Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3124/2022 14.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kommunal xidmətlərə görə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə QƏRARİ İş № 2(103)-3124/2022 Açar sözlər ( kommunal xidmətlərə görə borc tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi) Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı MTK-nın nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh8 iştirakları ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(004)-6095/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh6, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1, Cavabdeh8, X6 və Cavabdeh7 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Tərəflər arasında mübahisə Belə ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov 45 Korpus “A”, və Korpus “B” ünvanda inşa edilmiş 1 ədəd 1 girişli və 1 ədəd 2 girişli 17 mərtəbəli 351 yaşayış mənzili olan yaşayış binalarının (ümumi əmlakın) iddia ərizəsində qeyd edilən mülkiyyətçilərinin və qanuni sahiblərinin qanunvericiliklə müəyyən edilmiş kommunal xidmətlərinin haqqının ödənilməməsi ilə bağlıdır. 2.İddia ərizəsində qeyd olunan cavabdehlər kommunal xidmətlərin ödənilməsindən imtina etmişlər. 3.İddiçı AR Nazirlər Kabinetinin qərarına əsasən kommunal xidmətlərin hər kv.m üçün xx.xx.2019cu il tarixə kimi 0,34 manat, həmin tarixdən hazırkı vaxta kimi 28 qəpik olduğunu qeyd etmişdir. 4.Kommunal Xidmət haqları ilə bağlı İddiaçı MTK-nın ümumi yığıncağının 30 aprel 2013-cü il tarixli qərarı mövcuddur. a)Birinci instansiya məhkəməsində icraat 5.İddiaçı cavabdehlər Cavabdeh1, X6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 qarşı kommunal xidmətlərə görə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 3875 manat, X1 3719 manat, Cavabdeh10 Zahir oğlundan 2215 manat, Cavabdeh11 2130 manat, Cavabdeh2 2828 manat, Cavabdeh3 2754 manat, Cavabdeh4 3303 manat, Cavabdeh5 2719 manat, Cavabdeh6 4185 manat, Cavabdeh7 2230 manat, Cavabdeh8 3715 manat, Cavabdeh9 Əliabbas qızından 1946 manat məbləğində, 01 avqust 2021ci il tarixə yaranmış, əsas kommunal borcların tutularaq "xxxx" MTK-ya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 6.Cavabdeh6 nümayəndəsi və vəkili məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, İddiaçı MTK iddia ərizəsində MTK üzvlərinin və sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirildiyini, tərəflərindən qərar qəbul edildiyini, MTK sədrinin müvafiq əmrinin verildiyini və bütün sahə mülkiyyətçiləri (sakinlər) üçün mülkiyyətində və istifadəsinə olan sahələrə görə kommunal xidmət haqqının hesablanaraq paylı mülkiyyətdə ümumi əmlakın saxlanması barədə sakinin üzərinə düşən xidmət haqqının öhdəliyinin təyin edildiyini qeyd edir və 2013-cü il tarixindən də xx.xx.2021ci il tarixinə qədər Cavabdeh6 4.185 manat məbləğində borcunun yarandığını qeyd edir. İddiaçı MTK tərəfindən hansı tarixdə kommunal xidmət haqqının ödənilməsi barədə qərar qəbul edildiyini və kommunal xərclərinin ödənilməsi öhdəliyini sakinlərin üzərinə qoyması Cavabdeh6 məlum deyildir. Çünki MTK tərəfindən kommunal xərclərinin ödənilməsi ilə bağlı qərar qəbul edilərkən Cavabdeh6 həmin yığıncaqda olmamışdır və həmin qərarın nə vaxt qəbul edilməsindən belə onun xəbəri yoxdur və onun MTK-ya da hər hansısa borcu yoxdur. Çünki kommunal xərclərinin ödənilməsi ilə bağlı qanunvericiliyin tələblərinə əsasən tərəflər arasında müqavilə olmalıdır ki, belə bir müqavilədə İddiaçı MTK ilə onun arasında yoxdur. Ancaq hal-hazırda MTK-nın qəbul etdiyi qərarına əsasən tərəflərindən kommunal borcunun ödənilməsi ilə bağlı Cavabdeh6 üzərinə ona məlum olmayan öhdəlik qoyulduğundan qanunvericiliyin tələbi və işin faktiki halları nəzərə alınmaqla, həmin iş üzrə iddia müddəti tətbiq olunmalıdır. Ona görə ki, mülki qanunvericiliyin tələblərinə əsasən İddiaçı MTK öz hüququnun pozulduğunu bildiyi andan məhkəməyə müraciət etməli və iddia müddətinin axımı da şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır. İddiaçı MTK isə maliyyə arayışında 2013-cü il tarixindən hüququnun pozulduğunu qeyd edir və belə olan halda İddiaçı MTK tərəfindən iddia müddətinin axımı 2013-cü il tarixindən başlayır və mülki qanunvericiliyə əsasən də hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti hesab ediliyindən və vaxtaşırı ödəmələr üçün iddia müddəti 3 il üçün nəzərdə tutulduğundan İddiaçı MTK-nın son 3 ilə aid kommunal xidmətini tələb etmək hüququ istisna olmaqla digər illər üzrə iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən, hal-hazırki, mülki iş üzrə iddia müddəti tətbiq edilməlidir. Bundan başqa Cavabdeh6 Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 45 saylı evin 234 saylı mənzilini “Laguna" MTK-dan almamışdır və həmin MTK ilə onun arasında mənzil və mülki məcəlləsinin və digər qanunvericiliyin tələblərinə əsasən də hər hansısa xidmətlərin göstərilməsi ilə bağlı müqavilə ümumiyyətlə olmamışdır. Həmin mənzilin ilkin mülkiyyətçisi “Nəcib” adlı şəxs olmuşdur və “Nəcib” adlı şəxs də həmin mənzili İddiaçı MTK ilə arasında bağlanan müqaviləyə əsasən almışdır və daha sonra da “Nəcib” adlı şəxs həmin mənzillə bağlı DƏDRX-dən əmlak üzərində mülkiyyətin qeydiyyatına dair çıxarış əldə etmişdir və həmin mənzil “Nəcib” adlı şəxs tərəfindən Cavabdeh6 satılan vaxta qədər onun xüsusi mülkiyyətində olmuşdur. Həmin mənzil də “Nəcib” adlı şəxs tərəfindən Cavabdeh6 2013-cü il tarixində satılmışdır. Cavabdeh6 da həmin mənzili həmin tarixdə “Nəcib” adlı şəxsdən almışdır və DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən də həmin mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh6 adına qeydiyyatdan keçirilmiş və bu barədə xx.xx.2013-cü il tarixdə,********** nömrəli qeydiyyat aparılmış və onun həmin mənzillə bağlı əmlak üzərində mülkiyyətin qeydiyyatına dair çıxarışı mövcud olmuşdur. Yəni Cavabdeh6 həmin mənzili “Nəcib” adlı şəxs ilə İddiaçı MTK arasında bağlanan müqaviləyə əsasən almamışdır, “Nəcib” adlı şəxsin əmlak üzərində mülkiyyətin qeydiyyatına dair çıxarışı mövcud olduğundan, Cavabdeh6 həmin mənzili əmlak üzərində mülkiyyətin qeydiyyatına dair çıxarış əsasında almışdır. Çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər də MTK-nın hesabına o zaman ödənilir ki, hər iki tərəf arasında qanunvericiliklə müəyyən edilmiş qaydada müqavilə olur və mənzilin mülkiyyətçisinin müqavilədən irəli gələn öhdəlikləri yaranır. Burada Cavabdeh6 müqavilədən irəli gələn heç bir öhdəliyi olmadığı təqdirdə İddiaçı MTK ondan hər hansısa kommunal xərclərini tələb edə bilməz. Həmçinin də MTK arayışında Cavabdeh6 2013cü ilin fevral ayından kommunal borcunun yarandığını göstərmişdir. Cavabdeh6 isə həmin mənzili 2013-cü ilin aprel ayında “Nəcib” adlı şəxsdən aldığına görə fevral ayından aprel ayına qədər həmin mənzilin mülkiyyətçisi “Nəcib” adlı şəxs olmuşdur. Cavabdeh6 həmin mənzilin 2013-cü ilin aprel ayından mülkiyyətçisi olsa da həmin tarixdən qeyd olunan mənzildə yaşamamışdır. Cavabdeh6 qeyd olunan mənzildə 2015-ci il tarixindən yaşamağa başlamış və həmin tarixdən də qeyd olunan mənzildə yaşadığı üçün mənzilin kommunal xidmətlərindən istifadə etmək məqsədilə xx.xx.2015-ci il tarixdə X10 Sahəsilə, xx.xx.2015-ci il tarixində “CityNet” şirkətilə, xx.xx.2015-ci il tarixində də "xxxx" MMC ilə müqavilələr bağlanılmışdır. Cavabdeh6 qeyd olunan mənzildə 2015-ci il tarixindən yaşamağa başlamış və Cavabdeh6 yaşamadığı illər üçün kommunal borcunun hesablanması məntiqə uyqun deyildir. Cavabdeh6 2013-cü ildən 2015-ci ilin yanvar ayına qədər həmin mənzildə yaşamamışdır. MTK Cavabdeh6 ilə heç bir müqavilədə bağlamadan həmin mənzildə yaşamağa başladığı dövrdən kommunal xərclərinin ödənilməsini tələb etmiş və Cavabdeh6 da 2015-ci ilin fevral ayından 2015-ci ilin avqust ayına kimi kommunal xərclərini hər ay MTK-ya ödəmişdir. Halbuki mənzil qanunvericiliyinin tələblərinə əsasən tərəflər arasında müqavilə olduqda kommunal xərclər ödənilir. Cavabdeh6 2015-ci ilin sentyabr ayından kommunal xərclərini ödəməməsinin səbəbi MTK tərəfindən Cavabdeh6 kommunal xidmətlərinin düzgün göstərilməməsidir. Belə ki, Cavabdeh6 həmin binanın 17-ci mərtəbəsində yaşayır və həmin mərtəbəyə lift qalxmır, həmçinin də həmin binanın 17-ci mərtəbəsi sonuncu mərtəbə olduğundan və binanın mansardında da müəyyən problemlər olduğundan Cavabdeh6 MTK-dan həmin mansardı düzətmələrini tələb etmiş, lakin MTK Cavabdeh6 tələblərinə məhəl qoymamışdır. MTK isə iddia ərizəsində Cavabdeh6 və digər cavabdehləri zibil daşınması, altı ədəd liftlərin daimi işləməsi üçün texniki xidmət, nasosxana xidməti, generator xidməti, 24 saat mühafizə xidməti, abadlıq, cari təmir və.s xidmətlə təmin etdiklərini qeyd edir. MTK Cavabdeh6 həmin xidmətlərlə təmin edirdisə, onun yaşadığı mərtəbədə lift olmalı idi ki, belə bir lift onun mərtəbəsində yoxdur, MTK mansardla bağlı tikinti işləri aparmalı idi ki, onu da aparmamış və nəticədə Cavabdeh6 öz hesabına həmin mansardla bağlı tikinti işləri aparmış və həmin tikinti işləri ilə bağlı onun 850 manat xərci çıxmışdır Bu da onu göstərir ki, MTK tərəfindən kommunal xidmətlər Cavabdeh6 göstərilmir. Bundan başqa “Laguna" MTK-nın xx.xx.2021 -ci il tarixli arayışında Cavabdeh6 yaşadığı və mülkiyyətində olduğu mənzilin kv.metri 148.82 göstərilmişdir və MTK tərəfindən də kommunal məbləğ həmin kv.metrə əsasən hesablanmışdır. Bununla bağlı diqqətinizə çatdırmağı vacib hesab edirik ki, Cavabdeh6 mülkiyyətində olan mənzil DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışından da görünür ki, həmin mənzilin ümumi sahəsi 129.3 kv. metrdir. MTK tərəfindən də iddia ərizəsində aylıq kommunal xərci xx.xx.2019-cu il tarixinə qədər 1 kv.metrə düşən dəyəri 0,34 qəpik, həmin tarixdən hazır ki, vaxta qədər 0,28 qəpikgöstərilmişdir. Belə ki, kommunal ödənişlərin məbləği hesablanarkən, müvafiq mənzillərin “Kooperativ Binanın Mənzil Tikintisi haqqında” müqavilədəki göstərilən sahəsi deyil, faktiki sahəsi nəzərə alınmalıdır. Bu da onu göstərir ki, MTK tərəfindən kommunal məbləğin hesablanması düzgün aparılmamış və həmin kommunal məbləğ Cavabdeh6 artıq hesablanmışdır və həmin kommunal məbləğ 148.82 kv.metrə əsasən hesablanmışdır. Halbuki kommunal məbləğ əmlak üzərində mülkiyyətin qeydiyyatına dair çıxarışda göstərilən sahəyə əsasən 129.3 kv.metrə əsasən hesablanmalıdır. Bundan əlavə İddiaçı MTK tərəfindən hansı tarixdə kommunal xidmət haqqının ödənilməsi barədə qərar qəbul edildiyinin və kommunal xərclərinin ödənilməsi öhdəliyinin sakinlərin üzərinə qoymasının Cavabdeh6 məlum olmadığını və həmin qərar qəbul edilərkən Cavabdeh6 həmin yığıncaqda olmadığını və həmin qərarın nə vaxt qəbul edilməsindən belə onun xəbərinin olmadığını, yuxarıdakı hallara əsasən də qeyd edilmişdir. Belə ki, bununla bağlı onu da qeyd edilir ki, Cavabdeh6 iştirak etmədiyi yığıncaqda MTK tərəfindən qəbul edilmiş qərarında, kommunal xərclərinin ödənilməsi öhdəliyi Cavabdeh6 tətbiq edilə bilməz. Çünki Mənzil Məcəlləsinin tələblərinə əsasən də MTK üzvlərinin və sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən kommunal xidmətlərinin ödənilməsi öhdəliyi MTK tərəfindən mülkiyyətçilərin üzərinə qoyulsa da, həmin binanın hər bir mülkiyyətçisi ilə ümumi yığıncağın qərarında göstərilən şərtlərlə kommunal xidmətlərinin göstərilməsi ilə bağlı müqavilə bağlanılmalıdır və Cavabdeh6 da bağlanılmış həmin müqaviləyə əsasən hər ay xidmət haqqını MTK-ya ödəməlidir. Belə bir müqavilə tərəflər arasında bağlanmadığına görə də onun 2013-cü il tarixindən xx.xx.2021-ci il tarixinə qədər MTK-ya hər hansısa kommunal borcu yaranmır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin Cavabdeh6 aid hissədə rədd edilməsini xahiş etmişdir. 7.Cavabdeh3 nümayəndəsi və vəkili məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, Cavabdeh3 tələb olunan pulun tutulması üçün əsaslar olmalıdır. Bu əsas ya qanundan, ya da müqavilədən irəli gəlməlidir. Kommunal xidmətlərə görə pulun tutulması üçün qanuni göstərişlər Mənzil Məcəlləsinin müvafiq normalarında öz əksini tapmışdır. Həmin müddəaların hazırki iş üzrə iddiaçı Cavabdeh3 münasibətdə tətbiq edilməsi mümkün deyil. Mənzil Məcəlləsi kommunal xidmətlərə görə ödənişlərin tələb edilməsi üçün əsaslar müəyyən edir, lakin bu əsaslar mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinə məxsusdur, dolayısı ilə iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət üçün subyektiv hüququ da mövcud deyil. Pul tələbinin müqavilədən irəli gələn əsasları da mövcud deyil, tərəflər arasında bununla bağlı müqavilə bağlanmamışdır. Bundan başqa, oxşar mübahisəyə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 22 sentyabr 2020-ci il tarixli qərarında qeyd olunur ki, Mənzil Məcəlləsinin 109.5-ci maddəsinə əsasən, kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi (bundan sonra - Mülki Məcəllə) və digər qanunları ilə müəyyən olunmuş qaydada mənziltikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil- tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Bundan başqa iddia ərizəsini və əlavə olunmuş sənədləri nəzərdən keçirəndə aydın olur ki, iddiaçı iddianın verilə bilməsi üçün qanunla müəyyənləşdirilən iddia müddətini ötürmüşdür ki, bu da digər əsaslarla yanaşı iddia tələbinin rədd olunması üçün əsasdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin Cavabdeh3 aid hissədə rədd edilməsi xahiş edilmişdir. 8.Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil1 iddia müddətinin tətbiq etməklə iddia tələbinin edilməsinə dair ərizə təqdim edərək iddiaçının iddianın verilə bilməsi üçün qanunla müəyyənləşdirilən iddia müddətini ötürdüyünü bunun da digər əsaslarla yanaşı iddia tələbinin rədd olunması üçün əsas olduğunu bildirmişdir. Belə ki, ididaçının məhkəməyə təqdim etdiyi arayışdan görünür ki, Cavabdeh3 hesablanmış borc 2013-cü ilin iyul ayından 2021-ci il avqust ayına qədər yaranmışdır. Əgər iddiaçı öhdəliklərinin yerinə yetirilməsindən narazı idi sə, onda qanunla müəyyən edilən müddətdə məhkəməyə müraciət etməli idi. İddiaçının iddia ərizəsində qeyd etdiklərinə əsasən müəyyən olunur ki, iddiaçı 2013-cü ildən hüquqlarının pozulduğunu bilə-bilə hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etməmiş, aradan 8 il keçdikdən sonra belə bir iddia tələbi irəli sürmüşdür. Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil1 qeyd olunanları nəzərə alaraq iddianı rədd etmək üçün digər əsaslarla yanaşı iddia müddətini tətbiq etməklə iddainın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 9.Cavabdeh8 məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, kommunal xidmətləri ödəməməsinin bir sıra səbəbləri vardır. Birincisi mənzilə köçdüyü 8-il ərzində onlar tərəfindən təyin edilmiş komendada evdə olan qüsürları və keyfiyyətsiz təmir nəticəsində san uzeldə (hamamda) kafellərin yetərincə sementlə vurulmamasından kafellərin boşalmış, hətta insan həyatı üçün təhlükəli haldadır. 23 kv metr balkon sahəsində metlaqların altında sement ancaq orta hissəsinə vurulduğundan həmin sahədə metlaqlar qırılıb,hətta aşağıda yaşayan qonşulara da su sızması halları baş verir.(Sahəsi 16m2) Bunlar haqqında şifahi kamendata bildirməsinə baxmayaraq heç bir tədbir görmədiyini biləndən sonra rəsmi müraciət etmiş cavab vermirlər. İkinicisi, qonaq otağının divarları yağış və qar yağan zaman divarlar daxildən sulanır, aboy kağızları sıradan çıxıb yenisi ilə əvəz etmişdir..Balkon sahəsinin şkatur örtüyü keyfiyyətsiz olduğundan tökülürdü usta gətirib yenidən təzə örtük vurdurmuşdur (Sahə 32m2) və balkonun divarının aşağı hissəsinə su buraxmasın deyə 11 m2 məcburən kafel vurdurmalı olmuşdur. Üçüncüsü, binaya köçdüyü müddətdə bir dəfə də olsa həm binanın xaricində, həmdə daxilində təmir və abadlıq işləri aparılmasının şahidi olmamışdır. Dördüncüsü mühafifə yaradıblar ancaq parkovşik işi ilə məsquldurlar. Dəfələrlə bloklardan müxtəlif əşyalar,velosipedlər oğurlanıb mühafizənin xəbəri olmayıb. Belə mühafizə onu qane etmir. Beşincisi təmizlik işləri demək olar 25% yerinə yetirilir. Altıncısı, zibil qutular tam yararsızdır, həm də sanitar normalara cavab vermir, hətta düz su hovuzuna sökəyərək yerləşdirilib, əgər hovuza ordan mikrob düşsə 352 ailənin həyatı təhlükə altındadır. Yeddincisi həyətdə heç bir abadlıq işləri aparılmır,hətta ağacları sulamaq üçün su şlanqini sakin gətirib. Səkkizincisi sanitar qaydalara əsasən su çəni avqust ayında təmizlənib xlorlanmalı idi, olunmayib. Bir sözlə yazılası çox çatışmamazlıqlar var. Bu səbəblərdən də o, həmin şikətin fəaliyyətindən qane olmadığı üçün əlavə ödənişlər etməmişdir. Ancaq bunlara baxmayaraq vicdani cəhətdən əvvəlki komendant Cahangir və Şahəstə xanıma müraciət edərək bildirmişdir ki,bəzi hallarda lifdən və zibil atma xidmətlərinizdən istifadə etdiyi üçün ayda 15-20 manat onlara verə bilər. Şahəstə xanım öz rəislərinin buna razı olmadığını ona bildirmişdir. 10.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Fərid Əyyubov) 25 oktyabr 2021-ci il tarixli, 2(004)-6095/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1 3875 manat, X1 3719 manat, Cavabdeh10 Zahir oğlundan 2215 manat, Cavabdeh11 2130 manat, Cavabdeh2 2828 manat, Cavabdeh3 2754 manat, Cavabdeh4 3303 manat, Cavabdeh5 2719 manat, Cavabdeh6 4185 manat, Cavabdeh7 2230 manat, Cavabdeh8 3715 manat, Cavabdeh9 Əliabbas qızından 1946 manat məbləğində 01avqust 2021-ci il tarixə yaranmış əsas kommunal borclar tutularaq "xxxx" MTK-ya ödənilməsi qət olunmuşdur. 11.İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi şəxslərinin Dövlət Reyestrindən çıxarışa əsasən müəyyən olunur ki, Laguna MTK koorperativ kimi xx.xx.1997-ci il tarixdə ********** VÖEN nömrəsi ilə qeydiyyatdan keçmişdir. 12.İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli çıxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 45, korpus A, giriş 1, mənzil 17 Cavabdeh13 xüsusi mülkiyyətindədir və xx.xx.2013-cü il tarixdə, ********** № ilə qeydiyyata alınmışdır. 13.İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli çıxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 45, mənzil 234 Cavabdeh6 xüsusi mülkiyyətindədir və xx.xx.2013-cü il tarixdə, ********** № ilə qeydiyyata alınmışdır. 14.İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli çıxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 45, korpus B, giriş 1, mənzil 16 Cavabdeh8 xüsusi mülkiyyətindədir və xx.xx.2014-cü il tarixdə, ********** № ilə qeydiyyata alınmışdır. 15.İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli çıxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 45, Korpus A, giriş1, mənzil 13 Cavabdeh1 xüsusi mülkiyyətindədir və xx.xx.2018-ci il tarixdə, ********** №- ilə qeydiyyata alınmışdır. 16.İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli çıxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 45, korpus A, giriş 2, mənzil 222 Cavabdeh5 xüsusi mülkiyyətindədir və xx.xx.2013-cü il tarixdə, **********№ ilə qeydiyyata alınmışdır. 17.İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli çıxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 45, mənzil 32 Cavabdeh11 xüsusi mülkiyyətindədir və xx.xx.2013-cü il tarixdə, ********** № ilə qeydiyyata alınmışdır. 18.İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli çıxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 45, korpus B, giriş 1, mənzil 5 X2 xüsusi mülkiyyətindədir və xx.xx.2014-cü il tarixdə, ********** № ilə qeydiyyata alınmışdır. 19.İş materiallarında olan Laguna MTK ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2010-cu il tarixli 11/2021 saylı Koorperativ Binanın Mənzil Tikintisi haqqında müqaviləyə əsasən müəyyən olunur ki, koorpetrativ Laguna MTK Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki Ə.Əhmədov küçəsindəki ünvanda yerləşmiş tikilməkdə olan yaşayış binasının 1 Blok 8 mərtəbəsində 47№-li mənzili payçı-Cavabdeh3 verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. 20.İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli çıxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 45, korpus A, giriş 1, mənzil 47 Cavabdeh3 xüsusi mülkiyyətindədir və xx.xx.2013-cü il tarixdə, ********** № ilə qeydiyyata alınmışdır. 21.İş materiallarında olan Laguna MTK ilə Cavabdeh10 Zahir oğlu arasında bağlanmış xx.xx.2007-ci il tarixli 47 saylı Koorperativ Binanın Mənzil Tikintisi haqqında müqaviləyə əsasən müəyyən olunur ki, koorpetrativ Laguna MTK Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki Ə.Əhmədov küçəsindəki ünvanda yerləşmiş tikilməkdə olan yaşayış binasının 7-ci mərtəbəsində 42 №-li mənzili payçı- Cavabdeh10 Zahir oğluna verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. 22.Elektron çıxarışa əsasən müəyyən olunur ki, ünvan 3 ünvanında 6-cı mərtəbədə yerləşən, 2 otaqlı, ümumi sahəsi 83,30 olan 29 saylı mənzil Cavabdeh9 Əliabbas qızının mülkiyyətindədir. 23.Elektron çıxarışa əsasən müəyyən olunur ki, ünvan 3 ünvanında 14-cü mərtəbədə yerləşən, 3 otaqlı, ümumi sahəsi 116,80 olan 214 saylı mənzil Cavabdeh4 mülkiyyətindədir. 24.Elektron çıxarışa əsasən müəyyən olunur ki, ünvan 3 ünvanında 8-ci mərtəbədə yerləşən, 2 otaqlı, ümumi sahəsi 76,40 olan 46 saylı mənzil Cavabdeh2 mülkiyyətindədir. 25.İş materiallarında olan xx.xx.2012-ci il tarixli əmrə əsasən müəyyən olunur ki, Laguna MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov 45 Korpus “A”, və Korpus “B” ünvanda inşa edilmiş 1 ədəd 1 girişli və 1 ədəd 2 girişli 17 mərtəbəli 351 yaşayış mənzili olan yaşayış binalarının (ümumi əmlakın) saxlanılması və müxtəlif növ xidmətlərlə təmin edilməsi məqsədilə kommunal ödənişin məbləği 0,35 AZN məbləğində müəyyən edilmişdir. 26.İş materiallarında olan xx.xx.2019-cu il tarixli Təqdimatdan görünür ki, hər kv.m üçün ödənilməli olan kommunal xərclərin dəyəri 0,28 AZN təşkil edir. 27.İş materiallarında olan İddiaçı MTK üzvlərinin ümumi iclasının xx.xx.2013-cü il tarixli 10№-li protokolundan çıxarışa əsasən müəyyən olunur ki, Laguna MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov 45 Korpus “A”, və Korpus “B” ünvanda inşa edilmiş 1 ədəd 1 girişli və 1 ədəd 2 girişli 17 mərtəbəli 351 yaşayış mənzili olan yaşayış binalarının (ümumi əmlakın) saxlanılması və müxtəlif növ xidmətlərlə təmin edilməsi məqsədilə sahə mülkiyyətçilərinin ümumi əmlakda iştirak paylarına uyğun olaraq aylıq kommunal xərclərin 1 kv.m düşən dəyərinin 0,34 AZN qəbul edilməsi və bütün mülkiyyətçilər üçün məcburi sayılması qərara alınmışdır. 28.İş materiallarında olan Laguna MTK ilə Svord-A.A Services MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 21-TX074№-li Liftlərə texniki xidmət müqaviləsinə əsasən müəyyən olunur ki, cəmi liftlərin aylıq qiyməti 300 manat təşkil edir. 29.İş materiallarında olan xx.xx.2021-ci il tarixli Xidməti aktdan gürünür ki, icraçı təərfindən liftə texniki xidmət olunmuş, bütün işlər keyfiyyətli şəkildə və qrafikə əsasən yerinə yetirilmiş və xidmət haqqı 300 manat təşkil etmişdir. 30.İş materiallarında olan xx.xx.2021-ci il tarixli kassa məxaric orderinə əsasən Laguna MTK 300 manat məbləğində pulu Svord-A.A Services MMC-yə ödəmişdir. 31.İş materiallarında olan sifarişçi Laguna MTK ilə icraçı M.P.Ş. MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 17№-li müqaviləyə əsasən icraçı sifarişçiyə məxsus ərazidə yerləşən konteynerlərdə yığılmış bərk məişət tullantılarının daşınması və zərərsizləşdirilməsini və konteynerlərin ərazisini həftə ərzində bir dəfə, ay ərzində isə 4 dəfə olmaq şərtilə dezinfeksiya olunmasını, sifarişçi isə daşınma ilə əlaqədar lazım olan şəraiti və xidmət haqqının vaxtında ödənilməsini təmin edir. 32.İş materiallarında olan 29№-li Hesab fakturaya əsasən məişət tullantısının daşınması haqqı 320 manat təşkil etmişdir. 33.İş materiallarında olan xx.xx.2021-ci il tarixli kassa məxaric orderinə əsasən Laguna MTK 320 manat məbləğində pulu M.P.Ş MMC-yə ödəmişdir. 34.İş materiallarında olan sifarişçi Laguna MTK ilə icraçı UNİMAK MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 7№-li Texniki Xidmət Müqaviləsinə əsasən icraçı sifarişçiyə məxsus avadanlıqlara Texniki xidmətin göstərilməsini öz üzərinə götürür, Sifarişçi isə xidməti dəyərinin ödənilməsini təmin edir. Aylıq Texniki xidmətin ADV ilə birlikdə dəyəri 200 manat təşkil edir. 35.İş materiallarında olan xx.xx.2021-ci il tarixli 07 saylı Texniki Xidmət müqaviləsinə 1 saylı əlavəyə əsasən Grundfoss markalı nasoslara texniki baxışın qiyməti 200 manat təşkil etmişdir. 36.İş materiallarında olan xx.xx.2021-ci il tarixli kassa məxaric orderinə əsasən Laguna MTK 200 manat məbləğində pulu UNİMAC MMC-yə ödəmişdir. 37.İş materiallarında olan xx.xx.2021-ci il tarixli kassa məxaric orderinə əsasən Laguna MTK Qartal SS MMC-yə 1400 manat məbləğində pul ödəmişdir. 38.İş materiallarında olan Azərişıq tərəfindən təqdim edilmi xx.xx.2021-ci il tarixli hesab ödəniş vərəqinə əsasən müəyyən olunur ki, Laguna MTK-nın 1112,90 manat məbləğində borcu vardır. 39.İş materialllarında olan Laguna MTK tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2021-ci il tarixə Cavabdeh1 3875 manat, X3 3719 manat, Cavabdeh10 Zahir oğlunun 2215 manat, Cavabdeh11 2130 manat, Cavabdeh2 2828 manat, Cavabdeh3 2754 manat, Cavabdeh4 3303 manat, Cavabdeh5 2719 manat, Cavabdeh6 4185 manat, Cavabdeh7 2230 manat, Cavabdeh8 3715 manat, Cavabdeh9 Əliabbas qızının 1946 manat məbləğində kommunal xidməti üzrə Laguna MTK-ya borcu vardır. 40.Məhkəmə iddianı təmin edərkən qeyd etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov 45 Korpus “A”, və Korpus “B” ünvanda inşa edilmiş 1 ədəd 1 girişli və 1 ədəd 2 girişli 17 mərtəbəli 351 yaşayış mənzili olan yaşayış binalarının (ümumi əmlakın) iddia ərizəsində qeyd edilən mülkiyyətçilərinin və qanuni sahiblərinin qanunvericiliklə müəyyən edilmiş kommunal xidmətlərinin haqqının ödənilməməsi məhkəmə tərəfindən müəyyən edilmişdir. Məhkəmə baxışında iştirak edən cavabdehlər kommunal xidmətlərin ödənilməsindən imtina etmiş, digər cavabdehlər isə məhkəmə iclasına gəlməmiş və iddia tələbinə öz etirazlarını təqdim etməmişdirlər. Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi kommunal xidmətinin dəyərini minimum məbləğdə, AR Nazirlər Kabinetinin qərarına əsasən 0,34 manat və 0,28 manat məbləğlə hesablanmasını, lakin buna baxmayaraq, cavabdehlərin bu məbləğləri ödəməkdən imtina etməsini bildirmişdir. Məhkəmə qeyd edir ki, ümumi mülkiyyətdə olan binanın kommunal xərclərinin saxlanması üzrə ödənişlər etməsi binanın sahə mülkiyyətçilərinin vəzifəsidir ki, bu vəzifələrinin cavabdehlər tərəfindən yerinə yetirməsi iş materialları ilə təsdiqini tapmır. İddiaçı tərəf borclara dair arayış təqdim etməsinə və Cavabdeh1 3875 manat, X3 3719 manat, Cavabdeh10 Zahir oğlunun 2215 manat, Cavabdeh11 2130 manat, Cavabdeh2 2828 manat, Cavabdeh3 2754 manat, Cavabdeh4 3303 manat, Cavabdeh5 2719 manat, Cavabdeh6 4185 manat, Cavabdeh7 2230 manat, Cavabdeh8 3715 manat, Cavabdeh9 Əliabbas qızının 1946 manat məbləğində kommunal xidmətlərə görə borclarının olmasını qeyd etməsinə baxmayaraq, cavabdehlərin bir qismi məhkəmə iclasında onların MTK-ya pul ödəmək vəzifələrinin olmadığını, digər qismi isə bu məbləğin çox olduğunu bildirmişdir. Halbuki, hüquqi şəxsin aylıq kommunal xərclərin məbləğinə dair qərarı cavabdehlər tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə həmçinin Cavabdeh6 nümayəndəsi və vəkili Vəkil2 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş etirazlara münasibət bildirərək qeyd edir ki, iddia müddətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə olmalıdır. İddiaçı və cavabdeh arasında isə müqavilə mövcud deyildir. Buna görə də müqavilə tələbləri üçün 3 illik iddia müddəti tətbiq edilə bilməz. Məhkəmə həmçinin cavabdehlərin etirazlarında qeyd etdikləri müqavilə olmadığı üçün iddia tələbinin rədd edilməsi ilə bağlı tələblərini əsassız hesab edir. Belə ki, müqavilə azadlığı prinsipinə əsasən hər bir tərəf azad şəkildə müqavilə bağlaya bilər. İş üzrə cavabdehlərin müqavilə bağlamaq üçün iddiaçıya müraciət etməsi müəyyən edilmir. Məhkəmə qeyd edir ki, müqavilənin olmaması sahə mülkiyyətçilərini ümümi əmlakın saxlanılması xərclərindən azad etmir. 41.Məhkəmə öz mövqeyini Mənzil Məcəlləsinin 122.1.1, 135.1, 136.2, 137.1, 140.1, 141.3, 142.1ci, Mülki Prosesual Məcələnin 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 42.Cavabdeh6 qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-6095/2021 saylı qətnaməsinin Cavabdeh6 aid hissədə ləğv edilməsini, həmin hissədə iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 43.Cavabdeh3 qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-6095/2021 saylı qətnaməsinin Cavabdeh3 aid hissədə dəyişdirilərək, iddia tələbinin həmin hissədə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 44.Cavabdeh5 qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-6095/2021 saylı qətnaməsinin dəyişdirilərək, iddia tələbinin Cavabdeh5 aid hissədə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 45.Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-6095/2021 saylı qətnaməsinin dəyişdirilərək, iddia tələbinin Cavabdeh1 aid hissədə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 46.Cavabdeh8 qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-6095/2021 saylı qətnaməsinin dəyişdirilərək, iddia tələbinin Cavabdeh8 aid hissədə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 47.Cavabdeh X6 qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-6095/2021 saylı qətnaməsinin dəyişdirilərək, iddia tələbinin cavabdeh X5 aid hissədə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 48.Cavabdeh7 qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-6095/2021 saylı qətnaməsinin dəyişdirilərək, iddia tələbinin Cavabdeh7 oğluna aid hissədə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 49.Apellyator Cavabdeh6 apellyasiya şikayətini onunla əsaslandırır ki, kommunal xərclərlə bağlı ümumi yığıncağın qərarı əsaslı hesab oluna bilməz. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə də iddia müddəti üç il hesab edilmişdir. Vaxtaşırı ödəmələr üçün Mülki Məcəllənin 373.3-cü maddəsinin tələblərinə əsasəndə öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddətidə üç il hesab edilmişdir. Yəni hal-hazır ki, mübahisə ilə bağlı tərəflər arasında müqavilə olmadığını nəzərə alaraq məhkəmənin iddia müddətini tətbiq etməməsi qanunvericiliyin tələblərinə əsasəndə ziddir. Ona görə ki, İddiaçı MTK tərəfindən mənzil qanunvericiliyinin tələbləri pozularaq xx.xx.2013-cü il tarixində qərar (protokol) qəbul edildiyindən və həmin qərara (protokola) əsasən də kommunal xərclərinin ödənilməsi öhdəliyi sakinlərin üzərinə qoyulduğundan hal-hazırki, mübahisə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər olduğundan, son 3 illik iddia müddəti tətbiq edilməlidir. 50.Apelyator Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırır ki, kommunal xərclərlə bağlı ümumi yığıncağın qərarı əsaslı hesab oluna bilməz. Pul tələbinin müqavilədən irəli gələn əsasları da mövcud deyil, tərəflər arasında bununla bağlı müqavilə bağlanmamışdır. Bundan başqa iddiaçı iddianın verilə bilməsi üçün qanunla müəyyənləşdirilən iddia müddətini ötürmüşdür ki, bu da digər əsaslarla yanaşı iddia tələbinin rədd olunması üçün əsas idi. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi arayışdan görünür ki, Cavabdeh3 hesablanmış borc 2013-cü ilin iyul ayından 2021-ci ilin avqust ayına qədər yaranmışdır. Əgər iddiaçı öhdəliklərin yerinə yetirilməməsindən narazı idisə onda qanunla müəyyən edilən müddətdə məhkəməyə müraciət etməli idi. 51.Apelyatorlar Cavabdeh5, Cavabdeh1, Cavabdeh8, X6 və Cavabdeh7 apelyasiya şikayətləri eynilik təşkil etməklə onunla əsaslandırılır ki, cavabdehlərdən tələb olunan pulun tutulması üçün əsaslar olmalıdır. Bu əsas ya qanundan, ya da müqavilədən irəli gəlməlidir. Kommunal xidmətlərə görə pulun tutulması üçün qanuni göstərişlər Mənzil Məcəlləsinin müvafiq normalarında öz əksini tapmışdır. Həmin müddəaların hazırki iş üzrə cavabdehlərə münasibət də tətbiq edilməsi mümkün deyil. Bundan başqa iddiaçı iddianın verilə bilməsi üçün qanunla müəyyənləşdirilən iddia müddətini ötürülmüşdür ki, bu da digər əsaslarla yanaşı iddia tələbinin rədd olunması üçün əsas idi. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
52. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
53.Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş edərək, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verdi. 54.Məhkəmə kollegiyasının iclasında Cavabdeh8 apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş edərək, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verdi. 55.Məhkəmə kollegiyasının iclasında cavabdeh X6 apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş edərək, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verdi. 56.Məhkəmə kollegiyasının iclasında İddiaçı MTK-nın nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 57.Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 58.Maddə 38.1.Çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. 59.Maddə 38.2.Çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. 60.Maddə 45.5.Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. 61.Maddə 45.6.Çoxmənzilli binanın sahə mülkiyyətçisi həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının bu Məcəllənin tələbləri pozulmaqla qəbul edilmiş qərarından məhkəməyə o halda şikayət verə bilər ki, o, həmin yığıncaqda iştirak etməmiş olsun və ya belə qərarın qəbul edilməsinin əleyhinə səs vermiş olsun və həmin qərarla onun hüquqları və qanuni mənafeləri pozulmuş olsun. Belə şikayət haqqında məhkəməyə ərizə mülkiyyətçi qərarın qəbul edildiyi barədə bildiyi və bilməli olduğu gündən altı ay müddətində verilə bilər. 62.Maddə 135.1.Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 63.Maddə 136.2.Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakın saxlanılması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq və kommunal haqqdan ibarətdir. 64.Maddə 137.1.Çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. 65.Maddə 140.1.Çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. 140.2-ci maddəyə əsasən çoxmənzilli binanın əsaslı təmiri üzrə xərclərin ödənilməsi vəzifəsi həmin binanın bütün sahə mülkiyyətçilərinə binanın sahələrinə mülkiyyət hüququnun yarandığı andan şamil edilir. 66.Maddə 141.3. Çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. 67.Maddə 142.1. Çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanılır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən idarəedici təşkilat seçilərkən, həmin binanın hər bir sahə mülkiyyətçisi ilə ümumi yığıncağın qərarında göstərilən şərtlərlə və bu Məcəllənin 141-1.2-ci maddəsi nəzərə alınmaqla idarəetmə müqaviləsi bağlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 68.Maddə 372.1.Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 69.Maddə 373.3.Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 70.Maddə 375.2.Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 71.Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 72.Maddələr 14.2, 77.1, 78.1. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir; sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 73.Maddə 115.0.1. İşə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 74.Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 75.Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 76.Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 77.Maddələr 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.
Apellyasiya baxışının hədləri
78.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 79.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin cavabdehlər Cavabdeh6, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1, Cavabdeh8, X6 və Cavabdeh7 aid hissədə qanunililiyinin və əsaslılığının yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
80.Kollegiya qeyd edir ki, kommunal xərclərlə bağlı Laquna MTK-nin ümumi yığıncağının 30 aprel 2013-cü il tarixli qərarı olmasına baxmayaraq, apellyatorlar tərəfindən kommunal xərclər ödənilməmişdir. 81.Kollegiya qeyd edir ki, “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 29 dekabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar. Mənzil Məcəlləsinin 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Bununla yanaşı nəzərə alınmalıdır ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (Mənzil Məcəlləsinin 137.10-cu maddəsi). Öz növbəsində həmin Məcəllənin 142.1-ci maddəsi imperativ qaydada göstərir ki, çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanmalıdır. Qeyd olunan maddədə bu müqaviləyə dair tələblər də göstərilmişdir. Çoxmənzilli yaşayış sahələrində mənzil mülkiyyətçilərinin binaya aid ümumi yerlərdən və vasitələrdən (binanın fasadı, zirzəmisi, dəhlizi, lifti, damı və s.) birgə istifadə etmək ehtiyacı, həmin yaşayış binasının birgə idarə edilməsi zərurətini yaradır. Mənzil Məcəlləsinin 141.1ci maddəsinə müvafiq olaraq, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir.Beləliklə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin əlverişli və təhlükəsiz yaşamalarının təmin edilməsi və binanın ümumi əmlakından birgə istifadə edilməsinin tənzimlənməsini təmin etmək məqsədilə, Mənzil Məcəlləsinin 141.2-ci maddəsində mülkiyyətçilərin binanın idarə edilməsi üsulunu seçmək vəzifəsi nəzərdə tutulmuşdur.Həmin maddədə çoxmənzilli binanın idarə edilməsi üsulu üç formada nəzərdə tutulur:binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi;mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi;idarəedici təşkilat tərəfindən idarə edilməsi.Beləliklə, binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər. (Mənzil Məcəlləsinin 141.3-cü maddəsi). Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər...Çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti vasitəsilə həyata keçirilir. Mənzil Məcəlləsinin 119.1-ci maddəsində qeyd edilir ki, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir.Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq qaydada mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü nəzərdə tutmur. Belə ki, Məcəllənin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onları ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsindən azad etmir. Mənzil Məcəlləsinin 137.5-ci maddəsində qeyd edilir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər.İcrası məcburi olan qərarlar, yalnız çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu xüsusilə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir.Mənzil Məcəlləsinin 138.4-cü maddəsində göstərilir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı həmin binanın sahə mülkiyyətçilərinin Mənzil Məcəlləsinin 44-47-ci maddələrində müəyyənləşdirilən qaydada keçirilən ümumi yığıncağında bir ildən az olmayan müddətə müəyyən edilir. 82.Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında və ya Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qəbul edilmiş qərar əsasında ödəməlidirlər. 83.Kollegiya hesab edir ki, məhkəmə tərəfindən mübahisəyə çoxmənzilli binanın ümumi əmlakının saxlanılması üzrə xərclərin ödənilməsi ilə bağlı maddi hüquq normaları düzgün tətbiq edilmişdir. 84.Kollegiya apellyatorların çıxarışa əsasən mülkiyyətlərində olan mənzillərin ümumi sahəsinin, xx.xx.2019-cu il tarixə kimi kommunal xidmət haqqının 1 kv.m üçün 0,34 manat, həmin tarixdən hazırkı vaxta kimi 0,28 manat olmasını nəzərə alaraq, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. 85.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 iyul 2022-ci il tarixli, 9/4131 saylı rəyinə əsasən Cavabdeh1 Həmdiyyə oğlunun bütün ödənişləri, yaşadığı mənzilin ümumi sahəsi 105,8 kvm olması nəzərə alınmaqla, hər ay üçün kommunal xidmət haqqı 0,34 manat olmaqla xx.xx.2013-cü ildən xx.xx.2019-cu il tarixədək ödənilməmiş kommunal xidmət haqqı 2589,98 manat təşkil edir, (o cümlədən: 105,8 kvm x 0,34 manat x 72 ay), Cavabdeh1 Həmdiyyə oğlunun bütün ödənişləri, yaşadığı mənzilin ümumi sahəsi 105,8 kv.m olması nəzərə alınmaqla, hər ay üçün kommunal xidmət haqqı 0,28 manat olmaqla xx.xx.2019-cu ildən xx.xx.2021-ci il tarixədək ödənilməmiş kommunal xidmət haqqı 799,85 manat təşkil edir, (o cümlədən: 105,8 kvm x 0,28 manat x 27 ay); X4 bütün ödənişləri, yaşadığı mənzilin ümumi sahəsi 116,3 kv.m olması nəzərə alınmaqla, hər ay üçün kommunal xidmət haqqı 0,34 manat olmaqla xx.xx.2013-cü ildən xx.xx.2019-cu il tarixədək ödənilməmiş kommunal xidmət haqqı 2847,02 manat təşkil edir, (o cümlədən: 116,3 kvm x 0,34 manat x 72 ay),X3 bütün ödənişləri, yaşadığı mənzilin ümumi sahəsi 116,3 kv.m olması nəzərə alınmaqla, hər ay üçün kommunal xidmət haqqı 0,28 manat olmaqla xx.xx.2019-cu ildən xx.xx.2021-ci il tarixədək ödənilməmiş kommunal xidmət haqqı 879,23 manat təşkil edir, (o cümlədən: 116,3 kvm x 0,28 manat x 27 ay); Cavabdeh5 bütün ödənişləri, yaşadığı mənzilin ümumi sahəsi 116,3 kv.m olması, nəzərə alınmaqlai hər ay üçün kommunal xidmət haqqı 0,34 manat olmaqla xx.xx.2013-cü ildən xx.xx.2019-cu il tarixədək ödənilməmiş kommunal xidmət haqqı 2847,02 manat təşkil edir, (o cümlədən: 116,3 kvm x 0,34 manat x 72 ay), Cavabdeh5 bütün ödənişləri, yaşadığı mənzilin ümumi sahəsi 116,3 kv.m olması nəzərə alınmaqla, hər ay üçün kommunal xidmət haqqı 0,28 manat olmaqla xx.xx.2019-cu ildən xx.xx.2021-ci il tarixədək ödənilməmiş kommunal xidmət haqqı 879,23 manat təşkil edir, (o cümlədən: 116,3 kvm x 0,28 manat x 27 ay); Cavabdeh7 bütün ödənişləri, yaşadığı mənzilin ümumi sahəsi 60,5 kv.m olması nəzərə alınmaqla, hər ay üçun kommunal xidmət haqqı 0,34 manat olmaqla xx.xx.2013-cü ildən xx.xx.2019-cu il tarixədək ödənilməmiş kommunal xidmət haqqı 1481,04 manat təşkil edir, (o cümlədən: 60,5 kvm x 0,34 manat x 72 ay), Cavabdeh7 bütün ödənişləri; yaşadığı mənzilin 60,5 kv.m olması nəzərə alınmaqla, hər ay üçün kommunal xidmət haqqı 0,28 manat olmaqla xx.xx.2019-cu ildən xx.xx.2021-ci il tapixədək ödənilməmiş kommunal xiddmət haqqı 457,38 manat təşkil edir, (o cümlədən: 60,5 kv.m x 0,28 manat x 27 ay; Cavabdeh8 bütün ödənişləri yaşadığı mənzilin ümumi sahəsi 120,7 kv.m olması nəzərə alınmaqla, hər ay üçün kommunal xidmət haqqı 0,34 manat olmaqla xx.xx.2013-cü ildən xx.xx.2019-cu il tarixədək ödənilməmiş kommunal xidmət haqqı 2954,74 manat təşkil edir, (o cümlədən: 120,7 kvm x 0,34 manat x 72 ay), Cavabdeh8 bütün ödənişləri, yaşadığı mənziljn ümumi sahəsi 120,7 kv.m olması nəzərə alınmaqla, hər ay üçün kommunal xidmət haqqı 0,28 manat olmaqla xx.xx.2019-cu ildən 01,08.2021-ci il tarixədək ödənilməmiş kommunal xidmət haqqı 912,49 manat təşkil edir, (o cümlədən: 120,7 kvm x 0,28 manat x 27 ay); Cavabdeh6 bütün ödənişləri, yaşadığı mənzilin ümumi sahəsi 129,3. kv.m olması nəzərə alınmaqla, hər äy üçün kommunal xidmət haqqı 0,34 manat olmaqla xx.xx.2018-ci ildən xx.xx.2019-cu il tarixədək ödənilməmiş kommunal xidmət haqqı 395,66 manat təşkil edir, (o cümlədən: 129,3 kvm x 0,34 manat x 9 ay), Cavabdeh6n bütün ödənişləri, yaşadığı mənzilin ümumi sahəsi 129,3 kv.m olması nəzərə alınmaqla, hər ay üçün kommunal xidmət haqqı 0,28 manat olmaqla xx.xx.2019-cu ildən xx.xx.2021-ci il tarixədək ödənilməmiş kommunal xidmət haqqı 977,51 manat təşkil edir, (o cümlədən: 129,3 kvm x 0,28 manat x 27 ay); Cavabdeh3 bütün ödənişləri, yaşadığı mənzilin ümumi sahəsi 80,3 kv.m olması nəzərə alınmaqla, hər ay üçün kommunal xidmət haqqı 0,34 manat olmaqla xx.xx.2018-ci ildən xx.xx.2019-cu il tarixədək ödənilməmiş kommunal xidmət haqqı 245,72 manat təşkil edir, (o cümlədən: 80,3 kvm x 0,34 manat x 9 ay), Cavabdeh3 bütün ödənişləri, yaşadığı mənzilin ümumi sahəsi 80.3 kv.m olması nəzərə alınmaqla, hər ay üçün kommunal xidmət haqqı 0,28 manat olmaqla xx.xx.2019-cu ildən xx.xx.2021-ci il tarixədək ödənilməmiş kommunal xidmət 607,7 manat təşkil edir, (o cümlədən: 80,3 kvm x 0,28 manat x 27 ay). Qeyd edilir ki, təqdim edilmiş iş materiallarında adları qeyd edilən sakinlər tərəfindən kommunal ödənişlərlə bağlı qəbzlər öz əksini tapmamışdır. Beləliklə, hazırki tədqiqatla ekspertiza təyini haqqında qərardadda ekspert qarşısında qoyulmuş suallara və təqdim edilmiş mülki iş materiallarına əsasən ünvan 3, korpus “A” və “B”-də yaşayan adları qeyd edilən sakinlərin göstərilən tarixlər üzrə kommunal xidmətə görəİddiaçı MTKya olan ümumilikdə borcu 18.835,57 manat məbləğində olduğu müəyyən edilir. 86.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 87.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X3 təqdim etdiyi xx.xx.2013-cü il tarixli, 384874 saylı qəbzə əsasən-41,68 manat, xx.xx.2013-cü il tarixli, 386048 saylı qəbzə əsasən-41,68 manat, xx.xx.2013-cü il tarixli, 386220 saylı qəbzə əsasən-41,68 manat, xx.xx.2013cü il tarixli, 391732 saylı qəbzə əsasən-41,68 manat, xx.xx.2014-cü il tarixli, 391833 saylı qəbzə əsasən-41,68 manat, xx.xx.2014-cü il tarixli, 394841 saylı qəbzə əsasən-41,68 manat, xx.xx.2014cü il tarixli, 395090 saylı qəbzə əsasən-83,36 manat, cəmi 333,44 manat ödəniş olmuşdur. 88.Kollegiya hesab edir ki, cavabdeh X3 təqdim etdiyi ödəniş qəbzləri ekspert tərəfindən nəzərə alınmadığından, həmin ödənişlər ekspert tərəfindən müəyyən olunmuş cəmi 3726,25 manatdan çıxılmalıdır. Buna görə də, qətnamə cavabdeh X1 tutulan kommunal borcun məbləği hissəsində dəyişdirilməli, borcun məbləği 3392,81 manat (3726,25-333,44=3392,81) müəyyən edilməlidir. 89.Həmçinin ekspert rəyinə uyğun cavabdehlər Cavabdeh1 Həmdiyyə oğlu və Cavabdeh7 tutulan kommunal borcun məbləği hissələrində dəyişdirilməli, Cavabdeh1 Həmdiyyə oğlundan tutulmalı olan borcun məbləği 3389,83 manat, Cavabdeh7 tutulmalı olan borcun məbləği 1938,42 manat müəyyən edilməlidir. 90.Digər apellyatorlar Cavabdeh5, Cavabdeh8, X5 münasibətdə tələb olunan məbləğ ekspert rəyindən az olduğundan kollegiya MPM-nin 218.3-cü maddəsinə əsasən verilmiş tələb daxilində işə baxaraq, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş borcun məbləği ilə razılaşır. 91.Kollegiya apellyatorlar Cavabdeh6 və Cavabdeh3 münasibətdə birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında müqavilə olmadığı üçün iddia müddətinin tətbiq edilməməsi ilə bağlı dəlillərini əsaslı hesab edərək, qeyd edir ki, Mülki Məcəllənin 373.3-cü maddəsinə əsasən 3 illik iddia müddəti tətbiq olunmalıdır. 92.“E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. 93.Qeyd edilən qərarında həmin Məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. 94.Kollegiya qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başqa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. 95.Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan arətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia yaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. 96.Kollegiya qeyd olunanlara əsasən hesab edir ki, qətnamə apellyatorlar Cavabdeh6 və Cavabdeh3 aid hissələrdə ləğv edilməli, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissələrdə qismən təmin edilərək, xx.xx.2018-xx.xx.2021-ci illər üçün cavabdehlər Cavabdeh3 853,42 manat, Cavabdeh6 1373,17 manat yaranmış əsas kommunal borclar tutularaq "xxxx" MTK-ya ödənilməlidir. 97.Kollegiya apellyatorlar Cavabdeh5, Cavabdeh1, Cavabdeh8, X6 və Cavabdeh7 iddia müddətinin tətbiqi ilə bağlı dəlillərini əsassız hesab edərək, qeyd edir ki, iddiaçılar bununla bağlı birinci instansiya məhkəməsinə ərizə təqdim etmədiklərindən, onların bu dəlili əsaslı hesab edilə bilməz. 98.“L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarına əsasən MPM-nin 372.2-ci maddəsinə istinadla və yaxud MPM-nin 416-cı maddəsinin tələbləri baxımından tərəfin müvafiq olaraq apellyasiya və ya kassasiya instansiyası məhkəmələrində iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmək hüququ istisna olunur. Birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərlən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir. 99.Göründüyü kimi, apellyatorların əksəriyyəti birinci instansiya məhkəməsində iştirak etmiş, iştirak etməyənlər isə məlumatlı olmaqla, iddia müddəti ilə bağlı vaxtında ərizə təqdim etməmişlər. 100.Kollegiya apellyatorların ümumi yığıncağın qərarının əsassız hesab olunması ilə bağlı dəlillərini əsassız hesab edərək, qeyd edir ki, cavabdehlər həmin qərarı mübahisələndirməmişlər. 101.Buna görə də, apellyatorlar Mənzil Məcəlləsinin 45.6-cı maddəsinə əsasən ali orqan olan ümumi yığıncağın qərarını mübahisələndirmək hüququna malikdirlər. 102.Kollegiya hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 100 manatın 30 manatı iddiaçı Laquna MTK-dan, 10 manatı Cavabdeh6, 10 manatı Cavabdeh3, 10 manatı Cavabdeh5, 10 manatı Cavabdeh1, 10 manatı Cavabdeh8, 10 manatı X1, 10 manatı Cavabdeh7 ekspertizanın hesabına tutulmalıdır. 103.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Cavabdehlər Cavabdeh6, Cavabdeh3, Cavabdeh1, X6 və Cavabdeh7 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Cavabdehlər Cavabdeh5 və Cavabdeh8 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(004)-6095/2021 saylı qətnaməsi cavabdehlər Cavabdeh6 və Cavabdeh3 aid iddianın təmin edilən hissələrində ləğv edilsin, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia cavabdehlər Cavabdeh6 və Cavabdeh3 aid hissələrdə qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3 853,42 (səkkiz yüz əlli üç manat qırx iki qəpik) manat, Cavabdeh6 1373,17 (min üç yüz yetmiş üç manat on yeddi qəpik) manat yaranmış əsas kommunal borclar tutularaq "xxxx" MTK-ya ödənilsin. Qətnamə Cavabdeh1 Həmdiyyə oğlu, Cavabdeh7 və X1 əsas kommunal xidmətlərə görə tutulmalı olan borcun məbləğləri hissələrində dəyişdrilsin. Cavabdeh1 Həmdiyyə oğlundan tutulmalı olan əsas kommunal borcun məbləği 3389,83 (üç min üç yüz səksən doqquz manat səksən üç qəpik) manat, Cavabdeh7 tutulmalı olan əsas kommunal borcun məbləği 1938,42 (min doqquz yüz otuz səkkiz manat qırx iki qəpik) manat, X1 tutulmalı olan əsas kommunal borcun məbləği 3392,81 (üç min üç yüz doxsan iki manat səksən bir qəpik) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatın 30 (otuz) manatı iddiaçı Laquna MTK-dan, 10 (on) manatı Cavabdeh6, 10 (on) manatı Cavabdeh3, 10 (on) manatı Cavabdeh5, 10 (on) manatı Cavabdeh1, 10 (on) manatı Cavabdeh8, 10 (on) manatı X1, 10 (on) manatı Cavabdeh7 tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Namiq Cəfərov
Emin Mehdiyev