Məhkəmə qərarları › İş №2(103)-3143/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3143/2024

18.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3143/2024 18.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X6 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Cəfərli Pəri İlham qızının katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı3 və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım X1 nümayəndəsi (vəkili) Vəkil4, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçılar Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım X1, İddiaçı2 və İddiaçı3 Cavabdeh MMC-yə qarşı “təhlükə yaradan fəlaiyyətin qadağan edilməsi“ tələbinə dair ilk, həmçinin Cavabdeh MMC-nin cavabdehlər İddiaçı2 və İddiaçı3 qarşı “yeni mənzil verilməsi, kirayə haqqının ödənilməsi və mənzilin boşaldılaraq təhvil verilməsi“ barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 174/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Azərbaycanda Vətəndaş Cəmiyyətinin X2 İctimai Birliyi, İddiaçı2, İddiaçı3, habelə Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycanda Vətəndaş Cəmiyyətinin X2 İctimai Birliyi, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı "təhlükə yaradan fəaliyyətin cavabdehə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə (iddiannı dəyişdirilmiş formasında) məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı3 və İddiaçı2 hər birinin ½ payla mülkiyyətlərində olan Bakı şəhəri, X3 küçəsi, ev 4, mənzil 41, 42, 42A, 43 və 44 nömrəli mənzillərdən ibarət çoxmənzilli yaşayış binasına və orada daimi istifadə hüquqi ilə yerləşən “Azərbaycanda Vətəndaş Cəmiyyətinin X2” İctimai Birliyinin ofisinə gələcəkdə zərər vurulması təhlükəsi yaradan fəaliyyətin, o cümlədən çoxmənzilli yaşayış binasına daxil olan kommunikasiya sistemlərinin (su, kanalizasiya, təbii qaz, elektrik enerjisi, telefon və internet xətlərinin) zədələnməsi, çoxmənzilli yaşayış binasının dam örtüyünə, xarici divarına, divarın bünövrəsinə zərər vurulması, çoxmənzilli yaşayış binasının xarici divarından müəyyən edilən 5.94 metr (beş metr 94 sm) ara məsafəsinin sərhədlərinin pozulması, ara məsafəsinde olan yaşıllıqların (ağaclar və kollar) məhv edilməsinə (çıxarılmasına, kəsilməsinə, qurudulmasına) yönələn hərəkətlərin cavabdeh "xxxx" MMC-yə və onun podratçılarına qadağan edilməsi, Bakı şəhəri, X3 küçəsi, ev 4 ünvanında yerləşən 41, 42, 42A, 43 və 44 nömrəli mənzillərdən ibarət çoxmənzilli yaşayış binasının xarici divarından olan ara məsafəsinin nəqliyyat infrastrukturu (yol) olan Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsinə piyada və nəqliyyat vasitələrinin çıxışını təmin edən məhəllədaxili asfalt yolunun bərpa edilməsi, "Azərbaycanda Vətəndaş Cəmiyyətinin X2" İctimai Birliyinin ofisinə piyadaların və nəqliyyat vasitələrinin təhlükəsiz gediş gəlişinə maneələrin aradan qaldırılması öhdəliyinin cavabdeh "xxxx" MMC üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışlar ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 06 noyabr 2020-ci il tarixində, **********, ********** qeydiyyat və **********59- 05101-093010, **********59-05101-093039 reyestr nömrələri ilə qeydə alınmış Bakı şəhəri, X3 küçəsi, ev 4, mənzil 43 və 44 ünvanında yerləşən mənzillər, 12 noyabr 2020-ci il tarixində, ********** qeydiyyat və **********59-05101-093049 reyestr nömrəsi ilə qeydə alınmış Bakı şəhəri, X3 küçəsi, ev 4, mənzil 42 ünvanında yerləşən mənzil, 10 fevral 2021-ci il tarixində, ********** qeydiyyat və **********59-05101-093012 reyestr nömrəsi qeydə alınmış Bakı şəhəri, X3 küçəsi, ev 4, mənzil 42A ünvanında yerləşən mənzil və 12 fevral 2021-ci il tarixində, ********** qeydiyyat və **********59-05101-093050 reyetr nömrəsi ilə qeydə alınmış Bakı şəhəri, X3 küçəsi, ev 4, mənzil 41 ünvanında yerləşən mənzillərdən ibarət əmlak kompleksi iddiaçılar İddiaçı3 və İddiaçı2 hər birində ½ pay olmaqla tam mülkiyyətlərindədir. İddiaçılar İddiaçı3 və İddiaçı2 hər birinin ½ payla mülkiyyətində olan Bakı şəhəri, X3 küçəsi, ev 4, mənzil 41, 42, 42A, 43 və 44 ünvanında yerləşən mənzillər əmlak kompleksi olaraq birləşdirilmişdirlər. Beş mənzillərdən ibarət əmlak kompleksi uzun müddətdir ki, digər iddiaçı “AZƏRBAYCANDA VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İNKİŞAFİNA YARDİM ASSOSİASİYASİ” İctimai Birliyinin ofisi kimi fəaliyyət göstərir. X12 Heydər Əliyev cənablarının təklifi ilə qoyulmuş “AZƏRBAYCANDA VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İNKİŞAFİNA YARDİM ASSOSİASİYASİ” İctimai Birliyinin (AVCİYA) yaradılmasında əsas məqsəd Assosiasiyaya daxil olan qeyri-hökumət təşkilatlarının və üçüncü sektorun digər nümayəndələrinin fəaliyyətinin əlaqələndirilməsi vasitəsi ilə ölkədə vətəndaş cəmiyyətinin yaradılması prosesinə yardım göstərməkdir. Belə ki, Assosiasiyaya daxil olan QHT-lər ixtisaslaşdıqları sahələrdə mövcud olan problemlərə cəmiyyətin diqqətini cəlb etməyi, vətəndaşların onların həllində iştirakını, bu sferalarda gedən proseslərin maksimal şəffaflığını öz qarşılarına məqsəd kimi qoyurlar. Bu məqsədlərə nail olmaq üçün isə çox hallarda hansısa konkret QHT-nin göstərdiyi səylər bəzən az olur, işin effektiv olması üçün prosesə daha böyük qüvvələrin cəlb edilməsinə ehtiyac yaranır. AVCİYA-nın əsas məqsədlərindən biri də məhz Assosiasiyaya üzv olan QHT-lərin qüvvəsi hesabına müxtəlif sahələrdə mövcud problemlərin üzə çıxarılması, cəmiyyətə çatdırılması və həlli üzrə kompleks tədbirlər həyata keçirməkdir. Assosiasiyanın əsas məqsədləri sırasına vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi; korrupsiya halları ilə mübarizə üçün sosial əməkdaşlığın yaradılması; regionların və yerli idarəçiliyin sosial-ictimai inkişafına dəstək; islah əmək müəssisələri sisteminin təkmilləşdirilməsi; miqrant, qaçqın, məcburi köçkünlərin problemlərinin həllinə yardım; ekoloji təhsilin artırılması daxil edilə bilər. 2005- ci ildə təsis edilmiş “AZƏRBAYCANDA VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İNKİŞAFİNA YARDİM ASSOSİASİYASİ” X8 Heyətinin sədri Elxan Süleymanovun rəhbərliyi ilə bir sıra böyük layihələr həyata keçirilmişdir. Xocalı soyqırımına həsr edilmiş “Xocalı soyqırımı”, “Xocalı soyqırımı: milyon imza-bir tələb”, “Şuşa – qədim Azərbaycan diyarı”, “Bir faciə haqqında iki foto-söhbət”, “Tarixi faktlar erməni miflərinə qarşı” topluları nəşr edilərək ABŞ və Avropa dövlətlərinin parlamentlərinə və dünyanın məşhur kitabxanalarına göndərilmişdir. “Xocalı soyqırımı: milyon imza-bir tələb” layihəsi çərçivəsində bir milyon Azərbaycan vətəndaşının imzası toplanaraq kitab halında nəşretdirilmiş, böyük dövlətlərin parlamentlərinə təqdim olunmuşdur. Xocalı faciəsi şahidlərinin ifadələri toplanmış və Azərbaycan, ingilis, rus dillərində dərc etdirilmişdir. Faşizm üzərində qələbənin 60 illiyi ərəfəsində keçirilən “Bakı-qəhrəman şəhər” layihəsi çərçivəsində isə İkinci Dünya müharibəsi dövründə Azərbaycan paytaxtının xidmətləri növbəti dəfə dünya ictimaiyyətinə çatdırılmışdır. Azərbaycanda keçirilən seçkilərdə və referendumda müşahidəçilik və “exit-poll” fəaliyyətini də həyata keçirən bu təşkilat insan hüquqları, söz azadlığı, iqtisadiyyat, ekologiya, Xəzərin problemləri ilə bağlı bir çox irimiqyaslı layihələr həyata keçirmiş, beynəlxalq konfranslar təşkil etmişdir. Hazırda da AVCİYA çoxşaxəli fəaliyyəti ilə ölkəmizin beynəlxalq aləmdə müsbət imicinin formalaşmasında və Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı istiqamətində inamla irəliləyir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən qəbul edilmiş “Yaşayış binalarının tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında Cavabdeh istifadəsinə verilməsi haqqında” 18 dekabr 2020-ci il tarixli, 274 saylı Sərəncama əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov bə Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən, yəni Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, ev 4 ünvanında 1,55 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların mülkiyyətçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun Cavabdeh tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün Cavabdeh icarə əsasında istifadəsinə verilmişdir. Ötən il Cavabdeh MMC-nin faktiki rəhbərləri Mahir Mirzəyev (telefonu+99***-***-**-**) və Şahin Qasımov (telefonu +99450 - 200-77- 42) “AZƏRBAYCANDA VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İNKİŞAFİNA YARDİM ASSOSİASİYASİ” İctimai Birliyininİdarə Heyətinin sədri Elxan Süleymanovun ofisinə gələrək müxtəlif vədlər verərək onu istifadəsində olan əmlak kompleksinə dair razılığa gətirməyə çalışmışdırlar. Elxan Süleymanov rəhbərlik etdiyi Assosiasiyayanın respublika əhəmiyyətli təşkilat olduğunu onların diqqətinə çatdırmış və həmin əmlaka dair müəyyən dairələrlə məsləhətləşməli olduğunu bildirmişdir. Növbəti gün yenə də Cavabdeh MMC-nin faktiki rəhbərləri Mahir Mirzəyev və X11 Süleymanovun ofisinə gələrək bildirmişdirlər ki, “Biz gecə öz layihəmizi dəyişdirdik. Yeni layihəyə əsasən Sizin ofis sökülməyəcəkdir və o, olduğu vəziyyətdə saxlanılacaqdır.” Cavabdeh dəyişdirilmə müqavilələrinə əsasən köçürdüyü mənzillərin bəzilərinin qapı pəncərələrini və döşəmələrini qanunsuz olaraq sökmüşdür. Halbuki, dəyişdirilmə müqavilələrinə əsasən köçürülmüş mənzillərin faktiki sahibliyi artıq Cavabdeh MMC-yə keçdiyindən, Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi ev 4 ünvanında yerləşən yaşayış binasında köçürülmüş mənzillərə dair hər hansı söküntü işlərinin aparılması onun məsuliyyət dairəsinə daxildir. Bu ilin aprel ayında Cavabdeh MMC köçürülmüş mənzillərdən ibarət blokları qonşuluqda yaşayış olmasına baxmayaraq ağır texnika – ekskavatorlar vasitəsi sökməyə başladı. Mülkiyyətçilərin 112 “Qaynar xətt”-ə etdikləri müraciətlərin nəticəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin əməkdaşları əraziyə gələrək mövcud vəziyyət barədə akt tərtib etmişdirlər. Bundan sonra həmin Agentlik tərəfindən 20 aprel 2023-cü il tarixində “Tikinti işlərinin dayandırılması barədə Qərar №0312”-ni qəbul etmiş və Cavabdeh MMC-nə həmin ərazidə söküntü işlərinin həyata keçirilməsi qadağan etmişdir. Bu Qərara da məhəl qoymayan Cavabdeh MMC-nin faktiki rəhbərləri Mahir Mirzəyev və Şahin Qasımovun rəhbərliyi altında həmin müəssisənin podratçıları tərəfindən heç bir qanuni əsas olmadan yenə də ərazidə ağır texnikalardan istifadə etməklə söküntüişləri davam etdirirlər. Bunun nəticəsində “AZƏRBAYCANDA VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İNKİŞAFİNA YARDİM ASSOSİASİYASİ” İctimai Birliyinin ofisinə"xxxx" MMC tərəfindən hələki, çox ciddi olmasa da müəyyən ziyan vurulmuşdur. Eyni zamanda, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər İddiaçı2 və İddiaçı3 qarşı “yeni mənzil verilməsi, kirayə haqqının ödənilməsi və mənzilin boşaldılaraq təhvil verilməsi“ barədə qarşılıqı iddia (iddianın dəyişdirilmiş formasında) verərək, İddiaçı2 və İddiaçı3 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, ev 4 ünvanında yerləşən 82,6 m2 sahədən ibarət olan 41 saylı mənzilin, 58,2 kv.m sahədən ibarət olan 42 saylı mənzilin, 85,7 kv.m sahədən ibarət olan 42a saylı mənzilin, 247,2 kv.m sahədən ibarət olan 43 saylı mənzilin 180,7 kv.m sahədən ibarət olan 44 saylı mənzilin boşaldılaraq Cavabdeh MMC-yə təhvil verilməsinə; Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, ev 4 ünvanında yerləşən 82,6 m2 sahədən ibarət olan 41 saylı mənzilin, 58,2 kv.m sahədən ibarət olan 42 saylı mənzilin, 85,7 kv.m sahədən ibarət olan 42a saylı mənzilin, 247,2 kv.m sahədən ibarət olan 43 saylı mənzilin 180,7 kv.m sahədən ibarət olan 44 saylı mənzilin əvəzinə yeni tikiləcək binanın 4- cü blokunun bütöv bir mərtəbəsini, yəni 4-cü mərtəbədə yerləşən ümumilikdə sahələrin cəmi 703,3 kv.m sahə olan mənzillərin hamısı, eləcə də 4-cü blokunun 5-ci mərtəbəsində yerləşən sahəsi 96,1 kv.m olan mənzilin verilməsi, boşaldılaraq verilməsi nəzərdə tutulan mənzillərin Cavabdeh MMC-yə təhvil verildiyi gündən başlayaraq yeni mənzillər ilə təmin olunan günədək Cavabdeh MMC tərəfindən İddiaçı2 və İddiaçı3 hər mənzil üçün hər ay 3000 manat məbləğində kirayə haqqı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-174/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Əfsanə Heydərova) ilk iddia qismən təmin olunaraq, iddiaçılar İddiaçı3 və İddiaçı2 hər birinin ½ payla mülkiyyətlərində olan Bakı şəhəri, X3 küçəsi, ev 4, mənzil 41, 42, 42A, 43 və 44 nömrəli yaşayış binasına daxil olan kommunikasiya sistemlərinin (su, kanalizasiya, təbii qaz, elektrik enerjisi, telefon və internet xətlərinin) zədələnməsi, çoxmənzilli yaşayış binasının dam örtüyünə, xarici divarına, divarın bünövrəsinə zərər vurulması, çoxmənzilli yaşayış binasının xarici divarından müəyyən edilən 5.94 metr (beş metr 94 sm) ara məsafəsinin sərhədlərinin pozulmasının qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-yə və onun podratçılarına qadağan edlməsi, Bakı şəhəri, X3 küçəsi, ev 4 ünvanında yerləşən 41, 42, 42A, 43 və 44 nömrəli mənzillərdən ibarət yaşayış binasının xarici divarından olan ara məsafəsinin nəqliyyat infrastrukturu (yol) olan Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsinə piyada və nəqliyyat vasitələrinin çıxışını təmin edən məhəllədaxili asfalt yolunun bərpa edilməsi, ilk iddianın qalan hissədə, habelə qarşılqılı iddianın rədd olunması qət olunmuşdur. İddiaçılar (ayrı-ayrılıqda) və cavabdeh həmin qətnamədən apellyasiya şikayətləri vermiş, iddiaçılar ilk iddianın təmin olunmayan hissəsində qətnamənin ləğv olunmasını və həmin hissədə də iddia tələblərinin təmin olunmasını, cavabdeh isə ilk iddianın təmin olunmuş hissəsində qətnamənin ləğv olunmasını, ilk iddianın rədd olunmasını, qarşılıqlı iddianın isə təmin olunmasını xahiş etmişlər. Apellyasiya baxışı zamanı iddiaçılar Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım X1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi (vəkili) Vəkil4 18 oktyabr 2024-cü il tarixli məhkəmə iclasında hər üç iddiaçının iddiadan imtina etməsini bildirərək, bu barədə ərizələri məhkəmə kollegiyasına təqdim etmiş, izahatında göstərmişdir ki, hazırkı mülki iş üzrə tərəflər arasında mübahisə məhkəmədənkənar qaydadasında həll olunmuş, hazırda heç bir mübahisə qalmamışdır. Bu səbəbdən də iddiaçılar iddia tələblərindən tamamilə imtina edirlər. İddiaçılardan Azərbaycanda Vətəndaş Cəmiyyətinin X2 İctimai Birliyi və İddiaçı2 özləri iddiadan imtina barədə ərizələr yazmışlar, X7 isə səhhəti ilə bağlı ölkə xaricində olduğundan, onun nümayəndəsi və vəkili kimi verilmiş müvafiq səlahiyyətindən istifadə edərək iddiadan imtina barədə şəxsən ərizə tərtib etmiş və imzalamışdır. İddiadan imtinanın nəticələri iddiaçılara aydındır, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, mülki işin icraatına xitam verilməsini xahiş edir. Eyni zamanda, cavabdehin nümayəndəsi (vəkili) də Cavabdeh MMC-nin qarşılıqlı iddiadan imtina barədə ərizəsini təqdim edərək, mübahisənin tərəflər arasında məhkəmədənkənar qaydada həll olunduğunu, hazırda heç bir mübahisənin qalmadığını, iddiadan imtinanın nəticələrinin onlara aydın olduğunu bildirmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddiadan imtina ilə bağlı ərizələri nəzərdən keçirib, tərəflərin nümayəndələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 52-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, qeyd edir ki, iddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi-hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəmədə mülki işlərin başlanması məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə, onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də, qanunvericilik iddiaçının iddiadan imtina etməsini və bu imtinanın məhkəmə tərəfindən qəbul ediləcəyi təqdirdə iş üzrə icraatın xitam edilməsinin əsası kimi nəzərdə tutmuşdur. Baxılan işdən görünür ki, tərəflərin iddia tələblərindən imtina barədə iradə ifadələri yazılı formada tərtib edərək məhkəməyə təqdim edilmiş ərizələrdə (ərizələr hüquqi şəxslərin qanuni təmsilçiləri tərəfindən imzalanaraq, möhürlə təsdiq edirmiş, İddiaçı2 iddiadan imtina ərizəsi isə notariat qaydasında təsdiq olunmuş, eyni zamanda nümayəndələrin iddiadan imtina etməsi barədə səlahiyyət etibarnamələrdə xüsusi olaraq qeyd edilmişdir) əks olunmuşdur. Göründüyü kimi, həm ilk, həm də qarşılıqlı iddia tələbləri üzrə iddialardan imtina olunmuş, iddialardan imtinalar qanuna zidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. MPM-in 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. MPM-in 262.4-cü maddəsinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. MPM-in 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, tərəflərin iddialarından qarşılıqlı olaraq imtina etməsi qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, mülki işin icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası, həmçinin məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Tərəflər iddialardan imtina etdiyindən onlar tərəfindən ödənilmiş müvafiq dövlət rüsumları (məhkəmə xərci) onların özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-174/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçılar Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım X1, İddiaçı2 və İddiaçı3 Cavabdeh MMC-yə qarşı “təhlükə yaradan fəlaiyyətin qadağan edilməsi“ tələbinə dair ilk, həmçinin Cavabdeh MMC-nin cavabdehlər İddiaçı2 və İddiaçı3 qarşı “yeni mənzil verilməsi, kirayə haqqının ödənilməsi və mənzilin boşaldılaraq təhvil verilməsi“ barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə icraata ilk və qarşılıqlı iddia üzrə iddiaçıların iddiadan imtina olunması ilə əlaqədar xitam verilsin. Tərəflər tərəfindən ödənilmiş müvafiq dövlət rüsumları (məhkəmə xərci) onların özünə aid edilsin. İzah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində təkrar məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar