Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3128/2024 24.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1323/2024 saylı, 28 fevral 2024cü il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayəti nəzərdən keçirib Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azneft» İB Cavabdeh X6 və Maraqlı şəxs qarşı «xx.xx.2022-ci il tarixli, ******* nömrəli əmək qabiliyyəti olmaması vərəqəsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Maraqlı şəxs vəkili və nümayəndəsi Nümayəndə2 vəsatətlə məhkəməyə müraciət edərək, mülki iş üzrə icraata xitam verilməsinə dair qərardad qəbul edilməsi xahiş etmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Maraqlı şəxs vəkili və nümayəndəsi Nümayəndə2 iş üzrə icraata xitam verilməsi barədə vəsatətinin rədd edilməsi qərara alınmışdır. Həmin qərardaddan Maraqlı şəxs vəkili və nümayəndəsi Nümayəndə2 tərəfindən şikayət verilmişdir. Məhkəmənin e-2(003)-1323/2024 saylı, 04 aprel 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya şikayəti nəzərdən keçirərək hesab edir ki, şikayət qeyri-mümkün hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 395.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: - bu Məcəllədə göstərilən hallarda; - məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Həmin Məcəllənin 395.2-ci maddəsinə görə birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi maraqlı şəxsin şikayəti Məhkəmənin 28 fevral 2024-cü il tarixli qərardadının ləğv edilməsi ilə bağlıdır və Məhkəmə həmin qərardadla maraqlı şəxsin mülki işin icraatına xitam verilməsi barədə vəsatətini təmin etməmişdir. Kollegiya qeyd edir ki, MPM-nin 262.5-ci maddəsinə görə iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Göründüyü kimi, hazırda mübahisələndirilən qərardad işin sonrakı hərəkətinə mane olmur, habelə həmin, yəni iş üzrə icraata xitam verilməməsi barədə qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmamışdır. Mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən müddəasının mənasından da göründüyü kimi məhkəmənin işə baxarkən qəbul etdiyi bütün qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. Yalnız Mülki Prosessual Məcəllədə birbaşa göstərilən hallarda, həmçinin qərardad işin sonrakı hərəkətinə mane olduqda qəbul edilmiş qərardadlardan şikayət verilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, bu qəbildən olan qərardaddan şikayət verilməsi qanunvericilikdə nəzərdə tutulmadığından, maraqlı şəxs tərəfindən 28 fevral 2024-cü il tarixli qərardaddan verilən şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar mövcud olmadığından, həmin şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Qeyd olunmalıdır ki, əslində bu cür vəziyyət birinci instansiya məhkəməsinin prosessual hüquq normasını düzgün tətbiq etməməklə öz qərardadında ondan şikayət verilə bilməsi imkanını əks etdirməsi nəticəsində yaranmışdır; bununla belə nəzərə alınmalıdır ki, bu hal, həmin səhvin apellyasiya instansiyası məhkəməsi tərəfindən təkrarlanmasına səbəb ola bilməz. Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də qərardaddan verilmiş şikayəti qeyri-mümkün hesab edilərək, geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 361, 363.1.5, 366, 402, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1323/2024 saylı 28 fevral 2024cü il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-3128/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3128/2024
24.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver