Məhkəmə qərarları › İş №2(103)-3123/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3123/2021

10.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3123/2021 10.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, Qarşılıqlı iddiaçı Cavabdeh1 vəkili X10 oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər X4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair ilk iddiası və Cavabdeh1 cavabdehlər İddiaçı və X4 qarşı pul tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 mart 2018-ci il tarixli, 2(008)-252/2018 saylı qətnaməsindən İddiaçı, cavabdehlər Cavabdeh3 və Təbriz İlyasov tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı delikt nəticəsində vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus olan Az ** VP *** dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı “X12 Rover” markalı avtomobilin yararsız vəziyyətə salınması nəticəsində vurulmuş maddi ziyanın əvəzi kimi 115975 manat, cavabdehlər tərəfindən deliktin törədilməsi nəticəsində iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi kimi 50000 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı “X12 Rover” markalı, Az ** VP *** dövlət qeydiyyat nişanlı avtomobilin alınması üçün ödədiyi 70000 ABŞ dolları məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək və X5 əlavə cavabdeh qismində cəlb edərək cavabdehlər İddiaçı və X2 “X12 Rover” markalı, Az ** VP *** dövlət qeydiyyat nişanlı avtomobilin alınması üçün ödədiyi 70000 ABŞ dolları məbləğində pulun həmin cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı da ərizə ilə məhkəməyə müraciət edərək və X5 əlavə cavabdeh qismində cəlb edərək mülkiyyət hüququ ilə ona məxsus olan Az ** VP *** dövlət qeydiyyat nişanlı “X12 Rover” markalı avtomobilin yararsız hala salınmasına görə vurulmuş 115975 manat məbləğində maddi ziyanın əvəzinin, cavabdehlər tərəfindən deliktin törədilməsi nəticəsində iddiaçıya vurulmuş 50000 manat məbləğində mənəvi zərərin əvəzinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X2 müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 mart 2018-ci il tarixli 2(008)- 252/2018 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh3 və X2 “X12 Rover” markalı Az ** VP *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın əvəzi olaraq 50400 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq İddiaçı verilməsi, qarşılıqlı iddianın qismən təmin edilərək Cavabdeh1 “X13” markalı, Az ** VP *** dövlət qeydiyyat nişanlı avtomobilə dair alqı-satqıda ödədiyi 70000 ABŞ dolları məbləğində pulun Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə manatla Cavabdeh3 və X2 müştərək qaydada alınaraq Cavabdeh1 verilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı, habelə cavabdehlər T.İlyasov və Cavabdeh3 ayrıayrılıqda apellyasiya şikayəti vermişlər. İddiaçı qətnamənin qismən, ilk iddianın təmin olunmayan hissəsində və qarşılıqlı iddianın təmin olunan hissəsində ləğv edilməsini, ilk iddianın tam təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmiş, cavabdehlər T.İlyasov və Cavabdeh3 isə hər biri ayrı-ayrılıqda qətnamənin onlara aid hissədə ləğv edilməsini və onlara qarşı hissədə iddianın rədd olunmasını xahiş etmişlər. İddiaçı apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, avtomobil faktiki olaraq Cavabdeh1 və onun atası Cavabdeh2 sahibliyində olduğu dövrdə nasaz vəziyyətə salınmışdır. Onun məhkəməyə təqdim etdiyi 23.08.2016 və 29.06.2016-cı il tarixli inzibati xəta haqqında protokollardan görünür ki, avtomobil Cavabdeh1 mülkiyyətində və atası Cavabdeh2 istifadəsində olduğu dövrdə avtomaşın sürətlə idarə edildiyi üçün kamera görüntülərinə düşmüşdür. Bu isə onu göstərir ki, avtomobil saz vəziyyətdə olmuşdur. Cavabdeh1 avtomobili nasaz vəziyyətdə alması barədə izahatı məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Bundan əlavə, avtomobilin qanunsuz olaraq iddiaçının mülkiyyətindən çıxarılıb yararsız hala salınması ona maddi ziyan vurmaqla yanaşı, mənəvi zərərin vurulmasına da səbəb olsa da, məhkəmə əsassız olaraq həmin hissədə də iddianı təmin etməmiş, məhkəmə tərəfindən faktlara düzgün qiymət verilməmiş, maddi hüquq normaları pozulmuşdur. Təbriz İlyasovun apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, o, İsmayıl adlı şəxsin avtosalonunda sıravi işçi olmuşdur. Avtomobil ona etibarnamə ilə İsmayıl tərəfindən satılmaq üçün verilmişdir. Sonradan avtomobilin kimə satıldığı barədə məlumatı olmamışdır. Cavabdeh3 apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, 2013-cü ildə qardaşı və özü üçün Mərdəkanda yaşayan Elçin adlı şəxsdən sözügedən avtomobili almışdır. Avtomobil Afət adlı şəxsin adına olmuşdur. O, barter üsulu ilə öz avtomobilini verərək avtomobili almış, eyni zamanda əlavə 7000 ABŞ dolları da vermişdir. Ona bildirilmişdir ki, maşının aylıq ödəməsi 920 ABŞ dollarıdır. Lakin ödəmə cədvəlini ona verəndə aylıq 1200- 1300 ABŞ dolları olduğunu görmüşdür. Bundan narazı qaldığına görə avtomobili geri qaytarmaq istəmişdir. Ona bildirmişlər ki, onun verdiyi maşın satılmışdır. Aldığı maşını isə İsmayıl istəyir. O, maşını təhvil vermiş, Təbriz adlı şəxsə də etibarnamə vermişdir. Avtomobilə dair ona verilmiş etibarnamə cəmi 5 gün onun adında qalmışdır. Bakı Apellyasiya Məhkəməsinin 25 iyul 2019-cu il tarixli 2(103)-4736/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, cavabdehlər Cavabdeh3 və X6 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin olunmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 mart 2018-ci il tarixli 2(008)- 252/2018 saylı qətnaməsi qarşılıqlı iddia üzrə dəyişdirilmiş, cavabdehlər Cavabdeh3 və X2 müştərək qaydada Cavabdeh1 “X12 Rover” markalı, Az ** VP *** dövlət qeydiyyat nişanlı avtomobilə dair alqı-satqı zamanı ödənilmiş vəsaitin müqabilində 50200 manat pul vəsaitinin alınaraq Cavabdeh1 verilməsi, qətnamənin qalan hissədə onların apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 fevral 2020-ci il tarixli 2(102)- 1185⁄2020 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2019cu il tarixli 2(103)-4736/2019 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında qarşılıqlı iddiaçı Cavabdeh1 vəkili X10 oğlu apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. İştirak etdikləri məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi X8, habelə X6 öz apellyasiya şikayətlərini müdafiə etdiklərini bildirmişlər. Digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin olunmalı, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 mart 2018-ci il tarixli 2(008)-252/2018 saylı qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilməli və iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarından görünür ki, “X12 Rover” markalı, Az ** VP *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı avtomobilə dair 08 may 2013-cü il tarixdə Cavabdeh3, 15 may 2013-cü ildə isə Təbriz İlyasova etibarnamə vermişdir. Təbriz İlyasov etibarnamə ilə 09 sentyabr 2013-cü il tarixdə avtomobili Cavabdeh1 70000 ABŞ dollarına satmışdır. Müəyyən edilmişdir ki, avtomaşının alqı-satqısı zamanı "xxxx" ASC-nin adından 04 sentyabr 2013-cü il tarixli saxta məktub hazırlanaraq müştərinin banka borcunun olmaması səbəbindən avtomaşının girovdan çıxarılması xahişi barədə Azərbaycan Respublikası DİN BDYPİ-yə ünvanlanmış məktubdan istifadə edilmiş, həmin məktub əsasında avtomobil İddiaçı mülkiyyətindən çıxarılaraq Niyazi Ələşrəşova satılmışdır. Həmin müqavilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 avqust 2015-ci il tarixli qətnaməsi ilə etibarsız hesab edilmiş, 09 dekabr 2016-cı il tarixdə avtomobil mülkiyyətçiyə nasaz vəziyyətdə qaytarılmışdır. Avtomaşının nasaz vəziyyətdə qaytarılması barədə həmin tarixdə akt tərtib edilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 6 noyabr 2017-ci il tarixli 23813 saylı rəyinə əsasən avtomaşına dəyən zərərin 50400 manat olması müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi avtomobilin yararsız vəziyyətə salınmasına görə İddiaçı vurulmuş zərərin əvəzi kimi cavabdehlər Cavabdeh3 və Təbriz İlyasovdan 50400 manat pulun alınaraq İddiaçı verilməsi barədə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarından görünür ki, avtomobil 08 may 2013-cü il tarixdən 15 may 2013-cü il tarixədək etibarnamə ilə Cavabdeh3, 15 may 2013cü il tarixdən 9 sentyabr 2013-cü il tarixədək olan dövrdə isə etibarnamə ilə Təbriz İlyasovun sahiblik və istifadəsində olmuşdur. 9 sentyabr 2013-cü il tarixdən 09 dekabr 2016-cı il tarixədək olan dövrdə, yəni 3 il 3 ay ərzində avtomobil Cavabdeh1 sahiblik və istifadəsində olmuşdur. Həmin avtomobilə dair Niyazi Ələşrəşov atası Cavabdeh2 etibarnamə versə də, həmin etibarnamənin formal olduğunu, avtomobilin faktiki olaraq öz istifadəsində olduğunu göstərmişdir. Cavabdeh1 avtomobili nasaz vəziyyətdə alıb nasaz vəziyyətdə qaytardığını bildirsə də, məhkəmə kollegiyası onun izahatının ağlabatan olmamaqla deliktə görə mülki məsuliyyətdən yayınmaq məqsədi daşıdığı qənaətinə gəlir. 23.08.2016 və 29.06.2016-cı il tarixli inzibati xəta haqqında protokollardan görünür ki, avtomobil İddiaçı təhvil verilməzdən bir neçə ay əvvəl sürət həddini aşdığına görə radara düşmüşdür. Avtomobilin 3 il 3 ay ərzində nasaz vəziyyətdə idarə edilməsi, Cavabdeh1 avtomobili aldığı şəxsə qarşı bu barədə hər hansı pretenziyasının olmaması onu deməyə əsas verir ki, avtomobil məhz onun sahibliyində olduğu dövrdə yararsız vəziyyətə düşmüşdür.Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarında olan məhkəmə qərarlarının tarixinə əsasən, Cavabdeh1 avtomobili İddiaçı qaytarmazdan ən azı bir il əvvəl avtomobilin onun qanunsuz sahibliyində olduğunu bilirdi. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, avtomobilin yararsız vəziyyətə düşməsinə görə vurulmuş ziyanın əvəzi kimi 50400 manat pul Cavabdeh1 alınıb İddiaçı ödənilməlidir. Qarşılıqlı iddiaya gəldikdə isə, iş materiallarından görünür ki, Cavabdeh1 qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizədə (1-ci cild i.v.93) avtomobili X1 almasını göstərmişdir. Avtomobil Cavabdeh1 satılarkən də etibarnamə ilə Təbriz İlyasovun sahibliyində olmuşdur. İş materiallarında avtomobilin alınmasına görə nə İddiaçı, nə də Cavabdeh3 pul ödənilməsi barədə sübut yoxdur. Buna görə də kollegiya hesab edir ki, avtomobilin alınmasına görə ödənilmiş 70000 ABŞ dolları məbləğində pul Təbriz İlyasovdan alınaraq Cavabdeh1 verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 fevral 2020-ci il tarixli 2(102)- 1185⁄2020 saylı qərarında adları qeyd olunan Orxan və Ələkbər adlı şəxslərin şəxsiyyəti barədə iş materiallarında məlumat olmadığından və Təbriz İlyasov tərəfindən həmin şahidlərin məhkəmədə dindirilməsi üçün hər hansı təşəbbüs göstərilmədiyindən, məhkəmədə onların dindirilməsi mümkün olmamışdır. İlk iddianın mənəvi zərərin əvəzinin ödənilməsi barədə hissədə rədd edilməsi ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, ilk iddia tələbi maddi ziyana münasibətdə qismən təmin edildiyi üçün bu, mənəvi zərərin kompensasiyası kimi qiymətləndirilə bilər. Buna görə də birinci instansiya məhkəməsi ilk iddia tələbini mənəvi zərərin əvəzinin ödənilməsi barədə hissədə təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 385.1.4-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi “X12 Rover” markalı Az ** VP *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın əvəzi olaraq 50400 manatın həmin ziyanı vurmaqda təqsirli olmaları sübuta yetirilməmiş cavabdehlər Cavabdeh3 və X2 müştərək qaydada tutularaq İddiaçı verilməsi, habelə Cavabdeh1 “X13” markalı, Az ** VP *** dövlət qeydiyyat nişanlı avtomobilə dair alqısatqıda ödədiyi 70000 ABŞ dolları məbləğində pulun bilavasitə avtomobili satmış X6 ilə yanaşı, həmin alqı-satqıda iştirak etməmiş Cavabdeh3 müştərək qaydada alınaraq Cavabdeh1 verilməsi barədə nəticəyə gələrdən müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 385, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı, cavabdehlər Cavabdeh3 və X6 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 mart 2018-ci il tarixli 2(008)- 252/2018 saylı qətnaməsi qismən ləğv edilsin. İlk iddia qismən təmin edilsin. Cavabdeh1 “X12 Rover” markalı, Az ** VP *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın əvəzi olaraq 50400 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul tutularaq İddiaçı verilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. “X12 Rover” markalı, Az ** VP *** dövlət qeydiyyat nişanlı avtomobilə dair alqısatqıda ödənilmiş 70000 ABŞ dolları məbləğində pul Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla X2 alınaraq Cavabdeh1 verilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar