Məhkəmə qərarları › İş №2(103)-3150/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3150/2022

04.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3150/2022 04.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-365/2018 saylı 16 fevral 2022-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli, 2(001)- 365/2018 saylı qətnaməsinə əsasən, 70000 ABŞ dolları məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə vasitəsi ilə 16 fevral 2022-ci il tarixdə apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-365/2018 saylı 16 fevral 2022-ci il tarixli qərardadı ilə prosessual müddət buraxılmamış hesab edilməsi və apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırda İddiaçı nümayəndəsi və vəkili Vəkil qərardadından şikayətlə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-365/2018 saylı 11 mart 2022-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-365/2018 saylı 16 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları araşdırılarkən müəyyən olunur ki, qətnamə ərizə əsasında cavabdehin nümayəndəsinə 01 fevral 2022-ci il tarixdə təqdim edilmişdir. Cavabdehin qətnaməni bu tarixdən öncə şəxsən qəbul etməsinə dair iş materiallarında heç bir sübut mövcud deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 357.1 və 357.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamə 01 fevral 2022-ci il tarixdən öncə şəxsən qəbul etməsinə dair iş materiallarında heç bir sübut mövcud olmadığından birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq prosessual müddətin buraxılmamış hesab edilməsi qənaətinə gəlmişdir. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə göstərilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-365/2018 saylı 16 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının nümayəndəsi və vəkili Vəkil şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-365/2018 saylı 16 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar