Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3146/2022 04.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Sarıyevin sədrliyi ilə Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi və Vəkil1, Cavabdeh Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2, Cavabeh Cavabdeh3 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2(001)-501/2022 saylı qətnaməsindən İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Pirəkeşkül kənd ərazisində yerləşən 5 ha. torpaq sahəsi üçün ödədiyi 110.000 ABŞ dollar və maklerlərə ödədiyi 1.000 ABŞ dollar (ödənildiyi gün valyuta məzənnəsinə uyğun manatla) cavabdehlərdən Cavabdeh2 və Cavabdeh3 müştərək, həmin torpaq sahəsində aparılan tikintiyə çəkdiyi xərclərlə bağlı dəymiş ziyan qismində 80.000 manat cavabdehlərdən Cavabdeh2 və Cavabdeh3 hərəsindən 40.000 manat olmaqla bərabər şəkildə, notariat rəsmiləşdirməsi, hüquqi xidmət və rüsum üçün ödədiyi xərclərə görə 380 manat isə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və 32 saylı notariat kontorundan müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayon, Pirəkeşkül kənd ərazisində yerləşən 5,0 ha. torpaq sahəsini, onun əvvəlki sahibi olan Cavabdeh2 2011-ci ildə ona satmış və razılaşdıqlarının dəyərini tam şəkildə, arvadı digər Cavabdeh3 ilə bir yerdə ondan almışlar. Pulu tam şəkildə aldıqları gün Cavabdeh3 razılıq ərizəsini şəxsən özü notariat qaydada təsdiq etməklə ona vermişdir. Daha sonra da satdıqları torpaq sahəsinin rəsmiləşdirməsini notariat qaydada təsdiqlənməsindən imtina etmişlər. Lakin pulunu da qaytarmaq istəmirlər. Belə ki, 2011-ci ilin martaprel ayları olardı ki, kərpic zavodu tikintisi üçün yuxarıda qeyd edilən Pirəkeşküldəki yerə baxmış və bəyənmişdir. Torpağın adına qeydiyyata alınmış Cavabdeh2 mərhum Ramin Əliyevin yaxın qohumu olduğundan, bir yerdə görüşmüşlər. Uzun-uzadı söhbətdən sonra torpaq sahəsinin 110.000 ABŞ dollara satacağına razılaşmışlar. Bundan sonra Cavabdeh2 ilkin olaraq 10.000 ABŞ dollar beh vermiş İbadət də bir ay müddətinə sənədləri hazırlayıb, alğı-satqını rəsmiləşdirəcəyini bildirmişdir. Qısa müddətdən sonra İbadət sənədlərin hazır olduğunu bildirmiş və razılşadıqları kimi, onun dediyi cavabdeh 32 saylı notariat kontorunda görüşmüşlər. İbadət, sonradan tanıdığı arvadı, əvəllər İbadətin yanında gördüyü qardaşı gəlmişdir. Həmin gün haqqını almaq üçün torpağı satılmasına vasitəçilik edən iki makler də gəlmişdir. Alğı-satqının rəsmiləşdirildiyi zaman İbadətin şəxsiyyət vəsiqəsi ilə bağlı problemi çıxdı və bu səbəbdən də həmin gün alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsi mümkün olmadı. Notariat kontorunda uzun-uzadı danışıqdan sonra, ən əsası da iş ortağı olan və düzgün biri olduğundan, çox etibar etdiyi X9 Abasovun onun yaxın qohumu olduğunu və gələckdə heç bir problemi olmayacağına onu inandırmasından, haqq-hesablaşıb, alğı-satqını sonra rəsmiləşdirməsinə razılaşmışdır. Yerdə qalan 100.000 ABŞ dollar pulu notariat konturunda onlara vermişdir. Pulu İbadət saymış və yoldaşı Lamiyə götürüb çantasına qoymuşdur. Həmin gün Lamiyə qeyd olunan torpaq sahəsinin satılmasına imzaladığı razılıq ərizəsini notariat qaydasında təsdiqləyib, ona vermişdir. Maklerə çatası məbləğin 2%-ni İbadətlə yarı-yarı olmaqla hərəsinə 1000 dollar vermişdir. Həmin gün torpağa dair bütün qeydiyyat sənədlərin əsilləri onlara verilmiş və hazırda da ondadır. Ramin Əliyev alğı-satqını rəsmiləşdirəcəyini tamamlayacağını özərinə götürdüyündən bütün sənədlər onda qalmışdır. Torpaq sahəsini yerində təhvil götürmüşlər və bir-neçə gündən sonra Raminin təşkilatçılığı ilə orada tikinti işlərinə başlanmışdır və qisa müddətə kərpic zavodunun tikintisi başa çatdırılmışdır. Zavodun qurulmasına başqa ortaqlar da cəlb edilmişdir. Tikintiyə və avadanlıqlara 500.000 manat civarında xərc çəkilmişdir. Bu xərclərin 120.000 manat hissəsi onun tərəfindən ödənilmişdir. Hal-hazırda da adı çəkilən sahə sahibliyindədir. Cavabdehlər Cavabdeh2la arvadı Cavabdeh3 əlbir olub razılıq ərizəsini ləğv edib, torpaq sahəsini mübahisələndirdiklərinə kimi də bununla bağlı heç bir problem olmamışdır. Belə ki, Cavabdeh2 həyat yoldaşı Cavabdeh3 əri ilə ayrıldığından başqa əmlaklarla yanaşı, həmin torpaq sahəsinin özünün iştirakı ilə satılıb, pulunu tam aldığını bilə-bilə bölgüsünü tələb etmişdir. İlk əvvəl elə hesab etmişdir ki, Cavabdeh2la Ramin Əliyev yaxın qohum olduğundan, əlbir olub ona qarşı bu işi qorublar. Çünki sonuncu ilə bizneslərinə son verməklə, həmin torpaq sahəsini satmaq qərarını, Ramin Əliyev o qədər də isti qəbul etməmişdir. Daha sonra isə məlum oldu ki, onun bu işlərdə əli olmamış, bu məsələni digər cavabdehlər Cavabdeh2 arvadı Cavabdeh3 ilə məqsədli şəkildə hərəkət etməklə və məqsədlərinə nail olmaq üçün sonuncu pulu alıb satılmasına notariat qaydasında verdiyi razılıq ərizəsinin ləğvinə ərizə vermişdir. Cavabdeh notariat kontoru da razılıq ərizəsini ləğv etmişdir. Halbuki, notariat kontorun müddət və fakta görə həmin ərizənin ləğv etməyə səlahiyyətli deyildi. Bu baxımdan da 32 saylı notariat kontoru da bunun üçün cavabdehlik daşıyır. Göründüyü kimi qeyd olunan Abşeron rayon, Pirəkeşkül kənd ərazisində yerləşən 5,0 ha. torpaq sahəsini qanuni əsaslarla, əvəzi tam ödənilməklə əldə etmişdir. Satan tərəf alğı-satqının həyata keçirilməsi üçün lazım olan ilkin hərəkətləri etmiş, lakin alğı-satqı müqaviləsinin tamamlanmaq üçün sonradan notariat kontoruna gəlməkdən imtina etmişlər. Ona görə də hüququnun müdafiəsi üçün adı çəkilən torpaq sahəsinin ona satılması ilə bağlı Cavabdeh2 arasında alğı-satqı müqaviləsinin 05.05.2011-ci il tarixdən bağlanmış hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd etdiyi faktlar tam şəkildə təsdiqini tapmış, lakin iddia tələbi ilə bağlı məhkəmələrin mövqeyi müxtəlif olmuş və son olaraq, “Alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” təsbit olunmuş maddənin MM dən çıxarıldığı baxımından, tələbi təmin edilməmişdir. Bununla da yəni adı çəkilən torpaq sahəsi ilə bağlı alğı-satqı müqaviləsinin notariat rəsmiləşdirilməsini təmin etmədiklərindən, satın-alması üçün ondan alınmış 110.000 ABŞ dollar, həmçinin alğı-satqıya hazırlıq üçün və torpaqda tikililərin inşasına çəkdiyi xərclər, eləcədə iddia ilə bağlı hüquqi xidmət və dövlət rüsumu üçün ödədiklərinin ona vurulmuş ziyan hesab edilərək, cavabdehlərdən müştərək qaydada tam şəkildə xeyrinə tələb olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmçinin zərərin əvəzinin ödənilməsi və mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları müəyyən olunmuş həmin Məcəllənin 21 və 1097.1-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Adı çəkilən torpaq sahəsində inşa edilən kərpic zavodunun tikintisinə xərclədiyi 120.000 manat məbləğində xərclə bağlı ona dəymiş ziyan üçün İbadət və Lamiyə Abasovlarla yanaşı Ramin Əliyev də onlarla bərabər mülki bölünməklə hər birindən 40.000 manat tələb olunmalıdır. X1 2020-ci ilin noyabr ayının 15-də vəfat etdiyindən, yerdə qalan cavabdehlərdən cəmi 80.000 manat bərəbər şəkildə xeyrinə tələb olunmalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2(001)-501/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 110000 (yüz on min) ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən iddianın təmin edilməmiş hissəsində və 110.000 ABŞ dollar tələbi ilə bağlı Cavabdeh3 nisbətdə təmin edilməmiş hissələrdə ləğv edilməsini, İddiaçı cavabdehlərə qarşı iddiasının tam şəkildə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbi ilə eynilik təşkil etməklə, əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulsuşdur. Tərəflərə aid “alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” işi üzrə qanuni qüvvəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin 27.08.2021-ci il tarixli, “(105)-1871/2021 nömrəli qətnaməsində adı çəkilən 5,0 ha. torpaq sahəsinin tərəflər arasında alğı-atqısı ilə bağlı mövcud faktiki hallarla bağlı məhkəmə kollegiyasının müəyyən etdiyi mövqeyi “torpaq sahəsinin faktiki alğı-satqısının baş verdiyini və bunun Cavabdeh3 notariat qaydada razılıq ərizəsi verilməklə iştirakı ilə keçməsi, 10.000 ABŞ dollar behin Cavabdeh2, 100.000 ABŞ dolların isə Cavabdeh3 razılıq ərizəsinin notariatda təsdiqlətdiyi 05.05.2011-ci il tarixdə birgə aldıqları” kimi müəyyən edilmişdir. Bundan başqa iş üzrə mübahisə olanmayan haldır ki, qeyd olunan məbləğdən 100.000 ABŞ dollar 05.05.2011-ci il tarixdə, 10.000 ABŞ dollar isə ondan əvəlki tarixdə alınmışdır. Əmlaklarını satandan sonra 2011-ci ildə birgə xaricə köçmüşlər. Alğı-satqının rəsmiləşdirilməsinin sonraya qalması və pulun bu başdan ödənilməsi də məhz bu köçməkdə tələsməklə bağlı olmuşdur. Cavabdeh2la Cavabdeh3 arasında nikah 2013-cü ilin oktyabr ayında pozulmuşdur. Bu iki ildə birgə yaşayışda, həmçinin boşanma zamanı uşaqların birinin İbadətdə saxlanıldığı baxımından iddiaçıdan birgə aldıqları pulu Cavabdeh2 təkbaşına özünə məsrəflərinə sərf etdiyinin inandırıcı olmadığı bəllidir. Məhkəmə qeyd etmişdir ki, 110000 ABŞ dolları pulun X7 tərəfindən qəbul edilməsi nə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə, nə də ki, işin halları ilə sübut olunur. Göründüyü kimi yanlış mövqeydir. Birincisi tərəflərə aid torpaqla bağlı iş üzrə son Sumqayıt Apellyasiya Məhkəməsinin 27.08.2021-ci il tarixli qətnaməsində torpağın alğı-satqısı üçün pulun birgə aldıqları işin mübahisəsiz halı kimi müəyyən edilmişdir. Digər tərəfdən birgə yaşayışda olan ər-arvad biri digərinə pul verirsə və ya pul xərcləyirsə bunun üçün hansısa rəsmi sənədlər tərtib edilir? Belə bir yanaşma hansı məntiqə uyğundur? Bundan başqa torpaq sahəsi əldə edildiyindən sonra iddiaçı şəriki ilə həmin ərazidə kərpic zavodu inşa etmişdir. Cavabdeh3 tələbi ilə həmin torpaq sahəsinin üzərinə həbs qoyulmuş, daha sonra da 1/2 hesabla iki yerə bölünmüşdür. Belə bir halda zavodun iddiaçı tərəfindən işlədilməsi mümkün olmadığı aşkardır. Üzərinə həbs qoyulandan sonrada zavod dayandırılıb, baxımsız vəziyyətdə qalmışdır və uzun müddətdir ki, davam edir. Belə olan halda iddiaçının oraya sərf etdiyi 80.000 manat məbləğ buna səbəb olmuş cavabdehlərdən tələb etməsində haqlıdır. Çünki bu cavabdehlərin bir başa törətdikləri dilekt nəticəsində meydana çıxmışdır. Buna da səbəb həmin əmlakın üzərinə həbs qoyulmasını tələb edən Cavabdeh3 olmuşdur. Lakin məhkəmə zavod tikintisinə dair xərclərlə və həmçinin faktiki alğı-satqı ilə bağlı edilmiş ödəniş halları araşdırmasının üstündən keçmiş və tam aydınlaşdırmamışdır. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, qətnaməsinin qismən iddianın Cavabdeh2 nisbətdə təmin edilmiş hissədə dəyişdirilməsini, həmin hissədə tələb məbləğin digər Cavabdeh3 arasında bərabər bölgü hesabı ilə birgə təmini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə göndərilmiş etirazla eyni məzmunlu olmaqla, onunla əsaslandırılır ki, pulu alan gün arvadının notariatda təsdiqlənmiş razılıq ərizəsini, əmlakın yüklülüyü barədə forma 1, torpaq sahəsinin qeydiyyat vəsiqəsini və texniki pasportunu təqdim etmişdir. Daha sonra da bununla bağlı onun şəriki mərhum Ramin Alməmməd oğluna etibarnamə göndərmişdir. Vaxtında alğı-satqısını rəsmiləşdirərdi. İndi isə ona qaytarılası pulu yoxdur. Dollar da son illərdə qalxdığından məbləği qaytarması ümumiyyətlə heç mümkün deyildir. İşin də bu şəkil almasına çox peşmandır, amma geriyə də yol olmadığını anlayır. Bütün bunlara rəğmən mübahisə ilə bağlı iddiaçı ilə tərəf olaraq aralarında mövcud olan aşağıdakı halları məhkəmənin nəzərinə çatdırmağı özünə borc bilir. Belə ki, iddia ərizəsində adı keçən, lakin cavabdehlər sırasına əlavə edilməmiş X4 xalası oğlu, (yaş fərqləri olduğundan ona dayı deyərdi və dayı kimi də bilərdi) cavabdeh Abasova Lamiyə Əli qızı isə həyat yoldaşıdır. Həmdə doğma dayısı qızı olmaqla yaxın qohumdur. 2011-ci ildə Rusiyada iş qurmaq niyəti ilə nələri var idisə satıb, ailəlikcən köçüb oraya getmişlər. Gedəndə normal bir işə başlamaq və ailəsinin yaşaması üçün yetərincə vəsaitə malik idilər. Lakin bir müddətdən sonra üzləşdikləri çətinliklər üzündən, Bakıdan gedəndə satdıqları əmlaklardan əldə etdiləri və topladıqları pulları itirdiyindən, maliyyə sıxıntısına girmişlər. Qohum və yaxınları hərəsi bir bəhanə ilə borc vermədiyindən, vəziyyətdən çıxmaq üçün yollar axtarmışdır. Ramin Əliyevlə danışanda öyrənmişdir ki, onun şərikinə satdığı Pirəkeşkül 5 ha. torpaq sahəsi hələ də adında qalmışdır. Bina tikintisi üçün "xxxx" MTK-ya X8 tərəfindən pay kimi qoyulmuş, lakin adına alğı-satqı olunmuş, üzərində bina tikilmiş ünvan 1 ünvanında yerləşən 4323,6 kv,m torpaq sahəsinin isə adında qaldığını bilirdi. Son olaraq yoldaşı Lamiyə ilə belə qərara gəlmişlər ki, satdıqları lakin hələ də adında olan əmlakları tələb etməklə, əvəzində qohumlardan bir az pul, mal-mülk alıb vəziyyətlərini düzəltsinlər. Düşündükləri plana görə yola getmədikləri və boşanmaq görüntüsü yaratmaqla onu Bakıya yola salmışdır. İlkin olaraq tələbləri rədd edildiyindən, bu işdə onlara dəstək üçün tanışları vasitəsi ilə Qarabağ əlillərindən kömək istəmişlər. Onlar da buna qarşılıq vəd edilən vasaitə razılaşıb, məhkəmələrdə işin həll ediləcəyinə söz vermişlər. Doğrusu onlara adı çəkilən torpaqlar lazım deyildi. Çünki birində bina, digərində də zavod tikilmişdir. Bəri başdan məqsədləri sadəcə qohumlarını məhkəmə yolu ilə sıxıntıya salıb, əvəzində pul və ya mənzil vermələrinə məcbur etmək idi. Sorğu zamanı adına bu əmlaklardan başqa çoxdan satdığı Mersedes markalı avtomobil də çıxmışdır. Lamiyə də onu cavabdeh qoyaraq, həmin əmlaklardan yarısını əldə etmək üçün iddia qaldırmış və məsələni məhkəmədən kənar yoluna qoymaq üçün qohumlarına getmişdir. Doğrusu o, belə düşünmüşdür ki, bu işlərlə əlaqəli olan qohumları, onlara bir az pul-para verib, işi məhkəməyə qədər çıxarmağa imkan verməzlər. Lakin düşündükləri kimi olmadı. Sonradan işdən çəkinmək istəsə də gec oldu. Çünki bu işdə yardım edənlərə vəd ediləni ödəmək məcburiyyətində idilər. Ramin Əliyev intihar edəndən sonra, adı çəkilən 5 ha. torpaqla bağlı onu düşürdüyü pis vəziyyətə görə vicdan əzabı çəkir və çox peşiman olmuşdur. Çünki dayısı kimi olaraq özünə etibar edib, şərikindən pulu alıb ona vermiş, alğı-satqını sonradan rəsmiləşdirəcəyinə alanı əmin etmişdi. O, da şəriki olaraq ona inanıb, pulu ona vermişdir. Belə ki, Rusiyaya köçməmişdən əvvəl bir necə əmlakla yanaşı, hazırkı iddia ərizəsində adı çəkilən Pirəkeşküldə olan 5 ha. torpaq sahəsini də satmaq istədiyini Ramin Əliyevə bildirmişdir. O, birgə iş gördüyü Fətullanı həmin torpaq sahəsini 110000 dollara almağına razılaşmış və ondan əvvəlcə 10.000 dollar beh almış, 100.000 dollar isə alğı-satqının rəsmiləşdirilməsi üçün gəldikləri notariat konturunda almışdır. Pulu alanda yoldaşı Lamiyə yanında olmuş və pulu götürəndən sonra Lamiyə məhz satdıqları torpaq sahəsinin satılmasına razılıq ərizəsini imzaladı və notarusda təsdiqləyib, vermişdir. Lakin şəxsiyyət vəsiqəsi ilə bağlı problem çıxdığından həmin gün alğı-satqı müqaviləsinin rəsmiləşdirə bilməmişlər. Qısa bir müddətdən sonra da Rusiyaya getdiyindən məsələ açıq qaldı. Torpağın bütün sənədlərinin əsillərini və yoldaşının Lamiyənin razılıq ərizəsini Ramində saxlamış və alğı-satqını rəsmiləşdirmək üçün sonradan Rusiyadan ona etibarnamə göndərmişdir. İşlərin gedişatından görür ki, o, da yaxın qohum olaraq ona olan etibardan, alğısatqı məsələsinin üstünə vaxtında düşməmişdir. İndi o, haqq dünyasında, bu torpağa görə də özləri vicdan əzabında. İstəsələr də itirdiklərini geri gətirə bilmirlər. Həyat yoldaşı Lamiyəni də geriyə dönüşə imkan verilməyən bir yola girməsinə səbəb olduğunun da fərqindədir. Çünki bu işlərə görə dəstək olan bir çox insana vəd etdiyini ödəmək məcburiyyətindədir. Ona görə də bu işlərə görə çox peşmandır və bütün hallarda məhkəmənin ədalətliyinə söykənməkdən başqa çarəsi qalmamışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 cavabdeh tərəfin apellyasiya şikayətini qismən qəbul etdi, öz apellyasiya şikayətlərini müdafiə edərək, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, iddia tələbi və öz apellyasiya şikayətlərində göstərilənlərə uyğun məzmunda izahat verərək, ona verilən suallara cavab olaraq bildirdi ki, dəymiş maddi ziyan olaraq 80000 manatın tutulması hisəssində sübutlar təqdim etməmişlər. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddiaçının apellyasiya şikayətini qismən qəbul etdi, öz apellyasiya şikayətlərini müdafiə edərək, öz apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, cavabdehdən tutulmalı olan pulun digər Cavabdeh3 arasında bərabər bölgü hesabı ilə birgə təmini barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabeh Cavabdeh3 apellyasiya şikayətlərini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında qeyd etdi ki, iddiaçı öz iddiasını onunla əsaslandırmışdir ki, guya 2011-ci il tarixdə keçmiş həyat yoldaşı Cavabdeh2 ilə aralarında razılıq əldə edərək Abşeron rayonu, Pirəkeşkül kəndi ərasizində yerləşən 5,0 ha torpaq sahəsini alğı-satqı etmək qərarına gəlmişlər. Hatta iddiaçı bu qeyd edilənlərə həqiqət donu geyindirmək üçün Bakı şəhəri 32 saylı Notariat kontorunu da cavabdeh kimi qeyd etmiş və bildirmişdir ki, 2011-ci ilin mart-aprel aylarında alğı-satqı müqaviləsi bağlamaq üçün həmin notariusda görüşmüşlər. Hətta iddiaçı həmin notariat kontorunda guya 100000 ABŞ dolları vəsait verdiyini bildirməklə məhkəməni yanıltmağa cəhd etmişdir. Amma düşünür ki, bu qeyd edilənlərin uydurma və yalan olduğu məhkəməyə gün kimi aydındır. Belə ki, əgər həqiqətən də iddiaçı ilə aralarında alğı-satqı müqaviləsi ilə bağlı razılıq əldə edilmiş olsaydı, ən azından iddiaçı da notarial müqavilə hazırlanandan və imzalanandan sonra pulun notariusun hesabı vasitəsi ilə ödəməli idi. Lakin, iş materiallarına nəzər salındıqda, ortada belə bir müqavilənin mövcudluğundan söhbətin getmədiyi müəyyən edilər. Mülki qanunvericiliyin tələblərinə əsasən iddiaçı torpaq sahəsini qanunla müəyyənləşdirilmiş qaydada əldə etməli idi. Əgər həqiqətən də iddiaçı torpaq sahəsini alğı-satqı müqaviləsi bağlamadan əldə etmişdirsə, onda ən azından özü barədə müvafiq reyestrə məlumat verməli və hüquqlarını qeydiyyata almalı idi. Nə üçün iddiaçı heç bir əsas olmadan 100000 ABŞ dollarını notariusda İbadət Abbasova vermişdir və pulu İbadət Abbasova verməsini öz ifadəsindən və cavabdeh İbadət Abbasovun etiraz adlı etirafından başqa hansı sənəd təsdiq edir? Təbii ki, bu qeyd edilənlərlə bağlı heç bir sübut yoxdur, çünki, elə bir hal baş verməmişdir. Hətta qeyd edilənlərin yalan olduğunu etirazına əlavə etdiyi məkəmə qətnamələri ilə də sübuta yetirir ki, hazırki iş üzrə iddiaçı ilə Cavabdeh2 əlbir olaraq hissəsi ona məxsus olan torpaq sahəsini ələ keçirmək planları aydın olsun. Belə ki, surəti etiraz ərizəsinə əlavə edilən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11.11.2015-ci il tarixli qərardadından da göründüyü kimi hazırki iddiaçı artıq 2015-ci il tarixdə artıq onun həmin əmlakla bağlı məhkəmə mübahisəsinin olduğunu bilmişdir. Əgər həqiqətən də iddiaçı 2011-ci il tarixdə 110.000 ABŞ dolları vermiş olsaydı, qərardadı aldığı tarixdən dərhal iddia ərizəsi ilə məhkəməyə müraciət edər və haqqını tələb edərdi. Bu halın özü də iddianın ona aid hissədə əsassızlığını göstərən sübutdur. Bundan əlavə, iddia ərizəsinin qurma olduğunu və ona qarşı yönəldiyini, eyni zamanda ona münasibətdə əsassızlığını göstərən növbəti hal digər Cavabdeh2 məhkəməyə təqdim etdiyi iddiaya “etiraz”dır. Belə ki, Cavabdeh2 öz təxəyyülünü işə salaraq, etirazında iddianı etiraf etməklə o təəssüratı yaratmağa çalışmışdır ki, guya pul həqiqətən də onun tərəfindən alınmış və onun pulun alınmasında iştirakı olmuşdur. Əgər həqiqətən də elə bir hal olmuş olsaydı ən azından 2015-ci il tarixdən hazırki vaxtadək davam edən məhkəmə çəkişmələrində iddiaçı bu barədə bildirər və tələb irəli sürərdi. Lakin, bunun əvəzində İddiaçı Cavabdeh2la əlbir olaraq 2017ci il tarixdə Abşeron Rayon Məhkəməsinə olmayan alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair iddia ərizəsi ilə müraciət edərək torpaq sahəsini ələ keçirməyə çalışmışlar. Həmin iddia ərizəsi isə yekunda qüvvəsində qalmış və iddiaçı ilə cavabdehin bu planı baş tutmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmiş cavabdeh Bakı şəhəri 32 saylı Notariat Kontoru məhkəməyə məktub göndərərək, nümayəndənin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilməyən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: Cavabdeh3 tərəfindən 32 saylı notariat kontoruna yazılan 05.05.2011-ci il tarixli ərizənin surətindən görünür ki, o, Cavabdeh2 məxsus olan Abşeron rayonu, Pirəkeşkül kəndində yerləşən sahəsi 5.0 ha torpaq sahəsinin satılmasına (bağışlamasına) etiraz etmir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 fevral 2017-ci il tarixli, 2(001)-851/2017 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh3 ilə Cavabdeh2 arasında Abşeron Rayon Pirəkeşkül kənd ərazisində 5,0 ha torpaq sahəsi, Mercedes 270Dİ markalı, **-XE-*** dövlət nömrə nişanlı avtomobil və ünvan 2 ünvanda 4323,6 kv.m torpaq sahəsi bərabər payda bölünərək həmin əmlakların 1/2 hissəsinə Cavabdeh3 mülkiyyət hüququnun tanınması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 yanvar 2019-cu il tarixli, 2(103)- 767/2019 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 851/2016 saylı mülki iş üzrə qəbul etdiyi 15 fevral 2017-ci il tarixli qətnaməsindən Cavabdeh2, üçüncü şəxs X4 və İİİ şəxs "xxxx" MTK tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin ediləməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-851/2016 saylı mülki iş üzə qəbul etdiyi 15 fevral 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03.06.2019-cu il tarixli, 2(102)-3777/2019 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərarda qeyd edilir ki, Abşeron rayonu, Pirəkeşkül kəndi ərazisində 5,0 ha torpaq sahəsinin faktiki olaraq X3 istifadəsində olması mübahisənin həllinə heç bir təsiri yoxdur. Həmin torpaq sahəsinin başqa şəxsin vəsaiti hesabına əldə olunması isə heç bir sübutla təsdiq olunmur. Həmçinin həmin əmlakın satılmasına (bağışlanılmasına) etiraz etməməsi barədə X7 tərəfindən Abşeron rayonu dövlət Notariat Kontoruna ünvanlanmış 05.05.2011-ci il tarixli ərizənin də heç bir hüquqi qüvvəsi yoxdur. Çünki həmin əmlakın satılması ilə bağlı Cavabdeh2 ilə X4 arasında müqavilə bağlanmamışdır. Abşeron Rayon Məhkəməsinin 28 aprel 2017-ci il tarixli, 2(012)-1415/2017 saylı qətnaməsi ilə Abşeron rayonu, Pirəkeşkül kəndi ərazisində 5 ha torpaq sahəsinin satılmasına dair Cavabdeh2 ilə X2 arasında alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 16 aprel 2018-ci il tarixli qətnaməsindən görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmış və Abşeron Rayon Məhkəməsinin 28 aprel 2017-ci il tarixli, 2(012)-1415/2017 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədə sadalanan iş materiallarına olan istinadlara əsasən 05.05.2011-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh2 Abşeron rayonu, Pirəkəşkül kəndi ərazisində yerləşən 5 ha torpaq sahəsini 10.000 ABŞ dolları beh və 100000 ABŞ dolları almaqla torpaq sahəsini Ramin Əliyev ilə İddiaçı satmasını həyat yoldaşının razılıq ərizəsi verdiyini, sənədləri qaydasında saldıqdan sonra alğı-satqı müqaviləsini notariat kontorunda təsdiqləyəcəyini vəd etdiyini Cavabdeh2, Ramin Əliyev, İddiaçı, Elxan Məmmədov öz imzaları ilə təsdiq etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsini Mülki Kollegiyasının 30.03.2021-ci il tarixli, 2(102)-1268/2021 saylı qərarından görünür ki, kassasiya instansiyası məhkəməsində birinci icraat zamanı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16 mart 2020-ci il tarixli qərarı ilə Ali Məhkəməsinin Sədrinin təqdimatı təmin edilərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Abşeron Rayon Məhkəməsinin 28 aprel 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsini Mülki Kollegiyasının 30.03.2021-ci il tarixli, 2(102)-1268/2021 saylı qərarı ilə isə məhkəmə iclaslarında işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı maraqlarına toxunan Cavabdeh3 kassasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 sentyabr 2020-ci il tarixli, 2(105)-1975/2020 saylı qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27.08.2021-ci il tarixli, 2(105)- 1871/2021 saylı qətnaməsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 28 aprel 2017-ci il tarixli, 2(012)-1415/2015 saylı qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi və iddianın təmin olunmaması qət edilmişdir. Qətnamədə istinad edilən iş materiallarından görünür ki, AR ƏN Qeydiyyat və Notariat Baş İdarəsinin 19 avqust 2016-cı il tarixli məktubuna əsasən Cavabdeh3 05.05.2011-ci il tarixli 7E- 4501 və 7E-4502 reyestrlə qeydə alınmış imza təsdiqləri həmin tarixdə onun ərizəsinə əsasən ləğv olunmuşdur. Qətnamədə qeyd edilir ki, maddi hüquq normalarının tələblərinə görə mübahisəli daşınmaz əmlak notarial qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsinə əsasən iddiaçıya satılmalı idi. Lakin işin hallarından da göründüyü kimi, mübahisəli torpaq sahəsinə dair tərəflər arasında har-hansı yazılı müqavilə bağlanılmamışdır. Qüvvədə olan qanunvericilik daşınmaz amlakın alğı-satqısı haqqında müqavilənin etibarlılığını hər bir halda onun yazılı formada bağlanması və notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. İşin faktiki hallarından göründüyü kimi, hazırkı daşınmaz əmlaka alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair ərizə formal xarakter daşıyır, iş üzrə tərəflərin izahatlarından da məlum olur ki, tərəflər arasında hərhansı mübahisə yoxdur və məhkəmənin belə bir qətnamə qəbul etməsi qanunsuz əqdin rəsmiləşdirilməsinə şərait yaradılması kimi qiymətləndirilməlidir. Qətnamədə o cümlədən müəyyən edilmişdir ki, Cavabdeh2 iddianı mübahisəli torpaq sahəsinə dair əqdin bağlanmış hesab edilməsi hissəsində etiraf etmişdir. Bu hal onun Cavabdeh3 kassasiya şikayətinə dair verdiyi etiraz ərizəsi ilə də təsdiq olunur və o, mübahisəli torpaq sahəsinin alğı-satqısı üçün İddiaçı cəmi 110000 ABŞ dolları pul almasını inkar etmir. Başqa sözlə, alğı-satqı tərəfləri arasında, yəni torpağın mülkiyyətçisi ilə torpağı alan şəxs arasında əslində mübahisə olmadığı halda və bu halın şübhə doğurmamasına baxmayaraq məhkəmə hazırda mübahisələndirilən nəticəyə gəlmişdir. Göründüyü kimi, tərəflər arasında yaranan mübahisə Abşeron rayonu, Pirəkeşkül kəndi ərazisində yerləşən 5 ha torpaq sahəsinə dair baş tutmamış alğı-satqıdan yaranmışdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 əvvəllər nikahda olmuşlar, sonradan onların nikahları məhkəmə qaydasında pozulmuşdur. Abşeron rayonu, Pirəkeşkül kənd ərazisində yerləşən 5 ha. torpaq sahəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ümumi paylı mülkiyyətindədir və həmin torpaq sahəsi mülkiyyətçilərin payına uyğun olaraq naturada bölünmüşdür. Tərəflər arasında müqavilənin bağlanmış hesab edilməsi tələbi ilə bağlı məhkəmə mübahisələri olmuş, nəticədə iddia tələbi təmin edilməmişdir. Lakin həmin məhkəmə aktlarında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 110000 ABŞ dolları Cavabdeh2 verilmiş və onlar arasında şifahi alğı-satqı münasibətləri yaranmışdır. Buna baxmayaraq müqavilə tərəfləri alğı-satqını qanunda nəzərdə tutulmuş qaydada rəsmiləşdirmədiyindən iddia tələbi rədd edilmişdir. Hal-hazırda iddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 alğı-satqı ilə bağlı ödənilmiş 110000 ABŞ dollarının və 80000 manat dəyərində vurulmuş ziyanın müştərək qaydada tutulmasını tələb edir. Cavabdeh2 iddianı 110000 ABŞ dollarının alınması hissəsində qəbul etmiş, lakin onların pulun qaytarılması ilə bağlı razılaşmalarının olmamasını, eyni zamanda pulu qaytarmağa imkanı olmamasını bildirir. Bundan başqa müqavilənin bağlanılmamasının səbəbini vəfat edən qohumu X3 məsuliyyətsizliyi ilə əsaslandırmışdır. Cavabdeh2 iddiaçıdan 110000 ABŞ dollarını alması preyudisial əhəmiyyət daşıyan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə də öz təsdiqini tapır. İddiaçı həmin məbləğin həm Cavabdeh2, həm də Cavabdeh3 tutulmasını tələb etmişdir. Öz növbəsində L.Abasov iddianı qəbul etmir və onun tərəfindən hər hansı məbləğdə pulun alınmadığını bildirir. Eyni zamanda iddia müddətinin tətbiq olunmasını və iddianın ona münasibətdə rədd olunmasını xahiş edir. Qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respulikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 385.1, 386.1, 386.2, 386.3, 394, 146.1, 337.1, 337.3, 337.3, 337.4, 337.5-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, sadalanan maddi hüquq normalarının məzmunundan və işin hallarından da müəyyən edildiyi kimi iddiaçı ilə Cavabdeh2 arasında daşınmaz əmlakın alğısatqısına dair şifahi qaydada müqavilə bağlanmışdır. Lakin həmin müqavilə notarial qaydada təsdiq olunmamışdır. Bu səbəbdən onlar arasında bağlanmış şifahi müqavilə əhəmiyyətsiz olmaqla etibarsız hesab edilməlidir. Bu baxımdan Cavabdeh2 torpaq sahəsinə mülkiyyət hüququnu saxlamaqla yanaşı, 110000 ABŞ dollarına da yiyələnməklə əsassız olaraq varlanmışdır. Belə ki, MM-nin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-nin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Odur ki, müqavilənin etibarsızlığı nəticələri tətbiq olunmaqla tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa borcludur. Preyudisial əhəmiyyət daşıyan məhkəmə qətnamələri və özünün birbaşa etirafı ilə müəyyən olunur ki, Cavabdeh2 110000 ABŞ dolları məbləğində pulu iddiaçıdan almışdır. Lakin həmin məbləğdə pulun və ya hər hansı hissəsinin digər Cavabdeh3 tərəfindən qəbul edilməsi nə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə, nə də ki işin halları ilə sübut olunur. Qeyd olunanlara əsasən məhkəmə iddia tələbinin 110000 ABŞ dolları məbləğində pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması hissəsində qismən təmin edilməsi, həmin məbləğin tam həcmdə Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir. Kollegiya iddiaçı apellyatorun “tərəflərə aid torpaqla bağlı iş üzrə son Sumqayıt Apellyasiya Məhkəməsinin 27.08.2021-ci il tarixli qətnaməsində torpağın alğı-satqısı üçün pulun birgə aldıqları işin mübahisəsiz halı kimi müəyyən edilməsi” ilə bağlı dililini əsassız hesab edərək, qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 27.08.2021-ci il tarixli qətnaməsindən qeyd olunan hal müəyyən olunmur. Məhkəmə iddianın cavabdehlər Cavabdeh2 və Cavabdeh3 hər birindən 40000 manat tutulması hissəsini əsassız hesab edərək, qeyd etmişdir ki, sübutetmə yükünün bölgüsü baxımından iddiaçı iddia tələbini əsası kimi istinad etdiyi halı sübut etməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iş materiallarında həmin torpaq sahəsində iddiaçı tərəfindən aparılan hər hansı tikintinin mövcudluğunu təsdiq edəcək sübutlar mövcud deyil və davam edən məhkəmə araşdırması dövründə məhkəməyə təqdim edilməmişdir. (foto şəkil, tikinti aparılmasına dair icazə, tikiliyə dair sənədlər, tikinti üçün çəkilən xərcin dəyəri). Üstəlik Cavabdeh3 həmin torpaq sahəsində hər hansı zavodun mövcud olmadığını bildirsə də, iddiaçı bununla bağlı heç bir dəlil irəli sürməmiş və hər hansı sübut təqdim etməmişdir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya mərhələsində də, iddiaçının nümayəndəsi ona verilən suallara cavab olaraq bildirdi ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 hər birindən 40000 manat tutulması hissəsində sübutlar təqdim etməmişlər. Bundan əlavə iddiaçı tərəf maklerlərə ödədiyi 1000 ABŞ dolları və hüquqi xidmət və rüsum üçün ödədiyi xərclərə görə 380 manatın cavabdehlərdən tutulması hissəsində sübutlar təqdim etmədiyindən, iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Məhkəmə düzgün olaraq MM-nin 439.1, 439.2-ci maddələrinə istinad edərək, o qənaətə gəlmişdir ki, ABŞ dolları ilə ödənilməli məbləğ ödəniş günü Azərbaycan Respublikasının manatına uyğun məzənnə ilə hesablanaraq manatla ödənilməlidir. Birinci instansiya məhkəməsi MPM-nin 77.1, 77.3, 78.1, 78.2, 80, 88, 119.1, 82.3, 106.2, 106.3, 191.3, 119.1-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və məhkəmə kifayət qədər araşdırma aparmaqla tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2(001)-501/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-3146/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3146/2022
04.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver