Məhkəmə qərarları › İş №2(103)-3124/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3124/2021

29.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3124/2021 29.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçı X17 nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh4, cavabdehin nümayəndələri və vəkilləri X5 və Vəkil1 iştirakları ilə, İddiaçı X17 Cavabdeh4 qarşı maddi və mənəvi zərər tələblərinə dair iddia və iddiaçı Cavabdeh4 cavabdeh X23 qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması, əmlakın sənədlərinin qaytarılması, əmlakdan qanunsuz istifadə nəticəsində əsassız əldə olunmuş gəlirlərin qaytarılması, cavabdehin barəsində xüsusi qərardad çıxararaq onun tərəfindən törədilən əməllərin, o cümlədən vergidən yayınma faktlarının araşdırılması üçün müvafiq hüquq mühafizə orqanlarına göndərilməsi tələblərinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1239/2020 saylı, 05.11.2020-ci il tarixli qətnaməsindən iddaçı X34 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı maddi və mənəvi zərər tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhər Nizami Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada maddi ziyanın əvəzi olaraq 7 709 540 manat (6 310 200+1399340), mənəvi ziyanın əvəzi olaraq 100 000 manat məbləğində pulun, Cavabdeh1 mənəvi ziyanın əvəzi olaraq 20 000 manat məbləğində pulun onun xeyrinə tutulmasını xahiş etmişdir. Həmin iş 2(007)-1239/2020 sayla hakim Fikrət Mirzəyevin icraatına qəbul edilmişdir.

2. Bundan başqa, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 8930 kv.m olan qeyri-yaşayış sahəsinin-4 saylı, Taksimotor parkı kimi daşınmaz əmlakın Cavabdeh2 adına Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən mülkiyyət hüquqlarına dair qeydiyyatın(Reyestr kitabı 2,qeydiyyat №00916,12.03.2002-ci il tarixli şəhadətnamə)ləğv edilməsi,həmin əmlaka dair mülkiyyət hüququnun onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və ona müvafiq çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhəri Ərazi İdarəsinə həvalə edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Həmin iş 2(007)-319/2020 sayla hakim Həqiqət Əhmədovanın icraatına qəbul edilmişdir.

3. Bundan başqa, iddiaçı Cavabdeh4 cavabdeh İddiaçı qarşı “Əmlakın qanunsuz sahiblikdən geri alınması,əmlakdan qanunsuz istifadə nəticəsində əsassız əldə edilmiş gəlirin qaytarılması” barədə iddia qaldıraraq ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 8930 kv.m olan qeyri-yaşayış sahəsinin-4 saylı,Taksimotor parkı kimi daşınmaz əmlakın cavabdehin qanunsuz sahibliyindən geri alınması, cavabdehin həmin sahədən çıxarılması, cavabdehin üzərinə həmin qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarına dair sənədlərin və texniki pasportun ona qaytarılması vəzifəsinin qoyulması,həmin qeyri-yaşayış sahəsindən qanunsuz istifadə etdiyi iki il ərzində əldə etdiyi gəlir olan 720000 manat vəsaitin cavabdehdən alınaraq Cavabdeh2 vərəsələrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iş hakim Babək Qasımovun icraatına 2(007)1493/2020 verilmişdir.

4. Birinci instansiya məhkəməsində icraat zamanı işə baxılarkən müəyyən olunmuşdur ki, proses iştirakçılarından X24 və İddiaçı vəfat etmişlər. Tərəflərin məhkəməyə təqdim etdikləri notarial qaydada təsdiq olunmuş arayışlarla müəyyən edilmişdir ki, Cavabdeh2 hüquqi varisi Cavabdeh4, İddiaçı hüquqi varisi isə X25r. Onlar proses iştirakçıları kimi işə cəlb olunmuşlar.

5. Birinci instansiya məhkəməsində iclas zamanı X17 vəkili və nümayəndəsi Vəkil3 hakim Babək Qasımovun icraatında olan 2(007)1493/2020 saylı işin hazırkı işlə birləşdirilərək baxılmasını xahiş etmişdir. Cavabdeh3 vəkili və nümayəndəsi X4 isə hər üç işin bir icraata birləşdirilərək baxılmasının daha məqsədə uyğun olduğu qənaətinə gələrək Nizami Rayon Məhkəməsində baxılan hər üçünün bir icraatda birləşməsini xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsinin qəbul etdiyi 31 avqust 2020-ci tarixli qərardadla X17 vəkili və nümayəndəsi Vəkil3 və Cavabdeh3 vəkili və nümayəndəsi X3 işlərin bir icraatda birləşdirilməsinə dair vəsatətləri təmin olunmuş, hakim Həqiqət Əhmədovanın icraatında olan 2(007)-319/2020 saylı iş, eləcə də hakim Babək Qasımovun icraatında olan 2(007)1493/2020 saylı iş hazırkı işlə,2(007)-1239/2020 saylı işlə bir icraatda birləşdirilmiş işə baxılmasına 2(007)-1239/2020 sayla davam etdirilməsi, işlər bir icraatda birləşdiyinə görə 2(007)-319/2020 saylı və 2(007)-1493/2020 saylı işlərin icraatına xitam verilməsi qərara alınmışdır.

7. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı-cavabdeh X34 iddia tələblərinin həcminin azaldılması barədə ərizə təqdim etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum atası İddiaçı ünvan 1 ünvanında yerləşən «Azəravtonəqliyyat» DK-nin 4 saylı Bakı Taksimotor Parkını Kiçik dövlət müəssisələrinin özəlləşdirilməsinə dair Dövlət proqramı çərçivəsində özəlləşdirilməsi prosesində əmək kollektivinin güzəştli şərtlərlə satın almaq hüququnu Cavabdeh2 etibar etmişdir. Əslində «Azəravtonəqliyyat» DK-nin 4 saylı Bakı Taksimotor Parkının özəlləşdirilməsində atası iştirak etmiş, həmin dövlət müəssisəsini o,özəlləşdirmişdir.Sadəcə atası obyekti öz adına deyil, qardaşı oğlu Cavabdeh2 adına özəlləşdirmək qərarına gəlmişdir. Mərhum Cavabdeh2 oğiu atasının qardaşının oğludur. Göstərilən dövlət əmlakının özəlləşdirilməsi prosesində atasının pul vəsaiti və təklifi ilə iştirak etmiş, atası tərəfindən verilmiş pul vəsaiti ilə əmlak kompleksinin satın alınmasını həyata keçirmişdir.Əmlak kompleksi əmək kollektivinin adına özəlləşdirildikdən sonra pay əldə etmiş kollektiv üzvləri 01 mart 2012-ci il tarixli «Əmlak alqı-satqı» müqaviləsi əsasında ünvan 3 ünvanda yerləşən «Azəravtonəqİiyyat» DK-nın Taksimotor Parkından hər birinə düşən əmlak payını atasına satmışlar, sadəcə olaraq atası alqı-satqı müqaviləsinin qardaşı oğlu Şota Abbasovun adına sənədləşdirilməsini istəmişdir. Həmin əmlakın alqı-satqı pulu və digər xərclər atası tərəfindən çəkilmişdir. Bundan sonra Cavabdeh2 adına Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən Mülkiyyət Hüququ haqqında Şəhadətnamə (Reyestr kitabı 2, Qeydiyyat JV50C0916, 12.03.2002-ci il tarixli) verilmişdir.Həmin əmlak kompleksi sabibkarlıq məqsədli tikililərdən-avtomobil təmiri bokslarından, sexlərdən, yardımçı sahələrdən ibarətdir. Bütün sənədləşmələr Cavabdeh2 adına aparılsa da qeyd etdiyi kimi, özəlləşdirməyə çəkilən xərclər - əmlakın Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlak Komitəsinin Özəlləşdirilməsi Departamentindən alınması, auksionun keçirilməsi xərcləri, özəlləşdirilməyə görə dövlət büdcəsinə ödənilmiş ödənişlər, sonradan kollektiv üzvlərinə ödənişlər atası tərəfimdən aparılmışdır. Əmlak kompleksi 2002-ci ildən atası tərəfindən idarə olunmağa başlanmışdır. Bunu orada çalışan kollektiv üzvləri və sonradan işə qəbul olunan şəxslər də bilirlər və məhkəmə iclasında bu faktları təsdiq edəcəklər. Atası göstərilən ünvandakı obyektləri 2002-ci ildən vəfat edənədək idarə etmişdir. Atası vəfat etdikdən sonra atasının vərəsəsi kimi obyekt onun idarəçəliyindədir. Atası fərdi sahibkar kimi 02.04.2010-cu il tarixdə Bakı Şəhər Vergilər Departamemi tərəfindən qeydə alınmışdır.(VÖEN: **********). Atası fərdi sahibkar kimi anbarları, sexləri icarəyə vermiş, bütün icarəçilərlə müqavilələr atası tərəfindən bağlanmış, əmlakın tam idarəçiliyi onun nəzarətində olmuşdur. 2002-ci ildən sonrakı illərdə göstərilən ünvanda, əmlak kompleksi atası tərəfindən yenidən qurulmuş, əlavə tikililər inşa olunmuş, atası tərəfindən sözügedən ünvanda əlavə tikililər tikilməsinə və təmir edilməsinə külli miqdarda əlavə vəsait qoyuluşu olmuşdur. Əmlak kompleksinin atasının vəsaiti hesabına Cavabdeh2 adına alınması Cavabdeh2 öz əlyazması və notariat qaydasında təsdiq olunmuş 01.12.2014-cü il tarixli “Azərbaycan Respublikasının Səlahiyyətli dövlət orqanlarına” ünvanlandığı ərizəsi ilə öz təsdiqini tapmışdır. Həmin ərizədə aşağıdakılar göstərilir: “Bildirmək istəyirəm ki, ünvan 4 ünvanında yerləşən keçmiş 4 Saylı Taksimotor parkı 12.03.2002-ci İ tarixli JN20009 16 saylı mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən atamın qardaşı - əmim İddiaçı Şato oğlu tərəfindən onun vəsaiti hesabına mənim adıma özəlləşdirilsə də, hesab edirəm ki, həmin əmlak faktiki olararaq İddiaçı məxsusdur. Öna görə də həmin əmlakın idarə olunmasına, əmlaka dair sərəncam verilməsinə, bir sözlə əmlakın gələcəkdə hüquqi müqəddəratının müəyyən edilməsinə dair 18 mart 2010-cu il tarixdə İddiaçı adına 50 il müddətinə istifadəsi nəzərdə tutulmuş baş etibarnamə vermişdir. Bu səbəbdən bir daha bildirirəm ki, ünvan 5 ünvanında yerləşən mülkə əmim İddiaçı müllkiyyət hüququnu tanıyır və gələcəkdə həmin mülkə iddia etməyəcək və hər hansı formada mübahisə qaldırmayacaq.İmza:Cavabdeh2”.01.12.2014-cii ildə Cavabdeh2 əlyazması ilə yazdığı bu sənəd, həm də kompyuterdə yazılmış və Cavabdeh2 imzası ilə təsdiq edilmiş, həm də Bakı şəhər 50 saylı Notariat kontorunda 05.12.2014-cü ii tarixində təsdiqlənmişdir. Eyni zamanda, Cavabdeh2 tərəfindən atası İddiaçı adına bütün əmlakının idarə edilməsi, sərəncam verilməsi, satılması, bağışlanması səlahiyyətlərinin verilməsilə dair 18 mart 2010cu il tarixdə Bakı şəhəri 36 saylı Notariat Kontorunda 139509 Reyestr kitabında 7E-04- 12Ö9 nömrə ilə qeydə alınmış (50 il müddətinə) baş etibarnamə verilmişdir. Beləliklə, atası tərəfindən satın alınaraq qardaşı oğlu Cavabdeh2 adına rəsmiləşdirilmiş əmlak kompleksinə dair hal-hazırda rəhmətə getmiş hər iki şəxs arşında hər hansı bir mübahisəli vəziyyət olmamışdır. Cavabdeh2 yazdığı ərizə və ona verdiyi etibarnamə ilə atasında inam yaratmışdır ki, faktiki olaraq ona məxsus olan, əlavə vəsait qoyuluşları ilə xeyli yaxşılaşdırdığı və tərəfindən idarə olunan əmlak kompleksinə dair qardaşı oğlunun hər hansı bir iddiası olmayacaqdır. Bütün qohumları da bilirlər ki, Şotanın adına rəsmiləşdirilmiş əmlak əslində atasına məxsusdur və qardaşı oğlu kimi atası ona etibar edərək adına əmlak rəsmiləşdirmişdir. Qardaşı oğlu Cavabdeh2 maddi vəziyyəti pis olmuşdur, o, atasının işçisi olmuşdur, etibar etdiyi yaxın qohumu olmuşdur. Lakin bir müddət əvvəl 24.08.2019-cıı il tarixində Cavabdeh2 vəfat etmişdir. Bundan sonra atası Cavabdeh2 həyat yoldaşı Cavabdeh3 əmlakın geri qaytarılmasını və əmlakı onun adına sənədləşdirməyi xahiş etdikdə Şahid1 bundan imtina etmiş, atasının əmlakını mənimsəmək istəyinə düşmüşdür. Atası Cavabdeh2 notarial qaydada təsdiq edilmiş ərizəsini təqdim etmiş və bildirmişdir ki, bu ərizə onun haqlı olduğunu, əmlakın ona məxsus olduğunu sübut edir. Şahid1 həmin ərizəni heç bir əhəmiyyəti olmayan sənəd adlandırmışdır. Belə olan halda o, cavabdehdən əmlakın pulunu və həmin ərazidə sərf etdiyi xərcləri tələb etmişdir. Lakin Şahid1 pulu ödəməkdən də imtina etmiş və ona məhkəməyə müraciət etməyi təklif etmişdir. Mübahisəli əmlak formal olaraq Cavabdeh2 adına rəsmiləşdirilsə də faktiki olaraq atasının mülkiyyətində olmuş, həmin ərazidə atası bir neçə tikili tikdirmişdir. Bütün tikilən əmlaklara dair atası sərəncam vermiş, əmlakın özəlləşdirilməsinə və həmin ərazidə tikililərin tikilməsinə xeyli miqdarda pul vəsaiti xərcləmişdir. Qeyd olunan ərazidə həmçinin mebel sexi fəaliyyət göstərir. Həmin mebel sexini də vəfat edənə qədər atası idarə etmişdir. Lakin N. Abbasova (hal-hazırda Cavabdeh2 hüquqi varisi, Cavabdeh4) atasının mərhum qardaşı oğluna olan etibarından sui-istifadə edərək atasına məxsus əmlakı geri verməkdən imtina edir. Sözügedən əmlakın özəlləşdirilməsinə 2002-ci ildə 823141 ABŞ dolları (indeksasiya nəzərə alınmaqla) məbləğində pul vəsaiti xərclənmişdir. Həmin pul vəsaitinin hal-hazırda manata münasibətdə ekvivalenti ******* manat (1 dollar-1.70 manat) məbləğinə bərabərdir. Əmlak özəllaşdirilərkən ümumi sahəsi 2619.8 kv.m təşkil edirdi. Lakin özəlləşdirdikdən sonra ərazidə əlavə tikililər tikilmişdir və hal-hazırda əlavə tikililərin ümumi sahəsi 6310.2 kv.m, əmlakın ümumi sahəsi isə 8930 kv.mdir. Əlavə tikililərin tikilməsinə və təmirinə görə hər kv.metri 1000 manatdan hesablanarsa 6 310 200 manat (6310.2x1000 manat) məbləğində pul vəsaiti cavabdehdən tutularaq ona ödənilməlidir. Qeyd etmək istəyir ki, mübahisəli ərazidə 2014-cü ildə yanğın baş vermiş, yanğın nəticəsində tikililərə ciddi ziyan dəydiyi üçün atası həmin ərazidə tikililəri söküb yenidən tikdirmişdir.Əlavə tikililər aparmışdır və yeni tikililəri təmir etmişdir. Bu fakt iş materiallarına əlavə edilmiş foto şəkillər, şahid ifadələri ilə təsdiq edilir. Hal-hazırda mərhum Cavabdeh2 vərəsəsi Cavabdeh4dur və bu iş üzrə yeganə cavabdehdir. Bundan başqa, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona maddi ziyanla yanaşı, həm də mənəvi ziyan da dəymişdir. Atasının öz doğma qardaşının vərəsəsinin ona qarşı belə hərəkət etməsi, onu aldatması, doğmaları tərəfindən gördüyü xəyanət ona pis təsir etmiş, atası uzun müddət mənəvi sarsıntı və əsəb keçirmişdir. Bundan əlavə, atası uzun illər həmin əmlaklara pul xərcləyib vaxt sərf etmişdir, əziyyət çəkərək özünə iş qurmuşdur. Lakin cavabdehin qanunsuz hərəkətlərinə görə mülkiyyətindəki əmlaklardan mərhum olmuşdur. Bütün bu hadisələr nəticəsində ona mənəvi ziyan dəyib. Ona görə də hesab edir ki, Cavabdeh4 həm də mənəvi ziyanın əvəzi olaraq 100 000 manat məbləğində pul tutularaq ona ödənilməlidir. Qeyd olunanlara əsasən Cavabdeh4 ünvan 1 ünvanında yerləşən “Azəravtonəqliyyat”DKnin 4 saylı, Bakı Taksimotor parkının, onun özəlləşdirilməsinə sərf olunmuş pul vəsaiitinin əvəzinin, onun ərazisində tikilmiş əmlak kompleksinin dəyəri kimi 7.850.000 manat pulun, mənəvi ziyanın əvəzi olaraq 100000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir.

8. Cavabdeh4 iddiasını onunla əsaslandırmışdır ki, atası Cavabdeh2 2002-ci ildə ünvan 5-də yerləşən qeyri-yaşayış sahəsini özəlləşdirməklə həmin əmlakın mülkiyyətçisinə çevrilmişdir. Ona mülkiyyət hüquqlarını təsdiq edən JN ******* saylı mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Uzun illər ərzində göstərilən əmlak kompleksində yenidənqurma və təmir işləri aparılmış, bir sıra əlavə tikililər tikilmişdir ki, nəticədə bu qeyri-yaşayış sahəsi ciddi biznes sahəsinəçevrilmişdir. Əmlakın özəlləşdirilməsindən sonra oranın idarə edilməsi üçün atası öz əmisi olan İddiaçı Şota oğlunu cəlb etmiş və bu idarəçilik üçün ona 18 mart 2010-cu il tarixli etibarnamə və digər zəruri sənədləri vermişdir. Sonradan ona məlum olduğu kimi, İddiaçı 2010-cu ildə öz adına VÖEN açdırmaqla (fərdi sahibkar kimi qeydiyyata alınmaqla) qeyri-yaşayış sahəsinin müəyyən hissələri ilə bağlı müqavilələri öz adından bağlamışdır. Halbuki bu sahənin tam mülkiyyətçisi atası olmuşdur. Güman ki, İddiaçı bunu sahə ilə bağlı real gəlirləri atasından gizlətmək üçün etmişdir. 2012ci ildən başlayaraq atası xəstəliyə düçar olmuş və səhhətində problemlər yaranmağa başlamışdır. Həmin vaxtdan İddiaçı atasının səhhətinin pis olmasından istifadə edərək ona müxtəlif formada hədə-qorxu gəlmək və onun özünü və ailə üzvlərini həyatı ilə təhdid etməklə qeyri-yaşayış sahəsində atası ilə şərik olmağa məcbur etməyə çalışmışdır. Həmçinin İddiaçı artıq bir ildən də çox idi ki, qeyri-yaşayış sahəsindəki biznesdən əldə edilən gəlirləri mənimşəyərək onları mülkiyyətin sahibinə, yəni atasına vermirdi. Məhz bunu nəzərə alaraq, həmçinin İddiaçı əmlakla bağlı gəlirləri gizlətdiyi, vergidən yayınma halları ilə bağlı şübhələri olduğuna görə mərhum atası 11.04.2019 tarixdə cavabdehə qeyri-yaşayış sahəsinin idarə edilməsi üçün verdiyi etibarnaməni ləğv etmiş, eyni zamanda ona xəbər göndərmişdir ki,əmlakın sənədlərini geri versin və əmlakı idarəetməni dayandırmaqla oradan çıxsın. Lakin İddiaçı buna da əməl etməmiş, atasının xəstə olmağından istifadə etməkdə, qanunsuz olaraq sahiblik etməkdə davam etmiş, eyni zamanda əmlakın idarə edilməsindən əldə edilən gəlirləri mənimsəmişdir.Atası 20 avqust 2019-cu il tarixdə vəfat etmişdir. Bundan sonra İddiaçı yoxluğundan istifadə etməklə, ümumiyyətlə əmlakı ələ keçirmək fikrinə düşmüş, bunun üçün onun təklif etdiyi sənədlərə imza atmağı müxtəlif qorxularla ailə üzvlərinə təklif etmiş, həmçinin guya onları qorxutmaq üçün məhkəmələrdə özünün fantaziya və təxəyyüllərinin məhsulu olan “dəllərlə” iddialar qaldırmışdır.Atasının ölümündən sonra atasından qalan miras onun tərəfındən qəbul edilmişdir. Digər vərəsələr, yəni bacısı,qardaşı və anası mirasdan onun xeyrinə imtina etmişlər.Lakin İddiaçı tərəfindən yuxarıda qeyd edilən qeyriyaşayış sahəsi zəbt edildiyindən və əmlaka dair sənədlər gizlədildiyindən hazırda həmin əmlakı öz adına sənədləşdirə bilmir. İddiaçı hüquqi varisi X34 bu günədək qeyri-yaşayış sahəsini heç bir qanuni əsas olmadan zəbt etməkdə və oradakı biznesdən əldə edilən gəlirləri mənimsəməkdə davam edir. Bu isə o deməkdir ki, artıq bir ildir ki, İddiaçı və onun varisi əmlakı tam qanunsuz olaraq zəbt etmişdir və iki ilə yaxındır ki, əmlakdan əldə edilən gəlirləri mənimsəməkdədir. Onda olan, həmçinin atasının sağlığında ondan eşitdiyi məlumatlara görə qeyri-yaşayış sahəsinin icarəsindən hər ay 30 000 35 000 manat gəlir əldə edilir. Cavabdehin hüquqi varisi isə bu gəlirləri mənimsəməkdədir. Cavabdeh əvvəlcə mərhum atası Cavabdeh2, indi isə onun vərəsələrinin əmlaklarını qanunsuz olaraq ələ keçirmişdir, həmçinin bununla da həmin əmlakdan istifadə etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olur və eyni zamanda, onun öz əmlakından istifadə etməklə həyata keçirilə biləcək qanuni sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə imkan vermir. Qeyd edilənlər isə Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə qanunsuz və cəzalanmalı olan cinayət əməlləri kimi müəyyən edilmişdir. Digər tərəfdən, cavabdeh qanunsuz olaraq sahiblik etdiyi əmlakdan əldə edilən gəlirlərdən heç bir vergi ödəmir ki, bununla əlavə olaraq qanun pozuntusu törətmiş olur. Cavabdeh tərəfindən qanunsuz ələ keçirilmiş əmlak Nizami rayonunun ərazisində yerləşir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə uyğun olaraq, atası Cavabdeh2 mülkiyyətində olmuş, tərəfindən vərəsəlik qaydasında qəbul edilmiş,ünvan 5-də yerləşən tikili sahəsi 6310,2 kvadrat metr, ümumi sahəsi 8930 kvadrat metr olan qeyri-vaşayış sahəsinin (4 nömrəli taksi motor parkı) cavabdehin (X17) qanunsuz sahibliyindən geri alınmasına, cavabdehin həmin sahədən çıxarılmasına, cavabdehin üzərinə qeyri-yaşayış sahəsininmülkiyyət hüquqlarına dair sənədlərinin və texniki pasportun ona verilməsi vəzifəsininqoyulmasına, həmin qeyri-yaşayış sahəsindən qanunsuz istifadə etdiyi iki il ərzində əldə etdiyi gəlir olan 720000 (yeddi yüz iyirmi min) manat vəsaitin cavabdehin vərəsəsindən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılması, cavabdehin barəsində xüsusi qərardad çıxararaq onun tərəfindən törədilən əməllərin, o cümlədən vergidən yayınma faktlarının araşdırılması üçün müvafiq hüquq mühafizə orqanlarına göndərilməsini xahiş edir.

9. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-1239/2020 saylı, 05.11.2020-ci il tarixli qətnaməsi ilə X17 Cavabdeh4 qarşı maddi və mənəvi zərərin tələb olunmasına dair iddiasının qismən təmin edilməsi, Cavabdeh4 5.509.000 (beş milyon beş yüz doqquz min) manat alınaraq X23 verilməsi, iddia tələbinin qalan hissədə iddia təmin olunmaması, Cavabdeh4 X23 qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması, əmlakın sənədlərinin qaytarılması, əmlakdan qanunsuz istifadə nəticəsində əsassız əldə olunmuş gəlirlərin qaytarılması, cavabdehin barəsində xüsusi qərardad çıxarılaraq onun tərəfindən törədilən əməllərin, o cümlədən vergidən yayınma faktlarının araşdırılması üçün müvafiq hüquq mühafizə orqanlarına göndərilməsi tələblərinə dair iddianın qismən təmin olunması, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi-4 saylı, Taksimotor parkı kimi daşınmaz əmlakın X1 alınaraq Cavabdeh4 sahibliyinə qaytarılması, X17 həmin qeyri-yaşayış sahəsindən çıxarılması, X17 üzərinə qeyri yaşayış sahəsinin mülkiyyət hüquqlarına dair sənədlərin və texniki pasportun Cavabdeh4 qaytarılması vəzifəsinin qoyulması, qalan hissədə iddianın təmin olunmaması, hər iki iddia üzrə qətnamənin təmin olunmuş tələblər hissəsində eyni vaxtda icra olunması, ekspertiza xərci olan 500 manat pulun bərabər olaraq hər birindən 250 manat olmaqla X13 və Cavabdeh4 "xxxx" MMCnin xeyrinə tutulması qət edilmişdir. (Sədrlik edən: Fikrət Mirzəyev)

10. Qətnamədən iddiaçı-cavabdeh X34 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1239/2020 saylı, 05.11.2020-ci il tarixli qətnaməsinin qismən-iddiasının təmin edilməməsi hissəsində və Cavabdeh4 cavabdeh İddiaçı qarşı iddiasının təmin edilmiş hissəsində ləğv edilməsini, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilərək, Cavabdeh4 cavabdeh İddiaçı qarşı iddiasının tam rədd edilməsi və X17 Cavabdeh4 qarşı iddiasının tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Qətnamədən, həmçinin Cavabdeh4 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1239/2020 saylı, 05.11.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, onun iddia tələbinin tam təmin edilməsinə, X17 iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayəti və dəlilləri:

12. X17 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan sənədlərdən və şahid ifadələrindən də müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən «Azəravtonəqliyyat» DK-nm 4 saylı Bakı Taksimotor Parkı Kiçik dövlət müəssisələrinin özəlləşdirilməsinə dair Dövlət proqramı çərçivəsində özəlləşdirilməsi prosesində amak kollektivinin güzəştli şərtlərlə satın almaq hüququnu atası İddiaçı Cavabdeh2 etibar etmişdir. Əslində isə «Azəravtonəqliyyat» DK-nın 4 saylı Bakı Taksimotor Parkının özəlləşdirilməsində atası İddiaçı iştirak etmişdir, həmin dövlət müəssisəsini atası öz pul vəsaiti hesabına özəlləşdirmişdir. Sadəcə olaraq atası obyekti öz adına deyil, qardaşı oğlu Cavabdeh2 adına özəlləşdirmişdir. Cavabdeh2 atasının qardaşı oğludur. Göstərilən dövlət əmlakının özəlləşdirilməsi prosesində atasının pul vəsaiti və təklifi ilə atası iştirak etmiş, atası tərəfindən verilmiş pul vəsaiti ilə əmlak kompleksinin satın alınmasını atası həyata keçirmişdir. Əmlak kompleksi əmək kollektivinin adına özəlləşdirildikdən sonra pay əldə etmiş kollektiv üzvləri 01 mart 2002-ci il tarixli «əmlak alqı-satqı» müqaviləsi əsasında Bakı şəhəri Nizami rayonu Özbəkistan küç., 24-də yerləşən «Azəravtonəqliyyat» DK-nın Taksimotor Parkından hər birinə düşən əmlak payını ona satmışlar sadəcə olaraq atası İddiaçı alqı-satqı müqaviləsini qardaşı oğlu Sota Abbasovun adına sənədləşdirmşdir. Həmin əmlakın alqı-satqısının pulu və digər xərcləri atası İddiaçı tərəfindən çəkilmişdir. Həmin əmlak atasına məxsus olmuşdur. Bunu bütün iş üzrə dindirilmiş şahidlərin ifadələri, Cavabdeh2 sağ olarkən yazdığı ərizə, notarial qaydada təsdiq edilmiş ərizə, cavabdehin istintaqda verdiyi izahat və ifadələr təsdiq edir. Eyni zamanda Cavabdeh2 tərəfindən atasının adına bütün əmlakımın idarə edilməsi, sərəncam verilməsi, satmaq, bağışlamaq və səlahiyyət verilməsinə dair 18 mart 2010-cu il tarixdə Bakı şəhəri 36 saylı Notariat Kontorunda 139509 Reyestr kitabında 715-04-1209 qeydə alınmış (50 il müddətinə) baş etibarnamə verilmişdir. Həmçinin iş materiallarında olan "xxxx" MMC-nin 10.09.2020-ci il tarixli 40 saylı hesabatından görünür ki, sözügedən əmlak kompleksinin real bazar dəyəri 7.850,000 manat təşkil edir. Lakin Nizami rayon məhkəməsi sözügedən sənədə istinad etməmiş, iş materiallarında olan və əmlakın real bazar dəyərini əks etdirməyən ekspert rəyinə istinad etmişdir. Həmin ekspert rəyində isə əmlakların real bazar dəyəri isə 5.500.000 manat məbləğində dəyərləndirilmişdir. Bu isə əmlakların real bazar dəyərini əks etdirmir. Həmçinin atasının bir qohum kimi etibar etdiyi və inandığı cavabdehlərin onun atasına məxsus olan əmlakı heç bir əsas olmadan əldə etmək istəkləri nəticəsində mənəvi sarsıntı keçirmişlər. Onlar qohum-əqraba, dost-tanış, yanında qohumlarımız Elnar və Şotanın etdiyi hərəkətə görə biabr olmuş, əsəb sarsıntısı, güclü ruhi həyəcan, mənəvi iztirab keçirmişlər. Odur ki, iddiaları mənəvi ziyan hissəsində də əsaslıdır və təmin edilməlidir.

13. Cavabdeh4nnun apellyasiya şikayətinin dəlillərinin əsasını isə atası Cavabdeh2 hərracda iştirak etməklə onun protokolunu, hərracın nəticələrinə uyğun müqaviləni, digər sənədləri, həmçinin əmlakın dəyərini şəxsən ödəməklə ödəniş sənədlərini və s. özünün şəxsən imzalaması, uzun illər ərzində göstərilən əmlak kompleksində yenidənqurma və təmir işlərini aparması, bir sıra əlavə tikililərin tikilməsi, nəticədə bu qeyri-yaşayış sahəsini biznes sahəsinə çevirməsi, əmlakın özəlləşdirilməsindən sonra oranın idarə edilməsi üçün əmisi İddiaçı cəlb etməsi, bu idarəçilik üçün ona 18 mart 2010-cu il tarixdən etibarnamə və digər zəruri sənədləri verməsi, atasının əmlak kompleksinin mülkiyyətçisi olmaqla, fərdi sahibkar kimi də qeydiyyatdan keçməsi, əmlak kompleksinin tərkib hissələrini öz adından müqavilələr bağlamaqla icarəyə verməsi, hətta bu gün də həmin icarə müqavilələri atasının adında qalmaqla əmlak kompleksi ilə bağlı vergi və digər orqanlara hesabatlar, onlarla yazışma və sənədləşmələrin əvvəllər İddiaçı tərəfindən atasının adına aparılması, hazırda da (İddiaçı vəfatından sonra) İlqar Abbasov tərəfindən atasının adına aparılması atasının icarə haqqının yığılması və s. kimi məsələlərlə birbaşa məşğul olmaması, bu işləri əmlakın etibarnamə əsasında idarəedicisi olan E. Abbasov təəfindən həyata keçirilməsi, 2012-ci ildən başlayaraq atasının xəstəliyə düçar olmaqla səhhətində problemlər yaranmağa başlaması, sonralar İddiaçı atasının səhhətinin pis olmasından istifadə edərək ona müxtəlif formada hədə-qorxu gəlməklə onun özünün və ailə üzvlərinin həyatı ilə təhdid etməklə qeyr-yaşayış sahəsində atası ilə şərik olmağa iddia etməyə çalışması, o cümlədən, 2014cü ildə əmlak kompleksində yanğın baş verən zaman, yəni əmlak kompleksinin yandırılması ilə bağlı İddiaçı bundan istifadə edərək, atasına guya onu bu məsələyə görə həbs edə bilərlər kimi hədə-qorxu gəlməsi, atasına əmlakın özünə deyil, Eminə məxsus olduğu barədə izahat yazsa İddiaçı məsələni həll edə bilməsi, buna inanan atasının onun dediyi formada ərizə və izahatlar yazması, İddiaçı əmlakla bağlı gəlirləri gizlətdiyi, vergilərdən yayınma halları ilə bağlı şübhələri olduğuna görə mərhum atasının 11.04.2019cu il tarixdə İddiaçı qeyri-yaşayış sahəsinin idarə edilməsi üçün verdiyi etibarnaməni ləğv etməsi, eyni zamanda əmlakın sənədlərini geri verməsi və əmlakı idarəetməni dayandırmaqla oradan çıxması barədə ona xəbər göndərməsi, lakin İddiaçı buna da əməl etməyərək, atasının xəstə olmağından istifadə etməklə əmlaka qanunsuz olaraq sahiblik etməkdə davam etməsi, eyni zamanda əmlakın idarə edilməsindən əldə edilən gəlirləri mənimsəməsi təşkil edir. Məhkəmə əmlakın mərhum atası Cavabdeh2 qanuni mülkiyyətində olması mübahisəsiz və şübhəsiz olmaqla qəbul edərək buna görə də əmlakın İlqar Abbasovun qanunsuz sahibliyində olmasını təsdiq etmiş, bununla həm də İddiaçı şahid ifadələrinə əsasən əmlakın özəlləşdirilməsi üçün guya atama verdiyi pulun onun əmlak üzərində qanuna əsasən mülkiyyət hüququnu yaratmadığını qəbul etmiş, buna görə də əmlakın İ.Abbasovun qanunsuz sahibliyindən alınıb ona verilməli olduğunu qət etmiş, lakin Azərbaycan Respublikası Mülki Məcəlləsininin 1091 və 1092-ci maddələrini bu iş üzrə düzgün şərh və tətbiq etməmişdir. Belə ki, məhkəmədə atası ilə əmlak komleksini icarə əsasında istifadə edən şəxlər arasında müqavilələrin mövcudluğu təsdiqini tapsa da, məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.5-ci maddəsinə zidd olaraq əmlaka qanunsuz sahiblik edən şəxslər tərəfindən icarəçılərdən yığılan vəsaitin əmlakın qanuni sahibinə, yəni mülkiyyətçi olaraq ona qaytarılmasına dair iddianı heç bir əsas gətirmədən rədd etmişdir.

Tərəflərin izahatları:

14. Kollegiya iclasında iştirak edən iddiaçı X17 nümayəndəsi və vəkili Vəkil3 qarşı tərəfin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, mübahisə predimeti olan əmlakın Cavabdeh2 heç bir aidiyyatı yoxdur, o, həmişə İddiaçı yanında işçi kimi işləyib, Emin ona həmişə köməklik etmişdir. İddiaçı gömrükdə vəzifələrdə işləyib, sonra bizneslə məşğul olmuşdur. Bunu bütün qohumlar, sənədlərdə təsdiq edir. Sənədlərin əsilləri də həmişə İddiaçı olub. Əmlak yandıqdan sonra da oranın təmirini , əlavə xərclərin hamısını İddiaçı etmişdir.

15. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddiaçı X34 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz edərək və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirmişdir ki, əmlak Əmlak Komitəsinin keçirdiyi hərracdan alınıb. Hərracın protokollarından, nəticələrindən müqaviləyə Cavabdeh2 özü imza edib. Pulu özü kassaya ödəyib. Bunlar işin mübahisəsiz hallarıdır. Cavabdehin digər nümayəndəsi və vəkili X2 Famil Mehman oğlu ilə eyni məzmunlu izahat verdi.

16. Kollegiya iclasında iştirak edən Cavabdeh4 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

17. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməlidir. Sübutların tədqiqi:

18. İş materiallarında olan 22 yanvar 2002-ci il tarixli hərrac protokolundan görünür ki, ”Azəravtonəqliyyat” DK-nın 4 saylı Bakı Taksimotor Parkının sahibləri (səhmdarları) həmin əmlakı 207366 manata Cavabdeh2 satmışlar. Həmin hərrac Respublika Auksion Mərkəzində satıcı-Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin dövlət əmlakının özəlləşdirilməsi departamenti tərəfindən həyata keçirilmişdir.

19. İş materiallarında olan 01 mart 2002-ci il tarixli əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcılar: X35, X14, X15, X36, X41, X37, X18, X19, X26, X8, X9, X31, X32, X38, X42, X20, X10, X11, ”Azəravtonəqliyyat” DK-nin 4 saylı Bakı Taksimotor Parkındakı paylarını alıcı Cavabdeh2 45000000 (qırx beş milyon) manata satmışlar.

20. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin dövlət əmlakının özəlləşdirilməsi departamenti tərəfindən verilmiş 000916 saylı mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, ünvan 5-də yerləşən 4 nömrəli taksi motor parkına Cavabdeh2 mülkiyyət hüququ 2 nömrəli reyestr kitabının 33-cü səhifəsində 12.03.2002-ci il tarixdə qeydiyyatdan keçmişdir. Həmin şəhadətnaməyə əlavə olunmuş texniki pasportdan görünür ki, əmlakın tikintialtı sahəsi 2619,8 kv.m, ümuni sahəsi 2268,1 kv.m,əsas sahəsi 1966,8 kv.m., köməkçi sahəsi 301,3 kv.m təşkil edir.

21. İş materiallarında olan 36 saylı Dövlət Notariat Kontorunda təsdiq olunmuş 18 mart 2010-cu il tarixli etibarnamənin məzmunundan görünür ki, Cavabdeh2 İddiaçı 50 il müddətinə harada yerləşməsindən asılı olmayaraq bütün əmlakını idarə etmək, həmin əmlak üzərində sərəncam vermək və digər hüquqları həyata keçirmək səlahiyyətlərini vermişdir.

22. İş materiallarında olan 50 saylı Notariat Kontorunun xüsusi notariusu K.Rəhmanov tərəfindən 01.12.2014cü il tarixdə təsdiq olunmuş, Cavabdeh2 tərəfindən Azərbaycan Respublikasının səlahiyyətli dövlət orqanlarına ünvanlanmış və imzalanmış ərizədə göstərilmişdir: “Bildirirəm ki, mən Cavabdeh2 (ş/v AZE 0*******, 20.04.2004cü il tarixdə Xətai Rayon Pİ tərəfindən verilib) yuxarıda göstərdiyim ünvanda yaşayıram. Bununla belə, bildirmək istəyirəm ki, ünvan 5 ünvanında yerləşən keçmiş 4 saylı Tarksimotor parkı 12.03.2002-ci il tarixli №000916 saylı mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən atamın qardaşı, əmim İddiaçı tərəfindən onun vəsaiti ilə mənim adıma özəlləşdirilsə də, hesab edirəm ki, həmin əmlak faktiki olaraq İddiaçı məxsusdur.Ona görə də həmin əmlakın idarə olunmasına, əmlaka dair sərəncam verilməsinə, bir sözlə əmlakın gələcəkdə hüquqi müqəddaratının müəyyən edilməsinə dair 18 mart 2010-cu il tarixində İddiaçı adına 50 il müddətinə istifadəsi nəzərdə tutulmuş baş etibarnamə vermişəm.Bu səbəbdən bir daha bildirirəm ki, ünvan 5 ünvanında yerləşən mülkə əmim İddiaçı mülkiyyət hüququnu tanıyır və gələcəkdə mülkə iddia etməyəcəyəm və hər hansı formada mübahisə qaldırmayacağam.” Qeyd olunan ərizə eyni zamanda Cavabdeh2 tərəfindən həm də əlyazma şəklində yazılmışdır.

23. İş materiallarında olan Az-İİ seriyalı 034955 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 24 avqust 2019-cu il tarixində Bakı şəhərində vəfat etmişdir.

24. İş materiallarında olan 4 Saylı “Asan Xidmət” Mərkəzinin notariat ofisindən verilmiş 22 fevral 2020-ci il tarixli arayışdan görünür ki, 24.08.2019-cu il tarixdə vəfat etmiş Cavabdeh2 adına vərəsəlik işi açılmış və Cavabdeh4 Cavabdeh2 vərəsəsi kimi tanınmışdır.

25. İş materiallarında olan AZ-İİ seriyalı,109343 nömrəli ölüm haqqında şəhadətnamədən görünr ki, İddiaçı 16.07.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir.

26. İş materiallarında olan 50 saylı Notariat ofisinin notariusu Kənan Rəhmanov tərəfindən verilmiş 27 iyul 2020-ci il tarixli arayışda qeyd olunur ki, X17 23.07.2020-ci il tarixli ərizəsi əsasında 16.07.2020-ci il tarixdə vəfat etmiş xx.xx.1955-ci il təvəllüdlü atası İddiaçı miras qalmış əmlaklara dair Bakı şəhəri 50 saylı Notariat ofisində vərəsəlik işi başlanmış,vərəsələrin dairəsi müəyyənləşdirilərək miras əmlakın mirasqoyanın oğlu X34 tərəfindən qəbul edildiyi müəyyən edilmişdir.

27. İş materiallarında olan birinci instansiya məhkəməsinin 21.09.2020-ci il tarixli qərardadından görünür ki, məhkəmə tərəfindən kompleks məhkəmə texniki-tikinti və qiymətləndirmə ekspertizası təyin olunmuş və rəy verilməsi "xxxx" MMCyə həvalə olunmuşdur. Həmin şirkətdən daxil olmuş 12 oktyabr 2020-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ünvan 5 ünvanında yerləşən 4 Saylı Bakı Taksimitor Parkının mövcud tikili sahəsi 4930.0 kv.m.,texniki pasportda göstərilən sahə ilə faktiki olan (üst-üstə düşən) sahəsi 2182.7 kv.m. təşkil edir.Texniki pasportda yer almayan əlavə tikili və artırılan sahələr mövcuddur və həmin sahələrin ümumi ölçüsü 2747.3 kv.m.-dir. Bütövlükdə real bazar qiyməti ******* (beş milyon beş yüz min) manat təşkil edir.

28. Apellyasiya Məhkəməsinin 02.04.2021-ci il tarixli qərardadı ilə ünvan 5-də yerləşən qeyri-yaşayış sahəsinin (4 nömrəli taksimotor parkı) mövcud olmuş texniki tikililərin ümumi sahəsini, hər hansı bir yeni tikililər(yaşayış, qeyri yaşayış və s. təyinatlı) inşa edilməsini, mövcud olan tikililərlə rəsmi sənədlərdə göstərilən tikililərin sahələrinin üstüstə düşüb-düşməməsini, hansı hissəsinin əsaslı tikililər (yəni, daş və betondan istifadə edilməklə inşa edilmiş), hansı hissəsinin isə yüngül konstruksiyalı tikililər olmasını müəyyən etmək məqsədi ilə məhkəmə mühəndis-texniki ekspertizasının keçirilməsi qərara alınmış və rəy verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Həmin Mərkəzdən daxil olmuş 07 iyul 2021-ci il tarixli 10/1733 saylı rəyi ilə müəyyən edilmişdir ki, ünvan 5-də yerləşən qeyri-yaşayış sahəsinin (4 nömrəli taksimotor parkı) texniki pasporta əsasən ümumi tikinti altı sahəsi 2619,8 kv.m, lakin texniki pasportda göstərilən «X» «E»və «S» literli tikililərin söküldüyünü nəzərə alaraq faktiki yerləşdiyi ərazidə mövcud olmuş tikililərin ümumi tikinti altı sahəsi 2514,7 kv.m. təşkil edir. (İ sual üzrə) ünvan 5-də yerləşən qeyri-yaşayış sahəsinin (4 nömrəli taksimotor parkı) ərazisində mişar daşı ilə aparılmış əsaslı tikinti işllərinin ümumi sahəsi 640,7 kv.m və yüngül konstruksiyadan (metal konstruksiyadan) aparılmış tikinti işlərinin ümumi sahəsi 2216,5 kv.m. təşkil etdiyi müəyyən olunur. ( İİ sual üzrə) ünvan 5-də yerləşən 4 nömrəli taksimotor parkının özəlləşdirilməsindən sonra (12.03.2002-ci il tarixdən sonra) A tikilisinin 1-5 saylı otaqları qarşısında sahəsi 128,34 kv.m (6,9 x 18,6 m), D tikilisinin qarşısında və bitişik sahəsi 1073,92 kv.m (7,65 x36,4m, 9,0 x70,4 m və 8.8x22m), E və F saylı tikililərin qarşısında və bitişik sahəsi 381,7 kv.m (4,0 x7,0 m, 9x48,1m, 9,0x21,2 kv.m) hasara bitişik sahəsi 3322,6 kv.m (9,1x29,8m+5,55x7,3m və 3.7x5,55 m) dəmir konstruksiyadan tikililər quraşdırılmış və B və T tikilisinə bitişik sahəsi 5,7 x13,8) «İİ» saylı tikili sökülərlək F tikilisinə bitişik sahəsi 190,8 kv.m (9,0x21,2m) İ saylı tikiliyə bitişik sahəsi 30,2 kv.m (3,6x8,4m) K və Q tikilisinə bitişik sahəsi 246,96 kv.m (10,6x22,8m, 2.2x2.4m və 9,4x110,0m) mişar daşından tikili inşa olunmuşdur. ( İİİ sual üzrə) ünvan 5-də yerləşən qeyri-yaşayış sahəsinin (4 nömrəli taksimotor parkı) ərazisində hal-hazırda mövcud olan tikililərə tekniki pasportda göstərilən A,B,C,D,E,F,İ,İ,K,Q,E tikililərin sahəlləri ilə üst-üstə düşdüyü müəyyən olunur. Lakin texniki pasportda göstərilən «X», «G» və «H» literli tikililərin söküldüyü müəyyən olunmuşdur. (İV sual üzrə)

29. Apellyasiya Məhkəməsinin 02.04.2021-ci il tarixli qərardadına əsasən ünvan 5də yerləşən qeyri-yaşayış sahəsinin (4 nömrəli taksimotor parkı) bazar və likvid dəyərinin müəyyən edilməsi qərara alınmış və rəy verilməsi «Yeni Dövr» qiymətləndirmə mərkəzinə həvalə edilmişdir. Həmin Mərkəzdən daxil olmuş 18.05.2021-ci il tarixli YDN №036 saylı daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, ünvan 5-də yerləşən qeyri-yaşayış sahəsinin (4 nömrəli taksimotor parkı) bazar dəyəri 5200 000 AZN (beş milyon iki yüz min manat), likvid dəyəri 4600 000 AZN (dörd milyon altı yüz min manat) müəyyən edilir.

30. İş materiallarında olan birinci instansiya məhkəməsinin iclasında elektron məlumat portalından əldə edilmiş 20 ədəd çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən 4 Saylı Bakı Taksimitor Parkında icarəyə verilmiş qeyri-yaşayış sahələri üzrə icarə müqavilələri icarəyə verən-Cavabdeh2 adından onun nümayəndəsi İddiaçı tərəfindən bağlanmışdır.

31. Birinci instansiya məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək göstərmişdir ki, 1998-ci ildən bu yaxınlara kimi İddiaçı birlikdə onun müəssisəsində işləmişdir. Emin özü vəzifədə olduğu üçün onun adına marşrut almışdı və birlikdə işlədirdilər. Cavabdeh2 isə həmin marşrutda dispetçer işləyirdi. Onlar hamısı obyektin qarajında işləmişlər. 2006-cı ilə kimi həmin obyektdə işləmişdir. Oranın sahibi Emin olub, onlar hamısı Eminə tabe olmuşlar. Onu Emin işə götürmüşdür.

32. Birinci instansiya məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli iclasında şahid qismində dindirilmiş Şahid1 Şıxı oğlu ifadə verərək göstərmişdir ki, prosesdə iştirak edən şəxslərdən İlqar Abbasov onun qardaşı Eminin oğludur, Elnar isə qardaşı oğlu Şotanın oğludur, eyni zamanda Elnarın atası onunla qudadır. Belə ki, Elnarın bacısı onun oğlunun arvadıdır. Mübahisələndirilən obyekt qardaşı Eminə məxsus olmuşdur. Emin o vaxt Gömrük Komitəsində işlədiyi üçün obyekti qardaşı oğlu Şotanın adına özəlləşdirmişdir. Oranı həmişə Emin işlətmişdir. Obyektdə yanğın baş verərkən FHN əməkdaşları Şotanı aparıb izahat almışlar,ona görə ki, Emin oranın Şotanın adına rəsmiləşdirmişdir. Yanğından sonra oranı Emin təmir etdirib. Şotanın yaşayışına bütün qohumların hər biri köməklik göstərmişlər. Onun imkanı olmamışdır. Hətta Şotanın evini də Emin almışdır. Şota notariusa gedib sənəd imzalayıb ki, Taksimator parkı həqiqətən də Eminə məxsusdur. Şota yanğına qədər xəstə olmamışdır. Onun başqa yerdə biznesi olmamışdır. Qohum əqrabanın hamısı bilir ki, Taksimator parkı Eminindir. O, həmin obyektdə rəsmi işləməmiş, Eminin yanına gedib gəlmişdir. Eminlə Şotanın münasibətlərini Şotanın arvadı pozmuşdur.

33. Həmin tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, İddiaçı onun əmisi, Cavabdeh2 isə digər əmisi Nərimanın oğludur. Taksimator parkını əmisi Emin 2001-ci ildə özəlləşdirmişdir. Oranın sahibi Emin olmuşdur, bunu onların kəndinin bütün camaatı təsdiq edə bilərlər. Şotanın adına qohum kimi özəlləşdirmişdir. Şotanın maddi imkanı olmamışdır, Eminin maddi imkanı olmuşdur. Elnar nə danışıbsa yalan danışıb, taksimator parkı Eminindi.

34. Həmin tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş Abbasov Kurban ifadə verərək göstərmişdir ki, prosesdə iştirak edən şəxslərdən İlqar onun qardaşı Eminin oğludur, Elnar isə digər qardaşı Şotanın oğludur. Taksimator parkını Emin alandan sonra, onlar gəlib marşrut almış və orada işləmişlər. Şota özü çox zəif uşaq olub, onu 5-6 sinifə qədər qucağında gəzdirmişdir. O, taksimator parkını ala bilməzdi, ömür boyu.Şota onların sürdüyü marşrutların təmizliyinə baxırdı. Taksimator parkını Emin özəlləşdirmişdir, pulunu da, Emin ödəyib. Emin gömrükdə işlədiyi üçün dövlətdən qorxub ona görə Şotanın adına rəsmiləşdirmişdir. Yanğından sonra Emin tikinti-bərpa işlərini görmüşdür. Şotanın pulu var idi ki, həmin obyekti almağa, onun evinin pulunu da Emin vermişdir. Şota yanğına qədər xəstə olmamışdır. Şota xəstə olan zaman qohumlar hamısı pul yığıb Şotaya göndərmişdirlər. Onun oğlu Elnar isə həmin pullara gedib özünə avtomobil almışdır.

35. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Nizami rayon Polis İdarəsinin İstintaq Şöbəsində aparılmış ********* saylı cinayət işi tələb olunaraq araşdırılmışdır.Həmin cinayət işinin materiallarından görünür ki, cinayət işi 11 oktyabr 2014-cü il tarixdə naməlum şəxslər tərəfindən İddiaçı məxsus ünvan 11 ünvanında yerləşən 4 Saylı Bakı Taksimitor Parkının yandırılması və zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan dəyməsi ilə əlaqədar fakt üzrə Azərbaycan Respublikası CM-nin 186.2.1 və186.2.2-ci maddələri ilə 15 may 2015-ci il tarixdə başlanmış, 15 iyul 2015-ci il tarixində müstəntiq Nicat Nayıbovun qərarına əsasən təqsirləndirilən şəxs müəyyən olunmadığından cinayət işinin icraatı dayandırılmışdır. Araşdırma zamanı Cavabdeh2 18 noyabr 2014-cü il və 01 dekabr 2014-cü il tarixlərdə iki dəfə dindirilmişdir. 18 noyabr 2014-cü il verdiyi izahatında bildirmişdir ki, ünvan 13 ünvanında yerləşən 4 Saylı Bakı Taksimitor Parkını əmisi İddiaçı onun adına sənədləşdirmişdir. Qohumları ona demişlər ki,bu taksimotor parkı onun adınadır.Bundan sonra,İddiaçı bildirmişdir ki, taksimotor parkını onun adından çıxartsın. Cavabında İddiaçı demişdir ki,sənlik bir şey yoxdur. Özüm həll edəcəyəm. Daha sonra İddiaçı göstərdiyi sənədlərə imza etmişdir.Sonra İddiaçı bildirmişdir ki,daha sənlik bir şey yoxdur. O, da rahat olmuşdur ki, adında heç bir sənəd yoxdur,yəni Taksimotor parkı İddiaçı məxsusdur.İndiyə qədər taksimotor parkında 3-4 dəfə olmuşdur.Yanğın baş verən gün taksi motor parkında olmuşdur.Obyektin nə vaxtdan fəaliyyət göstərdiyini bilmir.Ancaq onu deyə bilər ki, təxminən 2007-ci ildə İddiaçı yaxınlaşıb ondan iş istəmişdir.O isə həmin yerdə dispetçer kimi işləməyi təklif etmişdir. Onunla razılaşmış, 1-2 il həmin yerdə işlədikdən sonra az gəlirli iş olduğunu görüb həmin işdən çıxmışdır.Həmin vaxtdan bu yana Xalqlar Dostluğu metrosu yaxınlığında qul bazarı deyilən yerdə fəhlə kimi işləməyə başlamışdır.Taksimotor parkını İddiaçı idarə edir,ancaq həmin obyektin hahsı sənədlər əsasında idarə olunması barədə məlumatı yoxdur.Bildirmək istəyir ki,onun taksi motorparkı ilə heç bir əlaqəsi yoxdur,həmin yerdən hər hansı bir gəlir əldə etmir...(Cinayət işi,i/v 211-216) 01 dekabr 2014-cü il tarixdə dindirilərkən də oxşar məzmunlu izahat vermişdir. Əlavə olaraq bildirmişdir ki, İddiaçı verdiyi etibarnaməni notariat kontorunda özü imzalamışdır.Həmin etibarnaməyə nə zaman və kimlərin yanında imza etməsi yadında deyil 2011-ci ildə məlumatının olmasını təxmin edir.Həmin vaxt etibarnamə vermək üçün notariat kontoruna gedərkən ona bildirmişlər ki, taksimotor parkı ilə əlaqədar bütün hüquqların bundan sonra İddiaçı etibar edilir.Notariat kontoruna getməmişdən əvvəl İddiaçı bildirmişdir ki,həmin etibarnaməni imzalamaqla taksimotor parkı ilə əlaqədar bütün hüquqlar ona,yəni İddiaçı verilir.Taksimotor parkında yerləşən sexlərin və anbarların nə zaman, hansı müddətə,hansı məbləğə kimlərə icarəyə verilməsi barədə məlumatı olmamışdır,o cümlədən bu barədə ona heç kim məlumat verməmişdir.İcarəyə verilən sexləri və anbarları işlədən şəxslərdən ödənişlərin hansı qaydada,nə zaman və kimlər tərəfindən yığılması barədə məlumatı olmamışdır və heç kim buna bu barədə məlumat verməmişdir.2007-ci ildə dispetçer işlədiyi vaxt həmin taksimotor parkının ona məxsus olması barədə məlumatı olmamışdır. ünvan 13 ünvanında yerləşən 4 Saylı Bakı Taksimitor Parkında hər hansı bir tikinti aparmamışdır və hər hansı bir tikinti aparılmışdırsa bu barədə məlumatı yoxdur.Ümumiyyətlə indiyə qədər orada cəmi 3-4 dəfə olmuşdur.Hal-hazırda fəhlə işləyir.Yalnız 2010-cu ildə obyektin ona məxsus olduğunu bilmişdir.Həmin taksimotor parkı ilə hər hansı bir əlaqəsi yoxdur. Onun xəbəri olmadan İddiaçı əmlakı onun adına özəlləşdirmişdir.Həmin obyektdə yerləşən sex və anbarlar barədə,həmin sexlərdən və anbarlardan alınan icarə haqqı barədə,və nə zaman özəlləşməsi barədə məlumatı yoxdur və bu barədə nə İddiaçı,nə də başqa biri ona hər hansı məlumat verməmişdir.İddiaçı onu taksimotor parkı ilə əlaqədar bütün hüquqlarını ona etibar etməsi üçün notariat kontoruna apardı və göstərdiyi sənədləri imzalamağın lazım olduğunu dedi...(i/v-217-219) Hüquqi dəyərləndirmə:

36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur.Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

37. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya, əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə

38. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

39. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin ı-ci bəndində qeyd olunur ki,Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

41. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

42. Məhkəmə kollegiyası qeyd edir ki, X27 apellyasiya şikayətinin dəlillərinin əsasını iddiasının tam deyil, qismən təmin edilməsi, yəni, obyektin dəyərinin iş materiallarında olan rəyə əsasən 5.500.000 manat deyil, 7.850.000 manat təşkil etdiyi halda, birinci instansiya məhkəməsinin bu hala düzgün qiymət verməməsi, həmçinin də Cavabdeh4 ona qarşı olan iddiasının qismən təmin edilməsinin də qanunsuz olması təşkil edir. Apellyatorun fikri8ncə mübahisəli əmlaklar işin materiallarında toplanan sübutlaara əsasən açıq-aydın göründüyü kimi, atasına məxsus olmuşdur. Cavabdeh4 və atasının mübahisəli əmlakla heç bir əlaqəsi olmamışdır. Elnar və atası onlara məxsus əmlakı heç bir əsas olmadan əldə etməklə onların sayəsində əsassız olaraq varlanmaq niyyətindədirlər. Həmin əmlakların dəyəri verilməyənə qədər onun sahiblik, istifadə və mülkiyyətində qalmalıdır.

43. Cavabdeh4 apellyasiya şikayətinin dəlillərinin əsasını da eyniliklə, yəni, iddiasının tam deyil, qismən təmin edilməsinin, həmçinin X27 iddiasının təmin edilməsinin qanunsuzluğu təşkil edir.

44. Belə ki, apellyatorun fikrincə məhkəmədə işə baxılarkən atasının əmlak komleksini icarə əsasında istifadə edən şəxlər arasında müqavilələrin mövcudluğu təsdiqini tapdığı halda məhkəmənin əmlaka qanunsuz sahiblik edən şəxslər tərəfindən icarəçılərdən yığılan vəsaitin əmlakın qanuni sahibinə, yəni mülkiyyətçi olaraq ona qaytarılmasına dair iddiasını heç bir əsas gətirmədən rədd etmişdir. Həmçinin də mübahisələndirilən əmlak hərrac vasitəsi ilə atası tərəfindən əldə edilmiş, hərracın nəticələrinə dair müqavilə onun tərəfindən imzalanmış və daşınmaz əmlak artıq 15 ilə yaxındır ki, onun adma qeydə alınmışdır. Hətta İddiaçı əmlakın ildə edilməsi zamanı həqiqqətən atasına bir qohum kimi müəyyən pul məbləği vermiş olsaydı belə, bu yalnız borc münasibəti yarada bilərdi, borc verənin əmlakla bağlı hər-hansı hüquqları yarana bilməzdi. Borc münasibəti ilə bağlı isə artıq bütün müddətlər də ötürülmüşdür.

45. Göründüyü kimi, tərəflər yalnız birinci instansiya məhkəməsinin qətnaməsinin iddialarının təmin edilməyən hissələrinin deyil, bununla yanaşı digər tərəfin iddiasının təmin edilmiş hissələrinin də qanuniliyini də mübahisələndirirlər.

46. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətlərinin dəlilləri tərəflərin birbirinə qarşı iddiaları kimi əlaqəli olduğundan şikayətlərinin dəlillərinə də iş materiallarında toplanmış və birinci instansiya məhkəməsinin araşdırılması zamanı müəyyən edilmiş hallar üzrə ümumilikdə hüquqi qiymət verilməlidir.

47. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələblərinin qismən əsaslı olmaları ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur.

48. Belə ki, kollegiyanın qənaətinə görə İddiaçı iddiasının qayəsini təhkil edən, əslində ünvan 5-də yerləşən qeyri-yaşayış sahəsini («Azəravtonəqliyyat» DK-nin 4 saylı Bakı Taksimotor Parkı) özəlləşdirilməsində atasının iştirak etməklə həmin dövlət müəssisəsini öözəlləşdirirkən obyekti öz adına deyil, şəxsi vəsaiti hesabına qardaşı oğlu Cavabdeh2 adına rəsmiləşdirilməklə sonuncunun həmin əmlaka mülkiyyət hüququ qeydiyyatdan keçməsi faktı birinci instansiya məhkəməsində araşdırılan sübutlarla öz təsdiqini tapdığından, Cavabdeh4 həmin sahəni məhz atası Cavabdeh2 tərəfindən 2002-ci ildə özəlləşdirməsi kimi iddia və iddiaya etirazın dəlilləri tam təkzib edilmişdir.

49. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı iddiası üzrə göstərilən nəticəyə gələrkən haqlı olaraq Cavabdeh2 İddiaçı 50 il müddətinə harada yerləşməsindən asılı olmayaraq bütün əmlakını idarə etmək, həmin əmlak üzərində sərəncam vermək və digər hüquqları həyata keçirmək səlahiyyətlərini verməsinə dair etibarnaməyə istinad etmişdir.

50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməkdə davam edərək qeyd edir ki, birinci instansiya məhkəməsi Cavabdeh2 İddiaçı 50 il müddətinə verdiyi etibarnamənin məzmunu ilə bağlı İ.Abbasovun iddia tələblərinin əsaslılığına düzgün hüquqi qiymət vermiş və müəyyən etmişdir ki, həmin etibarnamə əsasında İddiaçı əmlakı idarə etmiş, orada öz vəsaiti ilə yenidənqurma və əlavə tikinti işləri aparmış 11 oktyabr 2014-cü il tarixdə baş vermiş yanğından sonra isə öz vəsaiti hesabına təmir-bərpa işləri görmüşdür.

51. İşin bu halı, həmçinin birinci instansiya məhkəməsinin tədqiq edərək, işin araşdırılmış halları ilə düzgün hüquqi qiymət verdiyi Bakı şəhəri Nizami rayon Polis İdarəsinin İstintaq Şöbəsində aparılmış ********* saylı cinayət işinin materialları ilə də öz təsdiqini tapır.

52. Belə ki, cinayət işinin materiallarından görünür ki, araşdırma zamanı Cavabdeh2 18 noyabr 2014-cü il və 01 dekabr 2014-cü il tarixlərdə iki dəfə dindirilmiş (Cinayət işi,i/v 211-216, 217-219) və o, notarial qaydada verdiyi ərizəsində və cinayət işinin araşdırılması zamanı verdiyi izahatlarında dəfələrlə qeyd etmişdir ki, əmlak onunadına özəlləşdirilsə də həm özəlləşmə xərclərini həm də əmlakın idarə olunması, əlavə tikinti aparılması xərclərini əmisi İddiaçı çəkmişdir. Taksimator parkına onun heç bir aidiyyəti yoxdur. Hətta əmlakın onun adına özəlləşdirilməsindən bir-neçə il sonra, təqribən 2010-cu ildə məlumat əldə etmişdir. Əmlakdan əldə olunan gəlirdən ona da verilməsi barədə İddiaçı ilə hər-hansı bir razılaşma olmamışdır, özü də bir müddət İddiaçı idarəçiliyi ilə orada dispetçer işləmişdir. Qeyd olunan əmlaka dair heç bir iddiası yoxdur və olmayacaq.

53. Həmçinin işin materiallarından görünür ki, cinayət işi məhz İddiaçı məxsus ünvan 16 ünvanında yerləşən 4 Saylı Bakı Taksimitor Parkının 11 oktyabr 2014-cü il tarixdə naməlum şəxslər tərəfindən yandırılması və sözügedən zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan dəyməsi ilə əlaqədar fakt üzrə Azərbaycan Respublikası CM-nin 186.2.1 və 186.2.2-ci maddələri ilə 15 may 2015-ci il tarixdə başlanmışdır.

54. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh4 apellyasiya şikayətində 2014-cü ildə əmlak kompleksində yanğın baş verən zaman, yəni əmlak kompleksinin yandırılması ilə bağlı İddiaçı bundan istifadə edərək, atasına guya onu bu məsələyə görə həbs edə bilməsinə dair hədə qorxu gələrək əmlakın özünə deyil, Eminə məxsus olduğu barədə izahat yazdığı halda sonuncunun məsələni həll edə bilməsinə inanan atasının onun dediyi formada ərizə və izahatlar yazmasına dair göstərdiyi dəlilləri ilə bağlı məhkəmələrə heç bir sübut növü təqdim etməmişdir.

55. Həmçinin kollegiya birinci instansiya məhkəməsinin Cavabdeh2 hüquqi varisinin həmin etibarnamənin 11.04.2019 tarixdə ləğv edildiyini bildirsə də, bunu təsdiq edən sübutu məhkəməyə təqdim etməməsinə dair qənaəti ilə də razılaşır və qeyd edir ki, bununla bağlı apellyasiya şikayətinin dəlili kimi apelyyator hətta məhkəmə kollegiyasına da hər hansı sübut növü təqdim etməmişdir.

56. Azərbaycan Respublikasının MPM-nin: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 76.2-ci maddəsinə görə yazılı və maddi sübutlar ekspertiza rəyləri, yerində müayinə keçirmə, səs və video yazıları, şahidlərin ifadələri, işdə iştirak edən tərəflərin izahatları sübut növləridir. - 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır.

58. Məhkəmə kollegiyası hesab edir ki, ünvan 5-də yerləşən qeyri-yaşayış sahəsini («Azəravtonəqliyyat» DK-nin 4 saylı Bakı Taksimotor Parkı) özəlləşdirilməsində İddiaçı iştirak etməklə həmin dövlət müəssisəsini özəlləşdirirkən obyekti öz adına deyil, şəxsi vəsaiti hesabına qardaşı oğlu Cavabdeh2 adına rəsmiləşdirilməsi və faktiki özü də tərəfindən idarə olunması kimi faktlar iş üzrə dindirilmiş şahid ifadələrinin məzmunu ilə təsdiq olunmasına birinci instansiya məhkəməsi düzgün hüquqi qiymət vermişdir.

59. Belə ki, hər bir şahidin ifadəsinin kökündə özünün gördüyü canlı hadisənin təsviri dayanır. İşin materiallarından görünür ki, şahidlər ifadələrində İddiaçı ilə Cavabdeh2 arasında olan münasibətləri, mübahisəli obyektlə bağlı baş verən hadisələri aydın və müfəssəl təsvir etmiş, hər birinin verdiyi ifadə bir-biri ilə uzlaşmış və hadisələr məntiqi ardıcıllıqla əks etdirilmişdir

60. Kollegiya qeyd edir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır.

61. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İ.Abbasov tərəfindən məhkəməyə təqdim edilən digər sübut vasitəsi olan şahid ifadələri olmuşdur ki, həmin şahidlərin verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olduğu, eləcə də işin digər sübutları ilə uzlaşdığı üçün birinci instansiya məhkəməsinin tərəfindən haqlı olaraq mötəbər sübut kimi qiymətləndirilərək gəlinən bu qənaət də iş üzrə qəbul edilmiş qətnaməsində əsaslandırılmışdır.

62. Kollegiya, həmçinin qeyd edir ki, apellyator İddiaçı da verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin şahid ifadələrinə sübut növü kimi qiymətlərilməsini mübahisələndirməmiş, bu ifadələrin mötəbər sübut növü kimi qiymətləndirilməli olmamasına dair hər hansı dəlil irəli sürməmişdir.

63. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin Cavabdeh2 mübahisəli əmlaka hər-hansı məbləğdə vəsait sərf etməsinin işdə olan sübutlarla, mərhum Cavabdeh2 sağlığında cinayət işinin araşdırılması verdiyi ifadələr, etibarnamənin məzmunu, şahid ifadələri və işin digər faktiki halları ilə təkzib edilməsinə dair mövqeyi düzgün olmuşdur.

64. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçı İ.Abbasov apelyasiya şikayətində atasının bir qohum kimi etibar etdiyi və inandığı cavabdehlərin onun atasına məxsus olan əmlakı heç bir əsas olmadan əldə etmək istəkləri nəticəsində mənəvi sarsıntı keçirdiklərini və bu səbəbdən də iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsində də əsaslı olduğunu bildirsə də həmin hallarla bağlı sübutları məhkəməyə təqdim etməmiş, iş materialları ilə də bu hallar müəyyən edilməmişdir.

65. Halbuki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir.

66. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X12 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar.

67. “İnsan Hüquqlarının və X12 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir.

68. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.

69. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

70. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İ.Abbasov apellyasiya şikayətində əsəb gərginliyi, güclü ruhi həyəcan, psixoloji sarsıntı keçirdiyini bildirsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq bu nəticəyə gəlmişdir ki, iddia tələbi mənəvi ziyan hissəsində rədd edilməlidir.

71. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verməkdə davam edərək hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəli əmlakın Cavabdeh2 adına özəlləşdirilsə də, həm özəlləşmə xərclərini həm də əmlakın idarə olunması, əlavə tikinti aparılması xərclərini sonuncunun əmisi İddiaçı çəkməsi faktını düzgün müəyyən etməklə yanaşı, həmçinin ünvan 5 ünvanında yerləşən 4 Saylı Bakı Taksimitor Parkı kimi qeyriyaşayış sahəsinin 12.03.2002-ciil tarixdən mərhum Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçməsini və bu qeydiyyatın qanunsuzluğunun da mübahisələndirilməməsini nəzərə alaraq onun (hal-hazırda hüquqi varisinin) mülkiyyət hüququnu məhdudlaşdıran halların aradan qaldırılmaqla qeyd olunan qeyri-yaşayış sahəsinin sahibliyinə, eləcə də əmlakın sənədlərinin qaytarılmalı olmasına düzgün hüquqi qiymət vermişdir.

72. Həmçinin işin materiallarından görünür ki, birinci instansiya məhkəməsi bu qənaətə gəlmişdir ki, iddaçı cavabdehdən 720000 (yeddi yüz iyirmi min) manat vəsaitin alınaraq ona verilməsini tələb etmə hissəsində öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmiş, cavabdehin (onun hüquqi varisinin) əməllərində cinayət və ya digər hüquqi məsuliyyət yaradan halların olmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.

73. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu nəticəsi qanuni və əsaslı olması həmçinin də, sözügedən əmlakdan əldə olunan gəlirdən Abbaosv Şotaya da verilməsi barədə İddiaçı ilə hər-hansı bir razılaşma olmamasının müəyyən edilməsi ilə də bağlıdır.

74. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinə hüquqi qiymət verməkdə davam edərək daha sonra qeyd edir ki, ünvan 5 ünvanında yerləşən 4 Saylı Bakı Taksimitor Parkı kimi qeyri-yaşayış sahəsinin İddiaçı onun adında olmamasına baxmayaraq 12.03.2002-ci il tarixdən onun qanunsuz olaraq idarəçiliyində, sahibliyində olması, eləcə də, sözügedən şəxslər arasında mübahisəli obyektin özəlləşdirlməsi, təmir-tikintisi ilə bağlı aralarında hər hansı borc münasibətlərinin yaranması kimi hallar öz təsdiqini tapmır.

75. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaratmış, pozulmuş və tərəflərin mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmuşdur. Məhz bu baxımdan da birinci instansiya məhkəməsi haqlı olaraq işin faktiki hallarını, hər iki tərəfin diqqətəlayiq mənafeyini,eləcə də tələblərin birinin digəri ilə qarşılıqlı əlaqəli olduğunu nəzərə alaraq hesab etmişdir ki, hər ikiiddia üzrə qətnamə təmin olunmuş tələblər hissəsində eyni vaxtda icra olunmalıdır.

76. Göstərilənlərə əsasən kollegiyanın qənaətinə görə apelyasiya şikayətləri formal mülahizələrə əsaslanmışdır və mahiyyətcə düzgün, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

77. Lakin məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlillərinə əsasən ləğv edilməli olmasa da, qətnamənin Cavabdeh4 5.509.000 (beş milyon beş yüz doqquz min) manat alınaraq X23 verilməsi hissəsində məbləğ dəyişdirilməlidir.

78. Belə ki, işin materiallarından görünür ki, X34 tələbini dəqiqləqdirərək ünvan 5-də yerləşən qeyri-yaşayış sahəsinin Cavabdeh2 mükiyyəti kimi onun adına mülkiyyət hüquqlarını təsdiq edən JN ******* saylı mülkiyyət hüququ haqqında şəhadətnamə ilə bağlı tələblərini irəli sürməkdə davam etməyərək, tələblərindən biri olan əmlakın özəlləşdirilməsinə sərf edilən pul vəsaitinin tutulmasının təmin edilməsini xahiş etmişdir.

79. Bununla bağlı iddiaçı İ.Abbasov apelyasiya şikayətində "xxxx" MMC-nin 10.09.2020-ci il tarixli 40 saylı hesabatında sözügedən əmlak kompleksinin real bazar dəyəri 7.850,000 manat təşkil etdiyini, Nizami rayon məhkəməsi sözügedən sənədə istinad etmədiyini, iş materiallarında olan və əmlakın real bazar dəyərini əks etdirməyən ekspert rəyinə istinad etdiyini, həmin ekspert rəyində isə əmlakların real bazar dəyərini isə 5.500.000 manat məbləğində dəyərləndirildiyini, həmin məbləğin isə əmlakların real bazar dəyərini əks etdirmədiyini göstərmişdir. Cavabdeh4 isə ümumiyyətlə İ.Abbasova hər hansı məbləğ verilməsinə yuxarıda göstərilən əsaslarla etiraz edir.

80. Kollegiyanın qənaətinə görə Cavabdeh2 (hal-hazırda onun hüquqi varisi) ünvan 5 ünvanında yerləşən 4 Saylı Bakı Taksimitor Parkı kimi qeyri-yaşayış sahəsinə hər hansı bir vəsait sərf etmədən başqa şəxsin vəsaiti hesabına əsassız olaraq varlanması və əsassız varlanma nəticəsində əldə edilmiş vəsait 5.509.000 (beş milyon beş yüz doqquz min) manat təşkil etməsinə dair birinci instansiya məhkəməsinin nəticəsi işin araşdırılmış hallarına uyğun olmamışdır.

81. Belə ki, birinci instansiya məhkəməsinin 21.09.2020-ci il tarixli qərardadı ilə təyin etdiyi ekspertiza rəyində göstərilənlərin mübahisəli əmlakın real bazar dəyərini əks etdiribetdirməməsini, eləcə də, sözügedən əmlakın həm bazar, həm də likvid dəyərinin müəyyən edilməsi üçün Apellyasiya Məhkəməsinin 02.04.2021-ci il tarixli qərardadı ilə əmlakın qiymətləndirilməsi qərara alınmışdır.

82. Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş Yeni Dövr» qiymətləndirmə mərkəzinin 18.05.2021-ciil tarixli YDN №036 saylı daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, ünvan 5-də yerləşən qeyri-yaşayış sahəsinin (4 nömrəli taksimotor parkı) bazar dəyəri 5.200.000 (beş milyon iki yüz min) likvid dəyəri isə 4.600.000 (dörd milyon altı yüz min) manat müəyyən edilir.

83. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

84. Digər tərəfdən araşdırma zamanı apellyasiya instansiyası məhkəməsinin 02.04.2021-ci il tarixli qərardadı ilə təyin etdiyi ekspertiza rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən və həmin ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan (iddiaçı İ.Abbasov öz təşəbbüsü ilə keçirilmiş və məhkəməyə təqdim etdiyi qiymətləndirmə hesabatının real bazar dəyərini əks etdirməsinə dair sübutlar təqdim edilməmişdir), həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddianın maddi ziyan hissəsində X17 Cavabdeh4 qarşı iddiası qismən, yəni 5.509.000 (beş milyon beş yüz doqquz min) manat hissədə dəyişdirilməklə bu məbləğ 5.200.000 (beş milyon iki yüz min) manat həddində müəyyən edilməklə İddiaçı apellyasiya şikayəti qismən təmin edilməlidir.

85. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0 və 384.0.3.-cü maddələrinə əsasən apellyasiya məhkəməsi qətnaməni dəyişdirə bilər.

86. Həmin Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissələrdə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissələrdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Lakin qətnamə Cavabdeh4 5.509.000 (beş milyon beş yüz doqquz min) manat alınaraq X23 verilməsi hissəsində məbləğ dəyişdirilərək bu məbləğ 5.200.000 (beş milyon iki yüz min) manat müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı X34 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İddiaçı Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1239/2020 saylı, 05.11.2020-ci il tarixli qətnaməsinin Cavabdeh4 5.509.000 (beş milyon beş yüz doqquz min) manat alınaraq X23 verilməsi hissəsi dəyişdirilsin. Cavabdeh4 5.200.000 (beş milyon iki yüz min) manat alınaraq X23 verilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar