 02 oktyabr, həm də xx xxxxxxx 2014-cü il tarixli bank qarantiya müqavilələri üzrə öhdəliklərin yerinə yetirilməsinə görə girov qoyulduğunu göstərmiş, əmlakın girovdan azad olunması üçün göstəriş verilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi, İddiaçı xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi ilə Bakı şəhəri, Əzizbəyov rayonu, Binə qəsəbəsi Ə.Bayramov küçəsində istifadədə olan 0,01843 ha torpaq sahəsində yerləşən 306 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli qeyriyaşayış binası olan “42 saylı zərgərlik mağazası”nı xx.xx.2014-cü il tarixli bank qarantiyasının deyil, xx xxxxxxx 2014-cü il tarixli bank qarantiya müqavilələrinin təminatı olaraq ipoteka ilə yüklü etmişdir. İddiaçı öz tələbinin əsası kimi QSC “xxxx” KB-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən“xxxx” firmasına ünvanlanmış xx.xx.2017-ci il tarixli, 14/21439 saylı məktubda ləğv prosesində olan QSC “xxxx” KB-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu QSC “xxxx” KB ilə “xxxx” firması arasında xx.xx.2014-cü il tarixində bağlanmış 873.000 Gürcü larisi məbləğində qarantiya üzrə heç bir borcunun olmadığının qeyd olunmasına istinad edərək “xxxx” firmasının QSC “xxxx” KB qarşısında yerinə yetirilməmiş heç bir öhdəliyinin olmadığını bildirərək ona məxsus ipoteka predmeti olan əmlakın girovdan azad edilməsini tələb etsə də, qeyd edilməlidir ki, İddiaçı xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi ilə Bakı şəhəri, Əzizbəyov rayonu, Binə qəsəbəsi Ə.Bayramov küçəsində istifadədə olan 0,01843 ha torpaq sahəsində yerləşən 306 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası olan “42 saylı zərgərlik mağazası”nı xx.xx.2014-cü il tarixli bank qarantiyasının deyil, xx xxxxxxx 2014-cü il tarixli bank qarantiya müqavilələrinin təminatı olaraq ipoteka ilə yüklü etmiş və “xxxx” firması xx.xx.2017-ci il tarixli məktubunda da əmlakın hər iki qarant müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi üçün qoyulduğunu bildirmişdir. İddiaçı “xxxx” firmasının xx xxxxxxx 2014cü il tarixli, № LG-ASNAF-CDB-03 qarantiya müqaviləsi üzrə ləğv prosesində olan QSC “xxxx” KB qarşısında icra olunmamış hər hansı öhdəliyinin olmaması barədə hər hansı sübut təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1). Prosessual qanunvericiliyin sadalanan normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. İş materiallarına “xxxx” MMC tərəfindən tərtib edilmiş Auditor hesabatında “xxxx” firmasının QSC “xxxx” KB qarşısında icra olunmamış hər hansı öhdəliklərinin (təsdiq edən məktub, bildiriş, xəbərdarlıq, məhkəmə qətnaməsi və d.) müəyyən edilmədiyi qeyd edilsə də, hesabatda həmçinin göstərilir ki, QSC “xxxx” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən tədqiqatın aparılması üçün audit sübutlarının vaxtında və tam şəkildə təqdim edilməməsi səbəbindən audit qarşısında qoyulmuş sualların tam təfərrüatları ilə şərh edilməsi, habelə tədqiqatın lazımınca ətraflı aparılması mümkün olmamışdır. Beləliklə, kollegiya qeyd edir ki, iddiaçının xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi ilə Bakı şəhəri, Əzizbəyov rayonu, Binə qəsəbəsi Ə.Bayramov küçəsində istifadədə olan 0,01843 ha torpaq sahəsində yerləşən 306 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli qeyriyaşayış binası olan “42 saylı zərgərlik mağazası”nı ipoteka ilə yüklü etdiyi xx xxxxxxx 2014-cü il tarixli, № LG-ASNAF-CDB-03 qarantiya müqaviləsi üzrə “xxxx” firmasının ləğv prosesində olan QSC “xxxx” KB qarşısında öhdəliyinin icra olunması iş materialları ilə öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 664/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-664/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh QSC “xxxx” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “cavabdehin üzərinə müvafiq öhdəliklərin qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2(103)-3123/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3123/2020
03.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver