Məhkəmə qərarları › İş №2(103)-3131/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3131/2023

11.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3131/2023 11.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 Həzixan oğluna və Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: “ümumi birgə mülkiyyətdə olan əmlakın qanunsuz özgəninkiləşdirilməsi ilə əlaqədar pul tələbi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X16 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(011)-122/2023 saylı qətnaməsindən İddiaçı və cavabdehlər Cavabdeh2, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləriinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İş üzrə tərəflərdən Cavabdeh2 ilə İddiaçı ər-arvad olmuşlar. Tərəflər arasında nikahın pozulması ilə əlaqədar 2012, 2016 və 2020-ci illərdə Xətai Rayon Məhkəməsində mülki işlər olmuş, 2012-ci ildə mülki işin icraatına xitam verilmiş, məhkəmənin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, lakin xx.xx.2016-cı il tarixdə tərəflər yenidən rəsmi nikaha daxil olmuşlar. Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı ikinci nikah pozulmuşdur. 2.Cavabdeh2 ərizəsinə əsasən, "xxxx" MMC-nin 21 dekabr 2015-ci il tarixli iclasında qeyd edilən mənzillərə dair Cavabdeh2lə bağlanmış müqavilələr ləğv olunmuş, ödədiyi məbləğin anasının adına keçirilməsi qərara alınmışdır. 21 dekabr 2015-ci il tarixdə sahəsi 101 kv.m olan 2 otaqlı mənzilin 47571 manata, sahəsi 97 kv.m olan 2 otaqlı mənzilin 59393 manata digər Cavabdeh1 tərəfindən alınması barədə müqavilələr bağlanmışdır. Sonuncu isə həmin mənzillərə mülkiyyət hüququnu rəsmiləşdirmiş və xx.xx.2020-ci il tarixli alğı-satqı müqavilələrinə əsasən, həmin mənzilləri ayrı-ayrılıqda dəyərləri 130000 və 135000 manat olmaqla X11 satmışdır. 3.İddiaçı məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada "xxxx" MMC tərəfindən sözügedən mənzillərə müəyyən edilmiş ümumi dəyərin - 430000 manatın 1/2 hissəsi olaraq 215000 manatın onun xeyrinə tutulmasını xahiş edir. a)Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı məhkəmədə iddia qaldıraraq, Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 nömrəli evin, 51 nömrəli və 52 nömrəli mənzillərinə görə mənzillərin ümumi dəyəri olan 430000 manat pulun 1/2 hissəsi – 215000 manat pulun və 505 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 5.İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanda 1 giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 97 kv.m olan 46 saylı mənzilə və həmin ünvanda 101 kv.m sahəsi olan 47 saylı mənzilə dair Cavabdeh1 "xxxx" MMC arasında bağlanmış mənzil tikintisinə və satışına dair xx.xx.2015-ci il tarixli müqavilələr Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 nömrəli evin 51 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, m 12, m1) və 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, m 12, m2) mənzilinə dair Cavabdeh1 X14 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ******* nömrəli və ******* nömrəli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, X8 adına Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 nömrəli evin, 51 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, m 12, m1) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarış və Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 841-842, 5 nömrəli evin, 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, m 12, m2) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841- 842, 5 nömrəli evin 51 nömrəli və 52 nömrəli mənzillərində (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, M12, mənzil 1 və mənzil 2) və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4397/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Cavabdeh2 paylarının müəyyən edilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, birləşdirilmiş iş üzrə iddiaçı X8 birləşdirilmiş iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, İddiaçı qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8080/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilərək Nərimanov Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli 2(005)- 231/2021 saylı qətnaməsi Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841- 842, 5 nömrəli evin 51 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m 12, m1) və 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, m 12, m2) mənzilinə dair Cavabdeh1 ilə X14 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ******* nömrəli və ******* nömrəli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, X8 adına Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 nömrəli evin 51 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, m 12, m1) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarış və Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 841-842, 5 nömrəli evin 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, m 12, m2) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarışın ləğv edilməsi, birləşdirilmiş iş üzrə iddiaçı X8 birləşdirilmiş iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, İddiaçı qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiasının təmin edilməməsi hissələrində ləğv edilmiş, həmin hissələr üzrə yeni qətnamə qəbul edilmiş, ilkin iddianın Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 nömrəli evin, 51 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, m 12, m1) və 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, m 12, m2) mənzilinə dair Cavabdeh1 ilə X14 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ******* nömrəli və ******* nömrəli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və X8 adına Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 nömrəli evin 51 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, m 12, m1) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarış və Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 841-842, 5 nömrəli evin 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, m 12, m2) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarışın ləğv edilməsi hissələrində rədd edilmiş, birləşdirilmiş iş üzrə iddiaçı X8 birləşdirilmiş iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, İddiaçı qarşı “mənzildən çıxarılma” tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və İddiaçı X11 məxsus Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 nömrəli evin 51 və 52 (yeni qaydalarla: AZ1008, Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, M12, M1 və AZ1008, ünvan 2 ünvandakı yaşayış sahəsindən məcburi qaydada çıxarılmış, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2103/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi qismən - Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, M12, M1 və AZ1008, Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841- 842, 5 nömrəli evin 51 və 52 saylı mənzillərdə 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh2 payının müəyyən edilməsinin qüvvədə saxlanılması hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin olunmamış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, cavabdehlərlə aralarında olan mübahisəli mənzillərə dair mübahisə bitmişdir. Lakin birinci instansiya məhkəməsinin ünvan 1 ünvanda 1 giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 97 kv.m olan 46 saylı mənzilə və həmin ünvanda 101 kv.m sahəsi olan 47 saylı mənzilə dair Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış mənzil tikintisinə və satışına dair xx.xx.2015-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi hissəsi yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Deməli, qüvvədə olan məhkəmə qərarları ilə bir daha təsdiq olunur ki, Cavabdeh2 mübahisəli mənzilləri iddiaçının razılığı olmadan digər cavabdeh olan anası Cavabdeh1 Mehdiqi qulu qızının adına keçirtmişdir. Hazırda qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-8080/2021 saylı qətnaməsi ilə aşağıdakılar müəyyən edilir: - Cavabdeh2 21 dekabr 2015-ci il tarixdə ərizə ilə "xxxx" MMC-yə müraciət edərək ünvan 1 ünvanda 1 giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 97 kv.m olan 46 saylı mənzilə və ünvan 1 ünvanda 1 giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 101 kv.m olan 47 saylı mənzilə dair onunla bağlanmış müqavilənin ləğv edilməsi və ödənilmiş məbləğ ona qaytarılmadan həmin mənzillərin anası Cavabdeh1 Mehdiqiqulu qızının adına rəsmiləşdirilməsini xahiş etmiş, "xxxx" MMC həmin ərizəyə əsasən MMC-nin 21 dekabr 2015-ci il tarixli müqaviləsi əsasında qeyd edilən mənzilləri 21 dekabr 2015-ci il tarixli alğı-satqı müqaviləsi ilə Cavabdeh1 Mehdiqi qulu qızının adına rəsmiləşdirilmiş, sonuncu isə 07 avqust 2020-ci il tarixdə bağlanmış AN-İ seriyalı ******* nömrəli və AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın alğı-satqı müqavilələrinə əsasən Cavabdeh1 Mehdiqiqulu qızı həmin mənzilləri X11 müvafiq olaraq 130000 manat və 135000 manata satmışdır. – Mübahisə edilən Cavabdeh2 ilə "xxxx" MMC arasında xx.xx.2013-cü il tarixdə bağlanmış 101 kv.m olan 2 otaqlı mənzilə görə və 97 kv.m olan 2 otaqlı mənzilə görə bağlanmış müqavilələrdə göstərilən mənzillərlə X8 adına Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 nömrəli evin, 51 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, m12, m1) mənzilinə dair xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarışda və Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841- 842, 5 nömrəli evin 52 saylı (yeni qaydalarla: ünvan 2 mənzilinə dair xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarışda göstərilən mənzillər eynidir. Bu halı tərəflər birinci instansiya məhkəməsində işə baxılarkən qəbul etmişlər. Həmin mənzillər ilkin iddiaçı ilə Cavabdeh2 birgə nikah dövründə əldə etdikləri əmlaklar olmuşdur. Beləliklə də, mübahisələndirilən mənzillərin xx.xx.2015-ci il tarixli müqavilələr əsasında ilkin iddiaçının razılığı olmadan digər cavabdeh olan Cavabdeh1 adına keçirilməsinin qanunsuzluğuna birinci instansiya məhkəməsi düzgün hüquqi qiymət vermişdir. Göründüyü kimi, qüvvədə olan məhkəmə aktı ilə müəyyən edilmişdir ki, hər iki mübahisəli mənzil İddiaçı ilə Cavabdeh2 birgə nikah dövründə əldə edilmişdir. Bu artıq preyudisial əhəmiyyətli bir faktdır. Mübahisəli mənzillərin qiymətinə gəldikdə isə hesab edir ki, digər Cavabdeh1 mənzilləri Rafail Abdullayevə ucuz qiymətə satmışdır. Bu fakt həm apellyasiya, həm də kassasiya instansiyası məhkəməsinin qırarları ilə müəyyən edilmişdir. Hətta, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 2103/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının 86-cı bəndində qeyd edilir ki, iddiaçının mənzillərin dəyərinə istinadla irəli sürdüyü dəlillər, hazırki işdə alıcının vicdanlı əldə edən kimi tanınmasını istisna edın hal deyildir. Məhkəmənin mənzillərin həqiqi dəyərinin müəyyən olunması üçün ekspertiza təyin etməməsi barədə dəlil də bu baxımdan əsassızdır. İddiaçı gələcəkdə mənzillərin satılmasına görə cavabdehlərə qarşı iddia verdiyi halda, mənzillərin dəyəri ilə bağlı dəlillər yoxlana bilər. Göründüyü kimi, qüvvədə olan Ali Məhkəmənin qərarında iddiaçının hazırki qaldırdığı iddia ilə müəyyən edilə biləcəyi qeyd edilmişdir. Ona görə də hesab edir ki, hazırki iddiada cavabdehlərdən tələb etdiyi məbləğ Cavabdeh1 ilə X14 arasında bağlanmış xx.xx.2021-ci il tarixli alğı-satqı müqavilələrində qeyd edildiyi kimi Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 nömrəli evin 52 nömrəli mənzilə görə 135000 manat məbləğin yarısı olmalı deyil. Çünki həmin mənzillərin real dəyəri daha çoxdur. Həmin ərazidə təmirli mənzillərin 1 kv.m-nin qiyməti təxminən 3000 manata yaxındır. Hər iki mənzilin ümumi faktiki sahəsinin cəmi 200 kv.m olması nəzərə alınarsa, təxminən mənzillərin dəyəri 600000 (altı yüz min) manat edir. Həmçinin apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi "xxxx" MMC-nin müvafiq mütəxəssis rəyi də nəzərə alınmalıdır. Mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841- 842, 5 nömrəli evin 51 və 52 nömrəli mənzillərinin 2020-ci ilin avqust ayına olan bazar qiyməti 410000-415000 manat, hazırki bazar qiyməti isə 425000-430000 manat təşkil edir. Göründüyü kimi, mənzillərin satıldığı dövrdə müəyyən edilən qiymətlə alğı-satqı müqaviləsində göstərilən qiymət arasında kəskin fərq mövcuddur. Nəzərə alınsa ki, mənzillərin yerləşdiyi bina “X19” və “Bakı Konqres Mərkəzi”-nin yanında yerləşir, o zaman mütəxəssis rəyində müəyyən edilən qiymət reallığa yaxındır. 6.Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, Cavabdeh2 verdiyi iddia ərizəsinə etiraza və iddia müddətinin tətbiq edilməsinə dair ərizəyə münasibətdə bildirmişdir ki, iddia ərizəsində qeyd edilənlər faktiki olaraq bundan əvvəl məhkəmə araşdırması olmuş digər mülki işdə verilən iddia ərizəsi ilə eyni məzmunludur. Etirazda qeyd edilən məqamlara əvvəlki məhkəmə araşdırması zamanı qiymət verilmiş və onların əsassız olduğu müəyyən edilmişdir. Cavabdehin hər dəfə hazırki iddiada tələb olunan pulun guya birgə nikah dövründə əldə olunmadığını sübut etməsi absurddur. Çünki bu məsələyə artıq qiymət verilmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8080/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin 14-cü səhifəsinin 7-ci abzasında qeyd edilir ki, yuxarıda sadalanan qanunvericilik normalarının tələbləri baxımından həmin mənzillər ilkin iddiaçı ilə Cavabdeh2 birgə nikah dövründə əldə etdikləri əmlaklar olmuşdur. Beləliklə də, mübahisələndirilən mənzillərin xx.xx.2015-ci il tarixli müqavilələr əsasında ilkin iddiaçının razılığı olmadan digər cavabdeh olan Cavabdeh1 adına keçirilməsinin qanunsuzluğuna birinci instansiya məhkəməsi düzgün hüquqi qiymət vermişdir. Göründüyü kimi mənzillərin birgə nikah dövründə əldə edilməsi işin mübahisəsiz halıdır. Həmçinin, buna digər məhkəmə aktı ilə hüquqi qiymət verilmişdir. Deməli, həmin mənzillər satılarkən də cavabdehin qanunsuz olaraq əldə etdiyi pul da tərəflər arasında bölünməlidir. Bundan başqa, cavabdeh məhkəməyə xx.xx.2022-ci il tarixdə iddia müddətinin tətbiqi barədə ərizə də vermişdir. Həmin ərizədə cavabdeh Ailə Məcəlləsinə istinad edərək 3 illik iddia müddətinin tətbiqini xahiş etmişdir. Hesab edir ki, bu da əsassızdır. Birincisi, oxşar ərizə bundan əvvəlki digər məhkəmələrdə də (həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində) təqdim edilmiş və məhkəmə də ona münasibət bildirərək əsassız olduğunu qeyd etmişdir. Belə ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-8080/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinin 13-cü səhifəsinin 4-cü abzasında qeyd edilir ki, sadalanan qanunvericilik əsaslarını və müvafiq Plenum qərarını əsas götürərək tərəflərin birinci dəfə nikahın pozulması ilə yenidən nikaha daxil olması arasında (09 fevral 2016-cı il tarixdən 21 aprel 2016-cı il tarixədək olması) olan fərqin qısa zaman kəsiyində olmasını, həmin dövrdə faktiki olaraq münasibətlərin davam etdirilməsini, onların nikah münasibətlərinin xx.xx.2020-ci il tarixdən pozulmasını habelə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 iyun 2020-ci il tarixli 2(103)-4263/2020 saylı qərardadında müəyyən edilmiş hallardan sonra İddiaçı iddia etdiyi müqavilələr barədə sonradan məlumatlı olmasının öz təsdiqini tapmasını nəzərə alaraq birinci instansiya məhkəməsinin iddia müddətinin tətbiqinin rədd edilməsi barədə nəticəsini məhkəmə kollegiyası əsaslı sayır və hesab edir ki, ilk iddiaçı ünvan 1 ünvanda İ giriş 12-ci mərtəbədə yerləşın ümumi sahəsi 97 kv.m olan 46 saylı mənzilə və ünvan 1 ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 101 kv.m olan 47 saylı mənzilə dair Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi, həmçinin birgə nikah dövründə əldə edilmiş mənzillərlə bağlı xx.xx.2013-cü il tarixdə bağlanmış müqavilələrə, həm də Bakı Apellyasiya Məhkəməsinin 06 avqust 2018-ci il tarixli 2(103)-4397/2018 saylı icra sənədi üzrə əldə edilməli olan pul məbləği ilə də bağlı iddia tələbləri üzrə düzgün hüquqi nəticələrə gəlmişdir. Göründüyü kimi, artıq iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirilmiş və müəyyən edilmişdir ki, müddət keçməmişdir. Lakin bu fakt cavabdehi yenə də eyni məhkəməyə eyni məzmunlu təkrar ərizə verməkdən çəkindirmir. Cavabdeh hər dəfə bu ərizələri ilə məhkəməni çaşdırmağa çalışır. Həmçinin qeyd edim ki, tərəflər birgə nikahda olduqları birinci və ikinci nikah dövründə mübahisəli mənzillərin Cavabdeh2 adına olduğunu bilməmişdir. İddiaçı tarixi saxtalaşdırılaraq xx.xx.2015-ci il kimi qeyd edilən digər cavabdeh X2 ilə "xxxx" MMC arasında bağlanmış müqavilələr barədə xx.xx.2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsində keçirilmiş məhkəmə iclasında xəbər tutmuşdur. Belə ki, həmin iclasda Cavabdeh2 Xətai Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli 2(011)-2247/2020 saylı qərardadından verilmiş şikayətinə baxılaraq şikayət təmin edilmiş və ünvan 1 ünvanda yerləşən "xxxx" MMC tərəfindən inşa olunmuş yaşayış binasının İ girişində 46 saylı və 47 saylı mənzillərin üzərinə qoyulmuş həbs götürülmüşdür. Həbsin götürülməsinin əsas səbəbi isə mübahisəli mənzillərin Cavabdeh2 adına deyil, onun anası X1 adına olması göstərilmişdir. Bundan sonra, iddiaçı mübahisəli mənzillərə dair qayınanası X2 ilə "xxxx" MMC arasında quya xx.xx.2015-ci il tarixli müqavilə bağlandığını bilmişdir. Göründüyü kimi, iddiaçı mənzillərin addan-ada keçdiyini, yəni, hüququnun pozulduğunu xx.xx.2020-ci il tarixdə bilmişdir. Əgər mənzillərin Xəqaninin anası Gülbaharın adına olduğunu bilsəydi, əvvəlcədən Xətai Rayon Məhkəməsinə müraciət edərkən sonuncunu da cavabdeh kimi qeyd edərdi. Bundan başqa, mübahisəli mənzillərin Xəqaninin anasının adına olduğunu 2016-cı ildə birinci nikah pozulduqdan sonra bilmiş olsaydı belə, yenə də iddia müddəti tətbiq oluna bilməz. X12 əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Mülki qanunvericilik daha sonra qeyd edir ki, nikahın mövcud olduğu dövrdə ərlə arvadın arasındakı tələblər üzrə iddia müddətinin axımı dayandırılır. İşdən də göründüyü kimi iddiaçı ilə cavabdeh arasında olan birinci nikah xx.xx.2016-cı il tarixdə pozulmuş, xx.xx.2016-cı tarixdə, yəni cəmi 2 ay sonra isə cavabdehlə yenidən nikaha daxil olmuşdur. Göründüyü kimi aralarındakı nikah münasibətləri davam etdişdir. Təbii ki, yenidən nikaha daxil olduqdan sonra iddiaçı cavabdehə qarşı əmlakla bağlı iddia verməsi məntiqsiz idi, çünki artıq birlikdə yaşayır və birgə təsərrüfat aparırdılar. Həmçinin, iddiaçı həmin dövrdə mübahisəli mənzillərin cavabdeh Xəqaninin adında olduğunu bilmişdir. Xəqani sonradan MMC-nin direktoru İmdad Dursunovla cinayət əlaqəsinə girərək müqaviləni əvvəlki tarixlə anası Gülbaharın adına iddiaçının razılığı olmadan dəyişdirməyə nail olmuşdur. Hansı ki, bu fakt da digər məhkəmə araşdırması zamanı təsdiqini tapmışdır. Odur ki, iddia ərizəsinə etirazda qeyd edilənlərin nəzərə alınmamasını və iddia müddətinin tətbiq edilməməsini, Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 nömrəli evin 51 nömrəli və 52 nömrəli mənzillərinə görə mənzillərin ümumi dəyəri olan 430000 manat pulun 1/2 hissəsi – 215000 manat pulun və 505 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. 7.Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyib, izahatında bildirmişdir ki, mənzillərin alış qiyməti həmin dövrün məzənnəsi ilə 60 000 dollar və 75 000 dollar olmuşdur. Ümumi praktikaya əsasən hesablandıqda (0.78 əmsal əsas götürüldükdə) isə mənzillərin alış qiyməti hazırkı dövrdə 106 000 manat təşkil edir və mənzil alınan zaman təmirli olmuşdur. Məlumat üçün məhkəməyə bildirir ki, Xaqani Hakverdiyev ilkin olaraq dörd otaqlı mənzil almış, lakin həmin ərazidə dövlət əhəmiyyətli bina tikildiyindən həmin dörd otaqlı mənzil sökülmüşdür. Bunun əvəzində isə ona iki ədəd iki otaqlı mənzil verilmiş və bu hal alğı-satqı müqaviləsi kimi rəsmiləşdirilmişdir. Xaqani Hakverdiyeva verilən mənzillər təmirli olmuşdur. Beləki, Xaqani Hakverdiyevin yaxın qohumu mənzilin təmiri əvəzi kimi MTK-ya 25 000 manat ödəmişdir. Həmin dörd otaqlı mənzilə dair də, məhkəmə mübahisəsi olmuşdur. Belə ki, evin sökülməsinə dair tərəflərə elə birgə nikah dövründə 94000 manat məbləğində pul ödənilmiş və 94000 manat məbləğində pul vəsaitini tərəflər birgə nikah dövründə xərcləmişdir. Mənzilin cavabdehin anasının adına rəsmiləşdirilməsinə aydınlıq gətirərək bildirmək istəyir ki, tərəflər arasında nikah pozulmuş, iddiaçı təxminən 2015-ci ildə 8-10 ay müddətində atasının yanında qalmış, lakin sonradan tərəflər yenidən nikaha girmişlər. Tərəflərin ikinci nikahı dövründə də aralarında mübahisələr olmuşdur. Xaqani Hakverdiyevin qohumu ödədiyi 25000 məbləğində pulu tələb edəndə mənzil cavabdehin anasınən adına rəsmiləşdirilmişdir. Hazırda isə tərəf müqavilədə mənzilin satış qiymətinin olduğundan aşağı yazıldığı bildirir. Halbuki mənzilə dair pul notariatın ofisinin depozit hesabına yüklənmişdir və notarial qaydada məhz müqavilədə qeyd edilən pulun ödənildiyi təsdiqlənmişdir. Əgər qarşı tərəfin iddia etdiyi kimi olsa və müqavilədən mənzilin dəyərinin aşağı yazıldığı müəyyən olunsaydı, həmin vaxt mənzilin alıcısı da müqavilədə mənzilin dəyərinin aşağı yazılması ilə razılaşmazdı. Belə ki, bu hal sonradan müqavilənin tərəfləri arasında olan mübahisələrin olmasına gətirib çıxarardır. Həmçinin qeyd etmək etmək istəyir ki, hazırda mübahisəsi olunan əmlak birgə nikah dövründə əldə edilmiş və birgə nikah dövründə satılmışdır. Həmin mənzilin alış-satış qiyməti iddiaçı tərəfindən mübahisələndirilməmiş və məhkəmə də həmin hissəni araşdırmamışdır. İkincisi əgər ev birgə nikah dövründə təmir edilmişdirsə, iddiaçı tərəf evin təmiri ilə bağlı da məhkəməyə hər hansı sənəd-sübut təqdim etməmişdir. Ali Məhkəmənin qərarına və digər məhkəmə qərarlarında iddiaçıya birgə nikah dövründə əldə edilmiş əmlakın yarısını tələb etmək hüququnu verir. Mənzillərin alış qiyməti nəzərə alınaraq tərəflər arasında həmin pulun yarısı bölünə bilərdi. Lakin hesab edir ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, iddiaçı evin cavabdehin anasının adına rəsmiləşdirilməsində məlumatlı idi və sonuncu məhkəmə prosesinə kimi iddiaçı mənzilin cavabdehin anasının adına olmasını mübahisələndirməmişdir. 8.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim-Sahibə Hacıyeva) 11 yanvar 2023-cü il tarixli, 2(011)-122/2023 saylı qətnaməsi ilə (bundan sonra-məhkəmə) iddia tələbi qismən təmin edilərək, 132500 (yüz otuz iki min beş yüz) manat məbləğində pul vəsaiti və 252,50 manat məbləğində dövlət rüsumunun Cavabdeh2 və Cavabdeh1 alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan: 9.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ilkin iddia qismən təmin edilərək, ünvan 1 ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 97 kv.m olan mənzilə və həmin ünvanda 101 kv.m sahəsi olan 47 saylı mənzilə dair Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış mənzil tikintisinə və satışına dair xx.xx.2015-ci il tarixli müqavilələr; Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, m 12, m1) və 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, m 12, m2) mənzilinə dair Cavabdeh1 ilə X14 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ******* nömrəli və ******* nömrəli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, X8 adına Bakı şəhəri,Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 nömrəli evin 51 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, m 12, m1) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarış və Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 841-842, 5 saylı evin 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, m 12, m2) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 saylı və 52 saylı mənzillərində (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsi, 8, M12, mənzil 1 və mənzil 2) və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4397/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Cavabdeh2 "xxxx" MMC tərəfindən ödənilməli olan ümumi məbləğin, yəni 142320 manatın (mənzilə görə ödənilmiş 94880 manat, əldən çıxmış faydaya görə 47440 manat) 80661 manat məbləğində pulda 1/2 hissədə İddiaçı, 1/2 hissədə isə Cavabdeh2 paylarının müəyyən edilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, birləşdirilmiş iş üzrə iddiaçı X8 birləşdirilmiş iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, İddiaçı qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. 10.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 noyabr 2021-ci il tarixli 2(103)- 8080/2021 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 26 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməsi, birləşdirilmiş iş üzrə iddiaçı X8 apellyasiya şikayətnin təmin edilməsi, Nərimanov Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli 2(005)-231/2021 saylı qətnaməsi Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, m 12, m1) və 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, m 12, m2) mənzilinə dair Cavabdeh1 ilə X14 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ******* nömrəli və ******* nömrəli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, X8 adına Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 nömrəli evin 51 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, m 12, m1) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarış və Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, m 12, m2) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarışın ləğv edilməsi, birləşdirilmiş iş üzrə iddiaçı X8 birləşdirilmiş iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, İddiaçı qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiasının təmin edilməməsi hissələrində ləğv edilməsi, həmin hissələr üzrə yeni qətnamə qəbul edilərək, ilkin iddianın Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, m 12, m1) və 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, m 12, m2) mənzilinə dair Cavabdeh1 ilə X14 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ******* nömrəli və ******* nömrəli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, X8 adına Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 nömrəli evin 51 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, m 12, m1) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarış və Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, m 12, m2) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarışın ləğv edilməsi hissələrində rədd edilməsi; Birləşdirilmiş iş üzrə iddiaçı X8 birləşdirilmiş iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, İddiaçı qarşı “mənzildən çıxarılma” tələbinə dair tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və İddiaçı X11 məxsus Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 saylı və 52 saylı (yeni qaydalarla: Az1008, ünvan 3 ünvandakı yaşayış sahəsindən məcburi qaydada çıxarılmaları, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. 11.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 may 2022-ci il tarixli 2(102)-2103/2022 saylı qərarının surətindən görünür ki, iddiaçı Allahverdiyeva Xumar İrzivan qızının kassasiya şikayətinin təmin edilməməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi qismən - Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 və 52 saylı mənzillərdə 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh2 payının müəyyən edilməsinin qüvvədə saxlanılması hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin olunmaması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 12."xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəmə sorğusuna 27 oktyabr 2020-ci il tarixli cavab məktubundan görünür ki, Cavabdeh2 adına bağlanmış xx.xx.2013-cü il tarixli müqavilələrə əsasən Qədirbəyova küçəsi, 4 ünvanında 97,0 kv.m olan iki otaqlı və 101,0 kv.m olan 2-otaqlı mənzillərə görə həmin tarixdə müqavilənin 7.2-ci bəndinə əsasən sahibkarlardan olan X9 tam ödənilmişdir. Sahibkarlar tərəfindən əmlak satışdan götürülən məbləğlərin siyahısı ümumi sənədlərlə birlikdə Baş prokurorluğun Korrupsiyaya qarşı istintaq idarəsinə verilib müstəntiq İlqar Səadətovun icraatındadır. 13."xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkil sorğusuna 27 aprel 2021-ci il tarixli cavab məktubundan görünür ki, Cavabdeh2 adına bağlanmış xx.xx.2013-cü il tarixli müqavilələrə əsasən Qədirbəyova küçəsi, 4 ünvanında 97,0 kv.m olan 2-otaqlı və 101,0 kv.m olan 2-otaqlı, müqavilənin 7.2-ci bəndində göstərildiyinə əsasən sahibkarlardan olan X15 həmin mənzilləri özünə götürdüyü üçün ondan almışdır, idarənin xəzinəsinə həmin mənzillərdən Haqverdiyev Xəqani tərəfindən vəsatət daxil olmamışdır, heç bir qəbz mövcud deyil. Sahibkarlar tərəfindən əmlak satışdan götürülən məbləğlərin siyahısı ümumi sənədlərlə birlikdə Baş prokurorluğun Korrupsiyaya qarşı istintaq idarəsinə verilib müstəntiq İlqar Səadətovun icraatındadır. 14."xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 14 dekabr 2018-ci il tarixli xəzinə məxaric orderindən görünür ki, Cavabdeh2 94.886 (doxsan dörd min səkkiz yüz səksən altı) manat mənzil haqqı qaytarılmışdır. 15."xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru X17 ilə Cavabdeh2 arasında bağlanmış 09 sentyabr 2013-cü il tarixli 67a saylı “Mənzil tikintisinə və satışına dair” müqavilədən müəyyən edilir ki, bü müqavilənin şərtlərinə əsasən, “Sifarişçi” sifariş edir, “İcraçı” isə ünvan 4 ünvanda tikiləcək yüksək mərtəbəli yaşayış binasının 1-ci giriş, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97,0 m2 olan 2- otaqlı mənzili 24 ay müddətində tikib “Sifarişçi”yə təhvil verir. Müqavilənin 7.1-ci bəndinə əsasən, “Sifarişçi” tərəfindən ümumi müqavilə qiyməti 75660 (yetmiş beş min altı yüz altmış) ABŞ dolları “İcraçı”ya tam ödənilmişdir. 16."xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru X17 ilə Cavabdeh2 arasında bağlanmış 09 sentyabr 2013-cü il tarixli 47 b saylı “Mənzil tikintisinə və satışına dair” müqavilədən müəyyən edilir ki, bü müqavilənin şərtlərinə əsasən, “Sifarişçi” sifariş edir, “İcraçı” isə ünvan 4 ünvanda tikiləcək yüksək mərtəbəli yaşayış binasının 1-ci giriş, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 101,0 m2 olan 2- otaqlı mənzili 24 ay müddətində tikib “Sifarişçi”yə təhvil verir. Müqavilənin 7.1-ci bəndinə əsasən, “Sifarişçi” tərəfindən ümumi müqavilə qiyməti 60600 (altmış min altı yüz) ABŞ dolları “İcraçı”ya tam ödənilmişdir. 17."xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 02 noyabr 2021-ci il tarixli 730 saylı vəkil sorğusu üzrə 05 noyabr 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 841-842-ci məhəllədə yerləşən 5 saylı evin 51 və 52 saylı mənzillərinin 2020-ci il avqust tarixə olan bazar qiyməti – 410000 (dörd yüz on min) – 415000 (dörd yüz on beş min) manat; hazırki bazar qiyməti: 425000 (dörd yüz iyirmi beş min) manat təşkil edir. 18."xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 03 noyabr 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Əmlaka baxış keçirilməsinə şərait yaradılmamışdır. Əmlakın qiymətləndirilməsi İddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillər əsasında aparılmışdır. 51 və 52 nömrəli, iki ədəd 2 otaqlı mənzillər birləşdirilərək, 5 otaqlı mənzilə çevrilmişdir. Əmlakın dəyəri faktikin vəziyyətinə və hazırki bazara görə hesablanmışdır. 2020-ci il avqust ayına görə mənzillərin dəyəri elə də aşağı olmamışdır. Sadəcə 2020-ci il pandemiya dövrü olduğundan bazarda durğunluq olmuşdur. Bütün göstərilənlər nəzərə alınmaqla aparılan təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 841-842-ci məhəllədə yerləşən 5 saylı evin 51 və 52 saylı mənzillərin hesablanmış hazırki bazar dəyərin – 483500 (dörd yüz səksən üç min beş yüz) manat; hazırki likvid dəyəri - 465000 (dörd yüz altmış beş min) manat; 2020-ci ilin avqust ayına bazar dəyəri – 470000 (dörd yüz yetmiş min) manat; 2020-ci ilin avqust ayına likvid dəyəri – 452000 (dörd yüz əlli iki min) manat təşkil edir. 19.Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 mülki iş ilə əlaqədar 18 oktyabr 2022-ci il tarixli mülahizəsindən görünür ki, AR Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(102)-2103/2022 saylı qərarın 86-cı bəndinə istinad edərək öz fikrini guya Ali Məhkəmənin qərarı ilə verilmiş göstəriş kimi qeyd etməyə çalışır. Nəzərə alınmalıdır ki, hazırki iddiaçı Ali Məhkəmənin icraatında olmuş 2(102)-2103/2022 saylı iş ilə əlaqədar pay haqqının müəyyən olunmasına dair iş üzrə təqdim etdiyi kassasiya şikayətində mənzilin dəyərinin ekspert rəyi əsasında müəyyən olunmasını yazdığı üçün, Ali Məhkəmənin qərarında həmin tələbə münasibət bildirilərək, qərarın 86-cı bəndində yazılmışdır; “İddiaçı gələcəkdə mənzillərin satılmasına görə cavabdehlərə qarşı iddia verdiyi halda, mənzillərin dəyəri ilə bağlı dəlillər yoxlana bilər”. Bununla əlaqədar, Ali Məhkəmənin qərarında yazılır ki, belə bir tələb olarsa “dəlillər yoxlana bilər” kimi münasibət bildirildiyi halda, iddiaçı bu yanaşmanı Ali Məhkəmənin göstərişi kimi qeyd etməyə çalışır. Bu yanlışdır!! Nəzərə alınmalıdır ki, Cavabdeh2 razılıq ərizəsi əsasında eyni mənzillər ilə əlaqədar 21 dekabr 2015- ci il tarixdə MMC ilə Cavabdeh1 arasında bağlanmış müqavilələr üzrə cəmi ödənilmiş məbləğ 107.000 manat olmuşdur. Beləliklə iddiaçı yalnız 2013cü il tarixdə, yaxud dekabr 2015-ci il tarixdə "xxxx" MMC-nin inşa etdiyi binalarda həmin dövrdə satış məbləğin (qiymətin), yəni bir kvadrat metr mənzil sahəsinin həmin vaxtlarda qiymətinin nə qədər olmasını MMC-yə sorğu göndərməklə dəqiqləşdirə bilər, yaxud məhkəmə belə bir sorğu verə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsinin hüquqi əsası kimi AM-nin 32 və 36-cı maddəsi göstərildiyindən, habelə Cavabdeh2 mənzil 21 dekabr 2015-ci ildə Cavabdeh1 satmamışdır. Həmin vaxt Cavabdeh2 MMC-yə ərizə ilə müraciət edərək mənzillərin Cavabdeh1 adına keçirilməsinə razılıq vermişdir. Xəqani bu halda mənzili digər tərəfə satmamışdır. Əksinə MMC-nin məhkəmə sorğusuna verdiyi cavabda (işə əlavə edilib) qeyd olunur ki, Cavabdeh2 xx.xx.2013-cü il tarixli müqavilələr üzrə MMC-yə hər hansı formada ödəniş etməmişdir. İş materiallarına əlavə edilmiş digər sübutlarla (məhkəmə qətnaməsi, MMC-nin məxaric qəbzi və s.) təsdiq olunur ki, Xəqani tərəfindən MMC-yə ödənilmiş pul məbləği sonradan məhkəmə qətnaməsi əsasında Cavabdeh2 18 dekabr 2018-ci il tarixdə qaytarılmışdır. Qeyd olunanlardan əlavə nəzərə alınmalıdır ki, Cavabdeh2 mübahisələndirilən mənzilləri satıb pul əldə etməmişdir. Cavabdeh2 müqavilədə göstərilmiş məbləğ müqabilində mənzilin onun adından çıxarılmasına razılıq vermişdir. İddiaçının əsassız formada AR Məhkəmə sistemində belə bir hüquqa və qanuna zidd təcrübə mövcud deyildir. Odur ki, nəzərə alınmasını xahiş edir. Tərəfin iddia etdiyi hazırki dovrdə qeyd olunan ərazidə mənzillərin bazar dəyəri kimi fikirlər, işin faktiki halları ilə uzlaşmır. İddiaçı yalnız xx.xx.2013-cü il tarixdə Cavabdeh2 adına müqavilə rəsmiləşdirilərkən qeyd olunan mənzillərin yerləşdiyi binada MMC-də 1 kv.metrin satış qiymətin müəyyən etməyi mübahisələndirə bilər. Eyni zamanda bununla əlaqədar məhkəmə tərəfindın MMC-yə sorğu göndərilə bilər. 20.Məhkəmə müəyyən etmişdir ki, iş üzrə tərəflərdən Cavabdeh2 ilə İddiaçı ər-arvad olmuşlar. Tərəflər arasında nikahın pozulması ilə əlaqədar 2012, 2016 və 2020-ci illərdə Xətai Rayon Məhkəməsində mülki işlər olmuş, 2012-ci ildə mülki işin icraatına xitam verilmiş, məhkəmənin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, lakin xx.xx.2016-cı il tarixdə tərəflər yenidən rəsmi nikaha daxil olmuşlar. Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı ikinci nikah pozulmuşdur. Hazırkı iş üzrə iddianın predmetini birgə nikah dövründə - 09 sentyabr 2013- cü il tarixlərdə Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış alğı-satqı müqavilələri əsasında əldə olunmuş iki ədəd iki otaqlı mənzil təşkil edir. Cavabdeh1 iddiaçının keçmiş qaynanası və digər cavabdehin anasıdır. Cavabdeh2 ərizəsinə əsasən, "xxxx" MMC-nin 21 dekabr 2015-ci il tarixli iclasında qeyd edilən mənzillərə dair Cavabdeh2lə bağlanmış müqavilələr ləğv olunmuş, ödədiyi məbləğin anasının adına keçirilməsi qərara alınmışdır. 21 dekabr 2015-ci il tarixdə sahəsi 101 kv.m olan 2 otaqlı mənzilin 47571 manata, sahəsi 97 kv.m olan 2 otaqlı mənzilin 59393 manata Cavabdeh1 tərəfindən alınması barədə müqavilələr bağlanmışdır. Sonuncu isə həmin mənzillərə mülkiyyət hüququnu rəsmiləşdirmiş və xx.xx.2020-ci il tarixli alğı-satqı müqavilələrinə əsasən, həmin mənzilləri ayrıayrılıqda dəyərləri 130000 və 135000 manat olmaqla X11 satmışdır. Hazırda iddiaçı cavabdehlərdən müştərək qaydada "xxxx" MMC tərəfindən sözügedən mənzillərə müəyyən edilmiş ümumi dəyərin - 430000 manatın 1/2 hissəsi olaraq 215000 manat tələb edir. 21.Məhkəmə hesab etmişdir ki, mənzillər tərəflərin ümumi mülkiyyəti olduğundan və xx.xx.2020-ci il tarixli alğı-satqı müqavilələrinə əsasən, həmin mənzillər ümumi olaraq 265.000 (ayrı-ayrılıqda 130000 və 135000 manat olmaqla) manata satıldığından, məhz satışdan əldə olunmuş pul məbləğinin 1/2 hissədə cavabdehlərdən iddiaçının xeyrinə tutulması qanunidir. Belə ki, hər iki cavabdeh öz hərəkətləri ilə (Cavabdeh2 mənzillərə dair onunla "xxxx" MMCarasında bağlanmış müqavilənin iddiaçının razılığı alınmadan ləğv edilərək anasının adına keçirilməsi ilə, Cavabdeh1 isə həmin mənzilləri vicdanlı alıcı olan X11 sataraq varlanmaqla) iddiaçıya maddi ziyan vuraraq onu əmlak hüquqlarından məhrum etmişlər. 22.Buna görə də məhkəmə belə qənaətə gəlmişdir ki, iddia qismən təmin еdilməli, Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 nömrəli evin 51 nömrəli və 52 nömrəli mənzillərinə görə mənzillərin satışından əldə olmuş 265.000 (iki yüz altmış beş min) manat pulun 1/2 hissəsi – 132500 (bir yüz otuz iki min beş yüz) manat və iddia qismən təmin olunduğundan ödənilmiş 505 (beş yüz beş) manat dövlət rüsumunun 252,50 (iki yüz əlli iki manat əlli qəpik) manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. 23.Cavabdeh tərəfin iddia müddətin ötürülməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-231/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi qismən təmin edilərək, iki otaqlı mənzillərə dair Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilələr etibarsız hesab edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4397/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Cavabdeh2 "xxxx" MMC tərəfindən ödənilməli olan ümumi məbləğin, yəni 142320 manatın (mənzilə görə ödənilmiş 94880 manat, əldən çıxmış faydaya görə 47440 manat) 80.661 manatı məbləğinə pulda 1/2 hissədə İddiaçı, 1/2 hissədə isə Cavabdeh2 payları müəyyən edilmişdir. Qətnamə həmin hissədə apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəyə minmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-231/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə araşdırılmış və qiymətləndirilmiş faktlara əsasən, sözügedən 2 ədəd ikiotaqlı mənzil iddiaçı ilə Cavabdeh2 birgə nikah dövründə əldə etdikləri əmlaklar olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 iyun 2020-ci il tarixli, 2(103)-4263/20 saylı qərardadından görünür ki, İddiaçı ilk əvvəl “Cavabdeh2 və "xxxx" MMC-nə qarşı mənzil üzərində payların müəyyən edilməsi” tələbilə müraciət etmiş, həmin mülki iş üzrə Cavabdeh2 mənzilin onun anası Cavabdeh1 satılmasını bildirərək həmin iş üzrə qərardaddan şikayət vermişdir. Bundan sonra iddiaçı 21 iyul 2020-ci il tarixdə Cavabdeh1 ilə "xxxx" MMC ilə aralarında bağlanmış müqavilənin etibarsız hesab edilməsi tələbilə məhkəməyə müraciət etmişdir. 24.Məhkəmənin qənaətinə görə bu hal İddiaçı iddia etdiyi müqavilələr barədə sonradan, adıçəkilən məhkəmə aktından sonra məlumatlı olmasını istisna etmir. Birinci dəfə nikahın pozulması ilə yenidən nikaha daxil olması arasında (xx.xx.2016-cı il tarixdən 21 aprel 2016-cı il tarixədək olması) olan fərqin qısa zaman kəsiyində olmasını, həmin dövrdə faktiki olaraq münasibətlərin davam etdirilməsini, onların nikah münasibətlərinin xx.xx.2020-ci il tarixdən pozulmasını, habelə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 iyun 2020-ci il tarixli 2(103)-4263/20 saylı qərardadında müəyyən edilmiş halllardan sonra İddiaçı iddia etdiyi müqavilələr barədə sonradan məlumatlı olmasını nəzərə alaraq məhkəmə, iddia müddətinin tətbiqinin rədd edilməsi qənaətinə gəlmişdir. 25.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddəsinin İ və İİ bəndlərinə, 125-ci maddəsinin 7-ci bölməsinə: “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2.2, 33.1, 36.1, 36.3, 37.1, 37.2, ;Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 213.2, 213.5, 225.1;Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 119.1 və 216-220-cimaddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 26.Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi, iddia tələbinin təmin edilərək Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841- 842, 5 nömrəli evin, 51 nömrəli və 52 nömrəli mənzillərə görə cavabdehlər Cavabdeh2 İddiaçı xeyrinə mənzillərin ümumi dəyəri olan 430.000 manat məbləğində pulun 1/2 hissəsi – 215.000 manat məbləğində pul və 505 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 27.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə heç bir əsaslandırma aparılmadan xx.xx.2020-ci il tarixli alğı-satqı müqavilələrində qeyd edilən məbləğin-265.000 (ayrı-ayrılıqda 130000 və 135000 manat olmaqla) manatın 1/2 hissəsinin cavabdehlərdən onun xeyrinə tutulması əsassızdır. İddia ərizəsində də əsaslandırdığı kimi məhkəmə mənzillərin real dəyərinin yarısını onun xeyrinə tutmalı idi. Yəni iddia tələbi tam təmin edilməli idi. Belə ki, digər Cavabdeh1 mənzilləri Rafail Abdullayevə ucuz qiymətə satmışdır. Bu fakt həm apelyasiya, həm də kassasiyası instansiyası məhkəməsinin qərarları ilə müəyyən edilmişdir. Hətta, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2103/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarının 86-cı bəndində qeyd edilir ki, iddiaçının mənzillərin dəyərinə istinadla irəli sürdüyü dəlillər, hazırki işdə alıcının vicdanlı əldə edən kimi tanınmasını istisna edən hal deyildir. Məhkəmənin mənzillərin həqiqi dəyərinin müəyyən olunması üçün ekspertiza təyin etməməsi barədə dəlil də bu baxımdan əsassızdır. İddiaçı gələcəkdə mənzillərin satılmasına görə cavabdehlərə qarşı iddia verdiyi halda, mənzillərin dəyəri ilə bağlı dəlillər yoxlana bilər. Göründüyü kimi, qüvvədə olan Ali Məhkəmənin qərarında onun mənzillərin dəyərini hazırkı qaldırdığı iddia ilə müəyyən edilə biləcəyi qeyd edilmişdir. Ona görə də hesab edir ki, hazırkı iddiada cavabdehlərdən tələb etdiyi məbləğ Cavabdeh1 Mehdiquqlu qızı ilə X14 arasında bağlanmış xx.xx.2021-ci il tarixli alğı-satqı müqavilələrində qeyd edildiyi kimi Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 nömrəli evin, 51 nömrəli mənzilə görə 130000 manat, Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyovaküçəsi, məhəllə 841- 842, 5 nömrəli evin 52 nömrəli mənzilə görə 135000 manat məbləğin yarısı olmalı deyil. Çünki həmin mənzillərin real dəyəri daha çoxdur. Həmin ərazidə təmirli mənzillərin 1 kv metrinin qiyməti təxminən 3000 manata yaxındır. Hər iki mənzilin ümumi faktiki sahəsinin cəmi 200 kv metr olması nəzərə alınarsa, təxminən mənzillərin dəyəri 600000 (altı yüz min) manat edir. Həmçinin, məhkəməyə təqdim etdiyi "xxxx" MMC-nin müvafiq mütəxəssis rəyi də nəzərə alınmalıdır. Mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 nömrəli evin, 51 nömrəli və 52 nömrəli mənzillərinin 2020-ci ilin avqust ayına olan bazar qiyməti 410.000-415.000 manat, hazırki bazar qiyməti isə 425.000-430.000 manat təşkil edir. Göründüyü kimi mənzillərin satıldığı dövrdə müəyyən edilən qiymətlə alğı-satqı müqaviləsində göstərilən qiymət arasında kəskin fərq mövcuddur. Nəzərə alınsa ki, mənzillərin yerləşdiyi bina “X19” və “Bakı Konqres Mərkəzi”-nin yanında yerləşir,o zaman mütəxəssis rəyində müəyyən edilən qiymət reallığa nisbətən yaxındır. Lakin birinci instansiya məhkəməsi qeyd edilən faktı nəzərə almamış, bu məsələni ümumiyyətlə araşdırmadan qətnamə çıxarmışdır. Tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə münasibət belə bildirməmişdir. Bundan başqa, qətnamədə pul məbləğinin hər iki cavabdehdən tutulmasını əsassız hesab edir. Buna münasibətdə də maddi hüquq normalarının tələbi pozulmuşdur. Belə ki, iddia tələbi digər Cavabdeh1 qarşı ona görə irəli sürülmüşdür ki, o, X14 ilə bağlanmış xx.xx.2020-ci il tarixli ******* nömrəli və ******* nömrəli alğısatqı müqavilələrinin sadəcə bir tərəfidir (satıcıdır). Əslində, qüvvədə olan məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, iddiaçıya ziyan keçmiş əri Cavabdeh2 tərəfindən vurulmuşdur. Hətta hazırkı işə əvvəllər sədrlik edən hakim Sərdar Mehrəliyev məhkəmə iclaslarında dəfələrlə Cavabdeh1 qarşı qaldırılan iddianın səbəbini araşdırmış və bildirmişdir ki, ona qarşı qaldırılmış iddia təmin edilməyəcəkdir. İddiaçı isə iddianın qismən təmin edilərək Cavabdeh2 tərəfindən pulun tutula biləcəyini bildirmişdir. Bunu təsdiq edən digər fakt isə Cavabdeh1 adına olan Ağsu rayonu, Maşadqanlı kəndində yerləşən 0.45 ha ibarət ibarət torpaq sahəsi və Ağsu rayonu, Maşadqanlı kəndində yerləşən 2.17 ha ibarət torpaq sahəsinin özgəninkişləşdirilməsinin cavabdehlər və digər şəxslərə qadağan edilməsi barədə ərizənin təmin edilməməsi olmuşdur (qərardadlar əlavə olunur). X13 müvəqqəti təminat tədbirinə dair ərizəni təmin etməməsini məhkəmə iclasından kənar belə əsaslandırmışdır ki, Cavabdeh1na qarşı qardırılan iddia təmin oluna bilməz, o, İddiaçı ziyan vurmamışdır. Məhkəmə tərəfindən, həmçinin prosessual hüquq normlarının tələbi pozulmuşdur. Belə ki, tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi nəzərə alınmamış və əsaslandırılmamışdır. Həmin rəyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 841-842-ci məhəllədə yerləşən 5 saylı evin 51 və 52 saylı mənzillərinin 2020-ci il avqust tarixə olan bazar qiyməti – 410000 (dörd yüz on min) – 415000 (dörd yüz on beş min) manat; hazırki bazar qiyməti: 425000 (dörd yüz iyirmi beş min) manat təşkil edir. Məhkəmə tərəfindən həmin rəy sadəcə iş materiallarında olan sənəd kimi sadalanmış və ona münasibət belə bildirilməmişdir. İşə əvvəl sədrlik edən hakim Sərdar Mehrəliyev təqdim etdiyi mütəxəssis rəyi ilə razılaşmadığına görə xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov rayonu G.Qədirbəyova küçəsi məhəllə 841-842, 5 nömrəli evin 51 və 52 nömrəli mənzillərinin 2020-ci ilin avqust ayına və hal-hazırki dövr üçün (2022-ci il üçün) bazar (likvid) qiymətinə uyğun qiymətləndirilməsi üçün ME Expert Consultancy MMC-yə həvalə etmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 841-842-ci məhəllədə yerləşən 5 saylı evin 51 və 52 saylı mənzillərin hesablanmış hazırki bazar dəyərin – 483500 (dörd yüz səksən üç min beş yüz) manat; hazırki likvid dəyəri - 465000 (dörd yüz altmış beş min) manat; 2020-ci ilin avqust ayına bazar dəyəri – 470000 (dörd yüz yetmiş min) manat; 2020-ci ilin avqust ayına likvid dəyəri – 452000 (dörd yüz əlli iki min) manat təşkil edir. Maraqlıdır ki, əgər işə sonradan baxan hakim Sahibə Hacıyeva əvvəlki hakim Sərdar Mehrəliyev tərəfindən təyin edilərək əldə edilmiş mütəxəssis rəyini nəzərə almayacaqdısa, onda hansı səbəbə həmin rəy əldə edilib işə əlavə edilirdi? Bununla da prosessual hüquq normaları pozulmuşdur. Bundan başqa, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində xidmət haqqının iddiaçı tərəfindən ödənildiyi qeyd edilmişdir. Lakin məhkəmə iddianı qismən təmin etsə də, həmin xərcin müəyyən hissəsinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsini unutmuşdur. 28.Qətnamədən həmçinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilərək həmin hissədə iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 29.Cavabdehlərin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki halları ondan ibarətdir ki, Cavabdeh2 2012-ci il tarixdə 4 otaqlı mənzil almış, sonra həmin 4 otaqlı mənzil söküldüyündən onun əvəzində o, 2013-cü il tarixdə iki ədəd iki otaqlı mənzillə təmin olunmuşdur. 2013-cü ilin alğı-satqı müqaviləsi üzrə Cavabdeh2 tərəfindən ödənişin olunmasını sübut edən hər hansı bir sənədin iş materiallarında olmaması, həmçinin Azərbaycan Respublikasının Ali Məhkəməsinin qüvvəyə minmiş qətnaməsində baxılan zaman müəyyən edilməmişdir. Bundan başqa, hüquqlarını müdafiə etdiyi Cavabdeh2 məhkəməyə təqdim etdiyi materiallara əsasən Nərimanov Rayon Məhkəməsinin iş materiallarında olan ərizəsində qeyd edilmişdir ki, Cavabdeh2 ona ödənilməli olan məbləğin ona qaytarılmadan mənzillərin onun anası Cavabdeh1 adına keçməsini xahiş etmişdir. Həmin ərizəni yazmaqda məqsəd elə həmin 94.886 manat məbləğində pul ilə bağlı olmuşdur. Məntiqi nəticə odur ki, əgər Cavabdeh2 deməli 2013-cü il tarixdə sözügedən məbləğin ödənilməsinə dair mədaxil qəbzi olmalı idi, lakin qəbz yalnız 2012-ci ildə alınan mənzillərə görə odənilən 94.886 manatla bağlı var idi. Ona görə də, Cavabdeh2 ərizəsində həmin məbləğin ona qaytarılmadan müqavilənin anasının adına keçməsini xahiş etmişdir. Daha sonra qeyd etmək istəyir ki, "xxxx" MMC Cavabdeh2 qanunsuz olaraq pul və vəsait tələb etmişlər, səbəb də o vaxta ölkədə olmuş ABŞ dollarının devalvasiyaya uğraması olmuşdur. Buna görə də, Cavabdeh2 qohumu tərəfindən maddi baxımdan dəstək olunmuş və sözügedən mənzillər Cavabdeh1 adına keçmişdir. Bundan sonra, aldadıldığını dərk edən Cavabdeh2 "xxxx"MMC-yə qarşı 94.886 manatın ona ödənilməsi tələbi ilə bağlı iddia qaldıraraq həmin pulu almışdır. Belə olan halda artıq bu halların hamsında Cavabdeh2 keçmiş həyat yoldaşı İddiaçı məlumatlı olmuşdur, çünki həmin dövrdə onlar birlikdə yaşamışlar. Hazırkı halda isə iddiaçı isə faktiki olaraq əsassız varlanmaq niyyətindədir. Yəni bir mənzilə görə ödənilmiş pulu həm geri alır və ona payı tanınır, həm də cavabdeh Gülbahar Haqverdiyevaya məxsus əmlakdan pul tələb edərək, birgə nikah dövründə ödnilmiş bir vəsaitə görə faktiki olaraq 3 mənzilin pulunu əldə edir. Bundan əlavə qeyd edir ki, məhkəmə Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5-də yerləşən 51 və 52 saylı mənzillərin Cavabdeh1 tərəfindən əldə edilmə əsaslarını düzgün tam və hərtərəfli yoxlamamışdır. Belə ki, Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5-də yerləşən 51 və 52 saylı mənzillər Bakı şəhəri 21 saylı Notariat Ofisində rəsmiləşdirilmiş 4Ə-432 reyestr nömrəli xx.xx.2020-ci il tarixli və 4Ə-433 saylı xx.xx.2020-ci il tarixli alğı-satqı müqavilələrinə əsasən, Cavabdeh1 tərəfindən alınmışdır. Bu barədə alğı-satqı müqavilələrinin notarial qaydada təsdiq edilmiş surətləri əlavə edilir. Həmin alğı-satqı müqavilələrindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5-də yerləşən 51 mənzilə görə 59.393 AZN məbləğində, 52 saylı mənzilə görə isə 47.571 AZN məbləğində pul vəsaiti alıcı tərəfindən satıcıya ödənilmişdir. Tərəflər arasında olan əvvəlki məhkəmə mübahisələrində 21 saylı notariat ofisində rəsmiləşdirilmiş 4Ə432 reyestr nömrəli xx.xx.2020-ci il tarixli və 4Ə-433 saylı xx.xx.2020-ci il tarixli alğı-satqı müqavilələri mübahisələndirilməmiş və bu gün qüvvədədirlər. Bu səbəbdən iddia tələbi təmin edilə bilməz. Bundan başqa, Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841- 842, ev 5-də yerləşən 51 və 52 saylı mənzillərinə dair alğı-satqı müqaviləsi Cavabdeh1 tərəfindən bağlanmışdır. Beləliklə, sözügedən mənzillər Cavabdeh2 ilə İddiaçı birgə nikah dövründə əldə olunmuş olsa belə, həmin mənzilə dair alğı-satqı müqaviləsi Cavabdeh2 anası Cavabdeh1 tərəfindən bağlanmışdır. Göründüyü kimi, Cavabdeh2 cavabdeh qismində tanınması hüquqi cəhətdən düzgün deyildir. ünvan 52, m 1 ünvanında yerləşən mənzil xx.xx.2020-ci il tarixdə Cavabdeh1 tərəfindən 59.393 manata alınıb, ünvan 6 ünvanında yerləşən mənzil isə xx.xx.2020-ci il tarixdə Cavabdeh1 tərəfindən 47571 manata alınıb. Daha sonra isə Cavabdeh1 həmin mənzilləri biri 130.000 manat, digəri isə 135.000 manat məbləğində X11 satmışdır. Belə olan halda cavabdehlərdən ümumilikdə 132.500 manat məbləğinin tutulması düzgün deyildir. Belə ki, cavabdehdən tutulmalı məbləğ sözügedən mənzillərin ilkin satış qiymətinin (yəni 59393 manat və 47571 manat) yarısı olaraq hesablanmalı idi. Bunlardan başqa, Cavabdeh2na mənzil üçün ödədiyi üçün "xxxx" MMC-yə ödədiyi 94.886 manat pul vəsaitinin qaytarılması vəd edilsədə, MMC-nin təsisçisi mənzillər Cavabdeh1 adına keçirdikdən sonra, Cavabdeh2 "xxxx" MMC tərəfindən qaytarılmalı olan 94.886 manat pul geri qaytarılmamışdır. Bu səbəbdən də, Cavabdeh2 Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, "xxxx" MMC-dən sözügedən vəsaitinin alınmasını barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-470/2018 saylı qətnaməsi əsasında "xxxx" MMC tərəfindən Cavabdeh2 94.886 manat pulun qaytarılması qərara alınmışdır. Onuda qeyd edir ki, Cavabdeh2 iddiasında həmdə əldə çıxmış fayda tələb etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-470/2018 saylı qətnaməsinə əsasən Cavabdeh2 47.440 manat məbləğində əldən çıxmış fayda qaydasında pulun "xxxx" MMC tərəfindən qaytarılması qərara alınmışdır. Göründüyü kimi, məhkəmə qərarları əsasənda Cavabdeh2 cəmi 142.320 manatın geri qaytarılması nəzərdə tutulduğu halda, ona "xxxx" MMC tərəfindən yalnız xx.xx.2018-ci il tarixdə 94.886 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli "xxxx" MMC-yə məxsus məxaric orderinin qəbzində bu hal öz əksini tapmışdır. Lakin əldən çıxmış fayda qismində ödənilməli olan məbləğ bugünədək Cavabdeh2 qaytarılmamışdır. İddiaçı ilə Cavabdeh2 birgə nikah dövründə əldə etdiyi əmlak qiymətləndirilən zaman, 51 və 52 saylı mənzillərin ilkin satış qiyməti nəzərə alınaraq yarı bölünməlidir. Lakin Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-122/2023 saylı qətnaməsinə əsasən mənzillərin ilkin yox daha sonraki satış qiymətləri nəzərə alınmaqla qiymətləndirilmişdir. İş materiallarında olan alğı-satqı müqavilələrində və qanuni qüvvəsini almış AR Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli2(102)- 2103/2022 saylı qərarı ilə müəyyən edilir ki, mübahisəli mənzillər xx.xx.2013-cü il tarixdə müvafiq olaraq 60.600 ABŞ dollarına və 75.660 ABŞdollarına alınmışdır. Yəni tərəflərin birgə nikah dövründə əmlakın alınmasına sərf etdikləri məbləğ müvafiq olaraq 60.600 ABŞ dolları (həmin dövrə məzənnə ilə 47.571 AZN) və 75.660 ABŞ dolları (həmin dövrə məzənnə ilə 59.393 AZN) olmuşdur. Qanuni qüvvəsini almış məhkəmə qərarları ilə Cavabdeh1 ilə X14 arasında bağlanmış alğı-satqı müqavilələri etibarlı hesab edilmişdir. Belə olan halda pul vəsaitini əldə edən şəxs Cavabdeh1 olmuşdur. Dəymiş maddi ziyan isə ilkin olaraq mənzillərin dəyərinin ödənilməsi ilə bağlı olan məbləğ təşkil etməlidir. Reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göründüyü kimi, tərəflər arasında olan əvvəlki məhkəmə mübahisələrində 21 saylı notariat ofisində rəsmiləşdirilmiş 4Ə-432 reyestr nömrəli xx.xx.2020-ci il tarixli və 4Ə-433 saylı xx.xx.2020-ci il tarixli alğı-satqı müqavilələri və "xxxx" MMC-nin adına verilmiş mənzillərə dair çıxarışlar mübahisələndirilməmiş və bugün qüvvədədirlər. Belə olan halda iddia tələbi təmin edilə bilməz. Həmçinin hesab edir ki, iddia müddətini məhkəmə düzgün tətbiq etməmişdir. Belə ki, İddiaçı Cavabdeh2 birinci dəfə boşananda artıq sözügedən mənzillər Cavabdeh2 anası Cavabdeh1 adına keçmişdir. Həmçinin hər iki mənzilə dair kommunal ödənişlər Hakverdiya Gülbahar adına olmuş və ödənişlər də onun tərəfindən həyata keçirilmişdir, bundan əlavə komendant tərəfindən evə bildiriş gəlmişdir. Ona görə də, Cavabdeh1 bütün bunlardan xəbərdar olmaması qeyri-mümkündür. İddia tələbi üzrə iddia müddəti ötürülmüş, məhkəmə isə bu normaya düzgün hüquqi qiymət verməmişdir. Bundan başqa iş materiallarına Cavabdeh2 tərəfindən hər iki mənzillə bağlı "xxxx" MMC-yə ödəniş etməsinin sübut edilməsinə dair hər hansı bir sənəd əlavə edilməmişdir. İş materialları ilə müəyyən olunmuşdur ki, mənzilin alğısatqısını Cavabdeh1 həyata keçirmişdir. Məhkəmə isə öz qətnaməsində Cavabdeh2 iddiaçıya maddi ziyan vurmasını əsaslandıra bilməmişdir. Göründüyü kimi, pul vəsaitini digər Cavabdeh1 əldə etmişdir. Belə olan halda iddiaya cavab verməli olan şəxs qismində Cavabdeh2 iştirak edə bilməz. Məhkəmə tərəfindən Cavabdeh2 tərəfindən hansı hüquqazidd hərəkətlərin həyata keçirilməsi nəticəsində iddiaçıya maddi ziyan vurulması aydınlaşdırılmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

a)Məhkəmə icraatı iştirakçılarının izahatları

31.Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə1 öz apellyasiya şikayətlərini müdafiə etdilər, cavabdeh tərəfin apellyasiya şikayətini qəbul etməyərək, iddia tələbi və öz apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, iddia tələbinin tam təmin edilməsini xahiş etdilər. 32.Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil iddiaçının apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, öz apellyasiya şikayətlərinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Ailə Məcəlləsi: 33.Maddə 32.1.Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 34.Maddə 225.1.Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 35.Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 36.Maddələr 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 37.Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 38.Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 39.Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 40.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 41.Maddə 82.3.Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 42.Maddə 115.0.1.İşə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 43.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 44.Maddə 384.0.2.Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 45.Maddələr 385.1.1, 385.1.2, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.

Apellyasiya baxışının hədləri

46.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 47.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

48.Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilməlidir. 49.Belə ki, işin faktiki halları ondan ibarətdir ki, iş üzrə tərəflərdən Cavabdeh2 ilə İddiaçı ərarvad olmuşlar. Tərəflər arasında nikahın pozulması ilə əlaqədar 2012, 2016 və 2020-ci illərdə Xətai Rayon Məhkəməsində mülki işlər olmuş, 2012-ci ildə mülki işin icraatına xitam verilmiş, məhkəmənin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, lakin xx.xx.2016-cı il tarixdə tərəflər yenidən rəsmi nikaha daxil olmuşlar. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı ikinci nikah pozulmuşdur. Cavabdeh1 iddiaçının keçmiş qaynanası və digər cavabdehin anasıdır. Cavabdeh2 ərizəsinə əsasən, "xxxx" MMC-nin 21 dekabr 2015-ci il tarixli iclasında qeyd edilən mənzillərə dair Cavabdeh2lə bağlanmış müqavilələr ləğv olunmuş, ödədiyi məbləğin anasının adına keçirilməsi qərara alınmışdır. 21 dekabr 2015-ci il tarixdə sahəsi 101 kv.m olan 2 otaqlı mənzilin 47571 manata, sahəsi 97 kv.m olan 2 otaqlı mənzilin 59393 manata Cavabdeh1 tərəfindən alınması barədə müqavilələr bağlanmışdır. Sonuncu isə həmin mənzillərə mülkiyyət hüququnu rəsmiləşdirmiş və xx.xx.2020-ci il tarixli alğı-satqı müqavilələrinə əsasən, həmin mənzilləri ayrıayrılıqda dəyərləri 130000 və 135000 manat olmaqla X11 satmışdır. Hazırda iddiaçı cavabdehlərdən müştərək qaydada "xxxx" MMC tərəfindən sözügedən mənzillərə müəyyən edilmiş ümumi dəyərin - 430000 manatın 1/2 hissəsi olaraq 215000 manat tələb edir. 50.Məhkəmə hesab etmişdir ki, mənzillər tərəflərin ümumi mülkiyyəti olduğundan və xx.xx.2020-ci il tarixli alğı-satqı müqavilələrinə əsasən, həmin mənzillər ümumi olaraq 265.000 (ayrı-ayrılıqda 130000 və 135000 manat olmaqla) manata satıldığından, məhz satışdan əldə olunmuş pul məbləğinin 1/2 hissədə cavabdehlərdən iddiaçının xeyrinə tutulması qanunidir. Belə ki, hər iki cavabdeh öz hərəkətləri ilə (Cavabdeh2 mənzillərə dair onunla "xxxx" MMCarasında bağlanmış müqavilənin iddiaçının razılığı alınmadan ləğv edilərək anasının adına keçirilməsi ilə, Cavabdeh1 isə həmin mənzilləri vicdanlı alıcı olan X11 sataraq varlanmaqla) iddiaçıya maddi ziyan vuraraq onu əmlak hüquqlarından məhrum etmişlər. 51.Göründüyü kimi iddiaçı iddia ərizəsində Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 nömrəli evin, 51 və 52 nömrəli mənzillərinə görə mənzillərin ümumi dəyəri olan 430000 manat pulun 1/2 hissəsini tələb etdiyi halda, məhkəmə həmin mənzillərin dəyərini alğı-satqı müqaviləsi üzrə X11 satıldığı zaman ödənilən 130000 və 135000 manat məbləği əsas götürmüş və iddianı həmin məbləğin 1/2 hissəsi həcmdə təmin etmişdir. 52.Həmçinin məhkəmənin iddianı qismən təmin edərkən mübahisənin qanuni əsası barədə mövqeyi qeyri-müəyyən olmaqla, həm əsassız varlanma, həm də maddi ziyana istinad etmişdir. 53.Bu konteksdə məhkəmə kollegiyası hesab edir ki, məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qətnamədə göstərilmiş nəticə işin hallarına uyğun gəlmir. Buna görə də qətnamə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməlidir. 54.Kollegiya qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(005)-231/2021 saylı qətnaməsinin ünvan 1 ünvanda 1 giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 97 kv.m olan 46 saylı mənzilə və həmin ünvanda 101 kv.m sahəsi olan 47 saylı mənzilə dair Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış mənzil tikintisinə və satışına dair xx.xx.2015-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi hissəsi yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. 55.Belə ki, qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-8080/2021 saylı qətnaməsi ilə aşağıdakılar müəyyən edilir: Cavabdeh2 21 dekabr 2015-ci il tarixdə ərizə ilə "xxxx" MMC-yə müraciət edərək ünvan 1 ünvanda 1 giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 97 kv.m olan 46 saylı mənzilə və ünvan 1 ünvanda 1 giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 101 kv.m olan 47 saylı mənzilə dair onunla bağlanmış müqavilənin ləğv edilməsi və ödənilmiş məbləğ ona qaytarılmadan həmin mənzillərin anası Cavabdeh1 Mehdiqiqulu qızının adına rəsmiləşdirilməsini xahiş etmiş, "xxxx" MMC həmin ərizəyə əsasən MMC-nin 21 dekabr 2015-ci il tarixli müqaviləsi əsasında qeyd edilən mənzilləri 21 dekabr 2015-ci il tarixli alğı-satqı müqaviləsi ilə Cavabdeh1 Mehdiqi qulu qızının adına rəsmiləşdirilmiş, sonuncu isə 07 avqust 2020-ci il tarixdə bağlanmış AN-İ seriyalı ******* nömrəli və AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın alğı-satqı müqavilələrinə əsasən Cavabdeh1 Mehdiqiqulu qızı həmin mənzilləri X11 müvafiq olaraq 130000 manat və 135000 manata satmışdır. Mübahisə edilən Cavabdeh2 ilə "xxxx" MMC arasında xx.xx.2013-cü il tarixdə bağlanmış 101 kv.m olan 2 otaqlı mənzilə görə və 97 kv.m olan 2 otaqlı mənzilə görə bağlanmış müqavilələrdə göstərilən mənzillərlə X8 adına Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 nömrəli evin, 51 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, m12, m1) mənzilinə dair xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarışda və Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 nömrəli evin 52 saylı (yeni qaydalarla: ünvan 2 mənzilinə dair xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarışda göstərilən mənzillər eynidir. Bu halı tərəflər birinci instansiya məhkəməsində işə baxılarkən qəbul etmişlər. Həmin mənzillər ilkin iddiaçı ilə Cavabdeh2 birgə nikah dövründə əldə etdikləri əmlaklar olmuşdur. Beləliklə, mübahisələndirilən mənzillərin xx.xx.2015-ci il tarixli müqavilələr əsasında ilkin iddiaçının razılığı olmadan Cavabdeh2 tərəfindən digər cavabdeh olan Cavabdeh1 adına keçirilməsinin qanunsuzluğuna birinci instansiya məhkəməsi düzgün hüquqi qiymət vermişdir. 56.Göründüyü kimi, qüvvədə olan məhkəmə aktları ilə müəyyən edilmişdir ki, hər iki mübahisəli mənzil İddiaçı ilə Cavabdeh2 birgə nikahları dövründə əldə edilmiş, mənzillər iddiaçının razılığı olmadan Cavabdeh2 tərəfindən digər cavabdeh olan Cavabdeh1 adına qanunsuz olaraq keçirilmişdir. Bu artıq preyudisial əhəmiyyətli bir fakt olmaqla, yenidən sübut edilməsinə zərurət yoxdur. 57.Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 58.Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası kimi mülki hüquq pozuntusu (delikt) nəzərdən keçirilə bilər. 59.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 aprel 2021-ci il tarixli qərarında göstərmişdir ki, yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: 1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. 60.Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa zərərvuran şəxsin təqsirindən asılı olmayaraq, maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. 61.Kollegiya qeyd edir ki, Cavabdeh2 birgə nikahları dövründə əldə edilmiş mənzilləri iddiaçının razılığı olmadan qanunsuz olaraq digər cavabdeh olan Cavabdeh1 adına keçirməklə (bu hal qüvvədə olan məhkəmə qətnamələri ilə müəyyən olunmuşdur), iddiaçını əmlakından məhrum etməklə, ona maddi zərər vurmuşdur. 62.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında Plenum qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. 63.Kollegiya hesab edir ki, zərər olaraq mənzillərin real dəyərinin yarısı Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Kollegiya mənzillərin Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində ümumi birgə mülkiyyətdən çıxarılmasını nəzərə alaraq, iddianı Cavabdeh1 aid hissədə əsassız hesab edərək, təmin edilməməsi qənaətinə gəlir. 64.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2103/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının 86-cı bəndində qeyd edilir ki, iddiaçının mənzillərin dəyərinə istinadla irəli sürdüyü dəlillər, hazırki işdə alıcının vicdanlı əldə edən kimi tanınmasını istisna edən hal deyildir. Məhkəmənin mənzillərin həqiqi dəyərinin müəyyən olunması üçün ekspertiza təyin etməməsi barədə dəlili də bu baxımdan əsassızdır. İddiaçı gələcəkdə mənzillərin satılmasına görə cavabdehlərə qarşı iddia verdiyi halda, mənzillərin dəyəri ilə bağlı dəlillər yoxlana bilər. 65.Kollegiya qeyd edir ki, mübahisələndirilən Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 841-842-ci məhəllədə yerləşən, 5 saylı evin, 51 və 52 saylı mənzillərinin bazar dəyərinin müəyyən edilməsi məqsədi ilə iş üzrə ekspertiza təyin edilərək ekspert rəyi alınmışdır. 66.Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 18 avqust 2023-cü il tarixli, 10/4259-9/509 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 841-842-ci məhəllədə yerləşən, 5 saylı evin, 51 və 52 saylı mənzillərin və həmin mənzillərin yerləşdiyi ərazidə eyni parametrli mənzillərin qərardadda göstərilən 2015, 2020, 2021 tarixlərə uyğun bazar dəyərini baza məlumatları olmadığından müəyyən etmək mümkün olmadı. 2023-cü ilin orta bazar qiymətlərinə uyğun, tədqiq olunan tikilinin ümumi sahəsinin 188,4 kv. metr təşkil etdiyini nəzərə alaraq, Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 841-842-ci məhəllədə yerləşən, 5 saylı evin, 51 və 52 saylı mənzillərinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 422000 (dörd yüz iyirmi iki min) manat məbləğində olduğu müəyyən olunur. 67.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 68.Həmçinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 02 noyabr 2021-ci il tarixli 730 saylı vəkil sorğusu üzrə 05 noyabr 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 841-842-ci məhəllədə yerləşən 5 saylı evin 51 və 52 saylı mənzillərinin 2020-ci il avqust tarixə olan bazar qiyməti – 410000 (dörd yüz on min) – 415000 (dörd yüz on beş min) manat; hazırki bazar qiyməti: 425000 (dörd yüz iyirmi beş min) manat təşkil edir. 69.Bundan əlavə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 03 noyabr 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Əmlaka baxış keçirilməsinə şərait yaradılmamışdır. Əmlakın qiymətləndirilməsi İddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillər əsasında aparılmışdır. 51 və 52 nömrəli, iki ədəd 2 otaqlı mənzillər birləşdirilərək, 5 otaqlı mənzilə çevrilmişdir. Əmlakın dəyəri faktikin vəziyyətinə və hazırki bazara görə hesablanmışdır. 2020-ci il avqust ayına görə mənzillərin dəyəri elə də aşağı olmamışdır. Sadəcə 2020-ci il pandemiya dövrü olduğundan bazarda durğunluq olmuşdur. Bütün göstərilənlər nəzərə alınmaqla aparılan təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 841-842-ci məhəllədə yerləşən 5 saylı evin 51 və 52 saylı mənzillərin hesablanmış hazırki bazar dəyərin – 483500 (dörd yüz səksən üç min beş yüz) manat; hazırki likvid dəyəri - 465000 (dörd yüz altmış beş min) manat; 2020-ci ilin avqust ayına bazar dəyəri – 470000 (dörd yüz yetmiş min) manat; 2020-ci ilin avqust ayına likvid dəyəri – 452000 (dörd yüz əlli iki min) manat təşkil edir. 70.Kollegiya hesab edir ki, Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 841-842-ci məhəllədə yerləşən, 5 saylı evin, 51 və 52 saylı mənzillərinin ekspert rəyi ilə müəyyən edilmiş orta bazar qiymətinin- 422000 manatın yarısı- 211000 manat pul vəsaiti Cavabdeh2 alınaraq, İddiaçı ödənilməlidir. 71.Kollegiya həmçinin prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş 505 manat məbləğində dövlət rüsumunun 495 manatı Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir. 72.Kollegiya cavabdeh apellyatorların “Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5-də yerləşən 51 və 52 saylı mənzillərin Bakı şəhəri 21 saylı Notariat Ofisində rəsmiləşdirilmiş 4Ə-432 reyestr nömrəli xx.xx.2020-ci il tarixli və 4Ə-433 saylı xx.xx.2020-ci il tarixli alğı-satqı müqavilələrinə əsasən, Cavabdeh1 tərəfindən alınması, bu barədə alğı-satqı müqavilələrinin notarial qaydada təsdiq edilməsi, tərəflər arasında olan əvvəlki məhkəmə mübahisələrində 21 saylı notariat ofisində rəsmiləşdirilmiş 4Ə-432 reyestr nömrəli xx.xx.2020-ci il tarixli və 4Ə-433 saylı xx.xx.2020-ci il tarixli alğı-satqı müqavilələrinin mübahisələndirilməsini, bu səbəbdən iddia tələbinin təmin edilməməsi barədə” dəlilini əsassız hesab edərək, qeyd edir ki, qüvvədə olan məhkəmə aktları ilə müəyyən edilmişdir ki, hər iki mübahisəli mənzil İddiaçı ilə Cavabdeh2 birgə nikahları dövründə əldə edilmiş, mənzillər iddiaçının razılığı olmadan Cavabdeh2 tərəfindən digər cavabdeh olan Cavabdeh1 adına qanunsuz olaraq keçirilmişdir. Bu artıq preyudisial əhəmiyyətli bir fakt olmaqla, yenidən sübut edilməsinə zərurət yoxdur. 73.Kollegiya cavabdeh apellyatorların “cavabdehdən tutulmalı məbləğ sözügedən mənzillərin ilkin satış qiymətinin (yəni 59393 manat və 47571 manat) yarısı olaraq hesablanmalı olması, bunlardan başqa, Cavabdeh2 mənzil üçün ödədiyi üçün "xxxx" MMC-yə ödədiyi 94.886 manat pul vəsaitinin qaytarılması vəd edilsədə, MMC-nin təsisçisi mənzillər Cavabdeh1 adına keçirdikdən sonra, Cavabdeh2 "xxxx" MMC tərəfindən qaytarılmalı olan 94.886 manat pulun geri qaytarılmaması” ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, mübahisəli mənzillər Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində ümumi birgə mülkiyyətdən çıxarılması nəticəsində, iddiaçı əmlakından məhrum olduğundan, iddiaçı ona dəymiş zərər olaraq itirdiyi əmlakların real dəyərini tələb etməkdə haqlı olmuşdur. 74.Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat pulun təmin edilmiş tələbə mütənasib olaraq 98 manatı Cavabdeh2, 2 manatı isə İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. 75.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(011)-122/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, 211000 (iki yüz on bir min) manat pul vəsaiti Cavabdeh2 alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 505 (beş yüz beş) manat məbləğində dövlət rüsumunun 495 (dörd yüz doxsan beş) manatı Cavabdeh2 tutularaq İddiaçı ödənilməli, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat pulun təmin edilmiş tələbə mütənasib olaraq 98 (doxsan səkkiz) manatı Cavabdeh2, 2 (iki) manatı isə İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. 76.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(011)-122/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. 211000 (iki yüz on bir min) manat pul vəsaiti Cavabdeh2 alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 505 (beş yüz beş) manat məbləğində dövlət rüsumunun 495 (dörd yüz doxsan dörd) manatı Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat pulun təmin edilmiş tələbə mütənasib olaraq 98 (doxsan səkkiz) manatı Cavabdeh2, 2 (iki) manatı isə İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Fuad Abdıyev

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar